Məmmədzadə Əli Məhəmməd oğlu (Əli Nəzmi; 1878, Sarov, Yelizavetpol qəzası – 1 yanvar 1946, Bakı) – şair, ədəbiyyatşünas, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Əli Nəzmi | |
---|---|
Əli Məhəmməd oğlu Məmmədzadə | |
Doğum tarixi | 1878 |
Doğum yeri | |
Vəfat tarixi | 1 yanvar 1946 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | şair, tərcüməçi |
Əli Nəzmi Vikimənbədə |
Həyatı
Əli Nəzmi 1878-ci ildə Yelizavetpol (Gəncə şəhəri) yaxınlığındakı Sarov kəndində yoxsul ailədə doğulmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. Sonra rus-tatar məktəbində oxumuşdur. Atasının vəfatından sonra güzəranı ağır keçdiyindən doğma yurdu tərk edib Orta Asiyanın Buxara və Səmərqənd şəhəriərində iki il tacir dükanında şagird olmuşdur. Mütaliə yolu ilə təhsilini artırmış, klassik Şərq ədəbiyyatını dərindən öyrənmişdir. "Bikəs" təxəllüsü ilə şeirlər də yazmışdır.
Ədəbi fəaliyyətə 1904-cü ildə "Şərqi-Rus" qəzetində dərc etdirdiyi "Kənddə ibtida" adlı ilk şeri ilə başlamışdır. 1905-1907-ci illərin inqilabi hərəkatı onun yaradıcılığında dönüş yaratmışdır. Satirik şeirlərini "Məşədi Sijimqulu", "Kefsiz" və s. gizli imzalarla çap etdirmişdir. "Molla Nəsrəddin" ədəbi məktəbinin görkəmli nümayəndəsi kimi tanınmışdır. Felyeton və satirik şerləri satirik-yumoristik jurnallarda, xüsusən "Molla Nəsrəddin" jurnalında müntəzəm çap olunmuşdur. "İstibdad", "Qorxuram", "Olacaqmı", "Sizə nə", "Ey fuqəra", "Od tutub odlandı vətən" və s. şeirlərində mütləqiyyətə, müstəmləkəçilik siyasətinə, dini fanatizmə və geriliyə qarşı azadlıq ideyalarını təbliğ edir. Doğma kəndində təqib olunduğuna görə ailəliklə Gəncəyə köçmüş, burada xırda ticarətlə məşğul olmuşdur. Eyni zamanda öz satirik şeirlərini gizli imzalarla (A.S.Əlidəyənəkli, "Həcamətverdi", "Sərsəri", "Qanacaqsız", "Şəmşir", "Şəmşirək", "Peşiman qoca", "Gəncə Cavanları", "Müt-şair", "Şallax", "Kav-mahi", "Qoca zığ-zığ", "Papiros-çəkən" və s.) çap etdirir. Azərbaycanda Sovet hakimiyyəti yarandığı ilk gündən yeni cəmiyyətin tərəfdarı kimi fəaliyyət göstərmişdir. O, Gəncə məktəblərində müəllimlik etmiş, sonra "Yeni Gəncə" qəzeti redaksiyasında çalışmış (1924-1926), Bakıya köçüb "Kəndli" qəzeti və "Molla Nəsrəddin" jurnalı redaksiyasında məsul katib olmuşdur (1926-1931). Sonra təqaüdə çıxmışdır, həm də "Yeni yol", "Kommunist" qəzeti redaksiyalarında müxtəlif vəzifələrdə işləmişdir. İkinci Dünya müharibəsi dövründə alman faşizminə qarşı kəskin satirik əsərlərlə çıxış etmişdir. Nizami, Firdovsi, Krılov kimi sənətkarlardan tərcümələr etmiş, eyni zamanda qiymətli ədəbi-tənqidi məqalələr yazmışdır. "Keçmiş günlər" (1944) adlı mənzum xatirəsi XX əsr Azərbaycan ədəbiyyatı və mətbuatını öyrənmək üçün maraqlıdır. 1946-cı il yanvarın 4-də Bakıda vəfat etmişdir.
Yaradıcılığı
Əli Nəzmi "Molla Nəsrəddin" jurnalında M.Ə.Sabir kimi, fəal iştirak edən şairlərdən olmuşdur. Cəlil Məmmədquluzadə şairin bu dövrdəki fəaliyyəti haqqında belə yazır: "O vaxt biz məcmuəmizin 12-ci nömrəsində "Quli-biyabani" sərlövhəli bir məqalə ilə varlılarımıza tənəli bir xitab dərc etdik. Ta ki ondan bir neçə vaxt sonra Sabirin "Təmeyi-nahar"ı bizim səsimizə səs vərdi. Burada Məşədi Sijimqulu kefsiz də meydana çıxdı və "pənah Allaha" – deyib, Sabirin "Tömeyi-nahar"ma cavab olaraq "Çayda çapan qardaşım, ağlama, ağları gör" mətləli şeirini göndərdi.
Məşədi Sijimqulunu ilk dəfə məcmuəmizdə nəzm ilə danışdıran, onun təbi şeirini büruzə vərən haman "Tömeyi-nahar" olubdur... Haman M.Sijimqulu ki, öz dediyinə görə "Molla Nəsrəddin"in bu vaxtadək bircə nömrəsini də başdan-ayağa oxumamış keçirməyibdir. Sabirin bundan da qiymətli qeyri əşarına mütəəssir olmayıb, – nə qədər ki, "Tömeyi-nahar"ına olub, ona bir neçə aydan sonra cavab vərməyi özünə borc bilibdir.
Nədir burada şairi mütəəssir edən? Əlbəttə ki, Mollanın mövzusudur".
Əli Nəzmi şeirə 1903-cü ildən başlasa da, "Molla Nəsrəddin"də ilk dəfə nəsr ilə, felyetonları ilə iştirak etmişdir. Jurnalın 11-ci nömrəsində Əli Nəzminin "Əlidəyənəkli" imzası ilə bir kiçik məktubu dərc olunmuşdur. Burada gəncəli quşbaz Hacı Hüseynin oğlu ilə rəftarından bəhs edilir. Hacının oğlu ağacdan dolaşa tutmaq istəyəndə yıxılır, qıçı sınır. Atası bu əhvalatdan xəbər tutub gəlir, oğlundan ilk soruşduğu bu olur: " – Oğul, necəsən? – Quş cibində ölməyib ki? Sağdırmı?"
Jurnalın 14-cü nömrəsində Əli Nəzmi bir kitab-firuşun "Molla Nəsrəddin"dən şikayətini yazmışdı: "Ey Molla Nəsrəddin kişi, bəs deyilmi bu qədər mərdiməzarlıq?... Üç il-dir ki, məndə olan kitablar heç satılmır..." Cameüd-dəvat – 50 cild, "Təbiri-xab-30 cild...".
"Molla Nəsrəddin", 1906, №7, səh.6.
Müəllif bu məktubunda jurnalın mövhumata və mövhumat kitablarına qarşı ardıcıl, şiddətli mübarizəsini nəzərdə tutur. İstər bu məktubda və istərsə quşbaz oğlunun əhvalatında müəllifin qələmindəki məharət, incəlik və satira aydın hiss olunmaqdadır.
Əli Nəzmi də Sabir kimi "Molla Nəsrəddin"in vəzifəsini, məqsədini çox gözəl başa düşmüşdü. Bu jurnal həm məqsədi, həm də dili, üslubu ilə xalqa yaxın olan, xalqın ruhunu ifadə edən yazılar tələb edirdi. Əli Nəzmi də belə yazıların müəllifi idi. Onun on-on beş sətirdə yazdığı duzlu məkrub "Molla Nəsrəddin"ə bütün bir ictimai lövhə verirdi. "Cavan ilə Hacı Ağanın şirin söhbəti" adlı məktubunda köhnəpərəst bir varlının xeyir işlərə münasibətini təsvir edirdi. Təsvir ancaq mükalimələrdən ibarətdir. Bir gənc maarifçinin sualına cavab verən Hacının danışığı, onun simasını, şüurunu və mühakimə dairəsini müəyyən edirdi.
Əli Nəzmi jurnaldakı fəaliyyəti ilə şeirdə də məharət sahibi olduğunu isbat etdi. Demək olar ki, mövzu dairəsi etibarilə şair, Sabirdən seçilmirdi. Köhnəpərəst hacıları, kərbalayıları, istismarçıları, avam, nadan valideynləri, xalqı aldadan falçı, cindar və dərvişləri, Məhəmmədəli kimi şahları, xəsis və mənfəətpərəst "millət xadimləri"ni, "intelli-gentləri" həcv edən şeirlərində tamam Sabir ruhu vardır. Cəlil Məmmədquluzadə göstərir ki: "Molla Nəsrəddin"ə yaraşan şivənin məzəliliyi və duzluluğunda, məharət və lətafətdə Sabirə yavuq gələn və ona əvəz olan – birinci Məşədi Sijimqulu Kefsiz olubdur." İmza atılmasa Sabir ilə Əli Nəzminin şerlərini biri-birindən ayırmaq çətin imiş.
M.Ə.Sabirin vəfatından sonra istər "Molla Nəsrəddin"də və istərsə "Məzəli", "Zənbur", "Tuti" və s. kimi gulgu mətbuatında ("Şimşirək", "Şəmşir" və s. imzalarla) ən yaxşı satirik şeirlər yazan Əli Nəzmi olmuşdur.
Sabir ədəbi məktəbi, xüsusilə 1906-1916-cı illər arasındakı on il müddətində ən yüksək mərhələsini yaşayırdı. Bu dövrdə zahirən yazıçıların işi asan idi, çünki mövzu, hədəf aydın, istiqamət məlum idi. Lakin bu zahirən belə görünür. Əslində, sənətkarın işi bu vəziyyətdə daha çətin olur. Bir halda ki, eyni mövzu bir neçə yazıçı tərəfindən və dəfələrlə işlənir, o mövzunu təzədən və yeni bir qələm sahibinin işləməsi müstəsna güc, ilham və yenilik hissi tələb edir. Sabir kimi nəhəng bir sənətkarın qarşısına çıxmaq və onun işlədiyi mövzuları yazmaq əlbəttə ki, Əli Nəzmi üçün asan deyildi. Əli Nəzmi isə qorxmadı. Sabirlə olan məslək birliyi, onun da qələmini Sabir istiqamətinə uyğunlaşdırdı. Əli Nəzminin cəsarəti, qələmə aldığı mövzulara sərbəst və müstəqil yanaşması, təsvirlərində kitaba yox, həyata əsaslanması onun müvəffəqiyyətinə səbəb oldu.
Sabirin "Dilbər" şeiri yadımızdadır. Əli Nəzmi də eyni istehza üsulu ilə, eyni yığcamlıqla bir müftəxorun təsvirini verir. Şeirinə "Tapmaca" adı qoyur: Sabirin "Ey pul" şeiri məşhurdur. Ümumiyyətlə, pul bu dövrdə qələm sahiblərinin diqqətini cəlb edən mövzu idi. Azərbaycanda kapitalizmin inkişafı əsrin ilk on illərində Bakıda sənayenin artması, kapitalın nəinki iqtisadi aləmdə, həm də məfkurə aləmində hakimlik etməsi ədəbiyyat xadimlərinə təsirsiz qala bilməzdi. Bu zaman pul hər şey idi! İstismar dünyasında pula "bütün müşkül işlərin açan" deyirdilər. Əli Nəzmi bu həqiqəti "Pul" adlı müsəddəsində çox parlaq bir şəkildə ifadə etmişdir. Əgər böyük Sabir bir pulpərəst, köhnə görüşlü kişinin pula necə sitayiş etdiyini göstərmişsə, Əli Nəzminin şeirində pul hökmranlığının özü, bir ictimai azar kimi təsvir olunur. Şair göstərir ki, "hər quru cismə can", "sahibu-hök-mi-rəvan", "zindeyi-cavidan", "amirü-şahu", "amiru-xan", "cinu, ləqəb, nişan"... hamısı ancaq, ancaq puldur. Müəllifın satirası burada müstəsna şiddət kəsb etmişdir. Gülüş ilə yanaşı göz yaşı, istehza ilə yanaşı təəssüf, tənqid ilə yanaşı məyusluq! ("Ay zəhrimar pul! Ay gidi pul!") Əli Nəzminin şerində pul, "məğlubedilməz" bir qüvvə kimi göstərilir. Bu acınacaqlı vəziyyətin səbəbləri şair üçün aydın olmasa da, fəlakətli nəticələri aydındır. Sabirin "Yat qal dala laylay" ruhunda yazılmış "Yat!" sərlövhəli şeirində şair müsəlman ətalətini satiraya tutur: "Dünya və axirət səadətinin yatmaqda" olduğunu düşünən və ömrünü yatmaqla keçirən, əsrin ən böyük ictimai hadisələrinə arı vızıltısı kimi baxan, dünyanı sarsıdıb kökündən dəyişən inqilablar ilə belə ayılmayan müsəlman Oblomovlarına qarşı bundan kəskin nə söz ola bilər? Şair cəhalət və qəflət yuxusuna dalmış həmvətənlərinə qəzəblənir. Bu qəzəb şairin ruhunda da, məntiqi silsilə təşkil edən məcazlarında da eyni şiddətdədir. Şair o qədər təsirlənmiş, o qədər həyəcanlanmışdır ki, sözünü sakit, soyuqluqla deyə bilmir; tənqid qəzəb ilə, gülüş kədər ilə qarışmış olur. Bu daxili həyəcan nəticəsində, bəzən özü hiss etmədən şəxsi kədərini bildirən misralar da yazır. Birinci beyt ilə ikinci beyti müqayisə edək:
Axşam namazını tələsik qıl, yubanma, yat!
Sol böyrün üstiinə uzanıb, qurdalanma, yat!
Bu beyt nadan bir müsəlman mömünü haqqında təsəvvür verir. Bu mömün yeyən, yatan, bir də kor-koranə ibadət edən qafil adamdır. Ancaq ikinci beyt tamam başqa təsəvvür verir:
Çoxdur məşəqqəti gözü açıqlığın, inan,
Açsan gözünü, qəm görəcəksən, oyanma, yat!
Bu çox mənalı, düşünməli beytdir. Bu sözü, bu xitabı avam möminə deməzlər. Bunu dərin düşünən, baxdığı, gördüyü hadisələri duya bilən, o zamanın bütün mütəfəkkirləri kimi kədərlənən, cəmiyyətin dərdini anlayan adama deyərlər. "Gözü açıqlıqda əzab duyan", "Gözünü açıb qəm görən" mömün deyildir. Burada şairin öz kədəri təzahürünü tapmışdır. Bu da yuxarıda dediyimiz kimi təsirdən, öz mövzusunu daxilən yaşamaqdan, ilhamın hərarətindən irəli gəlir. Ə.Nəzminin Sabiri xatırladan bir sıra şeirində bu hərarət açıq duyulur.
"İrsi-pədər", "Gülürəm", "Yorğun bir baxış" şeirlərində də cəhalət və nadanlığın ibrətli mənzərələri vərilmişdir. Ancaq bu şeirlərin hər biri şəkil, əda və ümumən sənətkarlıq cəhətindən birbirindən çox fərqlidir.
Əli Nəzminin bu dövrdəki şeirlərini oxuyanda köhnə dünyanın çirkin və acınacaqlı mənzərələri qəribə bir lövhə kimi təsəvvürdə canlanır. Bu yatanlara, saqqalı hənalı oğrulara, riyakar ruhanilərə, hiyləgər tacirlərə, şeytan ziyalılara baxdıqca gülür, həm də pərişan olursan. Sevinməli bir şey var ki, o da vaxtı ilə bu ictimai tüfeyliləri görən və ömrünü onlarla mübarizəyə sərf edən gözüaçıq, vətənpərəst, insanpərəst azadlıq sevən insanların varlığı və şərəfli əməyidir.
Əli Nəzminin əsərləri də belə bir əməyin məhsuludur. Şair, vətənində gördüyü cəhalət nümayəndələrindən əl çəkmir. Onların varlığı şairi rahat buraxmır, onlan döyəcləmək, qəflət yuxusundan oyatmaq istəyir. Onların təkfiri və hücumu Əli Nəzmini qorxutmur. Şair əmindir ki, bü gün də olmasa, sabah maarif işığı bütün qaranlıq guşələri işıqlandıracaq, günəş şüası yatanları oyadacaqdır.
Belə bir sabahın əlamətlərini hətta Əli Nəzminin satira qırmancını dadan məşədi və kərbəlayıların özləri də duymuşlar. Onlar "zəmanənin dəyişdiyini" görməyə bilməzdilər. "Dəyişilir" sərlövhəli müxəmməsində şair bu duyğunu və bunun ilk təsirlərini qələmə almışdır: Deməli, ömrünü yatmaqda keçirən və bunu həyat bilən adamların hamısı olmasa da, az bir qismi iyirminci əsrin təbəddülatını duymuşdur. "Müftahülfərəc" şeirində səbrə ümid bağlayanları, "Ədəbiyyat, yaxud minacat" satirasında qəzetlərdən qorxub küyə düşən köhnəpərəstləri, "Məzəli" şeirində Məhəmmədəli şahı tənqid atəşinə tutan şair, kütlələri sayıq salmaq üçün bu mənfur simaların bütün çirkin əməllərini açıb göstərir, camaatda onlara qarşı nifrət oyatmağa cəhd edirdi.
Əli Nəzminin şeir dili sadə, səlis, üslubu rəvan, ilhamı qüvvətlidir. O, öz şeirlərində həmişə sadəliyi saxlamağa çalışmışdır. Onda kitab dilinin təsirləri azdır. Bu təsir olsa-olsa ciddi, lirik ruhlu şeirlərdədir. Satirasında danışıq dili və canlı ifadə nümunələri daha çoxdur. Əli Nəzminin təsvirləri yığcam və əhatəlidir. O, vəziyyəti, xasiyyət və lövhəni bir və ya bir neçə söz ilə təsvir etməyi bacarır.
Əli Nəzminin "Sijimqulunamə"sində toplanmış əsərlərindən başqa jurnal və qəzet səhifələrində də bir çox şeirləri vardır.
Əsərləri
- Sijimqulunamə. Bakı: Azərnəşr, 1927, 508 səh.
- Bəlkə bu yaxşı oldu (şeirlər). Bakı: Azərnəşr, 1930, 42 səh.
- Üç məşədi. Bakı: Azərnəşr, 1935, 79 səh.
- Satira mərmiləri. Bakı: Azərnəşr, 1945, 74 səh.
- Seçilmiş şerlər. Bakı: Azərnəşr, 1950, 130 səh.
- Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1959, 212 səh.
- Şerlər. Bakı: Azərnəşr, 1963, 91 səh.
- Seçilmiş şerlər, felyetonlar, məqalələr. Bakı: Yazıçı, 1979, 362 səh.
İstinadlar
- Əli Nəzmi. Sijimqulunamə (müqəddimə), Bakı, 1927, səh.11-12.
- Əli Nəzmi. Sijimqulunamə. Müqəddimə, Bakı, 1927, səh.12.
- Əli Nəzmi. Sijimqulunamə, Bakı, 1927, səh.39-40.
- Əli Nəzmi. Sijimqulunamə, Bakı, 1927, səh.53.
- Əli Nəzmi. Sijimqulunamə, Bakı, 1927, səh.41.
- "Məzəli", 1915,№15, səh.2.
Mənbə
- Mir Cəlal. Azərbaycanda ədəbi məktəblər. Bakı: "Ziya-Nurlan" NPM, 2004, 392 səh.
- Kamal Camalov. Mollanəsrəddinçilərin maarifçilik ideyaları. Bakı: Elm və təhsil, 2015.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Memmedzade Eli Mehemmed oglu Eli Nezmi 1878 Sarov Yelizavetpol qezasi 1 yanvar 1946 Baki sair edebiyyatsunas tercumeci 1934 cu ilden Azerbaycan Yazicilar Birliyinin uzvu Eli NezmiEli Mehemmed oglu MemmedzadeDogum tarixi 1878Dogum yeri Sarov Yelizavetpol qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi 1 yanvar 1946 1946 01 01 Vefat yeri Baki Azerbaycan SSR SSRIDefn yeri Fexri XiyabanFealiyyeti sair tercumeciEli Nezmi VikimenbedeHeyatiEli Nezmi 1878 ci ilde Yelizavetpol Gence seheri yaxinligindaki Sarov kendinde yoxsul ailede dogulmusdur Ibtidai tehsilini mollaxanada almisdir Sonra rus tatar mektebinde oxumusdur Atasinin vefatindan sonra guzerani agir kecdiyinden dogma yurdu terk edib Orta Asiyanin Buxara ve Semerqend seherierinde iki il tacir dukaninda sagird olmusdur Mutalie yolu ile tehsilini artirmis klassik Serq edebiyyatini derinden oyrenmisdir Bikes texellusu ile seirler de yazmisdir Edebi fealiyyete 1904 cu ilde Serqi Rus qezetinde derc etdirdiyi Kendde ibtida adli ilk seri ile baslamisdir 1905 1907 ci illerin inqilabi herekati onun yaradiciliginda donus yaratmisdir Satirik seirlerini Mesedi Sijimqulu Kefsiz ve s gizli imzalarla cap etdirmisdir Molla Nesreddin edebi mektebinin gorkemli numayendesi kimi taninmisdir Felyeton ve satirik serleri satirik yumoristik jurnallarda xususen Molla Nesreddin jurnalinda muntezem cap olunmusdur Istibdad Qorxuram Olacaqmi Size ne Ey fuqera Od tutub odlandi veten ve s seirlerinde mutleqiyyete mustemlekecilik siyasetine dini fanatizme ve geriliye qarsi azadliq ideyalarini teblig edir Dogma kendinde teqib olunduguna gore ailelikle Genceye kocmus burada xirda ticaretle mesgul olmusdur Eyni zamanda oz satirik seirlerini gizli imzalarla A S Elideyenekli Hecametverdi Serseri Qanacaqsiz Semsir Semsirek Pesiman qoca Gence Cavanlari Mut sair Sallax Kav mahi Qoca zig zig Papiros ceken ve s cap etdirir Azerbaycanda Sovet hakimiyyeti yarandigi ilk gunden yeni cemiyyetin terefdari kimi fealiyyet gostermisdir O Gence mekteblerinde muellimlik etmis sonra Yeni Gence qezeti redaksiyasinda calismis 1924 1926 Bakiya kocub Kendli qezeti ve Molla Nesreddin jurnali redaksiyasinda mesul katib olmusdur 1926 1931 Sonra teqaude cixmisdir hem de Yeni yol Kommunist qezeti redaksiyalarinda muxtelif vezifelerde islemisdir Ikinci Dunya muharibesi dovrunde alman fasizmine qarsi keskin satirik eserlerle cixis etmisdir Nizami Firdovsi Krilov kimi senetkarlardan tercumeler etmis eyni zamanda qiymetli edebi tenqidi meqaleler yazmisdir Kecmis gunler 1944 adli menzum xatiresi XX esr Azerbaycan edebiyyati ve metbuatini oyrenmek ucun maraqlidir 1946 ci il yanvarin 4 de Bakida vefat etmisdir YaradiciligiEli Nezmi Molla Nesreddin jurnalinda M E Sabir kimi feal istirak eden sairlerden olmusdur Celil Memmedquluzade sairin bu dovrdeki fealiyyeti haqqinda bele yazir O vaxt biz mecmuemizin 12 ci nomresinde Quli biyabani serlovheli bir meqale ile varlilarimiza teneli bir xitab derc etdik Ta ki ondan bir nece vaxt sonra Sabirin Temeyi nahar i bizim sesimize ses verdi Burada Mesedi Sijimqulu kefsiz de meydana cixdi ve penah Allaha deyib Sabirin Tomeyi nahar ma cavab olaraq Cayda capan qardasim aglama aglari gor metleli seirini gonderdi Mesedi Sijimqulunu ilk defe mecmuemizde nezm ile danisdiran onun tebi seirini buruze veren haman Tomeyi nahar olubdur Haman M Sijimqulu ki oz dediyine gore Molla Nesreddin in bu vaxtadek birce nomresini de basdan ayaga oxumamis kecirmeyibdir Sabirin bundan da qiymetli qeyri esarina muteessir olmayib ne qeder ki Tomeyi nahar ina olub ona bir nece aydan sonra cavab vermeyi ozune borc bilibdir Nedir burada sairi muteessir eden Elbette ki Mollanin movzusudur Eli Nezmi seire 1903 cu ilden baslasa da Molla Nesreddin de ilk defe nesr ile felyetonlari ile istirak etmisdir Jurnalin 11 ci nomresinde Eli Nezminin Elideyenekli imzasi ile bir kicik mektubu derc olunmusdur Burada genceli qusbaz Haci Huseynin oglu ile reftarindan behs edilir Hacinin oglu agacdan dolasa tutmaq isteyende yixilir qici sinir Atasi bu ehvalatdan xeber tutub gelir oglundan ilk sorusdugu bu olur Ogul necesen Qus cibinde olmeyib ki Sagdirmi Jurnalin 14 cu nomresinde Eli Nezmi bir kitab firusun Molla Nesreddin den sikayetini yazmisdi Ey Molla Nesreddin kisi bes deyilmi bu qeder merdimezarliq Uc il dir ki mende olan kitablar hec satilmir Cameud devat 50 cild Tebiri xab 30 cild Molla Nesreddin 1906 7 seh 6 Muellif bu mektubunda jurnalin movhumata ve movhumat kitablarina qarsi ardicil siddetli mubarizesini nezerde tutur Ister bu mektubda ve isterse qusbaz oglunun ehvalatinda muellifin qelemindeki meharet incelik ve satira aydin hiss olunmaqdadir Eli Nezmi de Sabir kimi Molla Nesreddin in vezifesini meqsedini cox gozel basa dusmusdu Bu jurnal hem meqsedi hem de dili uslubu ile xalqa yaxin olan xalqin ruhunu ifade eden yazilar teleb edirdi Eli Nezmi de bele yazilarin muellifi idi Onun on on bes setirde yazdigi duzlu mekrub Molla Nesreddin e butun bir ictimai lovhe verirdi Cavan ile Haci Aganin sirin sohbeti adli mektubunda kohneperest bir varlinin xeyir islere munasibetini tesvir edirdi Tesvir ancaq mukalimelerden ibaretdir Bir genc maarifcinin sualina cavab veren Hacinin danisigi onun simasini suurunu ve muhakime dairesini mueyyen edirdi Eli Nezmi jurnaldaki fealiyyeti ile seirde de meharet sahibi oldugunu isbat etdi Demek olar ki movzu dairesi etibarile sair Sabirden secilmirdi Kohneperest hacilari kerbalayilari istismarcilari avam nadan valideynleri xalqi aldadan falci cindar ve dervisleri Mehemmedeli kimi sahlari xesis ve menfeetperest millet xadimleri ni intelli gentleri hecv eden seirlerinde tamam Sabir ruhu vardir Celil Memmedquluzade gosterir ki Molla Nesreddin e yarasan sivenin mezeliliyi ve duzlulugunda meharet ve letafetde Sabire yavuq gelen ve ona evez olan birinci Mesedi Sijimqulu Kefsiz olubdur Imza atilmasa Sabir ile Eli Nezminin serlerini biri birinden ayirmaq cetin imis M E Sabirin vefatindan sonra ister Molla Nesreddin de ve isterse Mezeli Zenbur Tuti ve s kimi gulgu metbuatinda Simsirek Semsir ve s imzalarla en yaxsi satirik seirler yazan Eli Nezmi olmusdur Sabir edebi mektebi xususile 1906 1916 ci iller arasindaki on il muddetinde en yuksek merhelesini yasayirdi Bu dovrde zahiren yazicilarin isi asan idi cunki movzu hedef aydin istiqamet melum idi Lakin bu zahiren bele gorunur Eslinde senetkarin isi bu veziyyetde daha cetin olur Bir halda ki eyni movzu bir nece yazici terefinden ve defelerle islenir o movzunu tezeden ve yeni bir qelem sahibinin islemesi mustesna guc ilham ve yenilik hissi teleb edir Sabir kimi neheng bir senetkarin qarsisina cixmaq ve onun islediyi movzulari yazmaq elbette ki Eli Nezmi ucun asan deyildi Eli Nezmi ise qorxmadi Sabirle olan meslek birliyi onun da qelemini Sabir istiqametine uygunlasdirdi Eli Nezminin cesareti qeleme aldigi movzulara serbest ve musteqil yanasmasi tesvirlerinde kitaba yox heyata esaslanmasi onun muveffeqiyyetine sebeb oldu Sabirin Dilber seiri yadimizdadir Eli Nezmi de eyni istehza usulu ile eyni yigcamliqla bir muftexorun tesvirini verir Seirine Tapmaca adi qoyur Sabirin Ey pul seiri meshurdur Umumiyyetle pul bu dovrde qelem sahiblerinin diqqetini celb eden movzu idi Azerbaycanda kapitalizmin inkisafi esrin ilk on illerinde Bakida senayenin artmasi kapitalin neinki iqtisadi alemde hem de mefkure aleminde hakimlik etmesi edebiyyat xadimlerine tesirsiz qala bilmezdi Bu zaman pul her sey idi Istismar dunyasinda pula butun muskul islerin acan deyirdiler Eli Nezmi bu heqiqeti Pul adli museddesinde cox parlaq bir sekilde ifade etmisdir Eger boyuk Sabir bir pulperest kohne goruslu kisinin pula nece sitayis etdiyini gostermisse Eli Nezminin seirinde pul hokmranliginin ozu bir ictimai azar kimi tesvir olunur Sair gosterir ki her quru cisme can sahibu hok mi revan zindeyi cavidan amiru sahu amiru xan cinu leqeb nisan hamisi ancaq ancaq puldur Muellifin satirasi burada mustesna siddet kesb etmisdir Gulus ile yanasi goz yasi istehza ile yanasi teessuf tenqid ile yanasi meyusluq Ay zehrimar pul Ay gidi pul Eli Nezminin serinde pul meglubedilmez bir quvve kimi gosterilir Bu acinacaqli veziyyetin sebebleri sair ucun aydin olmasa da felaketli neticeleri aydindir Sabirin Yat qal dala laylay ruhunda yazilmis Yat serlovheli seirinde sair muselman etaletini satiraya tutur Dunya ve axiret seadetinin yatmaqda oldugunu dusunen ve omrunu yatmaqla keciren esrin en boyuk ictimai hadiselerine ari viziltisi kimi baxan dunyani sarsidib kokunden deyisen inqilablar ile bele ayilmayan muselman Oblomovlarina qarsi bundan keskin ne soz ola biler Sair cehalet ve qeflet yuxusuna dalmis hemvetenlerine qezeblenir Bu qezeb sairin ruhunda da mentiqi silsile teskil eden mecazlarinda da eyni siddetdedir Sair o qeder tesirlenmis o qeder heyecanlanmisdir ki sozunu sakit soyuqluqla deye bilmir tenqid qezeb ile gulus keder ile qarismis olur Bu daxili heyecan neticesinde bezen ozu hiss etmeden sexsi kederini bildiren misralar da yazir Birinci beyt ile ikinci beyti muqayise edek Axsam namazini telesik qil yubanma yat Sol boyrun ustiine uzanib qurdalanma yat Bu beyt nadan bir muselman momunu haqqinda tesevvur verir Bu momun yeyen yatan bir de kor korane ibadet eden qafil adamdir Ancaq ikinci beyt tamam basqa tesevvur verir Coxdur meseqqeti gozu aciqligin inan Acsan gozunu qem goreceksen oyanma yat Bu cox menali dusunmeli beytdir Bu sozu bu xitabi avam momine demezler Bunu derin dusunen baxdigi gorduyu hadiseleri duya bilen o zamanin butun mutefekkirleri kimi kederlenen cemiyyetin derdini anlayan adama deyerler Gozu aciqliqda ezab duyan Gozunu acib qem goren momun deyildir Burada sairin oz kederi tezahurunu tapmisdir Bu da yuxarida dediyimiz kimi tesirden oz movzusunu daxilen yasamaqdan ilhamin heraretinden ireli gelir E Nezminin Sabiri xatirladan bir sira seirinde bu heraret aciq duyulur Irsi peder Gulurem Yorgun bir baxis seirlerinde de cehalet ve nadanligin ibretli menzereleri verilmisdir Ancaq bu seirlerin her biri sekil eda ve umumen senetkarliq cehetinden birbirinden cox ferqlidir Eli Nezminin bu dovrdeki seirlerini oxuyanda kohne dunyanin cirkin ve acinacaqli menzereleri qeribe bir lovhe kimi tesevvurde canlanir Bu yatanlara saqqali henali ogrulara riyakar ruhanilere hiyleger tacirlere seytan ziyalilara baxdiqca gulur hem de perisan olursan Sevinmeli bir sey var ki o da vaxti ile bu ictimai tufeylileri goren ve omrunu onlarla mubarizeye serf eden gozuaciq vetenperest insanperest azadliq seven insanlarin varligi ve serefli emeyidir Eli Nezminin eserleri de bele bir emeyin mehsuludur Sair veteninde gorduyu cehalet numayendelerinden el cekmir Onlarin varligi sairi rahat buraxmir onlan doyeclemek qeflet yuxusundan oyatmaq isteyir Onlarin tekfiri ve hucumu Eli Nezmini qorxutmur Sair emindir ki bu gun de olmasa sabah maarif isigi butun qaranliq guseleri isiqlandiracaq gunes suasi yatanlari oyadacaqdir Bele bir sabahin elametlerini hetta Eli Nezminin satira qirmancini dadan mesedi ve kerbelayilarin ozleri de duymuslar Onlar zemanenin deyisdiyini gormeye bilmezdiler Deyisilir serlovheli muxemmesinde sair bu duygunu ve bunun ilk tesirlerini qeleme almisdir Demeli omrunu yatmaqda keciren ve bunu heyat bilen adamlarin hamisi olmasa da az bir qismi iyirminci esrin tebeddulatini duymusdur Muftahulferec seirinde sebre umid baglayanlari Edebiyyat yaxud minacat satirasinda qezetlerden qorxub kuye dusen kohneperestleri Mezeli seirinde Mehemmedeli sahi tenqid atesine tutan sair kutleleri sayiq salmaq ucun bu menfur simalarin butun cirkin emellerini acib gosterir camaatda onlara qarsi nifret oyatmaga cehd edirdi Eli Nezminin seir dili sade selis uslubu revan ilhami quvvetlidir O oz seirlerinde hemise sadeliyi saxlamaga calismisdir Onda kitab dilinin tesirleri azdir Bu tesir olsa olsa ciddi lirik ruhlu seirlerdedir Satirasinda danisiq dili ve canli ifade numuneleri daha coxdur Eli Nezminin tesvirleri yigcam ve ehatelidir O veziyyeti xasiyyet ve lovheni bir ve ya bir nece soz ile tesvir etmeyi bacarir Eli Nezminin Sijimquluname sinde toplanmis eserlerinden basqa jurnal ve qezet sehifelerinde de bir cox seirleri vardir EserleriSijimquluname Baki Azernesr 1927 508 seh Belke bu yaxsi oldu seirler Baki Azernesr 1930 42 seh Uc mesedi Baki Azernesr 1935 79 seh Satira mermileri Baki Azernesr 1945 74 seh Secilmis serler Baki Azernesr 1950 130 seh Secilmis eserleri Baki Azernesr 1959 212 seh Serler Baki Azernesr 1963 91 seh Secilmis serler felyetonlar meqaleler Baki Yazici 1979 362 seh IstinadlarEli Nezmi Sijimquluname muqeddime Baki 1927 seh 11 12 Eli Nezmi Sijimquluname Muqeddime Baki 1927 seh 12 Eli Nezmi Sijimquluname Baki 1927 seh 39 40 Eli Nezmi Sijimquluname Baki 1927 seh 53 Eli Nezmi Sijimquluname Baki 1927 seh 41 Mezeli 1915 15 seh 2 MenbeVikimenbede Muellif Eli Nezmi ile elaqeli melumatlar var Mir Celal Azerbaycanda edebi mektebler Baki Ziya Nurlan NPM 2004 392 seh Kamal Camalov Mollanesreddincilerin maarifcilik ideyalari Baki Elm ve tehsil 2015