Mehdixan Yusif ağa oğlu Vəkilov (15 iyun 1902, Yuxarı Salahlı, Qazax qəzası – 18 oktyabr 1975, Bakı) — ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, Azərbaycan Pedaqoji İnstitutunun rektoru (1956–1962), 1958–1962-ci illərdə 5-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı və Ali Sovet Sədrinin müavini, tarix elmləri doktoru (1969) və professor (1969). Əməkdar elm xadimi (1973), Qabaqcıl maarif xadimi (1959 və 1973) fəxri adlarına layiq görülmüş, 1-ci dərəcəli Vətən Müharibəsi ordeni (1943), iki (1944 və 1961) və SSRİ-nin müxtəlif medalları ilə təltif edilmişdir. Azərbaycan SSR XKS nəzdində incəsənət işləri idarəsinin müdiri, AMEA Tarix İnstitutunda şöbə müdiri, Quba qəza maarif şöbəsinin müdiri olmuşdur. Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Aybəniz Vəkilovanın əmisidir. Səməd Vurğunun "" Cəlal obrazının prototipi.
Mehdixan Vəkilov | |
---|---|
| |
25 mart 1959 – 29 mart 1963 | |
Sədr | (1959) Əli Tağızadə (1959–1962) |
25 mart 1959 – 29 mart 1963 | |
Seçki dairəsi | 188 nömrəli Şıxlı |
19 dekabr 1956 – 17 sentyabr 1962 | |
Əvvəlki | Cəbrayıl Ələsgərov |
Sonrakı | Mehdi Əliyev |
oktyabr 1942 – 1945 | |
? – 1942 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 iyun 1902 |
Doğum yeri | |
Vəfat tarixi | 18 oktyabr 1975 (73 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | II Fəxri xiyaban |
Təhsili | |
Fəaliyyəti | alim |
Uşağı | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | tarix |
Elmi dərəcəsi | |
Elmi adı | |
| |
Təltifləri | |
Mehdixan Vəkilov Azərbaycanın xalq şairi Səməd Vurğunun böyük və yeganə qardaşıdır. Diplomat Cavanşir Vəkilovun atasıdır.
Həyatı
Mehdixan Vəkilov 1902-ci il iyun ayının 15-də Qazax qəzasının Yuxarı Salahlı kəndində doğulmuşdur. Dörd sinifli kənd məktəbini bitirdikdən sonra Cənubi Qafqaz müftisi Hüseyn əfəndi Qayıbzadənin Tiflisdə təsis etdiyi pansion tipli məktəbə gondərilmişdir. O, 1918-ci ildə Zaqafqaziya (Qori) Müəllimlər seminariyası əsasında təşkil edilmiş Qazax Müəllimlər Seminariyasına daxil olmuş, 1924-cü ildə həmin tədris ocağını bitirmişdir.
Gənc nəslin tərbiyə edilməsi, xalqın maariflənməsi sahəsində böyük səylər göstərən Mehdixan Vəkilov Gəncə qəzası məktəblərində müfəttiş, Quba qəza maarif şöbəsinin müdiri və Şuşa şəhərində təşkil olunmuş müəllimlər kursunun müdiri vəzifəsində çalışmışdır.
1926–1931-ci illərdə Lenin adına Universitetdə (sonralar Azərbaycan Pedaqoji İnstitutunda) təhsilini davam etdirdiyi dövrdə də vurğunu olduğu sevimli peşədən ayrılmamış, Balaxanı, Suraxanı fabrik-zavod məktəblərində ictimaiyyət fənnindən dərs demişdir. Həmin məktəblərdə onun tələbələri arasında sonralar məşhurlaşmış görkəmli yazıçı Mirzə İbrahimov və tanınmış şərqşünas alim Məmmədağa Sultanov da var idi.
O, 1931–1934-cü illərdə Qəbələdə müəllim olmuş, Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda, Bakı kolxoz məktəbində ictimai elmlərdən dərs demiş, 1934–1938-ci illərdə Xalq Maarif Komissarlığında müfəttiş, 1938–1941-ci illərdə Respublika Xalq Komissarları Soveti nəzdində İncəsənət işləri idarəsində teatr şöbəsinin müdiri və Elmlər Akademiyası Azərbaycan filialının tarix institutunda şöbə müdiri vəzifələrində çalışmışdır.
İkinci dünya müharibəsi illərində İranda və Vətəndə fəaliyyəti
Mehdixan Vəkilov İkinci dünya müharibəsi başlayandan sonra 1941-ci ilin sentyabr ayında Təbriz şəhərinə ezam olunmuş və 1942-ci ilin may ayına kimi orada Vətən Yolunda (qəzet) Qızıl Ordu qəzetində (redaktoru Mirzə İbrahimov) və Təbriz ziyalılarının nəşr etdikləri "Azərbaycan" (redaktoru İsmayıl Şəms) qəzetində əməkdaşlıq edərək, İran Azərbaycanında antiimperialist və antifaşist təbliğatının genişlənməsində səmərəli fəaliyyət göstərmişdir.
1942-ci ilin sentyabr ayından Qazax Rayonu Zəhmətkeş Deputatları İcraiyyə Komitəsinin sədri işləmiş, həmin ilin noyabr ayından 1945-ci ilin may ayına qədər Ağstafa rayonuna rəhbərlik edərək, cəbhəyə ümumxalq yardımının güclənməsində fəal iştirak etmişdir.
Ağstafada çalışdığı zaman, müharibənin qızğın çağlarında onun təşəbbüsü və rəhbərliyi ilə salınmış hazırda qardaşı Səməd Vurğunun adını daşıyan park xalq arasında "Mehdixan bağı" adlandırılmışdır. Həmin park indi də aqstafalıların ən istəkli istirahət guşəsidir.
Mehdixan Vəkilovun müharibə illərində yazdığı Azərbaycan xalqının şanlı mübarizə ənənələrini tərənnüm edən "Cavanşir" romanı, "Anadillər" povesti, "Minin və Pojarski", "Azərbaycanda mədəniyyətin çiçəklənməsi" kitabçaları xalqda vətənə alovlu məhəbbət, düşmənə nifrət hisslərinin güclənməsində böyük rol oynamışdır.
Pedaqoji və ictimai-siyasi fəaliyyəti
- O, 1946–1956-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində və Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında ictimai fənləri tədris etmişdir.
- Mehdixan Vəkilov 1956–1962-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun rektoru olmuş, uzun müddət tarix kafedrası nın müdiri vəzifəsində çalışmışdır.
Prof. Mehdixan Vəkilov tədris işini böyük məharətlə elmi fəaliyyətlə əlaqələndirməyi bacaran görkəmli alimlərdən idi. 1954-cü ildə namizədlik, 1969-cu ildə isə doktorluq dissertasiyası müdafiə edən Mehdixan Vəkilov ictimai inkişafın ən mürəkkəb problemlərindən biri olan iyirminci əsrdə Azərbaycanda mədəni inqilab məsələlərinin tarixini dərindən və hərtərəfli tədqiq edən ilk azərbaycanlı alimlərdən biri olmuşdur. Onun həm ictimai və pedaqoji fəaliyyəti və eləcə də elmi əsərləri sübut edir ki, Mehdixan müəllim nəinki, respublikamızda xalq maarifinin ilk pionerlərindən və təşkilatçılarından, həmçinin də onun tədqiqatçılarından biridir.
Mehdixan Vəkilov qardaşı haqqında "Ömür dedikləri bir karvan yolu" adlı gözəl bir xatirə kitabı yazmışdır. Mehdixan Vəkilov Səməd Vurğunun "Komsomol poeması"nda yaratdığı Cəlal obrazının prototipi sayılır. O, 40-dan çox elmi əsərin, kütləvi informasiya vasitələrində dərc olunmuş çoxsaylı dəyərli elmi-populyar məqalələrin müəllifi olmuşdur. Azərbaycan, türk, rus, fars dillərini bilirdi.
Mehdixan Vəkilovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, birinci dərəcəli Vətən müharibəsi ordeni, iki Şərəf nişanı ordeni və bir çox SSRI medallarla təltif olunmuş, iki dəfə Respublika Ali Sovetinin Fəxri Fərmanına layiq görülmüşdür. Mehdixan Vəkilovun 1958–1962-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı və Ali Sovet Sədrinin müavini vəzifəsinə seçilmişdir. Əməkdar elm xadimi (1973), Qabaqcil maarif xadimi (1973) kimi yüksək fəxri adlara layiq görülməsi onun əməyinə verilən yüksək qiymətin təzahür idi.
Azərbaycanın məşhur və tanınmış ziyalıları – Osman Sarıvəlli, Süleyman Rəhimov, Əli Vəliyev, Abdulla Şaiq, Əziz Əliyev, Mirzə İbrahimov, Əbdülkərim Əlizadə, Məmməd Arif, Həmid Araslı, Mir Cəlal, Əziz Şərif, Cəfər Xəndan, Əkrəm Cəfər, Sabit Rəhman, Nazim Hacıyev, Şıxəli Qurbanov, Zeynal Xəlil, Mirvarid Dilbazi, Mehdi Hüseyn, İsmayıl Şıxlı, Hüseyn Hüseynzadə (Arif) , İmam Mustafayev, Heydər Hüseynov, İsmayıl Hüseynov, Əlisöhbət Sumbatzadə, Ziya Bünyadov, Əşrəf Hüseynov, Murtuza Nağıyev, Firudin Köçərli, Tofiq Köçərli, Əbdüləzəl Dəmirçizadə, Zülfəli İbrahimov, Mehdi İrəvanski, Yusif Yusifov, Xəlil Əlimirzəyev, Rəhim Sultanov, Mirəli Seyidov, Səlvər Aslanov, Səidə İmanzadə, Məmməd Qazıyev, Vaqif Vəliyev, Teymur Bünyadov, Şirməmməd Hüseynov, Seyfəddin Qəndilov, Fərhad Zeynalov, Aslan Atakişiyev, Mehralı Paşayev (Paşabəyov), Ömər İsmizadə, Faiq Hacıbəyov, Sabit Orucov, Bülbül, Xan Şuşinski, türk şairi Nazim Hikmət, yeni özbək ədəbiyyatının əsasını qoyanlardan biri, həmkəndlisi Maqsud Şeyxzadə ilə səmimi münasibətləri, 1925–1975-ci illərdə yetişən bir çox Azərbaycan ziyalısının müəllimi olmuşdur.
Mehdixan Vəkilovun yarım əsrdən artıq elmi-pedaqoji və ictimai fəaliyyəti xalqa sədaqətlə xidmət etmək nümunəsi olmuşdur. Gəncliyindən bəri xalq arasındakı böyük hörmət və nüfuzu sayəsində 1960-cı illərdən etibarən bir el ağsaqqalı olmuşdu. Mehdixan Vəkilov 1975-ci il oktyabr ayının 18-də Bakı şəhərində vəfat etmişdir. Məzarı II Fəxri Xiyabandadır.
Ailəsi
Mehdixan Vəkilov 1931-ci ildə Qəbələdə müəllimlik edərkən, sonralar məşhur heykəltaraş olmuş Fuad Əbdürrəhmanovun xalası qızı Ruqiyyə İbrahim qızı Paşabəyova (1916–2006) ilə ailə qurmuşdur. Qızı Çiçək (1939–2007) bioloq idi, Sevinc Ələkbərova (1961) adlı nəvəsi, Leyla (1988) adlı nəticəsi vardır. Oğlu Cavanşir (1951–2013) Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində şöbə müdiri, müşavir vəzifələrində çalışmışdır. 2004-cü il oktyabr ayının 20-də Azərbaycan Respublikasının Təbrizdə Baş Konsulluğunun açılışını təşkil etmişdir. Mehdixan Vəkilovun Ruqiyyə (1982), Mərziyyə (1984) adlı nəvələri, Novruz (2009), Tamerlan (2011) və Mehin (2012) adlı nəticələri var.
- Xalq şairi Səməd Vurğunun böyük və yeganə qardaşıdır.
- Diplomat Cavanşir Vəkilovun atasıdır.
- Xalq yazıçısı Yusif Səmədoğlunun əmisidir.
- Xalq şairi Vaqif Səmədoğlunun əmisidir.
- General İbrahim ağa Vəkilovun, ADR Parlamentinin üzvləri Məmmədrza ağa Vəkilovun, Mustafa ağa Vəkilovun, Rəhim bəy Vəkilovun, Parlament dəftərxanasının rəisi Məmməd ağa Vəkilovun, ADR-in Gürcüstanda diplomatik nümayəndəsi Faris bəy Vəkilovun, Azərbaycanın ilk hüquq professoru, Sarbonna Universitetinin məzunu Mustafa bəy Vəkilovun, Azərbaycanın maarif xadimi Mədinə Qiyasbəylinin (Vəkilovanın), görkəmli səhiyyə təşkilatçısı Fəxri Vəkilovun, şair Mənsur Vəkilovun, görkəmli sovet türkoloqu, Leninqrad Universiteti, Şərqşünaslıq fakültəsinin müəllimi Əfrasiyab Vəkilovun, Əlimərdan bəy Topçubaşovun anası Sevər xanım Vəkilovanın, Firidun bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Vəkilovanın, Rəşid Behbudovun anası Firuzə xanım Vəkilovanın, hazırkı general-leytenant Kərim Vəliyevin anası Leyla Kərim qızı Vəkilovanın, SSRİ Xalq Artisti Leyla Vəkilovanın, prof. Fatma Vəkilovanın, prof. Leyli Qalib qızı Vəkilovanın yaxın qohumudur.
Yusif ağa Vəkilov | Məhbub xanım Vəkilova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ruqiyyə Paşabəyova | Mehdixan Vəkilov | Səməd Vəkilov | Xavər Vəkilova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çiçək Vəkilova | Cavanşir Vəkilov | Yusif Vəkilov | Vaqif Vəkilov | Aybəniz Vəkilova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəkillər
- Qazax Müəllimlər seminariyasının buraxılış siniflərindən biri- aşağı sırada sağdan: 1-ci Səməd Vurğun, 4-cü Mehdixan Vəkilov – 1924
- Qardaşı Səməd Vurğun ilə-1927
- Qardaşı Səməd Vurğun ilə-1932
- Səməd Vurğunun əvəzinə şairin 50 illik yubileyində çıxış edərkən-12.5.1956
- Səməd Vurğunun dəfni zamanı, Bakı, 30 may 1956.
- Səməd Vurğunun dəfni zamanı. Bakı, 30 may 1956.
- Səməd Vurğunun dəfni zamanı, Bakı, 30 may 1956
- Səməd Vurğunun vəfatının ildönümü mərasimi zamanı Azərbaycan yazıçı və şairləri ilə, Bakı, may 1957.
- Vurğunsuz ilk günlərdə Yusif Səmədoğlu (sağda) və Vaqif Səmədoğlu ilə-7.6.1956
- Səməd Vurğunun qızı Aybəniz Vəkilova ilə-may 1950
- Nazim Hikmətlə görüş. Rektor Mehdixan Vəkilovun kabineti -1958
- Şair və ədiblər arasında-16.3.1960
- Yazıçı Mir Cəlal ilə- Volqa boyu, 1964
- Professor Mehdixan Vəkilov tələbə auditoriyasında – 1950-ci illərin sonlarında
- Rektor Mehdixan Vəkilov kabinetində-1958
- Mehdixan Vəkilov-1962
- Oğlu Cavanşir Vəkilov ilə-7.2.1967
- Ailəsi ilə Kislovodsk, 24. iyul 1970
- Ömür-gün yoldaşı Ruqiyyə xanım ilə
- 70 illik yubileyi qeyd olunarkən
- İkinci Fəxri Xiyabanda Mehdixan Vəkilovun qəbirüstü abidəsi önündə oğlu Cavanşir qızları Ruqiyyə (sağda) və Mərziyə ilə – (Abidənin müəllifi Münəvvər Rzayeva)-1986
Əsərləri
- Minin və Pojarski. Bakı: Azərnəşr, 1941, 2 ç.v.
- Cavanşir. Bakı: EA Azf nəşriyyatı, 1941, 2 ç.v.
- Cavanşir. Bakı: Uşaq və Gənclər ədəbiyyatı nəşriyyatı, 1943, 4 ç.v.
- Azərbaycanda mədəniyyətin çiçəklənməsi. Bilik cəmiyyəti, 1955, 2 ç.v.
- Ömür dedikləri bir karvan yolu. Bakı: "Yazıçı", 1986, 10 ç.v.
- Anadillər. "Ulduz" jurnalı, N 4, 1991, 1,5 ç.v.
- Cavanşir (roman). Bakı: "Gənclik", 1992, 12 ç.v.
- Cavanşir (roman). Təbriz: "Əxtər", 1383 (2004), 246 səh. (Azərbaycan dilində ərəb əlifbası ilə).
- Anadillər" povesti (Azərbaycan dilində, ərəb əlifbası ilə)- türk və fars dillərində dərc olunan "Azəri" (El dili və ədəbiyyatı) jurnalı (), Tehran, N 3, bahar 2004, səh. 100–110.
- Azərbaycanda mədəni inqilab: 1920–1940-cı illər. Bakı: Əbilov və Zeynalov oğulları nəşriyyatı, 2005, 312 səh.
Bundan əlavə Mehdixan Vəkilov 40-dan çox elmi əsərin, kütləvi informasiya vasitələrində dərc olunmuş çoxsaylı dəyərli elmi-populyar məqalələrin müəllifi olmuşdur.
Mənbə
- Азәрбајҹан ССР Али Совети депутатларынын тәрҹүмеји-һаллары. Бешинҹи чағырыш: 15 март 1959-ҹу ил. Бакы. 1960. С. 335.
- Mehdixan Vəkilovun nekroloqu. "Kommunist", 21. oktyabr 1975.
- Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. II ҹилд: Балзам—Гајдар. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1978. С. 460.
- İsmayıl Umudlu. Vəkiloğulları. Bakı: "QAPP-poliqraf" nəşriyyatı, 2003, səh. 55–61.
- İsmayıl Umudlu. Salahlı eli. Tarix-etnoqrafiya-insanlar-yurd bilgisi. Bakı, Apostroff nəşriyyatı, 2011, səh 722–724.
- A. M. Atakişiev. История Азербайджанского Государственного Униветситета. Баку: 1989., səh. 305, 381, 389, 465.
- Ş. Sadıqov, H. Əzimov, M. Salahov. V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu 50 ildə. Bakı: 1972.
- Əlibala Hacızadə. Yaradan yaşayır, "İki sahil", 11. dekabr 1991.
- Vaqif Vəliyev. Görkəmli maarif və elm xadimi, "Azərbaycan müəllimi", 23. sentyabr 1992.
- Ruqiyyə Vəkilova. Səməd Vurğun haqqında xatirələrim. "Azərbaycan", 27. may 2001; "Körpü" jurn. (Azərbaycan dilində, latın qrafikası ilə), Təbriz, N 46, yanvar-fevral-mart, 2005, səh., 13.
- İsmayıl Umudlu. "Ömür dedikləri bir karvan yolu…" Mehdihan-Vekilov-100, "Ayna", 9. may 2002.
- Bəhlul Ağayev, Xəlil Köçərli. Görkəmli pedaqoq və tədqiqatçı alim. Mehdihan Vekilov-100, "Respublika", 26. may 2002.
- İsmayıl Umudlu. Yaradıcılıq ömrünün izləri. Mehdixan Vəkilovun ədəbi və elmi irsindən ştrixlər. "Respublika", 17. iyul 2009.
- İ. Balıoğlu. Ömür dedikləri bir karvan yolu… Mehdihan-Vekilov-110, "Ayna", 15. iyun 2012.
- İsmayıl Umudlu. Ömür dedikləri bir karvan yolu… "Respublika", 21. iyun 2012.
- İsmayıl Umudlu. Mehdihan-Vekilov-110, "Dəli Kür", 30. iyun 2012 və s.
İstinadlar
- "Sinifdənxaric tədbirlər zamanı tarixi şəxsiyyətlərə dair materialların öyrənilməsi". Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. — səh. 125.
Xarici keçidlər
- Mehdixan Vəkilovun şəxsi arxivi mühafizəyə təhvil verildi 2011-01-05 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mehdixan Yusif aga oglu Vekilov 15 iyun 1902 Yuxari Salahli Qazax qezasi 18 oktyabr 1975 Baki ictimai siyasi xadim tarixci alim yazici pedaqoq Azerbaycan Pedaqoji Institutunun rektoru 1956 1962 1958 1962 ci illerde 5 ci cagiris Azerbaycan SSR Ali Sovetinin deputati ve Ali Sovet Sedrinin muavini tarix elmleri doktoru 1969 ve professor 1969 Emekdar elm xadimi 1973 Qabaqcil maarif xadimi 1959 ve 1973 fexri adlarina layiq gorulmus 1 ci dereceli Veten Muharibesi ordeni 1943 iki Seref nisani ordeni 1944 ve 1961 ve SSRI nin muxtelif medallari ile teltif edilmisdir Azerbaycan SSR XKS nezdinde incesenet isleri idaresinin mudiri AMEA Tarix Institutunda sobe mudiri Quba qeza maarif sobesinin mudiri olmusdur Yusif Semedoglu Vaqif Semedoglu Aybeniz Vekilovanin emisidir Semed Vurgunun Celal obrazinin prototipi Mehdixan VekilovMehdixan Vekilov 1962Azerbaycan SSR Ali Soveti sedrinin muavini25 mart 1959 29 mart 1963Sedr 1959 Eli Tagizade 1959 1962 Azerbaycan SSR Ali Sovetinin deputati25 mart 1959 29 mart 1963Secki dairesi188 nomreli SixliV I Lenin adina Azerbaycan Dovlet Pedaqoji Institutunun direktoru19 dekabr 1956 17 sentyabr 1962EvvelkiCebrayil ElesgerovSonrakiMehdi EliyevAzerbaycan Kommunist Partiyasi Agstafa Rayon Komitesinin birinci katibioktyabr 1942 1945Qazax Rayon Zehmetkes Deputatlari Soveti Icraiyye Komitesinin sedri 1942Sexsi melumatlarDogum tarixi 15 iyun 1902 1902 06 15 Dogum yeri Yuxari Salahli Qazax qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi 18 oktyabr 1975 1975 10 18 73 yasinda Vefat yeri Baki Azerbaycan SSR SSRIDefn yeri II Fexri xiyabanTehsili Qazax Muellimler SeminariyasiFealiyyeti alimUsagi Cavansir VekilovElmi fealiyyetiElm sahesi tarixElmi derecesi tarix elmleri doktoruElmi adi professorTeltifleri Mehdixan Vekilov Azerbaycanin xalq sairi Semed Vurgunun boyuk ve yegane qardasidir Diplomat Cavansir Vekilovun atasidir HeyatiMehdixan Vekilov 1902 ci il iyun ayinin 15 de Qazax qezasinin Yuxari Salahli kendinde dogulmusdur Dord sinifli kend mektebini bitirdikden sonra Cenubi Qafqaz muftisi Huseyn efendi Qayibzadenin Tiflisde tesis etdiyi pansion tipli mektebe gonderilmisdir O 1918 ci ilde Zaqafqaziya Qori Muellimler seminariyasi esasinda teskil edilmis Qazax Muellimler Seminariyasina daxil olmus 1924 cu ilde hemin tedris ocagini bitirmisdir Genc neslin terbiye edilmesi xalqin maariflenmesi sahesinde boyuk seyler gosteren Mehdixan Vekilov Gence qezasi mekteblerinde mufettis Quba qeza maarif sobesinin mudiri ve Susa seherinde teskil olunmus muellimler kursunun mudiri vezifesinde calismisdir 1926 1931 ci illerde Lenin adina Universitetde sonralar Azerbaycan Pedaqoji Institutunda tehsilini davam etdirdiyi dovrde de vurgunu oldugu sevimli peseden ayrilmamis Balaxani Suraxani fabrik zavod mekteblerinde ictimaiyyet fenninden ders demisdir Hemin mekteblerde onun telebeleri arasinda sonralar meshurlasmis gorkemli yazici Mirze Ibrahimov ve taninmis serqsunas alim Memmedaga Sultanov da var idi O 1931 1934 cu illerde Qebelede muellim olmus Gencede Azerbaycan Kend Teserrufati Institutunda Baki kolxoz mektebinde ictimai elmlerden ders demis 1934 1938 ci illerde Xalq Maarif Komissarliginda mufettis 1938 1941 ci illerde Respublika Xalq Komissarlari Soveti nezdinde Incesenet isleri idaresinde teatr sobesinin mudiri ve Elmler Akademiyasi Azerbaycan filialinin tarix institutunda sobe mudiri vezifelerinde calismisdir Ikinci dunya muharibesi illerinde Iranda ve Vetende fealiyyetiMehdixan Vekilov Ikinci dunya muharibesi baslayandan sonra 1941 ci ilin sentyabr ayinda Tebriz seherine ezam olunmus ve 1942 ci ilin may ayina kimi orada Veten Yolunda qezet Qizil Ordu qezetinde redaktoru Mirze Ibrahimov ve Tebriz ziyalilarinin nesr etdikleri Azerbaycan redaktoru Ismayil Sems qezetinde emekdasliq ederek Iran Azerbaycaninda antiimperialist ve antifasist tebligatinin genislenmesinde semereli fealiyyet gostermisdir 1942 ci ilin sentyabr ayindan Qazax Rayonu Zehmetkes Deputatlari Icraiyye Komitesinin sedri islemis hemin ilin noyabr ayindan 1945 ci ilin may ayina qeder Agstafa rayonuna rehberlik ederek cebheye umumxalq yardiminin guclenmesinde feal istirak etmisdir Moskva Kreml Qranovitaya Palata Azerbaycan ziyalilari ile 1957 1 ci sira soldan 2 ci Sixeli Qurbanov 3 cu Elisohbet Sumbatzade 4 cu Nazim Haciyev Mehdixan Vekilov ortada 6 ci Sefiqe xanim Bedelova 2 ci sira sagdan 1 ci Memmed Selimov Agstafada calisdigi zaman muharibenin qizgin caglarinda onun tesebbusu ve rehberliyi ile salinmis hazirda qardasi Semed Vurgunun adini dasiyan park xalq arasinda Mehdixan bagi adlandirilmisdir Hemin park indi de aqstafalilarin en istekli istirahet gusesidir Mehdixan Vekilovun muharibe illerinde yazdigi Azerbaycan xalqinin sanli mubarize enenelerini terennum eden Cavansir romani Anadiller povesti Minin ve Pojarski Azerbaycanda medeniyyetin ciceklenmesi kitabcalari xalqda vetene alovlu mehebbet dusmene nifret hisslerinin guclenmesinde boyuk rol oynamisdir Pedaqoji ve ictimai siyasi fealiyyetiO 1946 1956 ci illerde S M Kirov adina Azerbaycan Dovlet Universitetinde ve U Hacibeyov adina Azerbaycan Dovlet Konservatoriyasinda ictimai fenleri tedris etmisdir Mehdixan Vekilov 1956 1962 ci illerde Azerbaycan Pedaqoji Institutunun rektoru olmus uzun muddet tarix kafedrasi nin mudiri vezifesinde calismisdir Prof Mehdixan Vekilov tedris isini boyuk meharetle elmi fealiyyetle elaqelendirmeyi bacaran gorkemli alimlerden idi 1954 cu ilde namizedlik 1969 cu ilde ise doktorluq dissertasiyasi mudafie eden Mehdixan Vekilov ictimai inkisafin en murekkeb problemlerinden biri olan iyirminci esrde Azerbaycanda medeni inqilab meselelerinin tarixini derinden ve herterefli tedqiq eden ilk azerbaycanli alimlerden biri olmusdur Onun hem ictimai ve pedaqoji fealiyyeti ve elece de elmi eserleri subut edir ki Mehdixan muellim neinki respublikamizda xalq maarifinin ilk pionerlerinden ve teskilatcilarindan hemcinin de onun tedqiqatcilarindan biridir Mehdixan Vekilov qardasi haqqinda Omur dedikleri bir karvan yolu adli gozel bir xatire kitabi yazmisdir Mehdixan Vekilov Semed Vurgunun Komsomol poemasi nda yaratdigi Celal obrazinin prototipi sayilir O 40 dan cox elmi eserin kutlevi informasiya vasitelerinde derc olunmus coxsayli deyerli elmi populyar meqalelerin muellifi olmusdur Azerbaycan turk rus fars dillerini bilirdi Mehdixan Vekilovun xidmetleri dovlet terefinden yuksek qiymetlendirilmisdir O birinci dereceli Veten muharibesi ordeni iki Seref nisani ordeni ve bir cox SSRI medallarla teltif olunmus iki defe Respublika Ali Sovetinin Fexri Fermanina layiq gorulmusdur Mehdixan Vekilovun 1958 1962 ci illerde Azerbaycan Ali Sovetinin deputati ve Ali Sovet Sedrinin muavini vezifesine secilmisdir Emekdar elm xadimi 1973 Qabaqcil maarif xadimi 1973 kimi yuksek fexri adlara layiq gorulmesi onun emeyine verilen yuksek qiymetin tezahur idi Yazici dostlariyla birge 1960 Soldan saga oturublar Ismayil Sixli Eli Veliyev Suleyman Rehimov Mehdixan Vekilov ve Mehdi Huseyn Azerbaycanin meshur ve taninmis ziyalilari Osman Sarivelli Suleyman Rehimov Eli Veliyev Abdulla Saiq Eziz Eliyev Mirze Ibrahimov Ebdulkerim Elizade Memmed Arif Hemid Arasli Mir Celal Eziz Serif Cefer Xendan Ekrem Cefer Sabit Rehman Nazim Haciyev Sixeli Qurbanov Zeynal Xelil Mirvarid Dilbazi Mehdi Huseyn Ismayil Sixli Huseyn Huseynzade Arif Imam Mustafayev Heyder Huseynov Ismayil Huseynov Elisohbet Sumbatzade Ziya Bunyadov Esref Huseynov Murtuza Nagiyev Firudin Kocerli Tofiq Kocerli Ebdulezel Demircizade Zulfeli Ibrahimov Mehdi Irevanski Yusif Yusifov Xelil Elimirzeyev Rehim Sultanov Mireli Seyidov Selver Aslanov Seide Imanzade Memmed Qaziyev Vaqif Veliyev Teymur Bunyadov Sirmemmed Huseynov Seyfeddin Qendilov Ferhad Zeynalov Aslan Atakisiyev Mehrali Pasayev Pasabeyov Omer Ismizade Faiq Hacibeyov Sabit Orucov Bulbul Xan Susinski turk sairi Nazim Hikmet yeni ozbek edebiyyatinin esasini qoyanlardan biri hemkendlisi Maqsud Seyxzade ile semimi munasibetleri 1925 1975 ci illerde yetisen bir cox Azerbaycan ziyalisinin muellimi olmusdur Mehdixan Vekilovun yarim esrden artiq elmi pedaqoji ve ictimai fealiyyeti xalqa sedaqetle xidmet etmek numunesi olmusdur Gencliyinden beri xalq arasindaki boyuk hormet ve nufuzu sayesinde 1960 ci illerden etibaren bir el agsaqqali olmusdu Mehdixan Vekilov 1975 ci il oktyabr ayinin 18 de Baki seherinde vefat etmisdir Mezari II Fexri Xiyabandadir AilesiMehdixan Vekilov 1931 ci ilde Qebelede muellimlik ederken sonralar meshur heykeltaras olmus Fuad Ebdurrehmanovun xalasi qizi Ruqiyye Ibrahim qizi Pasabeyova 1916 2006 ile aile qurmusdur Qizi Cicek 1939 2007 bioloq idi Sevinc Elekberova 1961 adli nevesi Leyla 1988 adli neticesi vardir Oglu Cavansir 1951 2013 Azerbaycan Respublikasi Xarici Isler Nazirliyinde sobe mudiri musavir vezifelerinde calismisdir 2004 cu il oktyabr ayinin 20 de Azerbaycan Respublikasinin Tebrizde Bas Konsullugunun acilisini teskil etmisdir Mehdixan Vekilovun Ruqiyye 1982 Merziyye 1984 adli neveleri Novruz 2009 Tamerlan 2011 ve Mehin 2012 adli neticeleri var Xalq sairi Semed Vurgunun boyuk ve yegane qardasidir Diplomat Cavansir Vekilovun atasidir Xalq yazicisi Yusif Semedoglunun emisidir Xalq sairi Vaqif Semedoglunun emisidir General Ibrahim aga Vekilovun ADR Parlamentinin uzvleri Memmedrza aga Vekilovun Mustafa aga Vekilovun Rehim bey Vekilovun Parlament defterxanasinin reisi Memmed aga Vekilovun ADR in Gurcustanda diplomatik numayendesi Faris bey Vekilovun Azerbaycanin ilk huquq professoru Sarbonna Universitetinin mezunu Mustafa bey Vekilovun Azerbaycanin maarif xadimi Medine Qiyasbeylinin Vekilovanin gorkemli sehiyye teskilatcisi Fexri Vekilovun sair Mensur Vekilovun gorkemli sovet turkoloqu Leninqrad Universiteti Serqsunasliq fakultesinin muellimi Efrasiyab Vekilovun Elimerdan bey Topcubasovun anasi Sever xanim Vekilovanin Firidun bey Kocerlinin heyat yoldasi Badiseba xanim Vekilovanin Resid Behbudovun anasi Firuze xanim Vekilovanin hazirki general leytenant Kerim Veliyevin anasi Leyla Kerim qizi Vekilovanin SSRI Xalq Artisti Leyla Vekilovanin prof Fatma Vekilovanin prof Leyli Qalib qizi Vekilovanin yaxin qohumudur Yusif aga Vekilov Mehbub xanim Vekilova Ruqiyye Pasabeyova Mehdixan Vekilov Semed Vekilov Xaver Vekilova Cicek Vekilova Cavansir Vekilov Yusif Vekilov Vaqif Vekilov Aybeniz Vekilova SekillerQazax Muellimler seminariyasinin buraxilis siniflerinden biri asagi sirada sagdan 1 ci Semed Vurgun 4 cu Mehdixan Vekilov 1924 Qardasi Semed Vurgun ile 1927 Qardasi Semed Vurgun ile 1932 Semed Vurgunun evezine sairin 50 illik yubileyinde cixis ederken 12 5 1956 Semed Vurgunun defni zamani Baki 30 may 1956 Semed Vurgunun defni zamani Baki 30 may 1956 Semed Vurgunun defni zamani Baki 30 may 1956 Semed Vurgunun vefatinin ildonumu merasimi zamani Azerbaycan yazici ve sairleri ile Baki may 1957 Vurgunsuz ilk gunlerde Yusif Semedoglu sagda ve Vaqif Semedoglu ile 7 6 1956 Semed Vurgunun qizi Aybeniz Vekilova ile may 1950 Nazim Hikmetle gorus Rektor Mehdixan Vekilovun kabineti 1958 Sair ve edibler arasinda 16 3 1960 Yazici Mir Celal ile Volqa boyu 1964 Professor Mehdixan Vekilov telebe auditoriyasinda 1950 ci illerin sonlarinda Rektor Mehdixan Vekilov kabinetinde 1958 Mehdixan Vekilov 1962 Oglu Cavansir Vekilov ile 7 2 1967 Ailesi ile Kislovodsk 24 iyul 1970 Omur gun yoldasi Ruqiyye xanim ile 70 illik yubileyi qeyd olunarken Ikinci Fexri Xiyabanda Mehdixan Vekilovun qebirustu abidesi onunde oglu Cavansir qizlari Ruqiyye sagda ve Merziye ile Abidenin muellifi Munevver Rzayeva 1986EserleriMinin ve Pojarski Baki Azernesr 1941 2 c v Cavansir Baki EA Azf nesriyyati 1941 2 c v Cavansir Baki Usaq ve Gencler edebiyyati nesriyyati 1943 4 c v Azerbaycanda medeniyyetin ciceklenmesi Bilik cemiyyeti 1955 2 c v Omur dedikleri bir karvan yolu Baki Yazici 1986 10 c v Anadiller Ulduz jurnali N 4 1991 1 5 c v Cavansir roman Baki Genclik 1992 12 c v Cavansir roman Tebriz Exter 1383 2004 246 seh Azerbaycan dilinde ereb elifbasi ile Anadiller povesti Azerbaycan dilinde ereb elifbasi ile turk ve fars dillerinde derc olunan Azeri El dili ve edebiyyati jurnali Tehran N 3 bahar 2004 seh 100 110 Azerbaycanda medeni inqilab 1920 1940 ci iller Baki Ebilov ve Zeynalov ogullari nesriyyati 2005 312 seh Bundan elave Mehdixan Vekilov 40 dan cox elmi eserin kutlevi informasiya vasitelerinde derc olunmus coxsayli deyerli elmi populyar meqalelerin muellifi olmusdur MenbeAzәrbaјҹan SSR Ali Soveti deputatlarynyn tәrҹүmeјi һallary Beshinҹi chagyrysh 15 mart 1959 ҹu il Baky 1960 S 335 Mehdixan Vekilovun nekroloqu Kommunist 21 oktyabr 1975 Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә II ҹild Balzam Gaјdar Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1978 S 460 Ismayil Umudlu Vekilogullari Baki QAPP poliqraf nesriyyati 2003 seh 55 61 Ismayil Umudlu Salahli eli Tarix etnoqrafiya insanlar yurd bilgisi Baki Apostroff nesriyyati 2011 seh 722 724 A M Atakisiev Istoriya Azerbajdzhanskogo Gosudarstvennogo Univetsiteta Baku 1989 seh 305 381 389 465 S Sadiqov H Ezimov M Salahov V I Lenin adina Azerbaycan Dovlet Pedaqoji Institutu 50 ilde Baki 1972 Elibala Hacizade Yaradan yasayir Iki sahil 11 dekabr 1991 Vaqif Veliyev Gorkemli maarif ve elm xadimi Azerbaycan muellimi 23 sentyabr 1992 Ruqiyye Vekilova Semed Vurgun haqqinda xatirelerim Azerbaycan 27 may 2001 Korpu jurn Azerbaycan dilinde latin qrafikasi ile Tebriz N 46 yanvar fevral mart 2005 seh 13 Ismayil Umudlu Omur dedikleri bir karvan yolu Mehdihan Vekilov 100 Ayna 9 may 2002 Behlul Agayev Xelil Kocerli Gorkemli pedaqoq ve tedqiqatci alim Mehdihan Vekilov 100 Respublika 26 may 2002 Ismayil Umudlu Yaradiciliq omrunun izleri Mehdixan Vekilovun edebi ve elmi irsinden strixler Respublika 17 iyul 2009 I Balioglu Omur dedikleri bir karvan yolu Mehdihan Vekilov 110 Ayna 15 iyun 2012 Ismayil Umudlu Omur dedikleri bir karvan yolu Respublika 21 iyun 2012 Ismayil Umudlu Mehdihan Vekilov 110 Deli Kur 30 iyun 2012 ve s Istinadlar Sinifdenxaric tedbirler zamani tarixi sexsiyyetlere dair materiallarin oyrenilmesi Afaq Qasimova Yeniyetmelerin tarixi sexsiyyetlerin numunesinde terbiye edilmesi Baki Nurlan 2006 seh 125 Xarici kecidlerMehdixan Vekilovun sexsi arxivi muhafizeye tehvil verildi 2011 01 05 at the Wayback Machine