Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
"Həyat" qəzeti (az-əbcəd. حیات) — Azərbaycan mətbuat tarixində mühüm rolu olmuş gündəlik ictimai-siyasi, iqtisadi və ədəbi qəzet.
Həyat | |
---|---|
az-əbcəd. حیات | |
Format | gündəlik ictimai-siyasi, iqtisadi və ədəbi qəzet |
Sahibi | Hacı Zeynalabdin Tağıyev |
Nəşriyyat | Hacı Zeynalabdin Tağıyev |
Baş redaktor | |
Redaktor | |
Yaranma tarixi | 7 (20) iyun 1905 |
Dil | Azərbaycan dili |
Nəşrini dayandırıb | 3 (16) sentyabr 1906 |
Baş ofis | |
Ölkə |
Tarixi
1905-ci il yanvarın 9-da Peterburqda çara ərizə ilə müraciət etməyə toplaşmış dinc nümayişçilərin gülləbaran edilməsi ilə başlayan və bütün Rusiya ərazilərinə yayılan inqilab iri sənaye mərkəzlərindən olan Bakıda da ciddi etirazlarlaç siyasi gərginliklərlə müşayiət olunurdu. Şəhərdə tətil və nümayişlər başladı.
"Həyat" qəzeti nəşrə 1905-ci il iyunun 7-də başladı. “Həyat”ın fəaliyyətə başladığı ilk iki ayda - iyun və iyul aylarında Bakıdakı sənaye müəssisələrinin dörddəüç hissəsini tətil bürüdü. Çar quruluşu idarəsinin zəifləməsindən istifadə edən Tiflis və Bakıda özlərinin siyasi mərkəzlərini yaratmış Daşnaksütun Partiyasının üzvləri və Erməni Milli Şurasının nümayəndələri açıq-aşkar yerli müsəlman əhalisinə, Azərbaycan xalqına qarşı terror və təxribat törədirdilər. Ermənilərin Bakıda, Naxçıvanda, Qarabağda və Zaqafqaziyanın azərbaycanlılar yaşayan hissəsində törətdikləri qətliamlar sistemli şəkil almışdı.
1905-ci ilin fevral ayının ilk ongünlüyündə Bakıda qırğınlar törədildi, dinc əhali dəhşətli günlər yaşadı. Beləbir ağır şəraitdən çıxmaq üçün informasiya və təbliğat vasitəsinə ciddi ehtiyac var idi. Zamanın tələblərinə uyğun olaraq, gündəlik qəzet nəşr etmək məsələsi Azərbaycan ziyalılarını düşündürürdü. 1905-ci ilin martın 15-də Azərbaycan xalqının həyatında geniş fəaliyyət sferası ilə dərin iz buraxmış, mesenant Hacı Zeynalabdin Tağıyevin mənzilində toplaşmış ziyalılar bir çox önəmli məsələlər kimi gündəlik qəzet nəşr etməyi də müzakirə etdilər.
İlk nömrəsi
1905-ci il aprelin 16-da dövrün görkəmli ziyalıları Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu Peterburq baş Mətbuat İdarəsinə "Həyat" adlı qəzet nəşr etmək istəyini ərizə ilə bildirdilər. H.Z.Tağıyevin böyük nüfuzu və işəqarışması ilə 1905-ci il aprelin 22-də Qafqaz Canişini Vorontsov Daşkov "Həyat"ın nəşrinə icazəverdi. Lakin "Həyat"ın ideya-siyasi məzmunu ikiqat senzuraya məruz qaldı. Beləki, qəzetin dərc etdiyi mühüm əhəmiyyətli yazılar rus dilinə tərcümə edilib. Tiflis Senzura Komitəsinə göndərildi. Qəzetin məzmunu, ideya istiqamətləri milli mövqedədayanan Əlimərdan bəy Topçubaşov (naşir), Əli bəy Hüseynzadə (baş redaktor) və Əhməd bəy Ağaoğlu (1905-ci ilin axırlarınadək baş redaktor) tərəfindən həyata keçirilirdi.
İlk nömrəsi 1905-ci il 7 iyunda, sonuncu nömrəsi 1906-cı il 3 sentyabrda (cəmi 325 sayı) çıxmışdır. Bunlardan 131-i 1905-ci, 194-ü isə 1906-cı ildə işıq üzü görmüşdü. "Həyat"ın 101-ci sayı Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun redaktorluğu ilə çıxmışdır. Bu tarixdən etibarən Əhməd bəy Ağaoğlu "İrşad" qəzetini nəşr etdirdiyinə görə ondan uzaqlaşmaq məcburiyyətində qalır, Əli bəy Hüseynzadə isə qəzetdəki fəaliyyətini davam etdirir.
Nəşrinə qarşı təzyiqlər
"Həyat"a qarşı təzyiq və təhdidlər, senzorun ağır şərtləri qəzetin nəşrinin ilk aylarında özünü açıq büruzə verirdi. İlk sayının çıxmasından ay yarım sonra erməni senzorların təhriki ilə Senzura Komitəsinin sədri Qallel "Həyat"ın çapının dayandırılması üçün Qafqaz canişinliyinə müraciət etdi. Senzura Komitəsi qəzeti və onun redaktoru Əhməd bəy Ağaoğlunu "panislamist ideyaların alovlu pərəstişkarı", "bütün müsəlmanların xəlifəsi sayılan türk sultanının nüfuz və qüdrətinin artması tərəfdarı" kimi qələmə verdilər. Digər tərəfdən "Həyat"ın yaradıcı heyəti "qatı islam tərəfdarları" kimi günahlandırılır və anti-erməni təbliğatı nəticəsində Qafqazda müsəlman fanatizminin alovlanacağı iddia edilirdi.
Senzura Komitəsinin Qafqaz Canişinliyinə müraciətində Əli bəy Hüseynzadənin və Əhməd bəy Ağaoğlunun "islamın təmizliyi və ilkinliyini qorumaq üçün" çarizmə və ruslara qarşı barışmaz mövqedə dayanması da qeyd olunurdu. Ermənilər Əli bəy Hüseynzadənin və Əhməd bəy Ağaoğlunun real bir qüvvə kimi formalaşmasından qorxurdular.
İlk sayı və yayılması
"Həyat"ın ilk sayında dərc olunan "Qəzetimizin məsləki" sərlövhəli məqalədə mətbuatın xalqın həyatında, cəmiyyətin inkişafında önəmi qeyd olunurdu: "Baş məqalədə göstərilirdi ki, Qərb ölkələrində, hətta əhalisi 4-5 milyon nəfər olan ölkələrdə 300-400 qəzet buraxılır. Mədəni millətlər qəzeti "bəşəri ehtiyacların ən zərurilərindən" sayırlar. Həmin ölkələrdə insanlar qəzet oxumağı öyrəniblər, çaysız-çörəksiz dolana bilmədikləri kimi, qəzetsiz də keçinə bilmirlər. Mətbuatın cəmiyyətin inkişafında, xalqın maariflənməsi və tərəqqisindəki rolu barədə belə qiymətləndirilirdi: "İnsan üçün munis bir yoldaş, xeyirxah bir müəllim, nafiz bir məktəbdir, həm də zillətdə qalanlara doğru yolu, hidayət yolunu göstərir".
"Həyat" qəzeti təkcə Qafqazda deyil, eləcə də, Volqaboyunda, İranda və Türkiyədə də yayılırdı. Əli bəy Hüseynzadə "Həyat" qəzeti və "Fyuzat" dərgisi ilə Azərbaycanda milli məfkurənin, türkçülük hərəkatının genişlənməsində böyük rol oynamışdır. "Həyat" qəzetinin əsas məqsədi Azərbaycana, Azərbaycan xalqına və türkçülüyə xidmət etmək idi.
Əli bəy Hüseynzadənin ümumtürk ədəbi dili konsepsiyası
Nəşrinin ilk sayından sonra "Həyat" dili müzakirə obyektinə çevrildi. Qəzetində dil məsələlərində Əli bəy Hüseynzadənin seçimi fərqli idi və bu yanaşma sistemi ümumtürk ədəbi dil konsepsiyasına əsaslanırdı. Azərbaycanda ümumtürk ədəbi dil konsepsiyasını ortaya qoyan, bu ideyanı praktiki baxımdan öz əsərlərində işlədən və müdafiə edən Əli bəy Hüseynzadə idi. Türk xalqlarının milli-mənəvi birliyinə nail olmaq üçün Əli bəy Hüseynzadə ümumtürk ədəbi dilinin qaydalarının işlənib hazırlanması və orta məktəblərdə, mətbuatda işlənməsini vacib hesab edirdi. Ortaq türk dili ideyası ilə bağlı polemika XX əsrin əvvəllərində daha da güclənmişdi. Əli bəy Hüseynzadəyə görə, ədəbi dil millətin mövcud olması və yaşaması üçün vacib şərtlərdən biri idi. O, fikrini əsaslandıraraq yazırdı:
Ədəbi dilə malik olmayan qövm müstəqil qövm surətində çox yazmaz. Ədəbi dili olmayan qövm yaşamaq və dünya məişətini keçmək üçün özündən mədəniyyətli, ədəbi dili olan bir qövmün dilini itxaz etməyə məcburdur. |
"Həyat"ın yaradıcı heyəti
"Həyat" nəşr olunduğu qısa müddətdə Azərbaycan ziyalılarını və ədəbi-ictimai və siyasi fikir tarixində özünəməxsus yer tutan şəxsiyyətlərini öz ətrafında topladı. Qəzetin 36 nəfər daimi yazar-müəllifi var idi. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Həsən bəy Zərdabi, Abbas Səhhət, Məhəmməd Hadi, H.S.Ayazov, Üzeyir Hacıbəyov, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, M.Hacınski, M.Ə.Şeyxzadə, Sultan Məcid Qənizadə, Axund Əbuturaboğlu qəzetim daimi yazarlarından idi.
M.Ə.Sabirin məşhur "Müsəlman və erməni vətəndaşlarımıza" şeiri və "Bir məclisdə on iki kişinin söhbəti" satirası və başqa əsərləri "Həyat" qəzetində çap olunmuşdur. Sabirin redaksiyaya gönədərdiyi məktubunda deyilirdi ki, şair bu şeiri Məhəmməd Həsən Tahirovun qəzetdə çıxan məqaləsindəki "Hər birimiz bu qəzetəni oxuyub, istiqbalımız üçün iş görməliyik" şüarından ruhlanaraq yazmışdır. Azərbaycan romantik ədəbiyyatının banilərindən olan Məhəmməd Hadi ilk mətbu əsərlərini “Həyat”da dərc etdirmişdi. Şairin "Bəyani-həqiqət" adlı məqaləsi qəzetin 1905-ci il 24 iyul tarixli sayında çap olunmuşdu. 1906-cı ildə Kürdəmirdə və sonra Həştərxanda ikən Hadi bir-birinin ardınca “Həyat”a məqalə və şeirlər göndərmişdi. Bu yazılarında şair maarif və mədəniyyəti təbliğ edir, "elmi-əbda"nın inkişafından danışır, Azərbaycan mahallarının, əhalinin mədəniiqtisadi vəziyyətini təsvir etməyə çalışırdı. “Həyat”da çap olunmuş "Tələbəlik xatiratımdan" (1906-cı il aprel) şairin tərcümeyi-halını, xüsusilə uşaqlıq və gənclik illərini öyrənmək mümkündür. 1906- cı ildən etibarən isə Hadi "Fyuzat" dərgisində çalışmağa başlamışdı. Azərbaycan xalqının görkəmli ədibi Əbdürrəhim bəy Haqverdiyev hekayələrini “Həyat”da dərc etdirmişdi. "Ayın şahidliyi", "Ata və oğul" hekayələri müxtəlif vaxtlarda bu qəzetin səhifələrində oxuculara ərməğan edilmişdi.
XX əsrin əvvəllərində Azərbaycanın mədəni həyatında, ictimai-siyasi, bədii-estetik fikrin inkişafında şərəfli yer tutmuş Üzeyir Hacıbəyli də öz publisistik yazıları ilə “Həyat”da oxucularla təmas qurub. 1905-ci ildə Bakıya köçən Üzeyir bəy Hacıbəyli "Həyat"ın 17 sentyabr 1905-ci il tarixli sayında "Bir xanım əfəndinin bizlərə hüsni-təvəccahi" başlıqlı məqaləsi nəşr olunmuşdur. Bu məqalə əvvəl Peterburqda çıxan "Novoya vremya", sonra isə Bakıdakı rusca nəşr olunan "Baku" qəzetində Maqda Neyman adlı jurnalistin erməni-müsəlman davasına həsr etdiyi yazıya cavab idi. M.Neyman yazısında azərbaycanlılar barəsində böhtan yazmışdı. Məsələn, o göstərmişdi ki, Teymurləng ordusu nəslini (yəni azərbaycanlıları) Şimali Amerikanın "qırmızı dəri" vəhşilərini mədəniləşdirmək namümkündür... Bu yırtıcıların təbiəti-cinsiyyətinə mədəniyyətin bir təsiri olarmı?" Heyranedici cəhət budur ki, Üzeyir bəy hələ 20 yaşı tamam olmamış M.Neyman kimi "jurnalistlərə" kəskin və tutarlı cavab vermiş, Azərbaycan türklərinə atılan bu böhtanı bəzi millətlərin "türk-islam" birliyindən qorxaraq ortaya atdıqlarını yazmışdı.
Qeyd edək ki, Ü.Hacıbəyli "Həyat" qəzetində 3 ay tərcüməçi kimi işləmiş, sonra fəaliyyətini "İrşad" qəzetində davam etdirmişdi. Ədəbiyyat tarixinin tədqiqatçıları tərəfindən "Azərbaycana ən çox xidmət edən pedoqoq" kimi xatırlanan Sultan Məcid Qənizadə də vaxtaşırı publisist yazıları ilə "Həyat"da çıxış edirdi. "Lüğəti-rusi türki", "Rus dilinin dilmancı", "Rus dilinin müəllimi", "Əlifbayi-mütəhərriki", "Kilidi-ədəbiyyat", "Lüğəti-türki və rusi" kitablarının müəllifi olan Qənizadə ölkənin maarifçi zümrəsinin tanınmış siması idi. XX əsrin əvvəllərində S.M.Qənizadənin dərslik və lüğətinə tələbat o qədər qüvvətləndi ki, gənc dilşünas alim bu kitabları təkmilləşdirib, yenidən çap etdirdi. "Həyat" qəzetində dil mübahisələrinə qatılan S.M.Qənizadə bu mövzuda bir neçə məqalə yazmışdı.
"Həyat"ın 10 noyabr 1905-ci il tarixli sayında "Hansı dil ilə yazmalı" məqaləsində Ə.Hüseynzadənin ümumtürk dil konsepsiyasına qarşı çıxır, fikirlərini çox incə şəkildə əsaslandırırdı və Şirvanda "Həyat"ı oxuyub başa düşməyən şikayətçinin dili ilə yazırdı:
A kişi, elə dil ilə yazırlar ki, oxuyanda adamın dişləri tökülür. Axı mühərrirlər qanmalıdır ki, bunu öz dilimizlə yazsınlar ki, xalq oxuyub anlasın. |
S.M.Qənizadə oxucunun rəyi ilə söhbətə müdaxilə edərək məqaləni öz düşüncələri əsasında tamamlayır:
Axır özünüz insaf və mürvət ediniz: kasıbın birisi həzar zəhmət ilə para qazanıb özünün və ailəsinin boğazından ildə 6 rubl kəsir ki, qəzetə oxuyub dünya hadisatından məlumat cəm etsin. Dörd səhifəlik süfrəni açıb qabağına qoyur. Yemək çox, lakin heç birini həzm edə bilmir. |
“Həyat”ın əsas yaradıcı simalarından biri də böyük mütəfəkkir, milli teatr və mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabi idi. Onun bu qəzetdə çoxsaylı yazıları dərc olunmuşdu. Mədəniyyətə, maarifə, cəmiyyətin müxtəlif sahələrinə, təbiətə, tibbə və heyvanlar aləmi barəsində Zərdabi xeyli sayda publisistik məqalə nəşr etdirmişdi.
“Həyat”ın 8 dekabr 1905-ci il tarixli nömrəsində dərc olunan "CəmiyyətiXeyriyyə binası" məqaləsində H.Zərdabi Xeyriyyə Cəmiyyətini təsis etməklə xalqın rifahını yüksəltməyi, onun iqtisadi-mədəni həyatını yaxşılaşdırmağı və bu yolla məktəblərin sayının artırılmasının mümkünlüyünü düşünürdü. Böyük publisist məqaləsində vəziyyətin müqayisəli təhlilini verərək yazırdı:
Bizim Bakı şəhərində hər ildə mərsiyəxanalar üçün neçə min manat pul yığılır və ya fağır füqəra adına ondan da artıq xərc olur. Amma onlardan millətə heç bir xeyir yoxdur. Hətta zərəri də var. Çünki bu səbəblə ilbəil mərsiyəxanaların və qeyri-dilənçilərin qədəri də artır. |
Müəllif göstərirdi ki, mərsiyəxanalara yığılan həmin vəsaitə məktəblər açılsa, peşə-sənət ocaqları yaradılsa, xeyriyyə cəmiyyətləri düzəldilsə, xalqa çox xeyiri dəyə bilər. Sözügedən məqalədə H.Zərdabi "zamanı keçmiş, dövrlə uyğunlaşmayan qədim adətləri dəyişdirib, zəmanəyə müvafiq iş görmək" tələbini irəli sürürdü. "Halva deməklə ağız şirin olmaz" atalar misalını çəkib ziyalıları hərəkətə keçməyə, xalqı maarifləndirməyə səsləyirdi. H.Zərdabi mədəni tərəqqi yolunda bütün vasitələrdən söz açaraq milli teatrın xalqa verəcəyi imkanlardan bəhs edən "Bakıda müsəlman teatrının binası" məqaləsini “Həyat”ın 13 dekabr 1905-ci il sayında dərc etmişdi. 1873-cü ildə H.Zərdabi Bakı real gimnaziyasının şagirdlərindən N.Vəzirovun, Ə.Adıgözəlovun və digər tələbələrin yaxından iştirakı ilə Azərbaycan milli teatrının əsasını qoymuş, xalqı mədəniyyətə, maarifə cəlb etməyə səy etmişdi. Müəllif öz məqaləsində o dövrdən xeyli vaxt keçməsinə baxmayaraq, xalqın bu mədəniyyət ocağına etinasız yanaşmasını ürək ağrısı ilə qarşılayaraq yazırdı:
Neçə il belə teatr çıxardıq isə də Bakı müsəlmanlarına teatra getməyi öyrədə bilmədik. Çünki o vaxtda onlar gün batandan sonra evdən çölə çıxmağı günah sayırlar. |
"Əkinçi" qəzetinin yaranmasına diqqət çəkən H.Zərdabi “Həyat”ın 28 dekabr 1905-ci il və 3 yanvar 1906-cı il tarixli sayında, "Rusiyada əvvəlinci türk qəzetəsi" məqaləsini dərc etdirmişdi. Mətbu sözün imkanlarını xalqın maariflənməsində, dirçəlişində əsas faktorlardan biri hesab edən böyük mütəfəkkir yazırdı:
Bir bulağın suyunun altına nə qədər böyük daş qoysan, bir neçə ildən sonra o su tökülməkdən o daş mürur ilə əriyib deşilir, habelə söz də beyinlərə əsər edər, "sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən yolun doğru olması aşkar olar. |
"Həyat"dakı kəskin yazılarında H.Zərdabi dövlət qulluqçularının rüşvət almasına, pul gücünə onların haqqının tapdanmasına, ədalətli deyil, ədalətsizliyi müdafiə etmələrinə etiraz edir, xalqı bu eybəcər üsullara qarşı müqavimətə səsləyirdi. "Kənd mirzələrindən xilas olmalıyıq" məqaləsində müəllif əyalətlərdə özbaşınalıqdan, qanunsuz əməllərdən yazırdı: "Bizim kənd əhli heç ağ gün görməyib. Onu həmişə söyüb-döyüblər, ondan rüşvət alıblar. Belə pərvəriş tapan adamı heç inandırmaq olmaz ki, dünyada təmiz adam ola". Rüşvət verməyə onlar adət edirlər və rüşvət alanı da çox yaxşı adam hesab edirlər. Məqalənin çapından bir əsrdən çox keçməsinə baxmayaraq sanki bu sitat müasir Azərbaycan jurnalistikasının hansısa bir nümunəsindən götürülüb və bu problem indi cəmiyyəti ən çox düşündürən məsələdir. "Həyat" qəzetinin 4 və 11 yanvar 1906-cı il tarixli saylarında dərc olunan "Zindəganlıq davası və yaxud dirilik mübarizəsi" və "İttihadi-lisan" sərlövhəli məqalələrində maarifçi demokrat cəbhəsinin komandanı olan Həsən bəy həqiqi vətənpərvərliyi, əsil insaniyyəti xalqı qəflət yuxusundan oyatmaqda görür və xalqa üz tutub deyirdi: "Oxuyun, elm təhsil edin". O, "İttihadi-lisan" məqaləsində elmsiz cəmiyyəti qaranlıq otağa bənzədirdi:
Elm təhsil etməyə başlayan tayfa qaranlıq otağın qapısını açıb çölə çıxan kimidir ki, bu zaman günün işığı onun gözlərini nurlandırmaqdan başqa, otağın da içinə daxil olub, orada olan şeyləri artıq işıqlandırıb bir qeyri-surətə salır. |
Tibbə, təbiətə, gigiyenik qayda-qanunlardan bəhs edən publisistik yazılarda Həsən bəy Zərdabi insanlara xarici aləm barəsində təsəvvürlər formalaşdırmağa, hadisə və proseslərin səbəbini doğru anlamağa kömək edən maarifçi mövqe nümayiş etdirirdi. Görkəmli ictimai-siyasi xadim, yazıçı-dramaturq, publisist Nəriman Nərimanov da "Həyat"ın mətbu imkanlarından yararlanmış, müxtəlif səpkili yazılarını dərc etdirmişdi. N.Nərimanov dövrün tələblərinə uyğun olaraq felyeton janrında qələmə aldığı 50-dən çox yazını "Həyat"ın səhifələrində çap etdirərək oxuculara çatdırmışdı. N.Nərimanovun "Həyat"dakı publisist yazılarında əsasən 1905-ci il inqilabı, onun Azərbaycana təsiri, xalqın milli oyanışı prosesləri öz əksini tapmışdır. Publisistikasında öz fikir və düşüncələrini daha asan yolla xalqa çatdırmaq üçün N.Nərimanov müxtəlif ədəbi-bədii vasitələrdən ustalıqla istifadə edirdi. Şifahi xalq ədəbiyyatından, klassik Azərbaycan yazıçılarının və Qərb mütəfəkkirlərinin əsərlərindən nümunələr gətirərək felyetonlarını, məqalələrini maraqlı və oxunaqlı şəklə salırdı. Ana dili məsələsinə önəm verən publisist bu mövzuya "Həyat"da dərc etdirdiyi yazılarda doğma dilin incəliklərinə toxunur, həmçinin Azərbaycanı azad və firavan görmək istəyirdi. Vətən, ana dili, insan anlayışlarına sosial məzmundan fərqli bədii yanaşma tərzi ortaya qoyan Nərimanov "Həyat"ın 30 iyul 1906-cı il tarixli sayında yazırdı:
Vətən insanın evidir. Necə ki, evində hər bir şeyə ixtiyarın var, necə ki, evin bədbəxtliyi səni qəm dünyasına mübtəla edir, xoşbəxtliyi şad edir, elə də özün üçün Vətən bildiyin məmləkətdə ixtiyarın gərəkdir ola, onun bədbəxtliyi gərək ürəyini dağlaya, xoşbəxtliyi səni şad-xürrəm edə. |
N.Nərimanovla yanaşı, “Həyat”da "Dərviş" imzası ilə felyetonlar çap etdirən Nəcəf bəy Vəzirov da çalışırdı. O, qəzetdə "Balaca mütəfərriqə" başlığı altında "Dərviş" imzası ilə 50-dən çox felyeton çap etdirmişdi. N.Vəzirov çap etdirdiyi ədəbi-bədii əsərlərdə cəhalətin və islam fanatizminin, mövhumatm törətdiyi nəticələri tənqid edirdi. "Həyat"ın 21 iyun 1905-ci il tarixli sayında dərc etdirdiyi felyetonda müəllif yazırdı:
Ömrümdə hər nə şikayətim varsa, hamısı o məni təngənəfəs edən cəhalətdir. Xudaya, nə vaxt o zülmətdən xilas olacağıq? |
Həmçinin bax
Mənbə
İstinadlar
- "Azərbaycan mətbuat tarixi(1875-1920)". 2023-07-23 tarixində . İstifadə tarixi: 2018-07-11.
Ədəbiyyat
- Vəliyev Akif Abduləzim oğlu. Azərbaycan mətbuat tarixi (1875-1920). Bakı, "Elm və Təhsil", 2009 — 296 səh.
Xarici keçidlər
- "Muzeydə "Həyat" qəzetinin atlas parça üzərində çap olunmuş ilk sayı qorunur". Milli Azərbaycan Tarixi Muzeyi (az.). İstifadə tarixi: 2024-01-03.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Heyat deqiqlesdirme ile sehv salmayin Bu meqale boyuk olcude ve ya tamamile tek menbeye esaslanir Movzu ile bagli muzakirelere qosula ve fikirlerinizi bildire bilersiniz Meqaleye etibarli menbeler elave ederek tekmillesdire bilersiniz Heyat qezeti az ebced حیات Azerbaycan metbuat tarixinde muhum rolu olmus gundelik ictimai siyasi iqtisadi ve edebi qezet Heyataz ebced حیات Format gundelik ictimai siyasi iqtisadi ve edebi qezetSahibi Haci Zeynalabdin TagiyevNesriyyat Haci Zeynalabdin TagiyevBas redaktor Eli bey HuseynzadeRedaktor Eli bey Huseynzade Ehmed bey Agaoglu Elimerdan bey TopcubasovYaranma tarixi 7 20 iyun 1905Dil Azerbaycan diliNesrini dayandirib 3 16 sentyabr 1906Bas ofis BakiOlke Rusiya imperiyasiTarixi1905 ci il yanvarin 9 da Peterburqda cara erize ile muraciet etmeye toplasmis dinc numayiscilerin gullebaran edilmesi ile baslayan ve butun Rusiya erazilerine yayilan inqilab iri senaye merkezlerinden olan Bakida da ciddi etirazlarlac siyasi gerginliklerle musayiet olunurdu Seherde tetil ve numayisler basladi Heyat qezeti nesre 1905 ci il iyunun 7 de basladi Heyat in fealiyyete basladigi ilk iki ayda iyun ve iyul aylarinda Bakidaki senaye muessiselerinin dorddeuc hissesini tetil burudu Car qurulusu idaresinin zeiflemesinden istifade eden Tiflis ve Bakida ozlerinin siyasi merkezlerini yaratmis Dasnaksutun Partiyasinin uzvleri ve Ermeni Milli Surasinin numayendeleri aciq askar yerli muselman ehalisine Azerbaycan xalqina qarsi terror ve texribat toredirdiler Ermenilerin Bakida Naxcivanda Qarabagda ve Zaqafqaziyanin azerbaycanlilar yasayan hissesinde toretdikleri qetliamlar sistemli sekil almisdi 1905 ci ilin fevral ayinin ilk ongunluyunde Bakida qirginlar toredildi dinc ehali dehsetli gunler yasadi Belebir agir seraitden cixmaq ucun informasiya ve tebligat vasitesine ciddi ehtiyac var idi Zamanin teleblerine uygun olaraq gundelik qezet nesr etmek meselesi Azerbaycan ziyalilarini dusundururdu 1905 ci ilin martin 15 de Azerbaycan xalqinin heyatinda genis fealiyyet sferasi ile derin iz buraxmis mesenant Haci Zeynalabdin Tagiyevin menzilinde toplasmis ziyalilar bir cox onemli meseleler kimi gundelik qezet nesr etmeyi de muzakire etdiler Ilk nomresi1905 ci il aprelin 16 da dovrun gorkemli ziyalilari Eli bey Huseynzade ve Ehmed bey Agaoglu Peterburq bas Metbuat Idaresine Heyat adli qezet nesr etmek isteyini erize ile bildirdiler H Z Tagiyevin boyuk nufuzu ve iseqarismasi ile 1905 ci il aprelin 22 de Qafqaz Canisini Vorontsov Daskov Heyat in nesrine icazeverdi Lakin Heyat in ideya siyasi mezmunu ikiqat senzuraya meruz qaldi Beleki qezetin derc etdiyi muhum ehemiyyetli yazilar rus diline tercume edilib Tiflis Senzura Komitesine gonderildi Qezetin mezmunu ideya istiqametleri milli movqededayanan Elimerdan bey Topcubasov nasir Eli bey Huseynzade bas redaktor ve Ehmed bey Agaoglu 1905 ci ilin axirlarinadek bas redaktor terefinden heyata kecirilirdi Ilk nomresi 1905 ci il 7 iyunda sonuncu nomresi 1906 ci il 3 sentyabrda cemi 325 sayi cixmisdir Bunlardan 131 i 1905 ci 194 u ise 1906 ci ilde isiq uzu gormusdu Heyat in 101 ci sayi Eli bey Huseynzade ve Ehmed bey Agaoglunun redaktorlugu ile cixmisdir Bu tarixden etibaren Ehmed bey Agaoglu Irsad qezetini nesr etdirdiyine gore ondan uzaqlasmaq mecburiyyetinde qalir Eli bey Huseynzade ise qezetdeki fealiyyetini davam etdirir Nesrine qarsi tezyiqler Heyat a qarsi tezyiq ve tehdidler senzorun agir sertleri qezetin nesrinin ilk aylarinda ozunu aciq buruze verirdi Ilk sayinin cixmasindan ay yarim sonra ermeni senzorlarin tehriki ile Senzura Komitesinin sedri Qallel Heyat in capinin dayandirilmasi ucun Qafqaz canisinliyine muraciet etdi Senzura Komitesi qezeti ve onun redaktoru Ehmed bey Agaoglunu panislamist ideyalarin alovlu perestiskari butun muselmanlarin xelifesi sayilan turk sultaninin nufuz ve qudretinin artmasi terefdari kimi qeleme verdiler Diger terefden Heyat in yaradici heyeti qati islam terefdarlari kimi gunahlandirilir ve anti ermeni tebligati neticesinde Qafqazda muselman fanatizminin alovlanacagi iddia edilirdi Senzura Komitesinin Qafqaz Canisinliyine muracietinde Eli bey Huseynzadenin ve Ehmed bey Agaoglunun islamin temizliyi ve ilkinliyini qorumaq ucun carizme ve ruslara qarsi barismaz movqede dayanmasi da qeyd olunurdu Ermeniler Eli bey Huseynzadenin ve Ehmed bey Agaoglunun real bir quvve kimi formalasmasindan qorxurdular Ilk sayi ve yayilmasi Heyat in ilk sayinda derc olunan Qezetimizin mesleki serlovheli meqalede metbuatin xalqin heyatinda cemiyyetin inkisafinda onemi qeyd olunurdu Bas meqalede gosterilirdi ki Qerb olkelerinde hetta ehalisi 4 5 milyon nefer olan olkelerde 300 400 qezet buraxilir Medeni milletler qezeti beseri ehtiyaclarin en zerurilerinden sayirlar Hemin olkelerde insanlar qezet oxumagi oyrenibler caysiz coreksiz dolana bilmedikleri kimi qezetsiz de kecine bilmirler Metbuatin cemiyyetin inkisafinda xalqin maariflenmesi ve tereqqisindeki rolu barede bele qiymetlendirilirdi Insan ucun munis bir yoldas xeyirxah bir muellim nafiz bir mektebdir hem de zilletde qalanlara dogru yolu hidayet yolunu gosterir Heyat qezeti tekce Qafqazda deyil elece de Volqaboyunda Iranda ve Turkiyede de yayilirdi Eli bey Huseynzade Heyat qezeti ve Fyuzat dergisi ile Azerbaycanda milli mefkurenin turkculuk herekatinin genislenmesinde boyuk rol oynamisdir Heyat qezetinin esas meqsedi Azerbaycana Azerbaycan xalqina ve turkculuye xidmet etmek idi Eli bey Huseynzadenin umumturk edebi dili konsepsiyasiEli bey Huseynzade Nesrinin ilk sayindan sonra Heyat dili muzakire obyektine cevrildi Qezetinde dil meselelerinde Eli bey Huseynzadenin secimi ferqli idi ve bu yanasma sistemi umumturk edebi dil konsepsiyasina esaslanirdi Azerbaycanda umumturk edebi dil konsepsiyasini ortaya qoyan bu ideyani praktiki baximdan oz eserlerinde isleden ve mudafie eden Eli bey Huseynzade idi Turk xalqlarinin milli menevi birliyine nail olmaq ucun Eli bey Huseynzade umumturk edebi dilinin qaydalarinin islenib hazirlanmasi ve orta mekteblerde metbuatda islenmesini vacib hesab edirdi Ortaq turk dili ideyasi ile bagli polemika XX esrin evvellerinde daha da guclenmisdi Eli bey Huseynzadeye gore edebi dil milletin movcud olmasi ve yasamasi ucun vacib sertlerden biri idi O fikrini esaslandiraraq yazirdi Edebi dile malik olmayan qovm musteqil qovm suretinde cox yazmaz Edebi dili olmayan qovm yasamaq ve dunya meisetini kecmek ucun ozunden medeniyyetli edebi dili olan bir qovmun dilini itxaz etmeye mecburdur Heyat in yaradici heyeti Heyat nesr olundugu qisa muddetde Azerbaycan ziyalilarini ve edebi ictimai ve siyasi fikir tarixinde ozunemexsus yer tutan sexsiyyetlerini oz etrafinda topladi Qezetin 36 nefer daimi yazar muellifi var idi Eli bey Huseynzade Ehmed bey Agaoglu Hesen bey Zerdabi Abbas Sehhet Mehemmed Hadi H S Ayazov Uzeyir Hacibeyov Ebdurrehim bey Haqverdiyev Mirze Elekber Sabir Neriman Nerimanov M Hacinski M E Seyxzade Sultan Mecid Qenizade Axund Ebuturaboglu qezetim daimi yazarlarindan idi M E Sabirin meshur Muselman ve ermeni vetendaslarimiza seiri ve Bir meclisde on iki kisinin sohbeti satirasi ve basqa eserleri Heyat qezetinde cap olunmusdur Sabirin redaksiyaya gonederdiyi mektubunda deyilirdi ki sair bu seiri Mehemmed Hesen Tahirovun qezetde cixan meqalesindeki Her birimiz bu qezeteni oxuyub istiqbalimiz ucun is gormeliyik suarindan ruhlanaraq yazmisdir Azerbaycan romantik edebiyyatinin banilerinden olan Mehemmed Hadi ilk metbu eserlerini Heyat da derc etdirmisdi Sairin Beyani heqiqet adli meqalesi qezetin 1905 ci il 24 iyul tarixli sayinda cap olunmusdu 1906 ci ilde Kurdemirde ve sonra Hesterxanda iken Hadi bir birinin ardinca Heyat a meqale ve seirler gondermisdi Bu yazilarinda sair maarif ve medeniyyeti teblig edir elmi ebda nin inkisafindan danisir Azerbaycan mahallarinin ehalinin medeniiqtisadi veziyyetini tesvir etmeye calisirdi Heyat da cap olunmus Telebelik xatiratimdan 1906 ci il aprel sairin tercumeyi halini xususile usaqliq ve genclik illerini oyrenmek mumkundur 1906 ci ilden etibaren ise Hadi Fyuzat dergisinde calismaga baslamisdi Azerbaycan xalqinin gorkemli edibi Ebdurrehim bey Haqverdiyev hekayelerini Heyat da derc etdirmisdi Ayin sahidliyi Ata ve ogul hekayeleri muxtelif vaxtlarda bu qezetin sehifelerinde oxuculara ermegan edilmisdi XX esrin evvellerinde Azerbaycanin medeni heyatinda ictimai siyasi bedii estetik fikrin inkisafinda serefli yer tutmus Uzeyir Hacibeyli de oz publisistik yazilari ile Heyat da oxucularla temas qurub 1905 ci ilde Bakiya kocen Uzeyir bey Hacibeyli Heyat in 17 sentyabr 1905 ci il tarixli sayinda Bir xanim efendinin bizlere husni teveccahi basliqli meqalesi nesr olunmusdur Bu meqale evvel Peterburqda cixan Novoya vremya sonra ise Bakidaki rusca nesr olunan Baku qezetinde Maqda Neyman adli jurnalistin ermeni muselman davasina hesr etdiyi yaziya cavab idi M Neyman yazisinda azerbaycanlilar baresinde bohtan yazmisdi Meselen o gostermisdi ki Teymurleng ordusu neslini yeni azerbaycanlilari Simali Amerikanin qirmizi deri vehsilerini medenilesdirmek namumkundur Bu yirticilarin tebieti cinsiyyetine medeniyyetin bir tesiri olarmi Heyranedici cehet budur ki Uzeyir bey hele 20 yasi tamam olmamis M Neyman kimi jurnalistlere keskin ve tutarli cavab vermis Azerbaycan turklerine atilan bu bohtani bezi milletlerin turk islam birliyinden qorxaraq ortaya atdiqlarini yazmisdi Qeyd edek ki U Hacibeyli Heyat qezetinde 3 ay tercumeci kimi islemis sonra fealiyyetini Irsad qezetinde davam etdirmisdi Edebiyyat tarixinin tedqiqatcilari terefinden Azerbaycana en cox xidmet eden pedoqoq kimi xatirlanan Sultan Mecid Qenizade de vaxtasiri publisist yazilari ile Heyat da cixis edirdi Lugeti rusi turki Rus dilinin dilmanci Rus dilinin muellimi Elifbayi muteherriki Kilidi edebiyyat Lugeti turki ve rusi kitablarinin muellifi olan Qenizade olkenin maarifci zumresinin taninmis simasi idi XX esrin evvellerinde S M Qenizadenin derslik ve lugetine telebat o qeder quvvetlendi ki genc dilsunas alim bu kitablari tekmillesdirib yeniden cap etdirdi Heyat qezetinde dil mubahiselerine qatilan S M Qenizade bu movzuda bir nece meqale yazmisdi Heyat in 10 noyabr 1905 ci il tarixli sayinda Hansi dil ile yazmali meqalesinde E Huseynzadenin umumturk dil konsepsiyasina qarsi cixir fikirlerini cox ince sekilde esaslandirirdi ve Sirvanda Heyat i oxuyub basa dusmeyen sikayetcinin dili ile yazirdi A kisi ele dil ile yazirlar ki oxuyanda adamin disleri tokulur Axi muherrirler qanmalidir ki bunu oz dilimizle yazsinlar ki xalq oxuyub anlasin S M Qenizade oxucunun reyi ile sohbete mudaxile ederek meqaleni oz dusunceleri esasinda tamamlayir Axir ozunuz insaf ve murvet ediniz kasibin birisi hezar zehmet ile para qazanib ozunun ve ailesinin bogazindan ilde 6 rubl kesir ki qezete oxuyub dunya hadisatindan melumat cem etsin Dord sehifelik sufreni acib qabagina qoyur Yemek cox lakin hec birini hezm ede bilmir Heyat in esas yaradici simalarindan biri de boyuk mutefekkir milli teatr ve metbuatimizin yaradicisi Hesen bey Zerdabi idi Onun bu qezetde coxsayli yazilari derc olunmusdu Medeniyyete maarife cemiyyetin muxtelif sahelerine tebiete tibbe ve heyvanlar alemi baresinde Zerdabi xeyli sayda publisistik meqale nesr etdirmisdi Heyat in 8 dekabr 1905 ci il tarixli nomresinde derc olunan CemiyyetiXeyriyye binasi meqalesinde H Zerdabi Xeyriyye Cemiyyetini tesis etmekle xalqin rifahini yukseltmeyi onun iqtisadi medeni heyatini yaxsilasdirmagi ve bu yolla mekteblerin sayinin artirilmasinin mumkunluyunu dusunurdu Boyuk publisist meqalesinde veziyyetin muqayiseli tehlilini vererek yazirdi Bizim Baki seherinde her ilde mersiyexanalar ucun nece min manat pul yigilir ve ya fagir fuqera adina ondan da artiq xerc olur Amma onlardan millete hec bir xeyir yoxdur Hetta zereri de var Cunki bu sebeble ilbeil mersiyexanalarin ve qeyri dilencilerin qederi de artir Muellif gosterirdi ki mersiyexanalara yigilan hemin vesaite mektebler acilsa pese senet ocaqlari yaradilsa xeyriyye cemiyyetleri duzeldilse xalqa cox xeyiri deye biler Sozugeden meqalede H Zerdabi zamani kecmis dovrle uygunlasmayan qedim adetleri deyisdirib zemaneye muvafiq is gormek telebini ireli sururdu Halva demekle agiz sirin olmaz atalar misalini cekib ziyalilari herekete kecmeye xalqi maariflendirmeye sesleyirdi H Zerdabi medeni tereqqi yolunda butun vasitelerden soz acaraq milli teatrin xalqa vereceyi imkanlardan behs eden Bakida muselman teatrinin binasi meqalesini Heyat in 13 dekabr 1905 ci il sayinda derc etmisdi 1873 cu ilde H Zerdabi Baki real gimnaziyasinin sagirdlerinden N Vezirovun E Adigozelovun ve diger telebelerin yaxindan istiraki ile Azerbaycan milli teatrinin esasini qoymus xalqi medeniyyete maarife celb etmeye sey etmisdi Muellif oz meqalesinde o dovrden xeyli vaxt kecmesine baxmayaraq xalqin bu medeniyyet ocagina etinasiz yanasmasini urek agrisi ile qarsilayaraq yazirdi Nece il bele teatr cixardiq ise de Baki muselmanlarina teatra getmeyi oyrede bilmedik Cunki o vaxtda onlar gun batandan sonra evden cole cixmagi gunah sayirlar Ekinci qezetinin yaranmasina diqqet ceken H Zerdabi Heyat in 28 dekabr 1905 ci il ve 3 yanvar 1906 ci il tarixli sayinda Rusiyada evvelinci turk qezetesi meqalesini derc etdirmisdi Metbu sozun imkanlarini xalqin maariflenmesinde dircelisinde esas faktorlardan biri hesab eden boyuk mutefekkir yazirdi Bir bulagin suyunun altina ne qeder boyuk das qoysan bir nece ilden sonra o su tokulmekden o das murur ile eriyib desilir habele soz de beyinlere eser eder sonra dusmenin dusmenliyi dostun dostlugu ve dost gosteren yolun dogru olmasi askar olar Heyat daki keskin yazilarinda H Zerdabi dovlet qulluqcularinin rusvet almasina pul gucune onlarin haqqinin tapdanmasina edaletli deyil edaletsizliyi mudafie etmelerine etiraz edir xalqi bu eybecer usullara qarsi muqavimete sesleyirdi Kend mirzelerinden xilas olmaliyiq meqalesinde muellif eyaletlerde ozbasinaliqdan qanunsuz emellerden yazirdi Bizim kend ehli hec ag gun gormeyib Onu hemise soyub doyubler ondan rusvet aliblar Bele perveris tapan adami hec inandirmaq olmaz ki dunyada temiz adam ola Rusvet vermeye onlar adet edirler ve rusvet alani da cox yaxsi adam hesab edirler Meqalenin capindan bir esrden cox kecmesine baxmayaraq sanki bu sitat muasir Azerbaycan jurnalistikasinin hansisa bir numunesinden goturulub ve bu problem indi cemiyyeti en cox dusunduren meseledir Heyat qezetinin 4 ve 11 yanvar 1906 ci il tarixli saylarinda derc olunan Zindeganliq davasi ve yaxud dirilik mubarizesi ve Ittihadi lisan serlovheli meqalelerinde maarifci demokrat cebhesinin komandani olan Hesen bey heqiqi vetenperverliyi esil insaniyyeti xalqi qeflet yuxusundan oyatmaqda gorur ve xalqa uz tutub deyirdi Oxuyun elm tehsil edin O Ittihadi lisan meqalesinde elmsiz cemiyyeti qaranliq otaga benzedirdi Elm tehsil etmeye baslayan tayfa qaranliq otagin qapisini acib cole cixan kimidir ki bu zaman gunun isigi onun gozlerini nurlandirmaqdan basqa otagin da icine daxil olub orada olan seyleri artiq isiqlandirib bir qeyri surete salir Tibbe tebiete gigiyenik qayda qanunlardan behs eden publisistik yazilarda Hesen bey Zerdabi insanlara xarici alem baresinde tesevvurler formalasdirmaga hadise ve proseslerin sebebini dogru anlamaga komek eden maarifci movqe numayis etdirirdi Gorkemli ictimai siyasi xadim yazici dramaturq publisist Neriman Nerimanov da Heyat in metbu imkanlarindan yararlanmis muxtelif sepkili yazilarini derc etdirmisdi N Nerimanov dovrun teleblerine uygun olaraq felyeton janrinda qeleme aldigi 50 den cox yazini Heyat in sehifelerinde cap etdirerek oxuculara catdirmisdi N Nerimanovun Heyat daki publisist yazilarinda esasen 1905 ci il inqilabi onun Azerbaycana tesiri xalqin milli oyanisi prosesleri oz eksini tapmisdir Publisistikasinda oz fikir ve dusuncelerini daha asan yolla xalqa catdirmaq ucun N Nerimanov muxtelif edebi bedii vasitelerden ustaliqla istifade edirdi Sifahi xalq edebiyyatindan klassik Azerbaycan yazicilarinin ve Qerb mutefekkirlerinin eserlerinden numuneler getirerek felyetonlarini meqalelerini maraqli ve oxunaqli sekle salirdi Ana dili meselesine onem veren publisist bu movzuya Heyat da derc etdirdiyi yazilarda dogma dilin inceliklerine toxunur hemcinin Azerbaycani azad ve firavan gormek isteyirdi Veten ana dili insan anlayislarina sosial mezmundan ferqli bedii yanasma terzi ortaya qoyan Nerimanov Heyat in 30 iyul 1906 ci il tarixli sayinda yazirdi Veten insanin evidir Nece ki evinde her bir seye ixtiyarin var nece ki evin bedbextliyi seni qem dunyasina mubtela edir xosbextliyi sad edir ele de ozun ucun Veten bildiyin memleketde ixtiyarin gerekdir ola onun bedbextliyi gerek ureyini daglaya xosbextliyi seni sad xurrem ede N Nerimanovla yanasi Heyat da Dervis imzasi ile felyetonlar cap etdiren Necef bey Vezirov da calisirdi O qezetde Balaca muteferriqe basligi altinda Dervis imzasi ile 50 den cox felyeton cap etdirmisdi N Vezirov cap etdirdiyi edebi bedii eserlerde cehaletin ve islam fanatizminin movhumatm toretdiyi neticeleri tenqid edirdi Heyat in 21 iyun 1905 ci il tarixli sayinda derc etdirdiyi felyetonda muellif yazirdi Omrumde her ne sikayetim varsa hamisi o meni tengenefes eden cehaletdir Xudaya ne vaxt o zulmetden xilas olacagiq Hemcinin baxEkinci qezet Azerbaycan metbuatiMenbeIstinadlar Azerbaycan metbuat tarixi 1875 1920 2023 07 23 tarixinde Istifade tarixi 2018 07 11 Edebiyyat Veliyev Akif Abdulezim oglu Azerbaycan metbuat tarixi 1875 1920 Baki Elm ve Tehsil 2009 296 seh Xarici kecidler Muzeyde Heyat qezetinin atlas parca uzerinde cap olunmus ilk sayi qorunur Milli Azerbaycan Tarixi Muzeyi az Istifade tarixi 2024 01 03