Osiris (qıpti. wsjr, q.yun. Ὄσιρις, lat. Osiris) — Qədim Misir mifologiyasına görə axirət dünyasının hökmdarı, dirçəlmə və münbitlik tanrısı.
Misir Tanrıları Osiris | |||||
---|---|---|---|---|---|
| |||||
Tam adı | Osiris | ||||
Digər adları | Oziri | ||||
İdeoqram |
"göz oturacağı" və ya "gözün yeri" | ||||
Determinativ |
| ||||
Osiris dirçəliş və yeraltı dünyanın tanrısı olmuşdur. Əski Misir yazıları, eləcə də yunan yazarlarına görə, o, yer tanrısı Geb və göy tanrısı Nutun oğlu, eləcə də İsis tanrıçasının qardaşı və əri, Neftis və Setin qardaşı, Horusun atası olmuşdur. Misir ənənəsinə görə, Osiris yer üzərində ilkin tanrılardan sayca dördüncüsü olmuş, çarlığı atası Atum-Ra'dan, babası Şu'dan, atası Geb'dən almışdır. Misir üzərində çarlığ edərkən o, insanları adam yemək və vəhşi yaşamdan çəkindirmişdir. Osiris insanları arpa və buğda əkməyə, üzümçülüyə, çörək bişirməyə, çaxır düzəltməyə, qızıl və mis filizləri emal etməyə, şəhərlər salmağa, təbabətə öyrəşdirmişdir.
Osirisin qardaşı Set qızmar çöllüklərin tanrısı idi və onunla düşmənçilik edirdi. O qardaşının yerinə keçib, çarlıq etmək istəmiş, onu öldürmək planını çızmışdır.
Asiyaya yürüşdən qayıdan Osiris böyük bir ziyafət vermişdir. Oraya Set öz tərəfdarları ilə birlikdə gəlmiş, məclisin ortalığına bəzədilmiş tabutu gətirməyi buyurmuşdur. Onun dediyinə görə, kim bu tabuta girsə, yer və göylərin çarı olacaqdır. Osiris oraya girən kimi, Setin adamları onu qapatmış, Nil çayına atmışdırlar. Axar onu bir çayin kənarına gətirmişdir. Orada Osirisi, arvadı İsis tapmış, ondan möcüzəvi olaraq həyat gücünü alaraq hamilə olmuşdur. Sonra ərinin ölüsünü yerə tapşıraraq, Nil çayı yaxınlığında olan bataqlıqlara getmiş, orada Horus adlı bir uşağı doğmuş, onu boya-başa çatdırmışdır.
Horus yetkin kişi olandan sonra Setlə savaşa başlamışdır. Tanrı Anubis ona "Ucat" adlanan həqiqəti görmə gözünü vermişdir. Öncə Horus savaşı əldən vermişdir, döyüşdə "sehrli gözü itirmişdir". Ancaq sonrakı döyüşü qazanmışdır. O Seti yenərək, gözü geri almış, onu atasının məzarına aparıb orada qoymuşdur. Bunu edəndən sonra Osiris dirilmiş, ancaq bu dünyada yaşamaq istəməmişdir. O çarlığı oğlu Horusa verərək, "Duat" adlanan axirət dünyasına, ölüləri mühakimə etmək üçün yollanmışdır.
Başqa rəvayətlərdə isə, Set Osirisin bədənini 14 parçaya bölmüş, onları yer üzərinə səpələmişdir. İsis isə bu parçaları yığıb, Abidos şəhərində yerə tapşırmışdır.
Osiris əski dönəmlərin öncə ölən, sonra isə dirilən tanrısı idi. Ona bütün Misir inanırdı, onun şərəfinə baharın birinci ayında dini mərasimlər keçirilirdi. O mərasimlərdə, teatrdakı kimi, Osirisin ölümü və dirilməsini göstərən səhnələr oynanılırdı. Kahinlər onun öldüyü üçün ortalığa ağlaşma salırdılar. Sonra Horusla Setin döyüşündən səhnələr oynanılırdı.
Sonda tanrının dirçəlməsinin və təbiətin oyanmasının simvolu olan sütun ucaldılırdı. Çünki Osirisin ölümü ilə dirilməsi həmdə təbiətın baharda dirçəlməsinin, becərmə işlərinin başlanılmasının simvolu idi. Bunu edərkən, mərasimə qatılanlar iki dəstəyə bölünüb savaş səhnələrini göstərirdilər. Bir dəstə qış, başqası isə yay tərəfdarları kimi çıxış edirdilər. Sonda yay qışa qalib gəlirdi.
Beləliklə, Osiris ölüm üzərində üstünlük qazanmış və ölməzlik verən tanrı idi. Osiris təbiəti dirçəldən tanrı olduğu üçün, məbədlərdə onun rəsmlərinin üzərinə səməniləri də düzürdülər. Belə görüntülər Fila şəhərinin məbədlərində tapılmışdır.
Günümüzdə Osirisin çoxlu sayda rəsmləri tapılmışdır. O, şahin görkəmində arvadı İsis, eləcə də oğlu Horusla təsvir olunurdu. Hər bir ölmüş Misir fironunun Osiris olacağı inancı da olmuşdur. Keçirilən dini mərasimlərdə fironların başlarına tac qoyulması adəti də var idi.
Osirisin və başqa Yaxın Şərqdə tanrılarının rəvayətləri, o millətlərin dini adətləri, təbiətin dirçəlməsi bayramları, tanrıların ölüb sonra isə dirilməsi inancları gələcəkdə başqa mədəniyyətlərdə də özünü göstərmişdir.
Yüzilliklər keçəndən sonra ölən və dirilən tanrılara inanclar qalmış, ancaq başqa cür özünü göstərirdi. Artıq Xristianlıq kimi monoteistik din bu olayı İsa ilə bağlayırdı. Onun ölümü və dirilməsi bütün dünyanı dəyişmişdir. "İsa dirilmişdir" kimi deyimini əski misirlilər də "Osiris dirilmişdir" kimi deyirdilər.
Dini olayların teatrlaşmış səhnələrin məbədlərdə və küçələrdə oynanılması da Yaxın Şərq inanclarından gəlir. Osiris üçün edilən tamaşalar kimi Filippində də İsanın çarmıxa çəkiməsi ya da Orta və Yaxın Şərqdə "Şəbih" adlanan imam Hüseynin öldürülməsi səhnələri oynanılır. Bu mərasimlərdə də, qədim misirlilərdəki kimi, ortalığa ağlaşma düşür. Sonra isə ölümdən sonra Xeyrin Şərə qalib gəldiyi iddia edilir.
Beləliklə, bir çox çağdaş adətlərin və bayramların kökü ən qədim çağlardan başlanmış, günümüzə qədər sürməkdədir. Bütün bunların təməli, eləcə də psixoloji özəllikləri birdir. Sadəcə zaman keçdikcə formasını dəyişərək çeşidli dini sistemlərə uyğunlaşıb ortalığa çıxır.
Mənbə
Osiris haqqında əsatir və çağdaş inanclar // Fəlsəfə elmləri doktoru Aydın Əlizadənin səhifələri.
Ədəbiyyat
- "Egyptian Religion", Jan Assman, The Encyclopedia of Christianity, p77, vol2, Wm. B Eerdmans Publishing, 1999.
- C. W. Leadbeater, Freemasonry and its Ancient Mystic Rites (Gramercy, 1998)
- Wilkinson, Richard H. (2003). The Complete Gods and Goddesses of Ancient Egypt. London: Thames & Hudson.
- Frazer J.G. The Golden Bough. London, 1923.
- Рак И. В. Мифы Древнего Египта. СПб.: Петро-РИФ, 1993.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Osiris qipti wsjr q yun Ὄsiris lat Osiris Qedim Misir mifologiyasina gore axiret dunyasinin hokmdari dircelme ve munbitlik tanrisi Misir Tanrilari OsirisOsiris OsirisTam adi OsirisDiger adlari OziriIdeoqram goz oturacagi ve ya gozun yeri Determinativbaxmuzakireredakte Osiris dircelis ve yeralti dunyanin tanrisi olmusdur Eski Misir yazilari elece de yunan yazarlarina gore o yer tanrisi Geb ve goy tanrisi Nutun oglu elece de Isis tanricasinin qardasi ve eri Neftis ve Setin qardasi Horusun atasi olmusdur Misir enenesine gore Osiris yer uzerinde ilkin tanrilardan sayca dorduncusu olmus carligi atasi Atum Ra dan babasi Su dan atasi Geb den almisdir Misir uzerinde carlig ederken o insanlari adam yemek ve vehsi yasamdan cekindirmisdir Osiris insanlari arpa ve bugda ekmeye uzumculuye corek bisirmeye caxir duzeltmeye qizil ve mis filizleri emal etmeye seherler salmaga tebabete oyresdirmisdir Osirisin qardasi Set qizmar colluklerin tanrisi idi ve onunla dusmencilik edirdi O qardasinin yerine kecib carliq etmek istemis onu oldurmek planini cizmisdir Asiyaya yurusden qayidan Osiris boyuk bir ziyafet vermisdir Oraya Set oz terefdarlari ile birlikde gelmis meclisin ortaligina bezedilmis tabutu getirmeyi buyurmusdur Onun dediyine gore kim bu tabuta girse yer ve goylerin cari olacaqdir Osiris oraya giren kimi Setin adamlari onu qapatmis Nil cayina atmisdirlar Axar onu bir cayin kenarina getirmisdir Orada Osirisi arvadi Isis tapmis ondan mocuzevi olaraq heyat gucunu alaraq hamile olmusdur Sonra erinin olusunu yere tapsiraraq Nil cayi yaxinliginda olan bataqliqlara getmis orada Horus adli bir usagi dogmus onu boya basa catdirmisdir Horus yetkin kisi olandan sonra Setle savasa baslamisdir Tanri Anubis ona Ucat adlanan heqiqeti gorme gozunu vermisdir Once Horus savasi elden vermisdir doyusde sehrli gozu itirmisdir Ancaq sonraki doyusu qazanmisdir O Seti yenerek gozu geri almis onu atasinin mezarina aparib orada qoymusdur Bunu edenden sonra Osiris dirilmis ancaq bu dunyada yasamaq istememisdir O carligi oglu Horusa vererek Duat adlanan axiret dunyasina oluleri muhakime etmek ucun yollanmisdir Basqa revayetlerde ise Set Osirisin bedenini 14 parcaya bolmus onlari yer uzerine sepelemisdir Isis ise bu parcalari yigib Abidos seherinde yere tapsirmisdir Osiris eski donemlerin once olen sonra ise dirilen tanrisi idi Ona butun Misir inanirdi onun serefine baharin birinci ayinda dini merasimler kecirilirdi O merasimlerde teatrdaki kimi Osirisin olumu ve dirilmesini gosteren sehneler oynanilirdi Kahinler onun olduyu ucun ortaliga aglasma salirdilar Sonra Horusla Setin doyusunden sehneler oynanilirdi Sonda tanrinin dircelmesinin ve tebietin oyanmasinin simvolu olan sutun ucaldilirdi Cunki Osirisin olumu ile dirilmesi hemde tebietin baharda dircelmesinin becerme islerinin baslanilmasinin simvolu idi Bunu ederken merasime qatilanlar iki desteye bolunub savas sehnelerini gosterirdiler Bir deste qis basqasi ise yay terefdarlari kimi cixis edirdiler Sonda yay qisa qalib gelirdi Belelikle Osiris olum uzerinde ustunluk qazanmis ve olmezlik veren tanri idi Osiris tebieti dircelden tanri oldugu ucun mebedlerde onun resmlerinin uzerine semenileri de duzurduler Bele goruntuler Fila seherinin mebedlerinde tapilmisdir Gunumuzde Osirisin coxlu sayda resmleri tapilmisdir O sahin gorkeminde arvadi Isis elece de oglu Horusla tesvir olunurdu Her bir olmus Misir fironunun Osiris olacagi inanci da olmusdur Kecirilen dini merasimlerde fironlarin baslarina tac qoyulmasi adeti de var idi Osirisin ve basqa Yaxin Serqde tanrilarinin revayetleri o milletlerin dini adetleri tebietin dircelmesi bayramlari tanrilarin olub sonra ise dirilmesi inanclari gelecekde basqa medeniyyetlerde de ozunu gostermisdir Osiris axiretde insanlarin gunahlarini terezide cekir Yuzillikler kecenden sonra olen ve dirilen tanrilara inanclar qalmis ancaq basqa cur ozunu gosterirdi Artiq Xristianliq kimi monoteistik din bu olayi Isa ile baglayirdi Onun olumu ve dirilmesi butun dunyani deyismisdir Isa dirilmisdir kimi deyimini eski misirliler de Osiris dirilmisdir kimi deyirdiler Dini olaylarin teatrlasmis sehnelerin mebedlerde ve kucelerde oynanilmasi da Yaxin Serq inanclarindan gelir Osiris ucun edilen tamasalar kimi Filippinde de Isanin carmixa cekimesi ya da Orta ve Yaxin Serqde Sebih adlanan imam Huseynin oldurulmesi sehneleri oynanilir Bu merasimlerde de qedim misirlilerdeki kimi ortaliga aglasma dusur Sonra ise olumden sonra Xeyrin Sere qalib geldiyi iddia edilir Belelikle bir cox cagdas adetlerin ve bayramlarin koku en qedim caglardan baslanmis gunumuze qeder surmekdedir Butun bunlarin temeli elece de psixoloji ozellikleri birdir Sadece zaman kecdikce formasini deyiserek cesidli dini sistemlere uygunlasib ortaliga cixir MenbeOsiris haqqinda esatir ve cagdas inanclar Felsefe elmleri doktoru Aydin Elizadenin sehifeleri Edebiyyat Egyptian Religion Jan Assman The Encyclopedia of Christianity p77 vol2 Wm B Eerdmans Publishing 1999 C W Leadbeater Freemasonry and its Ancient Mystic Rites Gramercy 1998 ISBN 0 517 20267 0 Wilkinson Richard H 2003 The Complete Gods and Goddesses of Ancient Egypt London Thames amp Hudson Frazer J G The Golden Bough London 1923 Rak I V Mify Drevnego Egipta SPb Petro RIF 1993