Maili səth və ya yamac — yer səthinin maili hissəsi, müsbət və mənfi relyef formalarını ayırır. Mənşəinə görə M.s. ilkin (dəniz altından çıxmış) , denudasion, və ya erozion ola bilər. M.s. əksəriyyəti mürəkkəb mənşəli olub, yamac prosesləri nəticəsində yaranır və müəyyən dəyişikliyə uğrayır. Sin.: yamac.
Yamac
— dağın və ya təpənin ətəkləri ilə yalı arasındakı hissəyə deyilir. Yamac geoloji quruluşdan, süxurun tərkibindən və denudasiya proseslərindən asılı olaraq dik, meyilli, qabarıq, batıq və pilləli formada olur. Yamac, adından göründüyü kimi, səthi mailli olan sahələrə deyilir. Yamacın əksinə olaraq üfüqi səthi olan sahələr – hamar düzənliklərə ayrılır. S. S. Voskresenskiyə görə — yamac dedikdə səth meyilliyi 1–2 o dərəcədən artıq olan sahələr nəzərdə tutulur. Yamacların meyilliyi olduqca müxtəlifdir, 1–2 dərəcədən 90 dərəcəyə qədər dəyişir. Yamacın meyillik dərəcəsi yamac proseslərinin inkişafına təsir göstərən ən başlıca amillərdən biridir.
Yer səthinin hər yerində süxur hissəciklərinə başqa bir qüvvə- yəni ağırlıq qüvvəsi də təsir göstərir. Bu qüvvə hər hansı süxur hissəciyini yamacın meyilliyi istiqamətində hərəkət etdirməyə səy göstərir. Meyillik artdıqca bu təsir güclənir və süxurların ilişmə qüvvəsindən artıq olduğundan, hissəciklərin yamac boyu hərəkət surəti artır. Bundan başqa torpaq eroziyası və ümumiyyətlə eroziya prosesi yamacların meyilliyindən və uzunluğundan çox asılıdır.
Yamacları meyilliyinə görə (S. S. Voskresenski) aşağıdakı qruplara bölürlər:
- Dik yamaclar (α≥35°)
- Orta meyilli yamaclar (α=35°–15°)
- Meyilli yamaclar (α=15°–5°)
- Az meyilli yamaclar (α=5°–1°)
Uzunluğuna görə isə yamaclar aşağıdakı üç növə bölünür:
- Uzun yamaclar (500 m-dən çox)
- Orta uzunluqda yamaclar (500–50 m)
- Qısa yamaclar (50 m-dən az)
Formasına görə yamaclar bir neçə növə bölünür: 1. Düz yamaclar. 2. Qabarıq yamaclar. 3. Batıq yamaclar. 4. Pilləli, yaxud qabarıq-batıq yamaclar.
Düz yamaclar tektonik qalxma və denudasiya proseslərinin eyni intensivlikdə (sürətlə) baş verməsi nəticəsində yaranır.
Qabarıq yamaclar tektonik qalxma sürətinin denudasion alçalma sürətindən artıq olması şəraitində, batıq yamaclar isə, bunun əksinə olaraq, denudasiya sürətinin tektonik qalxma sürətində artıq olması şəraitində əmələ gəlir.
Pilləli yamaclar, axırıncı iki şəraitin növbələşməsindən yaranır.
Mənşəyinə görə yamaclar aşağıdakı növlərə ayrılır:1. Tektonik yamaclar – bunlar üfüqi yatan layların tektonik hərəkətlər və qırılmalarla deformasiya edilməsi nəticəsində əmələ gəlir. Təbiətdə ekzogen proseslərin təsirinə məruz qalmayan və bu proseslərin təsirilə dəyişməyən yamaclara nadir hallarda təsadüf olunur. 2. Vulkanik yamaclar — əsasən püskürməkdə olan cavan vulkanlar sahəsində yayılmışdır. Qədim vulkanların yamacları isə eroziya-denudasiya prosesi ilə çox dəyişilmişdir. 3. Ekzogen yamaclar yer səthində ən geniş yayılmışdır. Ekzogen geomorfoloji proseslər çox müxtəlif olduğundan onların yaratdığı yamaclar da məişə etibarilə və morfologiyasına görə çox müxtəlifdir.
Həmçinin bax
İstinadlar
- Yamac // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN .
- Məmmədov Q. Ş. Xəlilov M. Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Maili seth ve ya yamac yer sethinin maili hissesi musbet ve menfi relyef formalarini ayirir Menseine gore M s ilkin deniz altindan cixmis denudasion ve ya erozion ola biler M s ekseriyyeti murekkeb menseli olub yamac prosesleri neticesinde yaranir ve mueyyen deyisikliye ugrayir Sin yamac Yamac dagin ve ya tepenin etekleri ile yali arasindaki hisseye deyilir Yamac geoloji qurulusdan suxurun terkibinden ve denudasiya proseslerinden asili olaraq dik meyilli qabariq batiq ve pilleli formada olur Yamac adindan gorunduyu kimi sethi mailli olan sahelere deyilir Yamacin eksine olaraq ufuqi sethi olan saheler hamar duzenliklere ayrilir S S Voskresenskiye gore yamac dedikde seth meyilliyi 1 2 o dereceden artiq olan saheler nezerde tutulur Yamaclarin meyilliyi olduqca muxtelifdir 1 2 dereceden 90 dereceye qeder deyisir Yamacin meyillik derecesi yamac proseslerinin inkisafina tesir gosteren en baslica amillerden biridir Yer sethinin her yerinde suxur hisseciklerine basqa bir quvve yeni agirliq quvvesi de tesir gosterir Bu quvve her hansi suxur hisseciyini yamacin meyilliyi istiqametinde hereket etdirmeye sey gosterir Meyillik artdiqca bu tesir guclenir ve suxurlarin ilisme quvvesinden artiq oldugundan hisseciklerin yamac boyu hereket sureti artir Bundan basqa torpaq eroziyasi ve umumiyyetle eroziya prosesi yamaclarin meyilliyinden ve uzunlugundan cox asilidir Yamaclari meyilliyine gore S S Voskresenski asagidaki qruplara bolurler Dik yamaclar a 35 Orta meyilli yamaclar a 35 15 Meyilli yamaclar a 15 5 Az meyilli yamaclar a 5 1 Uzunluguna gore ise yamaclar asagidaki uc nove bolunur Uzun yamaclar 500 m den cox Orta uzunluqda yamaclar 500 50 m Qisa yamaclar 50 m den az Formasina gore yamaclar bir nece nove bolunur 1 Duz yamaclar 2 Qabariq yamaclar 3 Batiq yamaclar 4 Pilleli yaxud qabariq batiq yamaclar Duz yamaclar tektonik qalxma ve denudasiya proseslerinin eyni intensivlikde suretle bas vermesi neticesinde yaranir Qabariq yamaclar tektonik qalxma suretinin denudasion alcalma suretinden artiq olmasi seraitinde batiq yamaclar ise bunun eksine olaraq denudasiya suretinin tektonik qalxma suretinde artiq olmasi seraitinde emele gelir Pilleli yamaclar axirinci iki seraitin novbelesmesinden yaranir Menseyine gore yamaclar asagidaki novlere ayrilir 1 Tektonik yamaclar bunlar ufuqi yatan laylarin tektonik hereketler ve qirilmalarla deformasiya edilmesi neticesinde emele gelir Tebietde ekzogen proseslerin tesirine meruz qalmayan ve bu proseslerin tesirile deyismeyen yamaclara nadir hallarda tesaduf olunur 2 Vulkanik yamaclar esasen puskurmekde olan cavan vulkanlar sahesinde yayilmisdir Qedim vulkanlarin yamaclari ise eroziya denudasiya prosesi ile cox deyisilmisdir 3 Ekzogen yamaclar yer sethinde en genis yayilmisdir Ekzogen geomorfoloji prosesler cox muxtelif oldugundan onlarin yaratdigi yamaclar da meise etibarile ve morfologiyasina gore cox muxtelifdir Hemcinin baxGeoloji proseslerIstinadlarYamac Geomorfoloji terminlerin izahli lugeti Baki Elm 2012 seh 177 ISBN 978 9952 453 14 0 Memmedov Q S Xelilov M Y Ekoloqlarin melumat kitabi Elm nesriyyati Baki 2003 516 s