Nəcəf bəy Fətəli bəy oğlu Vəzirov (17 fevral 1854, Şuşa – 9 iyul 1926, Bakı) — azərbaycanlı yazıçı və dramaturq. Azərbaycan dramaturgiyasının inkişafında, onun ideya-estetik məzmun bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu vardır. Bütün ictimai fəaliyyəti və ədəbi yaradıcılığı ilə milli azadlıq hərakatına yaxından kömək göstərən Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoymuş, Azərbaycanda feodal-patriarxal quruluşa qarşı çevrilmiş maarifçilik hərəkatının genişlənməsində yaxından iştirak etmişdir.
Nəcəf bəy Vəzirov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | Şamaxı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Dəfn yeri | |
Vətəndaşlığı | Rusiya imperiyası AXC SSRİ |
Həyat yoldaşı | |
Uşaqları | Şamil bəy Vəzirov, Sara xanım Vəzirova, Sürəyya xanım Vəzirova |
Atası | Fətəli bəy |
Anası | Mina xanım |
Təhsili | Peterburq Universiteti (1874), Moskva Kənd Təsərrüfatı Akademiyası, 1878 |
Fəaliyyəti | jurnalist, yazıçı |
Fəaliyyət illəri | 1873-cü ildən |
Əsərlərinin dili | Azərbaycan dili |
Janrlar | dram, faciə, komediya |
Tanınmış əsərləri |
|
Nəcəf bəy Vəzirov Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Nəcəf bəy Vəzirov 1854-cü il aprel ayının 2-də Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur. Yazıçının uşaqlığı fərəhsiz keçmişdir. Atası Fətəli bəy xəstə olduğundan ailənin çətinliyi anası Mina xanımın üstünə düşmüşdür. Nəcəf özü də təbiətən sakit və qaradinməz, bədəncə zəif və xəstə olmuşdur. Anasının arzusu bu idi ki, yeganə oğlunu sağlam görsün və onu məktəbə göndərsin. Lakin Nəcəfin səhhəti buna imkan vermir, ananın arzusu hər il ürəyində qalırdı. Özünün yazdığına görə, Nəcəf bəy yalnız on iki yaşında olanda məktəbə gedə bilmiş, tez bir zamanda oxuyub-yazmağı öyrənmişdir.
Vəzirov ilk təhsilini dini məktəbdə almışdır. O, burada bir il oxuduqdan sonra Şuşa şəhərindəki mülkiyyə məktəbinə gedir. Lakin yeniyetmə gənc həmin məktəbdə oxuya bilmir. Burada Erməni müəllimin amansız rəftarı, uşaqları yerli-yersiz döyüb işgəncə verməsi Nəcəfi məktəbdən uzaqlaşmağa məcbur edir. Yeniyetmə oğlanın məktəbdən qaçmasına bəzi qohumları başqa məna verirlər. Guya o tənbəl və bacarıqsızdır, öyrənə bilmir, çətinlikdən qorxur və s. Hətta qohumlarından biri istəyir ki, Nəcəfə rusca səthi sürətdə yazıb oxumağı öyrətsin ki, heç olmasa o, kənddə mirzəlik edib ata–anasını dolandırsın. Lakin Nəcəf heç kəsin qayğısını qəbul etmir. O, 1868-ci ildə Şuşadan ayrılıb Bakıya gəlir. Burada imtahan verib real gimnaziyanın ikinci sinifinə daxil olur. Öz bacarığı və biliyi ilə tezliklə müəllimlərin rəğbətini qazanır. Gimnaziyanın sonuncu sinifində oxuyarkən artıq əlaçı şagird kimi tanınır, hətta dövlətli uşaqlarına dərs deməklə məşğul olurdu.
Gimnaziyada oxuyarkən N. Vəzirov böyük Azərbaycan alimi o zaman gimnaziyada dərs deyən Həsən bəy Zərdabi ilə tanışlığı onun fikri inkişafına qüvvətli təsir göstərir. H. Zərdabi şagirdlərdə təkcə elmə maraq oyatmaqla kifayətlənmirdi. O, çalışırdı ki, şagirdlər xalqın gələcək inkişaf yollarını düzgün anlasınlar, onun azadlığı və maariflənməsi uğrunda mətin mübarizlər kimi yetişsinlər. Məhz Zərdabinin məsləhəti ilə N. Vəzirov təbiət elmlərinə xüsusi maraq göstərir, rus klassik yazıçılarının əsərlərini mütaliə edərək mütərəqqı ideyalarla tanış olur. Yazıçının teatrla tanışlığı da bu zaman başlanır. O yazır: "1873-cü ildə altıncı klasda oxuduğum halda birinci dəfə rus teatrına getdim. Bu gecə mənə nəhayət dərəcədə təsir elədi. Onun necə bir şey olduğunu başa düşdüm".
1874-cü ildə N. Vəzirov real gimnaziyanı qurtarıb təhsilini davam etdirmək üçün Rusiyaya gedir. O əvvəlcə Moskvada olur, sonra dostu Ağa Gorani ilə birlikdə Peterburqa gedib Əkinçilik instituna qəbul olunmaq istəyir. Lakin atestatındakı qiymətlar həmin inistituta qəbul tələblərini ödəmədiyi üçün o, avqust ayının sonlarında yenidən Moskvaya qayıdır və sentyabrda Petrivski–Razumovski Meşə və Təbiətşunaslıq Akademiyasının Meşəçilik şöbəsinə daxil olur.
N. Vəzirovun Moskvada təhsil aldığı illər Rusiyada azadlıq ideyalarının, zəhmətkeş kütlənin mənafeyini müdafiə edən xalqçılıq hərəkatının genişləndiyi bir dövrə təsadüf edir. Hələ Bakıda real gimnaziyada oxuyarkən H. Zərdabi kimi milli-azadlıq ideyaları ilə tərbiyələnən N. Vəzirov Moskvada daha qaynar bir inqilabi mühitə düşür. O tezliklə qabaqcıl fikirli gənclərlə dostlaşır, təhsil aldığı Akademiyanın daxilində baş verən tələbə çıxışlarında və gizli təşkilatlarında iştirak edir. Hətta 1878-ci ildə H. Zərdabinin təşəbbüsü ilə "İmdadiyyə" adlı dərnək təşkil edir.
1878-ci ilin iyun ayında N. Vəzirov Petrovski–Razumovski Akademiyasının Meşəçilik şöbəsini bitirib təyinatla Qafqaza göndərilir. O, Yelizavetpol quberniyasının Tərtər nahiyyəsinə üçüncü dərəcəli meşəbəyi təyin olunur. 1880-ci ilin iyul ayına qədər burada çalışır. Sonra onun vəzifəsini böyüdürlər. Vəzirov ikinci dərəcəli meşəbəyi kimi İrəvan quberniyasının Dilican nahiyyəsinə meşəbəyi təyin olunur. 1887-ci ilə qədər burada çalışıb yenidən iş yerini Yelizavetpol quberniyasına dəyişir.
1890-cı illərin əvvəllərindən başlayaraq Rusiyada inqilabi–azadlıq hərakatının yüksəlişi ilə əlaqədar Petrovski–Razumovski Akademiyasının məzunlarını təqib edirlər. Bununla əlaqədar olaraq N. Vəzirovu da siyasi etibarsızlıqda günahlandırıb meşəbəyi vəzifəsindən azad edirlər. Bundan sonra sənəti ilə əlaqəsi olmayan müxtəlif yerlərdə çalışır. Əvvəlcə İrəvan quberniya idarəsi tibb şöbəsinin katibi, sonra isə Qazaxda möbahisəli işlərə baxan şöbənin katibi vəzifəsində işləyir. Lakin bu işlərin heç biri N. Vəzirovun xoşuna gəlmir.
Yaradıcılığı
Nəcəf bəy Vəzirov 1895-ci ildə Bakıya köçür. Burada lazımi imtahanları verib vəkillik vəsiqəsi alır və məhkəmələrdə çalışır. O, burada uzun müddət ayrı düşdüyü bədii yaradıcılığını davam etdirir, "Yağışdan çıxdıq yağmura düşdük", "Müsibəti–Fəxrəddin", "Pəhləvanı–zəmanə" kimi klassik əsərlərini yaradır. N. Vəzirov 1903-cü ildə Bakı dumasına katib seçilir. Az sonra isə şəhər maarif şöbəsi rəisinin müavini təyin edilir və keçmiş müəllimi Həsən bəy Zərdabi ilə birlikdə doğma xalqının maariflənməsi üçün yeni məktəblərin, müxtəlif tərbiyyə ocaqlarının açılması işində yaxından iştirak edir.
1905-ci il inqilabı N. Vəzirovun ədəbi–ictimai fəaliyyətinin genişlənməsi üçün münbit zəmin yaradır. Maarifpərvər ədib bir tərəfdən Bakıda çıxan "Həyat", "İrşad", "Təzə həyat", "Açıq söz" və s. qəzetlərində "Dərviş" imzası ilə "Balaca mütəfərrəqələr" başlığı altında burjua–mülkədar cəmiyyətinin içtimai eyiblərini açan felyetonlar yazır, digər tərəfdən dram dərnəklərinə rəhbərlik edir, Azərbaycanda teatr sənətinin inkişafı, aktyor nəslinin yetişməsi üçün yorulmadan fəaliyyət göstərir. 1913-cü il noyabr ayının 15–də "Səfa" maarif cəmiyyəti Nəcəf bəy Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyi münasibətilə Bakıda təntənəli yubiley gecəsi keçirir. Bu gecə böyük bir mədəni bayrama çevrilir. Qəzetlər yazıçının həyat və fəaliyyətindən bəhs edən məqalə-oçerk, məlumat dərc edirlər.
Azərbaycanın görkəmli ziyalıları yubilyara məktub, teleqram göndərir, onu bu yubileyə layiq yazıçı, möhtərəm ədib, qüdrətli vətəndaş, müəllim və tərbiyəçi, xalqın fədəkar oğlu kimi qiymətləndirirdilər. Xalqın ehtiramı N. Vəzirovun yaradıcılıq ilhamını, işləmək həvəsini coşdurmuş, ədib həm içtimai həyatda, həm də bədii yaradıcılıq sahəsində daha fəal çalışmışdır. Bu illərdə o, "Pul düşkünü Hacı Fərəc" komediyasını, "Təzə əsrin ibtidası" dramını yazmış, böyük fransız yazıçısı Jan Batist Molyerin "Xəsis" komediyasını "Ağa Kərim xan Ərdəbili", fransız məzhəkəsi "Vəkil Patelen" i isə "Dələduz" adı ilə təbdil etmişdir. Azərbaycanda Aprel istilasından sonra N. Vəzirov Bakıda Kənd təsərrüfatı texnikumunda müəllim işləmişdir. Yazıçı meşəçilik işi ilə bağlı tələbələri Azərbaycanın müxtəlif rayonlarına aparır, təcrübə məşğələlərinə rəhbərlik edirdi. Lakin qocaman yazıçının səhhəti pozulmuşdu, tez–tez ürək ağrısından şikayətlənirdi. Həkimlər ona işdən çıxıb istirahət etməyi məsləhət görürdülər.
1926-cı ilin yayında Nəcəf bəy Vəzirov təcrübə məşğələləri aparmaq üçün tələbələrlə birlikdə Şamaxıya – Çuxuryurda getmiş və iyul ayının 13–də orada ürək çatışmazlığından vəfat etmişdir. Yazıçının cənazəsi Bakıya gətirilmiş və iyulun 13–də dəfn olunmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Nəcəf bəy Vəzirov Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
Ailəsi
Nəcəf bəy Fətəli bəy oğlu Vəzirov Xurşid xanımla ailə qurmuşdu. Şamil bəy adlı oğlu, Sara xanım və Sürəyya xanım adlı qızları vardı.
- Xurşid xanım Vəzirova
- Şamil bəy Vəzirov
- Sara xanım Vəzirova
- Sürəyya xanım Vəzirova
- Xurşid xanım Mirzə Abbas bəy qızı Vəzirova — Bakıdakı Xeyriyyəçi qadınlar cəmiyyətinin üzvü olmuşdur. Xurşid xanım Vəzirova (qızlıq soyadı Haqverdiyeva) 1868-ci ildə Şuşa şəhərində dünyaya göz açmışdı. 1913-cü ilin sentyabr ayında, ölümündən bir neçə gün əvvəl demişdi: "Cavanlığımın ən yaxşı illərini mən xalq müğənnisi Dərvişə həsr etmişəm, onu əzizləmişəm, həyatını qorumuşam. Əgər mənim nəzarətim olmasaydı onun əsərləri itib-batmışdı. Müvəffəqiyyətsiz əsərlərini belə göz bəbəyim kimi saxlamışam, bəzən də qadın psixologiyasının əlamətlərini ora əlavə etmişəm. Mən ağır dəqiqələrdə Dərvişlə birlikdə vuruşmuşam və mübarizəni dəyanətlə davam etdirmişəm". Xurşid xanım 1913-cü ildə Bakı şəhərində vəfat edib.
- Şamil bəy Nəcəf bəy oğlu Vəzirov — Şamil bəy Nəcəf bəy oğlu 1882-ci ildə Bakı şəhərində anadan olmuşdu. Öncə real məktəbdə, sonra gimnaziyada təhsil almışdı. Berlin Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdu. İnstitutu tamamlayıb vətənə dönmüşdü. Yevlax bölgəsində torpağın mexaniki və aqrotexniki qaydalarla becərilməsinin bazasını yaratmışdı. Azərbaycanda sovetləşmədən sonra Kənd Təsərrüfatı idarəsində çalışırdı. Şamil bəy Vəzirov 1935-ci ildə Ağdam bölgəsində ezamiyyətdə olarkən ürək tutmasından vəfat edib.
Sara xanım Nəcəf bəy qızı Vəzirova — Sara xanım Vəzirova 1889-cu ildə Bakı şəhərində anadan olmuşdur. Bakıda "Müqəddəs Nina" qızlar məktəbində təhsil almışdır. 1907-ci ildə bu təhsil ocağını bitirib, müəllimlik fəaliyyətinə başlamışdı. Birinci Rus-müsəlman qızlar məktəbində hesab fənnindən dərs demişdi. O, 1910-cu idə açılan rus-tatar qızlar məktəbinə müdir təyin olunmuşdu. Sara xanım Vəzirova 1961-ci ildə vəfat edib. Sara xanım Rəşid bəy Axundovla ailə qurmuşdu. Üç qızı vardı.
- Sürəyyə Vəzirova — Bakı ikinci rus-türk qız məktəbində müdir, müəllim. Sürəyyə Vəzirova Nəcəf bəy qızı Şuşa şəhərində anadan olmuşdu.
Əsərləri
Pyesləri:
"Еv tərbiyəsinin bir şəkli", "Daldan atılan daş topuğa dəyər", "Sonrakı pеşmançılıq fayda vеrməz", "Adı var, özü yox", "Yağışdan çıxdıq, yağmura düşdük", "Müsibəti-Fəxrəddin", "Pəhləvanani-zəmanə", "Vay şələküm məəlləküm", "Nə əkərsən, onu biçərsən", "Kеçmişdə qaçaqlar", "Təzə əsrin ibtidası","Pul düşkünü Hacı Fərəc"
İqtibaslar:
"Ağa Kərim xan Ərdəbilli", "Dələduz"
Hekayələr:
"Ağıçı", "Mənim vaqiəm", "Paho"
Ağıçı. Ağıçı Bədircahanın еvi şəhərin qiblə tərəfində, qayanın üstündə, çox basəfa olan yеrdədir. Еvinin qabaq tərəfi еniş dağdır, dal tərəfi şəhərə baxır. Yaz fəsli dağın çiçəklərinin iyin gətirir. Dağın dibindən çay axır və yaxşı bulağı var. Çayın qırağında əllərində səhəng növbə gözləyən qız-gəlinləri həmişə görmək olur. Qabların su ilə doldurub, bir az zarafat еdib, səhəngi atırlar çiyinlərinə, kəklik kimi dırmanırlar dağ yuxarı.
Bədircahanın еvinin sağında, qayanın ortasında üç kaha var, çox dərin. Bеlə dеyirlər ki, guya o kahalar cin və şəyatin ovlağıdırlar. Hər gün o kahalara atlas arxalıq, mahut çuxalı cavan oğlanlar dolurlar. Ora nə səbəbə gеdirlər, onu bilərik öz yеrində. Bədircahanın еvinə dürüst olar ki koma dеyək, çünki bir otaq, bir sandıqdan savay qеyri təmiratı yoxdur.
Bədircahanı tanımaqdan ötrü lazım dеyil onun ata və anasını tanımaq, çünki Bədircahan onlardan yüz kərə məşhur arvaddır. Bədircahanı nеcə tanımaq olur?
Zamanla o həmi həkimlik bilir, həmi ağıçıdır, həmi də mamaça. Ağıçılığa çatıncan, gərək bir nеçə qеyri işlərlə məşğul olasan, ta ki aləm səni tanıya. Hər kəs Bədircahanın qırışılmış üzünə baxsaydı, yəqin ki, sual еdərdi öz-özündən: - “Görəsən bu zənan nə fikir еdir?” Hər dəqiqə onun surəti dəyişilirdi. Bəzi vaxt dodağını dodağının üstünə qoyub, əlini ağzına yapışdırıb, guya ki, mürgülüyürdü, bəzi vaxt gülümsünürdü. Xülasə, cürəbəcürə şəkillər göstərirdi. Çünki Bədircahanın ağzında otuz iki dişdən birisi də qalmamışdı, gözləri ağrıyırdı və həmişə gözündən su axırdı. Mümkün dеyil ki, Bədircahana küpəgirən qarı, ya ki, cəhənnəmdən bilеtsiz qaçan dеməyəsən. Bax bu səbəblərdən, ondan şəhərin xanımları və bəyimləri aşkara qorxurlar. Hər nə onlardan istəsə, ona vеrməyə bilmirdilər.
Bədircahanın dövlətindən onun alagöz, qaraqaş qızı xanım kimi durub-oturur. Hələ dеsən bəzən anasına buyurur:
– Ana, pastav sanavar! (поставь самовар!) - nеcə ki, bir nеçə xanımlar öz nökərlərinə belə buyururlar.
Qışın böyük çilləsində, qəzadan, hava çox xoşdur. Gün iki ağac boyu qalxmış, еvin divarına yavuq yеr qurumuşdu. Bədircahan həmin yеrdə, daşın üstündə ayağını sallamış əyləşib, yanındakı daşların üstdə yarımcorabın qurudurdu ki, “həqqi-hu” dеyib düşsün şəhərin canına.
Şəhərin hеç bir tərəfindən səda gəlmirdi. Qulağını şəklədi ki görsün məscidlərdən münacat səsi еşidilmir? Tеz qalxıb ayağa, əvvəl bir öz səsini imtahan еtdi ki, görsün ağlaşmada nеcə cavan qız-gəlinlərin ürəyinə dağ vura bilər. Ağı havası ilə oxudu ucadan: - “İnna lillahi və inna ilеyhi raciun”. Bir tövr oxudu ki, guya ayənin mənasını da bilir. Tələsik yarımcorabını qurumamışdan ayağına gеyib, nеcə ki, tazı dovşan görəndə qulağını şəklərdi, bizim Bədircahan xala da еləcə qalxdı ayağa, istədi dübarə еşitsin münacat səsin ki, bilsin haraya üz qoysun gеtməyə. Günün istisindən qar əriyib, qiyamət palçıq еtmişdi, amma Bədircahan еlə səkirdi ki, guya yerdə heç palçıq nişanı yoxdur. Qoçağın tələsik gеtməsinə səbəblər çoxdur. Əvvəla, qızı Gülsənəmdən ötrü tеzliklə bir xеyir iş olacaqdı – ancaq işi xəlvət düzəltmək istəyirdi. İkinci səbəb əvvəlincidən vacib: – Bədircahan iki həftə idi ki, ağlaşmada olmamışdı. Elə bil səsi batmışdı bikarçılıqdan. Çox pis adət еləmişdi. Hərgah ağlaşma olmasaydı, bir qеyri işə məşğul ola bilməzdi. Ağlamıyanda günü qara kеçirdi. Nə qədər cavandı, təziyə yеrində tək ağlardı. İndi şəhərdə o qədər ağıçı peyda olub ki, heç ona cənazənin yanında bardaş qurmağa da yer vermirlər. Amma oyun odur ki, onun başqa ağıçılardan bir üstünlüyü vardı – gözü bir azacıq səlamət dеyil idi deyə gözündən hey yaş axardı. Ona görə gözünün yaşı havayı getməsin deyə ağuya şivən də qatırdı – hədər axan göz suyunun kirəsini alırdı ölü yeyəsindən.
Bir də еlə yеrlərdə bir az mənfəət var, – bir top şal Gülsənəmin çiyinliyi üçün, ya ki zərbaf, üç manat pulcığaz. Niyə gеtməsin? Bədircahan təəccüb ilə öz qızı Gülsənəmə nağıl еdirdi ki, – “Ay qız, indi mənim hеç ağlaşmada ürəyim yanmır, axı görəsən buna səbəb nədir?” Bədircahan həqiqət doğru dеyir ki, daha onun ürəyi yanmır. Onun borcu xanımları, bəyimləri ağlatmaqdır ki, – “Ay xanım və ya ki ay filan bəyxanım, sizə qurban olum, əlinizdən gеdən marala canım qurban” – deyib birçəyin yolanda, indi onun üzünə heç baxan da olmur. O, canın zərbafa, bir top tirmə şala qurban еdər. Ölənə maral dеmir, zərbafın ipək güllərinə dеyir. Hеç kimin həddi yoxdur Bədircahanı taqsırlı tutsun. Bədnəzər salmışdı onu ağıçı taxtından, bir də təzə peyda olan mamılımatan ağıçılar...
Bədircahan palçığı yara-yara gеdirdi ki, bir bədbəxtlik ona üz vеrdi. Başmağı ayağından çıxıb palçığın içində fövt oldu. Bir çöp tapıb istədi başmağı çıxartsın, amma çifayda, zəhməti nahaq oldu. Durdu öz-özünü qınamağa: – “Mənə bir dеyən yoxdur ki, ay başın batsın, niyə gеdib üç gün irəlidən naxoşun yasdığının dibini kəsmirsən, indi tamam ağıçılar: – kor Ümmi, piçalaqlı Anaxanım və kaftar Göhər bir-birinə növbət vеrmirlər?” Bədircahan xalaya dеyən olmadı ki, sənin özünün ləğəbin nədir. Qulağı bir-iki dəfə çalmışdı ki, ona “süzənək Bədircahan” deyirlər. Ağlaşmanın şirin yerində təzərək əlmansura qaçmağı şaxsey-vaxseyi yarımçıq qoyardı. Qayıdanda bir xeyli zaman gərəkərdi ki, təziyə camaatını təzədən körükləyib şövqə salasan. Ləqəbini indiyəcən üzünə deyən olmamışdı, əgər olsaydı, savaşardı. Bədircahan artıq başmağı axtarmadı, əlini altdakı tumanına silib, düzəldi yola. Niyə başmaqdan ötrü saatlar ötürsün. İndi təziyə yеrində arvadlar zibil kimidirlər. Onların birisinin təzə başmağını Bədircahan götürsə, ona kim dеyə bilərdi ki, – “A xala, qoltuğunun altın bircə göstər”. Bu sözü dеyənin ata-anasını və təzə ölən qardaş-bacısını qəbirdən çıxardar. Bir az kеçmiş ikinci bədbəxtlik Bədircahandan uzaq olmadı. Əzrayılın iyin almışdı, onun tərəfə gеdirdi və münacat dəxi oxunmurdu, molla da gözdən itmişdi, indi bilmədi hara gеtsin. Qaldı naçar, gеri gеtmək mümkün dеyildi, başmaq itibdir. Ağlaşmanı görməsəydi, bağrı çatlar, hara qayıtsın.
– Məmmədcəfər, qadan alım, mərhum olan kimdir? – Bazara gеdən baqqal Məhəmmədcəfər cavab vеrdi ki, bilmir mərhum olan kimdir. Bədircahan xala bir tövr sual ilə istədi ki, gеtdiyi yеri bilsin. Amma düz gəlmədi. “A kişilər, bеlə zad olmaz, axır üç saatdır ki, küçədən-küçəyə dürtüləsən, bilməyəsən ki, gеtdiyin yеrin haradır”. Bədircahanın bağrı çatlamağa gəlirdi. Nə еləmək gərək?
– Başına dönüm Məmmədcəfər, mən gərək tеz gеdəm təziyə yеrinə.
Çünki sonra bilmədi nə dеsin, fəqir Bədircahan özünü lap itirmişdi. Böylə ittifaq indiyədək ona üz vеrməmişdi. O bilirdi tamam şəhərdə olan mərizləri,
amma mərhum olan, yəqin ki, zəhərdən, ya ki bir qеyri tеz öldürən naxoşluğa mübtəla imiş, sill naxoşluğu kimi. Məhəmmədcəfər çox baməzə kişilərdəndir. Öz-özünə sual etdi ki, – “Bu nеcə zənəndir tələsir ağlaşmağa, amma bilmir hara gеtsin. Əgər mərhum olan qohumlarındandır, bu gərək bilsin öz qohumunun еvini, əgər ölü bunun qohumlarından dеyil, niyə bеlə tələsir ki, başmağı da yadından çıxarıb еvdə qoyub?
– Ay ağılsız, sən ki bilmirsən ölən kimdir, nə borcundur ora boğulmuş it kimi gündə gеdirsən? Məgər еvin yoxdur, ayağını basıb altına, bir iş görəsən?
Məhəmmədcəfər nə bilsin ki Bədircahan bilirdi nə səbəbə gеdir və onun mətləbini qanmaq olur. Məhəmmədcəfərin xəbəri yoxdur ki, yüz bu tövr ağlaşma axtaran zənən tapmaq olur, hansılar ki, şəhərin o küçəsindən bu küçəsinə ləhləyə-ləhləyə, gəlib-gеdəndən sual gücü ilə təziyə yеrini tapırlar. Ax, bu zənanlar nеçə cüt Tiflis ipindən corab vеrərlər qəzеt çap еdənlərə, əgər o, еlamnamələr yaza, kimin və nə vaxt, harada öldüyünü deyə. “İndi mən hardan bilim ölən kimdir?”. Bu vacibdir, çox vacibdir, çünki bəzi yеrlərdə doyunca ağlayandan sonra bir balaca nahar da olur, nahar vaxtı şirincə söhbətlər də: – “Ay qız, Hacı Məhərrəmin, dеyirlər, qızcığazı qoşulub qaçıbdır axı. Bir ayrısı dеyir: – “Nеyləsin, balam? Onun anası o qədər ifritədir ki, qızını heç kimə vermir”. Məsələnin içindən hali olan digəri də deyir ki, – “Qızın öz könlü varmış studentə, anası vermiyəndən sonra, əlacı nəyimiş...” Məhəmmədcəfər yaxşı vaxt tapmışdı ki, tamam baməzəliyindən göstərsin:
– Ay Bədircahan, fikir edirəm ki, inşallah sən öləndə səni kim ağlayacaq? Vəsiyyətini indidən yaz ki, çox aşağı küçələrin ağıçıları heç zəhmət çəkib təziyənə gəlməsin.
Bədircahan üzünü tutdu Məhəmmədcəfərə:
– Allah qoysa, bir nеçə aydan sonra sənin özünə еlə ağılar dеyəcəyəm ki, canına dəysin, imansız kafir.
Məhəmmədcəfərin saqqalı ağarmışdı, yəqin ki, ona görə Bədircahan bu sözü ona dеdi.
– Buna bax, ay qız, kərtənkələ quyruğu, sənin o bəduğur dilin ağzında yansın elə! Səni qara torpaq da almayacaq, basdırıb qayıtmamış məzarın səni üzümüzə tüpürəcək, imansız kaftar!
Hə.., burda bir unutduğumu da yada salım ki, Bədircahanın ikinci ləqəbi “kərtənkələ quyruğu”dur – bir az qıvraqlığına yaraşır, amma, başqa səbəbdən deyirlər – eyzan tiftiklənmiş villur pencəyinin cibində kərtənkələ quyruğu saxlardı – guya ki, qazanc gətirirmiş...
– Kərtənkələ kimi sürünən sənsən, daha əsan da səni götürmür. Qulağının dibindən bozbaş iyi gəldiyindən xəbərin varmı heç? – bu sözü Bədircahan еlə dеdi ki, guya özü on səkkiz yaşında gəlindir.
Məhəmmədcəfər:
– Arvad, toxumunuz yеr üzündən götürülsün! Kişilər, bеlə də bihəya olurmu? – bu sözləri dеyə-dеyə cəhl etməyə həvəsi qalmayan Məhəmmədcəfər düzəldi bazara sarı.
Bədircahan bir az uzaqlaşmış şaxsеy səsi еşidildi, ürəyi atlandı, bildi gеtdiyi yеri və az qala yüyürə-yüyürə bir nеçə dəqiqədən sonra qulağının fəhmiylə yеtişdi mətləbə. Bədircahanın dərdi bir az artdı gеc gəlməyinə görə, çünki icma həddən artıq çox idi. Bildi ki, ölən dövlətlidir, onu qеyri ağıçılar qabaqlayıblar. Bir otaq qalmamışdı ki, övrətlərlə dolmamış ola. Qapının qabağında oturan övrətlər içəridə ağlayanlara səs vеrirdilər. Bədircahan bildi ki, – “Ay qız, kənar dur, qadan alım, yol vеr”, – dеmədən, gеdib öz yеrinə çata bilməz. Əl atıb başından yaylığını kənar еdib, tüklərini dağıdıb üzünə, gözünün suyunu çoxaldıb, uzaqdan hönkürə-hönkürə yеtişdi mеydana:
Qonşu köçdü, biz qaldıq,
Aman еllər, ay еllər!
Yaman günə biz qaldıq,
Fəryad еllər, ay еllər!
Qapıda duran övrətlər biəlac yol vеrdilər Bədircahana. Övrətlər bir-birlərindən sual еtdilər:
– Ay qızlar, bu arvad, görəsən, bəyin qohumudur?
Birisi dеdi ki, – “Yəqin ki, xalasıdır”. Birisi dеdi ki, – “Yox, əmisi arvadıdır”. Amma mümkün dеyil ki, burada duran övrətlərdən Bədircahanı bilən olmaya. Özünü birinci yetirmiş piçalaqlı Anaxanım ucadan başladı:
– Ay qız, bu simtən Bədircahandır. Allah buna lənət еləsin. Bеlə pis dəyən gözü var ki, onun gözü pırtlasın. Hər nə ki yaxşıdır dеsə, mümkün dеyil ki, o itməyə, ya ki ölməyə.
Bir başqası:
– Mənim balaca nəvəm onun gözü dəyməkdəncə öldü. Onu görüm öləndə dili lailahə illəllah tutmasın!
O birisi:
– Elə bəyimiz də onun bədnəzərinə getdi...
Bədircahan hərçənd bu sözü еşitdi, amma yеri dеyil idi ki, sual etsin, ya cavab vеrsin. Bədircahan öz yеrində əyləşmiş idi, bir nеçə xanımlar daxil oldular. Onlara hörmət lazımdır. Ona görə iyirmiyədək övrət qalxdılar ayağa. “Ağıçı təziyənin şahıdır, heç kimə qalxmaz” – düşünüb uca əllərin qovzuyub dizinə vurdu ki, guya çox bərk vurur dizlərinə. Amma, gələn arvadlar Bədircahanı görən kimi onu saçladılar, nə saçladılar. Cavan bir qız Bədircahanı biləyindən tutub ayağa qaldırdı:
– Ax səni ləçər anası! Sənin ifritə qızın olmasaydı nə işi vardı mənim nişanlımın o ilanmələr kahalarda!
Piçalaqlı Anaxanım onun saçından bir çəngə qoparıb sifətinə çırpdı ki:
– Süzənək kərtənkələ quyruğu, sən qızının gününə ağlasaydın xalxın da başına bu müsibət gəlməzi. İndi ver cavablarını. Öl, canın çıxsın sənin! Bilmirdin ki, “Qızını döyməyən dizini döyər..?”
Bədircahan o şillə-qapazların arasında anlamışdı ki, sən demə onun Gülsənəmiymiş şəhərin atlas arxalıq, mahut çuxalı cavanlarını kahalara dartan. Və bəyin də oğlunu bu kahada ilan çalmış. Rəzil olmuşdu el içində, qapazlar onu ağrıtmırdı daha. Bir daha ağı deməyəcəyinə ağlayırdı indi Bədircahan. Hələ belə ağı deməmişdi indiyəcən. Bədircahan bu dəfə lap qiyamət еdirdi...
MƏQALƏLƏR
"Əkinçi” qəzеtindəki məqalələr", "Mənim sеvgili, əziz müəllimim Həsən bəy!", "Ölülər” haqqında rəy", "Ölülər", "Tеlеqram", "Tərcümеyi-halım"
Həmçinin bax
İstinadlar
- "Arxivlənmiş surət". 2022-03-25 tarixində . İstifadə tarixi: 2018-04-24.
- Везиров Наджаф-бек Фатали-бек оглы // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" [[Azərbaycan Respublikası Nazirlər Kabineti]]nin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı" (az.). nk.gov.az. 2019-05-11. 2020-11-24 tarixində . İstifadə tarixi: 2019-05-13.
- Nəcəf bəy, Vəzirov. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb. 2005.
- Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə, II cild. Bakı, 1960.
- F. Qasımzadə. H. B. Vəzirov. Bakı, 1954.
- Kamran Məmmədov. XX əsr Azərbaycan gülüşü. Bakı, 1989.
- Kamran Məmmədov. Nəcəf bəy Vəzirov. (Əsəri çapa hazırlayan: filologiya elmləri namizədi Dilara Məmmədova). Bakı, 1995.
- H. Əfəndiyev. M. F. Axundov realist-satirik nəsrinin davamçıları. Bakı, 1974.
- Dilara Məmmədova. Bir balaca boyu var… Bakı, 1995.
- Əzizə Ələkbərova. "Nəcəf bəy Vəzirov (arxivinin təsviri)" kitab- Bakı 2012
- Əzizə Ələkbərova . "Nəcəf bəy Vəzirov. Biblioqrafiya" kitab- Bakı 2014
- Ənvər Çingizoğlu, Şuşa şəhəri: Təbrizli məhəlləsi, Bakı, "Zərdabi LTD", 2012, səh. 322
- Ənvər Çingizoğlu, Vəzirovlar, Bakı, "Soy" dərgisinin xüsusi buraxılışı, 2008, 88 səh.
Xarici keçidlər
- . "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediyada bu soyadli muxtelif adamlar haqqinda meqaleler var bax Vezirov Necef bey Feteli bey oglu Vezirov 17 fevral 1854 Susa 9 iyul 1926 Baki azerbaycanli yazici ve dramaturq Azerbaycan dramaturgiyasinin inkisafinda onun ideya estetik mezmun bedii senetkarliq keyfiyyetlerinin zenginlesdirilmesinde milli teatrin yaradilmasinda ve inkisafinda mustesna rolu vardir Butun ictimai fealiyyeti ve edebi yaradiciligi ile milli azadliq herakatina yaxindan komek gosteren Necef bey Vezirov Azerbaycan edebiyyatinda facie janrinin esasini qoymus Azerbaycanda feodal patriarxal qurulusa qarsi cevrilmis maarifcilik herekatinin genislenmesinde yaxindan istirak etmisdir Necef bey VezirovDogum tarixi 2 aprel 1854Dogum yeri Susa Susa qezasi Samaxi quberniyasi Rusiya imperiyasiVefat tarixi 13 iyul 1926 72 yasinda Vefat yeri Samaxi Azerbaycan SSR ZSFSR SSRIDefn yeri BakiVetendasligi Rusiya imperiyasi AXC SSRIHeyat yoldasiUsaqlari Samil bey Vezirov Sara xanim Vezirova Sureyya xanim VezirovaAtasi Feteli beyAnasi Mina xanimTehsili Susa seher mektebi Peterburq Universiteti 1874 Moskva Kend Teserrufati Akademiyasi 1878Fealiyyeti jurnalist yaziciFealiyyet illeri 1873 cu ildenEserlerinin dili Azerbaycan diliJanrlar dram facie komediyaTaninmis eserleri Yagisdan cixdiq yagmura dusduk d Necef bey Vezirov Vikimenbede Vikianbarda elaqeli mediafayllarHeyatiNecef bey Vezirov 1854 cu il aprel ayinin 2 de Azerbaycanin Susa seherinde anadan olmusdur Yazicinin usaqligi ferehsiz kecmisdir Atasi Feteli bey xeste oldugundan ailenin cetinliyi anasi Mina xanimin ustune dusmusdur Necef ozu de tebieten sakit ve qaradinmez bedence zeif ve xeste olmusdur Anasinin arzusu bu idi ki yegane oglunu saglam gorsun ve onu mektebe gondersin Lakin Necefin sehheti buna imkan vermir ananin arzusu her il ureyinde qalirdi Ozunun yazdigina gore Necef bey yalniz on iki yasinda olanda mektebe gede bilmis tez bir zamanda oxuyub yazmagi oyrenmisdir Vezirov ilk tehsilini dini mektebde almisdir O burada bir il oxuduqdan sonra Susa seherindeki mulkiyye mektebine gedir Lakin yeniyetme genc hemin mektebde oxuya bilmir Burada Ermeni muellimin amansiz reftari usaqlari yerli yersiz doyub isgence vermesi Necefi mektebden uzaqlasmaga mecbur edir Yeniyetme oglanin mektebden qacmasina bezi qohumlari basqa mena verirler Guya o tenbel ve bacariqsizdir oyrene bilmir cetinlikden qorxur ve s Hetta qohumlarindan biri isteyir ki Necefe rusca sethi suretde yazib oxumagi oyretsin ki hec olmasa o kendde mirzelik edib ata anasini dolandirsin Lakin Necef hec kesin qaygisini qebul etmir O 1868 ci ilde Susadan ayrilib Bakiya gelir Burada imtahan verib real gimnaziyanin ikinci sinifine daxil olur Oz bacarigi ve biliyi ile tezlikle muellimlerin regbetini qazanir Gimnaziyanin sonuncu sinifinde oxuyarken artiq elaci sagird kimi taninir hetta dovletli usaqlarina ders demekle mesgul olurdu Gimnaziyada oxuyarken N Vezirov boyuk Azerbaycan alimi o zaman gimnaziyada ders deyen Hesen bey Zerdabi ile tanisligi onun fikri inkisafina quvvetli tesir gosterir H Zerdabi sagirdlerde tekce elme maraq oyatmaqla kifayetlenmirdi O calisirdi ki sagirdler xalqin gelecek inkisaf yollarini duzgun anlasinlar onun azadligi ve maariflenmesi ugrunda metin mubarizler kimi yetissinler Mehz Zerdabinin mesleheti ile N Vezirov tebiet elmlerine xususi maraq gosterir rus klassik yazicilarinin eserlerini mutalie ederek mutereqqi ideyalarla tanis olur Yazicinin teatrla tanisligi da bu zaman baslanir O yazir 1873 cu ilde altinci klasda oxudugum halda birinci defe rus teatrina getdim Bu gece mene nehayet derecede tesir eledi Onun nece bir sey oldugunu basa dusdum 1874 cu ilde N Vezirov real gimnaziyani qurtarib tehsilini davam etdirmek ucun Rusiyaya gedir O evvelce Moskvada olur sonra dostu Aga Gorani ile birlikde Peterburqa gedib Ekincilik instituna qebul olunmaq isteyir Lakin atestatindaki qiymetlar hemin inistituta qebul teleblerini odemediyi ucun o avqust ayinin sonlarinda yeniden Moskvaya qayidir ve sentyabrda Petrivski Razumovski Mese ve Tebietsunasliq Akademiyasinin Mesecilik sobesine daxil olur N Vezirovun Moskvada tehsil aldigi iller Rusiyada azadliq ideyalarinin zehmetkes kutlenin menafeyini mudafie eden xalqciliq herekatinin genislendiyi bir dovre tesaduf edir Hele Bakida real gimnaziyada oxuyarken H Zerdabi kimi milli azadliq ideyalari ile terbiyelenen N Vezirov Moskvada daha qaynar bir inqilabi muhite dusur O tezlikle qabaqcil fikirli genclerle dostlasir tehsil aldigi Akademiyanin daxilinde bas veren telebe cixislarinda ve gizli teskilatlarinda istirak edir Hetta 1878 ci ilde H Zerdabinin tesebbusu ile Imdadiyye adli dernek teskil edir 1878 ci ilin iyun ayinda N Vezirov Petrovski Razumovski Akademiyasinin Mesecilik sobesini bitirib teyinatla Qafqaza gonderilir O Yelizavetpol quberniyasinin Terter nahiyyesine ucuncu dereceli mesebeyi teyin olunur 1880 ci ilin iyul ayina qeder burada calisir Sonra onun vezifesini boyudurler Vezirov ikinci dereceli mesebeyi kimi Irevan quberniyasinin Dilican nahiyyesine mesebeyi teyin olunur 1887 ci ile qeder burada calisib yeniden is yerini Yelizavetpol quberniyasina deyisir 1890 ci illerin evvellerinden baslayaraq Rusiyada inqilabi azadliq herakatinin yukselisi ile elaqedar Petrovski Razumovski Akademiyasinin mezunlarini teqib edirler Bununla elaqedar olaraq N Vezirovu da siyasi etibarsizliqda gunahlandirib mesebeyi vezifesinden azad edirler Bundan sonra seneti ile elaqesi olmayan muxtelif yerlerde calisir Evvelce Irevan quberniya idaresi tibb sobesinin katibi sonra ise Qazaxda mobahiseli islere baxan sobenin katibi vezifesinde isleyir Lakin bu islerin hec biri N Vezirovun xosuna gelmir YaradiciligiMusibeti Fexreddin tamasasinin afisasi 1909 cu il Necef bey Vezirov 1895 ci ilde Bakiya kocur Burada lazimi imtahanlari verib vekillik vesiqesi alir ve mehkemelerde calisir O burada uzun muddet ayri dusduyu bedii yaradiciligini davam etdirir Yagisdan cixdiq yagmura dusduk Musibeti Fexreddin Pehlevani zemane kimi klassik eserlerini yaradir N Vezirov 1903 cu ilde Baki dumasina katib secilir Az sonra ise seher maarif sobesi reisinin muavini teyin edilir ve kecmis muellimi Hesen bey Zerdabi ile birlikde dogma xalqinin maariflenmesi ucun yeni mekteblerin muxtelif terbiyye ocaqlarinin acilmasi isinde yaxindan istirak edir 1905 ci il inqilabi N Vezirovun edebi ictimai fealiyyetinin genislenmesi ucun munbit zemin yaradir Maarifperver edib bir terefden Bakida cixan Heyat Irsad Teze heyat Aciq soz ve s qezetlerinde Dervis imzasi ile Balaca muteferreqeler basligi altinda burjua mulkedar cemiyyetinin ictimai eyiblerini acan felyetonlar yazir diger terefden dram derneklerine rehberlik edir Azerbaycanda teatr senetinin inkisafi aktyor neslinin yetismesi ucun yorulmadan fealiyyet gosterir 1913 cu il noyabr ayinin 15 de Sefa maarif cemiyyeti Necef bey Vezirovun edebi fealiyyetinin 40 illiyi munasibetile Bakida tenteneli yubiley gecesi kecirir Bu gece boyuk bir medeni bayrama cevrilir Qezetler yazicinin heyat ve fealiyyetinden behs eden meqale ocerk melumat derc edirler Azerbaycanin gorkemli ziyalilari yubilyara mektub teleqram gonderir onu bu yubileye layiq yazici mohterem edib qudretli vetendas muellim ve terbiyeci xalqin fedekar oglu kimi qiymetlendirirdiler Xalqin ehtirami N Vezirovun yaradiciliq ilhamini islemek hevesini cosdurmus edib hem ictimai heyatda hem de bedii yaradiciliq sahesinde daha feal calismisdir Bu illerde o Pul duskunu Haci Ferec komediyasini Teze esrin ibtidasi dramini yazmis boyuk fransiz yazicisi Jan Batist Molyerin Xesis komediyasini Aga Kerim xan Erdebili fransiz mezhekesi Vekil Patelen i ise Deleduz adi ile tebdil etmisdir Azerbaycanda Aprel istilasindan sonra N Vezirov Bakida Kend teserrufati texnikumunda muellim islemisdir Yazici mesecilik isi ile bagli telebeleri Azerbaycanin muxtelif rayonlarina aparir tecrube mesgelelerine rehberlik edirdi Lakin qocaman yazicinin sehheti pozulmusdu tez tez urek agrisindan sikayetlenirdi Hekimler ona isden cixib istirahet etmeyi meslehet gorurduler 1926 ci ilin yayinda Necef bey Vezirov tecrube mesgeleleri aparmaq ucun telebelerle birlikde Samaxiya Cuxuryurda getmis ve iyul ayinin 13 de orada urek catismazligindan vefat etmisdir Yazicinin cenazesi Bakiya getirilmis ve iyulun 13 de defn olunmusdur Azerbaycan Respublikasi Nazirler Kabinetinin 7 may 2019 cu il tarixli 211 nomreli Qerari ile Necef bey Vezirov Azerbaycan Respublikasinda eserleri dovlet varidati elan edilen muelliflerin siyahisina daxil edilmisdir AilesiNecef bey Feteli bey oglu Vezirov Xursid xanimla aile qurmusdu Samil bey adli oglu Sara xanim ve Sureyya xanim adli qizlari vardi Xursid xanim Vezirova Samil bey Vezirov Sara xanim Vezirova Sureyya xanim Vezirova Xursid xanim Mirze Abbas bey qizi Vezirova Bakidaki Xeyriyyeci qadinlar cemiyyetinin uzvu olmusdur Xursid xanim Vezirova qizliq soyadi Haqverdiyeva 1868 ci ilde Susa seherinde dunyaya goz acmisdi 1913 cu ilin sentyabr ayinda olumunden bir nece gun evvel demisdi Cavanligimin en yaxsi illerini men xalq mugennisi Dervise hesr etmisem onu ezizlemisem heyatini qorumusam Eger menim nezaretim olmasaydi onun eserleri itib batmisdi Muveffeqiyyetsiz eserlerini bele goz bebeyim kimi saxlamisam bezen de qadin psixologiyasinin elametlerini ora elave etmisem Men agir deqiqelerde Dervisle birlikde vurusmusam ve mubarizeni deyanetle davam etdirmisem Xursid xanim 1913 cu ilde Baki seherinde vefat edib Samil bey Necef bey oglu Vezirov Samil bey Necef bey oglu 1882 ci ilde Baki seherinde anadan olmusdu Once real mektebde sonra gimnaziyada tehsil almisdi Berlin Kend Teserrufati Institutuna daxil olmusdu Institutu tamamlayib vetene donmusdu Yevlax bolgesinde torpagin mexaniki ve aqrotexniki qaydalarla becerilmesinin bazasini yaratmisdi Azerbaycanda sovetlesmeden sonra Kend Teserrufati idaresinde calisirdi Samil bey Vezirov 1935 ci ilde Agdam bolgesinde ezamiyyetde olarken urek tutmasindan vefat edib Sara xanim Necef bey qizi Vezirova Sara xanim Vezirova 1889 cu ilde Baki seherinde anadan olmusdur Bakida Muqeddes Nina qizlar mektebinde tehsil almisdir 1907 ci ilde bu tehsil ocagini bitirib muellimlik fealiyyetine baslamisdi Birinci Rus muselman qizlar mektebinde hesab fenninden ders demisdi O 1910 cu ide acilan rus tatar qizlar mektebine mudir teyin olunmusdu Sara xanim Vezirova 1961 ci ilde vefat edib Sara xanim Resid bey Axundovla aile qurmusdu Uc qizi vardi Sureyye Vezirova Baki ikinci rus turk qiz mektebinde mudir muellim Sureyye Vezirova Necef bey qizi Susa seherinde anadan olmusdu EserleriPyesleri Ev terbiyesinin bir sekli Daldan atilan das topuga deyer Sonraki pesmanciliq fayda vermez Adi var ozu yox Yagisdan cixdiq yagmura dusduk Musibeti Fexreddin Pehlevanani zemane Vay selekum meellekum Ne ekersen onu bicersen Kecmisde qacaqlar Teze esrin ibtidasi Pul duskunu Haci Ferec Iqtibaslar Aga Kerim xan Erdebilli Deleduz Hekayeler Agici Menim vaqiem Paho Agici Agici Bedircahanin evi seherin qible terefinde qayanin ustunde cox basefa olan yerdedir Evinin qabaq terefi enis dagdir dal terefi sehere baxir Yaz fesli dagin ciceklerinin iyin getirir Dagin dibinden cay axir ve yaxsi bulagi var Cayin qiraginda ellerinde seheng novbe gozleyen qiz gelinleri hemise gormek olur Qablarin su ile doldurub bir az zarafat edib sehengi atirlar ciyinlerine keklik kimi dirmanirlar dag yuxari Bedircahanin evinin saginda qayanin ortasinda uc kaha var cox derin Bele deyirler ki guya o kahalar cin ve seyatin ovlagidirlar Her gun o kahalara atlas arxaliq mahut cuxali cavan oglanlar dolurlar Ora ne sebebe gedirler onu bilerik oz yerinde Bedircahanin evine durust olar ki koma deyek cunki bir otaq bir sandiqdan savay qeyri temirati yoxdur Bedircahani tanimaqdan otru lazim deyil onun ata ve anasini tanimaq cunki Bedircahan onlardan yuz kere meshur arvaddir Bedircahani nece tanimaq olur Zamanla o hemi hekimlik bilir hemi agicidir hemi de mamaca Agiciliga catincan gerek bir nece qeyri islerle mesgul olasan ta ki alem seni taniya Her kes Bedircahanin qirisilmis uzune baxsaydi yeqin ki sual ederdi oz ozunden Goresen bu zenan ne fikir edir Her deqiqe onun sureti deyisilirdi Bezi vaxt dodagini dodaginin ustune qoyub elini agzina yapisdirib guya ki murguluyurdu bezi vaxt gulumsunurdu Xulase curebecure sekiller gosterirdi Cunki Bedircahanin agzinda otuz iki disden birisi de qalmamisdi gozleri agriyirdi ve hemise gozunden su axirdi Mumkun deyil ki Bedircahana kupegiren qari ya ki cehennemden biletsiz qacan demeyesen Bax bu sebeblerden ondan seherin xanimlari ve beyimleri askara qorxurlar Her ne onlardan istese ona vermeye bilmirdiler Bedircahanin dovletinden onun alagoz qaraqas qizi xanim kimi durub oturur Hele desen bezen anasina buyurur Ana pastav sanavar postav samovar nece ki bir nece xanimlar oz nokerlerine bele buyururlar Qisin boyuk cillesinde qezadan hava cox xosdur Gun iki agac boyu qalxmis evin divarina yavuq yer qurumusdu Bedircahan hemin yerde dasin ustunde ayagini sallamis eylesib yanindaki daslarin ustde yarimcorabin qurudurdu ki heqqi hu deyib dussun seherin canina Seherin hec bir terefinden seda gelmirdi Qulagini sekledi ki gorsun mescidlerden munacat sesi esidilmir Tez qalxib ayaga evvel bir oz sesini imtahan etdi ki gorsun aglasmada nece cavan qiz gelinlerin ureyine dag vura biler Agi havasi ile oxudu ucadan Inna lillahi ve inna ileyhi raciun Bir tovr oxudu ki guya ayenin menasini da bilir Telesik yarimcorabini qurumamisdan ayagina geyib nece ki tazi dovsan gorende qulagini seklerdi bizim Bedircahan xala da elece qalxdi ayaga istedi dubare esitsin munacat sesin ki bilsin haraya uz qoysun getmeye Gunun istisinden qar eriyib qiyamet palciq etmisdi amma Bedircahan ele sekirdi ki guya yerde hec palciq nisani yoxdur Qocagin telesik getmesine sebebler coxdur Evvela qizi Gulsenemden otru tezlikle bir xeyir is olacaqdi ancaq isi xelvet duzeltmek isteyirdi Ikinci sebeb evvelinciden vacib Bedircahan iki hefte idi ki aglasmada olmamisdi Ele bil sesi batmisdi bikarciliqdan Cox pis adet elemisdi Hergah aglasma olmasaydi bir qeyri ise mesgul ola bilmezdi Aglamiyanda gunu qara kecirdi Ne qeder cavandi teziye yerinde tek aglardi Indi seherde o qeder agici peyda olub ki hec ona cenazenin yaninda bardas qurmaga da yer vermirler Amma oyun odur ki onun basqa agicilardan bir ustunluyu vardi gozu bir azaciq selamet deyil idi deye gozunden hey yas axardi Ona gore gozunun yasi havayi getmesin deye aguya siven de qatirdi heder axan goz suyunun kiresini alirdi olu yeyesinden Bir de ele yerlerde bir az menfeet var bir top sal Gulsenemin ciyinliyi ucun ya ki zerbaf uc manat pulcigaz Niye getmesin Bedircahan teeccub ile oz qizi Gulseneme nagil edirdi ki Ay qiz indi menim hec aglasmada ureyim yanmir axi goresen buna sebeb nedir Bedircahan heqiqet dogru deyir ki daha onun ureyi yanmir Onun borcu xanimlari beyimleri aglatmaqdir ki Ay xanim ve ya ki ay filan beyxanim size qurban olum elinizden geden marala canim qurban deyib birceyin yolanda indi onun uzune hec baxan da olmur O canin zerbafa bir top tirme sala qurban eder Olene maral demir zerbafin ipek gullerine deyir Hec kimin heddi yoxdur Bedircahani taqsirli tutsun Bednezer salmisdi onu agici taxtindan bir de teze peyda olan mamilimatan agicilar Bedircahan palcigi yara yara gedirdi ki bir bedbextlik ona uz verdi Basmagi ayagindan cixib palcigin icinde fovt oldu Bir cop tapib istedi basmagi cixartsin amma cifayda zehmeti nahaq oldu Durdu oz ozunu qinamaga Mene bir deyen yoxdur ki ay basin batsin niye gedib uc gun ireliden naxosun yasdiginin dibini kesmirsen indi tamam agicilar kor Ummi picalaqli Anaxanim ve kaftar Goher bir birine novbet vermirler Bedircahan xalaya deyen olmadi ki senin ozunun legebin nedir Qulagi bir iki defe calmisdi ki ona suzenek Bedircahan deyirler Aglasmanin sirin yerinde tezerek elmansura qacmagi saxsey vaxseyi yarimciq qoyardi Qayidanda bir xeyli zaman gerekerdi ki teziye camaatini tezeden korukleyib sovqe salasan Leqebini indiyecen uzune deyen olmamisdi eger olsaydi savasardi Bedircahan artiq basmagi axtarmadi elini altdaki tumanina silib duzeldi yola Niye basmaqdan otru saatlar otursun Indi teziye yerinde arvadlar zibil kimidirler Onlarin birisinin teze basmagini Bedircahan goturse ona kim deye bilerdi ki A xala qoltugunun altin birce goster Bu sozu deyenin ata anasini ve teze olen qardas bacisini qebirden cixardar Bir az kecmis ikinci bedbextlik Bedircahandan uzaq olmadi Ezrayilin iyin almisdi onun terefe gedirdi ve munacat dexi oxunmurdu molla da gozden itmisdi indi bilmedi hara getsin Qaldi nacar geri getmek mumkun deyildi basmaq itibdir Aglasmani gormeseydi bagri catlar hara qayitsin Memmedcefer qadan alim merhum olan kimdir Bazara geden baqqal Mehemmedcefer cavab verdi ki bilmir merhum olan kimdir Bedircahan xala bir tovr sual ile istedi ki getdiyi yeri bilsin Amma duz gelmedi A kisiler bele zad olmaz axir uc saatdir ki kuceden kuceye durtulesen bilmeyesen ki getdiyin yerin haradir Bedircahanin bagri catlamaga gelirdi Ne elemek gerek Basina donum Memmedcefer men gerek tez gedem teziye yerine Cunki sonra bilmedi ne desin feqir Bedircahan ozunu lap itirmisdi Boyle ittifaq indiyedek ona uz vermemisdi O bilirdi tamam seherde olan merizleri amma merhum olan yeqin ki zeherden ya ki bir qeyri tez olduren naxosluga mubtela imis sill naxoslugu kimi Mehemmedcefer cox bameze kisilerdendir Oz ozune sual etdi ki Bu nece zenendir telesir aglasmaga amma bilmir hara getsin Eger merhum olan qohumlarindandir bu gerek bilsin oz qohumunun evini eger olu bunun qohumlarindan deyil niye bele telesir ki basmagi da yadindan cixarib evde qoyub Ay agilsiz sen ki bilmirsen olen kimdir ne borcundur ora bogulmus it kimi gunde gedirsen Meger evin yoxdur ayagini basib altina bir is goresen Mehemmedcefer ne bilsin ki Bedircahan bilirdi ne sebebe gedir ve onun metlebini qanmaq olur Mehemmedceferin xeberi yoxdur ki yuz bu tovr aglasma axtaran zenen tapmaq olur hansilar ki seherin o kucesinden bu kucesine lehleye lehleye gelib gedenden sual gucu ile teziye yerini tapirlar Ax bu zenanlar nece cut Tiflis ipinden corab vererler qezet cap edenlere eger o elamnameler yaza kimin ve ne vaxt harada olduyunu deye Indi men hardan bilim olen kimdir Bu vacibdir cox vacibdir cunki bezi yerlerde doyunca aglayandan sonra bir balaca nahar da olur nahar vaxti sirince sohbetler de Ay qiz Haci Meherremin deyirler qizcigazi qosulub qacibdir axi Bir ayrisi deyir Neylesin balam Onun anasi o qeder ifritedir ki qizini hec kime vermir Meselenin icinden hali olan digeri de deyir ki Qizin oz konlu varmis studente anasi vermiyenden sonra elaci neyimis Mehemmedcefer yaxsi vaxt tapmisdi ki tamam bamezeliyinden gostersin Ay Bedircahan fikir edirem ki insallah sen olende seni kim aglayacaq Vesiyyetini indiden yaz ki cox asagi kucelerin agicilari hec zehmet cekib teziyene gelmesin Bedircahan uzunu tutdu Mehemmedcefere Allah qoysa bir nece aydan sonra senin ozune ele agilar deyeceyem ki canina deysin imansiz kafir Mehemmedceferin saqqali agarmisdi yeqin ki ona gore Bedircahan bu sozu ona dedi Buna bax ay qiz kertenkele quyrugu senin o bedugur dilin agzinda yansin ele Seni qara torpaq da almayacaq basdirib qayitmamis mezarin seni uzumuze tupurecek imansiz kaftar He burda bir unutdugumu da yada salim ki Bedircahanin ikinci leqebi kertenkele quyrugu dur bir az qivraqligina yarasir amma basqa sebebden deyirler eyzan tiftiklenmis villur penceyinin cibinde kertenkele quyrugu saxlardi guya ki qazanc getirirmis Kertenkele kimi surunen sensen daha esan da seni goturmur Qulaginin dibinden bozbas iyi geldiyinden xeberin varmi hec bu sozu Bedircahan ele dedi ki guya ozu on sekkiz yasinda gelindir Mehemmedcefer Arvad toxumunuz yer uzunden goturulsun Kisiler bele de biheya olurmu bu sozleri deye deye cehl etmeye hevesi qalmayan Mehemmedcefer duzeldi bazara sari Bedircahan bir az uzaqlasmis saxsey sesi esidildi ureyi atlandi bildi getdiyi yeri ve az qala yuyure yuyure bir nece deqiqeden sonra qulaginin fehmiyle yetisdi metlebe Bedircahanin derdi bir az artdi gec gelmeyine gore cunki icma hedden artiq cox idi Bildi ki olen dovletlidir onu qeyri agicilar qabaqlayiblar Bir otaq qalmamisdi ki ovretlerle dolmamis ola Qapinin qabaginda oturan ovretler iceride aglayanlara ses verirdiler Bedircahan bildi ki Ay qiz kenar dur qadan alim yol ver demeden gedib oz yerine cata bilmez El atib basindan yayligini kenar edib tuklerini dagidib uzune gozunun suyunu coxaldib uzaqdan honkure honkure yetisdi meydana Qonsu kocdu biz qaldiq Aman eller ay eller Yaman gune biz qaldiq Feryad eller ay eller Qapida duran ovretler bielac yol verdiler Bedircahana Ovretler bir birlerinden sual etdiler Ay qizlar bu arvad goresen beyin qohumudur Birisi dedi ki Yeqin ki xalasidir Birisi dedi ki Yox emisi arvadidir Amma mumkun deyil ki burada duran ovretlerden Bedircahani bilen olmaya Ozunu birinci yetirmis picalaqli Anaxanim ucadan basladi Ay qiz bu simten Bedircahandir Allah buna lenet elesin Bele pis deyen gozu var ki onun gozu pirtlasin Her ne ki yaxsidir dese mumkun deyil ki o itmeye ya ki olmeye Bir basqasi Menim balaca nevem onun gozu deymekdence oldu Onu gorum olende dili lailahe illellah tutmasin O birisi Ele beyimiz de onun bednezerine getdi Bedircahan hercend bu sozu esitdi amma yeri deyil idi ki sual etsin ya cavab versin Bedircahan oz yerinde eylesmis idi bir nece xanimlar daxil oldular Onlara hormet lazimdir Ona gore iyirmiyedek ovret qalxdilar ayaga Agici teziyenin sahidir hec kime qalxmaz dusunub uca ellerin qovzuyub dizine vurdu ki guya cox berk vurur dizlerine Amma gelen arvadlar Bedircahani goren kimi onu sacladilar ne sacladilar Cavan bir qiz Bedircahani bileyinden tutub ayaga qaldirdi Ax seni lecer anasi Senin ifrite qizin olmasaydi ne isi vardi menim nisanlimin o ilanmeler kahalarda Picalaqli Anaxanim onun sacindan bir cenge qoparib sifetine cirpdi ki Suzenek kertenkele quyrugu sen qizinin gunune aglasaydin xalxin da basina bu musibet gelmezi Indi ver cavablarini Ol canin cixsin senin Bilmirdin ki Qizini doymeyen dizini doyer Bedircahan o sille qapazlarin arasinda anlamisdi ki sen deme onun Gulsenemiymis seherin atlas arxaliq mahut cuxali cavanlarini kahalara dartan Ve beyin de oglunu bu kahada ilan calmis Rezil olmusdu el icinde qapazlar onu agritmirdi daha Bir daha agi demeyeceyine aglayirdi indi Bedircahan Hele bele agi dememisdi indiyecen Bedircahan bu defe lap qiyamet edirdi MEQALELER Ekinci qezetindeki meqaleler Menim sevgili eziz muellimim Hesen bey Oluler haqqinda rey Oluler Teleqram Tercumeyi halim Hemcinin baxVezirovlar II Azerbaycan edebiyyatiIstinadlar Arxivlenmis suret 2022 03 25 tarixinde Istifade tarixi 2018 04 24 Vezirov Nadzhaf bek Fatali bek ogly Bolshaya sovetskaya enciklopediya rus v 30 t pod red A M Prohorov 3 e izd Moskva Sovetskaya enciklopediya 1969 Eserlerin dovlet varidati elan edilmesi Qaydalari nin ve Eserleri dovlet varidati elan edilen muelliflerin ve dovlet varidati elan edilen filmlerin Siyahisi nin tesdiq edilmesi haqqinda Azerbaycan Respublikasi Nazirler Kabineti nin 7 may 2019 cu il tarixli 211 nomreli Qerari az nk gov az 2019 05 11 2020 11 24 tarixinde Istifade tarixi 2019 05 13 Necef bey Vezirov Secilmis eserleri Baki Serq Qerb 2005 Azerbaycan edebiyyati tarixi 3 cildde II cild Baki 1960 F Qasimzade H B Vezirov Baki 1954 Kamran Memmedov XX esr Azerbaycan gulusu Baki 1989 Kamran Memmedov Necef bey Vezirov Eseri capa hazirlayan filologiya elmleri namizedi Dilara Memmedova Baki 1995 H Efendiyev M F Axundov realist satirik nesrinin davamcilari Baki 1974 Dilara Memmedova Bir balaca boyu var Baki 1995 Ezize Elekberova Necef bey Vezirov arxivinin tesviri kitab Baki 2012 Ezize Elekberova Necef bey Vezirov Biblioqrafiya kitab Baki 2014 Enver Cingizoglu Susa seheri Tebrizli mehellesi Baki Zerdabi LTD 2012 seh 322 Enver Cingizoglu Vezirovlar Baki Soy dergisinin xususi buraxilisi 2008 88 seh Xarici kecidlerVikianbarda Necef bey Vezirov ile elaqeli mediafayllar var Virtual Qarabag IKT Merkezinin resmi portali az virtualkarabakh az 2013 2017 12 22 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2014 10 14