Orkestr (yun. ορχήστρα) — müxtəlif alətlərdə çalan, musiqi əsərləri birgə ifa edən musiqiçilər kollektivi.
Tarixçə
Orkestrin tarixi Qədim Misirdən başlayır. Qədim Yunanıstanda teatr tamaşaları zamanı xorun səhnə qarşısında rəqs etdiyi yarımdairəvi yerə "orkestra" deyilirdi. Zaman keçdikcə söz mənasını dəyişmişdir. Qədim Romada senatorlar ya digər əyanlar üçün ayrılmış yerə də bu termin aid edilirdi. "Konsertdə, operada birgə çalan musiqiçilər kollektivi" anlamı ingilis dilində ilk dəfə 1720-ci ildə qeyd edilmişdir.
1920-ci il iyul ayında N. Nərimanovun və Xalq Maarif Komissarı D. Bünyadzadənin imzası ilə çıxmış Azərbaycanda müstəqil simfonik orkestri yaranması haqda dekretdə göstərilirdi ki, yeni yaradılmış orkestrdə respublikanın aparıcı musiqiçiləri toplanır. Tez bir zamanda orkestr Qlinkanın, Çaykovskinin, Musorskinin, Rimski- Korsakovun, Motsartın, Bethovenin, Şubertin, Berliozun, Mendelsonun, Vaqnerin, Listin və başqa bəstəkarların əsərlərini yüksək səviyyədə, peşəkarlıqla ifa edirdi.
Orkestrin növləri
Tərkibinə daxil olan alətlər qrupuna, ifaçıların sayına görə fərqlənir:
- Simfonik orkestr – bir neçə müxtəlif alətlər qrupundan – simli, nəfəsli, zərb alətləri ailəsindən təşkil olunmuş orkestr. Alətlərin bu cür birləşməsi Avropada XVIII əsrin ortalarında meydana gəlmişdir. Simfonik orkestrin tərkibinə simli alətlər qrupu, ağac nəfəsli və mis nəfəsli alətlər qrupu, zərb alətləri qrupu daxildir. Hal–hazırda tərkibindəki alətlərin müxtəlif növlərinə görə kiçik və böyük simfonik orkestrlər vardır. Həmçinin birər, ikiqat və üçqat tərkibli orkestrlər təşkil olunur.
- Kiçik simfonik orkestr – simfonik orkestrin yığcam tərkibi, XVIII əsrdə geniş tətbiq olunurdu. Buraya ağac nəfəsli alətlərin hər növündən iki sayda daxil edilirdi, o cümlədən, simli kvintet daxil idi.
- Cüt (qoşa) tərkib zamanı hər bir alətdən iki ədəd daxil edilir (2 fleyta, 2 qoboy, 2 klarnet, 2 faqot və s. bu kimi) .
- Üçər tərkib zamanı orkestrin adi tərkibi üç dəfə genişləndirilir: hər nəfəsli alətin həcminə və səslənməsinə görə fərqlənən üç növündən istifadə olunur: məsələn, üç fleyta (o cümlədən, fleyta-pikkolo); üç klarnet (o cümlədən, bas-klarnet) və s.
- kamera orkestri
- simli orkestr
- nəfəs alətləri orkestri
- estrada orkestri
- Caz orkestri (jazz-band) - orkestrin xüsusi növü. Birinci dünya müharibəsinin (1914-1919) əvvəllərində Amerikada yaranmış və tezliklə Qərbi Avropada yayılmışdır. Adı ilk ansamblın təşkilatçısı və rəhbəri adından götürülmüşdür. Caz orkestr əsasən nəfəsli alətlərdən, o cümlədən, mis nəfəsli alətlərdən və saksofondan, zərb alətləri və royaldan ibarət olur. Bəzi halda solo skripka, akkordeon, gitara, banco və b. alətlər də bu orkestrə daxil edilir.
- hərbi orkestr
- xalq çalğı alətləri orkestri.
Azərbaycanın peşəkar orkestrləri
- Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri (1920)
- Bakı Kamera Orkestrı
- Niyazi adına simfonik orkestri
- Səid Rüstəmov adına xalq çalğı alətləri ansamblı
- Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblı
- Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblı
- Baba Salahov adına "Araz" xalq çalğı alətləri ansamblı
- Rafiq Babayevin idaresi ile estrada simfonik orkestri
- Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (1964)
- M. F. Axundov adına opera və balet teatrının simfonik orkestri
- Dövlət Sərhəd Xidmətinin Hərbi Orkestri
- Gənclər və uşaq simfonik orkestri
- "Dan Ulduzu" kamera-instrumental ansamblı (1966)
İstinadlar
- "Muğam Ensiklopediyası - Orkestr". 2022-03-28 tarixində . İstifadə tarixi: 2013-05-12.
- "Douglas Harper. Online Etymology Dictionary". 2017-10-03 tarixində . İstifadə tarixi: 2013-05-12.
- "Nigar Əliyeva, Fərəh Əliyeva. Azərbaycanın baş orkestri. "Musiqi Dünyası" jurnalı". 2022-03-28 tarixində . İstifadə tarixi: 2013-05-12.
- "Muğam Ensiklopediyası - Simfonik orkestr". 2022-03-28 tarixində . İstifadə tarixi: 2013-05-12.
- "Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti" - Kiçik simfonik orkestr". 2021-02-27 tarixində . İstifadə tarixi: 2013-05-12.
- "Əfrasiyab Bədəlbəylinin İzahlı monoqrafik musiqi lüğəti - Cüt (qoşa) tərkib". 2021-02-27 tarixində . İstifadə tarixi: 2013-05-30.
- "Muğam Ensiklopediyası - Üçər tərkib". 2020-08-04 tarixində . İstifadə tarixi: 2013-05-12.
- "Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti" - Caz orkestr, caz-band". 2021-02-27 tarixində . İstifadə tarixi: 2013-05-12.
Ayrıca bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Orkestr yun orxhstra muxtelif aletlerde calan musiqi eserleri birge ifa eden musiqiciler kollektivi OrkestrTarixceOrkestrin tarixi Qedim Misirden baslayir Qedim Yunanistanda teatr tamasalari zamani xorun sehne qarsisinda reqs etdiyi yarimdairevi yere orkestra deyilirdi Zaman kecdikce soz menasini deyismisdir Qedim Romada senatorlar ya diger eyanlar ucun ayrilmis yere de bu termin aid edilirdi Konsertde operada birge calan musiqiciler kollektivi anlami ingilis dilinde ilk defe 1720 ci ilde qeyd edilmisdir 1920 ci il iyul ayinda N Nerimanovun ve Xalq Maarif Komissari D Bunyadzadenin imzasi ile cixmis Azerbaycanda musteqil simfonik orkestri yaranmasi haqda dekretde gosterilirdi ki yeni yaradilmis orkestrde respublikanin aparici musiqicileri toplanir Tez bir zamanda orkestr Qlinkanin Caykovskinin Musorskinin Rimski Korsakovun Motsartin Bethovenin Subertin Berliozun Mendelsonun Vaqnerin Listin ve basqa bestekarlarin eserlerini yuksek seviyyede pesekarliqla ifa edirdi Orkestrin novleriSimfonik orkestr Terkibine daxil olan aletler qrupuna ifacilarin sayina gore ferqlenir Simfonik orkestr bir nece muxtelif aletler qrupundan simli nefesli zerb aletleri ailesinden teskil olunmus orkestr Aletlerin bu cur birlesmesi Avropada XVIII esrin ortalarinda meydana gelmisdir Simfonik orkestrin terkibine simli aletler qrupu agac nefesli ve mis nefesli aletler qrupu zerb aletleri qrupu daxildir Hal hazirda terkibindeki aletlerin muxtelif novlerine gore kicik ve boyuk simfonik orkestrler vardir Hemcinin birer ikiqat ve ucqat terkibli orkestrler teskil olunur Kicik simfonik orkestr simfonik orkestrin yigcam terkibi XVIII esrde genis tetbiq olunurdu Buraya agac nefesli aletlerin her novunden iki sayda daxil edilirdi o cumleden simli kvintet daxil idi Cut qosa terkib zamani her bir aletden iki eded daxil edilir 2 fleyta 2 qoboy 2 klarnet 2 faqot ve s bu kimi Ucer terkib zamani orkestrin adi terkibi uc defe genislendirilir her nefesli aletin hecmine ve seslenmesine gore ferqlenen uc novunden istifade olunur meselen uc fleyta o cumleden fleyta pikkolo uc klarnet o cumleden bas klarnet ve s kamera orkestri simli orkestr nefes aletleri orkestri estrada orkestri Caz orkestri jazz band orkestrin xususi novu Birinci dunya muharibesinin 1914 1919 evvellerinde Amerikada yaranmis ve tezlikle Qerbi Avropada yayilmisdir Adi ilk ansamblin teskilatcisi ve rehberi adindan goturulmusdur Caz orkestr esasen nefesli aletlerden o cumleden mis nefesli aletlerden ve saksofondan zerb aletleri ve royaldan ibaret olur Bezi halda solo skripka akkordeon gitara banco ve b aletler de bu orkestre daxil edilir herbi orkestr xalq calgi aletleri orkestri Azerbaycanin pesekar orkestrleriUzeyir Hacibeyov adina Azerbaycan Dovlet Simfonik Orkestri 1920 Baki Kamera Orkestri Niyazi adina simfonik orkestri Seid Rustemov adina xalq calgi aletleri ansambli Ehmed Bakixanov adina xalq calgi aletleri ansambli Ehsen Dadasov adina Xatire xalq calgi aletleri ansambli Baba Salahov adina Araz xalq calgi aletleri ansambli Rafiq Babayevin idaresi ile estrada simfonik orkestri Qara Qarayev adina Azerbaycan Dovlet Kamera Orkestri 1964 M F Axundov adina opera ve balet teatrinin simfonik orkestri Dovlet Serhed Xidmetinin Herbi Orkestri Gencler ve usaq simfonik orkestri Dan Ulduzu kamera instrumental ansambli 1966 Istinadlar Mugam Ensiklopediyasi Orkestr 2022 03 28 tarixinde Istifade tarixi 2013 05 12 Douglas Harper Online Etymology Dictionary 2017 10 03 tarixinde Istifade tarixi 2013 05 12 Nigar Eliyeva Fereh Eliyeva Azerbaycanin bas orkestri Musiqi Dunyasi jurnali 2022 03 28 tarixinde Istifade tarixi 2013 05 12 Mugam Ensiklopediyasi Simfonik orkestr 2022 03 28 tarixinde Istifade tarixi 2013 05 12 Efrasiyab Bedelbeylinin Izahli monoqrafik musiqi lugeti Kicik simfonik orkestr 2021 02 27 tarixinde Istifade tarixi 2013 05 12 Efrasiyab Bedelbeylinin Izahli monoqrafik musiqi lugeti Cut qosa terkib 2021 02 27 tarixinde Istifade tarixi 2013 05 30 Mugam Ensiklopediyasi Ucer terkib 2020 08 04 tarixinde Istifade tarixi 2013 05 12 Efrasiyab Bedelbeylinin Izahli monoqrafik musiqi lugeti Caz orkestr caz band 2021 02 27 tarixinde Istifade tarixi 2013 05 12 Ayrica baxMehter musiqisi Mars