Dialóq (yun. διάλογος – danışıq, söhbət) – dilçilikdə: fikir-replikaların müntəzəm mübadiləsindən ibarət nitq forması; danışanların nitqinin bilavasitə anlaşılması replikaların dil tərkibinə qarşılıqlı təsir göstərir. Dialoq üçün məzmun əlaqəsi (sual-cavab, xəbər-aydınlaşdırma, /əlavə/, etiraz, /razılıq/, dəyərləndirmə; nitq etiketi formulları) və onun stimullaşdırdığı replikaların konstruktiv (leksik-qrammatik) əlaqəsi tipikdir: “Sən harada idin?” – “İşdə ləngidim”. Bu cür əlaqələrin yoxluğu danışanın nitqə deyil, nitqin gerçəkləşdiyi vəziyyətə reaksiyası zamanı (“Harada idin?” – “Qapıdan çəkil, soyuqlayarsan”) və ya müəyyən nitq aktı ilə heç bir əlaqəsi olmayan şəraitdə mümkündür.
Dialoq dil ünsiyyətinin ilkin formasıdır. Genetik olaraq şifahi ifadə vasitələrinin qənaəti prinsipi ilə səciyyələnən şifahi danışıq sahəsinə aiddir.
Bədii ədəbiyyatda dialoq şəklində nitqin ifadəsi zamanı situasiya rolunu müəllif şərhləri (remarkalar) oynayır. Dialoqun dil və üslubi xüsusiyyətləri yazıçının fərdi üslubuna və janrın normalarına uyğun olur. Dialoqun köməyilə təkcə danışıq nitqi üslublaşdırılmır. Dialoqun zahiri forması (replikaların növbələşməsi), onlarda canlı Dialoq nitqinin tipoloji əlamətlərinin çox hissəsi olmasa da, fəlsəfi-publisistik janr üçün səciyyəvidir (məs., Platonun, Q.Qalileyin dialoqları və “dəyirmi masa” arxasında müasir müzakirələr, müsahibələr, söhbətlər və s.). Ayrı-ayrı danışanların öz fikrini söyləməsinin növbələşməsi prinsipi poliloqda – iki deyil, bir neçə şəxsin danışığında da saxlanılır.
Fəlsəfə və psixologiyada
Dialoq insan üçün spesifik olan şəxsiyyətlərarası qarşılıqlı fəaliyyət formasıdır; Dialoq prosesində həmsöhbətlər fəaliyyət obyektləri və ya şərtləri kimi deyil, bir-birinin fikirlərini nəzərə alan və onlara hörmətlə yanaşan bərabərhüquqlu ünsiyyət subyektləri kimi çıxış edirlər. Cavabı və fərqli baxışlarla qarşılıqlı fəaliyyəti nəzərdə tutmayan monoloq Dialoqun əksidir; hətta xeyli dərəcədə strukturlaşmış ünsiyyət fərqli fikirlər nəzərə alınmadığı, onlara hörmətlə yanaşılmadığı təqdirdə Dialoq keyfiyyətinə malik olmaya bilər, insanın təklikdə düşüncələri isə insan şüurunda müxtəlif baxışların toqquşması və qarşılıqlı fəaliyyəti, onların gərgin qarşıdurması, yaxud konstruktiv qarşılıqlı zənginləşməsindən ibarət olan daxili Dialoq keyfiyyəti qazana bilər.
Dialoqun replika mübadiləsi kimi formal anlamı hələ antik dövrdə yayılmışdı: Sokratdan başlayaraq (Platon, Ksenofont, Siseron, Nikolay Kuzanlı, C.Berkli, F.V.Şellinq və b.) fəlsəfə və psixologiyada istiqamətverici suallar vasitəsilə həqiqət axtarışı mənasını verən sokratsayağı Dialoq mövcuddur. Lakin sokratsayağı Dialoqda və onun müasir psixoterapevtik modifikasiyalarında tərəf-müqabillər bərabərhüquqlu deyillər: həqiqəti yalnız sadəlövh həmsöhbət axtarır, Sokratın özü isə onu bilir və tədricən həmsöhbətini düzgün əqli nəticəyə yaxınlaşdırır.
Şəxsiyyət ünsiyyəti prosesi kimi Dialoqa yeni baxış tərzi 20-ci əsrin əvvəllərində formalaşmışdır. Fəaliyyət və idrak kimi nəzərdən keçirilməyən ünsiyyətin spesifik xarakterini L.Feyerbax, S.Kyerkeqor, V.Diltey, S.Frank, P.A.Florenski, M.Şeler və b. vurğulayırdılar, lakin Dialoqun unikallığını, şəxsiyyətin dialoji təbiətini M.Buber və M.M.Baxtin göstərmişlər.
Buberin fəlsəfi-antropoloji konsepsiyasında insanın mahiyyəti onun yalnız digər insana dialoji münasibətində (Mən – Sən) açılır və bu münasibət monoloji, idraki, utilitar münasibətdən (Mən – O) radikal surətdə fərqlənir. Dialoq şəxsiyyətlər arasında baş verir, şəxsiyyət isə yalnız Dialoqda yaranır: yalnız Sənə münasibət vasitəsilə mən özüm oluram, özümü Mən kimi dərk edirəm. Mən – Sən münasibəti insanın Allahla münasibətini də səciyyələndirir. Dialoq hətta sözsüz də mümkündür, onu bir-birinə yönəlmə və qarşılıqlı ünsiyyətə açıqlıq müəyyənləşdirir. Dialoji yaşayan insan özünə qarşı yönəlmiş hadisələrin və halların çağırışını qəbul edir və onlara cavab verir.
M.M.Baxtinə görə, dialoji münasibətlər insan həyatının bütün sahələrinə nüfuz edir. Şəxsiyyət varlığı həmişə digərləri ilə birlikdə olan hadisədir, lakin şəxsiyyət yalnız Dialoqda şəxsiyyət kimi mövcuddur və yalnız Dialoqda onun adekvat anlaşılmasına nail oluna bilər: şəxsiyyətin əsl həyatı tədqiqat obyekti ola bilməz, o, yalnız özünə dialoji nüfuzetməyə imkan verir və cavabında özünü azad şəkildə açır. Baxtin F.M.Dostoyevskinin nəsr materialı əsasında insan özünüdərkinin dialoji xarakterini, orada bir-biri ilə razılığa gəlməyən və Dialoq aparan bir sıra “səslər”in (“şüurun polifonikliyi”) mövcudluğunu aşkarlayır.
Beləliklə, Dialoqun şəxsiyyətlərarası, “subyekt-subyekt” münasibəti kimi əsas atributları partnyorların azadlığı, onların bir-birinin bərabərhüquqluluğunu qarşılıqlı tanıması, qarşılıqlı anlaşma və empatiya (başqasının narahatlığına emosional şərikçıxma) ilə səciyyələnən şəxsiyyət ünsiyyətinin dərinliyidir. Buradan, bir tərəfdən, Dialoqun ən mükəmməl ünsiyyət üsulu kimi etik qiymətləndirilməsi və Dialoq prinsipini pozan digər ünsiyyət növlərinin (avtoritar, manipulyativ, formal) etik qüsurluluğu, digər tərəfdən isə Dialoqa hazırolmanın, şəxsiyyətin müəyyən bacarıqlarının və kommunikativ səriştəliliyinin (məs., fərqli görüşləri anlamaq və ya kompromis tapmaq bacarığı) mövcud olması zərurəti ortaya çıxır. Şəxsiyyətə öz bütövlüyünü qoruyub saxlamağa imkan verən daxili Dialoq həm “üfiqi” (emosional və intellektual sferalar arasında, Mənin müxtəlif aspektləri arasında və s.), həm də “şaquli” (şüur, şüuraltı, fövqəlşüur arasında) istiqamətdə inkişaf edir.
M.Buber və M.M.Baxtinin Dialoqun təbiətinə dair görüşləri 20-ci əsrin 2-ci yarısında bütün humanitar fənlərə, ekzistensial psixologiyaya, həmçinin “şəxsiyyətlərin dialoqu” prinsipi üzrə münasibətlərin qurulmasını digər insanı adekvat anlamanın və ona psixoloji yardımetmə imkanının əsası kimi nəzərdən keçirən humanistik psixologiyaya böyük təsir göstərmişdir. Baxtinin, C.G.Midin ideyaları və postmodernist metodologiya əsasında 21-ci əsrdə psixologiyada və insan haqqında elmlərdə dialoji cərəyan (H.Hermans, C.Şotter və b.) formalaşmış, təhsildə uşaqla bütöv şəxsiyyət kimi münasibətqurmanın əhəmiyyətini vurğulayan dialoji yanaşmalar (Y.Korçak, humanistik pedaqogika, P.Freyer, V.S. Bibler və S.Y.Kurqanovun “mədəniyyətlərin dialoqu məktəbi” və s.) inkişaf edir.
Dialoq prinsipləri dövlətlərarası, millətlərarası və konfessiyalararası münasibətlərdə getdikcə daha böyük əhəmiyyət kəsb edir. Müasir dünya üçün aktual olan tolerantlıq problemi bir çox cəhətləri ilə Dialoqa hazırolma, digər insanın, qrupun, mədəniyyətin, xalqın dünyasını qəbuletmə, bərabərhüquqlu əsasda razılığa gəlmə bacarığı ilə müəyyənləşir. Əksinə, intolerantlıq, çox zaman zorakılıq və qantökmə formasını alan ksenofobiya Dialoqa qabil olmamaqla bağlıdır.
Ədəbiyyatda Dialoq
1) əsərdə iki və ya daha artıq personajın söhbəti. Dramın əsasını təşkil edir, nəsrdə təhkiyənin başlıca formalarından biridir. Lirik və epik-lirik janrlarda, məs., balladada, (“Meşə hökmdarı”, İ.V.Göte, 1782) rast gəlinir;
2) ədəbi forma, fəlsəfi, əxlaqi, dini, siyasi, estetik və s. mövzularda mükalimə, yaxud mübahisə (əsasən, nəsrdə, nadir hallarda poeziyada). Fəlsəfi Dialoqun banisi Platondur. Roma ədəbiyyatında Dialoq formasına Siseron (“Tuskulum söhbətləri”), həmçinin Tasit (“Natiqlər haqqında dialoq”), Seneka və b.-nda rast gəlinir. Lukian öz Dialoqlarında (“Allahların söhbəti”, “Geteraların söhbəti”, “Ölülər səltənətində söhbətlər”) fəlsəfi disputla menipp satirasının əlamətlərini birləşdirmişdir. Orta əsrlərdə mənzum Dialoqlar canla bədənin, ağılla imanın “mübahisə”si geniş yayılmışdı. İntibah dövrü ədəbiyyatı Dialoqun inkişafı ilə səciyyələnir (Siseron üslubunda yazan F.Petrarka, L.Valla, Rotterdamlı Erazm və b.). Lukian üslubu P.Aretino, U. fon Hutten, sonralar B.Fontenel, F.Fenelonun yaradıcılığı ilə təmsil olunmuşdur. 17,18-ci əsrlərdə Dialoq formasından ədəbi-estetik polemikada istifadə edilmişdir (“Köhnəlik və yenilik arasında paralellər”, Ş.Perro). Dialoqun inkişafının zirvəsi maarifçilik və romantizm dövrləri ilə bağlıdır (Q.E.Lessinq, A.V. və F.Şlegel, J.Q.Herder və b.). 19,20-ci əsrlərdə Dialoq forması nadir hallarda, əsasən, esse tipli əsərlərdə istifadə olunmuşdur (A.Jid, P.Valeri, H. fon Hofmanstal və b.). Azərbaycan ədəbiyyatında M.Ə.Sabir, H.Cavid, C.Cabbarlı, S.Vurğun, Sabit Rəhman, İ.Əfəndiyev, Elçin və b. Dialoqun gözəl nümunələrini yaratmışlar.
Mənbə
- Rəhim Əliyеv. Ədəbiyyаt nəzəriyyəsi. – Bаkı: Mütərcim, 2008. – 360 səh.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Dialoq yun dialogos danisiq sohbet dilcilikde fikir replikalarin muntezem mubadilesinden ibaret nitq formasi danisanlarin nitqinin bilavasite anlasilmasi replikalarin dil terkibine qarsiliqli tesir gosterir Dialoq ucun mezmun elaqesi sual cavab xeber aydinlasdirma elave etiraz raziliq deyerlendirme nitq etiketi formullari ve onun stimullasdirdigi replikalarin konstruktiv leksik qrammatik elaqesi tipikdir Sen harada idin Isde lengidim Bu cur elaqelerin yoxlugu danisanin nitqe deyil nitqin gerceklesdiyi veziyyete reaksiyasi zamani Harada idin Qapidan cekil soyuqlayarsan ve ya mueyyen nitq akti ile hec bir elaqesi olmayan seraitde mumkundur Dialoq dil unsiyyetinin ilkin formasidir Genetik olaraq sifahi ifade vasitelerinin qenaeti prinsipi ile seciyyelenen sifahi danisiq sahesine aiddir Bedii edebiyyatda dialoq seklinde nitqin ifadesi zamani situasiya rolunu muellif serhleri remarkalar oynayir Dialoqun dil ve uslubi xususiyyetleri yazicinin ferdi uslubuna ve janrin normalarina uygun olur Dialoqun komeyile tekce danisiq nitqi uslublasdirilmir Dialoqun zahiri formasi replikalarin novbelesmesi onlarda canli Dialoq nitqinin tipoloji elametlerinin cox hissesi olmasa da felsefi publisistik janr ucun seciyyevidir mes Platonun Q Qalileyin dialoqlari ve deyirmi masa arxasinda muasir muzakireler musahibeler sohbetler ve s Ayri ayri danisanlarin oz fikrini soylemesinin novbelesmesi prinsipi poliloqda iki deyil bir nece sexsin danisiginda da saxlanilir Felsefe ve psixologiyadaDialoq insan ucun spesifik olan sexsiyyetlerarasi qarsiliqli fealiyyet formasidir Dialoq prosesinde hemsohbetler fealiyyet obyektleri ve ya sertleri kimi deyil bir birinin fikirlerini nezere alan ve onlara hormetle yanasan beraberhuquqlu unsiyyet subyektleri kimi cixis edirler Cavabi ve ferqli baxislarla qarsiliqli fealiyyeti nezerde tutmayan monoloq Dialoqun eksidir hetta xeyli derecede strukturlasmis unsiyyet ferqli fikirler nezere alinmadigi onlara hormetle yanasilmadigi teqdirde Dialoq keyfiyyetine malik olmaya biler insanin teklikde dusunceleri ise insan suurunda muxtelif baxislarin toqqusmasi ve qarsiliqli fealiyyeti onlarin gergin qarsidurmasi yaxud konstruktiv qarsiliqli zenginlesmesinden ibaret olan daxili Dialoq keyfiyyeti qazana biler Dialoqun replika mubadilesi kimi formal anlami hele antik dovrde yayilmisdi Sokratdan baslayaraq Platon Ksenofont Siseron Nikolay Kuzanli C Berkli F V Sellinq ve b felsefe ve psixologiyada istiqametverici suallar vasitesile heqiqet axtarisi menasini veren sokratsayagi Dialoq movcuddur Lakin sokratsayagi Dialoqda ve onun muasir psixoterapevtik modifikasiyalarinda teref muqabiller beraberhuquqlu deyiller heqiqeti yalniz sadelovh hemsohbet axtarir Sokratin ozu ise onu bilir ve tedricen hemsohbetini duzgun eqli neticeye yaxinlasdirir Sexsiyyet unsiyyeti prosesi kimi Dialoqa yeni baxis terzi 20 ci esrin evvellerinde formalasmisdir Fealiyyet ve idrak kimi nezerden kecirilmeyen unsiyyetin spesifik xarakterini L Feyerbax S Kyerkeqor V Diltey S Frank P A Florenski M Seler ve b vurgulayirdilar lakin Dialoqun unikalligini sexsiyyetin dialoji tebietini M Buber ve M M Baxtin gostermisler Buberin felsefi antropoloji konsepsiyasinda insanin mahiyyeti onun yalniz diger insana dialoji munasibetinde Men Sen acilir ve bu munasibet monoloji idraki utilitar munasibetden Men O radikal suretde ferqlenir Dialoq sexsiyyetler arasinda bas verir sexsiyyet ise yalniz Dialoqda yaranir yalniz Sene munasibet vasitesile men ozum oluram ozumu Men kimi derk edirem Men Sen munasibeti insanin Allahla munasibetini de seciyyelendirir Dialoq hetta sozsuz de mumkundur onu bir birine yonelme ve qarsiliqli unsiyyete aciqliq mueyyenlesdirir Dialoji yasayan insan ozune qarsi yonelmis hadiselerin ve hallarin cagirisini qebul edir ve onlara cavab verir M M Baxtine gore dialoji munasibetler insan heyatinin butun sahelerine nufuz edir Sexsiyyet varligi hemise digerleri ile birlikde olan hadisedir lakin sexsiyyet yalniz Dialoqda sexsiyyet kimi movcuddur ve yalniz Dialoqda onun adekvat anlasilmasina nail oluna biler sexsiyyetin esl heyati tedqiqat obyekti ola bilmez o yalniz ozune dialoji nufuzetmeye imkan verir ve cavabinda ozunu azad sekilde acir Baxtin F M Dostoyevskinin nesr materiali esasinda insan ozunuderkinin dialoji xarakterini orada bir biri ile raziliga gelmeyen ve Dialoq aparan bir sira sesler in suurun polifonikliyi movcudlugunu askarlayir Belelikle Dialoqun sexsiyyetlerarasi subyekt subyekt munasibeti kimi esas atributlari partnyorlarin azadligi onlarin bir birinin beraberhuquqlulugunu qarsiliqli tanimasi qarsiliqli anlasma ve empatiya basqasinin narahatligina emosional serikcixma ile seciyyelenen sexsiyyet unsiyyetinin derinliyidir Buradan bir terefden Dialoqun en mukemmel unsiyyet usulu kimi etik qiymetlendirilmesi ve Dialoq prinsipini pozan diger unsiyyet novlerinin avtoritar manipulyativ formal etik qusurlulugu diger terefden ise Dialoqa hazirolmanin sexsiyyetin mueyyen bacariqlarinin ve kommunikativ seristeliliyinin mes ferqli gorusleri anlamaq ve ya kompromis tapmaq bacarigi movcud olmasi zerureti ortaya cixir Sexsiyyete oz butovluyunu qoruyub saxlamaga imkan veren daxili Dialoq hem ufiqi emosional ve intellektual sferalar arasinda Menin muxtelif aspektleri arasinda ve s hem de saquli suur suuralti fovqelsuur arasinda istiqametde inkisaf edir M Buber ve M M Baxtinin Dialoqun tebietine dair gorusleri 20 ci esrin 2 ci yarisinda butun humanitar fenlere ekzistensial psixologiyaya hemcinin sexsiyyetlerin dialoqu prinsipi uzre munasibetlerin qurulmasini diger insani adekvat anlamanin ve ona psixoloji yardimetme imkaninin esasi kimi nezerden keciren humanistik psixologiyaya boyuk tesir gostermisdir Baxtinin C G Midin ideyalari ve postmodernist metodologiya esasinda 21 ci esrde psixologiyada ve insan haqqinda elmlerde dialoji cereyan H Hermans C Sotter ve b formalasmis tehsilde usaqla butov sexsiyyet kimi munasibetqurmanin ehemiyyetini vurgulayan dialoji yanasmalar Y Korcak humanistik pedaqogika P Freyer V S Bibler ve S Y Kurqanovun medeniyyetlerin dialoqu mektebi ve s inkisaf edir Dialoq prinsipleri dovletlerarasi milletlerarasi ve konfessiyalararasi munasibetlerde getdikce daha boyuk ehemiyyet kesb edir Muasir dunya ucun aktual olan tolerantliq problemi bir cox cehetleri ile Dialoqa hazirolma diger insanin qrupun medeniyyetin xalqin dunyasini qebuletme beraberhuquqlu esasda raziliga gelme bacarigi ile mueyyenlesir Eksine intolerantliq cox zaman zorakiliq ve qantokme formasini alan ksenofobiya Dialoqa qabil olmamaqla baglidir Edebiyyatda Dialoq1 eserde iki ve ya daha artiq personajin sohbeti Dramin esasini teskil edir nesrde tehkiyenin baslica formalarindan biridir Lirik ve epik lirik janrlarda mes balladada Mese hokmdari I V Gote 1782 rast gelinir 2 edebi forma felsefi exlaqi dini siyasi estetik ve s movzularda mukalime yaxud mubahise esasen nesrde nadir hallarda poeziyada Felsefi Dialoqun banisi Platondur Roma edebiyyatinda Dialoq formasina Siseron Tuskulum sohbetleri hemcinin Tasit Natiqler haqqinda dialoq Seneka ve b nda rast gelinir Lukian oz Dialoqlarinda Allahlarin sohbeti Geteralarin sohbeti Oluler seltenetinde sohbetler felsefi disputla menipp satirasinin elametlerini birlesdirmisdir Orta esrlerde menzum Dialoqlar canla bedenin agilla imanin mubahise si genis yayilmisdi Intibah dovru edebiyyati Dialoqun inkisafi ile seciyyelenir Siseron uslubunda yazan F Petrarka L Valla Rotterdamli Erazm ve b Lukian uslubu P Aretino U fon Hutten sonralar B Fontenel F Fenelonun yaradiciligi ile temsil olunmusdur 17 18 ci esrlerde Dialoq formasindan edebi estetik polemikada istifade edilmisdir Kohnelik ve yenilik arasinda paraleller S Perro Dialoqun inkisafinin zirvesi maarifcilik ve romantizm dovrleri ile baglidir Q E Lessinq A V ve F Slegel J Q Herder ve b 19 20 ci esrlerde Dialoq formasi nadir hallarda esasen esse tipli eserlerde istifade olunmusdur A Jid P Valeri H fon Hofmanstal ve b Azerbaycan edebiyyatinda M E Sabir H Cavid C Cabbarli S Vurgun Sabit Rehman I Efendiyev Elcin ve b Dialoqun gozel numunelerini yaratmislar MenbeRehim Eliyev Edebiyyat nezeriyyesi Baki Mutercim 2008 360 seh Xarici kecidler Edebiyyat ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin