Böyük Səlcuq imperiyası, həmçinin Səlcuqilər dövləti (türk: Selçuklu İmparatorluğu)— Oğuz türklərinin Qınıq boyundan olan tayfaların XI əsrdə yaratdığı, Orta Asiya, İran, Yaxın Şərq, Qafqaz və Anadolu ərazilərini əhatə edən türk dövləti.
Tarixi dövlət | |||||
Böyük Səlcuq imperiyası | |||||
---|---|---|---|---|---|
| |||||
| |||||
| |||||
Paytaxt | Nişapur, Rey, İsfahan, Həmədan, Mərv, Nişapur | ||||
Dilləri | fars dili[…], ərəb dili[…] | ||||
Rəsmi dilləri | Türk dili (danışıq dili) Azərbaycan dili Fars dili (rəsmi dil) Ərəb dili (elm və təhsildə istifadə olunurdu) | ||||
Dövlət dini | İslam (Sünni) | ||||
Valyuta | Dinar | ||||
Ərazisi | 3.900.000 km² (1080-cı il) | ||||
İdarəetmə forması | Monarxiya | ||||
Sülalə | Səlcuq sülaləsi | ||||
Sultan | |||||
• (1038-1063) | Toğrul bəy(ilk) | ||||
• (1063-1072) | Alp Arslan | ||||
• (1072-1092) | Sultan Məlikşah | ||||
• (1092-1094) | I Mahmud | ||||
• (1094-1104) | Börkiyaruq | ||||
• (1104-1105) | II Məlikşah | ||||
• (1105-1118) | Məhəmməd Təpər | ||||
• (1118-1157) | Əhməd Səncər (son) | ||||
Davamiyyət | |||||
→ | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Sülalənin mənşəyi
Səlcuq türkləri Qınıq boyuna mənsubdur. Tarixçi Fəzlullah Rəşidəddinin "Cami ət-təvarix" əsərində Oğuz boylarının siyasi və ictimai mövqelərinə aid tərtib edilmiş cədvəldə qınaqlar sonuncu yerdə göstərilmişdir. Sülalənin əsasını qoyan Səlcuqun atası "dəmir yaylı" ləqəbi daşıyan "Dukak" olmuşdur. Dukak və oğlu Səlcuq oğuzlar arasında tanınmış şəxsiyyətlərdən idi.
Səlcuq hökmdarı olan Səlcuqun adı tələffüz baxımından münaqişələrə səbəb olmuşdur. J. Marquart adın bu cür deyilişini düzgün hesab etmiş və adın bu cür düzgün olduğunu XIII əsr tarixçisinin əsərini göstərməklə sübut etmişdir. Mahmud Kaşğari də Səlcuq şəklinin ən düzgün tələffüz hesab edərək, sonrakı türk mənbələrində də bunu açıqlamışdır. Daha sonra bu məsələ ilə maraqlanan L. Rasonyi XII əsr ərəb yazıçısı əl-Əzimi və farsca "Enesi-il-külüb" əsərinin müəllifi olan Qədi Burxan Ənəvini mənbə kimi göstərərək adın Səlcüq olmasını tələb etmişdir.
Səlcuq adının "kiçik sel" mənasını verdiyini irəli sürən Rasonyiyə görə, Səlcuq Orta Asiyada Sel-dağ yaxınlığında dünyaya gəlmiş və adını da bu dağdan götürmüşdür. Digər tərəfdən P. Pelliot bu adın, türk dilində "mübarizəçi" mənasını verdiyini yazır.
Quruluş dövrü
Səlcuq bəy atasının ölümündən sonra, ona tabe olan tayfaların hərbi siyasi birliyini yaradıb Sırdərya sahilindən Cənd şəhərinə gəldi. Şəhərdə əsasən müsəlmanlar yaşayırdılar. Səlcuqların Cəndə gəlmələri X əsrə ehtimal olunur. Bu hərbi-siyasi ittifaqa daxil olan oğuzlar səlcuqlar adlandılar, lakin oğuz yaqbusu şah Məlik səlcuqları Cənd şəhərindən çıxardı. Səlcuqların böyük bir hissəsi Zərəfşan vadisinə, Nuratin dağlarına çəkildi və bu yerdə məskunlaşdılar. Səlcuq bəy yaqbunun onu öldürəcəyindən qorxaraq qəbiləsi, yaxın adamları ilə Yengikənd bölgəsindən ayrılaraq, ölkələrin birləşdiyi Cənd şəhərinə gəldi. Səlcuq bəy bu köçün yer darlığı və otlaq kifayətsizliyi olduğunu bildirdi.
Səlcuqların ilk illərində, bu dövrdə ikisi türk olmaqla üç müsəlman dövləti mövcud idi. Bunlardan ilki şərq sərhədlərində Türk dövləti olan Qaraxanlılar idi. Digər türk dövləti isə indiki Əfqanıstan torpaqlarını əhatəyə almış Qəznəvilər idi. Qəznəvilər daha sonra, sərhədlərini genişləndirərək Şimali Hindistanı və Xorasanı ələ keçirdi. Mavəraünnəhr və Xorasanı əhatələyən üçüncü böyük dövlət Samanilər idi.
Tarixi
Dövlətin yaranması
XI əsrin ortalarında Yaxın və Orta Şərqin tarixində mühüm bir hadisə baş verdi. Həmin dövrdə Böyük Səlcuq imperiyası yarandı. Səlcuqlar oğuz türklərinin Qınıq boyundan idilər. Bu tayfanın başçısı Dükak bəyin oğlu Səlcuq bəy idi. Sonradan bütün tayfa onun adı ilə Səlcuq türkləri adlanmağa başlandı. Oğuz Yabqu dövlətində (ordu başçısı) vəzifəsində olan Səlcuq bəy Oğuz Yabqusu ilə aralarında olan narazılığa görə öz tərəfdarları ilə 960-cı ilə Seyhun çayının sahilində olan Cənt şəhərinə getdi. Səlcuq bəy İslam dinini qəbul etdi və Oğuz dövlətinə tabe olmaqdan imtina etdi.
Səlcuq bəy bu vaxt Mavəraənnəhrdəki Samanilər dövləti ilə ittifaqa girərək Qaraxanlılar dövlətinə qarşı mübarizə aparırdı. Samanilərin süqutundan sonra Səlcuq türkləri Qaraxanilərdən asılı vəziyyətə düşdülər. Sultan Mahmud Qəznəvi Mavərannəhri işğal etdikdən sonra səlcuqların başçılarından Mikayıl və İsraili həbs edərək səlcuq tayfalarını 1009-cu ildə Xorasan əyalətinə köçürtdü, lakin buna baxmayaraq Səlcuqun nəvələrindən Toğrul bəy, İbrahim Yınal, Çağrı bəy Davud, Musa Yaqubu Kolyan və başqaları səlcuqları öz bayraqları altında birləşdirərək mübarizəyə başladılar. Səlcuqlar Qəznəvi sultanı I Məsuddan fəaliyyət göstərmək üçün torpaq istədilər, lakin I Məsud bu xahişi rədd edərək onların üstünə qoşun göndərdi. Səlcuqlar əvvəlcə məğlub edildilər. Sonra səlcuqlar Məsudun Hindistana yürüşdə olmasından istifadə edərək Bəlx, Tus, Gürgan və Mərvi tutdular. Məsudun göndərdiyi 30 minlik ordunu məğlub edən səlcuqlar Xorasanın əsas şəhəri olan Nişapuru ələ keçirərək 1038-ci ildə Səlcuq dövlətinin yarandığını elan etdilər. Beləliklə, Yaxın və Orta Şərqdə ən güclü orta əsr feodal dövlətlərindən olan Böyük Səlcuq dövlətinin əsası qoyuldu. Böyük Səlcuq dövlətinin ilk sultanı I Toğrul (1038–1063), ilk paytaxtı isə Nişapur şəhəri oldu.
Səlcuq yürüşlərinin başlanması
Xorasanın ən mühüm yerinin əldən çıxdığını görən sultan I Məsud 50 min nəfərlik qoşun və 300 döyüş fili ilə Xorasana doğru hərəkət etdi. Toğrul öz qoşununa geri çəkilmək əmri verdi. Sultan I Məsud onları təqib edərək çölə daxil oldu. Saysız-hesabsız vergilərdən cana doymuş əhali səlcuqilərə rəğbət bəsləyirdi. I Məsud əhalidən heç bir yardım almadığından, ərzaq, su və yem qıtlığı ilə üzləşdi. Mərv şəhərindən 10 fərsəng məsafədə yerləşən Dəndənəkən adlı yerdə 1040-cı il 23 may tarixində (bəzi mənbələrdə avqustun 26-da) səlcuqlarla qəznəvilər arasında qanlı Dəndənəkən döyüşü baş verdi. Sultan I Toğrulun böyük qardaşı Çağrı bəyin başçılıq etdiyi Səlcuq ordusu qəznəviləri darmadağın etdi. Bununla da səlcuqlar üçün İran və İraqa yol açılmış oldu. Mərv şəhərində keçirilən böyük qurultayda Şərqdə və Qərbdə yeni işğallara başlamaq qərara alındı. Qəznəvilər və Qaraxanlılarla toqquşmaqdansa, Xilafətin tənəzzülündən sonra siyası dağınıqlıq keçirən İran, Cənubi Qafqaz və Bizansa qarşı hücuma keçmək daha məqsədəuyğun sayıldı. 1043-cü ildə dövlətin paytaxtı Tehran yaxınlığındakı Rey şəhərinə köçürüldü. Səlcuq orduları buradan Həmədan, İsfahan, Gilan və Azərbaycana doğru yürüşə başladılar. 1038–1044-cü illərdə bütün Xorasan, 1043-cü ildə Xarəzm, 1042–1051-ci illərdə Qərbi İran səlcuqilərin əlinə keçdi. Kiçik Asiya, Suriya, Ön Qafqaz, bir sözlə, Türküstandan Aralıq dənizinə, Dərbənddən Fars körfəzinə qədər ərazilər ələ keçirildi. Sultan I Toğrul yeni yaratdığı dövləti Bağdad xəlifəsinin mənəvi nüfuzu ilə gücləndirmək məqsədilə 1055-ci ildə Bağdadı tutdu. Abbasilər səlcuq türklərindən asılı vəziyyətə düşərək, sultan I Toğrulu bütün "Şərqi və Qərbin hökmdarı" kimi tanımağa məcbur oldular. Sultan I Toğrul Bağdad səfərində olarkən onun qardaşı İbrahim Yınal və əmisi Qutalmış qiyam qaldırdılar. I Toğrul qardaşı oğlu Alp Arslanın köməyi ilə bu qiyamı yatırtdı. Səlcuq dövlətinin yaranmasında, möhkəmlənməsində və yeni ərazilər fəth edilməsində sultan I Toğrulun çox böyük tarixi rolu olmuşdur.
Səlcuq dövlətinin imperiyaya çevrilməsi
Sultan I Toğrulun vəfatından sonra hakimiyyətə qardaşı Çağrı bəyin oğlu Alp Arslan (1063–1072) gəldi. Onun məqsədi Anadoluya girmək idi. Əvvəlcə İran və Azərbaycandan keçərək Bizansla müttəfiq olan erməni, gürcü və abxaz hökmdarlarını darmadağın edib Tiflis, Ani, Qars şəhərlərini ələ keçirdi. Daha sonra Alp Arslan öz sərkərdələri Gümüş Tikin və Afşin bəyi Anadolu üzərinə göndərdi. Onlar Orta Anadoluya kimi irəlilədilər, Sivas, Qeysəriyyə (Kayseri) və Konya şəhərlərini ələ keçirdilər. 1070-ci ildə Alp Arslan güclü ordu ilə Misir üzərinə yürüş etdi. Daha sonra yenidən Anadoluya girən Alp Arslan Malazgird şəhərini asanlıqla tutdu, Urfa şəhərini mühasirəyə aldı, amma onu tuta bilmədi. Oradan Hələb üzərinə yeridi və bu zaman Bizans qoşunlarının Azərbaycan istiqamətində hücum xəbərini eşidərək geri döndü.
Bizans imperatoru çox böyük ordu toplamış, bu orduya həmçinin Rumelidəki əslən türk olan uz və peçeneq tayfaları da daxil edilmişdi. Onun məqsədi elə də gizli deyildi. İmperator müsəlman ərazilərini ələ keçirərək xəlifəni taxtdan salıb yerinə katolikos təyin etmək istəyirdi. Sultan öz qoşunlarının bir hissəsini Suriyada qoyaraq kiçik bir ordu ilə geri döndü. Ona vaxt qazanmaq və ordu toplamaq lazım idi. Buna görə də Alp Arslan hörmətli adamlardan ibarət elçilər heyətini Bizans sarayına göndərərək öz barışıq şərtlərini təklif etdi, lakin Diogen onlara soyuq və saymazyana münasibət bəsləyərək etinasız lovğalıqla dedi:
İsfahanmı, yoxsa Həmədanmı daha yaxşıdır? Mən İsfahanda, atlarım isə Həmədanda qışlayacaqlar.
Türk elçisi isə cavabında deyir.
Atların Həmədanda qışlayacağı doğrudur. Sənə gəlincə isə, hələlik məlum deyil.
Düşmənin hücumunu gözləmək ölümə apara bilərdi. Ona görə Alp Arslan özü hücuma keçməyi qərara aldı. İki ordu Malazgird düzənliyində qarşılaşdı. Malazgird döyüşü 1071-ci il avqustun 26-da başlandı. Türk süvariləri hər tərəfdən hücuma keçdilər. Ancaq Bizans ordusunu yerindən tərpətmək mümkün olmadı. O zaman türklər döyüşə-döyüşə və pusqular quraraq geri çəkilməyə başladılar. Hava qaralarkən türk tayfaları olan uzlar və peçeneqlər qarşıdakı ordunun soydaşlarından ibarət olduğunu anlayıb səlcuqların tərəfinə keçdilər. Vəziyyəti belə görən imperator geri çəkilməyi əmr etdi. Alp Arslan fürsətdən istifadə edərək düşmənin üzərinə qəti hücuma keçdi. Pusqudakı əsgərlər də bizanslıların üstünə atıldılar. Bizans imperatoru yaralanaraq əsir düşdü, lakin Alp Arslan böyük bir nəciblik göstərərək onu bağışladı və azad etdi. Bu döyüş dünya tarixində böyük bir dönüş nöqtəsi oldu. Bu döyüşün nəticəsi olaraq Bizans hər il səlcuqlara vergi verməli, lazım olduqda hərbi yardım göstərməli, Şərqi Anadolunu bütünlüklə türklərə verməli idi. Malazgird döyüşündən sonra Səlcuq imperiyasının təsir dairəsi şərqda Qaşqardan Qərbdə Aralıq dənizinədək, şimalda Qafqazdan tutmuş cənubda Yəmənə qədər böyük bir ərazini əhatə edirdi. Abbasi xəlifəsi Alp Arslanı dinin təməli adlandırırdı.
1072-ci ildə Alp Arslan Orta Asiya istiqamətində hərbi yürüşə çıxdı. Bu yürüşlərin birində o bir qala komendantı tərəfindən ağır yaralanaraq öldürüldü. Onun oğlu I Məlikşahın dövründə (1072–1092) səlcuqların yeni ərazilər ələ keçirməsi prosesi başa çatdı. 4–5 il ərzində Konya və Ankara şəhərləri alındıqdan sonra boğazlara və Egey dənizinə qədər yerlər türklərin əlinə keçdi. Suriya da zəbt edildi. Bizansdan Antakya və Urfa şəhərləri, fatimilərdən Qüds şəhəri alındı. Atası kimi cəsur, uzaqgörən və qətiyyətli bir hökmdar olan I Məlikşahın hakimiyyəti illərində Səlcuq imperiyasının tərkibinə Orta Asiya, Suriya və Ərəbistan yarımadası daxil edildi. I Məlikşahın dövrü Səlcuq imperiyasının çiçəklənməsi dövrü idi. Dövlətin belə qüdrətli olmasında Alp Arslanın və I Məlikşahın vəziri olmuş görkəmli alim və siyasətçi Xacə Nizamülmülkün böyük rolu olmuşdur. I Məlikşahın dövründə paytaxt Reydən İsfahana köçürüldü.
İmperiyanın tənəzzülü
Orta əsrlərin başqa feodal imperiyaları kimi Böyük Səlcuq dövləti də çox yaşamadı. O zaman əmtəə-pul münasibətləri hələ başlıca iqtisadi əlaqə forması olmadığından, hökm sürdüyündən Böyük Səlcuq imperiyasının əhatə etdiyi ərazilərin və xalqların vahid iqtisadi və siyasi mərkəz ətrafında sıx birləşməsi, qüdrətli mərkəzləşdirilmiş dövlətə çevrilməsi qeyri-mümkün idi. Uğurlu müharibələr zamanı oğuz-səlcuq hərbi-siyasi birliyinə əsaslanan Səlcuq dövləti XI əsrdə işğallar ara verdikdə zəiflədi. Səlcuq sultanları öz əyanlarına bütöv vilayətləri, mahalları iqta olaraq bağışlayırdılar. Zaman keçdikcə onlar irsi hakimlərə çevrilir, mərkəzi hakimiyyətə tabe olmaq istəmirdilər. Mövcud olan qaydaya görə hər bir şahzadənin özünə xanədan tələb etmək hüququ var idi.
Sultan I Məlikşah və Mizamülmülkün ölümündən sonra Səlcuq imperiyasında mərkəzi hakimiyyətə tabe olmamaq cəhdləri gücləndi. Sultan Mahmud (1092–1094) və Börküyarığın (1094–1104) hakimiyyəti illərində dövlət tədricən tənəzzülə uğradı, ayrı-ayrı əmirlər arasında bölünmə təhlükəsi yarandı. Uzun sürən ara müharibələri və qiyamları dövləti zəiflədirdi. Buna görə də xaçlıların yürüşlərinin qarşısını almaq mümkün olmadı. Suriyanı keçərək Qüdsü aldılar. Börküyarıqdan sonra hakimiyyətə II Məlikşah (1104–1105) gəlsə də, hakimiyyəti uzun sürmədi. Sultan Məhəmməd Təpər (1105–1117) mərkəzi hakimiyyəti möhkəmləndirməyə çalışdı. İsmaililərə qarşı mübarizəyə başladı, Mosulu almış Anadolu Səlcuq sultanı I Qılınc Arslanı məğlub etdi, Suriyadakı xaçlılar üzərinə ordu göndərildi. Məhəmməd Təpər Səlcuq imperiyasının bütün ərazisi üzərində öz suverenliyini bərpa etsə də, sonuncu Səlcuq sultanı Səncər (1118–1157) zamanı dövlətin bütövlüyü yenidən pozuldu. Səncər Qəznə şəhərini qəznəvilərdən, Mavəraünnəhri qaraxanlılardan alsa da, qarakitayların Məvarünnəhrə hücumunun qarşısını ala bilmədi. 1141-ci ildə Səmərqənd yaxınlığında məğlubiyyətə uğradı və bütün Məvarünnəhri itirdi. Bu uğursuzluq daxili qiyamlara səbəb oldu. Vergilərin çoxluğundan narazı olan oğuzlar üsyan etdilər. Səncər onlara qarşı döyüşdə məğlubiyyətə uğradı və əsir düşdü. Üç il əsirlikdə qaldıqdan sonra əsirlikdən qaçdı, lakin çox yaşamadı və 1157-ci ildə vəfat etdi. Sultan Səncərdən sonra Səlcuq imperiyası süquta uğradı. Onun ərazisində Kirman, Konya, Suriya, İraq Səlcuq sultanlıqları, Azərbaycan Atabəyləri, Kiçik Asiyada bir sıra əmirliklər yarandı.
Mirası
Səlcuq axınları ilə bağlı olaraq oğuz-türk tayfaları bütün Cənubi Qafqazda və Ön Asiyada başlıca etnik və siyasi qüvvəyə çevrildi. Bu amil Yaxın və Orta Şərqin bütün sonrakı taleyində mühüm rol oynadı. Avropa feodallarının Şərq torpaqlarına işğal məqsədilə təşkil etdikləri Xaç yürüşləri zamanı sarsıdıcı zərbələr endirən səlcuq türkləri Yaxın və Orta Şərqin siyasi xəritəsinin Qərbi Avropanın xeyrinə dəyişməsinə imkan vermədilər. Səlcuq türklərinin Cənubi Qafqazda möhkəmlənməsi Bizansa arxalanaraq Azərbaycanın qərb torpaqlarını ələ keçirməyə çalışan erməni və gürcü feodallarının qəsbkarlıq planlarını puça çıxardı. Türklük və İslam amilləri Cənubi Qafqazda, o cümlədən Azərbaycanda qəti olaraq möhkəmləndi. Səlcuqların həyata keçirdikləri sosial-iqtisadi tədbirlər Şərq ölkələrində, eləcə də dünya miqyasında inkişaf etmiş feodalizmə keçid üçün şərait yaratdı. Dövlətdə daxili iqtisadi əlaqələr zəif olsa da, hərbi-siyasi birlik, sultan və dövlət xadimlərinin şəxsi nüfuzu güclü idi. Səlcuqların hakimiyyəti dövründə iqtisadiyyat və sənətkarlıq inkişaf etmiş, şəhərlər böyümüş, feodal rentasında pul sisteminin rolu daha da artmışdır. Səlcuqların hərb sistemi öz üstünlüyü ilə qonşu dövlətlərdən fərqlənirdi. Səlcuq imperiyası dövründə türk xaqları yenidən öz əvvəlki qüdrətini bərpa etmiş, İslam dünyasının və İslam mədəniyyətinin inkişafının yeni mərhələsinə yol açmışdır.
Bayrağı
Böyük Səlcuqlu dövlətinin bayrağında ikibaşlı qartal, və ox təsvir edilimişdir. "Oyanış Böyük Səlcuqlu" serialında istifadə olunan bayraqda isə yalnız yay və ox təsvir edilmişdir. İkibaşlı qartal Səlcuqların həm Şərqə, həm də Qərbə hakim olduğununun simvoludur. Ox və isə türklərin savaş ruhunu təmsil etməkdə idi. Böyük Səlcuqlu parçalanmağa başlayandan sonra yaranmış digər kiçik Səlcuqlu dövlətləri öz bayraqlarını səlcuqluların bayrağının əsasında düzəldiblər. Məsələn, Rum Səlcuqlularının bayrağı kimi.
İstinadlar
- Concise encyclopedia of languages of the world, Ed. Keith Brown, Sarah Ogilvie, (Elsevier Ltd., 2009), 1110; "Oghuz Turkic is first represented by Old Anatolian Turkish which was a subordiniate written medium until the end of the Seljuk rule.
- Johanson, Lars & Csato, Eva & Karakoç, Birsel & Hickey, Raymond. (2020). Turkic Language Contacts. 551-570. 10.1002/9781119485094.ch28. page 177, 181. Orijinal mətn (ing.)
A case in point is the introduction of Azeri in Transcaucasia and Iran by relatively small Seljuk groups, which led to gradual supplanting of several existing regional and local Iranian and Caucasian codes.
Orijinal mətn (ing.)Azeri was introduced substratal variety by Seljuk speakers of an Oghuz Turkic that was already influenced by Persian (§ 10.4).
- Black, Edwin, Banking on Baghdad: inside Iraq's 7,000-year history of war, profit and conflict, (John Wiley and sons, 2004), 38.
- C.E. Bosworth, "Turkish Expansion towards the west" in UNESCO HISTORY OF HUMANITY, Volume IV, titled "From the Seventh to the Sixteenth Century", UNESCO Publishing / Routledge, p. 391: "While the Arabic language retained its primacy in such spheres as law, theology and science, the culture of the Seljuk court and secular literature within the sultanate became largely Persianized; this is seen in the early adoption of Persian epic names by the Seljuk rulers (Qubād, Kay Khusraw and so on) and in the use of Persian as a literary language (Turkish must have been essentially a vehicle for everyday speech at this time)
- Grousset, Rene, The Empire of the Steppes, (New Brunswick:Rutgers University Press, 1988), 167.
- .
- https://archive.org/details/introductiontois00savo_0.
- Давид ЫВ Ҝеорҝијевич // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. III ҹилд: Гајыбов—Елдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. С. 296.
- Hottinger, Arnold, The Arabs, (University of California Press, 1963), 90; "..and for these Turko-persian Seljuks who now ruled the largest Islamic state…"
- Grousset, Rene, The Empire of the Steppes, (Rutgers University Press, 1991), 161,164; "..renewed the Seljuk attempt to found a great Turko-Persian empire in eastern Iran..", "It is to be noted that the Seljuks, those Turkomans who became sultans of Persia, did not Turkify Persia-no doubt because they did not wish to do so. On the contrary, it was they who voluntarily became Persians and who, in the manner of the great old Sassanid kings, strove to protect the Iranian populations from the plundering of Ghuzz bands and save Iranian culture from the Turkoman menace."
- Nishapuri, Zahir al-Din Nishapuri (2001), "The History of the Seljuq Turks from the Jami’ al-Tawarikh: An Ilkhanid Adaptation of the of Zahir al-Din Nishapuri, " Partial tr. K. A. Luther, ed. C. E. Bosworth, Richmond, UK. K. A. Luther: "… the Turks were illiteratre and uncultivated when they arrived in Khurasan and had to depend on Iranian scribes, poets, jurists and theologians to man the institution of the Empire"(pg 9)
-
- Jackson, P. (2002). "Review: The History of the Seljuq Turks: The History of the Seljuq Turks". Journal of Islamic Studies 2002 13(1):75–76; doi:10.1093/jis/13.1.75. Oxford Centre for Islamic Studies.
- Bosworth, C. E. (2001). "Notes on Some Turkish Names" in Abu 'l-Fadl Bayhaqi’s Tarikh-i Mas’udi. Oriens, Vol. 36, 2001 (2001), pp. 299–313.
- Dani, A. H., Masson, V. M. (Eds), Asimova, M. S. (Eds), Litvinsky, B. A. (Eds), Boaworth, C. E. (Eds). (1999). History of Civilizations of Central Asia. Motilal Banarsidass Publishers (Pvt. Ltd).
- Hancock, I. (2006). On Romani Origins and Identity. The Romani Archives and Documentation Center. The University of Texas at Austin.
- Asimov, M. S., Bosworth, C. E. (eds.). (1998). History of Civilizations of Central Asia, Vol. IV: The Age of Achievement: AD 750 to the End of the Fifteenth Century, Part One: The Historical, Social and Economic Setting. Multiple History Series. Paris: UNESCO Publishing.
- * Josef W. Meri, Medieval Islamic Civilization: An Encyclopedia, Routledge, 2005, p. 399
- Michael Mandelbaum, Central Asia and the World, Council on Foreign Relations (May 1994), p. 79
- Jonathan Dewald, Europe 1450 to 1789: Encyclopedia of the Early Modern World, Charles Scribner’s Sons, 2004, p. 24: "Turcoman armies coming from the East had driven the Byzantines out of much of Asia Minor and established the Persianized sultanate of the Seljuks."
- Ram Rahul. March of Central Asia, Indus Publishing, page 124.
- C. E. Bosworth, "Turkish expansion towards the west", in UNESCO History of Humanity, Volume IV, 2000.
- Mehmed Fuad Koprulu, Early Mystics in Turkish Literature, Translated by Gary Leiser and Robert Dankoff, Routledge, 2006, pg 149.
- O. Özgündenli, "Persian Manuscripts in Ottoman and Modern Turkish Libraries", Encyclopaedia Iranica, Online Edition, (LINK 2012-01-22 at the Wayback Machine)
- Encyclopaedia Britannica, "Seljuq", Online Edition, (LINK 2007-12-19 at the Wayback Machine)
- Eldəniz Məmmədov.s.32.
- Kafesoğlu.s.3.
- Kafesoğlu.s.4.
- Eldəniz Məmmədov.s.32–33.
- Merçil.s.4.
- Encyclopaedia Britannica, "Nizam al-Mulk", Online Edition, (LINK 2008-01-04 at the Wayback Machine)
- Biran, Michel, The Empire of the Qara Khitai in Eurasian history, (Cambridge University Press, 2005), 44.
Ədəbiyyat
- Səlcuqlu dövlətləri və atabəyləri tarixi (Oğuzların ortaya çıxmasından – XIV əsrlər). Müəllif: Əkbər N. Nəcəf. Elmi redaktor: Tarix elmləri doktoru, prof. İsmayıl Məhəmməd oğlu Məmmədov. Bakı: "Qanun", 2010, 781 səh.
Həmçinin bax
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Boyuk Selcuq imperiyasi hemcinin Selcuqiler dovleti turk Selcuklu Imparatorlugu Oguz turklerinin Qiniq boyundan olan tayfalarin XI esrde yaratdigi Orta Asiya Iran Yaxin Serq Qafqaz ve Anadolu erazilerini ehate eden turk dovleti Tarixi dovletBoyuk Selcuq imperiyasiBayraq GerbSultan Meliksahin vefati dovrunde Boyuk Selcuq Imperiyasi 1037 1190Paytaxt Nisapur Rey Isfahan Hemedan Merv NisapurDilleri fars dili ereb dili Resmi dilleri Turk dili danisiq dili Azerbaycan dili Fars dili resmi dil Ereb dili elm ve tehsilde istifade olunurdu Dovlet dini Islam Sunni Valyuta DinarErazisi 3 900 000 km 1080 ci il Idareetme formasi MonarxiyaSulale Selcuq sulalesiSultan 1038 1063 Togrul bey ilk 1063 1072 Alp Arslan 1072 1092 Sultan Meliksah 1092 1094 I Mahmud 1094 1104 Borkiyaruq 1104 1105 II Meliksah 1105 1118 Mehemmed Teper 1118 1157 Ehmed Sencer son Davamiyyet Turkiye Azerbaycan Gurcustan Rusiya Ermenistan Suriya Iraq Iran Livan Israil Felestin Iordaniya Seudiyye Erebistani Behreyn Oman Yemen Abxaziya Cenubi Osetiya Efqanistan Misir Kuveyt Pakistan Tacikistan CXR Qirgizistan Qazaxistan Ozbekistan Turkmenistan Vikianbarda elaqeli mediafayllarSulalenin menseyiSelcuq turkleri Qiniq boyuna mensubdur Tarixci Fezlullah Resideddinin Cami et tevarix eserinde Oguz boylarinin siyasi ve ictimai movqelerine aid tertib edilmis cedvelde qinaqlar sonuncu yerde gosterilmisdir Sulalenin esasini qoyan Selcuqun atasi demir yayli leqebi dasiyan Dukak olmusdur Dukak ve oglu Selcuq oguzlar arasinda taninmis sexsiyyetlerden idi Selcuq hokmdari olan Selcuqun adi teleffuz baximindan munaqiselere sebeb olmusdur J Marquart adin bu cur deyilisini duzgun hesab etmis ve adin bu cur duzgun oldugunu XIII esr tarixcisinin eserini gostermekle subut etmisdir Mahmud Kasgari de Selcuq seklinin en duzgun teleffuz hesab ederek sonraki turk menbelerinde de bunu aciqlamisdir Daha sonra bu mesele ile maraqlanan L Rasonyi XII esr ereb yazicisi el Ezimi ve farsca Enesi il kulub eserinin muellifi olan Qedi Burxan Enevini menbe kimi gostererek adin Selcuq olmasini teleb etmisdir Selcuq adinin kicik sel menasini verdiyini ireli suren Rasonyiye gore Selcuq Orta Asiyada Sel dag yaxinliginda dunyaya gelmis ve adini da bu dagdan goturmusdur Diger terefden P Pelliot bu adin turk dilinde mubarizeci menasini verdiyini yazir Qurulus dovruEsas meqaleler Selcuq bey Cagri bey ve Togrul beySelcuqlu sulalesine adini veren Selcuq beyin bas fiquru Metropoliten muzeyi Nyu York Selcuq bey atasinin olumunden sonra ona tabe olan tayfalarin herbi siyasi birliyini yaradib Sirderya sahilinden Cend seherine geldi Seherde esasen muselmanlar yasayirdilar Selcuqlarin Cende gelmeleri X esre ehtimal olunur Bu herbi siyasi ittifaqa daxil olan oguzlar selcuqlar adlandilar lakin oguz yaqbusu sah Melik selcuqlari Cend seherinden cixardi Selcuqlarin boyuk bir hissesi Zerefsan vadisine Nuratin daglarina cekildi ve bu yerde meskunlasdilar Selcuq bey yaqbunun onu oldureceyinden qorxaraq qebilesi yaxin adamlari ile Yengikend bolgesinden ayrilaraq olkelerin birlesdiyi Cend seherine geldi Selcuq bey bu kocun yer darligi ve otlaq kifayetsizliyi oldugunu bildirdi Selcuqlarin ilk illerinde bu dovrde ikisi turk olmaqla uc muselman dovleti movcud idi Bunlardan ilki serq serhedlerinde Turk dovleti olan Qaraxanlilar idi Diger turk dovleti ise indiki Efqanistan torpaqlarini ehateye almis Qezneviler idi Qezneviler daha sonra serhedlerini genislendirerek Simali Hindistani ve Xorasani ele kecirdi Maveraunnehr ve Xorasani ehateleyen ucuncu boyuk dovlet Samaniler idi TarixiDovletin yaranmasi Sivas seherinin Divrigi mahalinda olan Divrigi boyuk mescidi divarlari uzerine islenmis Selcuq Imperiyasi gerbi XI esrin ortalarinda Yaxin ve Orta Serqin tarixinde muhum bir hadise bas verdi Hemin dovrde Boyuk Selcuq imperiyasi yarandi Selcuqlar oguz turklerinin Qiniq boyundan idiler Bu tayfanin bascisi Dukak beyin oglu Selcuq bey idi Sonradan butun tayfa onun adi ile Selcuq turkleri adlanmaga baslandi Oguz Yabqu dovletinde ordu bascisi vezifesinde olan Selcuq bey Oguz Yabqusu ile aralarinda olan naraziliga gore oz terefdarlari ile 960 ci ile Seyhun cayinin sahilinde olan Cent seherine getdi Selcuq bey Islam dinini qebul etdi ve Oguz dovletine tabe olmaqdan imtina etdi Selcuq bey bu vaxt Maveraennehrdeki Samaniler dovleti ile ittifaqa girerek Qaraxanlilar dovletine qarsi mubarize aparirdi Samanilerin suqutundan sonra Selcuq turkleri Qaraxanilerden asili veziyyete dusduler Sultan Mahmud Qeznevi Maverannehri isgal etdikden sonra selcuqlarin bascilarindan Mikayil ve Israili hebs ederek selcuq tayfalarini 1009 cu ilde Xorasan eyaletine kocurtdu lakin buna baxmayaraq Selcuqun nevelerinden Togrul bey Ibrahim Yinal Cagri bey Davud Musa Yaqubu Kolyan ve basqalari selcuqlari oz bayraqlari altinda birlesdirerek mubarizeye basladilar Selcuqlar Qeznevi sultani I Mesuddan fealiyyet gostermek ucun torpaq istediler lakin I Mesud bu xahisi redd ederek onlarin ustune qosun gonderdi Selcuqlar evvelce meglub edildiler Sonra selcuqlar Mesudun Hindistana yurusde olmasindan istifade ederek Belx Tus Gurgan ve Mervi tutdular Mesudun gonderdiyi 30 minlik ordunu meglub eden selcuqlar Xorasanin esas seheri olan Nisapuru ele kecirerek 1038 ci ilde Selcuq dovletinin yarandigini elan etdiler Belelikle Yaxin ve Orta Serqde en guclu orta esr feodal dovletlerinden olan Boyuk Selcuq dovletinin esasi qoyuldu Boyuk Selcuq dovletinin ilk sultani I Togrul 1038 1063 ilk paytaxti ise Nisapur seheri oldu Selcuq dovletinin qurucusu Togrul beyin turbesi ReySelcuq yuruslerinin baslanmasi Xorasanin en muhum yerinin elden cixdigini goren sultan I Mesud 50 min neferlik qosun ve 300 doyus fili ile Xorasana dogru hereket etdi Togrul oz qosununa geri cekilmek emri verdi Sultan I Mesud onlari teqib ederek cole daxil oldu Saysiz hesabsiz vergilerden cana doymus ehali selcuqilere regbet besleyirdi I Mesud ehaliden hec bir yardim almadigindan erzaq su ve yem qitligi ile uzlesdi Merv seherinden 10 ferseng mesafede yerlesen Dendeneken adli yerde 1040 ci il 23 may tarixinde bezi menbelerde avqustun 26 da selcuqlarla qezneviler arasinda qanli Dendeneken doyusu bas verdi Sultan I Togrulun boyuk qardasi Cagri beyin basciliq etdiyi Selcuq ordusu qeznevileri darmadagin etdi Bununla da selcuqlar ucun Iran ve Iraqa yol acilmis oldu Merv seherinde kecirilen boyuk qurultayda Serqde ve Qerbde yeni isgallara baslamaq qerara alindi Qezneviler ve Qaraxanlilarla toqqusmaqdansa Xilafetin tenezzulunden sonra siyasi daginiqliq keciren Iran Cenubi Qafqaz ve Bizansa qarsi hucuma kecmek daha meqsedeuygun sayildi 1043 cu ilde dovletin paytaxti Tehran yaxinligindaki Rey seherine kocuruldu Selcuq ordulari buradan Hemedan Isfahan Gilan ve Azerbaycana dogru yuruse basladilar 1038 1044 cu illerde butun Xorasan 1043 cu ilde Xarezm 1042 1051 ci illerde Qerbi Iran selcuqilerin eline kecdi Kicik Asiya Suriya On Qafqaz bir sozle Turkustandan Araliq denizine Derbendden Fars korfezine qeder eraziler ele kecirildi Sultan I Togrul yeni yaratdigi dovleti Bagdad xelifesinin menevi nufuzu ile guclendirmek meqsedile 1055 ci ilde Bagdadi tutdu Abbasiler selcuq turklerinden asili veziyyete duserek sultan I Togrulu butun Serqi ve Qerbin hokmdari kimi tanimaga mecbur oldular Sultan I Togrul Bagdad seferinde olarken onun qardasi Ibrahim Yinal ve emisi Qutalmis qiyam qaldirdilar I Togrul qardasi oglu Alp Arslanin komeyi ile bu qiyami yatirtdi Selcuq dovletinin yaranmasinda mohkemlenmesinde ve yeni eraziler feth edilmesinde sultan I Togrulun cox boyuk tarixi rolu olmusdur Selcuqlu memarligi Xerreqan turbeleri QezvinSelcuq dovletinin imperiyaya cevrilmesiSultan I Togrulun vefatindan sonra hakimiyyete qardasi Cagri beyin oglu Alp Arslan 1063 1072 geldi Onun meqsedi Anadoluya girmek idi Evvelce Iran ve Azerbaycandan kecerek Bizansla muttefiq olan ermeni gurcu ve abxaz hokmdarlarini darmadagin edib Tiflis Ani Qars seherlerini ele kecirdi Daha sonra Alp Arslan oz serkerdeleri Gumus Tikin ve Afsin beyi Anadolu uzerine gonderdi Onlar Orta Anadoluya kimi irelilediler Sivas Qeyseriyye Kayseri ve Konya seherlerini ele kecirdiler 1070 ci ilde Alp Arslan guclu ordu ile Misir uzerine yurus etdi Daha sonra yeniden Anadoluya giren Alp Arslan Malazgird seherini asanliqla tutdu Urfa seherini muhasireye aldi amma onu tuta bilmedi Oradan Heleb uzerine yeridi ve bu zaman Bizans qosunlarinin Azerbaycan istiqametinde hucum xeberini esiderek geri dondu Selcuqlu medeniyyeti Britaniya muzeyi Bizans imperatoru cox boyuk ordu toplamis bu orduya hemcinin Rumelideki eslen turk olan uz ve peceneq tayfalari da daxil edilmisdi Onun meqsedi ele de gizli deyildi Imperator muselman erazilerini ele kecirerek xelifeni taxtdan salib yerine katolikos teyin etmek isteyirdi Sultan oz qosunlarinin bir hissesini Suriyada qoyaraq kicik bir ordu ile geri dondu Ona vaxt qazanmaq ve ordu toplamaq lazim idi Buna gore de Alp Arslan hormetli adamlardan ibaret elciler heyetini Bizans sarayina gondererek oz barisiq sertlerini teklif etdi lakin Diogen onlara soyuq ve saymazyana munasibet besleyerek etinasiz lovgaliqla dedi Isfahanmi yoxsa Hemedanmi daha yaxsidir Men Isfahanda atlarim ise Hemedanda qislayacaqlar Turk elcisi ise cavabinda deyir Atlarin Hemedanda qislayacagi dogrudur Sene gelince ise helelik melum deyil Dusmenin hucumunu gozlemek olume apara bilerdi Ona gore Alp Arslan ozu hucuma kecmeyi qerara aldi Iki ordu Malazgird duzenliyinde qarsilasdi Malazgird doyusu 1071 ci il avqustun 26 da baslandi Turk suvarileri her terefden hucuma kecdiler Ancaq Bizans ordusunu yerinden terpetmek mumkun olmadi O zaman turkler doyuse doyuse ve pusqular quraraq geri cekilmeye basladilar Hava qaralarken turk tayfalari olan uzlar ve peceneqler qarsidaki ordunun soydaslarindan ibaret oldugunu anlayib selcuqlarin terefine kecdiler Veziyyeti bele goren imperator geri cekilmeyi emr etdi Alp Arslan fursetden istifade ederek dusmenin uzerine qeti hucuma kecdi Pusqudaki esgerler de bizanslilarin ustune atildilar Bizans imperatoru yaralanaraq esir dusdu lakin Alp Arslan boyuk bir neciblik gostererek onu bagisladi ve azad etdi Bu doyus dunya tarixinde boyuk bir donus noqtesi oldu Bu doyusun neticesi olaraq Bizans her il selcuqlara vergi vermeli lazim olduqda herbi yardim gostermeli Serqi Anadolunu butunlukle turklere vermeli idi Malazgird doyusunden sonra Selcuq imperiyasinin tesir dairesi serqda Qasqardan Qerbde Araliq denizinedek simalda Qafqazdan tutmus cenubda Yemene qeder boyuk bir erazini ehate edirdi Abbasi xelifesi Alp Arslani dinin temeli adlandirirdi Selcuqlu dovrunde oynanilan sahmat novu Metropoliten muzeyi 1072 ci ilde Alp Arslan Orta Asiya istiqametinde herbi yuruse cixdi Bu yuruslerin birinde o bir qala komendanti terefinden agir yaralanaraq olduruldu Onun oglu I Meliksahin dovrunde 1072 1092 selcuqlarin yeni eraziler ele kecirmesi prosesi basa catdi 4 5 il erzinde Konya ve Ankara seherleri alindiqdan sonra bogazlara ve Egey denizine qeder yerler turklerin eline kecdi Suriya da zebt edildi Bizansdan Antakya ve Urfa seherleri fatimilerden Quds seheri alindi Atasi kimi cesur uzaqgoren ve qetiyyetli bir hokmdar olan I Meliksahin hakimiyyeti illerinde Selcuq imperiyasinin terkibine Orta Asiya Suriya ve Erebistan yarimadasi daxil edildi I Meliksahin dovru Selcuq imperiyasinin ciceklenmesi dovru idi Dovletin bele qudretli olmasinda Alp Arslanin ve I Meliksahin veziri olmus gorkemli alim ve siyasetci Xace Nizamulmulkun boyuk rolu olmusdur I Meliksahin dovrunde paytaxt Reyden Isfahana kocuruldu Oguz turklerinin Anadoluda ilk mescidi Menucohr camisi QarsImperiyanin tenezzuluOrta esrlerin basqa feodal imperiyalari kimi Boyuk Selcuq dovleti de cox yasamadi O zaman emtee pul munasibetleri hele baslica iqtisadi elaqe formasi olmadigindan hokm surduyunden Boyuk Selcuq imperiyasinin ehate etdiyi erazilerin ve xalqlarin vahid iqtisadi ve siyasi merkez etrafinda six birlesmesi qudretli merkezlesdirilmis dovlete cevrilmesi qeyri mumkun idi Ugurlu muharibeler zamani oguz selcuq herbi siyasi birliyine esaslanan Selcuq dovleti XI esrde isgallar ara verdikde zeifledi Selcuq sultanlari oz eyanlarina butov vilayetleri mahallari iqta olaraq bagislayirdilar Zaman kecdikce onlar irsi hakimlere cevrilir merkezi hakimiyyete tabe olmaq istemirdiler Movcud olan qaydaya gore her bir sahzadenin ozune xanedan teleb etmek huququ var idi Selcuqlu dovrune aid karvansara Kirman ostani Iran Sultan I Meliksah ve Mizamulmulkun olumunden sonra Selcuq imperiyasinda merkezi hakimiyyete tabe olmamaq cehdleri guclendi Sultan Mahmud 1092 1094 ve Borkuyarigin 1094 1104 hakimiyyeti illerinde dovlet tedricen tenezzule ugradi ayri ayri emirler arasinda bolunme tehlukesi yarandi Uzun suren ara muharibeleri ve qiyamlari dovleti zeifledirdi Buna gore de xaclilarin yuruslerinin qarsisini almaq mumkun olmadi Suriyani kecerek Qudsu aldilar Borkuyariqdan sonra hakimiyyete II Meliksah 1104 1105 gelse de hakimiyyeti uzun surmedi Sultan Mehemmed Teper 1105 1117 merkezi hakimiyyeti mohkemlendirmeye calisdi Ismaililere qarsi mubarizeye basladi Mosulu almis Anadolu Selcuq sultani I Qilinc Arslani meglub etdi Suriyadaki xaclilar uzerine ordu gonderildi Mehemmed Teper Selcuq imperiyasinin butun erazisi uzerinde oz suverenliyini berpa etse de sonuncu Selcuq sultani Sencer 1118 1157 zamani dovletin butovluyu yeniden pozuldu Sencer Qezne seherini qeznevilerden Maveraunnehri qaraxanlilardan alsa da qarakitaylarin Mevarunnehre hucumunun qarsisini ala bilmedi 1141 ci ilde Semerqend yaxinliginda meglubiyyete ugradi ve butun Mevarunnehri itirdi Bu ugursuzluq daxili qiyamlara sebeb oldu Vergilerin coxlugundan narazi olan oguzlar usyan etdiler Sencer onlara qarsi doyusde meglubiyyete ugradi ve esir dusdu Uc il esirlikde qaldiqdan sonra esirlikden qacdi lakin cox yasamadi ve 1157 ci ilde vefat etdi Sultan Sencerden sonra Selcuq imperiyasi suquta ugradi Onun erazisinde Kirman Konya Suriya Iraq Selcuq sultanliqlari Azerbaycan Atabeyleri Kicik Asiyada bir sira emirlikler yarandi Selcuqlu dovrunde tikilmis Eleviler mescidi HemedanMirasiSelcuq axinlari ile bagli olaraq oguz turk tayfalari butun Cenubi Qafqazda ve On Asiyada baslica etnik ve siyasi quvveye cevrildi Bu amil Yaxin ve Orta Serqin butun sonraki taleyinde muhum rol oynadi Avropa feodallarinin Serq torpaqlarina isgal meqsedile teskil etdikleri Xac yurusleri zamani sarsidici zerbeler endiren selcuq turkleri Yaxin ve Orta Serqin siyasi xeritesinin Qerbi Avropanin xeyrine deyismesine imkan vermediler Selcuq turklerinin Cenubi Qafqazda mohkemlenmesi Bizansa arxalanaraq Azerbaycanin qerb torpaqlarini ele kecirmeye calisan ermeni ve gurcu feodallarinin qesbkarliq planlarini puca cixardi Turkluk ve Islam amilleri Cenubi Qafqazda o cumleden Azerbaycanda qeti olaraq mohkemlendi Selcuqlarin heyata kecirdikleri sosial iqtisadi tedbirler Serq olkelerinde elece de dunya miqyasinda inkisaf etmis feodalizme kecid ucun serait yaratdi Dovletde daxili iqtisadi elaqeler zeif olsa da herbi siyasi birlik sultan ve dovlet xadimlerinin sexsi nufuzu guclu idi Selcuqlarin hakimiyyeti dovrunde iqtisadiyyat ve senetkarliq inkisaf etmis seherler boyumus feodal rentasinda pul sisteminin rolu daha da artmisdir Selcuqlarin herb sistemi oz ustunluyu ile qonsu dovletlerden ferqlenirdi Selcuq imperiyasi dovrunde turk xaqlari yeniden oz evvelki qudretini berpa etmis Islam dunyasinin ve Islam medeniyyetinin inkisafinin yeni merhelesine yol acmisdir BayragiBoyuk Selcuqlu dovletinin bayraginda ikibasli qartal ve ox tesvir edilimisdir Oyanis Boyuk Selcuqlu serialinda istifade olunan bayraqda ise yalniz yay ve ox tesvir edilmisdir Ikibasli qartal Selcuqlarin hem Serqe hem de Qerbe hakim oldugununun simvoludur Ox ve ise turklerin savas ruhunu temsil etmekde idi Boyuk Selcuqlu parcalanmaga baslayandan sonra yaranmis diger kicik Selcuqlu dovletleri oz bayraqlarini selcuqlularin bayraginin esasinda duzeldibler Meselen Rum Selcuqlularinin bayragi kimi IstinadlarConcise encyclopedia of languages of the world Ed Keith Brown Sarah Ogilvie Elsevier Ltd 2009 1110 Oghuz Turkic is first represented by Old Anatolian Turkish which was a subordiniate written medium until the end of the Seljuk rule Johanson Lars amp Csato Eva amp Karakoc Birsel amp Hickey Raymond 2020 Turkic Language Contacts 551 570 10 1002 9781119485094 ch28 page 177 181 Orijinal metn ing A case in point is the introduction of Azeri in Transcaucasia and Iran by relatively small Seljuk groups which led to gradual supplanting of several existing regional and local Iranian and Caucasian codes Orijinal metn ing Azeri was introduced substratal variety by Seljuk speakers of an Oghuz Turkic that was already influenced by Persian 10 4 Black Edwin Banking on Baghdad inside Iraq s 7 000 year history of war profit and conflict John Wiley and sons 2004 38 C E Bosworth Turkish Expansion towards the west in UNESCO HISTORY OF HUMANITY Volume IV titled From the Seventh to the Sixteenth Century UNESCO Publishing Routledge p 391 While the Arabic language retained its primacy in such spheres as law theology and science the culture of the Seljuk court and secular literature within the sultanate became largely Persianized this is seen in the early adoption of Persian epic names by the Seljuk rulers Qubad Kay Khusraw and so on and in the use of Persian as a literary language Turkish must have been essentially a vehicle for everyday speech at this time Grousset Rene The Empire of the Steppes New Brunswick Rutgers University Press 1988 167 https archive org details introductiontois00savo 0 David YV Ҝeorҝiјevich Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә III ҹild Gaјybov Eldarov Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1979 S 296 Hottinger Arnold The Arabs University of California Press 1963 90 and for these Turko persian Seljuks who now ruled the largest Islamic state Grousset Rene The Empire of the Steppes Rutgers University Press 1991 161 164 renewed the Seljuk attempt to found a great Turko Persian empire in eastern Iran It is to be noted that the Seljuks those Turkomans who became sultans of Persia did not Turkify Persia no doubt because they did not wish to do so On the contrary it was they who voluntarily became Persians and who in the manner of the great old Sassanid kings strove to protect the Iranian populations from the plundering of Ghuzz bands and save Iranian culture from the Turkoman menace Nishapuri Zahir al Din Nishapuri 2001 The History of the Seljuq Turks from the Jami al Tawarikh An Ilkhanid Adaptation of the of Zahir al Din Nishapuri Partial tr K A Luther ed C E Bosworth Richmond UK K A Luther the Turks were illiteratre and uncultivated when they arrived in Khurasan and had to depend on Iranian scribes poets jurists and theologians to man the institution of the Empire pg 9 Jackson P 2002 Review The History of the Seljuq Turks The History of the Seljuq Turks Journal of Islamic Studies 2002 13 1 75 76 doi 10 1093 jis 13 1 75 Oxford Centre for Islamic Studies Bosworth C E 2001 Notes on Some Turkish Names in Abu l Fadl Bayhaqi s Tarikh i Mas udi Oriens Vol 36 2001 2001 pp 299 313 Dani A H Masson V M Eds Asimova M S Eds Litvinsky B A Eds Boaworth C E Eds 1999 History of Civilizations of Central Asia Motilal Banarsidass Publishers Pvt Ltd Hancock I 2006 On Romani Origins and Identity The Romani Archives and Documentation Center The University of Texas at Austin Asimov M S Bosworth C E eds 1998 History of Civilizations of Central Asia Vol IV The Age of Achievement AD 750 to the End of the Fifteenth Century Part One The Historical Social and Economic Setting Multiple History Series Paris UNESCO Publishing Josef W Meri Medieval Islamic Civilization An Encyclopedia Routledge 2005 p 399 Michael Mandelbaum Central Asia and the World Council on Foreign Relations May 1994 p 79 Jonathan Dewald Europe 1450 to 1789 Encyclopedia of the Early Modern World Charles Scribner s Sons 2004 p 24 Turcoman armies coming from the East had driven the Byzantines out of much of Asia Minor and established the Persianized sultanate of the Seljuks Ram Rahul March of Central Asia Indus Publishing page 124 C E Bosworth Turkish expansion towards the west in UNESCO History of Humanity Volume IV 2000 Mehmed Fuad Koprulu Early Mystics in Turkish Literature Translated by Gary Leiser and Robert Dankoff Routledge 2006 pg 149 O Ozgundenli Persian Manuscripts in Ottoman and Modern Turkish Libraries Encyclopaedia Iranica Online Edition LINK 2012 01 22 at the Wayback Machine Encyclopaedia Britannica Seljuq Online Edition LINK 2007 12 19 at the Wayback Machine Eldeniz Memmedov s 32 Kafesoglu s 3 Kafesoglu s 4 Eldeniz Memmedov s 32 33 Mercil s 4 Encyclopaedia Britannica Nizam al Mulk Online Edition LINK 2008 01 04 at the Wayback Machine Biran Michel The Empire of the Qara Khitai in Eurasian history Cambridge University Press 2005 44 EdebiyyatSelcuqlu dovletleri ve atabeyleri tarixi Oguzlarin ortaya cixmasindan XIV esrler Muellif Ekber N Necef Elmi redaktor Tarix elmleri doktoru prof Ismayil Mehemmed oglu Memmedov Baki Qanun 2010 781 seh Hemcinin baxBoyuk Selcuqlu sultanlariXarici kecidler