Anqola (Angola), Anqola Respublikası (Republika de Angola) — Cənubi Afrikada, Atlantik okeanı sahilində dövlət.
Anqola | |||||
---|---|---|---|---|---|
República de Angola | |||||
| |||||
"Angola Avante" (pt.) "İrəli Anqola" | |||||
Tarixi | |||||
• Portuqaliyadan | 11 noyabr 1975 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Luanda | ||||
İdarəetmə forması | |||||
Prezident | Juan Lorensu | ||||
• Əhali |
| ||||
• Siyahıyaalma (16.V.2014) | 24 383 301 nəf. | ||||
• Sıxlıq | 20 nəf./km² (199-cu) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | $21 738 milyard dollar | ||||
• Adambaşına | $6,116 dollar | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2008) | $13 350 milyard dollar | ||||
• Adambaşına | $1 066 dollar | ||||
İİİ (2008) | 0.502 (artış; 153-cü) | ||||
Valyuta | Anqola kvanzası | ||||
İnternet domeni | .ao | ||||
AO | |||||
BOK kodu | ANG | ||||
Telefon kodu | +244 | ||||
Saat qurşaqları | | ||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
Paytaxtı Luanda şəhəridir. Rəsmi dövlət dili portuqal dili, pul vahidi kvanzadır. İnzibati cəhətdən 18 əyalətə bölünür. Anqola BMT-nin (1976), Afrika İttifaqının (1999), BYİB-in (1989), BVF-in (1989), ÜTT-nin (1996) üzvüdür. Anqolanın Namibiya, Konqo Demokratik Respublikası və Zambiya ilə quru sərhəddi vardır. Ölkə qərbdən Atlantik okeanı ilə əhatə olunmuşdur. Kabinda adlı anqlav bölgə (Atlantika okeanı sahilində, Konqo Respublikası və Demokratik Konqo Respublikası ərazilərində yarımanklav) Konqo Respublikasının tərkibində yerləşsə də, Anqolanın ərazisi hesab olunur. Anqolada əhalinin tərkibi müxtəlifdir, yəni portuqal, ingilis, ambundu, konqo, luçazi və digər xalqlar bu ölkənin sakinləridir.
Adın etimologiyası
Tarixi oçerk
Anqolanın qədim tarixi çox az öyrənilmişdir. Avropalılar Anqolaya gələrkən (1482-ci ildə portuqal dənizçisi Dioqu Kanın ekspedisiyası) burada erkən dövlətlər – Konqo, Ndonqo, Lunda və Bengela mövcud idi (17-ci əsrdə Matamba və Kasanje dövlətləri yarandı). Ndonqoda hakimiyyətdə olan Nqola sülaləsinin adı sonradan bütün ölkəyə şamil edildi. 16-cı əsrdə portuqallar Anqola sahillərində möhkəmləndirilmiş məntəqələrin, o cümlədən San-Paulu-di-Luanda məntəqəsinin əsasını qoydular. Elə bu vaxtdan Anqolanın işğalına başlanıldı. Anqolalılar 17-ci əsrə qədər işğalçılara müqavimət göstərdilər. Portuqallar Anqolanın işğal olunmuş ərazilərindən zənciləri Braziliyaya və s. ölkələrə zorla köçürürdülər. Anqola qul alverinin ən mühüm bazalarından birinə çevrildi. Üç əsr ərzində ölkədən 5 mln. nəfər çıxarıldı. Qulların daşınması 1836-cı ildə qadağan olundu. Lakin Anqolada köləlik 1878-ci ilədək qalmaqda idi. 1885–94-cü illərdə Portuqaliya, Belçika, Almaniya və B. Britaniya arasında müqavilə bağlandı. Bu müqavilə ilə Anqolanın müasir sərhədləri müəyyən edildi. Anqolanın bütün ərazisinin Portuqaliya tərəfindən işğalı 20-ci əsrin 20-ci illərinin əvvəlində başa çatdırıldı. 1951-ci ildə Anqola Portuqaliyanın "dənizaşırı əyaləti" elan edildi. Anqolada fasiləsiz davam edən milli-azadlıq hərəkatı İkinci dünya müharibəsindən sonra yeni vüsət aldı. 1961-ci ildə müstəmləkəçilik əleyhinə anqolalıların silahlı mübarizəsi başladı. Mübarizə Anqolanın qələbəsi ilə nəticələndi. 1975-ci il yanvarın 15-də Portuqaliya ilə Alvor razılaşmaları (Anqolanın müstəqil elan edilməsini nəzərdə tutan razılaşmalar) imzalandı. 1975-ci il noyabrın 11-də müstəqil Anqola Xalq Respublikası elan edildi. Anqola Netto ölkənin prezidenti seçildi. 1975–1996-cı illər ölkə tarixinə Vətəndaş müharibəsi kimi düşmüşdür. 1976-cı ilin sonlarında Anqolanın ordusu Kubanın hərbi yardımı ilə Zair və CAR-ın işğalçı ordusunu ölkədən qovdu. 1977-ci ildə Milli Birlik Hökuməti formalaşmışdır. 70-ci illərin sonu–80-ci illərin əvvəllərində CAR-ın dəstəyi ilə müxalifət qoşunları Anqola ərazisinin böyük hissəsini yenidən işğal etdi. 1992-ci ildən ölkə Anqola Respublikası adlanmağa başladı. Yenidən başlanan vətəndaş müharibəsi gedişində müxalifət lideri J. Savimbi öldürüldü (2002). Bundan sonra müharibənin dayandırılması haqqında razılaşma imzalandı.
Dövlət quruluşu
Anqola unitar dövlətdir. Anqolanın 1975-ci ilin 11 noyabr tarixində qəbul edilib (düzəlişlərlə qüvvədədir). Ölkənin idarəetmə forması — qarışıq respublikadır. Dövlət başçısı və icra hakimiyyəti ümumi və birbaşa səsvermə yolu ilə 5 il müddətinə seçilmiş prezidentdir. Prezidentin bütün ərazi inzibati vahidlərə nəzarət etmək hüququ vardır. Onun səlahiyyətlərinə dövlətin müdafiəsi və hakimiyyət qolları arasında münasibətləri əlaqələndirmək aiddir. Prezident silahlı qüvvələrin ali baş komandandır. Qanunvericilik hakimiyyətinin ali orqanı ümumi və birbaşa səsvermə ilə 4 il müddətinə seçilmiş birpalatalı Milli Məclisdir. Anqola Milli Məclisi 220 deputatdan ibarətdir. 130 deputat bütün ölkə üzrə proporsional sistem, 90 deputat isə majoritar sistem üzrə seçilir. Daimi komissiya sessiyalararası dövrdə onun funksiyalarını yerinə yetirən Yığıncaq orqanıdır. Hökumətə prezident, baş nazir və nazirlər daxildir. Hökumət Milli Məclis qarşısında məsuliyyət daşıyır. Anqolada çoxpartiyalı sistem mövcuddur. Partiyalar sırasında Anqolanın Azadlığı Uğrunda Xalq Hərəkatı (MPLA; 1956-cı ildə yaradılmışdır), Anqolanın Tam Azadlığı Uğrunda Milli İttifaq (UNİTA; 1966-cı ildə əsası qoyulmuşdur) və s. partiyalar var.
Əhali
Anqola əhalisinin əsas hissəsi bantu xalqları – ovimbundular (25%), ambundular (23%), konqolar (13%), luenalar (8%), çokvelər (5%), kvanyamalar (4%), nyanekalar (4%), luçazilər (2%), ovambolar (2%), mbvelalar (2%), nyembalar (2%), şimal lundalar (1%), mbundalar (1%), gererolar (103 min), həmçinin bantu dilində danışan piqmeylərdən (tva; 0,1%) ibarətdir (2000). Koysan xalqları (kvadilər, xukvelər, kunqların müxtəlif qrupları) Anqola əhalisinin 0,5 % təşkil edir. Avroafrikalılar adlanan mulatlar (1%; portuqal dilində və ya onun kreollaşdırılmış variantında danışırlar) ayrıca qrup sayılırlar. Anqolada 0,09 %-dən az portuqallar yaşayır.
Silahlı qüvvələr
Silahlı qüvvələr quru qoşunları (QQ), hərbi hava qüvvələri (HHQ) və hərbi dəniz qüvvələrindən (HDQ) ibarətdir (2004). Ali baş komandan prezidentdir. QQ-nın (11 300 nəfərdən artıq) tank, motopiyada, piyada, artilleriya, zenit və s. hissələri var. HHQdə 5 aviasiya bazası və hava hücumundan müdafiə (HHM) polku mövcuddur. HDQ-nə desant gəmi divizionu (1 gəmi), patrul gəmi divizionu (4 kater) və 4 dəniz piyada rotası daxildir. Anqolanın 18–23 yaşlı vətəndaşları (kişilər və qadınlar) 3 illik hərbi xidmətdə olurlar.
Coğrafiya
Ölkə sərhədlərinin uzunluğu 5.198 km-dir. Sərhədin 2.511 km-i Konqo Demokratik Respublikası (bu sərhədin 225 km-lik hissəsi bölgəsindən keçir.), 1,376 km-i Namibiya, 1.110 km-i Zambiya və 201 km-i isə Konqo Respublikasının payına düşür. Anqola Respublikasının ərazisi 1.246.700 km²-dir. Dünyada ölkələr üzrə ərazisinə görə 23-cü yerdədir.
Anqola ərazisinin çox hissəsi ensiz (50–160 km) sahilboyu düzənlikdən sıldırım yamacla yüksələn yastı dağlıqdır (hünd. 1000–1500 m). Qərbə doğru yüksəklik artır (1500–2000 m); burada bəzi yerlərdə əlahiddə dağlar ucalır.
Bu ərazinin əsasını təşkil edən (hünd. 2620 m-ədək) dağlıq sahələri Anqolanın mərkəzinə doğru irəliləmişdir.
Ölkənin ən yüksək nöqtəsi (2.619 m). Ölkənin cənub bölgəsi isə daha alçaq bir mövqedədir. Anqolanın şərq hissəsində isə Zambezi çayının qolları axır.
Yastı dağlıq tədricən şimal (Konqo çökəkliyinə doğru), cənub-şərq (Kalahari çökəkliyinə doğru) istiqamətlərdə alçalır.
Xarici iqtisadi əlaqələr
Ölkənin ixracı idxalını üstələyir. Əsas ixrac maddələri xam neft, almaz, neft məhsulları, təbii qaz, qəhvə, sizal, pambıq, balıq, ağac oduncağıdır. 2003-cü ildə ixracın 47,7%-i ABŞ-nin, 23,4%-i Çinin, 8%-i Tayvanın, 7,4%-i Fransanın payına düşmüşdür. İdxalın əsas maddələri maşınlar və elektrik avandanlıqları, nəqliyyat vasitələri və onların ehtiyat hissələri, dərman, ərzaq, məmulatı, silahlardır. Başlıca ticarət tərəfdaşları Portuqaliya, CAR, ABŞ, Niderland, Fransa, Braziliya və B. Britaniyadır.
Təhsil
Anqola təhsil sisteminə uşaq bağçaları (3–4 yaşlı uşaqlar üçün), hazırlıq sinifləri (5 yaşlı uşaqlar üçün), ümumtəhsil və peşə məktəbləri, ali məktəblər daxildir. İbtidai təhsil (1–4 siniflər) məcburi və pulsuzdur. Anqolada 8 illik orta təhsil verən ümumtəhsil məktəblərinin bazası əsasında ixtisaslı işçilər hazırlayan (1 ildən 4 ilədək) təhsil müəssisələri fəaliyyət göstərir. Anqolada baş verən siyasi və iqtisadi çətinliklərlə bağlı 1980-ci illərdə tam orta təhsildən əsas həlledici iki illik sikl götürülmüş, onun həyata keçirilməsi və abituriyent kontingentinin formalaşdırılması ali məktəblərin xüsusi hazırlıq kursları və fakültələrinə həvalə edilmişdi. Ölkədə ali təhsil verən Anqola Neto ad. Anqola Dövlət Universiteti (1963; Luanda) və 3 özəl universitet fəaliyyət göstərir. 8 elmi tədqiqat institutu (hamısı Luandada) – Geofizika və Hidrometeorologiya Elmi Tədqiqat İnstitutu (1879), Geoloji Xidmət İnstitutu (1914), Sənədləşdirmə və Tarixi Tədqiqatlar Milli Mərkəzi (1933), Tibbi Tədqiqatlar İnsstitutu (1955), Baytarlıq İnstitutu (1965), Pambıqçılıq Mərkəzi (1970), Afrika dillərini və Xarici Dilləri Öyrənmə İnstitutu (197)), Sosial və Pedaqoji Tədqiqatlar İnstitutu (1980) var.
Səhiyyə
Anqolada əhalinin hər 100 min nəfərinə 8 həkim (hər 12500 nəfərə 1 həkim), 115 orta tibb işçisi, 4 mama düşür. 2001-ci ildə səhiyyəyə qoyulan xərc ÜDM-in 3,6%-ini təşkil etmişdir.
Ədəbiyyat
Anqola xalqlarının zəngin şifahi ədəbiyyatı var. İctimai-siyasi xadim Kordeyru da Matta və yazıçı Kaştru Soromenyu xalq ədəbiyyatını toplayıb tədqiq etmişlər. Anqolada yazılı ədəbiyyat 19-cu əsrin ortalarında yaranmış, lirika (J. da Silva Mayya Ferreyra, J. D. Kordeyru da Matta) və məişət romanları (P. F. Ma şa du, A. Troni, A. di Asis Junior) Anqola ədəbiyyatının əsasını təşkil etmişdir. 1940–70-ci illər Antoqa ədəbiyyatında müstəmləkə əleyhinə mübarizə mövzusu (A. Neto, M. Antoniu, A. Lara, J. L. Vieyra, M. F. di Kaştru Soromenyu, A. Jasintu və b.) əsas yer tuturdu. 1990-cı illərdən sonra Anqola ədəbiyyatında tarixi roman geniş yayılmış (M. Pakavira, E. Abranşiş), dramaturgiya inkişaf etmiş (Pepetelanın pyesləri), siyasi və inqilabi meyillərdən uzaq bədii əsərlər yaranmışdır (Pepetela, J. E. Aqualuza). Müasir yazılı ədəbiyyat, əsasən, portuqal dilindədir.
Təsviri sənət və memarlıq
Ölkənin şimal ərazisində qədim qayaüstü heyvan təsvirləri saxlanılmışdır. Anqolanın kəndləri dairəvi plan üzrə salınmışdır; kəndlərin mərkəzində yığıncaq üçün bina, onun ətrafında yaşayış evləri, daha sonra təsərrüfat tikililəri olmuşdur. San-Miqel (1576) və Bengela (1617) qalaları avropalıların Anqolaya gəlişindən sonra tikilmişdir. 20-ci əsrin əvvəllərində Anqolada Avropa memarlıq üslubunda binalar inşa edilmişdir. Anqola toxuma sənəti (ot, çubuq və samandan) hələ qədimdən mövcud olmuşdur. Toxunulan əşyalar dəqiq, həndəsi ornament ilə bəzədilmişdir. Qədim və orta əsrlərdə ağac üzərində oyma inkişaf etmiş, mürəkkəb kompozisiyalı əsərlər (heykəltaraşlıqda) yaranmışdır. Bədii oyma üsulu ilə stilizə edilmiş insan və heyvan heykəlcikləri düzəldilmiş, mebellər üzərində mürəkkəb dekorativ kompozisiyalar həkk olunmuşdur. Peşəkar təsviri sənətin inkişaf dövrü 1970-ci illərə təsadüf edir.
Musiqi
Dağlıq Biyedə tapılmış dəmir idiofonlar (8 əsrədək) Anqola arxaik mədəniyyətinin nümunələridir. Lunda, Ndonqo dövlətlərinin orta əsrlər mədəniyyətini təntənəli orkestrlər təmsil edirdi; 1491-ci ildə Konqonun kralı Portuqaliyanın diplomatik heyətini qarşılayan zaman fil sümüyündən hazırlanmış trubalardan (kərənay) istifadə olunmuşdur. 1490-cı illərdən Anqolaya portuqaliyalılar vasitəsilə Avropa nəfəs alətləri gətirilməyə başladı. Xristianlığın yayılması ilə əlaqədar kilsələrdə xor ifasından, zəngdən, şax-şaxlı kiçik zınqırovlardan da istifadə edirdilər. Bakunqo və ambundu xalqlarının hərbi musiqisinin təsviri 1578-ci ilə, şimal-qərb Anqolada ksilofonda ifa etmə ənənəsi isə 1648-ci ilə təsadüf edir. 17-ci əsrdə idiofonların müxtəlif növləri, o cümlədən marimba, birüzlü baraban (nqaba), zənglər (lonqa), buynuz (epuqu), musiqili yay (nsambi) qeydə alınıb. Şəhər musiqi mədəniyyəti Portuqaliya və Braziliyanın təsiri altında formalaşmışdır. Şəhər musiqisinin spesifik formaları: Birinci dünya müharibəsindən sonra "hərbi musiqi" ansamblı kalukuta (Cənub-Şərqi Anqola); 1920-ci illərdən lamellafon musiqisi likembe (Şimal-Şərqi Anqola) meydana gəlmişdir. 20-ci əsrdə Luandanın ambundu-portuqal rəqs mədəniyyətində (kaduka, semba, rebita rəqsləri) musiqi əsas rol oynayır. 1957-ci ildə "Nqola ritmuş" ansamblı yaradılır [Latın Amerikası rəqslərini (rumba, merenge, samba) ifa edir, gitara və ənənəvi idiofonlardan istifadə olunur]. Ansamblın rəhbəri Liseu Vieyra Diaş 1982-ci ildən rəsmi olaraq müasir Anqola musiqisinin lideri kimi tanınır. 1960-cı illərin ortalarında siyası məzmunlu yayılır. 1960–80-ci illərdə "Kisanje", "İllya" ansamblları, solistlərdən M. Tete, P. Kaştru, bəstəkarlardan F. Mukenqa, J. M. Maşadu, F. da Siş daha məşhur idilər. 1975-ci ildən sonra müğənni və gitaraçı Massano məşhurlaşır; həmin illərdən qonşu ölkələrlə mədəni əlaqələr inkişaf edir. Anqolada sayca üstünlük təşkil edən ovimbunduların ənənəvi musiqisi ilk dəfə 1913-cü ildə, çokve və luvale xalqlarının musiqisi isə 1950-ci illərdə lentə alınıb. 1956-cı ildə Luandada Musiqi və Rəqs Məktəbi yaradılıb.
İdman
Anqola Olimpiya Komitəsi 1980-ci ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış və həmin ildən Anqola idmançıları Olimpiya oyunlarında iştirak edir. Anqolada daha çox inkişaf etmiş idman növləri yüngül atletika və futboldur. Anqolanın futbol klubları "Primeyru di Aqoştu" və "İnter Klub" Afrika Kuboklar kubokunun final mərhələsində çıxış etmişlər (1998, 2001).
Nəqliyyat
Ölkə dəmiryolunun uzunluğu 2,8 min km; sıxlığı 22,5 km/10000 km2 -dir. Vahid dəmiryol şəbəkəsi yoxdur. Dəmiryol daxili vilayətlərdən sahilə doğru uzanır, relslərarası ölçülər müxtəlifdir və yollar bir-biri ilə əlaqələndirilməmişdir. Onlar xammalı ölkənin uzaq rayonlarından Luanda, Namibe və Lobitu limanlarına daşımaq üçün nəzərdə tutulmuşdur. Anqolanın bütün dəmiryollarının modernləşdirilməyə ehtiyacı var. Avtomobil yollarının uzunluğu 76,6 min km-dir (onun 19,2 min km-i bərkörtüklüdür; sıxlığı 61,4 km/1000 km2 ). Ölkə daxilində hava nəqliyyat üstünlük təşkil edir. 244 aeroportdan 32-sinin enmə-qalxma zolağı bərkörtüklüdür. Beynəlxalq aeroport Luandadadır. Çay gəmiçiliyi böyük əhəmiyyət daşımır. Dəniz kabotaj gəmiçiliyi inkişaf etmişdir. Ən böyük dəniz limanları: Lobitu (dərin sulu), Kabinda və Luanda (neft ixracı limanı), Namibe, Portu-Amboindir. Ticarət donanması ümumi tonnaji 42,9 min ton dedveyt olan 7 gəmidən ibarətdir. Boru kəmərlərinin uzunluğu 179 km-dir (1997).
Geoloji quruluş və faydalı qazıntılar
Anqolanın ərazisi Afrika platforması hüdudlarında yerləşir. Burada Arxeozoy və Alt Proterozoy süxurlarından təşkil olunmuş kristallik özül Kasai, Anqola, Banqveulu qalxanlarını və Kvanza çıxıntısını əmələ gətirir. Üst Kembriyə qədər ki çöküntülər ölkənin şimal-qərbində Qərbi Konqo qırışıqlıq qurşağını, şərqində və cənubunda Kibarid-Katangid və Damarid qırışıqlıq sistemlərinin fraqmentlərini formalaşdırır. Platforma örtüyünü təşkil edən süxurlar qədim buzlaşma izlərinin olduğu Üst Kembriyəqədər və Üst Paleozoy–Trias yaşlıdır. Təbaşir yaşlı kontinental çöküntülər və Kaynozoyun qumlu layları geniş yayılmışdır. İri neft, dəmir filizi, almaz, gips, fosforit, boksit, daşduz, uran, mis, qızıl, manqan, titan, vanadium, litium və s. faydalı qazıntı yataqları var.
Təbiət
Anqola materikdəki coğrafi mövqeyi (okean sahilində yerləşməsi və s.) geoloji-geomorfoloji quruluşunun mürəkkəbliyi ilə əlaqədar təbiətinin xeyli zənginliyi ilə səciyyələnir.
İqlim
Ölkənin iqlimi daxili rayonların əksər hissəsində ekvatorial-musson, sahilboyunda tropik-passat və quraqdır. Ən isti ayın (sentyabr və ya oktyabr) orta temperaturu yamacların yuxarı hissələrində 17 °C, aşağı hissələrində 28 °C, ən sərin ayda (iyul və ya avqust) uyğun olaraq 13 °C və 23 °C-dir. İllik yağıntı şimalında 1000–1500 mm-dən, cənubda 600–800 mm-ədəkdir. Sahilboyu düzənliklərdə soyuq Bengela cərəyanı havanın temperaturunu iyulda (ən soyuq ay) 16–20 °C-yədək, martda (ən isti ay) 24–26 °C-yədək aşağı salır. Burada yağıntıların miqdarı şimalında 250– 500 mm-dən cənubda 50–100 mm-ədəkdir.
Çaylar
Anqolanın şimal-şərqində çaylar Konqo hövzəsinə (Kasai çayı və onun sol qolu Kvanqo), qərbində isə Atlantika okeanı hövzəsinə (Kvanza, Kunene) aiddir. Ölkənin şərqində və cənub-qərbində Kvando qolu ilə Zambezi (yuxarı axını) və Kubanqo çayları axır. Quraq mövsümlərdə çayların suyu xeyli azalır və ya onlar quruyurlar (xüsusilə cənubda və cənub-qərbində). Onların demək olar ki, hamısı astanalıdır və gəmiçiliyə yaramır, lakin böyük hidroenerji ehtiyatına malikdirlər.
Təsərrüfat
Anqola inkişaf etmiş hasilat sənayesi olan aqrar ölkədir. Sənaye potensialı Afrika miqyasında əhəmiyyətə malikdir. Ümumi daxili məhsulun (ÜDM) mütləq həcmi 20,4 mlrd. dollar təşkil edir, əhalinin hər bir nəfərinə ÜDM-dən 1900 dollar düşür (2003). ÜDM-in 67%-i sənayeyə, 25%-i xidmət sahələrinə, 8%-i kənd təsərrüfatına məxsusdur. Anqolada sosial-iqtisadi yeniləşmə baş verir. Sənaye sahələrinin əksəriyyəti milliləşdirilir, kənd təsərrüfatı assosiasiyaları və kooperativləri, iri plantasiyalarda dövlət təsərrüfatları yaradılır. Demək olar, fasiləsiz davam edən müharibələr iqtisadiyyata neqativ təsir göstərmişdir. Nisbətən inkişaf etmiş iqtisadi rayonları: qəhvə plantasiyaları ilə zəngin Şimal rayonu, neft yataqlarına malik Kabinda və iri almaz yataqları olan Şimal-Şərq rayonu. Ən iri iqtisadi mərkəzləri: Luanda (əsas inzibati, sənaye və maliyyə mərkəzi; iri liman); Lobitu (sənaye mərkəzi və ən iri dəniz limanı; Beyra–Lobitu transafrika dəmiryol magistralının terminalı); Namibe və Bengela (balıq ovu və balıq emalı mərkəzləri); Uambo, Malanje, Lubanqo və Kvito (ölkənin daxili rayonlarının inzibati, kənd təsərrüfatı və nəqliyyat mərkəzləri). Kənd təsərrüfatı torpaqları 0,57 mln. km2 -dir (ölkə ərazisinin 21,8%-i), onun 2,4%-ini əkin sahələri, 0,4%-ini çoxillik bitkilər, 97,2%-ini çəmənlik və otlaqlar tutur. Suvarılan torpaqlar 0,75 min km2 -dir. Anqola müstəqilliyini elan etdikdən sonra iri plantasiyalar milliləşdirilərək dövlət təsərrüfatlarına çevrildi. Bu təsərrüfatlar ixrac olunan sizal, qəhvə, palma yağı, günəbaxan, banan, pambıq, tütün, sitrus meyvələri məhsullarının əsas hissəsini istehsal edir. Onlarla yanaşı, assosiasiyalar, fermalar, kooperativlər və xüsusi təsərrüfatlar fəaliyyət göstərir. Qarğıdalı, kalış, paxla, tərəvəz, maniok daxili təlabat üçün becərilir. Kənd təsərrüfatının texnika ilə təchizatı çox aşağı səviyyədədir (1000 ha-ya 3,5 traktor düşür). Anqola otlaq maldarlığı üçün çox əlverişli olan şəraitə malikdir. Ölkədə ət — süd maldarlığı, donuzçuluq, quşçuluq, arıçılıq inkişaf etmişdir. Balıqçılıq, o cümlədən çay balıqçılığı mühüm əhəmiyyətə malikdir. Balıq anqolalıların əsas qida məhsuludur. Çin, Portuqaliya, Yaponiya, Cənubi Koreya və Rusiyaya Anqola sularında balıq ovlamağa icazə verilmişdir. Tropik ağac oduncağı tədarük edilir. Kustar istehsal inkişaf etmişdir.
Torpaqlar, bitki örtüyü və heyvanlar aləmi
Anqolanın torpaqları qırmızı, qırmızı-qəhvəyi, qara və qırmızı-qonurdur; ucqar c.-u səhralardır. Anqola ərazisinin demək olar ki, 40%-i meşələr və seyrək meşələrlə örtülüdür. Şimal-şərqindəki tropik meşələrdə ebonit və s. qiymətli ağac növləri vardır. Şimalı və sahilyanı yaylanın mərkəzi hissəsinin bitkisi hündür otlu savannalardan, cənub hissəsi seyrək savanna meşələrindən, şimal hissəsinin qərb yamacları həmişəyaşıl tropik meşələrdən ibarətdir. Anqolada fil, şir, leopard, zebr, müxtəlif antilop növləri, meymunlar, çoxlu sayda sürünənlər, həşəratlar və s. yaşayır. Sahil suları balıqlarla zəngindir. Anqolada 13 qorunan təbiət ərazisi (ümumi sahəsi 8,2 mln ha), o cümlədən Kameya, İona, Mupa, Kisama, Kanqandala milli parkları var.
Sənaye
Anqola iqtisadiyyatının əsasını hasilat sənayesi təşkil edir. Anqola neft hasilatına görə (2001-ci ildə 37 mln. ton; ÜDM-in 45%-i) Afrikada Nigeriya, Liviya, Misir və Əlcəzairdən sonra 5-ci yerdədir. Son illərdə 20-dən çox neft yatağı istismara verilmişdir. 100-ə yaxın neft quyusu istismar edilir. Neftin, təqribən 90%-i Kabinda əyalətində, onun da 65%-i dənizdə hasil edilir. Ölkənin neft Qanununa (1978) əsasən neft sənayesi dövlətin "Sonanqol" şirkətinin inhisarındadır. Qanunun qəbulundan sonra yeni yataqların işlənməsi xarici (amerikan, ingilis, fransız və s.) kapitalın köməyi ilə aparılır. "Şevron" ("Chevron"), "Ekson" ("Exxon"), "Şell" ("Shell"), "Petrofina", "Teksako" ("Texaco"), "Britiş petroleum" kimi məşhur şirkətlərin fəal iştirakı nəticəsində Kabinda sahillərinin kontinental şelf rayonu mənimsənilir. Əsas neft terminalları: Luanda, Malonqo (Kabinda), Palanka və s. Ölkə üzrə bütün ixrac dəyərinin 80–90%-ini neft ixracından gələn gəlir təşkil edir. Valyuta daxilolmalarının neftdən sonra ikinci mənbəyi almazdır. Anqola dünyada almaz hasilatına görə 6-cı və hasil edilmiş almazların ümumi dəyərinə görə 3-cü yerdədir. Ölkədə, əsasən yüksək keyfiyyətli zərgərlik daşları çıxarılır. 2000-ci ildə çıxarılmış 5,17 mln. kar almazın 4,4 mln. kar-ı zərgərlik almazı olmuşdur. Anqola ərazisində bütün almaz hasilatı və ticarətinə nəzarət edən dövlət müəssisəsi – "Endiama" 1981-ci ildə yaradılmışdır. Almazın çox hissəsi Şimali Luanda əyalətindəki Katoka yatağından (dünyada ən iri yataqlardan biri) çıxarılır. Almaz hasilatının yarıdan çoxu (1998-ci ildə 55%-i) qeyri-qanuni yolla əldə olunur. Anqolada dəmir filizi, az miqdarda mis, nəcib və radioaktiv (uran) metallar çıxarılır. Dəmir filizi Kasala-Kitunqu (şm. Kvanzanın əyaləti) mədənlərindən hasil edilir. Perspektiv fosforit yataqlarının ən iriləri Zayri, Kindonakaşi əyalətlərində, həmçinin Kabinda əyalətindədir. Bunlardan başqa, qranit, mərmər, kvars yataqlarının işlənməsi davam etdirilir. Anqolanın enerji ehtiyatları: neft, qaz və hidroenerji sərvətlərinin ehtiyatına görə Afrikanın ən zəngin ölkələrindən biridir (cəmi 65%-i istifadə olunur). Elektrik stansiyalarının müəyyən edilmiş gücü 430 MVt-a bərabərdir. Elektrik enerjisinin yarıdan çoxu (60%-i) SES-lərdə istehsal olunur. Ölkənin elektrik şəbəkəsi 3 böyük: Şimal, Cənub və Mərkəz elektrosistemlərinə bölünmüşdür. Elektrikötürücü xətlərinin 40%-dən azı iş vəziyyətindədir. Çünki yüksəldici yarımstansiyaların çoxu yaxınlarda baş vermiş hərbi fəaliyyət nəticəsində ya dağılmışdır, ya da tam gücü ilə işləmir. Emal sənayesi müəyyən mərkəzlərdə: Luanda (50%-dən çox), Lobitu, Bengela, Uambo, Namibe şəhərləri r-nlarında cəmlənmişdir. Luandada illik gücü 1,6 mln. ton olan neft emalı zavodu işləyir və ölkənin neft məhsullarına daxili tələbatını tam ödəyir. Toxuculuq məhsulları, kibrit, sabun və yuyucu vasitələr, kimyəvi gübrə, dərman, avtomobil şinləri, penoplast, sement istehsal edən müəssisələr fəaliyyətdədir. Qara metallurgiya və metal emalı sahəsində bir sıra kiçik zavodlar, idxal edilmiş detal və qovşaqlardan "Volvo", "Fiat", "Folksvagen" avtomobillərinin, Yaponiya motosikl və velosipedlərinin yığılması üzrə bir neçə sex işləyir. Yeyinti sənayesinin əsas istiqaməti un, palma yağı, şəkər, içkilər, balıq konservi, balıq unu və s. istehsalıdır.
İnzibati ərazilər
Əyalət | Sahəsi (km²) | Əhalisi (min nəfər) | İnzibati mərkəzi | |
---|---|---|---|---|
1 | Bengela | 31.8 | 721.0 | Bengela |
2 | Benqo | 31.4 | 192.5 | Kaşito |
3 | Biye | 70.3 | 1336.5 | Kvito |
4 | Cənubi Kvanza | 55.7 | 653.1 | Sumbe |
5 | Cənubi Luanda | 45.6 | 146.1 | Saurimo |
6 | Kabinda | 7.3 | 214.4 | Kabinda |
7 | Kunene | 89.3 | 242.0 | Onciva |
8 | Kvando-Kubanqo | 199.0 | 130.0 | Menonge |
9 | Luanda | 2.4 | 2776.1 | Luanda |
10 | Malanje | 97.6 | 1058.4 | Malanje |
11 | Moşiko | 223.0 | 368.4 | Luena |
12 | Namibe | 58.1 | 164.7 | Namibe |
13 | Şimali Kvanza | 24.2 | 402.4 | Ndalatando |
14 | Şimali Luanda | 102.8 | 303.5 | Lukapa |
15 | Uambo | 34.3 | 1802.8 | Uambo |
16 | Uije | 58.7 | 1080.9 | Uije |
17 | Uila | 75.0 | 948.4 | Luqanqo |
18 | Zayri | 40.1 | 377.4 | Mbanza-Konqo |
Həmçinin bax
İstinadlar
- World Bank Open Data. Dünya Bankı.
- http://chartsbin.com/view/edr.
- . 2020-05-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-12.
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 510 – 515. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Anqola Angola Anqola Respublikasi Republika de Angola Cenubi Afrikada Atlantik okeani sahilinde dovlet AnqolaRepublica de AngolaBayraq Gerb d Angola Avante pt Ireli Anqola Tarixi Portuqaliyadan 11 noyabr 1975Resmi dilleri portuqal diliPaytaxt LuandaIdareetme formasiPrezident Juan Lorensu Ehali 32 866 270 nef 2020 Siyahiyaalma 16 V 2014 24 383 301 nef Sixliq 20 nef km 199 cu UDM AQP Umumi 21 738 milyard dollar Adambasina 6 116 dollarUDM nominal Umumi 2008 13 350 milyard dollar Adambasina 1 066 dollarIII 2008 0 502 artis 153 cu Valyuta Anqola kvanzasiInternet domeni aoAOBOK kodu ANGTelefon kodu 244Saat qursaqlari UTC 01 00Neqliyyatin yonu sag d Vikianbarda elaqeli mediafayllarAnqolaUmumi melumatPaytaxti Luanda seheridir Resmi dovlet dili portuqal dili pul vahidi kvanzadir Inzibati cehetden 18 eyalete bolunur Anqola BMT nin 1976 Afrika Ittifaqinin 1999 BYIB in 1989 BVF in 1989 UTT nin 1996 uzvudur Anqolanin Namibiya Konqo Demokratik Respublikasi ve Zambiya ile quru serheddi vardir Olke qerbden Atlantik okeani ile ehate olunmusdur Kabinda adli anqlav bolge Atlantika okeani sahilinde Konqo Respublikasi ve Demokratik Konqo Respublikasi erazilerinde yarimanklav Konqo Respublikasinin terkibinde yerlesse de Anqolanin erazisi hesab olunur Anqolada ehalinin terkibi muxtelifdir yeni portuqal ingilis ambundu konqo lucazi ve diger xalqlar bu olkenin sakinleridir Adin etimologiyasi Nqola ali hokmdarin titulunun tehrif edilmesi demekdir Tarixi ocerkAnqolanin qedim tarixi cox az oyrenilmisdir Avropalilar Anqolaya gelerken 1482 ci ilde portuqal denizcisi Dioqu Kanin ekspedisiyasi burada erken dovletler Konqo Ndonqo Lunda ve Bengela movcud idi 17 ci esrde Matamba ve Kasanje dovletleri yarandi Ndonqoda hakimiyyetde olan Nqola sulalesinin adi sonradan butun olkeye samil edildi 16 ci esrde portuqallar Anqola sahillerinde mohkemlendirilmis menteqelerin o cumleden San Paulu di Luanda menteqesinin esasini qoydular Ele bu vaxtdan Anqolanin isgalina baslanildi Anqolalilar 17 ci esre qeder isgalcilara muqavimet gosterdiler Portuqallar Anqolanin isgal olunmus erazilerinden zencileri Braziliyaya ve s olkelere zorla kocururduler Anqola qul alverinin en muhum bazalarindan birine cevrildi Uc esr erzinde olkeden 5 mln nefer cixarildi Qullarin dasinmasi 1836 ci ilde qadagan olundu Lakin Anqolada kolelik 1878 ci iledek qalmaqda idi 1885 94 cu illerde Portuqaliya Belcika Almaniya ve B Britaniya arasinda muqavile baglandi Bu muqavile ile Anqolanin muasir serhedleri mueyyen edildi Anqolanin butun erazisinin Portuqaliya terefinden isgali 20 ci esrin 20 ci illerinin evvelinde basa catdirildi 1951 ci ilde Anqola Portuqaliyanin denizasiri eyaleti elan edildi Anqolada fasilesiz davam eden milli azadliq herekati Ikinci dunya muharibesinden sonra yeni vuset aldi 1961 ci ilde mustemlekecilik eleyhine anqolalilarin silahli mubarizesi basladi Mubarize Anqolanin qelebesi ile neticelendi 1975 ci il yanvarin 15 de Portuqaliya ile Alvor razilasmalari Anqolanin musteqil elan edilmesini nezerde tutan razilasmalar imzalandi 1975 ci il noyabrin 11 de musteqil Anqola Xalq Respublikasi elan edildi Anqola Netto olkenin prezidenti secildi 1975 1996 ci iller olke tarixine Vetendas muharibesi kimi dusmusdur 1976 ci ilin sonlarinda Anqolanin ordusu Kubanin herbi yardimi ile Zair ve CAR in isgalci ordusunu olkeden qovdu 1977 ci ilde Milli Birlik Hokumeti formalasmisdir 70 ci illerin sonu 80 ci illerin evvellerinde CAR in desteyi ile muxalifet qosunlari Anqola erazisinin boyuk hissesini yeniden isgal etdi 1992 ci ilden olke Anqola Respublikasi adlanmaga basladi Yeniden baslanan vetendas muharibesi gedisinde muxalifet lideri J Savimbi olduruldu 2002 Bundan sonra muharibenin dayandirilmasi haqqinda razilasma imzalandi Dovlet qurulusuAnqola unitar dovletdir Anqolanin 1975 ci ilin 11 noyabr tarixinde qebul edilib duzelislerle quvvededir Olkenin idareetme formasi qarisiq respublikadir Dovlet bascisi ve icra hakimiyyeti umumi ve birbasa sesverme yolu ile 5 il muddetine secilmis prezidentdir Prezidentin butun erazi inzibati vahidlere nezaret etmek huququ vardir Onun selahiyyetlerine dovletin mudafiesi ve hakimiyyet qollari arasinda munasibetleri elaqelendirmek aiddir Prezident silahli quvvelerin ali bas komandandir Qanunvericilik hakimiyyetinin ali orqani umumi ve birbasa sesverme ile 4 il muddetine secilmis birpalatali Milli Meclisdir Anqola Milli Meclisi 220 deputatdan ibaretdir 130 deputat butun olke uzre proporsional sistem 90 deputat ise majoritar sistem uzre secilir Daimi komissiya sessiyalararasi dovrde onun funksiyalarini yerine yetiren Yigincaq orqanidir Hokumete prezident bas nazir ve nazirler daxildir Hokumet Milli Meclis qarsisinda mesuliyyet dasiyir Anqolada coxpartiyali sistem movcuddur Partiyalar sirasinda Anqolanin Azadligi Ugrunda Xalq Herekati MPLA 1956 ci ilde yaradilmisdir Anqolanin Tam Azadligi Ugrunda Milli Ittifaq UNITA 1966 ci ilde esasi qoyulmusdur ve s partiyalar var EhaliAnqola ehalisinin esas hissesi bantu xalqlari ovimbundular 25 ambundular 23 konqolar 13 luenalar 8 cokveler 5 kvanyamalar 4 nyanekalar 4 lucaziler 2 ovambolar 2 mbvelalar 2 nyembalar 2 simal lundalar 1 mbundalar 1 gererolar 103 min hemcinin bantu dilinde danisan piqmeylerden tva 0 1 ibaretdir 2000 Koysan xalqlari kvadiler xukveler kunqlarin muxtelif qruplari Anqola ehalisinin 0 5 teskil edir Avroafrikalilar adlanan mulatlar 1 portuqal dilinde ve ya onun kreollasdirilmis variantinda danisirlar ayrica qrup sayilirlar Anqolada 0 09 den az portuqallar yasayir Silahli quvvelerSilahli quvveler quru qosunlari QQ herbi hava quvveleri HHQ ve herbi deniz quvvelerinden HDQ ibaretdir 2004 Ali bas komandan prezidentdir QQ nin 11 300 neferden artiq tank motopiyada piyada artilleriya zenit ve s hisseleri var HHQde 5 aviasiya bazasi ve hava hucumundan mudafie HHM polku movcuddur HDQ ne desant gemi divizionu 1 gemi patrul gemi divizionu 4 kater ve 4 deniz piyada rotasi daxildir Anqolanin 18 23 yasli vetendaslari kisiler ve qadinlar 3 illik herbi xidmetde olurlar CografiyaMalangede olan Qara Qayalar Olke serhedlerinin uzunlugu 5 198 km dir Serhedin 2 511 km i Konqo Demokratik Respublikasi bu serhedin 225 km lik hissesi bolgesinden kecir 1 376 km i Namibiya 1 110 km i Zambiya ve 201 km i ise Konqo Respublikasinin payina dusur Anqola Respublikasinin erazisi 1 246 700 km dir Dunyada olkeler uzre erazisine gore 23 cu yerdedir Anqola erazisinin cox hissesi ensiz 50 160 km sahilboyu duzenlikden sildirim yamacla yukselen yasti dagliqdir hund 1000 1500 m Qerbe dogru yukseklik artir 1500 2000 m burada bezi yerlerde elahidde daglar ucalir Bu erazinin esasini teskil eden hund 2620 m edek dagliq saheleri Anqolanin merkezine dogru irelilemisdir Olkenin en yuksek noqtesi 2 619 m Olkenin cenub bolgesi ise daha alcaq bir movqededir Anqolanin serq hissesinde ise Zambezi cayinin qollari axir Yasti dagliq tedricen simal Konqo cokekliyine dogru cenub serq Kalahari cokekliyine dogru istiqametlerde alcalir Xarici iqtisadi elaqelerOlkenin ixraci idxalini usteleyir Esas ixrac maddeleri xam neft almaz neft mehsullari tebii qaz qehve sizal pambiq baliq agac oduncagidir 2003 cu ilde ixracin 47 7 i ABS nin 23 4 i Cinin 8 i Tayvanin 7 4 i Fransanin payina dusmusdur Idxalin esas maddeleri masinlar ve elektrik avandanliqlari neqliyyat vasiteleri ve onlarin ehtiyat hisseleri derman erzaq memulati silahlardir Baslica ticaret terefdaslari Portuqaliya CAR ABS Niderland Fransa Braziliya ve B Britaniyadir TehsilAnqola tehsil sistemine usaq bagcalari 3 4 yasli usaqlar ucun hazirliq sinifleri 5 yasli usaqlar ucun umumtehsil ve pese mektebleri ali mektebler daxildir Ibtidai tehsil 1 4 sinifler mecburi ve pulsuzdur Anqolada 8 illik orta tehsil veren umumtehsil mekteblerinin bazasi esasinda ixtisasli isciler hazirlayan 1 ilden 4 iledek tehsil muessiseleri fealiyyet gosterir Anqolada bas veren siyasi ve iqtisadi cetinliklerle bagli 1980 ci illerde tam orta tehsilden esas helledici iki illik sikl goturulmus onun heyata kecirilmesi ve abituriyent kontingentinin formalasdirilmasi ali mekteblerin xususi hazirliq kurslari ve fakultelerine hevale edilmisdi Olkede ali tehsil veren Anqola Neto ad Anqola Dovlet Universiteti 1963 Luanda ve 3 ozel universitet fealiyyet gosterir 8 elmi tedqiqat institutu hamisi Luandada Geofizika ve Hidrometeorologiya Elmi Tedqiqat Institutu 1879 Geoloji Xidmet Institutu 1914 Senedlesdirme ve Tarixi Tedqiqatlar Milli Merkezi 1933 Tibbi Tedqiqatlar Insstitutu 1955 Baytarliq Institutu 1965 Pambiqciliq Merkezi 1970 Afrika dillerini ve Xarici Dilleri Oyrenme Institutu 197 Sosial ve Pedaqoji Tedqiqatlar Institutu 1980 var SehiyyeAnqolada ehalinin her 100 min neferine 8 hekim her 12500 nefere 1 hekim 115 orta tibb iscisi 4 mama dusur 2001 ci ilde sehiyyeye qoyulan xerc UDM in 3 6 ini teskil etmisdir EdebiyyatAnqola xalqlarinin zengin sifahi edebiyyati var Ictimai siyasi xadim Kordeyru da Matta ve yazici Kastru Soromenyu xalq edebiyyatini toplayib tedqiq etmisler Anqolada yazili edebiyyat 19 cu esrin ortalarinda yaranmis lirika J da Silva Mayya Ferreyra J D Kordeyru da Matta ve meiset romanlari P F Ma sa du A Troni A di Asis Junior Anqola edebiyyatinin esasini teskil etmisdir 1940 70 ci iller Antoqa edebiyyatinda mustemleke eleyhine mubarize movzusu A Neto M Antoniu A Lara J L Vieyra M F di Kastru Soromenyu A Jasintu ve b esas yer tuturdu 1990 ci illerden sonra Anqola edebiyyatinda tarixi roman genis yayilmis M Pakavira E Abransis dramaturgiya inkisaf etmis Pepetelanin pyesleri siyasi ve inqilabi meyillerden uzaq bedii eserler yaranmisdir Pepetela J E Aqualuza Muasir yazili edebiyyat esasen portuqal dilindedir Tesviri senet ve memarliqOlkenin simal erazisinde qedim qayaustu heyvan tesvirleri saxlanilmisdir Anqolanin kendleri dairevi plan uzre salinmisdir kendlerin merkezinde yigincaq ucun bina onun etrafinda yasayis evleri daha sonra teserrufat tikilileri olmusdur San Miqel 1576 ve Bengela 1617 qalalari avropalilarin Anqolaya gelisinden sonra tikilmisdir 20 ci esrin evvellerinde Anqolada Avropa memarliq uslubunda binalar insa edilmisdir Anqola toxuma seneti ot cubuq ve samandan hele qedimden movcud olmusdur Toxunulan esyalar deqiq hendesi ornament ile bezedilmisdir Qedim ve orta esrlerde agac uzerinde oyma inkisaf etmis murekkeb kompozisiyali eserler heykeltarasliqda yaranmisdir Bedii oyma usulu ile stilize edilmis insan ve heyvan heykelcikleri duzeldilmis mebeller uzerinde murekkeb dekorativ kompozisiyalar hekk olunmusdur Pesekar tesviri senetin inkisaf dovru 1970 ci illere tesaduf edir MusiqiDagliq Biyede tapilmis demir idiofonlar 8 esredek Anqola arxaik medeniyyetinin numuneleridir Lunda Ndonqo dovletlerinin orta esrler medeniyyetini tenteneli orkestrler temsil edirdi 1491 ci ilde Konqonun krali Portuqaliyanin diplomatik heyetini qarsilayan zaman fil sumuyunden hazirlanmis trubalardan kerenay istifade olunmusdur 1490 ci illerden Anqolaya portuqaliyalilar vasitesile Avropa nefes aletleri getirilmeye basladi Xristianligin yayilmasi ile elaqedar kilselerde xor ifasindan zengden sax saxli kicik zinqirovlardan da istifade edirdiler Bakunqo ve ambundu xalqlarinin herbi musiqisinin tesviri 1578 ci ile simal qerb Anqolada ksilofonda ifa etme enenesi ise 1648 ci ile tesaduf edir 17 ci esrde idiofonlarin muxtelif novleri o cumleden marimba biruzlu baraban nqaba zengler lonqa buynuz epuqu musiqili yay nsambi qeyde alinib Seher musiqi medeniyyeti Portuqaliya ve Braziliyanin tesiri altinda formalasmisdir Seher musiqisinin spesifik formalari Birinci dunya muharibesinden sonra herbi musiqi ansambli kalukuta Cenub Serqi Anqola 1920 ci illerden lamellafon musiqisi likembe Simal Serqi Anqola meydana gelmisdir 20 ci esrde Luandanin ambundu portuqal reqs medeniyyetinde kaduka semba rebita reqsleri musiqi esas rol oynayir 1957 ci ilde Nqola ritmus ansambli yaradilir Latin Amerikasi reqslerini rumba merenge samba ifa edir gitara ve enenevi idiofonlardan istifade olunur Ansamblin rehberi Liseu Vieyra Dias 1982 ci ilden resmi olaraq muasir Anqola musiqisinin lideri kimi taninir 1960 ci illerin ortalarinda siyasi mezmunlu yayilir 1960 80 ci illerde Kisanje Illya ansambllari solistlerden M Tete P Kastru bestekarlardan F Mukenqa J M Masadu F da Sis daha meshur idiler 1975 ci ilden sonra mugenni ve gitaraci Massano meshurlasir hemin illerden qonsu olkelerle medeni elaqeler inkisaf edir Anqolada sayca ustunluk teskil eden ovimbundularin enenevi musiqisi ilk defe 1913 cu ilde cokve ve luvale xalqlarinin musiqisi ise 1950 ci illerde lente alinib 1956 ci ilde Luandada Musiqi ve Reqs Mektebi yaradilib IdmanAnqola Olimpiya Komitesi 1980 ci ilde Beynelxalq Olimpiya Komitesi terefinden taninmis ve hemin ilden Anqola idmancilari Olimpiya oyunlarinda istirak edir Anqolada daha cox inkisaf etmis idman novleri yungul atletika ve futboldur Anqolanin futbol klublari Primeyru di Aqostu ve Inter Klub Afrika Kuboklar kubokunun final merhelesinde cixis etmisler 1998 2001 NeqliyyatOlke demiryolunun uzunlugu 2 8 min km sixligi 22 5 km 10000 km2 dir Vahid demiryol sebekesi yoxdur Demiryol daxili vilayetlerden sahile dogru uzanir relslerarasi olculer muxtelifdir ve yollar bir biri ile elaqelendirilmemisdir Onlar xammali olkenin uzaq rayonlarindan Luanda Namibe ve Lobitu limanlarina dasimaq ucun nezerde tutulmusdur Anqolanin butun demiryollarinin modernlesdirilmeye ehtiyaci var Avtomobil yollarinin uzunlugu 76 6 min km dir onun 19 2 min km i berkortukludur sixligi 61 4 km 1000 km2 Olke daxilinde hava neqliyyat ustunluk teskil edir 244 aeroportdan 32 sinin enme qalxma zolagi berkortukludur Beynelxalq aeroport Luandadadir Cay gemiciliyi boyuk ehemiyyet dasimir Deniz kabotaj gemiciliyi inkisaf etmisdir En boyuk deniz limanlari Lobitu derin sulu Kabinda ve Luanda neft ixraci limani Namibe Portu Amboindir Ticaret donanmasi umumi tonnaji 42 9 min ton dedveyt olan 7 gemiden ibaretdir Boru kemerlerinin uzunlugu 179 km dir 1997 Geoloji qurulus ve faydali qazintilarAnqolanin erazisi Afrika platformasi hududlarinda yerlesir Burada Arxeozoy ve Alt Proterozoy suxurlarindan teskil olunmus kristallik ozul Kasai Anqola Banqveulu qalxanlarini ve Kvanza cixintisini emele getirir Ust Kembriye qeder ki cokuntuler olkenin simal qerbinde Qerbi Konqo qirisiqliq qursagini serqinde ve cenubunda Kibarid Katangid ve Damarid qirisiqliq sistemlerinin fraqmentlerini formalasdirir Platforma ortuyunu teskil eden suxurlar qedim buzlasma izlerinin oldugu Ust Kembriyeqeder ve Ust Paleozoy Trias yaslidir Tebasir yasli kontinental cokuntuler ve Kaynozoyun qumlu laylari genis yayilmisdir Iri neft demir filizi almaz gips fosforit boksit dasduz uran mis qizil manqan titan vanadium litium ve s faydali qazinti yataqlari var Ruakana selalesi Kunene cayi TebietAnqola materikdeki cografi movqeyi okean sahilinde yerlesmesi ve s geoloji geomorfoloji qurulusunun murekkebliyi ile elaqedar tebietinin xeyli zenginliyi ile seciyyelenir IqlimOlkenin iqlimi daxili rayonlarin ekser hissesinde ekvatorial musson sahilboyunda tropik passat ve quraqdir En isti ayin sentyabr ve ya oktyabr orta temperaturu yamaclarin yuxari hisselerinde 17 C asagi hisselerinde 28 C en serin ayda iyul ve ya avqust uygun olaraq 13 C ve 23 C dir Illik yaginti simalinda 1000 1500 mm den cenubda 600 800 mm edekdir Sahilboyu duzenliklerde soyuq Bengela cereyani havanin temperaturunu iyulda en soyuq ay 16 20 C yedek martda en isti ay 24 26 C yedek asagi salir Burada yagintilarin miqdari simalinda 250 500 mm den cenubda 50 100 mm edekdir CaylarAnqolanin simal serqinde caylar Konqo hovzesine Kasai cayi ve onun sol qolu Kvanqo qerbinde ise Atlantika okeani hovzesine Kvanza Kunene aiddir Olkenin serqinde ve cenub qerbinde Kvando qolu ile Zambezi yuxari axini ve Kubanqo caylari axir Quraq movsumlerde caylarin suyu xeyli azalir ve ya onlar quruyurlar xususile cenubda ve cenub qerbinde Onlarin demek olar ki hamisi astanalidir ve gemiciliye yaramir lakin boyuk hidroenerji ehtiyatina malikdirler TeserrufatAnqola inkisaf etmis hasilat senayesi olan aqrar olkedir Senaye potensiali Afrika miqyasinda ehemiyyete malikdir Umumi daxili mehsulun UDM mutleq hecmi 20 4 mlrd dollar teskil edir ehalinin her bir neferine UDM den 1900 dollar dusur 2003 UDM in 67 i senayeye 25 i xidmet sahelerine 8 i kend teserrufatina mexsusdur Anqolada sosial iqtisadi yenilesme bas verir Senaye sahelerinin ekseriyyeti millilesdirilir kend teserrufati assosiasiyalari ve kooperativleri iri plantasiyalarda dovlet teserrufatlari yaradilir Demek olar fasilesiz davam eden muharibeler iqtisadiyyata neqativ tesir gostermisdir Nisbeten inkisaf etmis iqtisadi rayonlari qehve plantasiyalari ile zengin Simal rayonu neft yataqlarina malik Kabinda ve iri almaz yataqlari olan Simal Serq rayonu En iri iqtisadi merkezleri Luanda esas inzibati senaye ve maliyye merkezi iri liman Lobitu senaye merkezi ve en iri deniz limani Beyra Lobitu transafrika demiryol magistralinin terminali Namibe ve Bengela baliq ovu ve baliq emali merkezleri Uambo Malanje Lubanqo ve Kvito olkenin daxili rayonlarinin inzibati kend teserrufati ve neqliyyat merkezleri Kend teserrufati torpaqlari 0 57 mln km2 dir olke erazisinin 21 8 i onun 2 4 ini ekin saheleri 0 4 ini coxillik bitkiler 97 2 ini cemenlik ve otlaqlar tutur Suvarilan torpaqlar 0 75 min km2 dir Anqola musteqilliyini elan etdikden sonra iri plantasiyalar millilesdirilerek dovlet teserrufatlarina cevrildi Bu teserrufatlar ixrac olunan sizal qehve palma yagi gunebaxan banan pambiq tutun sitrus meyveleri mehsullarinin esas hissesini istehsal edir Onlarla yanasi assosiasiyalar fermalar kooperativler ve xususi teserrufatlar fealiyyet gosterir Qargidali kalis paxla terevez maniok daxili telabat ucun becerilir Kend teserrufatinin texnika ile techizati cox asagi seviyyededir 1000 ha ya 3 5 traktor dusur Anqola otlaq maldarligi ucun cox elverisli olan seraite malikdir Olkede et sud maldarligi donuzculuq qusculuq ariciliq inkisaf etmisdir Baliqciliq o cumleden cay baliqciligi muhum ehemiyyete malikdir Baliq anqolalilarin esas qida mehsuludur Cin Portuqaliya Yaponiya Cenubi Koreya ve Rusiyaya Anqola sularinda baliq ovlamaga icaze verilmisdir Tropik agac oduncagi tedaruk edilir Kustar istehsal inkisaf etmisdir Torpaqlar bitki ortuyu ve heyvanlar alemiNamib sehrasi Anqolanin torpaqlari qirmizi qirmizi qehveyi qara ve qirmizi qonurdur ucqar c u sehralardir Anqola erazisinin demek olar ki 40 i meseler ve seyrek meselerle ortuludur Simal serqindeki tropik meselerde ebonit ve s qiymetli agac novleri vardir Simali ve sahilyani yaylanin merkezi hissesinin bitkisi hundur otlu savannalardan cenub hissesi seyrek savanna meselerinden simal hissesinin qerb yamaclari hemiseyasil tropik meselerden ibaretdir Anqolada fil sir leopard zebr muxtelif antilop novleri meymunlar coxlu sayda surunenler heseratlar ve s yasayir Sahil sulari baliqlarla zengindir Anqolada 13 qorunan tebiet erazisi umumi sahesi 8 2 mln ha o cumleden Kameya Iona Mupa Kisama Kanqandala milli parklari var SenayeAnqola iqtisadiyyatinin esasini hasilat senayesi teskil edir Anqola neft hasilatina gore 2001 ci ilde 37 mln ton UDM in 45 i Afrikada Nigeriya Liviya Misir ve Elcezairden sonra 5 ci yerdedir Son illerde 20 den cox neft yatagi istismara verilmisdir 100 e yaxin neft quyusu istismar edilir Neftin teqriben 90 i Kabinda eyaletinde onun da 65 i denizde hasil edilir Olkenin neft Qanununa 1978 esasen neft senayesi dovletin Sonanqol sirketinin inhisarindadir Qanunun qebulundan sonra yeni yataqlarin islenmesi xarici amerikan ingilis fransiz ve s kapitalin komeyi ile aparilir Sevron Chevron Ekson Exxon Sell Shell Petrofina Teksako Texaco Britis petroleum kimi meshur sirketlerin feal istiraki neticesinde Kabinda sahillerinin kontinental self rayonu menimsenilir Esas neft terminallari Luanda Malonqo Kabinda Palanka ve s Olke uzre butun ixrac deyerinin 80 90 ini neft ixracindan gelen gelir teskil edir Valyuta daxilolmalarinin neftden sonra ikinci menbeyi almazdir Anqola dunyada almaz hasilatina gore 6 ci ve hasil edilmis almazlarin umumi deyerine gore 3 cu yerdedir Olkede esasen yuksek keyfiyyetli zergerlik daslari cixarilir 2000 ci ilde cixarilmis 5 17 mln kar almazin 4 4 mln kar i zergerlik almazi olmusdur Anqola erazisinde butun almaz hasilati ve ticaretine nezaret eden dovlet muessisesi Endiama 1981 ci ilde yaradilmisdir Almazin cox hissesi Simali Luanda eyaletindeki Katoka yatagindan dunyada en iri yataqlardan biri cixarilir Almaz hasilatinin yaridan coxu 1998 ci ilde 55 i qeyri qanuni yolla elde olunur Anqolada demir filizi az miqdarda mis necib ve radioaktiv uran metallar cixarilir Demir filizi Kasala Kitunqu sm Kvanzanin eyaleti medenlerinden hasil edilir Perspektiv fosforit yataqlarinin en irileri Zayri Kindonakasi eyaletlerinde hemcinin Kabinda eyaletindedir Bunlardan basqa qranit mermer kvars yataqlarinin islenmesi davam etdirilir Anqolanin enerji ehtiyatlari neft qaz ve hidroenerji servetlerinin ehtiyatina gore Afrikanin en zengin olkelerinden biridir cemi 65 i istifade olunur Elektrik stansiyalarinin mueyyen edilmis gucu 430 MVt a beraberdir Elektrik enerjisinin yaridan coxu 60 i SES lerde istehsal olunur Olkenin elektrik sebekesi 3 boyuk Simal Cenub ve Merkez elektrosistemlerine bolunmusdur Elektrikoturucu xetlerinin 40 den azi is veziyyetindedir Cunki yukseldici yarimstansiyalarin coxu yaxinlarda bas vermis herbi fealiyyet neticesinde ya dagilmisdir ya da tam gucu ile islemir Emal senayesi mueyyen merkezlerde Luanda 50 den cox Lobitu Bengela Uambo Namibe seherleri r nlarinda cemlenmisdir Luandada illik gucu 1 6 mln ton olan neft emali zavodu isleyir ve olkenin neft mehsullarina daxili telebatini tam odeyir Toxuculuq mehsullari kibrit sabun ve yuyucu vasiteler kimyevi gubre derman avtomobil sinleri penoplast sement istehsal eden muessiseler fealiyyetdedir Qara metallurgiya ve metal emali sahesinde bir sira kicik zavodlar idxal edilmis detal ve qovsaqlardan Volvo Fiat Folksvagen avtomobillerinin Yaponiya motosikl ve velosipedlerinin yigilmasi uzre bir nece sex isleyir Yeyinti senayesinin esas istiqameti un palma yagi seker ickiler baliq konservi baliq unu ve s istehsalidir Inzibati erazilerNomrelenmis inzibati erazilerEyalet Sahesi km Ehalisi min nefer Inzibati merkezi1 Bengela 31 8 721 0 Bengela2 Benqo 31 4 192 5 Kasito3 Biye 70 3 1336 5 Kvito4 Cenubi Kvanza 55 7 653 1 Sumbe5 Cenubi Luanda 45 6 146 1 Saurimo6 Kabinda 7 3 214 4 Kabinda7 Kunene 89 3 242 0 Onciva8 Kvando Kubanqo 199 0 130 0 Menonge9 Luanda 2 4 2776 1 Luanda10 Malanje 97 6 1058 4 Malanje11 Mosiko 223 0 368 4 Luena12 Namibe 58 1 164 7 Namibe13 Simali Kvanza 24 2 402 4 Ndalatando14 Simali Luanda 102 8 303 5 Lukapa15 Uambo 34 3 1802 8 Uambo16 Uije 58 7 1080 9 Uije17 Uila 75 0 948 4 Luqanqo18 Zayri 40 1 377 4 Mbanza KonqoHemcinin baxAnqola Qirmizi Xac CemiyyetiIstinadlarWorld Bank Open Data Dunya Banki http chartsbin com view edr 2020 05 06 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2014 03 12 Azerbaycan Milli Ensiklopediyasi 25 cildde 1 ci cild A Argelander 25 000 nus Baki Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2009 seh 510 515 ISBN 978 9952 441 02 4