Apuleyus, rusca Apuley (lat. Apuleius Lucius, təxminən m. 125–170) — Qədim Roma yazıçısı, şairi, orta platonçu filosof. Roma imperiyasının şəhərində doğulub. Məşhur "Metamorfozalar" ("Qızıl eşşək") romanının müəllifi. Yazıçının latınca əsərləri qalmışdır.
Apuley | |
---|---|
Doğum tarixi | təq. 125[…] |
Doğum yeri | |
Vəfat tarixi | təq. 170 |
Vəfat yeri | |
Həyat yoldaşı |
|
Fəaliyyəti | yazıçı, filosof, roman yazıçısı, şair, həkim |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Mənşəyi
Apuley özünü yarınumidiyalı-yarıqetuleyalı hesab edirdi. Ehtimal ki onun doğma dili hansısa yerli semit şivələrində biri olmuşdur. Şəhər özünüidarəsində yüksək vəzifə sahibi olan atası karlı adam olduğundan, Apuley, ibtidai təshsilini öz doğma şəhərində başlayıb, Karfagendə davam etdirmişdir. Yuli Sezarın əmri ilə yenidən tikilən Karfagen, tamamilə dirçəlir və çiçəklənərək II əsrdə Afrika əyalətinin mərkəzi, valinin iqamətgahı və əyalət senatının iclas yeri olur. Gəncliyi keçdiyi, müəllimləri yaşadığı və fəlsəfi fikirləri formalaşdığı bu şəhəri Apuley çox sevirdi, və ehtimal ki həyatının sonuna kimi burada yaşamışdı. O həmişə öz deklamasiya və nitqlərində bu şəhəri tərifləyir, onun var dövlətini, ləyaqətini, sakinlərinin savadını vəsf edirdi.
Təhsili və səyahətləri
Karfagendə riyaziyyatı, natiqliyin və fəlsəfənin əsaslarını öyrənərək Apuley, o vaxt yenidən elinnist dünyagörüşü mərkəzinə çevrilən Afinaya yollanır. Burada o, bir neçə il natiqlik və fəlsəfə təhsili alır. Məhz Afinada o, ehtimal, "İkinci sofistika" davamçılarının nəzəriyəsi və praktikası ilə tanış olur, və özü də onlara qoşulur. Ehtimal etmək olar ki, Apuleyin yunan dilində ilk ədəbi təcrübələri həmin dövrə aiddir. Afinadan sonra Apuley Yunanıstanın, sonradan onun ulaq cildinə girmiş qəhrəmanı Lutsinin səyahət etdiyi, bütün əyalətlərində olur. Samos adası, Frigiya və nəhayət Romaya gəlir. Burada Apuley vəkil işləyir. Forumda çıxış edərək o həm natiqlik təcrübəsi qazanır, həm də latın dilində təkmilləşir,
lakin Apuley Romada çox qalmır və 50 illərin əvvəlində o vətəninə qayıdır. Çox keçməmiş o ikinci səyahətinə yollanır, ancaq İskəndəriyyəyə gedərkən yolda xəstələnir və Eya (müasir Tripoli) şəhərində qalmalı olur. Burada o, Afinada birlikdə oxuduğu yoldaşı Pontianla qarşılaşır, və onun yaşlı anası varlı qadın Putendilla ilə evlənir, lakin Putendillanın birinci ərinin qohumları şübhələnirlər ki Apuley, onun birinci ərindən olan uşaqlrını vərəsəlikdən məhrum etmək istəyir. Onlar hətta anası ilə izdivacın səbəbkarı olan Pontianı ona qarşı qaldıra bilirlər, lakin Pontian, əvvəlcə dostu və atalığı olan Apuleylə barışaraq, ölür. Onda Apuleyin düşmənləri Putendillanın kiçik oğlunu qızışdıraraq, Apuleyin cadu yolu ilə Putendillanı yoldan çıxarması iddiasını ortaya atırlar. Apuleyin müdafiə məqsədi ilə, Sabrat şəhərində Afrika prokonsulu Klavdi Maksim qarşısında etdiyi məşhur çıxış-nitqi — "Apologiya" bu iddiaya cavab olur. Məhkəmə prosesi 156–158 illər arasında baş verir; alimlərin əksəriyəti 158 ili göstərirlər, və bu tarix Apuleyin həyatı və yaradıcılığı üçün bir açardır.
Apuley bəraət qazanır, lakin prosesin, düşmənlərinin nifrətinin mənasızlığını göstərəcəyinə və təqiblərinin qarşısını kəsəcəyinə ümidləri, ehtimal ki puç olur: o tezliklə Eyanı tərk edir və Karfagenə köçür. Həyatının qalan hissəsi və ölümün tarixi barədə demək olar ki heç nə məlum deyil. Biz ancaq onu bilirik ki, 70 illərdə o hələ sağ idi və Afrikanın Karfagen və başqa şəhərlərində natiq və görkəmli filosof kimi böyük ad çıxarmışdı. Əyalət senatında sədrlik etmək hüququ verən Karfagenin hamisi tanrı Eskulapın kahini və əyalətin baş kahini vəzifəsinə seçilmişdir, lakin bu az, qırıntılı və çox vaxt əlaqəsiz məlumatlardan başqa, bizim əlimizdə Apuleyin əsərlərində olan avtoportreti var.
Yaradıcılığı
Məlumdur ki, o həm latın həm də yunan dillərində yazırdı və məharətlə bir dildən o birisinə keçməyi ilə çox fəxr edirdi.
Onun yunanca yazdığı heç bir əsəri bizə çatmayıb. Latınca da əsərlərinin hamısı qalmayıb. Ancaq əhəmiyətsiz parçalardan, adlarından və eyhamlardan onun satirik, sevgi şeirlərindən, (ola bilsin erotik lətifələrindən), "Germaqor" romanından, müxtəlif bəhanələrlə etdiyi çıxışlar, deklamasiya və tanrıların, yaxud şairin sanlı hamilərinin şəninə himnlərindən xəbərimiz var. Onun şeir və nəsrlə yunan dilindən latın dilinə tərcümələrinin əksəriyəti, "Dövlət haqqında" traktatı, və özünün qürur mənbəyi saydığı təbii elmlərə aid heç bir əsəri qalmayıb. Bundan başqa məlumdur ki, ona bir çox tarix, riyaziyat, musiqi, nücum, kənd təsərrüfatı barədə kitablar da aiddir. Apuleyin hərtərəfliyi həqiqətən də sərhədsiz idi, lakin onun elmi bilikləri səthi idi və adətən kompilyasiyalardan o yana getmirdi.
Ondan qalan bütün ədəbi mirası üç hissəyə bölmək olar: Fəlsəfi əsərləri, deklamasiyaları və Metamorfozalar (Qızıl eşşək) romanı.
Apuley öz filosof-platonik dərəcəsi üzərində çox əsirdi, lakin müstəqil filosof kimi o olduqca zəif və asılı idi. Hər halda "Əflatun və onun təlimi barədə" , " Təfsir barədə", "Kainat barədə" (sonuncu iki traktatın Apuleyə aid olması mübahisəlidir), eləcə də "Sokrat ilahiliyi barədə" fəlsəfi deklamasiyası fəlsəfə tarixi üçün böyük maraq kəsb edir. Onlardan görmək olar ki, Plotindən hələ 100 il əvvəl Əflatunun obyektiv idealizmindən mistik neoplatonizmə keçidi sezmək olardı.
Stoik, epikurey və skeptik təlimlərlə Əflatun və Ərəstunun fəlsəfəsinin məzmununun fantastik kombinasiyası.
Artıq yuxarıda qeyd edilən "Apologiya" — imperiya vaxtının az qala yeganə məhkəmə nitqi nümunəsidir. Nitqin mətni nəşröncəsi, ehtimal ki əhəmiyətsiz, redaktəyə məruz qalsa da, "Apologiya" Apuleyin — sərbəst, "ikinci sofistikaya" xas nazlı-deklamator natiqlik tərzi barədə təsəvvür yaradır. Apuley san ki müdafiə olunmur, ama mövzu kimi özünə qarşı olan suçlamaları götürərək, erudisiyalı və fəlsəfi mənada savadlı dinləyicilərə zövq vermək üçün sadəcə olaraq publika qarşısında çıxış edir. Öz məharətlə qurduğu nitqində Apuley bir neçə hüdudda döyüşə girir, və birindən o birisinə keçərək, geriyə çəkilmir, əksinə hücuma keçir.
Ona ünvanlanan ittihamları, onun qüsursuz xasiyətinə və həyat tərzinə zidd olduğuna görə bütünlüklə rədd edə bilərdi, lakin o çağırışı qəbul edir və ayrılıqda ona qarşı irəli sürülən bütün ittihamları maddələrlə təkzib edir. Cadu ilə əlaqəsiz olduğunu sübut edərək Apuley, daha irəliyə gedir: o göstərir ki, hətta ən dahi cadugər olsayı belə, onu məhkəməyə cəlb etməyin heç bir əsası yoxdur. "Müdafiənin" üç istiqamətinə bölünərək bu nitq, müvafiq olaraq üç hissədən ibarətdir. İlk 25 fəsili Apuley rəqiblərin onun görünüşü, mənşəyi və həyat tərzinə olan hücumlarına ayırır.
Sən demə onun bütün hərəkətləri filosof-platonist idealına ciddi şəkildə uyğundur və deməli qüsursuzdur və cinayətkarlıqdan uzaqdır. 26–63 fəsilləri əhatə edən ikinci hissə -bilavasitə cadugərliklə bağlı böhtanların (müasir nöqteyi nəzərlə bu böhtanlar olduqca məzəlidir: məsələn, guya Apuley, adları ədəbsiz səslənən iki balığdan sehrli mayə hazırlayırmış) təkzibidir.
Nitqin sonluğu olan 66–103 fəsillər xüsusi ilə maraqlıdı. Bu, prosseəs öncəki hadisələrin ardıcıl təsviri olan "narratio", yəni "həkayə"dir; o hakimləri inandırmalıdır ki, cadu yox, amma həyatın özü, onun çoxsaylı motivləri, niyyətləri və müxtəlif təsadüfləri ilə Putendillanı Apuleylə nikaha gətirməliydi. Bu, parlaq gerçəkçi təfərrüatlarla bol hissədə, bənzərsiz mənzərə təsviri ustası Apuleyin istedadı tam açılır. Məşhur Apuley istehzası "Apologiyada", incə yumordan kəskin sarkazma qədər müxtəlif formalar alır. Təkcə dul qadınların cavan oğlanları cehizlə cəlb etmək barədə mülahizələr nəyə istəsəniz dəyər:
"Hansı, həyatda heç olmasa azca baş çıxaran insan, artıq yaşlı və dul, amma canı sulu qadını, əgər o ərə getmək niyyəti ilə öz varidatından və üstün mövqeyindən istifadə edərək, qüsursuz görünüşlü, nəcabətli və xassiyətli gənc adamı cəlb etmək fikrinə düşübsə, qınayar? …"
— (Apologiya, 92 fəsil)
Qabarıqlığı, gücü və portretlərin inandırıcılığı ilə "Apologiya" nəinki "Qızıl eşşəkdən", ümumiyətlə qədim romalı ədəbiyatın ən yaxşı nümunələrindən geri qalmır. Əlbəttə ki "Apologiyada" barələrində danışdığı adamlar, Salüstinin Katilinasına tay deyil. Onlar öz dövrünün adi adamlarıdır, amma hərəsinin xassiyətində Apuley elə cizgiləri və təfərrüatları seçir ki, onların kiçik ehtirasları və gündəlik qayğıları oxucunun yadına həmişəlik qalır.
Fəlsəfəsi
Apuleyus Lusius həm də orta platonçuluq məktəbin nümayəndəsi sayılır. O kahin olmuş, bir çox ədəbi əsərlərin yazarı idi. Onun ironik və satiristik roman janrında yazılmış "Metamorfozlar" (lat. Metamorphoseon) kitabı antik dünyanın ən çox yayılmış və başqa dillərə tərcümə olunmuş əsəridir. Onu "Qızıl eşşək" (lat. Asinus aureus) də adlandırırlar (9, 3–246). Bu əsərdə eyş-işrətlə dolu həyat sürən Lusius adlı bir gənc cadugərliklə maraqlanmış və onu öz üzərində sınamaq istəmişdir. Bir cadugər qadın o gənci öz xahişi ilə müvəqqəti olaraq quşa çevirmək istəmiş, ancaq yanlışlıq nəticəsində onu eşşəyə çevirmişdir.
Ancaq, eşşək olan Lusius insan düşüncəsində qalmış və hər şeyi insan kimi anlamışdır. Beləliklə, o müxtəlif adamların (əkinçilərin, quldurların, varlıların, kahinlərin) ev heyvanı olmuş, onların həyatlarını içəridən görmüş; insanların alçaqlığının, yalanlarının, xəyanətlərinin, ikiüzlülüklərinin, cinayətlərinin, əxlaqsızlıqlarının şahidi olmuşdur. Sahibləri onunla qəddarcasına davranmış və hər zaman alçaltmışdırlar. Sonda Lusius tanrılardan yardım diləmiş və tanrıca İsis (İsida) onu yenidən insana çevirmişdir. Bundan sonra o, gördüklərindən nəticə çıxararaq Osiris və İsis kultlarının kahini olmuşdur.
Fəlsəfi əsərlərindən biri olan "Platon və onun təlimi" (lat. De Piatone et eius dogmate) kitabında Apuleus özünəməxsus şəkildə oxucuları Platonun təlimi ilə tanış etmişdir. Ancaq, bir çox hallarda onun yazdıqları Alkinousun verdiyi bilgilərdən fərqlənmişdir. Bu kitabda Platonun kimliyi açıqlanmış, onun ilk dəfə fəlsəfənin üç bölümünü birləşdirdiyi bildirilmişdir. Apuleusa görə fəlsəfənin birinci bölümü kosmologia və antropologiyadan ibarət olan fizikadır. İkincisi ilahiyyatdır ki, o başlanğıclar (tanrı, maddə, ideya) və iki mahiyyət (düşüncə ilə qavranılan və duyğusal) haqqında bölümləri əhatə edir. Fəlsəfənin üçüncü bölümü olan məntiq haqqında isə əsərdə bilgi verilməmişdir. Apuleusun dünyanın quruluşu haqqında baxışları (kosmologiası) Platotun "Timeus" əsərində olduğu kimidir.
Tale (alın yazısı) problemi üzrə Apuleus tanrının düşündüyünü (sententia), tanrı qanunu (fatum) və təsadüfü (fortuna) fərqləndirir. Təsadüfə yer verməsi onun tərəfindən azad iradənin tanınmasıdır.
Baş ya da birinci Tanrı duyulmaz və ulaşılmazdır (transsendentaldir). Ona görə dünyanın axarını kiçik tanrılar təmin edir, onlara isə demonlar yardım edirlər. Əxlaq xoşbəxt həyatın əldə edilməsi üçün gərəkli biliklərə yiyələnməkdir. Bu biliklər ərdəmlərin, xeyirlərin, qüsurların nədən ibarət olduğunu əhatə edir.
"Sokratın tanrısı haqqında" (lat. De Deo Socratis) Apuleusun daha bir mistikaya yaxın olan fəlsəfi əsəridir. Burada "tanrı" sözü "demon" mənasında işlədilir. Bilindiyi kimi yunanlar insanlarla tanrıların arasında duran varlıqları "demonlar" adlandırırdılar. Onlar kiçik tanrılar, ya da tanrıların balaları kimi də təsəvvür edilirdi. Platona görə insanlar tanrılarla birbaşa bağlantı yarada bilməzlər. Demonların ataları olan ilk Tanrını isə təsəvvür etmək və ona çatmaq mümkün deyildir. Bunu yalnız demonların vasitəsi ilə etmək olar.
İnsan bədənindən imtina etmiş ruhlar yüksək qatlarda demonların birliyini təşkil edirlər. Platona görə demonlar hər bir insanı həyatı boyu müşayiət edir, onun bütün əməllərinin şahidi olur. İnsan öldükdən sonra isə o demon onu axirətə aparır və ölən mühakimə olunanda onun əməlləri haqqında deyilənləri təsdiq ya da inkar edir. Buna görə də, hər kəs öz demonu ilə bağlantı yolunu axtarmalı, ona itaət etməli və onu duymalıdır. Bunu edərsə onda onun demonu ona yol göstərər, müxtəlif yollarla (məsələn yuxularla) bilgilər verə bilər. Məhz bunu da Sokrat etmiş, müdrikliyin yüksəkliklərinə çata bilmişdir.
Müqayisə üçün, İslama görə də iki mələk hər bir insanın yaxşı və pis əməllərini yazır. Qiyamət günü onların yazdıqlarının əsasında insan mühakimə ediləcək.
Son olaraq Apuleus məsləhət görür ki, Sokratın etdiyini hamı etsin və bu yolla tanrılara bənzər həyat sürsün.
Həmdə bax
Mənbə
- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 209-212. ISBN . 2016 tarixində (PDF). İstifadə tarixi: 2016-08-16. ("Fəlsəfəsi" bölümü üçün)
Ədəbiyyat
- Апулей. Золотой осёл, Метаморфозы в одиннадцати книгах. Государственное издательство художественной литературы. МСМLVI səh. 8–12.
İstinadlar
- Любкер Ф. Apuleius (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 119.
- Apuleius // Alvin.
- Répertoire des sources philosophiques antiques (fr.). CNRS.
- Apuleius L. Apologia (lat.).
- Marks və Engels, Əsərləri, t. IV, səh. 122
- Апулей Луций // Античная философия: Энциклопедический словарь 2016-10-09 at the Wayback Machine / Составитель Е. В. Афонасин. М.: Прогресс-Традиция, 2008.
- God of Socrates // The Works of Apuleius. London: G. Bell and Sons, LTD. 1914, pp. 351–374.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Apuleyus rusca Apuley lat Apuleius Lucius texminen m 125 170 Qedim Roma yazicisi sairi orta platoncu filosof Roma imperiyasinin seherinde dogulub Meshur Metamorfozalar Qizil essek romaninin muellifi Yazicinin latinca eserleri qalmisdir ApuleyDogum tarixi teq 125 Dogum yeri Mdaurus ElcezairVefat tarixi teq 170Vefat yeri Karfagen Bizans imperiyasi Kipr Akrotiri ve Dekeliya Birlesmis KralliqHeyat yoldasi bilinmirFealiyyeti yazici filosof roman yazicisi sair hekim Vikianbarda elaqeli mediafayllarApuleyusun 1902 ci ilde nesr olunmus kitabinin frontispisinde olan tesvirHeyatiMenseyi Apuley Apuley ozunu yarinumidiyali yariqetuleyali hesab edirdi Ehtimal ki onun dogma dili hansisa yerli semit sivelerinde biri olmusdur Seher ozunuidaresinde yuksek vezife sahibi olan atasi karli adam oldugundan Apuley ibtidai teshsilini oz dogma seherinde baslayib Karfagende davam etdirmisdir Yuli Sezarin emri ile yeniden tikilen Karfagen tamamile dircelir ve ciceklenerek II esrde Afrika eyaletinin merkezi valinin iqametgahi ve eyalet senatinin iclas yeri olur Gencliyi kecdiyi muellimleri yasadigi ve felsefi fikirleri formalasdigi bu seheri Apuley cox sevirdi ve ehtimal ki heyatinin sonuna kimi burada yasamisdi O hemise oz deklamasiya ve nitqlerinde bu seheri terifleyir onun var dovletini leyaqetini sakinlerinin savadini vesf edirdi Tehsili ve seyahetleri Karfagende riyaziyyati natiqliyin ve felsefenin esaslarini oyrenerek Apuley o vaxt yeniden elinnist dunyagorusu merkezine cevrilen Afinaya yollanir Burada o bir nece il natiqlik ve felsefe tehsili alir Mehz Afinada o ehtimal Ikinci sofistika davamcilarinin nezeriyesi ve praktikasi ile tanis olur ve ozu de onlara qosulur Ehtimal etmek olar ki Apuleyin yunan dilinde ilk edebi tecrubeleri hemin dovre aiddir Afinadan sonra Apuley Yunanistanin sonradan onun ulaq cildine girmis qehremani Lutsinin seyahet etdiyi butun eyaletlerinde olur Samos adasi Frigiya ve nehayet Romaya gelir Burada Apuley vekil isleyir Forumda cixis ederek o hem natiqlik tecrubesi qazanir hem de latin dilinde tekmillesir lakin Apuley Romada cox qalmir ve 50 illerin evvelinde o vetenine qayidir Cox kecmemis o ikinci seyahetine yollanir ancaq Iskenderiyyeye gederken yolda xestelenir ve Eya muasir Tripoli seherinde qalmali olur Burada o Afinada birlikde oxudugu yoldasi Pontianla qarsilasir ve onun yasli anasi varli qadin Putendilla ile evlenir lakin Putendillanin birinci erinin qohumlari subhelenirler ki Apuley onun birinci erinden olan usaqlrini vereselikden mehrum etmek isteyir Onlar hetta anasi ile izdivacin sebebkari olan Pontiani ona qarsi qaldira bilirler lakin Pontian evvelce dostu ve ataligi olan Apuleyle barisaraq olur Onda Apuleyin dusmenleri Putendillanin kicik oglunu qizisdiraraq Apuleyin cadu yolu ile Putendillani yoldan cixarmasi iddiasini ortaya atirlar Apuleyin mudafie meqsedi ile Sabrat seherinde Afrika prokonsulu Klavdi Maksim qarsisinda etdiyi meshur cixis nitqi Apologiya bu iddiaya cavab olur Mehkeme prosesi 156 158 iller arasinda bas verir alimlerin ekseriyeti 158 ili gosterirler ve bu tarix Apuleyin heyati ve yaradiciligi ucun bir acardir Apuley beraet qazanir lakin prosesin dusmenlerinin nifretinin menasizligini gostereceyine ve teqiblerinin qarsisini keseceyine umidleri ehtimal ki puc olur o tezlikle Eyani terk edir ve Karfagene kocur Heyatinin qalan hissesi ve olumun tarixi barede demek olar ki hec ne melum deyil Biz ancaq onu bilirik ki 70 illerde o hele sag idi ve Afrikanin Karfagen ve basqa seherlerinde natiq ve gorkemli filosof kimi boyuk ad cixarmisdi Eyalet senatinda sedrlik etmek huququ veren Karfagenin hamisi tanri Eskulapin kahini ve eyaletin bas kahini vezifesine secilmisdir lakin bu az qirintili ve cox vaxt elaqesiz melumatlardan basqa bizim elimizde Apuleyin eserlerinde olan avtoportreti var YaradiciligiOpera omnia 1621 Melumdur ki o hem latin hem de yunan dillerinde yazirdi ve meharetle bir dilden o birisine kecmeyi ile cox fexr edirdi Onun yunanca yazdigi hec bir eseri bize catmayib Latinca da eserlerinin hamisi qalmayib Ancaq ehemiyetsiz parcalardan adlarindan ve eyhamlardan onun satirik sevgi seirlerinden ola bilsin erotik letifelerinden Germaqor romanindan muxtelif behanelerle etdiyi cixislar deklamasiya ve tanrilarin yaxud sairin sanli hamilerinin senine himnlerinden xeberimiz var Onun seir ve nesrle yunan dilinden latin diline tercumelerinin ekseriyeti Dovlet haqqinda traktati ve ozunun qurur menbeyi saydigi tebii elmlere aid hec bir eseri qalmayib Bundan basqa melumdur ki ona bir cox tarix riyaziyat musiqi nucum kend teserrufati barede kitablar da aiddir Apuleyin herterefliyi heqiqeten de serhedsiz idi lakin onun elmi bilikleri sethi idi ve adeten kompilyasiyalardan o yana getmirdi Ondan qalan butun edebi mirasi uc hisseye bolmek olar Felsefi eserleri deklamasiyalari ve Metamorfozalar Qizil essek romani Apuley oz filosof platonik derecesi uzerinde cox esirdi lakin musteqil filosof kimi o olduqca zeif ve asili idi Her halda Eflatun ve onun telimi barede Tefsir barede Kainat barede sonuncu iki traktatin Apuleye aid olmasi mubahiselidir elece de Sokrat ilahiliyi barede felsefi deklamasiyasi felsefe tarixi ucun boyuk maraq kesb edir Onlardan gormek olar ki Plotinden hele 100 il evvel Eflatunun obyektiv idealizminden mistik neoplatonizme kecidi sezmek olardi Stoik epikurey ve skeptik telimlerle Eflatun ve Erestunun felsefesinin mezmununun fantastik kombinasiyasi Artiq yuxarida qeyd edilen Apologiya imperiya vaxtinin az qala yegane mehkeme nitqi numunesidir Nitqin metni nesroncesi ehtimal ki ehemiyetsiz redakteye meruz qalsa da Apologiya Apuleyin serbest ikinci sofistikaya xas nazli deklamator natiqlik terzi barede tesevvur yaradir Apuley san ki mudafie olunmur ama movzu kimi ozune qarsi olan suclamalari goturerek erudisiyali ve felsefi menada savadli dinleyicilere zovq vermek ucun sadece olaraq publika qarsisinda cixis edir Oz meharetle qurdugu nitqinde Apuley bir nece hududda doyuse girir ve birinden o birisine kecerek geriye cekilmir eksine hucuma kecir Ona unvanlanan ittihamlari onun qusursuz xasiyetine ve heyat terzine zidd olduguna gore butunlukle redd ede bilerdi lakin o cagirisi qebul edir ve ayriliqda ona qarsi ireli surulen butun ittihamlari maddelerle tekzib edir Cadu ile elaqesiz oldugunu subut ederek Apuley daha ireliye gedir o gosterir ki hetta en dahi caduger olsayi bele onu mehkemeye celb etmeyin hec bir esasi yoxdur Mudafienin uc istiqametine bolunerek bu nitq muvafiq olaraq uc hisseden ibaretdir Ilk 25 fesili Apuley reqiblerin onun gorunusu menseyi ve heyat terzine olan hucumlarina ayirir Sen deme onun butun hereketleri filosof platonist idealina ciddi sekilde uygundur ve demeli qusursuzdur ve cinayetkarliqdan uzaqdir 26 63 fesilleri ehate eden ikinci hisse bilavasite cadugerlikle bagli bohtanlarin muasir noqteyi nezerle bu bohtanlar olduqca mezelidir meselen guya Apuley adlari edebsiz seslenen iki baligdan sehrli maye hazirlayirmis tekzibidir Nitqin sonlugu olan 66 103 fesiller xususi ile maraqlidi Bu prossees onceki hadiselerin ardicil tesviri olan narratio yeni hekaye dir o hakimleri inandirmalidir ki cadu yox amma heyatin ozu onun coxsayli motivleri niyyetleri ve muxtelif tesadufleri ile Putendillani Apuleyle nikaha getirmeliydi Bu parlaq gercekci teferruatlarla bol hissede benzersiz menzere tesviri ustasi Apuleyin istedadi tam acilir Meshur Apuley istehzasi Apologiyada ince yumordan keskin sarkazma qeder muxtelif formalar alir Tekce dul qadinlarin cavan oglanlari cehizle celb etmek barede mulahizeler neye isteseniz deyer Hansi heyatda hec olmasa azca bas cixaran insan artiq yasli ve dul amma cani sulu qadini eger o ere getmek niyyeti ile oz varidatindan ve ustun movqeyinden istifade ederek qusursuz gorunuslu necabetli ve xassiyetli genc adami celb etmek fikrine dusubse qinayar Apologiya 92 fesil Qabariqligi gucu ve portretlerin inandiriciligi ile Apologiya neinki Qizil essekden umumiyetle qedim romali edebiyatin en yaxsi numunelerinden geri qalmir Elbette ki Apologiyada barelerinde danisdigi adamlar Salustinin Katilinasina tay deyil Onlar oz dovrunun adi adamlaridir amma heresinin xassiyetinde Apuley ele cizgileri ve teferruatlari secir ki onlarin kicik ehtiraslari ve gundelik qaygilari oxucunun yadina hemiselik qalir FelsefesiApuleyus Lusius hem de orta platonculuq mektebin numayendesi sayilir O kahin olmus bir cox edebi eserlerin yazari idi Onun ironik ve satiristik roman janrinda yazilmis Metamorfozlar lat Metamorphoseon kitabi antik dunyanin en cox yayilmis ve basqa dillere tercume olunmus eseridir Onu Qizil essek lat Asinus aureus de adlandirirlar 9 3 246 Bu eserde eys isretle dolu heyat suren Lusius adli bir genc cadugerlikle maraqlanmis ve onu oz uzerinde sinamaq istemisdir Bir caduger qadin o genci oz xahisi ile muveqqeti olaraq qusa cevirmek istemis ancaq yanlisliq neticesinde onu esseye cevirmisdir Ancaq essek olan Lusius insan dusuncesinde qalmis ve her seyi insan kimi anlamisdir Belelikle o muxtelif adamlarin ekincilerin quldurlarin varlilarin kahinlerin ev heyvani olmus onlarin heyatlarini iceriden gormus insanlarin alcaqliginin yalanlarinin xeyanetlerinin ikiuzluluklerinin cinayetlerinin exlaqsizliqlarinin sahidi olmusdur Sahibleri onunla qeddarcasina davranmis ve her zaman alcaltmisdirlar Sonda Lusius tanrilardan yardim dilemis ve tanrica Isis Isida onu yeniden insana cevirmisdir Bundan sonra o gorduklerinden netice cixararaq Osiris ve Isis kultlarinin kahini olmusdur Felsefi eserlerinden biri olan Platon ve onun telimi lat De Piatone et eius dogmate kitabinda Apuleus ozunemexsus sekilde oxuculari Platonun telimi ile tanis etmisdir Ancaq bir cox hallarda onun yazdiqlari Alkinousun verdiyi bilgilerden ferqlenmisdir Bu kitabda Platonun kimliyi aciqlanmis onun ilk defe felsefenin uc bolumunu birlesdirdiyi bildirilmisdir Apuleusa gore felsefenin birinci bolumu kosmologia ve antropologiyadan ibaret olan fizikadir Ikincisi ilahiyyatdir ki o baslangiclar tanri madde ideya ve iki mahiyyet dusunce ile qavranilan ve duygusal haqqinda bolumleri ehate edir Felsefenin ucuncu bolumu olan mentiq haqqinda ise eserde bilgi verilmemisdir Apuleusun dunyanin qurulusu haqqinda baxislari kosmologiasi Platotun Timeus eserinde oldugu kimidir Tale alin yazisi problemi uzre Apuleus tanrinin dusunduyunu sententia tanri qanunu fatum ve tesadufu fortuna ferqlendirir Tesadufe yer vermesi onun terefinden azad iradenin taninmasidir Bas ya da birinci Tanri duyulmaz ve ulasilmazdir transsendentaldir Ona gore dunyanin axarini kicik tanrilar temin edir onlara ise demonlar yardim edirler Exlaq xosbext heyatin elde edilmesi ucun gerekli biliklere yiyelenmekdir Bu bilikler erdemlerin xeyirlerin qusurlarin neden ibaret oldugunu ehate edir Sokratin tanrisi haqqinda lat De Deo Socratis Apuleusun daha bir mistikaya yaxin olan felsefi eseridir Burada tanri sozu demon menasinda isledilir Bilindiyi kimi yunanlar insanlarla tanrilarin arasinda duran varliqlari demonlar adlandirirdilar Onlar kicik tanrilar ya da tanrilarin balalari kimi de tesevvur edilirdi Platona gore insanlar tanrilarla birbasa baglanti yarada bilmezler Demonlarin atalari olan ilk Tanrini ise tesevvur etmek ve ona catmaq mumkun deyildir Bunu yalniz demonlarin vasitesi ile etmek olar Insan bedeninden imtina etmis ruhlar yuksek qatlarda demonlarin birliyini teskil edirler Platona gore demonlar her bir insani heyati boyu musayiet edir onun butun emellerinin sahidi olur Insan oldukden sonra ise o demon onu axirete aparir ve olen muhakime olunanda onun emelleri haqqinda deyilenleri tesdiq ya da inkar edir Buna gore de her kes oz demonu ile baglanti yolunu axtarmali ona itaet etmeli ve onu duymalidir Bunu ederse onda onun demonu ona yol gosterer muxtelif yollarla meselen yuxularla bilgiler vere biler Mehz bunu da Sokrat etmis mudrikliyin yuksekliklerine cata bilmisdir Muqayise ucun Islama gore de iki melek her bir insanin yaxsi ve pis emellerini yazir Qiyamet gunu onlarin yazdiqlarinin esasinda insan muhakime edilecek Son olaraq Apuleus meslehet gorur ki Sokratin etdiyini hami etsin ve bu yolla tanrilara benzer heyat sursun Hemde baxOrta platonizmMenbeAydin Elizade Antik felsefe tarixi PDF 3 sayli Baki Metbeesi ASC 2016 s 209 212 ISBN 5 89968 061 X 2016 tarixinde PDF Istifade tarixi 2016 08 16 Felsefesi bolumu ucun EdebiyyatApulej Zolotoj osyol Metamorfozy v odinnadcati knigah Gosudarstvennoe izdatelstvo hudozhestvennoj literatury MSMLVI seh 8 12 IstinadlarLyubker F Apuleius rus Realnyj slovar klassicheskih drevnostej po Lyubkeru pod red F F Zelinskij A I Georgievskij M S Kutorga F Gelbke P V Nikitin V A Kanskij per A D Vejsman F Gelbke L A Georgievskij A I Davidenkov V A Kanskij P V Nikitin I A Smirnov E A Vert O Yu Klemenchich N V Rubinskij SPb Obshestvo klassicheskoj filologii i pedagogiki 1885 S 119 Apuleius Alvin Repertoire des sources philosophiques antiques fr CNRS Apuleius L Apologia lat Marks ve Engels Eserleri t IV seh 122 Apulej Lucij Antichnaya filosofiya Enciklopedicheskij slovar 2016 10 09 at the Wayback Machine Sostavitel E V Afonasin M Progress Tradiciya 2008 God of Socrates The Works of Apuleius London G Bell and Sons LTD 1914 pp 351 374