Ələvilər məscidi — İranın Həmədan ostanının mərkəzi Həmədan şəhərində yerləşən və ən gözəl nümunələrindən sayılan məscid. Məscid dəfələrlə bərpa olunmuş və hər bərpa zamanı abidəyə dövrün memarlıq ənənələrinə uyğun dəyişikliklər edilmişdir.
Ələvilər məscidi | |
---|---|
Ölkə | İran |
Şəhər | Həmədan |
Yerləşir | Həmədan şəhristanı |
Aidiyyatı | Səlcuq İmperiyası |
Tikilmə tarixi | XII əsr |
Üslubu | |
Hündürlüyü | 11,5 m |
Uzunluğu |
|
Eni | 12,25 m |
Material | kərpic[…] |
Vikianbarda əlaqəli mediafayllar |
Ələvilər məscidi və ya Ələvilər günbədini Qəzvinin Səlcuqlu dövrünə aid məscidləri ilə yaşıd hesab edirlər. İlkin çağında bir səlcuq məscidi olan bu abidə sonralar ələvilərin xanəgahı, namaz və ibadət yeri edildiyindən abidə daha çox Ələvilər məscidi adı ilə tanınmışdır. XIX əsrin əvvəllərində aparılan yenidənqurma işləri zamanı məsciddə zəngin gəc bəzək işləri aparılmış, içərisində yeraltı sərdabə quraşdırılmışdır. Ona görə də bu abidəni bəzi mənbələr türbə kimi də təqdim edir.
Başqa səlcuqlular dövrü məscidləri kimi Ələvilər məscidinin də plan biçiminin kvadrat olmasına baxmayaraq yan üzlərdə açırımın olması ilə onlardan seçilir. Abidəyə yalnız şimal tərəfdən bir qapı gözü açılmışdır. Belə məkan qapalılığına ola bilsin ki, XIX əsrin dəyişmələri müəyyən təsir göstərmişdir.
Ələvilər məscidini onunla çağdaş olan məscidlərdən fərqləndirən başqa bir cəhət onun bayır künclərində ulduzvarı planlı qülləciklərin olmasıdır. Təəssüf ki, günbəz kimi bu qüllələrin üstü də uçulmuş və mütəxəssislər onların necə tamamlandığını aydınlaşdırmaqda çətinlik çəkmişlər. Bu ayrıntıları artırmaqla memar abidənin məkan quruluşuna böyük plastiklik gətirmiş və xeyli sonra yaranmış dördqülləli, dördminarəli memarlıq kompozisiyalarının da bir növ əsasını qoymuşdur. Məscidin mehrab tağçası içəridə çox dərin götürülmüş, bayıra düzbucaqlı tutum şəklində çıxarılmışdır.
Məscidin iri baştağ şəklində işlənmiş baş fasadının incə nisbətli biçimləri başdan başa bol və bitkin quruluşlu naxışlarla örtülmüşdür. Bütün bina kimi, bu naxışların çoxu da ağımtıl və işıqlı məşhur Həmədan kərpicindən yaradılmışdır.
Ələvilər məscidinin iç səthləri (salonun ölçüləri 8,0 X 8,0) daha zəngin süslənmişdir. Əsasən Elxanilər çağının əsərləri olan bu bəzəklər içərisində iri mehrabın bəzək kompozisiyası mürəkkəbliyi, yüksək bədiiliyi ilə seçilir.
İstinadlar
- Wiki Loves Monuments monuments database. 2017.
- https://iranarchpedia.ir/entry/15343.
- https://www.iranicaonline.org/articles/hamadan-vii.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Eleviler mescidi Iranin Hemedan ostaninin merkezi Hemedan seherinde yerlesen ve en gozel numunelerinden sayilan mescid Mescid defelerle berpa olunmus ve her berpa zamani abideye dovrun memarliq enenelerine uygun deyisiklikler edilmisdir Eleviler mescidi34 48 13 sm e 48 30 37 s u Olke IranSeher HemedanYerlesir Hemedan sehristaniAidiyyati Selcuq ImperiyasiTikilme tarixi XII esrUslubuHundurluyu 11 5 mUzunlugu 12 8 mEni 12 25 mMaterial kerpic Vikianbarda elaqeli mediafayllar Eleviler mescidi ve ya Eleviler gunbedini Qezvinin Selcuqlu dovrune aid mescidleri ile yasid hesab edirler Ilkin caginda bir selcuq mescidi olan bu abide sonralar elevilerin xanegahi namaz ve ibadet yeri edildiyinden abide daha cox Eleviler mescidi adi ile taninmisdir XIX esrin evvellerinde aparilan yenidenqurma isleri zamani mescidde zengin gec bezek isleri aparilmis icerisinde yeralti serdabe qurasdirilmisdir Ona gore de bu abideni bezi menbeler turbe kimi de teqdim edir Basqa selcuqlular dovru mescidleri kimi Eleviler mescidinin de plan biciminin kvadrat olmasina baxmayaraq yan uzlerde acirimin olmasi ile onlardan secilir Abideye yalniz simal terefden bir qapi gozu acilmisdir Bele mekan qapaliligina ola bilsin ki XIX esrin deyismeleri mueyyen tesir gostermisdir Eleviler mescidini onunla cagdas olan mescidlerden ferqlendiren basqa bir cehet onun bayir kunclerinde ulduzvari planli qulleciklerin olmasidir Teessuf ki gunbez kimi bu qullelerin ustu de uculmus ve mutexessisler onlarin nece tamamlandigini aydinlasdirmaqda cetinlik cekmisler Bu ayrintilari artirmaqla memar abidenin mekan qurulusuna boyuk plastiklik getirmis ve xeyli sonra yaranmis dordqulleli dordminareli memarliq kompozisiyalarinin da bir nov esasini qoymusdur Mescidin mehrab tagcasi iceride cox derin goturulmus bayira duzbucaqli tutum seklinde cixarilmisdir Mescidin iri bastag seklinde islenmis bas fasadinin ince nisbetli bicimleri basdan basa bol ve bitkin quruluslu naxislarla ortulmusdur Butun bina kimi bu naxislarin coxu da agimtil ve isiqli meshur Hemedan kerpicinden yaradilmisdir Eleviler mescidinin ic sethleri salonun olculeri 8 0 X 8 0 daha zengin suslenmisdir Esasen Elxaniler caginin eserleri olan bu bezekler icerisinde iri mehrabin bezek kompozisiyasi murekkebliyi yuksek bediiliyi ile secilir IstinadlarWiki Loves Monuments monuments database 2017 https iranarchpedia ir entry 15343 https www iranicaonline org articles hamadan vii