Platonun Akademiyası — E.ə. 380-ci illərdə Afina yaxınlığında mifik qəhrəman Akademanın şərəfinə adlandırılmış bölgədə Platon tərəfindən əsası qoyulmuş dini-fəlsəfi birlik.
Haqqında
Platon Afinada ilk dəfə “Akademiya” - qəhrəman Akademin şərəfinə belə adlanan - fəlsəfə məktəbini yaratdı. O, fəlsəfi idealizm sistemini işləyib hazırladı ki, ona uyğun olaraq, insanın hissləri ilə qavranılan dünya, – bütün şeylərin hissən duyulmaz, dəyişməz, təkcə filosofun təfəkkürü ilə dərk olunan obrazların - sərbəst surətdə mövcud olan real “ideyalar” dünyasının yalnız zəif inikasıdır. Əsası bu konsepsiya üzərində qoyulmuş Platon Akademiyası Aralıq dənizinin hər tərəfindən alimləri özünə cəlb edirdi və təqribən 900 il - b.e. VI əsrinə qədər mövcud oldu. Demokritin mexanistik materializminin əksinə olaraq, Platon idealizminin etik sistemi insan həyatını rifah və xeyirxahlıq anlayışları baxımından nəzərdən keçirərək, dünyanı şüurlu başlanğıc tərəfindən nizamlanmış, ruhlandırılmış (ruh verilmiş) təsəvvür edirdi. Platon etikası onun qəlbin üç tərkib hissəsi: ağıl, iradə və hiss haqqında təliminə əsaslanır ki, buna da üç məziyyət uyğun gəlir: ağıl - müdrikliyin əsası kimi; iradə - mətinliyin əsası kimi; hissiyyatı cilovlama – ağılın və ya özünü ələ almanın16 əsası kimi. Bu məziyyətlərin harmonik birləşməsi dördüncünü - ədaləti yaradır.
Akademiyada müxtəlif elm sahələri tədqiq olunurdu:fəlsəfə, riyaziyyat, astronomiya, təbiət elmləri və s. Akademiya daxilində böyüklər və kiçiklər qrupu mövcud idi və əsas tədris metodu dialektika (dialoq) idi.
Akademiyanın devizində riyaziyyatın rolu xüsusi qeyd olunur: "Həndəsəni bilməyən gəlməsin!". 529-cu ildə imperator I Yustinianın əmri ilə Afinada bütün fəlsəfi məktəblər bağlanmışdır.
Akademiyanın tarixi mərhələləri
Akademiyanın (və ya platonizmin) 3 tarixi mərhələsi olmuşdur.
- Qədim;
- Orta;
- Yeni.
Qədim platonizm öz növbəsində 3 mərhələyə bölünür. Bunlar Birinci, İkinci və Üçüncü Akademiya adlanır. Orta platonizm Dördüncü Akademiya sayılır. Beşinci Akademiya isə neoplatonizm (yeni-platonçuluq) adlanır.
Qədim dövr
Birinci Akademiya
Platondan sonra qədim Akademiyanın başçısı (skolarxı) Spevsippus (m. ö. 409 – 339) olmuşdur. O, ontoloji problemlərə diqqət yetirib Platon təlimini təkmilləşdirmişdir. Bundan başqa Spevsippus çevrənin qavranılması probleminə dair fikirlər irəli sürmüşdür
Əsas məqalə: Spevsippus
Spevsippusdan sonra Akademiyaya Kalkedonlu Ksenokrates (m. ö. 395 – 314) başçılıq etmişdir. O, fəlsəfəni sistemləşdirməyə cəhd etmişdir. O da ontoloji problemlərə diqqət yetirmiş, varlığın tərkibi kimi Vahid, Əgl və Ruh haqqında düşüncələrlə çıxış etmişdir. O həm də mistikaya meylli olmuşdur.
Əsas məqalə: Ksenokrates (Kalkedonlu)
Qədim Akademiyanın daha bir başçısı (skolarxı) Polemon (yun. Πολέμων, m. ö. 350 – 270) olmuşdur. O, Ksenokratesin fikirlərini inkişaf etdirmiş, daha da çox əxlaqi məsələlərə önəm vermişdir. Onun fikrincə hər bir canlı özünə qayğı göstərir, özünü qoruyur və sevir, təbiət tərəfindən verilmiş özəllikləri gerçəkləşdirmək istəyir. Buna görə də, həyatı təbiətlə uyğunlaşaraq sürmək lazımdır. Əslində xoşbəxtlik də budur, o ərdəmsiz əldə olunmaz. Polemon çoxlu kitab yazsa da, zamanımıza onun bu əsərləri gəlib çatmamışdır.
Polemondan sonra qədim Akademiyaya Krates (yun. Κρατής, ölüm tarixi təxminən m. ö. 268) başçılıq etmişdir. Onun da əsərləri zamanımıza gəlib çatmamışdır. Kratesin haqqında yalnız o məlumdur ki, o, Platon məktəbinin ənənələrini qorumuşdur.
Ondan başqa qədim Akademiyanın tanınmış nümayəndələri sırasında Pontlu Heraklides və Knidoslu Eudoksus da olmuşdurlar. Ancaq, onlar bir çox məqamlarda Platonun təlimindən fərqli mövqelərdən çıxış edirdilər. Ona görə də, bir çox tədqiqatçılar onları Platonun sadiq ardıcılları sırasına daxil etmirlər.
Heraklides (yun. Ἡρακλείδης, m. ö. 390 – 310) hesab edirdi ki, hər şey ən kiçik və bölünməz cismlərdən ibarətdir. Atomlar olan bu cisimlər ilahi Əqldən doğur. Ruhların isə tərkibi efirdən ibarətdir. Onlar öncə göylərdə yaşayır, sonra insan bədəninə köçürlər.
Heraklides həm də astronomiya elmi ilə məşğul olmuşdur. Onun fikrincə yer öz oxu ətrafında fırlanır, göy isə hərəkətsizdir; ulduzlar kürə formasında olan yerə bənzər dünya cisimləridir.
Eudoksus (yun. Εὔδοξος, m. ö. 408 – 355) daha çox riyaziyyat və həndəsə elmləri ilə məşğul olmuşdur. İlk dəfə Yunanıstanda mütəmadi olaraq göy cisimlərini müşahidə etmək üçün elmi mərkəz yaratmışdır. Fəlsəfədə Eudoksus daha çox ontologiya, qnoseologiya və əxlaq sahələrində fikirlər irəli sürmüşdür. Onun fikrincə dünya birdir və bölünməzdir. Onun dərk edilməsində də duyğular və əqli fəaliyyət birlik təşkil edir.
Platon hesab edirdi ki, ideyalar düşüncə ilə dərk edilən əbədi varlıqlardır. Eudoksus onunla razılaşmayaraq onları hər bir şeydə olan qatqı kimi təsəvvür edirdi. Bir şeyə ağ qatılsa, o da o şeyin ağlığının səbəbi olduğu kimi, ideyalar da bunun kimi hər şeyin səbəbidir.
Eudoksusa görə ən yüksək ərdəm və xeyir həzz almaqdır. Hər şey ona doğru yönəlir və o hər şeyin məqsədidir. Həzzə qarşı duran istənilən şey isə əzabdır.
İkinci Akademiya
Qədim platonçuluq tarixinin ikinci mərhələsi skolarx Arkesilausdan (yun. Ἀρκεσίλαος, m. ö. 315 – 240) başlanmışdır. Onun dövründən başlayaraq Akademiyada şübhəçiliyin (skeptisizmin) təsiri artmışdır. Ona görə də, Arkesilaus hər bir iddiadan çəkinməyi məsləhət görürdü və stoaçıların kataleptik təsəvvür anlayışına qarşı çıxış etmişdir. O hesab edirdi ki, fəlsəfənin məqsədi həqiqətə çatma deyil, yanlışlıqlardan azad olmaqdır.
Arkesilausdan başqa Akademiyaya Lakides (yun. Λακύδης) və Evandrus (yun. Εὔανδρος) kimi skolarxlar başçılıq etmişdirlər. Ancaq, onlar haqqında zamanımıza çox az bilgilər çatmışdır.
Üçüncü Akademiya
Skolarx Karneades’dən (yun. Καρνεάδης, m. ö. 214 – 129) başlayaraq qədim platonçuluğun üçüncü tarixi mərhələsi başlamışdır. Həmçinin onun zamanında Akademiya yüksəliş dövrü yaşamışdır.
Karneades öz fəlsəfi görüşlərində şübhəçilik mövqeyində durmuşdur. Onun fikrincə nə təfəkkürdə, nə də duyğularda həqiqətin obyektiv meyarı yoxdur. Çünki, duyğu vasitəsi ilə əldə olunan bilgidə duyğuların aldadıcı xüsusiyyəti, məntiqlə əldə olunan bilgidə isə aporiyalar (məntiqi ziddiyyətlər) ola bilər. O, stoaçıların idrak nəzəriyyəsini tənqid edirdi, onların ziddiyyətlərini ortaya qoyurdu. Karneadesə görə idrakın üç pilləsi vardır: birincisi ehtimal olunan, ikincisi ehtimal olunan və ziddiyyəti olmayan, üçüncüsü isə ehtimal olunan, ziddiyyətsiz və yoxlamadan keçən. Üçüncüsü ən etibarlı olsa da həqiqəti tam açmır, ona nisbətən yaxınlaşır. O, həm də dini inanclara tənqidi yanaşırdı.
Karneadesdən sonra Akademiyaya Kliptomaxus (yun. Κλειτόμαχος, vəfatı m. ö. 110) və Larissalı Filon (yun. Φίλων, m. ö. 154 – 84) başçılıq etmişdirlər. Ancaq, onların haqqında zamanımıza çox az məlumat gəlib çatmışdır. Məlumdur ki, onlar Karneadesin şübhəçi fikirlərini davam etdirmişdirlər.
Filonun skolarxlığı zamanında e.ə. 87-ci ildə Mitridat müharibələri zamanı romalı sərkərdə tərəfindən Akademiyanın ağaclığı qırıldı. Filon Romaya miqrasiya etdi və burada onun şagirdləri Siseron və oldu.
Üçüncü Akademiyadan sonra platonizmin qədim dövrü bitmişdir. Dörüncü və beşinci Akademiyalar qədim dövrə aid deyil.
Orta dövr (Dördüncü Akademiya)
Əsas məqalə: Orta Platonizm
II və III Akademiyanın skeptik platonizmindən sonra banisi olduğu eklektik platonizm başlayır. Dördüncü Akademiyanın fərqləndirici xüsusiyyəti aristotelçiliklə stoisizmin sintez edilməsidir. Bu platonizm Akademiyanın ənənələrini daşısa da müxtəlif mərkəzlərdə inkişaf edirdi:İskəndəriyyə, Afina, Roma. Nümayəndələri Apuley, Qalen, , Plutarx, İskəndəriyyəli Filon olmuşdur. Bu akademiyanın nümayəndələri üçün etikada allaha təşbih, fizikada isə Allah-yaradıcı və müqəddəs Allah arasında fərq əsas maddə idi. Bununla onlar qnostisizmin fəlsəfəsini qabaqlamış oldular.
176-cı ildə Roma imperatoru Markus Avrelius Afinada akademiyanı bərpa etdi. Yeni məktəbin skolarxı şagirdi oldu.
Yeni dövr (Beşinci Akademiya, və ya Neoplatonizm)
Əsas məqalə: Neoplatonizm
Neoplatonizmin banisi Plotin hesab olunur. Misir bu istiqamətin mərkəzinə çevrilsə də və Proklın skolarxlığı zamanında neoplatonizm Afina Akademiyasına da nüfuz etdi.
529-cu ildə imperator Yustinianın dekreti əsasında Platon akademiyası bağlandı. Afina Akademiyasının sonuncu skolarxı İrana mühacirət edir.
Dirçəlişi
İntibah dövründə Florensiya yaxınlığında Platon Akademiyası (1459-1521) açıldı. Florensiya Akademiyası kimi də tanınan məktəbin banisi və ilk rəhbəri Marsilio Fiçino olmuşdur. 1583-cü ildə Florensiyada della Krusk Akademiyası açıldı, Romada isə 1603-cü ildə dei Linçei Akademiyası açıldı. Bu akademiya müasir elmlər akademiyasının ilk forması idi.
Təsiri
XVII əsrdə fransız filosofu akademik skeptisizmi bərpa etməyə cəhd göstərmişdir.
Mənbələr
- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 195-202. ISBN . 2016 tarixində (PDF). İstifadə tarixi: 2016-08-16.("Qədim dövr" bölümü)
- Məmmədov F.T. İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi – Bakı, “Apostrof” Çap Evi. 2013. 672 səh.
Ədəbiyyat
- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 195-202. ISBN . 2016 tarixində (PDF). İstifadə tarixi: 2016-08-16.
- H. Cherniss, The Riddle of the Early Academy, CUP (1945).
- R. E. Wycherley, Peripatos: The Athenian Philosophical Scene. Greece & Rome, parts I (1961) and II (1962).
- J. Glucker, Antiochus and the Late Academy Göttingen: Vandenhoeck & Ruprecht (1978).
- R. M. Dancy Two Studies in the Early Academy SUNY (1991).
- J. Dillon, The Heirs of Plato. A Study of the Old Academy (347–274 BC) OUP (2003).
- "Berit, A., & Strandskogen, R. (2009). Lifelines in World History:" The Ancient World"," The Medieval World"," The Early Modern World"," The Modern World". Routledge.
- Мочалова И. Н. Философия ранней Академии. СПб., 2007. − 144 с.
- Мочалова И. Н. Академия Платона и Ликей Аристотеля: философские школы как два типа научно-образовательных институтов // Философия и будущее цивилизации. Тезисы докладов и выступлений IV Российского философского конгресса (Москва 24-28 мая 2005 г.): В 5 т. Т.2. М., 2005. C.30-31.
- Хлебников Г. В. Платон и философская теология древней Академии (аналитический обзор) // Социальные и гуманитарные науки. Отечественная и зарубежная литература. Серия 3: Философия. Реферативный журнал. Институт научной информации по общественным наукам РАН. 2006. № 4. С.82-126.
Həmçinin bax
Xarici bağlantılar
- "Academy". Collier's New Encyclopedia. 1921.
- The Academy, entry in the
- Directions to the archaeological site of Plato's Academy, other useful information, and some photos.
- Диллон Джон. Наследники Платона. Исследование истории Древней Академии (347—274 гг. до н. э.). СПб., 2005. — 281 с.
İstinadlar
- "Академия"[ölü keçid] - НФЭ
- http://anl.az/el/Kitab/2014/Azf-272440.pdf 2019-11-01 at the Wayback Machine Məmmədov F.T. İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi
- Марк Туллий Цицерон. О пределах блага и зла. Парадоксы стоиков 2017-07-18 at the Wayback Machine / Перевод Н. А. Федорова. М.: Российский государственный гуманитарный университет, 2000, s. 89.
- The Miscellanies; or, Stromata // Ante-Nicene. Christian Library. The Writings of the Fathers Down to A. D. 325 2022-09-27 at the Wayback Machine. Vol. 4. Clement of . Vol 1. : T. and T. Clarc, 1867, p. 618.
- Гераклид Понтийский // Новая философская энциклопедия. В 4 тт. 2016-08-11 at the Wayback Machine М.: Мысль. 2001.
- Heraclides on the Rotation of the Earth // Heraclides of Pontus. Discussion. Vol. 15 / Edited by William W. Fortenbaugh, Elizabeth Pender. : Transaction Publishers, 2009, pp. 155-185; Heraclides of Pontus // Complete Dictionary of Scientific Biography, 2008.
- Aristotle. Metaphysics / Translated by T. Taylor. : Printed for the author by Davis, Wilks, and Taylor, 1801, p. 321.
- Aristotle. The Nicomachean Ethics / Translated by F. H. Reters, M. A. London: Kegan Paul, Trench, Truebner & Co., 1893, p. 321.
- Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, pp. 224-248.
- Карнеад // Философская Энциклопедия. В 5-х т. 2022-06-20 at the Wayback Machine М.: Советская энциклопедия. 1960-1970
- Sulla Lusi Korneli 2016-03-05 at the Wayback Machine — romalı sərkərdə, konsul, diktator
- "Платонический философский lexicon". 2018-11-01 tarixində . İstifadə tarixi: 2014-07-01.
- "Средний Платонизм". 2014-04-14 tarixində . İstifadə tarixi: 2014-07-01.
- "Афинская школа платонизма". 2019-03-14 tarixində . İstifadə tarixi: 2014-07-01.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Platonun Akademiyasi E e 380 ci illerde Afina yaxinliginda mifik qehreman Akademanin serefine adlandirilmis bolgede Platon terefinden esasi qoyulmus dini felsefi birlik Akademiya qedim Afina xeritesindeHaqqindaPlaton Afinada ilk defe Akademiya qehreman Akademin serefine bele adlanan felsefe mektebini yaratdi O felsefi idealizm sistemini isleyib hazirladi ki ona uygun olaraq insanin hissleri ile qavranilan dunya butun seylerin hissen duyulmaz deyismez tekce filosofun tefekkuru ile derk olunan obrazlarin serbest suretde movcud olan real ideyalar dunyasinin yalniz zeif inikasidir Esasi bu konsepsiya uzerinde qoyulmus Platon Akademiyasi Araliq denizinin her terefinden alimleri ozune celb edirdi ve teqriben 900 il b e VI esrine qeder movcud oldu Demokritin mexanistik materializminin eksine olaraq Platon idealizminin etik sistemi insan heyatini rifah ve xeyirxahliq anlayislari baximindan nezerden kecirerek dunyani suurlu baslangic terefinden nizamlanmis ruhlandirilmis ruh verilmis tesevvur edirdi Platon etikasi onun qelbin uc terkib hissesi agil irade ve hiss haqqinda telimine esaslanir ki buna da uc meziyyet uygun gelir agil mudrikliyin esasi kimi irade metinliyin esasi kimi hissiyyati cilovlama agilin ve ya ozunu ele almanin16 esasi kimi Bu meziyyetlerin harmonik birlesmesi dorduncunu edaleti yaradir Akademiyada muxtelif elm saheleri tedqiq olunurdu felsefe riyaziyyat astronomiya tebiet elmleri ve s Akademiya daxilinde boyukler ve kicikler qrupu movcud idi ve esas tedris metodu dialektika dialoq idi Akademiyanin devizinde riyaziyyatin rolu xususi qeyd olunur Hendeseni bilmeyen gelmesin 529 cu ilde imperator I Yustinianin emri ile Afinada butun felsefi mektebler baglanmisdir Akademiyanin tarixi merheleleriAkademiyanin ve ya platonizmin 3 tarixi merhelesi olmusdur Qedim Orta Yeni Qedim platonizm oz novbesinde 3 merheleye bolunur Bunlar Birinci Ikinci ve Ucuncu Akademiya adlanir Orta platonizm Dorduncu Akademiya sayilir Besinci Akademiya ise neoplatonizm yeni platonculuq adlanir Qedim dovr Afina mektebi Rafael 1511 ci ilBirinci Akademiya Platondan sonra qedim Akademiyanin bascisi skolarxi Spevsippus m o 409 339 olmusdur O ontoloji problemlere diqqet yetirib Platon telimini tekmillesdirmisdir Bundan basqa Spevsippus cevrenin qavranilmasi problemine dair fikirler ireli surmusdur Esas meqale Spevsippus Spevsippusdan sonra Akademiyaya Kalkedonlu Ksenokrates m o 395 314 basciliq etmisdir O felsefeni sistemlesdirmeye cehd etmisdir O da ontoloji problemlere diqqet yetirmis varligin terkibi kimi Vahid Egl ve Ruh haqqinda dusuncelerle cixis etmisdir O hem de mistikaya meylli olmusdur Esas meqale Ksenokrates Kalkedonlu Qedim Akademiyanin daha bir bascisi skolarxi Polemon yun Polemwn m o 350 270 olmusdur O Ksenokratesin fikirlerini inkisaf etdirmis daha da cox exlaqi meselelere onem vermisdir Onun fikrince her bir canli ozune qaygi gosterir ozunu qoruyur ve sevir tebiet terefinden verilmis ozellikleri gerceklesdirmek isteyir Buna gore de heyati tebietle uygunlasaraq surmek lazimdir Eslinde xosbextlik de budur o erdemsiz elde olunmaz Polemon coxlu kitab yazsa da zamanimiza onun bu eserleri gelib catmamisdir Polemondan sonra qedim Akademiyaya Krates yun Kraths olum tarixi texminen m o 268 basciliq etmisdir Onun da eserleri zamanimiza gelib catmamisdir Kratesin haqqinda yalniz o melumdur ki o Platon mektebinin enenelerini qorumusdur Ondan basqa qedim Akademiyanin taninmis numayendeleri sirasinda Pontlu Heraklides ve Knidoslu Eudoksus da olmusdurlar Ancaq onlar bir cox meqamlarda Platonun teliminden ferqli movqelerden cixis edirdiler Ona gore de bir cox tedqiqatcilar onlari Platonun sadiq ardicillari sirasina daxil etmirler Heraklides yun Ἡrakleidhs m o 390 310 hesab edirdi ki her sey en kicik ve bolunmez cismlerden ibaretdir Atomlar olan bu cisimler ilahi Eqlden dogur Ruhlarin ise terkibi efirden ibaretdir Onlar once goylerde yasayir sonra insan bedenine kocurler Heraklides hem de astronomiya elmi ile mesgul olmusdur Onun fikrince yer oz oxu etrafinda firlanir goy ise hereketsizdir ulduzlar kure formasinda olan yere benzer dunya cisimleridir Eudoksus yun Eὔdo3os m o 408 355 daha cox riyaziyyat ve hendese elmleri ile mesgul olmusdur Ilk defe Yunanistanda mutemadi olaraq goy cisimlerini musahide etmek ucun elmi merkez yaratmisdir Felsefede Eudoksus daha cox ontologiya qnoseologiya ve exlaq sahelerinde fikirler ireli surmusdur Onun fikrince dunya birdir ve bolunmezdir Onun derk edilmesinde de duygular ve eqli fealiyyet birlik teskil edir Platon hesab edirdi ki ideyalar dusunce ile derk edilen ebedi varliqlardir Eudoksus onunla razilasmayaraq onlari her bir seyde olan qatqi kimi tesevvur edirdi Bir seye ag qatilsa o da o seyin agliginin sebebi oldugu kimi ideyalar da bunun kimi her seyin sebebidir Eudoksusa gore en yuksek erdem ve xeyir hezz almaqdir Her sey ona dogru yonelir ve o her seyin meqsedidir Hezze qarsi duran istenilen sey ise ezabdir Ikinci Akademiya Qedim platonculuq tarixinin ikinci merhelesi skolarx Arkesilausdan yun Ἀrkesilaos m o 315 240 baslanmisdir Onun dovrunden baslayaraq Akademiyada subheciliyin skeptisizmin tesiri artmisdir Ona gore de Arkesilaus her bir iddiadan cekinmeyi meslehet gorurdu ve stoacilarin kataleptik tesevvur anlayisina qarsi cixis etmisdir O hesab edirdi ki felsefenin meqsedi heqiqete catma deyil yanlisliqlardan azad olmaqdir Arkesilausdan basqa Akademiyaya Lakides yun Lakydhs ve Evandrus yun Eὔandros kimi skolarxlar basciliq etmisdirler Ancaq onlar haqqinda zamanimiza cox az bilgiler catmisdir Antik felsefeYunan felsefeoncesi dovru e e VII yuzilliye qeder Orfizm Homer Hesiod Ferekid Yeddi yunan mudriki EpixarmQedim yunan felsefesi e e VII IV yuzillikler Milet mektebi Fales Anaksimandr Anaksimen Elea mektebi Ksenofan Parmenid Eleyali Zenon Melissus Musteqil filosoflar Heraklit Anaksaqor Empedokl Pifaqorcular Pifaqor Filolaus Hippas Arxitas Alkmeon Qedim yunan atomculari Levkipp Demokrit Sofistler Boyuk sofistler Protaqor Prodikus Qorqias Hippias Kicik sofistler Trasimaxus Likofron Kritius Alkidamas Klassik yunan felsefesi 1 Sokrat ve sokratcilar Kinikler Antisfen Diogen Bion Boristenes Kerkidas Kratet ve Hipparxia Kirenacilar Aristipp Hegesias Annikeris Teodorus Evhemerus Meqaracilar Evklides Stilpon Evbulides Diodorus Kronus Eretriyacilar Elidali Fedon Eretriyali Menedem 2 Platon ve erken platoncular Spevsippus Ksenokrates Polemon Krates Heraklides Eudoksus Arkesilaus 3 Aristotel ve erken peripatetikler Teofrastus Evdemus Straton Dikearxus Aristarxus Demetri AristoksenusEllinizm dovrunun felsefesi e e IV I yuzillikler Skeptisizm Pirron Enesidemus Aqrippa Epikurculuk Epikur Lukretius Peripatetizm Rodoslu Andronikus Platonizm Karneades Kliptomaxus Filon Larissali Stoaciliq Erken dovr Kitiyali Zenon Xrisippus Kleantes Orta dovr Panetius PosidoniusQedim Roma dovrunun felsefesi I V yuzillikler Skeptisizm Sekst Empirik Stoaciliq Seneka Epiktet Mark Avreli Siseron Peripatetizm Afrodisiali Aleksandr Orta platonizm Alkinous Apuleyus Qalen Plutarx Maksim Filon Selsus Teon Neoplatonizm Roma mektebi Ammonius Sakkas Plotin Porfirius Amelius Apameya mektebi Yamblix Sopater Perqama mektebi Sallustius Yulian Avqust Afina mektebi Afinali Plutarx Proklus Marinus Simplikius Damaskius Iskenderiyye mektebi Hierokles Hipatiya Ioann Filoponus Antik dini telimler Qnostisizm Hermetizm Mitraizm Neopifaqorculuq Apollonius Nikomaxus Numenius Moderatus Erken Xristian felsefesi Klement Origen Avqustin Avrelius Boesius Saxta Dionisius AreopagitUcuncu Akademiya Skolarx Karneades den yun Karneadhs m o 214 129 baslayaraq qedim platonculugun ucuncu tarixi merhelesi baslamisdir Hemcinin onun zamaninda Akademiya yukselis dovru yasamisdir Karneades oz felsefi goruslerinde subhecilik movqeyinde durmusdur Onun fikrince ne tefekkurde ne de duygularda heqiqetin obyektiv meyari yoxdur Cunki duygu vasitesi ile elde olunan bilgide duygularin aldadici xususiyyeti mentiqle elde olunan bilgide ise aporiyalar mentiqi ziddiyyetler ola biler O stoacilarin idrak nezeriyyesini tenqid edirdi onlarin ziddiyyetlerini ortaya qoyurdu Karneadese gore idrakin uc pillesi vardir birincisi ehtimal olunan ikincisi ehtimal olunan ve ziddiyyeti olmayan ucuncusu ise ehtimal olunan ziddiyyetsiz ve yoxlamadan kecen Ucuncusu en etibarli olsa da heqiqeti tam acmir ona nisbeten yaxinlasir O hem de dini inanclara tenqidi yanasirdi Karneadesden sonra Akademiyaya Kliptomaxus yun Kleitomaxos vefati m o 110 ve Larissali Filon yun Filwn m o 154 84 basciliq etmisdirler Ancaq onlarin haqqinda zamanimiza cox az melumat gelib catmisdir Melumdur ki onlar Karneadesin subheci fikirlerini davam etdirmisdirler Filonun skolarxligi zamaninda e e 87 ci ilde Mitridat muharibeleri zamani romali serkerde terefinden Akademiyanin agacligi qirildi Filon Romaya miqrasiya etdi ve burada onun sagirdleri Siseron ve oldu Ucuncu Akademiyadan sonra platonizmin qedim dovru bitmisdir Doruncu ve besinci Akademiyalar qedim dovre aid deyil Orta dovr Dorduncu Akademiya Esas meqale Orta Platonizm II ve III Akademiyanin skeptik platonizminden sonra banisi oldugu eklektik platonizm baslayir Dorduncu Akademiyanin ferqlendirici xususiyyeti aristotelcilikle stoisizmin sintez edilmesidir Bu platonizm Akademiyanin enenelerini dasisa da muxtelif merkezlerde inkisaf edirdi Iskenderiyye Afina Roma Numayendeleri Apuley Qalen Plutarx Iskenderiyyeli Filon olmusdur Bu akademiyanin numayendeleri ucun etikada allaha tesbih fizikada ise Allah yaradici ve muqeddes Allah arasinda ferq esas madde idi Bununla onlar qnostisizmin felsefesini qabaqlamis oldular 176 ci ilde Roma imperatoru Markus Avrelius Afinada akademiyani berpa etdi Yeni mektebin skolarxi sagirdi oldu Yeni dovr Besinci Akademiya ve ya Neoplatonizm Esas meqale Neoplatonizm Neoplatonizmin banisi Plotin hesab olunur Misir bu istiqametin merkezine cevrilse de ve Proklin skolarxligi zamaninda neoplatonizm Afina Akademiyasina da nufuz etdi 529 cu ilde imperator Yustinianin dekreti esasinda Platon akademiyasi baglandi Afina Akademiyasinin sonuncu skolarxi Irana muhaciret edir DircelisiIntibah dovrunde Florensiya yaxinliginda Platon Akademiyasi 1459 1521 acildi Florensiya Akademiyasi kimi de taninan mektebin banisi ve ilk rehberi Marsilio Ficino olmusdur 1583 cu ilde Florensiyada della Krusk Akademiyasi acildi Romada ise 1603 cu ilde dei Lincei Akademiyasi acildi Bu akademiya muasir elmler akademiyasinin ilk formasi idi TesiriXVII esrde fransiz filosofu akademik skeptisizmi berpa etmeye cehd gostermisdir MenbelerAydin Elizade Antik felsefe tarixi PDF 3 sayli Baki Metbeesi ASC 2016 s 195 202 ISBN 5 89968 061 X 2016 tarixinde PDF Istifade tarixi 2016 08 16 Qedim dovr bolumu Memmedov F T Idareetme medeniyyeti Xarici olkelerin tecrubesi Baki Apostrof Cap Evi 2013 672 seh EdebiyyatAydin Elizade Antik felsefe tarixi PDF 3 sayli Baki Metbeesi ASC 2016 s 195 202 ISBN 5 89968 061 X 2016 tarixinde PDF Istifade tarixi 2016 08 16 H Cherniss The Riddle of the Early Academy CUP 1945 R E Wycherley Peripatos The Athenian Philosophical Scene Greece amp Rome parts I 1961 and II 1962 J Glucker Antiochus and the Late Academy Gottingen Vandenhoeck amp Ruprecht 1978 R M Dancy Two Studies in the Early Academy SUNY 1991 J Dillon The Heirs of Plato A Study of the Old Academy 347 274 BC OUP 2003 Berit A amp Strandskogen R 2009 Lifelines in World History The Ancient World The Medieval World The Early Modern World The Modern World Routledge Mochalova I N Filosofiya rannej Akademii SPb 2007 144 s Mochalova I N Akademiya Platona i Likej Aristotelya filosofskie shkoly kak dva tipa nauchno obrazovatelnyh institutov Filosofiya i budushee civilizacii Tezisy dokladov i vystuplenij IV Rossijskogo filosofskogo kongressa Moskva 24 28 maya 2005 g V 5 t T 2 M 2005 C 30 31 Hlebnikov G V Platon i filosofskaya teologiya drevnej Akademii analiticheskij obzor Socialnye i gumanitarnye nauki Otechestvennaya i zarubezhnaya literatura Seriya 3 Filosofiya Referativnyj zhurnal Institut nauchnoj informacii po obshestvennym naukam RAN 2006 4 S 82 126 Hemcinin baxPlaton Platonizm Orta platonizm NeoplatonizmXarici baglantilar Academy Collier s New Encyclopedia 1921 The Academy entry in the Directions to the archaeological site of Plato s Academy other useful information and some photos Dillon Dzhon Nasledniki Platona Issledovanie istorii Drevnej Akademii 347 274 gg do n e SPb 2005 281 s Istinadlar Akademiya olu kecid NFE http anl az el Kitab 2014 Azf 272440 pdf 2019 11 01 at the Wayback Machine Memmedov F T Idareetme medeniyyeti Xarici olkelerin tecrubesi Mark Tullij Ciceron O predelah blaga i zla Paradoksy stoikov 2017 07 18 at the Wayback Machine Perevod N A Fedorova M Rossijskij gosudarstvennyj gumanitarnyj universitet 2000 s 89 The Miscellanies or Stromata Ante Nicene Christian Library The Writings of the Fathers Down to A D 325 2022 09 27 at the Wayback Machine Vol 4 Clement of Vol 1 T and T Clarc 1867 p 618 Geraklid Pontijskij Novaya filosofskaya enciklopediya V 4 tt 2016 08 11 at the Wayback Machine M Mysl 2001 Heraclides on the Rotation of the Earth Heraclides of Pontus Discussion Vol 15 Edited by William W Fortenbaugh Elizabeth Pender Transaction Publishers 2009 pp 155 185 Heraclides of Pontus Complete Dictionary of Scientific Biography 2008 Aristotle Metaphysics Translated by T Taylor Printed for the author by Davis Wilks and Taylor 1801 p 321 Aristotle The Nicomachean Ethics Translated by F H Reters M A London Kegan Paul Trench Truebner amp Co 1893 p 321 Diogenes Laertius Lives and Opinions of Eminent Philosophers Translated by C D Yonge London Georg Bell amp Sons 1915 pp 224 248 Karnead Filosofskaya Enciklopediya V 5 h t 2022 06 20 at the Wayback Machine M Sovetskaya enciklopediya 1960 1970 Sulla Lusi Korneli 2016 03 05 at the Wayback Machine romali serkerde konsul diktator Platonicheskij filosofskij lexicon 2018 11 01 tarixinde Istifade tarixi 2014 07 01 Srednij Platonizm 2014 04 14 tarixinde Istifade tarixi 2014 07 01 Afinskaya shkola platonizma 2019 03 14 tarixinde Istifade tarixi 2014 07 01