Fuad Həsən oğlu Əbdürrəhmanov (28 aprel (11 may) 1915, Nuxa – 15 iyun 1971, Bakı) — heykəltaraş, Azərbaycan SSR xalq rəssamı (1955), SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1949), Stalin mükafatı laureatı (1947, 1951).
Fuad Əbdürrəhmanov | |
---|---|
Fuad Həsən oğlu Əbdürrəhmanov | |
Doğum tarixi | |
Doğum yeri | Nuxa, Yelizavetpol quberniyası, Rusiya imperiyası (hazırkı Şəki, Azərbaycan) |
Vəfat tarixi | (56 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | |
Fəaliyyəti | heykəltaraş |
Təhsili |
|
Janr | portret |
Tanınmış işləri | |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Fuad Əbdürrəhmanov 1915-ci il may ayının 11-də Nuxada (indiki Şəki şəhəri) anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1929–1932) və İ. Y. Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda (1935–1939) təhsil almışdır.1942–1948 illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs demişdir.
Yaradıcılığı
Fuad Əbdürrəhmanov yaradıcılığa portret janrı ilə başlamış, 30-cu illərdə Azərbaycan mədəniyyət xadimlərinin büst-portretlərini (Əbdürrəhimbəy Haqverdiyev, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov, Asəf Zeynallı və b.), həmçinin "Atıcı" (1934), "Gənc aşıq" (1939) və ilk monumental əsəri olan Füzulinin heykəlini (1939, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin lociyasında) yaratmışdır. Sovet İttifaqı Qəhrəmanları G. Əsədovun, İ. Məmmədovun, Q. Məmmədovun, Böyük Vətən müharibəsi qəhrəmanı H. Əliyevin portretləri, Cavanşir, Babək və Koroğlunun barelyeflərində obrazlar dərin psixologizmi və ifadəliliyi ilə seçilir.
O, həm də mahir portret ustası kimi tanınmışdır. Səttar Bəhlulzadə (1947), R. Mustafayev (1947), Həzi Aslanov (qəbirüstü abidə, 1949), B. Bağırova (1951), Səməd Vurğun (1957), kubalı Xesus (1962) və başqalarının portretləri obrazların fərdi xüsusiyyəti, xarakterlərin dolğun həlli ilə səciyyələnir.
Fuad Əbdürrəhmanovun yaradıcılığında monumental heykəltaraşlıq mühüm yer tutmuşdur. Nizaminin Gəncədə və Bakıdakı abidələri (hər ikisi tunc, qranit, 1946, 1949; memarlar S. Dadaşov və M. Hüseynov), Bakıda S. Vurğunun abidəsi (tunc, qranit, 1961, memar M. Hüseynov) və s. əsərləri Azərbaycan monumental heykəltaraşlığının ən yaxşı nümunələrindəndir. 1950–1960-cı illərdə yaratdığı "Çoban" (gips, 1950, Azərbaycan İncəsənət Muzeyi; tunc , 1951, Tretyakov qalereyası, Moskva), "Azərbaycanlı qadın" (gips, 1951), "Azadlıq" (tunc, 1957; hər ikisi Azərbaycan İncəsənət Muzeyi), "Azad qadın" (tunc, qranit, 1960, memar Mikayıl Hüseynov) və s. əsərlərində milli xüsüsiyyətlər zəngindir.
Geniş yaradıcılıq diapazonuna malik olan Fuad Əbdürrəhmanov elm və mədəniyyət xadimlərinin, həmçinin müharibə və əmək qəhrəmanlarının surətlərini canlandıran heykəl qalereyası yaratmışdır.
Monqolustanın görkəmli dövlət xadimləri Suxe-Bator və marşal X. Çoybalsanın büst-abidələri (hər ikisi mərmər, 1954, MXR, Ulan-Bator), Rudəki (tunc, 1963), S. Ayninin (tunc, 1964) portretləri, Düşənbədə Rüdəkinin (tunc, qranit, 1964, memar M. Hüseynov; SSRİ Rəssamlıq Akademiyasının qızıl medalı), Buxarada İbn Sinanın (tunc, qranit, açılışı 1975 ildə olmuşdur; memar H. Muxtarov) abidələri və s. monumental əsərləri Fuad Əbdürrəhmanova şöhrət qazandırmışdır. Ömrünün son illərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin monumental abidəsini (tunc, qranit, 1973 ildə Bakıda açılışı olmuşdur; memar M. Hüseynov) yaratmışdır.
Mükafatları
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" Fəxri fərman— 17 iyun 1945
- Stalin mükafatı (II dərəcə) — 1947 (Nizami Gəncəvinin 1946-cı ildə Kirovabadda ucaldılmış heykəlinə görə)
- Stalin mükafatı (III dərəcə) — 1950 (gips "Çoban" heykəlinə görə)
- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 30 aprel 1955
- — 9 iyun 1959; 1960
- SSRİ Rəssamlıq Akademiyasının qızıl medalı — 1966
- Medallar
Əsərləri
- Babək
- İskəndərin Nüşabə ilə görüşü
(İskəndərnamə) - Nuşirəvan və bayquşların söhbəti
(Sirlər Xəzinəsi) - Leyli və Məcnun mədrəsədə
(Leyli və Məcnun) -
-
- Fərhadın Bisitun dağını yarması
(Xosrov və Şirin) - Bəhram Gurun əjdahanı öldürməsi
(Yeddi Gözəl) - Nizami Gəncəvinin heykəli, Gəncə, 1946
- Azad qadın heykəli, Bakı, 1960
- , Düşənbə, 1964
Mənbələr
- Məmmədov Ə., Xalıqov F. Əbdürrəhmanov Fuad Həsən oğlu // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — Səhifələrin sayı: 502. — Səh.: 111–112. — (Ş 3804200000/658(07)-068). — 1.000 nüsx.
- . 2012-06-15 tarixində orijinalından arxivləşdirilib.
- "Абдурахманов Фуад Гасан Оглы".
- . azerbaijanworld.com. 2012-04-26 tarixində orijinalından arxivləşdirilib.
- Наджафов М. Ф. Абдурахманов. — М., 1955.
- Новрузова Дж. Фуад Абдурахманов. — Баку, 2004.
- Большая советская энциклопедия. — М., 1977.
- Большой энциклопедический словарь (БЭС). — М., 1979.
- Большая художественная энциклопедия. — М., 2009.
- Культура Советского Азербайджана. — Баку: Азербайджанское гос. изд-во, 1980. — С. 89. — 180 с.
- RKDartists (nid.).
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Fuad Hesen oglu Ebdurrehmanov 28 aprel 11 may 1915 Nuxa 15 iyun 1971 Baki heykeltaras Azerbaycan SSR xalq ressami 1955 SSRI Ressamliq Akademiyasinin muxbir uzvu 1949 Stalin mukafati laureati 1947 1951 Fuad EbdurrehmanovFuad Hesen oglu EbdurrehmanovDogum tarixi 11 may 1915Dogum yeri Nuxa Yelizavetpol quberniyasi Rusiya imperiyasi hazirki Seki Azerbaycan Vefat tarixi 15 iyun 1971 56 yasinda Vefat yeri Baki Azerbaycan SSR SSRIDefn yeri Fexri XiyabanFealiyyeti heykeltarasTehsili Repin adina Ressamliq Institutu d 1935 1940 Janr portretTaninmis isleri Nizami Gencevinin heykeli Azad qadin heykeliUzvluyu SSRI Ressamlar IttifaqiMukafatlari 1955 1947 1951 1959 Vikianbarda elaqeli mediafayllarHeyatiFuad Ebdurrehmanov 1915 ci il may ayinin 11 de Nuxada indiki Seki seheri anadan olmusdur Azerbaycan Dovlet Ressamliq Texnikumunda 1929 1932 ve I Y Repin adina Leninqrad Boyakarliq Heykeltarasliq ve Memarliq Institutunda 1935 1939 tehsil almisdir 1942 1948 illerde E Ezimzade adina Azerbaycan Dovlet Ressamliq Mektebinde ders demisdir YaradiciligiFuad Ebdurrehmanov yaradiciliga portret janri ile baslamis 30 cu illerde Azerbaycan medeniyyet xadimlerinin bust portretlerini Ebdurrehimbey Haqverdiyev Mirze Feteli Axundov Uzeyir Hacibeyov Asef Zeynalli ve b hemcinin Atici 1934 Genc asiq 1939 ve ilk monumental eseri olan Fuzulinin heykelini 1939 Nizami adina Azerbaycan Edebiyyati Muzeyinin lociyasinda yaratmisdir Sovet Ittifaqi Qehremanlari G Esedovun I Memmedovun Q Memmedovun Boyuk Veten muharibesi qehremani H Eliyevin portretleri Cavansir Babek ve Koroglunun barelyeflerinde obrazlar derin psixologizmi ve ifadeliliyi ile secilir O hem de mahir portret ustasi kimi taninmisdir Settar Behlulzade 1947 R Mustafayev 1947 Hezi Aslanov qebirustu abide 1949 B Bagirova 1951 Semed Vurgun 1957 kubali Xesus 1962 ve basqalarinin portretleri obrazlarin ferdi xususiyyeti xarakterlerin dolgun helli ile seciyyelenir Fuad Ebdurrehmanovun xatire lovhesi Baki Fuad Ebdurrehmanovun yaradiciliginda monumental heykeltarasliq muhum yer tutmusdur Nizaminin Gencede ve Bakidaki abideleri her ikisi tunc qranit 1946 1949 memarlar S Dadasov ve M Huseynov Bakida S Vurgunun abidesi tunc qranit 1961 memar M Huseynov ve s eserleri Azerbaycan monumental heykeltarasliginin en yaxsi numunelerindendir 1950 1960 ci illerde yaratdigi Coban gips 1950 Azerbaycan Incesenet Muzeyi tunc 1951 Tretyakov qalereyasi Moskva Azerbaycanli qadin gips 1951 Azadliq tunc 1957 her ikisi Azerbaycan Incesenet Muzeyi Azad qadin tunc qranit 1960 memar Mikayil Huseynov ve s eserlerinde milli xususiyyetler zengindir Genis yaradiciliq diapazonuna malik olan Fuad Ebdurrehmanov elm ve medeniyyet xadimlerinin hemcinin muharibe ve emek qehremanlarinin suretlerini canlandiran heykel qalereyasi yaratmisdir Monqolustanin gorkemli dovlet xadimleri Suxe Bator ve marsal X Coybalsanin bust abideleri her ikisi mermer 1954 MXR Ulan Bator Rudeki tunc 1963 S Ayninin tunc 1964 portretleri Dusenbede Rudekinin tunc qranit 1964 memar M Huseynov SSRI Ressamliq Akademiyasinin qizil medali Buxarada Ibn Sinanin tunc qranit acilisi 1975 ilde olmusdur memar H Muxtarov abideleri ve s monumental eserleri Fuad Ebdurrehmanova sohret qazandirmisdir Omrunun son illerinde Sovet Ittifaqi Qehremani Mehdi Huseynzadenin monumental abidesini tunc qranit 1973 ilde Bakida acilisi olmusdur memar M Huseynov yaratmisdir Mukafatlari Azerbaycan SSR emekdar incesenet xadimi Fexri ferman 17 iyun 1945 Stalin mukafati II derece 1947 Nizami Gencevinin 1946 ci ilde Kirovabadda ucaldilmis heykeline gore Stalin mukafati III derece 1950 gips Coban heykeline gore Azerbaycan SSR xalq ressami fexri adi 30 aprel 1955 Seref nisani ordeni 9 iyun 1959 1960 SSRI Ressamliq Akademiyasinin qizil medali 1966 MedallarEserleriBabek Iskenderin Nusabe ile gorusu Iskendername Nusirevan ve bayquslarin sohbeti Sirler Xezinesi Leyli ve Mecnun medresede Leyli ve Mecnun Ferhadin Bisitun dagini yarmasi Xosrov ve Sirin Behram Gurun ejdahani oldurmesi Yeddi Gozel Nizami Gencevinin heykeli Gence 1946 Azad qadin heykeli Baki 1960 Dusenbe 1964MenbelerMemmedov E Xaliqov F Ebdurrehmanov Fuad Hesen oglu Seki Alim ve ziyalilar Baki Baki Universiteti Nesriyyati 2002 Sehifelerin sayi 502 Seh 111 112 S 3804200000 658 07 068 1 000 nusx 2012 06 15 tarixinde orijinalindan arxivlesdirilib Abdurahmanov Fuad Gasan Ogly azerbaijanworld com 2012 04 26 tarixinde orijinalindan arxivlesdirilib Nadzhafov M F Abdurahmanov M 1955 Novruzova Dzh Fuad Abdurahmanov Baku 2004 Bolshaya sovetskaya enciklopediya M 1977 Bolshoj enciklopedicheskij slovar BES M 1979 Bolshaya hudozhestvennaya enciklopediya M 2009 Kultura Sovetskogo Azerbajdzhana Baku Azerbajdzhanskoe gos izd vo 1980 S 89 180 s RKDartists nid