Azərbaycan milli mətbuatı — 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin redaktorluğu ilə ilk nömrəsi işıq üzü görən "Əkinçi" qəzetinin nəşri ilə bünövrəsi qoyulan Azərbaycan mətbuatı o dövrdən indiyədək uğurlu yol qət etmişdir.
Tarixi
1832-ci ildə "Tiflis əxbarı" qəzeti və 1845-ci ildə "Zaqafqazski vestnik" qəzetinə "Qafqazın bu tərəfin xəbəri" adlı Azərbaycanca buraxılan əlavə milli mətbuatın yaradılması istiqamətində atılmış ilk addımlar olmuşdur. Rəsmi bülleten xarakteri daşıyan həmin nəşrlər sözün əsl mənasında hələ qəzet adlandırıla bilməzdi.
Bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani yaxından iştirak etmişdir..
"Əkinçi" elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc edirdi. Qəzetin qazandığı ən böyük uğurlar ilk növbədə onun dilinin xalq dilinə yaxın, sadə və səlis olması idi. Xalqın elmi və mədəni cəhətdən tərəqqi etməsi uğrunda çalışan "Əkinçi" qadın azadlığı və qadın təhsili ideyasını təbliğ edən ilk Azərbaycan qəzeti olmuşdur. O, dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar edirdi. Qəzetdə təbiət elmləri və kənd təsərrüfatının inkişafı ilə bağlı elmi-kütləvi məqalələr verilirdi. "Əkinçi" Azərbaycandan kənarda da — Gürcüstan, Dağıstan, Özbəkistan və başqa yerlərdə yayılırdı.
1877-ci ildə "Əkinçi" qəzeti bağlandıqdan sonra müxtəlif səylər göstərilməsinə baxmayaraq Azərbaycanda bir müddət Azərbaycanca mətbu orqan çıxmamışdır. Ölkədə cərəyan edən ictimai proseslər və cari məsələlər bir müddət yerli rusdilli mətbuatda öz əksini tapırdı. Bakıda rus dilində çıxan ilk qəzet isə birinci nömrəsi 1871-ci ilin mart ayında işıq üzü görən "Bakinski listok" olmuşdur. 1876-cı ildə ikinci rusdilli qəzet "Bakinskiye izvestiya" nəşrə başlamışdır. Rusdilli qəzetlər içərisində daha uzunömürlü olmuş "Kaspi"nin 1897-ci ildən etibarən nəşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüş və təxminən həmin dövrdən onun redaktoru Əlimərdan bəy Topçubaşov, sonralar isə Əlibəy Hüseynzadə olmuşdur. Rus dilində nəşr edilən qəzetlər Azərbaycan səhifəsi yaratmaq təşəbbüsü göstərsələr də buna nail ola bilməmişlər. 1879-cu ildə Ünsizadə Tiflisdə "Ziyayi-Qafqaziyyə" qəzetini çıxarmağa nail olmuşdur. Qəzetin cəmi 104 nömrəsi çıxdıqdan sonra 1880-ci ildə o, çapını dayandırmışdır. 1883–1891-ci illərdə Tiflisdə "Əkinçi" üslubunu davam etdirən "Kəşkül" qəzeti və jurnalı çıxırdı.
XX əsrin əvvəlində Azərbaycan mətbuatı
XX əsrdə isə Azərbaycan dilində çıxan ilk qəzet Məhəmməd ağa Şahtaxtinskinin 1903-cü ildə Tiflisdə buraxdığı ictimai-siyasi, iqtisadi, elmi, ədəbi "Şərqi-rus" qəzeti olmuşdur. Qəzetin Azərbaycanda ictimai fikir tarixinin inkişafında xüsusi yeri olmuşdur. Qəzetdə dünyəvi elmlər, ana dili, qadın azadlığı ilə bağlı mütərəqqi fikirlər öz əksini tapırdı. "Şərqi-rus" qəzeti Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemənzadə , Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi böyük maarifçiləri öz ətrafında birləşdirə bilmişdi. Qəzetin ən böyük xidmətlərindən biri də Cəlil Məmmədquluzadəni bir jurnalist kimi üzə çıxarması oldu. O, mətbuatda demokratik cərəyanın bərqərar edilməsində mühüm rol oynayan peşəkar bir redaktor kimi məhz bu qəzetdə yetişmişdir.
Çar hökumətinin oktyabr bəyannaməsindən sonra ölkənin hər tərəfinə yayılan mətbuat, buluddan sivrilib çıxan ulduzlar kimi parlamağa başlamışdı. O dövrdə Azərbaycan ziyalıları arasında siyasi-ictimai fikrin istiqamətini, məslək mübarizələrini müəyyən etmək, bunların nə qədər ziddiyyətli, mürəkkəb şəraitdə getdiyini bilmək üçün 1917-ci ilə qədər çıxan, qapanan və yenidən çıxan, adını, ünvanını, hətta yolunu dəyişən müxtəlif qəzet və məcmuələri gözdən keçirmək kifayətdir. Bakıda "Kaspi" mətbəəsindən əlavə Tiflisdə və Gəncədə kiçik mətbəələr yaranmışdı. Xüsusilə Orucov qardaşlarının bu sahədəki fəaliyyəti nəticəsində mətbəələr genişlənir, istər qəzet, məcmuə və istərsə kitab nəşri üçün böyük imkan yaranırdı. Şuşa, Naxçıvan kimi şəhərlərdə də zəif, məhdud imkanla olsa da, çapxana binası qoyulurdu.
"Təkamül" ilk nömrəsini Məhəmməd Hadinin "El fəryadı" adlı azadpərəst şeiri ilə başlayır. Şair millətin səadətini hürriyyətdə görür. "Təkamül" uzun müddət davam edə bilmədi. 1907-ci ildə onun əvəzinə "Yoldaş" nəşr olundu, o da tez bağlandı. Bu dövrdə müxtəlif dünyagörüşləri təmsil edən qəzet və jurnallar nəşr olunur, sürətlə bir-birini əvəz edirdilər ki, bunlardan "Molla Nəsrəddin", "Dəvət-Qoç", "Bakinski raboçi", "Dəbistan", "Hilal", "Tərəqqi", "Tuti", "Kəlniyyət", "Babayi-Əmir" və s. göstərmək olar.
Qəzetlər arasında az-çox ardıcıl demokratik xətti Haşım bəy Vəzirovun nəşr etdirdiyi "Tazə həyat" (1907–1908), "İttifaq" (1908–1909), "Səda" (1909–1911), "Sədayi-vətən" (1911–1912), "Sədayi-həqq", "Sədayi-Qafqaz"da (1915–1916) görmək olar.
"Məzəli" jurnalı "Molla Nəsrəddin"dən sonra mətbuat tarixində ən məzhəkə jurnalıdır. Burada günün siyasi həyatı kəskin bir qələm ilə əks olunur. "Məzəli" yalnız ümumi məsələlərdən yox, ölkənin daxili vəziyyətindən, şəhər həyatından da bəhs edirdi. Burada köhnə pərəstlər, avamlar, maarif və mədəniyyət düşmənləri, rüşvətxorlar, yalançı ruhanilər şiddətlə tənqid olunurdular. "Məzəli"də Əli Nəzmi, Məmməd Səid Ordubadi, Əliağa Vahid, Cənnəti və s. qüvvətli qələm sahibləri iştirak edirdilər.
"Dəbistan" (1906–1907), "Rəhbər" (1906), "Məktəb" (1911–1917) isə tərbiyə və məktəb məsələlərindən bəhs edən pedaqoji məcmuələr idi. Burada sadə dildə şeirlər, hekayələr, nağıllar, məsəllər çap olunurdu. Süleyman Sani Axundovun "Qorxulu nağıllar"ı, bir sıra müəlliflərin (Abdulla Şaiq, M. A. Əliyev, Ə. M. Mustafayev və b.) yazdığı "Gülməli nağıllar" bu nəşrlərin ən faydalı yazılarındandır.
"Şərqi-rus" qəzeti ətrafında formalaşmış yaradıcı heyət Azərbaycanda mətbuatın inkişafının yeni mərhələsinin başlanması üçün zəmin yaratdı. Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə 1906-cı il aprelin 7-də Tiflisdə həftəlik illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı — "Molla Nəsrəddin" işıq üzü gördü. "Molla Nəsdəddin" jurnalı 1906–1917-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922–1931 illərdə Bakıda nəşr edilib.748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.
SSRİ dövrü
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra mətbuatın inkişafı daha çox partiyalı mövqe ilə bağlı idi. Respublikanın "Kommunist" (ilk nömrəsi 1919-cu ildə çıxmışdır), "Bakinski raboçi" (1906-cı ildən çıxır), "Vışka" (1928-ci ildən çıxır), "Azərbaycan gəncləri", "Molodyoj Azerbaydjana" (ilk nömrələri 1919-cu ildə çıxmışdır), "Bakı", "Baku" (1958-ci ildən çıxır), "" (1934-cü ildən çıxır) və sair tanınmış mətbuat orqanlarında kommunist ideologiyası ilə bağlı məsələlərlə yanaşı respublikanın iqtisadi, elmi, mədəni inkişafı ilə əlaqədar problemlər də öz əksini tapırdı.
1919-cu ildə 20-dən çox bolşevik qəzeti nəşr olunmuşdur. Azərbaycan dilində "Bakı Fəhlə Konfransının Əxbarı", "Azərbaycan gəncləri", "Hürriyyət","Haqq", "Füqəra sədası", "Zəhmət sədası", "Oktyabr inqilabı", "Gənc işçi", "Azərbaycan füqərası", rus dilində "Nabat", "Molot", "Proletari", "Raboçi put", "Qolos truda", "Bednota", "Molodoy raboçi", "Novı mir", və başqaları Azərbaycan bolşeviklərinin nəşr etdikləri qəzetlər idi. Doğrudur, bu qəzetlərin ömrü çox az olmuş, bəzilərinin cəmi bir və ya bir neçə nömrəsi çıxmışdır. "Kommunist" qəzeti "Hümmət’’, "Qoç-Dəvət", "Təkamül", "Yoldaş", "Hümmət" (1917–1918-ci il-lər), "Bakı Şurasının Əxbarı" kimi bolşevik qəzetlərinin davamçısı olaraq meydana atıldı.
"Kommunist" 1919-cu il avqustun 29-da həyata gəldi. "Kommunist" in 1919-cu il gizli çıxan nömrəsini Ruhulla Axundov redaktə etmişdi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci il aprelin 30-da Əliheydər Qarayevin redaktorluğu ilə"Kommunist" leqal şəkildə öz nəşrinə başladı.
Azərbaycanda sovet hakimiyyətinin ilk illərində "Kommunist" və "Bakinski raboçi" qəzetlərinin səhifələrində qəzalardan tez-tez materiallar dərc olunurdu. 1923-cü il iyunun 16-da Bakıda "Kəndçi qəzetəsi"nin birinci nömrəsi çapdan çıxdı. Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi (KPMK) 1923-cü il iyulun 2-də Bakıda Şərq qadınlarının, xüsusilə Azərbaycan qadınlarını ictimai-siyasi həyata alışdırmaq məqsədilə aylıq, ədəbi, ictimai və siyasi jurnal olan "Şərq qadını"nın nəşr olunmasını qərara aldı. "Şərq qadını"jurnalının 1-ci nömrəsi 1923-cü ilin noyabrında 40 səhifədən ibarət 1000 nüsxə tirajla çapdan çıxmışdır. Jurnalın ilk redaktoru Ayna Sultanova olmuşdur. 1938-ci ildən "Şərq qadını", "Azərbaycan qadını" adı ilə nəşr olunmağa başlayıb.
1927-ci ilin fevralında "Pioner" jurnalı kütləvi tirajla çıxmağa başladı.
1934-cü il sentyabrın 2-də "Kommunist maarifi" qəzeti nəşrə başladı. 1938-ci ildə adı dəyişdirilərək "Müəllim qəzeti" adlandırıldı. Qəzet 1941-ci ilin iyununadək bu adla nəşr olundu. 1946-cı ilin aprelindən "Azərbaycan müəllimi" adı ilə yenidən nəşrə başlayan qəzet sonrakı illərdə də bu adla yaşadı.
İdman mətbuatınının ən böyük tarixə malik nəşri olan "İdman" qəzeti həm də Azərbaycan mətbuatının ən qocamanlarından biri sayılır. 1932-ci ildə ilk dəfə "Azərbaycan bədən tərbiyəçisi" ("Fizkulturnik Azerbaydjana") adı altında işıq üzü görmüş "İdman" qəzetinin artıq 70 — dən çox yaşı var. Sonrakı illərdə "Ədəbiyyat" (1933)", Azərbaycan pioneri" (1938), "Kirpi" jurnalı (1952), "Bakı " (1958) və s. qəzetləri meydana gəlmişdir. Sovet ideologiyasına xidmət etməsinə baxmayaraq, "Kirpi" müxtəlif nəsillərə mənsub olan peşəkar karikaturaçı rəssamları bir araya gətirə bilmişdi. Jurnala marağın artması, oxunaqlı olması bu sahəyə 1950–1960-cı illərdə Azərbaycanın rəssamları olan T. Salahov, K. Kazımzadə, G. Müstafayeva kimi şəxsiyyətləri cəlb etmişdi. Dövrün eybəcərliklərini əks etdirən felyeton, atmaca və karikaturalarla oxuyucularının pozulmuş hüquqlarını bərpa edir. 2012-ci il iyul ayının 10-u "Kirpi" jurnalının nəşrə başlamasının 60 illiyinə həsr olunmuş tədbir və sərgi keçirilmişdir. 30-cu illərdən başlayaraq Azərbaycan mətbuatı insanların cəzalandırma, represiya olunması alətinə çevrildi. Öz şəxsi əmlakını kolxoza verməyənlər, kollektivləşməyə etinasız yanaşanlar mətbuat səhifələrində xalq düşməni elan edilirdi. Jurnalistlər bu tip insanların aşkarlanıb cəzalandırılmasında partiya-sovet orqanlarının köməkçisi funksiyalarını daşıyırdılar: "Stalin şəxsiyyətinə pərəstiş formalaşması da 30-cu illərin ortalarından başlayır. Təkcə fəhlə və kəndlilərin deyil, xalqın dəyərli ziyalılarının ədiblərinin, elm adamlarının 37-ci ilin represiya "maşınında" məhv edilməsi prosesinə hazırlıq aparılırdı. Bu cür kütləvi təqib-təzyiq mexanizmlərinin işlədiyi, insanların əmlakının zorla alınıb fərdi təsərrüfatların, təşəbbüslərin ləğv edildiyi dönəmdə yeni sovet insanının savadsızlığını aradan qaldırmaq üçün tədbirlər də həyata keçirildi. 30-cu illərin başlanğıcında savadsızlığın ləğvi sahəsində kütləvi tədbirlərə başlanıldı. "Savadsızlığı ləğv etmək işi haqqında 1929-cu il may ayının 17-də qəbul edilmiş partiya qərarında milli respublikalarda savadsızlığın ləğv edilməsi bütün mədəni işin əsas və ən mühüm vəzifəsi kimi qeyd olunur. Aparılan tədbirlərin nəticəsində fəhlə və kəndlilərin oxuyub-yazmağa marağı getdikcə artırdı. Azərbaycan mətbuatı bu işin həyata keçirilməsində böyük fədakarlıqlar göstərir, qəzetlər əlifbanı öyrənənlər üçün xüsusi səhifələr ayırır, metodiki məqalələr çap edir, qabaqcıl "mədəni əsgərlərin" iş təcrübəsini yayırdılar. "Kommunist", "Kəndli qəzeti", "Komsomol" jurnalının bütöv səhifələri "Savad kursları"na həsr olunurdu. 1930-cu ildən başlayaraq bir çox savad məktəblərində, qruplarında əlifbanı öyrətməklə yanaşı, "siyasi dərslər" təlim olunurdu, ölkədəki vəziyyət, partiyanın siyasəti izah edilirdi. Savadsızlığın ləğv edilməsi işinin zəhmətkeşlərin siyasi maariflənməsi ilə əlaqələndirilməsi partiya və hökumətin maraqlarına tam cavab verirdi. Çünki bu yolla hakim "siyasət və ideologiya" kütlələrin şüuruna yeridilməli, onlar "sosializm"in tərəfdarları kimi tərbiyələndirilməli idilər.
Savadsızlığın ləğv edilməsi tədbiri əlifba islahatının keçirilməsi ilə paralel aparıldı. Azərbaycan MİK və Azərbaycan SSR XKS 1928-ci il iyulun 21-də "Azərbaycanda yeni türk əlifbasının icbari və qəti olaraq tətbiq olunması" haqqında qərar qəbul etdi. "Bakinski raboçi" qəzeti 22 iyul 1928-ci il tarixli sayında əlifba islahatı ilə bağlı yazırdı: "Azərbaycanın əldə edəcəyi ümumi savadlılıq yalnız yeni əlifba sayəsində mümkündür". Yeni türk əlifbasının tətbiqi üçün yaradılan komissiyaya Səmədağa Ağamalıoğlu rəhbərlik edirdi. Q. Musabəyov, Ə. Qarayev, A. Məmmədov, İ. Konuşkin, Q. Hüseynov, K. İşkova və M. Quliyev komissiyanın üzvü kimi fəaliyyət göstərirdilər. 1929-cu il yanvarın 1-dən Azərbaycan SSRİ-nin yeni əlifbaya keçməsi rəsmən elan olundu və hökumətin "Azərbaycanın bütün fəhlələri və kəndlilərinə" müraciəti qəbul edildi. "Yeni yol" qəzeti bu barədə 21 iyun 1928-ci il sayında yazırdı: "Yeni əlifbanın tətbiqi savadsızlığın ləğv edilməsi işini xeyli asanlaşdıracaq, kütlələrin maariflənməsi yüksəlişinə böyük maraq yaradacaq". Böyük rus yazıçısı Maksim Qorki Azərbaycanın bu işdə qabaqcıl rolunu xarakterizə edərək yazırdı: "Azərbaycan xalqı bütün Şərq xalqlarının gözü önündə qəti addımlar atıb və əlifba islahatını həyata keçirməklə bütün xalqlara gələcəyin yolunu göstərib". Latın qrafikalı yeni əlifbanın Azərbaycanda tətbiqi xəbəri ölkənin sərhədlərindən də kənara çıxdı. Əlifba islahatı Türkiyədə də həyata keçirildi. 1928-ci ilin əvvəlində "Əş-Şura" qəzeti xəbər verirdi ki, Türkiyə ictmaiyyətinin səlahiyyətli nümayəndələrinin İstanbulda keçirilən konfransı qərara alır ki, xalq latın əlifbasından istifadə etməlidir. Həmin ilin iyununda BMM-in yığıncağında yeni əlifbanın tətbiqi üçün xüsusi komissiya yaradıldı, payızda isə Türkiyə latın əlifbasına keçdi. Vahid şəklə salınmış latın əlifbası Azərbaycanda 1932-ci ilin iyununda qəbul edildi. Lakin diqqət və elmi müzakirələr nəticəsində hazırlanmış, bir çox cəhətdən təkmilləşdirilərək vahid şəklə salınmış latın əlifbası təəssüf ki, uzun müddət davam etmədi. Artıq 30-cu illərin ortalarında Sovetlər İttifaqının latın əlifbasına keçmiş digər respublika və vilayətlərində olduğu kimi Azərbaycanda da rus-kiril yazı qrafikasına keçirilməsi uğrunda hərəkat başlanıldı. Rus qrafikasına keçirilməsinə heç bir zərurət olmasa da bu, əslində Mərkəzin "hakim, şovinist iddiasından doğan" məcburi tədbir idi. Azərbaycan SSR Ali Sovetinin növbəti sessiyası 1939-cu ilin iyulunda latın əlifbasının kirillə əvəz edilməsi haqqında qanun qəbul etdi və bu qanun 1940-cı ilin yanvarın 1-dən qüvvəyə mindi. Bununla da ölkədə rus dilinin fəaliyyət dairəsi genişləndirildi. Beləliklə tarixən qısa zaman kəsiyində Azərbaycanda iki dəfə əlifba dəyişildi və çoxcəhətli, rus şovinizmindən doğulan milli mədəniyyətlərin sıradan çıxarılmasına yönələn bu tədbir Azərbaycan mətbuatının jurnalistikasının inkişafının qarşısını aldı, savadsızlığın ləğvi ilə oxucu auditoriyası qazanan qəzetlər öz oxucularının bir qismini itirdi.
Müəllif əsərində qeyd edib ki, həmin dövrdə qəzetlər rəsmi dövlət siyasətinin "marksist-leninçi" ideyalarının təbliği, sosialist qurucuları olan yeni insanların formalaşması üçün güclü partiya silahı idi. Qəzetlərin keyfiyyətli çapı üçün mətbəələrin yaradılması prosesinə diqqət yönəldilirdi: "1933–1934-cü illərdə Bakıda böyük texniki imkanlara sahib "Mətbuat sarayı" adlı mətbəə fəaliyyətə başladı. SSRİ məkanında aparılan inzibati-ərazi dəyişikliyi ilə əlaqədar olaraq1930-cu ilin avqustunda qəzet şəbəkəsinin yenidən qurulması, inkişafı haqqında qərar qəbul edildi.
Həmin qərarın əsasında SSRİ məkanında olduğu kimi Azərbaycanda rayon qəzetlərinin geniş şəbəkəsinin yaradılmasına başlanıldı. Yeni rayon qəzetləri işıq üzü gördü. Bu dövrdə rayonlarda yeni mətbəələrin qurulması və inkişafı MK-nın rəhbərliyi altında Bakı poliqrafiya tresti tərəfindən həyata keçirilirdi. Artıq 1932-ci ilin axırlarında respublikamızın 32 rayonunda mətbəə təşkil edildi. Aparılan statistik göstəricilərə görə, 1939-cu ildə Azərbaycan dilində 80-dən artıq qəzet nəşr olunurdu. Bir çox müəssisələrin, sovxoz və kolxozların da öz qəzetləri vardı. 1937-ci ildə 834 min nüsxə tirajla 45 jurnal çıxırdı. Fəhlə-kəndli müxbirləri hərəkatı 1934-cü ildə 18 min nəfəri əhatə edirdi.
Müasir mətbuat
Bütün Sovet Sosialist Respublikası İttifaqında (SSRİ) başlayan yenidənqurma havası Azərbaycana da çatdı və ictimai mühitə kəskin təsir göstərdi. Millətin dirçəliş dövrü kimi tarixdə qalan 1989-cu ildə "Azərbaycan" qəzeti yaradıldı. Müstəqil mətbuatın qaranquşları hesab edilən "Səhər" qəzeti 1989-cu ilin 4 avqust tarixində və "Azadlıq" qəzeti 1989-cu ilin 24 dekabr tarixində işıq üzü gördülər. "Səhər"ə tanınmış jurnalist Məzahir Süleymanzadə, "Azadlıq"a tanınmış jurnalist Nəcəf Nəcəfov rəhbərlik edirdilər.
1990-cı ildə "Zerkalo", "Səs", 1991–92-ci illərdə "Yeni Müsavat", "İki Sahil", "525-ci qəzet", "Yeni Azərbaycan" qəzetləri nəşr olunmağa başladı.
1998-ci ilin avqust ayının 6-da prezident Heydər Əliyevin imzaladığı xüsusi Sərəncamla Azərbaycanda mətbuat üzərindən senzura götürüldü. Həmçinin, 1999-cu ildə Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında Azərbaycan Respublikasının Qanununun (ARQ), digər hüquqi-normativ aktların qəbulu həyata keçirilib.
Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin (KİV) inkişafına Dövlət Dəstəyi Konsepsiyası (DDK) kimi mühüm bir sənəd təsdiq olunmuşdur. Konsepsiyaya uyğun olaraq 22 may 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (DDF) yaradılmışdır.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbuat orqanı-qəzet və jurnal fəaliyyət göstərir. Milli mətbuatımız illər keçdikcə daha da büllurlaşacaq, saflaşacaqdır. Azərbaycan Respublikasının Prezidentinin sərancamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün — 22 iyul Milli mətbuat və jurnalistika günü kimi qeyd olunur.
Ədəbiyyat
- Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Bakı, 27 mart 2000-ci il, № 308.
- Azərbaycan mətbuat tarixi Akif Şahverdiyev, Əhməd Vəliyev. "Təhsil " nəşriyyatı, 2006–248 səh.
İstinadlar
- "YouTube". www.youtube.com (az.). 2024-05-01 tarixində . İstifadə tarixi: 2024-05-01.
- Məmmədov E. E. M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının dövri mətbuat fondu: tarixi, müasir vəziyyəti, oxuculara xidmət və inkişaf perspektivləri (1923–2007-ci illər): Monoqrafiya / E. E. Məmmədov; Elmi redaktor: t.ü.e.d., prof. A. A. Xələfov; Azərbaycan Respublikası Təhsil Nazirliyi, ADMİU. Bakı: Mütərcim, 2018, 256 s., ISBN: 978-9952-28-402-7.
- "M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının dövri mətbuat fondu". 2022-03-17 tarixində . İstifadə tarixi: 2020-03-08.
- "Arxivlənmiş surət". 2021-12-25 tarixində . İstifadə tarixi: 2021-12-25.
- http://www.azeribalasi.com/azerbaycan-185/azerbaycan-metbuat-tarixi-80855/ 2014-06-30 at the Wayback Machine
- (PDF) https://www.ebooks.az/view/4Z260hLS.pdf (#bare_url_missing_title).
Mənbə
- Mir Cəlal. Azərbaycanda ədəbi məktəblər. Bakı: "Ziya-Nurlan" NPM, 2004, 392 səh.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycan milli metbuati 1875 ci il iyulun 22 de Hesen bey Zerdabinin redaktorlugu ile ilk nomresi isiq uzu goren Ekinci qezetinin nesri ile bunovresi qoyulan Azerbaycan metbuati o dovrden indiyedek ugurlu yol qet etmisdir Tarixi1832 ci ilde Tiflis exbari qezeti ve 1845 ci ilde Zaqafqazski vestnik qezetine Qafqazin bu terefin xeberi adli Azerbaycanca buraxilan elave milli metbuatin yaradilmasi istiqametinde atilmis ilk addimlar olmusdur Resmi bulleten xarakteri dasiyan hemin nesrler sozun esl menasinda hele qezet adlandirila bilmezdi Bunovresi 1875 ci il iyulun 22 de Ekinci qezetinin ilk nomresinin nesri ile qoyuldu Qezetin erseye gelmesinde Mirze Feteli Axundov Seyid Ezim Sirvani Necef bey Vezirov Esger aga Gorani yaxindan istirak etmisdir Ekinci elm maarif ve medeniyyetin edebiyyat ve incesenetin inkisafina yeni tipli mekteblerin yaradilmasinin zeruriliyine aid materiallar derc edirdi Qezetin qazandigi en boyuk ugurlar ilk novbede onun dilinin xalq diline yaxin sade ve selis olmasi idi Xalqin elmi ve medeni cehetden tereqqi etmesi ugrunda calisan Ekinci qadin azadligi ve qadin tehsili ideyasini teblig eden ilk Azerbaycan qezeti olmusdur O dini movhumata xurafata ve cehalete qarsi keskin cixislar edirdi Qezetde tebiet elmleri ve kend teserrufatinin inkisafi ile bagli elmi kutlevi meqaleler verilirdi Ekinci Azerbaycandan kenarda da Gurcustan Dagistan Ozbekistan ve basqa yerlerde yayilirdi 1877 ci ilde Ekinci qezeti baglandiqdan sonra muxtelif seyler gosterilmesine baxmayaraq Azerbaycanda bir muddet Azerbaycanca metbu orqan cixmamisdir Olkede cereyan eden ictimai prosesler ve cari meseleler bir muddet yerli rusdilli metbuatda oz eksini tapirdi Bakida rus dilinde cixan ilk qezet ise birinci nomresi 1871 ci ilin mart ayinda isiq uzu goren Bakinski listok olmusdur 1876 ci ilde ikinci rusdilli qezet Bakinskiye izvestiya nesre baslamisdir Rusdilli qezetler icerisinde daha uzunomurlu olmus Kaspi nin 1897 ci ilden etibaren nesirliyini Haci Zeynalabdin Tagiyev oz uzerine goturmus ve texminen hemin dovrden onun redaktoru Elimerdan bey Topcubasov sonralar ise Elibey Huseynzade olmusdur Rus dilinde nesr edilen qezetler Azerbaycan sehifesi yaratmaq tesebbusu gosterseler de buna nail ola bilmemisler 1879 cu ilde Unsizade Tiflisde Ziyayi Qafqaziyye qezetini cixarmaga nail olmusdur Qezetin cemi 104 nomresi cixdiqdan sonra 1880 ci ilde o capini dayandirmisdir 1883 1891 ci illerde Tiflisde Ekinci uslubunu davam etdiren Keskul qezeti ve jurnali cixirdi XX esrin evvelinde Azerbaycan metbuati XX esrde ise Azerbaycan dilinde cixan ilk qezet Mehemmed aga Sahtaxtinskinin 1903 cu ilde Tiflisde buraxdigi ictimai siyasi iqtisadi elmi edebi Serqi rus qezeti olmusdur Qezetin Azerbaycanda ictimai fikir tarixinin inkisafinda xususi yeri olmusdur Qezetde dunyevi elmler ana dili qadin azadligi ile bagli mutereqqi fikirler oz eksini tapirdi Serqi rus qezeti Celil Memmedquluzade Mirze Elekber Sabir Abbas Sehhet Omer Faiq Nemenzade Huseyn Cavid Memmed Seid Ordubadi Eliqulu Qemkusar Eli Nezmi kimi boyuk maarifcileri oz etrafinda birlesdire bilmisdi Qezetin en boyuk xidmetlerinden biri de Celil Memmedquluzadeni bir jurnalist kimi uze cixarmasi oldu O metbuatda demokratik cereyanin berqerar edilmesinde muhum rol oynayan pesekar bir redaktor kimi mehz bu qezetde yetismisdir Car hokumetinin oktyabr beyannamesinden sonra olkenin her terefine yayilan metbuat buluddan sivrilib cixan ulduzlar kimi parlamaga baslamisdi O dovrde Azerbaycan ziyalilari arasinda siyasi ictimai fikrin istiqametini meslek mubarizelerini mueyyen etmek bunlarin ne qeder ziddiyyetli murekkeb seraitde getdiyini bilmek ucun 1917 ci ile qeder cixan qapanan ve yeniden cixan adini unvanini hetta yolunu deyisen muxtelif qezet ve mecmueleri gozden kecirmek kifayetdir Bakida Kaspi metbeesinden elave Tiflisde ve Gencede kicik metbeeler yaranmisdi Xususile Orucov qardaslarinin bu sahedeki fealiyyeti neticesinde metbeeler genislenir ister qezet mecmue ve isterse kitab nesri ucun boyuk imkan yaranirdi Susa Naxcivan kimi seherlerde de zeif mehdud imkanla olsa da capxana binasi qoyulurdu 1911 ci ilde teqiblerle hebs ve surgun edilmis Azerbaycan jurnalistleri Tekamul ilk nomresini Mehemmed Hadinin El feryadi adli azadperest seiri ile baslayir Sair milletin seadetini hurriyyetde gorur Tekamul uzun muddet davam ede bilmedi 1907 ci ilde onun evezine Yoldas nesr olundu o da tez baglandi Bu dovrde muxtelif dunyagorusleri temsil eden qezet ve jurnallar nesr olunur suretle bir birini evez edirdiler ki bunlardan Molla Nesreddin Devet Qoc Bakinski raboci Debistan Hilal Tereqqi Tuti Kelniyyet Babayi Emir ve s gostermek olar Qezetler arasinda az cox ardicil demokratik xetti Hasim bey Vezirovun nesr etdirdiyi Taze heyat 1907 1908 Ittifaq 1908 1909 Seda 1909 1911 Sedayi veten 1911 1912 Sedayi heqq Sedayi Qafqaz da 1915 1916 gormek olar Mezeli jurnali Molla Nesreddin den sonra metbuat tarixinde en mezheke jurnalidir Burada gunun siyasi heyati keskin bir qelem ile eks olunur Mezeli yalniz umumi meselelerden yox olkenin daxili veziyyetinden seher heyatindan da behs edirdi Burada kohne perestler avamlar maarif ve medeniyyet dusmenleri rusvetxorlar yalanci ruhaniler siddetle tenqid olunurdular Mezeli de Eli Nezmi Memmed Seid Ordubadi Eliaga Vahid Cenneti ve s quvvetli qelem sahibleri istirak edirdiler Debistan 1906 1907 Rehber 1906 Mekteb 1911 1917 ise terbiye ve mekteb meselelerinden behs eden pedaqoji mecmueler idi Burada sade dilde seirler hekayeler nagillar meseller cap olunurdu Suleyman Sani Axundovun Qorxulu nagillar i bir sira muelliflerin Abdulla Saiq M A Eliyev E M Mustafayev ve b yazdigi Gulmeli nagillar bu nesrlerin en faydali yazilarindandir Serqi rus qezeti etrafinda formalasmis yaradici heyet Azerbaycanda metbuatin inkisafinin yeni merhelesinin baslanmasi ucun zemin yaratdi Celil Memmedquluzadenin tesebbusu redaktorlugu ve nasirliyi ile 1906 ci il aprelin 7 de Tiflisde heftelik illustrasiyali ilk Azerbaycan satirik jurnali Molla Nesreddin isiq uzu gordu Molla Nesdeddin jurnali 1906 1917 ci illerde Tiflisde 1921 ci ilde Tebrizde 1922 1931 illerde Bakida nesr edilib 748 nomresi 340 i Tiflisde 8 i Tebrizde 400 u Bakida cixib SSRI dovru Azerbaycanda sovet hakimiyyeti qurulduqdan sonra metbuatin inkisafi daha cox partiyali movqe ile bagli idi Respublikanin Kommunist ilk nomresi 1919 cu ilde cixmisdir Bakinski raboci 1906 ci ilden cixir Viska 1928 ci ilden cixir Azerbaycan gencleri Molodyoj Azerbaydjana ilk nomreleri 1919 cu ilde cixmisdir Baki Baku 1958 ci ilden cixir Edebiyyat ve incesenet 1934 cu ilden cixir ve sair taninmis metbuat orqanlarinda kommunist ideologiyasi ile bagli meselelerle yanasi respublikanin iqtisadi elmi medeni inkisafi ile elaqedar problemler de oz eksini tapirdi 1919 cu ilde 20 den cox bolsevik qezeti nesr olunmusdur Azerbaycan dilinde Baki Fehle Konfransinin Exbari Azerbaycan gencleri Hurriyyet Haqq Fuqera sedasi Zehmet sedasi Oktyabr inqilabi Genc isci Azerbaycan fuqerasi rus dilinde Nabat Molot Proletari Raboci put Qolos truda Bednota Molodoy raboci Novi mir ve basqalari Azerbaycan bolseviklerinin nesr etdikleri qezetler idi Dogrudur bu qezetlerin omru cox az olmus bezilerinin cemi bir ve ya bir nece nomresi cixmisdir Kommunist qezeti Hummet Qoc Devet Tekamul Yoldas Hummet 1917 1918 ci il ler Baki Surasinin Exbari kimi bolsevik qezetlerinin davamcisi olaraq meydana atildi Kommunist 1919 cu il avqustun 29 da heyata geldi Kommunist in 1919 cu il gizli cixan nomresini Ruhulla Axundov redakte etmisdi Azerbaycanda Sovet hakimiyyeti qurulduqdan sonra 1920 ci il aprelin 30 da Eliheyder Qarayevin redaktorlugu ile Kommunist leqal sekilde oz nesrine basladi Azerbaycanda sovet hakimiyyetinin ilk illerinde Kommunist ve Bakinski raboci qezetlerinin sehifelerinde qezalardan tez tez materiallar derc olunurdu 1923 cu il iyunun 16 da Bakida Kendci qezetesi nin birinci nomresi capdan cixdi Azerbaycan Kommunist bolsevikler Partiyasinin Merkezi Komitesi KPMK 1923 cu il iyulun 2 de Bakida Serq qadinlarinin xususile Azerbaycan qadinlarini ictimai siyasi heyata alisdirmaq meqsedile ayliq edebi ictimai ve siyasi jurnal olan Serq qadini nin nesr olunmasini qerara aldi Serq qadini jurnalinin 1 ci nomresi 1923 cu ilin noyabrinda 40 sehifeden ibaret 1000 nusxe tirajla capdan cixmisdir Jurnalin ilk redaktoru Ayna Sultanova olmusdur 1938 ci ilden Serq qadini Azerbaycan qadini adi ile nesr olunmaga baslayib 1927 ci ilin fevralinda Pioner jurnali kutlevi tirajla cixmaga basladi 1934 cu il sentyabrin 2 de Kommunist maarifi qezeti nesre basladi 1938 ci ilde adi deyisdirilerek Muellim qezeti adlandirildi Qezet 1941 ci ilin iyununadek bu adla nesr olundu 1946 ci ilin aprelinden Azerbaycan muellimi adi ile yeniden nesre baslayan qezet sonraki illerde de bu adla yasadi Idman metbuatininin en boyuk tarixe malik nesri olan Idman qezeti hem de Azerbaycan metbuatinin en qocamanlarindan biri sayilir 1932 ci ilde ilk defe Azerbaycan beden terbiyecisi Fizkulturnik Azerbaydjana adi altinda isiq uzu gormus Idman qezetinin artiq 70 den cox yasi var Sonraki illerde Edebiyyat 1933 Azerbaycan pioneri 1938 Kirpi jurnali 1952 Baki 1958 ve s qezetleri meydana gelmisdir Sovet ideologiyasina xidmet etmesine baxmayaraq Kirpi muxtelif nesillere mensub olan pesekar karikaturaci ressamlari bir araya getire bilmisdi Jurnala maragin artmasi oxunaqli olmasi bu saheye 1950 1960 ci illerde Azerbaycanin ressamlari olan T Salahov K Kazimzade G Mustafayeva kimi sexsiyyetleri celb etmisdi Dovrun eybecerliklerini eks etdiren felyeton atmaca ve karikaturalarla oxuyucularinin pozulmus huquqlarini berpa edir 2012 ci il iyul ayinin 10 u Kirpi jurnalinin nesre baslamasinin 60 illiyine hesr olunmus tedbir ve sergi kecirilmisdir 30 cu illerden baslayaraq Azerbaycan metbuati insanlarin cezalandirma represiya olunmasi aletine cevrildi Oz sexsi emlakini kolxoza vermeyenler kollektivlesmeye etinasiz yanasanlar metbuat sehifelerinde xalq dusmeni elan edilirdi Jurnalistler bu tip insanlarin askarlanib cezalandirilmasinda partiya sovet orqanlarinin komekcisi funksiyalarini dasiyirdilar Stalin sexsiyyetine perestis formalasmasi da 30 cu illerin ortalarindan baslayir Tekce fehle ve kendlilerin deyil xalqin deyerli ziyalilarinin ediblerinin elm adamlarinin 37 ci ilin represiya masininda mehv edilmesi prosesine hazirliq aparilirdi Bu cur kutlevi teqib tezyiq mexanizmlerinin islediyi insanlarin emlakinin zorla alinib ferdi teserrufatlarin tesebbuslerin legv edildiyi donemde yeni sovet insaninin savadsizligini aradan qaldirmaq ucun tedbirler de heyata kecirildi 30 cu illerin baslangicinda savadsizligin legvi sahesinde kutlevi tedbirlere baslanildi Savadsizligi legv etmek isi haqqinda 1929 cu il may ayinin 17 de qebul edilmis partiya qerarinda milli respublikalarda savadsizligin legv edilmesi butun medeni isin esas ve en muhum vezifesi kimi qeyd olunur Aparilan tedbirlerin neticesinde fehle ve kendlilerin oxuyub yazmaga maragi getdikce artirdi Azerbaycan metbuati bu isin heyata kecirilmesinde boyuk fedakarliqlar gosterir qezetler elifbani oyrenenler ucun xususi sehifeler ayirir metodiki meqaleler cap edir qabaqcil medeni esgerlerin is tecrubesini yayirdilar Kommunist Kendli qezeti Komsomol jurnalinin butov sehifeleri Savad kurslari na hesr olunurdu 1930 cu ilden baslayaraq bir cox savad mekteblerinde qruplarinda elifbani oyretmekle yanasi siyasi dersler telim olunurdu olkedeki veziyyet partiyanin siyaseti izah edilirdi Savadsizligin legv edilmesi isinin zehmetkeslerin siyasi maariflenmesi ile elaqelendirilmesi partiya ve hokumetin maraqlarina tam cavab verirdi Cunki bu yolla hakim siyaset ve ideologiya kutlelerin suuruna yeridilmeli onlar sosializm in terefdarlari kimi terbiyelendirilmeli idiler Savadsizligin legv edilmesi tedbiri elifba islahatinin kecirilmesi ile paralel aparildi Azerbaycan MIK ve Azerbaycan SSR XKS 1928 ci il iyulun 21 de Azerbaycanda yeni turk elifbasinin icbari ve qeti olaraq tetbiq olunmasi haqqinda qerar qebul etdi Bakinski raboci qezeti 22 iyul 1928 ci il tarixli sayinda elifba islahati ile bagli yazirdi Azerbaycanin elde edeceyi umumi savadliliq yalniz yeni elifba sayesinde mumkundur Yeni turk elifbasinin tetbiqi ucun yaradilan komissiyaya Semedaga Agamalioglu rehberlik edirdi Q Musabeyov E Qarayev A Memmedov I Konuskin Q Huseynov K Iskova ve M Quliyev komissiyanin uzvu kimi fealiyyet gosterirdiler 1929 cu il yanvarin 1 den Azerbaycan SSRI nin yeni elifbaya kecmesi resmen elan olundu ve hokumetin Azerbaycanin butun fehleleri ve kendlilerine muracieti qebul edildi Yeni yol qezeti bu barede 21 iyun 1928 ci il sayinda yazirdi Yeni elifbanin tetbiqi savadsizligin legv edilmesi isini xeyli asanlasdiracaq kutlelerin maariflenmesi yukselisine boyuk maraq yaradacaq Boyuk rus yazicisi Maksim Qorki Azerbaycanin bu isde qabaqcil rolunu xarakterize ederek yazirdi Azerbaycan xalqi butun Serq xalqlarinin gozu onunde qeti addimlar atib ve elifba islahatini heyata kecirmekle butun xalqlara geleceyin yolunu gosterib Latin qrafikali yeni elifbanin Azerbaycanda tetbiqi xeberi olkenin serhedlerinden de kenara cixdi Elifba islahati Turkiyede de heyata kecirildi 1928 ci ilin evvelinde Es Sura qezeti xeber verirdi ki Turkiye ictmaiyyetinin selahiyyetli numayendelerinin Istanbulda kecirilen konfransi qerara alir ki xalq latin elifbasindan istifade etmelidir Hemin ilin iyununda BMM in yigincaginda yeni elifbanin tetbiqi ucun xususi komissiya yaradildi payizda ise Turkiye latin elifbasina kecdi Vahid sekle salinmis latin elifbasi Azerbaycanda 1932 ci ilin iyununda qebul edildi Lakin diqqet ve elmi muzakireler neticesinde hazirlanmis bir cox cehetden tekmillesdirilerek vahid sekle salinmis latin elifbasi teessuf ki uzun muddet davam etmedi Artiq 30 cu illerin ortalarinda Sovetler Ittifaqinin latin elifbasina kecmis diger respublika ve vilayetlerinde oldugu kimi Azerbaycanda da rus kiril yazi qrafikasina kecirilmesi ugrunda herekat baslanildi Rus qrafikasina kecirilmesine hec bir zeruret olmasa da bu eslinde Merkezin hakim sovinist iddiasindan dogan mecburi tedbir idi Azerbaycan SSR Ali Sovetinin novbeti sessiyasi 1939 cu ilin iyulunda latin elifbasinin kirille evez edilmesi haqqinda qanun qebul etdi ve bu qanun 1940 ci ilin yanvarin 1 den quvveye mindi Bununla da olkede rus dilinin fealiyyet dairesi genislendirildi Belelikle tarixen qisa zaman kesiyinde Azerbaycanda iki defe elifba deyisildi ve coxcehetli rus sovinizminden dogulan milli medeniyyetlerin siradan cixarilmasina yonelen bu tedbir Azerbaycan metbuatinin jurnalistikasinin inkisafinin qarsisini aldi savadsizligin legvi ile oxucu auditoriyasi qazanan qezetler oz oxucularinin bir qismini itirdi Muellif eserinde qeyd edib ki hemin dovrde qezetler resmi dovlet siyasetinin marksist leninci ideyalarinin tebligi sosialist quruculari olan yeni insanlarin formalasmasi ucun guclu partiya silahi idi Qezetlerin keyfiyyetli capi ucun metbeelerin yaradilmasi prosesine diqqet yoneldilirdi 1933 1934 cu illerde Bakida boyuk texniki imkanlara sahib Metbuat sarayi adli metbee fealiyyete basladi SSRI mekaninda aparilan inzibati erazi deyisikliyi ile elaqedar olaraq1930 cu ilin avqustunda qezet sebekesinin yeniden qurulmasi inkisafi haqqinda qerar qebul edildi Hemin qerarin esasinda SSRI mekaninda oldugu kimi Azerbaycanda rayon qezetlerinin genis sebekesinin yaradilmasina baslanildi Yeni rayon qezetleri isiq uzu gordu Bu dovrde rayonlarda yeni metbeelerin qurulmasi ve inkisafi MK nin rehberliyi altinda Baki poliqrafiya tresti terefinden heyata kecirilirdi Artiq 1932 ci ilin axirlarinda respublikamizin 32 rayonunda metbee teskil edildi Aparilan statistik gostericilere gore 1939 cu ilde Azerbaycan dilinde 80 den artiq qezet nesr olunurdu Bir cox muessiselerin sovxoz ve kolxozlarin da oz qezetleri vardi 1937 ci ilde 834 min nusxe tirajla 45 jurnal cixirdi Fehle kendli muxbirleri herekati 1934 cu ilde 18 min neferi ehate edirdi Muasir metbuatButun Sovet Sosialist Respublikasi Ittifaqinda SSRI baslayan yenidenqurma havasi Azerbaycana da catdi ve ictimai muhite keskin tesir gosterdi Milletin dircelis dovru kimi tarixde qalan 1989 cu ilde Azerbaycan qezeti yaradildi Musteqil metbuatin qaranquslari hesab edilen Seher qezeti 1989 cu ilin 4 avqust tarixinde ve Azadliq qezeti 1989 cu ilin 24 dekabr tarixinde isiq uzu gorduler Seher e taninmis jurnalist Mezahir Suleymanzade Azadliq a taninmis jurnalist Necef Necefov rehberlik edirdiler 1990 ci ilde Zerkalo Ses 1991 92 ci illerde Yeni Musavat Iki Sahil 525 ci qezet Yeni Azerbaycan qezetleri nesr olunmaga basladi 1998 ci ilin avqust ayinin 6 da prezident Heyder Eliyevin imzaladigi xususi Serencamla Azerbaycanda metbuat uzerinden senzura goturuldu Hemcinin 1999 cu ilde Kutlevi Informasiya Vasiteleri KIV haqqinda Azerbaycan Respublikasinin Qanununun ARQ diger huquqi normativ aktlarin qebulu heyata kecirilib Prezident Ilham Eliyevin 31 iyul 2008 ci il tarixli Serencami ile Azerbaycan Respublikasinda Kutlevi Informasiya Vasitelerinin KIV inkisafina Dovlet Desteyi Konsepsiyasi DDK kimi muhum bir sened tesdiq olunmusdur Konsepsiyaya uygun olaraq 22 may 2009 cu ilde Azerbaycan Respublikasinin Prezidenti yaninda Kutlevi Informasiya Vasitelerinin Inkisafina Dovlet Desteyi Fondu DDF yaradilmisdir Azerbaycan oz musteqilliyini berpa etdikden sonra bir cox milli menevi deyerlere qayidis metbuat sahesinde de ozunu gosterdi Bu gun olkemizde yuzlerle metbuat orqani qezet ve jurnal fealiyyet gosterir Milli metbuatimiz iller kecdikce daha da bullurlasacaq saflasacaqdir Azerbaycan Respublikasinin Prezidentinin serancami ile Ekinci qezetinin nesre basladigi gun 22 iyul Milli metbuat ve jurnalistika gunu kimi qeyd olunur EdebiyyatAzerbaycan Respublikasinin Prezidenti Heyder Eliyev Baki 27 mart 2000 ci il 308 Azerbaycan metbuat tarixi Akif Sahverdiyev Ehmed Veliyev Tehsil nesriyyati 2006 248 seh Istinadlar YouTube www youtube com az 2024 05 01 tarixinde Istifade tarixi 2024 05 01 Memmedov E E M F Axundov adina Azerbaycan Milli Kitabxanasinin dovri metbuat fondu tarixi muasir veziyyeti oxuculara xidmet ve inkisaf perspektivleri 1923 2007 ci iller Monoqrafiya E E Memmedov Elmi redaktor t u e d prof A A Xelefov Azerbaycan Respublikasi Tehsil Nazirliyi ADMIU Baki Mutercim 2018 256 s ISBN 978 9952 28 402 7 M F Axundov adina Azerbaycan Milli Kitabxanasinin dovri metbuat fondu 2022 03 17 tarixinde Istifade tarixi 2020 03 08 Arxivlenmis suret 2021 12 25 tarixinde Istifade tarixi 2021 12 25 http www azeribalasi com azerbaycan 185 azerbaycan metbuat tarixi 80855 2014 06 30 at the Wayback Machine PDF https www ebooks az view 4Z260hLS pdf bare url missing title MenbeMir Celal Azerbaycanda edebi mektebler Baki Ziya Nurlan NPM 2004 392 seh Hemcinin baxAzerbaycan legionerlerinin metbuat fealiyyeti Azerbaycan Simali Amerika metbuatinda Azerbaycan mediasi Azerbaycan qezetleri Azerbaycan jurnallari Dovri metbuat