Bu məqaləni lazımdır. |
Qori Seminariyası, Zaqafqaziya Müəllimlər Seminariyası, Cənubi Qafqaz Müəllimlər Seminariyası (rus. Закавказская учительская семинария) – XIX əsrin axırları və XX əsrin əvvəllərində Gürcüstanın Qori şəhərində fəaliyyət göstərən təhsil ocağı.
Zaqafqaziya Müəllimlər Seminariyası | |
---|---|
Закавказская учительская семинария | |
Əsası qoyulub | 1876 |
Bağlanıb | 1917 |
Ölkə |
Zaqafqaziya Müəllimlər Seminariyası xalqımıza bir sıra görkəmli simalar bəxş etmişdir. Onların arasında "Azərbaycan" qəzetinin əməkdaşları da var idi.
Haqqında
1876-cı ilin mayında "Əkinçi" qəzeti yazırdı: "…Qori şəhərində bir məktəbxana açılıb ki, orada oxuyan şagirdləri müəllim eləsinlər. O məktəbxanada 20 nəfər erməni və gürcü padşahlıq xərcinə oxuyacaq. İndi "Kafkaz" adlı qəzet yazır ki, doğrudur, müsəlmanların məktəbxanaları üçün müəllimləri oxutmaqdan ötrü əlahiddə məktəbxana açılacaq, amma indi müsəlmanlardan hər kəs xahiş etsə, zikr olan Qoridə açılan məktəbxanaya öz uşaqlarını öz xərcinə qoya bilər. Oraya oxumağa girən hər kəs gərək mahal məktəbdə oxumuş ola və özü 16–19 yaşında ola. Orada 3 il dərs deyiləcək". Hələ 1875-ci il aprelin 8-də Zaqafqaziya Müəllimlər Seminariyasının "Əsasnamə"sindəki bir qeyddə deyilirdi ki, müsəlmanlar xüsusi müsəlman müəllim məktəbi açılana kimi bu seminariyaya və onun nəzdindəki məktəbə daxil ola bilərlər.
1876-cı ildə Qafqaz xalqlarının – gürcülərin, ermənilərin, dağıstanlıların və tatarların (o vaxt azərbaycanlıları belə adlandırırdılar) ibtidai məktəblər üçün müəllim kadrları hazırlamaq məqsədilə Qoridə Müəllimlər Seminariyası açılmışdı. Bu məktəbin ibtidai siniflər üçün kadrlar hazırlamaq məqsədi daşımasına baxmayaraq, Qori Seminariyasının çar Rusiyası dövründə Azərbaycana verdiyi kadrları Rusiya imperiyası dövründə heç bir ali təhsil ocağı verməyib. Sonralar bu fikri professor Əziz Şərif söyləmişdi. Çünki Qori Seminariyasını bitirən nəsil Azərbaycan musiqisinin, mədəniyyətinin, maarifinin, təhsilinin və tərəqqisinin inkişafında müstəsna rol oynadılar, millətimizin azadlıq və istiqlaliyyət uğrunda apardığı mübarizəsinin önündə getdilər. Ümumi təhsil rus dilində olsa da, hər millətin öz ana dilini və şəriət dərsini ayrıca keçirdilər, eyni zamanda hər bir fənn tədris edilirdi.
1877-ci il idi. 60 yaşlı Mirzə Fətəli Axundov və 47 yaşlı Tiflis müsəlman məktəbinin şəriət müəllimi Mirzə Hüseyn Qayıbzadə xalqın maariflənməsi uğrunda çalışır, seminariyanın nəzdində Azərbaycan şöbəsinin açılmasından ötrü get-gəldən yorulmur, hər cəfaya qatlaşırdılar. Qafqaz canişini, böyük knyaz Mixail Nikolayeviç Romanovu yola gətirmək üçün yalvar-yaxar edirdilər: "Cənab canişin, biz rusların, xristianların vəzifədə olmalarından narahat deyilik. Mən demirəm ki, savadsız müsəlmana vəzifə verilsin. Ancaq heç olmasa, beş idarədən birində bir vəzifəli şəxs, ya da kargüzar işçi bizim xalqın nümayəndəsi olsa, pis olmaz. Kənddən gələn rəiyyət qalır gözünü döyə-döyə, dediyini başa düşmürlər".
Mirzə Fətəli daha sonra canişinə Peterburq Universitetinin professoru Mirzə Cəfər Topçubaşov, maarif xadimi Həsən bəy Zərdabi və Peterburq Universitetinin fəxri doktoru Mirzə Kazım bəy haqqında xüsusi məlumat verərək bildirir ki, bu böyük zat təkcə Rusiya Elmlər Akademiyasının müxbir üzvü deyil, həm də Londonda Böyük Britaniya və İrlandiya Kral Cəmiyyətinin, Kopenhagendə Şimali Antikvarilər Kral Cəmiyyətinin üzvü seçilmişdir. Azərbaycanlı oğullar Fransada, Almaniyada, Vyanada, Rusiyada ali təhsil alırlar. Ancaq hamı bunu edə bilmir. Müsəlmanları geridə qalmış xalq kimi dəyərləndirən Qafqaz canişini qarşısında dayanan Mirzə Fətəlini və Mirzə Hüseyn Qayıbzadəni xeyli süzüb layihələrini alır və bir xeyli fikrə gedir. "Siz ayrıca seminariya istəyirsiniz. Layihədə də göstərirsiniz ki, məktəb ya Tiflisdə, ya da azərbaycanlıların yaşadığı bir xristian şəhərində açılsın. Burası bir az çətinlik törədir. Bunun üçün yaşayış yeri, təhsil üçün bina, müxtəlif ləvazimatlar lazımdır. Bilirsiniz ki, indi ölkə müharibə içindədir, xərc məsələsi də bir yandan. Zənnimcə, məktəbin gürcü və ermənilər kimi hələlik Qori şəhərində açılmasına etiraz etməzsiniz". Bununla da məsələ həll olunur. Canişin vərəqi əlinə götürüb yazdığını bərkdən oxumağa başlayır: "Ölkənin azərbaycanlı əhalisi üçün Zaqafqaziya Müəllimlər Seminariyası yanında təcrübə məqsədilə 3 il müddətinə müstəqil Azərbaycan şöbəsi açılsın. Təcrübə yaxşı nəticə verərsə, 3 ildən sonra həmin şöbəni azərbaycanlılar üçün müstəqil seminariyaya çevirib Qoridən Azərbaycanın mərkəzinə köçürməli".
Beləliklə, 1879-cu ildə Qafqaz Təhsil Dairəsinin göndərdiyi 8762 saylı dəftərxana sənədi görkəmli maarifpərvərlərin və bu yolda çalışan Azərbaycan ziyalılarının arzularını həyata keçirdi. Qori Müəllimlər Seminariyasının direktoruna göndərilən sənəddə yazılırdı: "Sərdarın müavininin əmri əsasında seminariyanın nəzdində təsis olunacaq Azərbaycan şöbəsini yerləşdirmək və onu lazımi əşyalarla təmin etmək üçün Tiflis Hökumət Palatasına təklif edilmişdir ki, Zemstvodan yığılmış məbləğdən 4 min manat zati-alilərinizin sərəncamına versin. Hökumət palatası azərbaycanlı gənclərin maariflənməsi naminə qəlbən razı olub bu işi özünə şərəf sanmışdır. Tatarlardan (Azərbaycan türklərindən) kənd müəllimləri hazırlamaq məqsədilə sərdarın baş idarəsinin göstərişi əsasında 1879-cu il sentyabrın 1-də seminariyanın nəzdində yeni təsis edilmiş xüsusi tatar şöbəsini yerləşdirmək üçün lazımi əşyaları almaqdan ötrü Zemstvo vergisindən pul buraxıldığını zati-alilərinizə bildirməyi hökumət palatası özü üçün şərəf bilir" (Şəmistan Nəzirlinin "Qoridən gələn qatar" kitabından). Bundan sonra Azərbaycan dili və sünni təriqəti üzrə şəriət müəllimi vəzifəsinə Hüseyn Əfəndi Qayıbzadə, şiə təriqəti üzrə şəriət müəllimi vəzifəsinə isə molla Əbdülsalam Axundzadə təyin olunur.
Seminariyada Azərbaycan şöbəsinin açılması çətinliklə də olsa, təsdiqlənəndən sonra Azərbaycanın duz-çörəyi ilə böyüyən və bu xalqı canı, qanı qədər sevən Aleksey Osipoviç Çernyayevski şöbənin inspektoru təyin olundu. Seminariyanın direktoru Dmitri Dmitriyeviç Semyonov onu yanına çağıraraq ümidsizcəsinə deyir ki, şöbə açılsa da, ərizə verən çox azdır, belə getsə, şöbənin fəaliyyət göstərməsi sual altında qalacaq. Aleksey Osipoviç isə ümidini üzmür və şöbənin açılması üçün axtarışa çıxır. O, İrəvanda, Naxçıvanda, Gəncədə, Şuşada, Şamaxıda, Qubada və Dərbənddə olur, qapı-qapı gəzib qəza mərkəzlərində seminariyaya uşaq toplayırdı. Valideynlərə təhsilin, maarifin nə demək olduğunu izah edib deyirdi ki, məqsədimiz Azərbaycan xalqının qaranlıq yollarını işıqlandırmaqdır, balalarınızı bu işığı yandırmaqdan məhrum etməyin. Yüz kilometrlərlə yolu faytonla, araba ilə, qatarla, bəzən də payi-piyada getməli olurdu. Azərbaycanda işıq tapacağına əmin idi. Şamaxıda kasıb rus ailəsində doğulub böyüyən Aleksey Çernyayevski təpədən-dırnağa Azərbaycanla bağlı idi. O, bütün həyatını azərbaycanlı balalarının maariflənməsinə, təhsil almasına həsr etdi. Xalqımızın maarif işığını yandıran böyük ziyalı Firidun bəy Köçərli sonralar yazırdı: "Qori Seminariyasının Azərbaycan şöbəsində yaxşı və diqqətəlayiq nə vardısa, hamısı Çernyayevskinin adı ilə bağlıdır. Çernyayevskinin "Vətən dili" bizim məktəblərdə tamam yeni bir dövr açdı". Axtarışlar nəticəsiz qalmadı. Çox keçmədən Şuşadan Firidun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, , Lənkərandan Teymur bəy Məmmədbəyov, Qazaxdan , , Şəkidən Rəşid bəy Əfəndiyev Çernyayevskinin ümidlərini doğrultdular. Bu gənclər özlərindən sonra gələnlərin yolunu işıqlandırmaq üçün çətin bir yola çıxdılar. Azərbaycanlı tələbələr bilikləri qavramaqları, gözəl əxlaqları və yüksək mədəniyyətləri ilə seminariyanın xristian tələbə və müəllimlərini heyrətə salmışdılar. Firidun bəy Köçərli tələbə ikən yunan filosofu Sokratın həyatı və əxlaqi görüşlərinə həsr olunmuş "Təlimati-Sokrat" əsərini tərcümə etmişdi. Sonralar Saleh bəy Zöhrabbəyovla birlikdə "Təlimati-lisani-türki" dərsliyini tərtib etdilər. Rus, fars və ərəb dillərini yaxşı bilən tələbə Səfərəli bəy Vəlibəyov isə "Xəzineyi-əxbar" adlı ensiklopedik kitab tərtib etmişdi. İlk buraxılışda təhsilini əla qiymətlərlə bitirdiyinə görə şura Səfərəli bəy Vəlibəyovu 1881-ci ildə seminariyada ana dili müəllimi saxladı. Firidun bəyi İrəvan gimnaziyasına, Teymur bəyi Lənkərana, Mirzə Əli Məhəmmədi isə Naxçıvana ibtidai rus-tatar məktəbinə müəllim göndərdi. Rəşid bəy Əfəndiyev isə Şəki qəzasının Qutqaşen kəndinə məktəb müdiri kimi göndərildi.
Seminariyada Azərbaycan dilinin tədrisi tarixində Aleksey Osipoviçin böyük xidmətləri olmuşdur. O, azərbaycanlı tələbələr üçün tərtib etdiyi "Vətən dili" dərsliyində bir pedaqoq kimi ən yararlı materialları seçmiş, atalar sözündən, tapmacalardan, zərbi-məsəllərdən istifadə etmiş və seçdiyi materialları canlı uşaq dilində düzəldib təqdim etmişdir. Bu kitab təkcə seminariyada deyil, ölkənin bütün qəzalarında ibtidai rus-Azərbaycan məktəblərində tədris olunurdu. Kitabı tələbəsi Rəşid bəy Əfəndiyevin xətti ilə daş basmasında nəşr etdirmişdi. O, "Vətən dili" kitabında Azərbaycan atalar sözlərindən, tapmacalardan, zərbi-məsəllərdən, şairlərin şeirlərindən parçalar vermişdi. Konstantin Uşinskinin "Rodnoye slovo" dərsliyi rus məktəbləri üçün nə idisə, Çernyayevskinin "Vətən dili" kitabı da azərbaycanlılar üçün həmin əhəmiyyətə malik idi. "Vətən dili"ndən əvvəl Azərbaycan şöbəsi üçün dərslik olmadığından Çernyayevski tələbələrinin köməyi ilə həftəlik proqram tərtib etdi. Sövti-üsulla məşğələ aparmaq üçün qiraət materialı hazırladı. Sonralar Qafqaz Təhsil Dairəsinin hesabatında bildirilirdi ki, Çernyayevskinin ustalıqla tərtib etdiyi tədris materialı azərbaycanlı məzunların pedaqoji hazırlığı üçün ən yaxşı baza oldu.
Azərbaycan xalqının qüruruna toxunan heç bir kəlməyə dözməyən Aleksey Osipoviç bir qəzet redaktoruna verdiyi cavabda deyirdi: "Bilmirəm cənab Veliçko ilə tanışlığınız varmı? Qafqaza yenicə gələndə Veliçko da sizin gündə idi. Amma indi çox ədalətli yazılarla bu xalqların soy-kökü haqqında real bir mövqe tutub. Tədqiqatı ilə sübut edib ki, məhz ermənilərin nə gürcülərdən, nə də azərbaycanlılardan torpaq iddiası ola bilməz. Ermənilər Qafqaza gəlmədirlər. Veliçko indi "V.Vorenesski" təxəllüsü ilə Şərq mövzusunda, Şərqin müdrikliyi və qədimliyi haqqında silsilə şeirlər yazır. Siz hamınız bir bezin qırağısınız, mərkəzin zəhər tuluğunu götürüb oba-oba gəzərək xalqları zəhərləyirsiniz".
Sonralar Aleksey Osipoviç Azərbaycan dilində qəzet açmaq istəyir və yazdığı məktubda bildirir ki, mənim məqsədim xalqın düşüncəsini oyatmaq və bacardığım qədər maarifləndirməkdir. Lakin onun bütün cəhdləri boşa çıxır. Gah qəzetin kifayət qədər abunəçisi olmadığını, jurnalist ixtisası olmadığını, gah da başqa bəhanələr gətirib qəzetin nəşrinə mane olurlar. Bu da xalqımıza təmənnasız xidmət göstərmək istəyən böyük maarifpərvərin vaxtsız ölümü ilə nəticələnir. Aleksey Osipoviç Çernyayevski 1894-cü ilin dekabrında ürəkpartlamasından vəfat edir.
Bu yolun işığına düşüb Qori Seminariyasına təhsil, maarif, mədəniyyət dalınca gedən azərbaycanlıların sayı ildən-ilə artırdı. Firidun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Soltan Məcid Qənizadə, Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Rəşid bəy Əfəndiyev, Müslüm Maqomayev, Şıxlinskilər, Süleyman Sani Axundov, Hacıbaba Süleymanov, Nəriman Nərimanov, Osman Əfəndiyev, İsfəndiyar Vəkilov, Fərhad Ağazadə və başqaları Qori Seminariyasını bitirdikdən sonra Azərbaycanın azadlığı uğrunda başlanan istiqlal savaşında mücadilə edənlərin sırasına qoşuldular və həyatlarının sonunadək bu mübarizədən çəkinmədilər. Soltan Məcid Qənizadə 3 il – 1905-ci ilin avqustundan 1908-ci ilin avqustunadək seminariyanın Azərbaycan şöbəsinin inspektoru olmuşdur. Digər məzunlar da qəzalara, ucqar kəndlərə gedib dərs deyir, millətimizi maarifsizliyin, cəhalətin, geriliyin əlindən qurtarmaq üçün çalışırdılar. Çünki bu məmləkətin azadlığı və hürriyyəti üçün hər şeydən öncə maarifə, mədəniyyətə, tərəqqiyə ehtiyacı vardı.
"Azərbaycan" qəzetinin yazarlarından olan, dövrünün görkəmli ziyalı qadını Şəfiqə Əfəndizadənin jurnalistlik fəaliyyəti ilə tanışlıq zamanı məlum olur ki, o, "Azərbaycan"ın hər nömrəsində dərc edilən yazılarında qadınları, anaları elmə, təhsilə, maarifə, mədəniyyətə səsləmişdir. Şəfiqə Əfəndizadə qəzetin 25 iyun 1919-cu il 211-ci nömrəsində "Vətən bizim anamızdır" adlı məqaləsində yazırdı: "Xanımlar! Həmşərilər! Bu gün Vətən bizim qeyrətimizə, millətin səadəti bizim xariqüladə səylərimizə mərbuddur. Qəlbində həmiyyəti bulunan, nanu-neyməti ilə pərvərdə olduğu Vətəninə qəlbində məhəbbət hiss edən hər bir insan, xüsusən hər bir qadın gücü yetdiyi mərtəbədə vəzifəsini ifadəyə çalışmalıdır". "Azərbaycan" qəzetinin 1918–1919-cu illərdə əməkdaşı olmuş, Qori Seminariyasının məzunu Fərhad Ağazadə də hər məqaləsində xalqının, millətinin nicatını elmdə, təhsildə gördüyünü yazır, yetişən gəncləri təhsil almağa dəvət edirdi. Valideynlərə uşaqlarını məktəbə göndərməyi tövsiyə edirdi.
Lakin İrəvanda işləyən Miropyev 1902-ci ildə Qori Seminariyasına direktor təyin olunur və bununla da azərbaycanlılara pis münasibət yenidən başlayır. Qəddar mütləqiyyət tərəfdarı olan direktor Miropyev azərbaycanlı seminaristlərə qarşı amansız olur, nəticədə bir neçə azərbaycanlı tələbə haqsız olaraq seminariyadan qovulur, canı boğazına yığılan Borçalı Mustafa "vəhşi asiyalı" sözünə görə erməni Ter-Arutyunovu öldürür. Tənəffüsdə ana dilində danışmaq azərbaycanlı tələbələrə qadağan olunur. 1900-cü il dekabrın 3-də hazırlıq sinfinin şagirdi Üzeyir bəy Hacıbəyliyə ana dilində danışdığına görə töhmət verilir. Belə çətin, təhqiramiz şəraitdə təhsil alan məzunlar sonralar etiraf edirdilər ki, xalqlarının azadlığı və müstəqilliyi uğrunda son nəfəsədək mübarizə aparmaqda miropyevlərin, saakovların, arutyunovların "böyük rolu" oldu. Firidin bəy Köçərli isə artıq olanlara dözə bilmirdi. Üzünü mürtəce Miropyevə tutaraq: "Məncə, ana dilində danışmaq qəbahət deyil. Bu uşaqlar sabah seminariyanı bitirdikdən sonra kənd məktəblərində dərs deyəcəklər. Əgər ana dilləri ölərsə, dindaşlarına necə dərs keçəcəklər? Daraşmısınız Qafqaz müsəlmanlarının canına. Cənab Qənizadədən sonra mürtəce fəaliyyətinizi daha da genişləndirmək fikrinə düşürsünüz? Bəsdir Azərbaycan şöbəsini addım-addım güdməyiniz", – deyirdi.
Qori Seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi
Qarşıya qoyulan birinci məsələ Qori Seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi idi. Ziyalı şəxs Firidun bəy Köçərli bu işin reallaşması üçün mübarizəyə başlamışdı. Seminariyanın Azərbaycana köçürülməsini Firidun bəy çoxdan planlaşdırırdı. Azərbaycan maarifçiləri bu mühüm işə 1884-cü ildən təşəbbüs göstərirdilər. Fikirlərini belə əsaslandırırdılar ki, məsafənin uzaqlığı, Qoridə azərbaycanlıların yaşamaması, şagird azlığı müəllim kadrların arzuedilən səviyyədə hazırlanmasına mane olur. Dəfələrlə Səfərəli bəy Vəlibəyov şuranın iclasında bu təkliflə çıxış edib və sərt etirazla cavablanıb. 1906-cı ildə N.Nərimanov "Həyat" qəzetində yazırdı ki, Qori Seminariyasına 60 şagirddən artıq qəbul olunmur. Darülmüəllim Bakıda, Gəncədə və ya qeyri-müsəlman şəhərində olsa, padşahlıq xərcinə oxuyan 60 nəfərdən savayı 60 nəfər müsəlman uşağı da daha ziyadə öz evlərində olarkən seminariyada elm-təhsil etməyə mümkünləri olacaqdır. Həmin il Firidun bəy Bakıda "Nəşri-maarif" cəmiyyətinin toplantısında çıxış edərək seminariyanın Azərbaycan şöbəsində vəziyyətin ağır olduğunu söyləyir və məktəbin Azərbaycanın şəhərlərinin birinə köçürülməsi məsələsini qaldırır. Lakin nə rus çarlığı, nə də gürcü knyazlığı buna icazə vermir. Başqa çarə də yox idi. Odur ki, yay məzuniyyətində məktəbin bağlı olmasından, rus çarının yıxılmasından və gürcü knyazlarının başları hökumət qurmağa qarışdığından fürsət tapan Firidun bəy bir dəqiqəni belə fövtə vermir. Seminariyanın Azərbaycan şöbəsinə məxsus bütün dəftərxana ləvazimatını, müxtəlif avadanlıqları vaqona dolduraraq öz xərci ilə xəlvətcə Ağdama qaçırır.
1918-cı ildə Qori Seminariyasının Azərbaycan bölməsi ilk Azərbaycan Respublikasının maliyyə vəsaiti hesabına Qazax şəhərinə köçürülür və sovet hakimiyyəti qurulduqdan sonra 1940-cı illərə qədər Qazax Pedaqoji Texnikumu adı ilə fəaliyyət göstərir. Bu tədris ocağının Qazax şəhərinə köcürülməsində görkəmli maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist Firidun bəy Köçərlinin çox böyük xidmətləri olmuşdur.
Məşədi İbrahim adlı işıqlı, xalqının balalarını maarifləndirmək arzusu ilə yaşayan ziyalı insan 17 otaqlı mülkünü seminariyanın direktoru Firidun bəy Köçərliyə bağışlayır. Özü isə doğma kəndi Kosalara köçüb ömrünü oradakı evində başa vurur. Çünki 1914-cü ildə maarifpərvər ziyalı Firidun bəy Məşədi İbrahim oğlu Museyibi Qoriyə aparıb seminariyaya qəbul elətdirmişdi.
Səməd Vurğun, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Mehdi Hüseyn, Seyfulla Şamilov, İsmayıl Şıxlı kimi böyük bir ziyalı nəsli Qazax Seminariyasının yetirməsi idilər. Firidun bəy öz-özünə deyirdi: "Deyəsən, ixtiyar çağımda Qoridən elədiyim oğurluq burada möhkəm bina tutacaq".
Seminariyanın Azərbaycana köçürülməsi üçün hökumət 5000 manat vəsait ayırır. Qazax Seminariyasının Azərbaycan şöbəsinin bazasında Müstəqil Qazax Seminariyasının təntənəli açılışı olur. Açılışda Qazaxda yerləşən türk ordusunun komandanı Səbri bəy, Türk qarnizonunun rəisi Camal bəy, Qazaxın rəisi H.Şıxlinski və yerli hökumətin məmurları iştirak edirdilər. Bundan başqa, Cəbrayıldan, Şamaxıdan, Ağdamdan, Göyçaydan, Naxçıvandan, Zaqataladan və başqa rayonlardan da şagirdlər gəlib burada təhsil alırdılar. Böyük maarifçi və ictimai xadim Firidun bəy Köçərli seminariyaya başçılıq etməklə yanaşı, Qazaxda yüzlərcə qız uşağının savad əldə etməsi üçün yetimlər kursu təsis edir, qaçqınlara yardım fondu yaradırdı. Lakin 1920-ci ildə Firidun bəy Köçərli erməni terrorçuları tərəfindən qətlə yetirilir. Bundan sonra seminariyaya xalq yazıçısı Mehdi Hüseynin atası Əli Hüseynov rəhbərlik edir.
Qazax Seminariyasının fəaliyyəti Azərbaycanda təhsilin, maarifin inkişafına böyük təkan verdi. Görülən təcili tədbirlər nəticəsində artıq 1919-cu ilin əvvəlində Bakıda, Gəncədə, Nuxada, Salyanda, Şuşa və Qazaxda 23 dövlət orta təhsil müəssisəsi, o cümlədən 6 kişi, 4 qadın gimnaziyası, 5 realni məktəb, 3 müəllim seminariyası, 3 qadın təhsil müəssisəsi, 1 politexnik və 1 ticarət məktəbi fəaliyyət göstərirdi. Qori Müəllimlər Seminariyasının bəhrəsi artıq Azərbaycanda duyulurdu. Qısa vaxtda Azərbaycanda pedaqoji kursların açılmasına başlanıldı. Gəncədə, Qazaxda, Şuşada, Nuxada kişi, Bakı, Nuxa və Gəncədə ikiillik qadın kursları açıldı. Maarifi və milli mədəniyyəti təbliğ edən cəmiyyətlər, xeyriyyəçi kurslar təşkil edildi. Xalqın milli ənənələr, vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayan amillərdən biri də Qori Müəllimlər Seminariyasını bitirən mütəxəssislər idi.
Təhsilin ana dilində aparılmasında yaranmış çətinliklər də daim gündəmdə olan məsələ idi. Bu çətinliklər onunla əlaqədar idi ki, ana dilini bilən yüksəkixtisaslı kadrlar yox idi. Məhəmmədağa Şahtaxtlı 1919-cu ildə "Azərbaycan" qəzetində dərc etdiyi məqaləsində yazırdı ki, universitetdə təhsilin rus dilində aparılmasından qorxmaq lazım deyil, universitet təhsilinin həyata keçirilməsi Azərbaycanda yüksəkixtisaslı kadrların yetişməsinə zəmin yaradacaq, nəticədə milli kadrlar yetişdikcə universitetdə təhsil tədricən Azərbaycan dilində keçiriləcəkdir.
Məzunları
1879 | 1880 | 1881 | 1882 | 1883 | 1884 | 1885 | 1886 |
---|---|---|---|---|---|---|---|
|
|
|
|
|
|
| |
1887 | 1888 | 1889 | 1890 | 1891 | 1892 | 1893 | 1894 |
(5 azərbaycanlı)
|
|
|
|
|
|
|
|
1895 | 1896 | 1897 | 1898 | 1899 | 1900 | 1901 | 1902 |
(5 azərbaycanlı)
|
|
|
| (4 azərbaycanlı)
| (9 azərbaycanlı)
| (8 azərbaycanlı)
| |
1903 | 1904 | 1905 | 1906 | 1907 | 1908 | 1909 | 1910 |
|
|
|
|
|
|
| (5 azərbaycanlı)
|
1911 | 1912 | 1913 | 1914 | 1915 | 1916 | 1917 | |
|
|
|
| (10 azərbaycanlı)
|
| (11 azərbaycanlı)
|
Həmçinin bax
İstinadlar
- Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 349.
Mənbə
- "Azərbaycan" qəzeti 2008-09-17 at the Wayback Machine
- Qori Müəllimlər Seminariyasında təhsil alanların siyahısı" adlı arxiv sənəd (Bu sənəd Azərbaycan Respublikası Təhsil Muzeyində saxlanılır)
- Prof Seyidov Əhməd Fikrət oğlu."Qori Seminariyası və onun məzunları" Maarif nəşriyat Bakı 1988
- Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. "Təhsil" nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.
- [1]
- Qori və İrəvan müəllimlər seminariyalarının milli təhsil tariximizdəki yeri və rolu haqqında
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Qori Seminariyasi Zaqafqaziya Muellimler Seminariyasi Cenubi Qafqaz Muellimler Seminariyasi rus Zakavkazskaya uchitelskaya seminariya XIX esrin axirlari ve XX esrin evvellerinde Gurcustanin Qori seherinde fealiyyet gosteren tehsil ocagi Zaqafqaziya Muellimler SeminariyasiZakavkazskaya uchitelskaya seminariya41 59 12 sm e 44 06 52 s u Esasi qoyulub 1876Baglanib 1917Olke Rusiya imperiyasi Zaqafqaziya Muellimler Seminariyasi xalqimiza bir sira gorkemli simalar bexs etmisdir Onlarin arasinda Azerbaycan qezetinin emekdaslari da var idi Haqqinda1876 ci ilin mayinda Ekinci qezeti yazirdi Qori seherinde bir mektebxana acilib ki orada oxuyan sagirdleri muellim elesinler O mektebxanada 20 nefer ermeni ve gurcu padsahliq xercine oxuyacaq Indi Kafkaz adli qezet yazir ki dogrudur muselmanlarin mektebxanalari ucun muellimleri oxutmaqdan otru elahidde mektebxana acilacaq amma indi muselmanlardan her kes xahis etse zikr olan Qoride acilan mektebxanaya oz usaqlarini oz xercine qoya biler Oraya oxumaga giren her kes gerek mahal mektebde oxumus ola ve ozu 16 19 yasinda ola Orada 3 il ders deyilecek Hele 1875 ci il aprelin 8 de Zaqafqaziya Muellimler Seminariyasinin Esasname sindeki bir qeydde deyilirdi ki muselmanlar xususi muselman muellim mektebi acilana kimi bu seminariyaya ve onun nezdindeki mektebe daxil ola bilerler 1876 ci ilde Qafqaz xalqlarinin gurculerin ermenilerin dagistanlilarin ve tatarlarin o vaxt azerbaycanlilari bele adlandirirdilar ibtidai mektebler ucun muellim kadrlari hazirlamaq meqsedile Qoride Muellimler Seminariyasi acilmisdi Bu mektebin ibtidai sinifler ucun kadrlar hazirlamaq meqsedi dasimasina baxmayaraq Qori Seminariyasinin car Rusiyasi dovrunde Azerbaycana verdiyi kadrlari Rusiya imperiyasi dovrunde hec bir ali tehsil ocagi vermeyib Sonralar bu fikri professor Eziz Serif soylemisdi Cunki Qori Seminariyasini bitiren nesil Azerbaycan musiqisinin medeniyyetinin maarifinin tehsilinin ve tereqqisinin inkisafinda mustesna rol oynadilar milletimizin azadliq ve istiqlaliyyet ugrunda apardigi mubarizesinin onunde getdiler Umumi tehsil rus dilinde olsa da her milletin oz ana dilini ve seriet dersini ayrica kecirdiler eyni zamanda her bir fenn tedris edilirdi 1877 ci il idi 60 yasli Mirze Feteli Axundov ve 47 yasli Tiflis muselman mektebinin seriet muellimi Mirze Huseyn Qayibzade xalqin maariflenmesi ugrunda calisir seminariyanin nezdinde Azerbaycan sobesinin acilmasindan otru get gelden yorulmur her cefaya qatlasirdilar Qafqaz canisini boyuk knyaz Mixail Nikolayevic Romanovu yola getirmek ucun yalvar yaxar edirdiler Cenab canisin biz ruslarin xristianlarin vezifede olmalarindan narahat deyilik Men demirem ki savadsiz muselmana vezife verilsin Ancaq hec olmasa bes idareden birinde bir vezifeli sexs ya da karguzar isci bizim xalqin numayendesi olsa pis olmaz Kendden gelen reiyyet qalir gozunu doye doye dediyini basa dusmurler Mirze Feteli daha sonra canisine Peterburq Universitetinin professoru Mirze Cefer Topcubasov maarif xadimi Hesen bey Zerdabi ve Peterburq Universitetinin fexri doktoru Mirze Kazim bey haqqinda xususi melumat vererek bildirir ki bu boyuk zat tekce Rusiya Elmler Akademiyasinin muxbir uzvu deyil hem de Londonda Boyuk Britaniya ve Irlandiya Kral Cemiyyetinin Kopenhagende Simali Antikvariler Kral Cemiyyetinin uzvu secilmisdir Azerbaycanli ogullar Fransada Almaniyada Vyanada Rusiyada ali tehsil alirlar Ancaq hami bunu ede bilmir Muselmanlari geride qalmis xalq kimi deyerlendiren Qafqaz canisini qarsisinda dayanan Mirze Fetelini ve Mirze Huseyn Qayibzadeni xeyli suzub layihelerini alir ve bir xeyli fikre gedir Siz ayrica seminariya isteyirsiniz Layihede de gosterirsiniz ki mekteb ya Tiflisde ya da azerbaycanlilarin yasadigi bir xristian seherinde acilsin Burasi bir az cetinlik toredir Bunun ucun yasayis yeri tehsil ucun bina muxtelif levazimatlar lazimdir Bilirsiniz ki indi olke muharibe icindedir xerc meselesi de bir yandan Zennimce mektebin gurcu ve ermeniler kimi helelik Qori seherinde acilmasina etiraz etmezsiniz Bununla da mesele hell olunur Canisin vereqi eline goturub yazdigini berkden oxumaga baslayir Olkenin azerbaycanli ehalisi ucun Zaqafqaziya Muellimler Seminariyasi yaninda tecrube meqsedile 3 il muddetine musteqil Azerbaycan sobesi acilsin Tecrube yaxsi netice vererse 3 ilden sonra hemin sobeni azerbaycanlilar ucun musteqil seminariyaya cevirib Qoriden Azerbaycanin merkezine kocurmeli Belelikle 1879 cu ilde Qafqaz Tehsil Dairesinin gonderdiyi 8762 sayli defterxana senedi gorkemli maarifperverlerin ve bu yolda calisan Azerbaycan ziyalilarinin arzularini heyata kecirdi Qori Muellimler Seminariyasinin direktoruna gonderilen senedde yazilirdi Serdarin muavininin emri esasinda seminariyanin nezdinde tesis olunacaq Azerbaycan sobesini yerlesdirmek ve onu lazimi esyalarla temin etmek ucun Tiflis Hokumet Palatasina teklif edilmisdir ki Zemstvodan yigilmis meblegden 4 min manat zati alilerinizin serencamina versin Hokumet palatasi azerbaycanli genclerin maariflenmesi namine qelben razi olub bu isi ozune seref sanmisdir Tatarlardan Azerbaycan turklerinden kend muellimleri hazirlamaq meqsedile serdarin bas idaresinin gosterisi esasinda 1879 cu il sentyabrin 1 de seminariyanin nezdinde yeni tesis edilmis xususi tatar sobesini yerlesdirmek ucun lazimi esyalari almaqdan otru Zemstvo vergisinden pul buraxildigini zati alilerinize bildirmeyi hokumet palatasi ozu ucun seref bilir Semistan Nezirlinin Qoriden gelen qatar kitabindan Bundan sonra Azerbaycan dili ve sunni teriqeti uzre seriet muellimi vezifesine Huseyn Efendi Qayibzade sie teriqeti uzre seriet muellimi vezifesine ise molla Ebdulsalam Axundzade teyin olunur Seminariyada Azerbaycan sobesinin acilmasi cetinlikle de olsa tesdiqlenenden sonra Azerbaycanin duz coreyi ile boyuyen ve bu xalqi cani qani qeder seven Aleksey Osipovic Cernyayevski sobenin inspektoru teyin olundu Seminariyanin direktoru Dmitri Dmitriyevic Semyonov onu yanina cagiraraq umidsizcesine deyir ki sobe acilsa da erize veren cox azdir bele getse sobenin fealiyyet gostermesi sual altinda qalacaq Aleksey Osipovic ise umidini uzmur ve sobenin acilmasi ucun axtarisa cixir O Irevanda Naxcivanda Gencede Susada Samaxida Qubada ve Derbendde olur qapi qapi gezib qeza merkezlerinde seminariyaya usaq toplayirdi Valideynlere tehsilin maarifin ne demek oldugunu izah edib deyirdi ki meqsedimiz Azerbaycan xalqinin qaranliq yollarini isiqlandirmaqdir balalarinizi bu isigi yandirmaqdan mehrum etmeyin Yuz kilometrlerle yolu faytonla araba ile qatarla bezen de payi piyada getmeli olurdu Azerbaycanda isiq tapacagina emin idi Samaxida kasib rus ailesinde dogulub boyuyen Aleksey Cernyayevski tepeden dirnaga Azerbaycanla bagli idi O butun heyatini azerbaycanli balalarinin maariflenmesine tehsil almasina hesr etdi Xalqimizin maarif isigini yandiran boyuk ziyali Firidun bey Kocerli sonralar yazirdi Qori Seminariyasinin Azerbaycan sobesinde yaxsi ve diqqetelayiq ne vardisa hamisi Cernyayevskinin adi ile baglidir Cernyayevskinin Veten dili bizim mekteblerde tamam yeni bir dovr acdi Axtarislar neticesiz qalmadi Cox kecmeden Susadan Firidun bey Kocerli Sefereli bey Velibeyov Lenkerandan Teymur bey Memmedbeyov Qazaxdan Sekiden Resid bey Efendiyev Cernyayevskinin umidlerini dogrultdular Bu gencler ozlerinden sonra gelenlerin yolunu isiqlandirmaq ucun cetin bir yola cixdilar Azerbaycanli telebeler bilikleri qavramaqlari gozel exlaqlari ve yuksek medeniyyetleri ile seminariyanin xristian telebe ve muellimlerini heyrete salmisdilar Firidun bey Kocerli telebe iken yunan filosofu Sokratin heyati ve exlaqi goruslerine hesr olunmus Telimati Sokrat eserini tercume etmisdi Sonralar Saleh bey Zohrabbeyovla birlikde Telimati lisani turki dersliyini tertib etdiler Rus fars ve ereb dillerini yaxsi bilen telebe Sefereli bey Velibeyov ise Xezineyi exbar adli ensiklopedik kitab tertib etmisdi Ilk buraxilisda tehsilini ela qiymetlerle bitirdiyine gore sura Sefereli bey Velibeyovu 1881 ci ilde seminariyada ana dili muellimi saxladi Firidun beyi Irevan gimnaziyasina Teymur beyi Lenkerana Mirze Eli Mehemmedi ise Naxcivana ibtidai rus tatar mektebine muellim gonderdi Resid bey Efendiyev ise Seki qezasinin Qutqasen kendine mekteb mudiri kimi gonderildi Seminariyada Azerbaycan dilinin tedrisi tarixinde Aleksey Osipovicin boyuk xidmetleri olmusdur O azerbaycanli telebeler ucun tertib etdiyi Veten dili dersliyinde bir pedaqoq kimi en yararli materiallari secmis atalar sozunden tapmacalardan zerbi mesellerden istifade etmis ve secdiyi materiallari canli usaq dilinde duzeldib teqdim etmisdir Bu kitab tekce seminariyada deyil olkenin butun qezalarinda ibtidai rus Azerbaycan mekteblerinde tedris olunurdu Kitabi telebesi Resid bey Efendiyevin xetti ile das basmasinda nesr etdirmisdi O Veten dili kitabinda Azerbaycan atalar sozlerinden tapmacalardan zerbi mesellerden sairlerin seirlerinden parcalar vermisdi Konstantin Usinskinin Rodnoye slovo dersliyi rus mektebleri ucun ne idise Cernyayevskinin Veten dili kitabi da azerbaycanlilar ucun hemin ehemiyyete malik idi Veten dili nden evvel Azerbaycan sobesi ucun derslik olmadigindan Cernyayevski telebelerinin komeyi ile heftelik proqram tertib etdi Sovti usulla mesgele aparmaq ucun qiraet materiali hazirladi Sonralar Qafqaz Tehsil Dairesinin hesabatinda bildirilirdi ki Cernyayevskinin ustaliqla tertib etdiyi tedris materiali azerbaycanli mezunlarin pedaqoji hazirligi ucun en yaxsi baza oldu Azerbaycan xalqinin qururuna toxunan hec bir kelmeye dozmeyen Aleksey Osipovic bir qezet redaktoruna verdiyi cavabda deyirdi Bilmirem cenab Velicko ile tanisliginiz varmi Qafqaza yenice gelende Velicko da sizin gunde idi Amma indi cox edaletli yazilarla bu xalqlarin soy koku haqqinda real bir movqe tutub Tedqiqati ile subut edib ki mehz ermenilerin ne gurculerden ne de azerbaycanlilardan torpaq iddiasi ola bilmez Ermeniler Qafqaza gelmedirler Velicko indi V Vorenesski texellusu ile Serq movzusunda Serqin mudrikliyi ve qedimliyi haqqinda silsile seirler yazir Siz haminiz bir bezin qiragisiniz merkezin zeher tulugunu goturub oba oba gezerek xalqlari zeherleyirsiniz Sonralar Aleksey Osipovic Azerbaycan dilinde qezet acmaq isteyir ve yazdigi mektubda bildirir ki menim meqsedim xalqin dusuncesini oyatmaq ve bacardigim qeder maariflendirmekdir Lakin onun butun cehdleri bosa cixir Gah qezetin kifayet qeder abunecisi olmadigini jurnalist ixtisasi olmadigini gah da basqa behaneler getirib qezetin nesrine mane olurlar Bu da xalqimiza temennasiz xidmet gostermek isteyen boyuk maarifperverin vaxtsiz olumu ile neticelenir Aleksey Osipovic Cernyayevski 1894 cu ilin dekabrinda urekpartlamasindan vefat edir Bu yolun isigina dusub Qori Seminariyasina tehsil maarif medeniyyet dalinca geden azerbaycanlilarin sayi ilden ile artirdi Firidun bey Kocerli Sefereli bey Velibeyov Soltan Mecid Qenizade Uzeyir bey Hacibeyli Celil Memmedquluzade Resid bey Efendiyev Muslum Maqomayev Sixlinskiler Suleyman Sani Axundov Hacibaba Suleymanov Neriman Nerimanov Osman Efendiyev Isfendiyar Vekilov Ferhad Agazade ve basqalari Qori Seminariyasini bitirdikden sonra Azerbaycanin azadligi ugrunda baslanan istiqlal savasinda mucadile edenlerin sirasina qosuldular ve heyatlarinin sonunadek bu mubarizeden cekinmediler Soltan Mecid Qenizade 3 il 1905 ci ilin avqustundan 1908 ci ilin avqustunadek seminariyanin Azerbaycan sobesinin inspektoru olmusdur Diger mezunlar da qezalara ucqar kendlere gedib ders deyir milletimizi maarifsizliyin cehaletin geriliyin elinden qurtarmaq ucun calisirdilar Cunki bu memleketin azadligi ve hurriyyeti ucun her seyden once maarife medeniyyete tereqqiye ehtiyaci vardi Azerbaycan qezetinin yazarlarindan olan dovrunun gorkemli ziyali qadini Sefiqe Efendizadenin jurnalistlik fealiyyeti ile tanisliq zamani melum olur ki o Azerbaycan in her nomresinde derc edilen yazilarinda qadinlari analari elme tehsile maarife medeniyyete seslemisdir Sefiqe Efendizade qezetin 25 iyun 1919 cu il 211 ci nomresinde Veten bizim anamizdir adli meqalesinde yazirdi Xanimlar Hemseriler Bu gun Veten bizim qeyretimize milletin seadeti bizim xariqulade seylerimize merbuddur Qelbinde hemiyyeti bulunan nanu neymeti ile perverde oldugu Vetenine qelbinde mehebbet hiss eden her bir insan xususen her bir qadin gucu yetdiyi mertebede vezifesini ifadeye calismalidir Azerbaycan qezetinin 1918 1919 cu illerde emekdasi olmus Qori Seminariyasinin mezunu Ferhad Agazade de her meqalesinde xalqinin milletinin nicatini elmde tehsilde gorduyunu yazir yetisen gencleri tehsil almaga devet edirdi Valideynlere usaqlarini mektebe gondermeyi tovsiye edirdi Lakin Irevanda isleyen Miropyev 1902 ci ilde Qori Seminariyasina direktor teyin olunur ve bununla da azerbaycanlilara pis munasibet yeniden baslayir Qeddar mutleqiyyet terefdari olan direktor Miropyev azerbaycanli seminaristlere qarsi amansiz olur neticede bir nece azerbaycanli telebe haqsiz olaraq seminariyadan qovulur cani bogazina yigilan Borcali Mustafa vehsi asiyali sozune gore ermeni Ter Arutyunovu oldurur Teneffusde ana dilinde danismaq azerbaycanli telebelere qadagan olunur 1900 cu il dekabrin 3 de hazirliq sinfinin sagirdi Uzeyir bey Hacibeyliye ana dilinde danisdigina gore tohmet verilir Bele cetin tehqiramiz seraitde tehsil alan mezunlar sonralar etiraf edirdiler ki xalqlarinin azadligi ve musteqilliyi ugrunda son nefesedek mubarize aparmaqda miropyevlerin saakovlarin arutyunovlarin boyuk rolu oldu Firidin bey Kocerli ise artiq olanlara doze bilmirdi Uzunu murtece Miropyeve tutaraq Mence ana dilinde danismaq qebahet deyil Bu usaqlar sabah seminariyani bitirdikden sonra kend mekteblerinde ders deyecekler Eger ana dilleri olerse dindaslarina nece ders kececekler Darasmisiniz Qafqaz muselmanlarinin canina Cenab Qenizadeden sonra murtece fealiyyetinizi daha da genislendirmek fikrine dusursunuz Besdir Azerbaycan sobesini addim addim gudmeyiniz deyirdi Qori Seminariyasinin Azerbaycan sobesinin Qazaxa kocurulmesiFiridun bey Kocerli Qarsiya qoyulan birinci mesele Qori Seminariyasinin Azerbaycan sobesinin Qazaxa kocurulmesi idi Ziyali sexs Firidun bey Kocerli bu isin reallasmasi ucun mubarizeye baslamisdi Seminariyanin Azerbaycana kocurulmesini Firidun bey coxdan planlasdirirdi Azerbaycan maarifcileri bu muhum ise 1884 cu ilden tesebbus gosterirdiler Fikirlerini bele esaslandirirdilar ki mesafenin uzaqligi Qoride azerbaycanlilarin yasamamasi sagird azligi muellim kadrlarin arzuedilen seviyyede hazirlanmasina mane olur Defelerle Sefereli bey Velibeyov suranin iclasinda bu teklifle cixis edib ve sert etirazla cavablanib 1906 ci ilde N Nerimanov Heyat qezetinde yazirdi ki Qori Seminariyasina 60 sagirdden artiq qebul olunmur Darulmuellim Bakida Gencede ve ya qeyri muselman seherinde olsa padsahliq xercine oxuyan 60 neferden savayi 60 nefer muselman usagi da daha ziyade oz evlerinde olarken seminariyada elm tehsil etmeye mumkunleri olacaqdir Hemin il Firidun bey Bakida Nesri maarif cemiyyetinin toplantisinda cixis ederek seminariyanin Azerbaycan sobesinde veziyyetin agir oldugunu soyleyir ve mektebin Azerbaycanin seherlerinin birine kocurulmesi meselesini qaldirir Lakin ne rus carligi ne de gurcu knyazligi buna icaze vermir Basqa care de yox idi Odur ki yay mezuniyyetinde mektebin bagli olmasindan rus carinin yixilmasindan ve gurcu knyazlarinin baslari hokumet qurmaga qarisdigindan furset tapan Firidun bey bir deqiqeni bele fovte vermir Seminariyanin Azerbaycan sobesine mexsus butun defterxana levazimatini muxtelif avadanliqlari vaqona dolduraraq oz xerci ile xelvetce Agdama qacirir 1918 ci ilde Qori Seminariyasinin Azerbaycan bolmesi ilk Azerbaycan Respublikasinin maliyye vesaiti hesabina Qazax seherine kocurulur ve sovet hakimiyyeti qurulduqdan sonra 1940 ci illere qeder Qazax Pedaqoji Texnikumu adi ile fealiyyet gosterir Bu tedris ocaginin Qazax seherine kocurulmesinde gorkemli maarifci pedaqoq metodist edebiyyatsunas publisist Firidun bey Kocerlinin cox boyuk xidmetleri olmusdur Mesedi Ibrahim adli isiqli xalqinin balalarini maariflendirmek arzusu ile yasayan ziyali insan 17 otaqli mulkunu seminariyanin direktoru Firidun bey Kocerliye bagislayir Ozu ise dogma kendi Kosalara kocub omrunu oradaki evinde basa vurur Cunki 1914 cu ilde maarifperver ziyali Firidun bey Mesedi Ibrahim oglu Museyibi Qoriye aparib seminariyaya qebul eletdirmisdi Semed Vurgun Mehdixan Vekilov Osman Sarivelli Mehdi Huseyn Seyfulla Samilov Ismayil Sixli kimi boyuk bir ziyali nesli Qazax Seminariyasinin yetirmesi idiler Firidun bey oz ozune deyirdi Deyesen ixtiyar cagimda Qoriden elediyim ogurluq burada mohkem bina tutacaq Seminariyanin Azerbaycana kocurulmesi ucun hokumet 5000 manat vesait ayirir Qazax Seminariyasinin Azerbaycan sobesinin bazasinda Musteqil Qazax Seminariyasinin tenteneli acilisi olur Acilisda Qazaxda yerlesen turk ordusunun komandani Sebri bey Turk qarnizonunun reisi Camal bey Qazaxin reisi H Sixlinski ve yerli hokumetin memurlari istirak edirdiler Bundan basqa Cebrayildan Samaxidan Agdamdan Goycaydan Naxcivandan Zaqataladan ve basqa rayonlardan da sagirdler gelib burada tehsil alirdilar Boyuk maarifci ve ictimai xadim Firidun bey Kocerli seminariyaya basciliq etmekle yanasi Qazaxda yuzlerce qiz usaginin savad elde etmesi ucun yetimler kursu tesis edir qacqinlara yardim fondu yaradirdi Lakin 1920 ci ilde Firidun bey Kocerli ermeni terrorculari terefinden qetle yetirilir Bundan sonra seminariyaya xalq yazicisi Mehdi Huseynin atasi Eli Huseynov rehberlik edir Qazax Seminariyasinin fealiyyeti Azerbaycanda tehsilin maarifin inkisafina boyuk tekan verdi Gorulen tecili tedbirler neticesinde artiq 1919 cu ilin evvelinde Bakida Gencede Nuxada Salyanda Susa ve Qazaxda 23 dovlet orta tehsil muessisesi o cumleden 6 kisi 4 qadin gimnaziyasi 5 realni mekteb 3 muellim seminariyasi 3 qadin tehsil muessisesi 1 politexnik ve 1 ticaret mektebi fealiyyet gosterirdi Qori Muellimler Seminariyasinin behresi artiq Azerbaycanda duyulurdu Qisa vaxtda Azerbaycanda pedaqoji kurslarin acilmasina baslanildi Gencede Qazaxda Susada Nuxada kisi Baki Nuxa ve Gencede ikiillik qadin kurslari acildi Maarifi ve milli medeniyyeti teblig eden cemiyyetler xeyriyyeci kurslar teskil edildi Xalqin milli eneneler vetenperverlik ruhunda terbiye olunmasinda muhum rol oynayan amillerden biri de Qori Muellimler Seminariyasini bitiren mutexessisler idi Tehsilin ana dilinde aparilmasinda yaranmis cetinlikler de daim gundemde olan mesele idi Bu cetinlikler onunla elaqedar idi ki ana dilini bilen yuksekixtisasli kadrlar yox idi Mehemmedaga Sahtaxtli 1919 cu ilde Azerbaycan qezetinde derc etdiyi meqalesinde yazirdi ki universitetde tehsilin rus dilinde aparilmasindan qorxmaq lazim deyil universitet tehsilinin heyata kecirilmesi Azerbaycanda yuksekixtisasli kadrlarin yetismesine zemin yaradacaq neticede milli kadrlar yetisdikce universitetde tehsil tedricen Azerbaycan dilinde kecirilecekdir Mezunlari1879 1880 1881 1882 1883 1884 1885 1886Mirze Elmemmed Xelilov Mirze Elekber Suleymanov Elesger Seyxhesenov Teymur bey Bayramelibeyov Ehmed aga Mustafayev Sefereli bey Velibeyov Bekay Ismayilov Qasim Qasimov Baxsi bey Kocerlinski Mirze Serif Mirzeyev Hesim bey Nerimanov Mirze Elekber Suleymanov Resid bey Efendiyev Memmed Efendiyev Eli Axundov Yusif bey Emircanov Muxtar bey Muradov Mahmud bey Mahmudbeyov Elis bey Tahirov Elesger Seyxhesenov Memmed aga Vekilov Semed bey Qayibov Isa bey Abakarov Agababa bey Agabeyov Mehyeddin Melikov Firidun bey KocerliZekeriyye bey Aslanov Ismayil bey Vekilov Hesen Bagirov Isgender Elibeyov Ehmed aga Mustafayev Memmed Tahirov Esedulla bey Muradxanov Mecid Memmedov1887 1888 1889 1890 1891 1892 1893 1894 5 azerbaycanli Suleyman bey Qayibov Heyder Muradeliyev Ismayil Serifbeyov Ismayil Agalarov Isa Agalarov Celil Memmedquluzade Mirze Ebulqasim Sultanov Pasa bey Hesenbeyov Abdulla Suleymanov Memmedhesen Efendizade Resul Tahirov Huseyn Sadixbeyov Mirze Mehdi Velizade Museyib Quliyev Sehriyar bey Qiyasbeyov Hesen Axundov Mirze Huseyn Hesenzade Ehmed Qayibov Neriman Nerimanov Memmed Melikyeqanov Nesib aga Qiyasbeyov Bala Sultanov Azad Aslanov Ebdulhemid Axundov Tehmasib Qulubeyov Osman Qayibov Elicabbar Ismayilov Ferhad Sultanov Baba bey Seferelibeyov Abduleli Velibeyov Feyzulla bey Muradxanov Bekir Mustafayev Ismayil Efendiyev Tahir aga Qiyasbeyov Eflatun Miralayev Imameddin Subhanquliyev Suleyman Melik Yeqanov Suleyman Sani Axundov Eli Cebrayilov1895 1896 1897 1898 1899 1900 1901 1902 5 azerbaycanli Semed bey Acalov Bedel bey Bedelbeyli Eliraqib Qasimov Semed Agalarov Memmed Memmedov Mehemmed Elizade Hemzet Memmedov Mirze Rza Elizade Ebduleli bey Velibeyov Ebdulkerim bey Velibeyov Qurban Kansavirov Memmed Elizade Ekber bey Tahirov Mehemmed Efendiyev Adilgeray Terequluyev Meherrem Muradov Mecid bey Sixlinski Osman bey Sixlinski Mecid aga Sekibeyov Neriman Nerimanov Musa Quliyev Haci Kerim Sanili Esger bey Eyvazov Ebdulkerim bey Velibeyov Sukur Efendizade Huseyn Omerbeyov Qember Tahirov Yusif Efendiyev Henefi Terequlov Huseyn Minasarov Lutfeli Memmedov Dadas Memmedov Talib Memmedov Mustafa Mahmudov 4 azerbaycanli Ferhad Agazade Cefer Axundov Q Tahirov Ziya Serifov 9 azerbaycanli Eli efendi Huseynov Memmedkerim Mustafayev Sultan Alay Muradov Ageli Qasimov Qiyasbeyov Muxtar Semed Muradov Cahangir Sixlinski 8 azerbaycanli Ibrahim bey Musabeyov Abdulla Qayibov Ebdul Memmedov Zal Rehimov Haley bey Sixlinski Rehim Sixlinski Huseyn Xelilov Seyfeddin Nesibov1903 1904 1905 1906 1907 1908 1909 1910Nurmemmed bey Sahsuvarov Abdulla bey Divanbeyoglu Efendiyev Elimirze Nerimanov Qiyasbeyov Vekilov Azad bey Emirov Uzeyir Hacibeyov Zulfuqar Hacibeyov Movsum Cabbarxanov Abbas Ismayilbeyov Ebdul Muslum Maqamayev Hesen Sultanov Eli Terequlov Ebdulqedir Eliqederski Osman Efendiyev Elirza Rasizade Abdulla Eliyev Hemze Eliyev Xelil aga Vekilov Hacirehim Qayibov Memmed Qarayev Cavad bey Cuvarli Memmed Qocayev Penah Qasimov Eli Mustafayev Ibrahim Seferov Qehreman aga Sixlinski Selim Efendiyev Isfendiyar bey Vekilov Yusif Aliyev Agalar Hacibeyov Hacibala Zamanov Veli Ismayilov Haci Murad Muradov Cemil Serifov Memmed Qocayev Hesen Sixlinski Rehim Kazimbeyov Hacimurad Hacixanov Rehim Qasimbeyov Qafar Memmedov Hesen Efendiyev Ismayil Mustafayev Pasa Efendiyev Ehmed Abbasov Pasa Eliyev Abbasqulu Aga Sixlinski Mahmud Qocayev Agasalah Musayev 5 azerbaycanli Hemzet bey Efendiyev Eliekber Mahmudov Cemil Suleymanov Davud Ibrahimov Hetem Mahmudov1911 1912 1913 1914 1915 1916 1917Teymur Abdullayev Teymur bey Vekilov Elekber Bedirov Teymur Huseynov Rustem bey Vekilov Museyib Ilyasov Rehim Rehimov Mehemmedeli Sidqi Seferov Elekber Qerib Eli Qasimov Elekber Abbasov Xelil Hacilarov Memmed Memmedov Ramazan Memmedov Ebdulmemmed Mustafabeyov Memmed Omerbeyov Memmed Suleymanov Xudabaxis Sultanov Receb Efendizade Zulfuqar Agakisibeyov Teymur Agalarov Isgender Vekilov Sukur Huseynov Yusif Kasabov Teymur Quliyev Ebdulrehim Mustafabeyov Mebud Serkerov 10 azerbaycanli Semed Huseynov Cefer Ceferov Isfendiyar Cuvarlinski Qurban Ibrahimov Semed Qulubeyov Hemid Mustafayev Eli Necefov Abdul Selimxanov Manaf Sefiyev Abbasqulu Yusifzade Hesen bey Fetelibeyov Baba Beybutov Zekeriyye bey Vekilov Hesen Hesenov Eli Qemerlinski Memmedeli Kerimov Nezir Muradov Ebdulkerim Efendiyev Siraceddin Efendiyev Ferhad Efendiyev Eli Sixlinski 11 azerbaycanli Abasidze Meis Huseynov Qezenfer Qeniyev Yusif Qasimov Yasin bey Miralayev Huseyn Pasayev Xosrov bey Sirinbeyov Elis Sefiyev Letif bey Sahmemmedbeyov Ehmed Seyidov Rzaqulu bey Sadlinski Sadiq VekilovHemcinin baxQoriIstinadlarHuseyn Ehmedov Azerbaycan mekteb ve pedaqoji fikir tarixi Baki Elm ve tehsil 2014 seh 349 Menbe Azerbaycan qezeti 2008 09 17 at the Wayback Machine Qori Muellimler Seminariyasinda tehsil alanlarin siyahisi adli arxiv sened Bu sened Azerbaycan Respublikasi Tehsil Muzeyinde saxlanilir Prof Seyidov Ehmed Fikret oglu Qori Seminariyasi ve onun mezunlari Maarif nesriyat Baki 1988 Menbe Misir Merdanov Azerbaycanin tehsil tarixi Tehsil nesriyyati 2011 ci il Baki I cild 295 s 1 Qori ve Irevan muellimler seminariyalarinin milli tehsil tariximizdeki yeri ve rolu haqqinda