Haşım bəy Mirabdulla oğlu Vəzirov (1867, Şuşa – 1916, Bakı) — pedaqoq, publisist, tərcüməçi, jurnalist, yazıçı, naşir.
Haşım bəy Vəzirov | |
---|---|
Doğum tarixi | 1867 |
Doğum yeri | |
Vəfat tarixi | 1916 |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | jurnalist, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Haşım bəy Vəzirov 1867-ci ildə Şuşa şəhərində anadan olmuş və ilk təhsilini də orada almışdır. Onun ulu babası Mir İmamverdi Qarabağ xanının vəziri olmuş, övladları xanlıqda bəyzadələr kimi məşhurlaşmış, "vəzir" ifadəsini özlərinə soyad seçərək Vəzirovlar adlanmışlar. Haşım bəy Vəzirov öncə molla yanında, müddərrislərdən Molla Həmid və Molla Əlidən dərs almışdı. Sonra şəhər məktəbini bitirmişdi.
İrəvan Müəllimlər Seminariyasında bitirmiş, İrəvan, Bərdə, Şəki və Şuşada müəllimlik etmişdir. Müəllimlər Seminariyasını tamamladıqdan sonra Böyük Vedi kəndində müəllimliyə başlamışdı. Sonra dəyişilərək Cavanşir qəzasının Alpout, Şəki qəzasının Kiçik Göynük, Cavanşir qəzasının Bərdə kəndlərində müəllimlik etmişdi. Bir müddət isə məktəb naziri (müdiri) işləmişdi.
İmperator Nikolay Aleksandroviçin tacgüzarlığı ilə bağlı Şuşada "müsəlman-rus" məktəbi yaradılır. Mir Haşım bəyi bu məktəbə nazir (direktor) vəzifəsinə dəvət edirlər. Məktəbdə işləməklə bərabər Şəhər bələdiyyə idarəsinə qlasnı seçilmişdi. İctimai işlə qızğın məşğul olmuşdu. Şuşa real məktəbin hazırlıq sinfində ana dilindən dərs demişdi.
Vəzirov 30 il ədəbi jurnalistika sahəsində fəaliyyət göstərmişdir. Haşım bəy "Tazə həyat" (1907–1908), "İttifaq" (1908–1909), "Səda" (1909–1911), "Kavkazets" (1911, rus dilində), "Sədayi-vətən" (1911), "Sədayi-həqq" (1912), "Sədayi-Qafqaz" (1915–1916) qəzetlərini və "Məzəli" (1914–1915) jurnalını nəşr etdirmişdir.
Mir Haşım bəy təəssübkeş bir millətçi idi. 1905–1906-cı illərdə erməni quldurlarına qarşı mübarizə aparmışdı. 1906-cı ildə hökumət tərəfindən tutulub, sürgün edilməsinə qərar verilmişdi. Onun sürgün olunması barədə artıq hökm verilir. Lakin xəstə olduğundan Mir Haşım bəyin sürgünə göndərilməsi təxirə salınsa da, qubernatorun razılığı ilə sağalan kimi Şuşadan Stavropola sürülmüşdü. Onun sürgün həyatı uzun çəkmir, artıq 1906-cı ilin ortalarında sürgündən azad olunan Mir Haşım bəy Şuşaya, sonra Bakıya qayıdır və ömrünün axırınadək Bakını özünə daimi məskən edir. Bakıya qayıtdıqdan sonra Əhməd Ağaoğlunun "İrşad" qəzetilə əməkdaşlıq edən Mir Haşım bəy sonra bir müddət qəzetin müvəqqəti redaktoru olmuşdu. "İrşad"ın on beş nömrəsi onun redaktorluğu ilə çıxmışdı. "İrşad"dakı fəaliyyəti ilə Mir Haşım bəyin peşəkar jurnalistlik dövrü başlamışdır. Bundan sonra o özü müstəqil bir qəzet yaratmaq fıkrinə düşür və 1907-ci il aprelin 1-də "Tazə həyat" qəzetini nəşr etdirir. Bu qəzet tərəqqipərəst mövqe tutduğundan uzun müddət yaşaya bilmir, 1908-ci ildə oktyabrın 7-də qapanır. Sonra Haşım bəy "İttifaq" qəzetini nəşr etdirir. "İttifaq" da 1909-cu ildə bağlanmışdır. Həmin ildə o, "Səda" qəzetini nəşrə başlamışdır. Bu qəzet Haşım bəyin nəşr etdiyi mətbuat içərisində ən çox yayılanlardandır.
1911-ci ildə Bakıdakı bir çox mühərrirlərlə bərabər Haşım bəy Vəzirov da həbs olunur. Sonra həbsdən çıxmağa müvəffəq olur. "Səda" qəzeti qapandıqdan sonra "Kavkazets" adlı bir rus qəzetini, "Sədayi-vətən", "Sədayi-həqq", nəhayət, "Sədayi-Qafqaz" qəzetlərini nəşr edir. Bu axırıncı qəzet 180 nömrə çıxdıqdan sonra hökumət tərəfindən rəsmən qapanmışdır. Haşım bəy məşhur məzhəkə jurnalı olan "Məzəli"nin də mühərriri idi. Bu jurnal "Molla Nəsrəddin"dən sonra mətbuat tarixində ən görkəmli məzhəkə jurnalıdır. Burada günün siyasi həyatı kəskin bir qələm ilə əks olunur.
"Məzəli" yalnız ümumi məsələlərdən yox, ölkənin daxili vəziyyətindən, şəhər həyatından da bəhs edirdi. Burada köhnəpərəstlər, avamlar, maarif və mədəniyyət düşmənləri, rüşvətxorlar, yalançı ruhanilər şiddətlə tənqid olunurdular. "Məzəli"də Əli Nəzmi, Məmməd Səid Ordubadi, Əliağa Vahid, Əbdülxalıq Cənnəti və s. qüvvətli qələm sahibləri iştirak edirdilər. Haşım bəy Vəzirov həm də yaxşı bir yazıçı idi. O, "Döymə qapımı, döyərlər qapını", "Evlənmək su içmək deyil", "Xan-xan" adlı komediyalar yazmışdır. Bu komediyalarında köhnə adətlərə, ailə-məişət məsələlərində xəstə əhvali-ruhiyyələrə gülmüşdür. Onun "Döymə qapımı, döylərlə qapını" və "Evlənmək – su içmək deyil" komediyaları Bakıda (1899, 1906, 1907) səhnəyə qoyulmuşdur. "Döymə qapımı, döylərlə qapını" komediyası "Səda" mətbəəsində (1922) kitabça şəklində çap olunmuşdur. 1913-cü ildə Haşım bəy şəhər bələdiyyə idarəsinin fəaliyyətindən bəhs edən "Uprava xalanın qızı Tramvay xanımın toyu" adlı birpərdəli məzhəkə də yazmışdır.
Haşım bəyin rus dilindən Azərbaycan türkcəsinə bir neçə tərcüməsi də vardır. Bunların içərisində Şekspirin məşhur əsəri "Otello"nun tərcüməsini göstərmək olar. Əsər 1904-cü il avqustun 22-də Şuşada yerli həvəskarlar tərəfindən tamaşaya qoyulmuş, Otello rolunu H. Vəzirov özü oynamışdır.
Haşım bəy "İrşad"ın əməkdaşları ilə ixtilaf aparmışdır. Üzeyir bəy Hacıbəyovun ""İrşad"çının cavabı" məqaləsi ilə ona kəskin cavab vermişdir. Vəzirov 1914–1915-ci illərdə redaktoru olduğu "Məzəli" jurnalında Üzeyir bəy Hacıbəyovu dəfələrlə tənqid etmişdir. "Leyli və Məcnun" operası haqqında ilk rəyin müəllifidir.
H. Vəzirov Molla Pənah Vaqifin şeir məcmuəsini də çap etdirmişdir (1908).
Haşım bəy Vəzirov 1916-cı ildə vəfat edib.
Ailəsi
Haşım bəy Vəzirov Sayalı xanım Mirzə Həsən bəy qızı Ağayeva ilə ailə qurmuşdu. Bir neçə övladları olsa da, onlar yetkinlik yaşına çatmadan dünyasını dəyişmişlər.
Həmçinin bax
Mənbə
- Ənvər Çingizoğlu, Vəzirovlar soyu, "Soy" dərgisinin özəl buraxılışı, Bakı, 2008. 88 səh.
İstinadlar
- Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. səh. 149. ISBN .
- "Şuşa — Qədim Azərbaycan diyarı. Bakı, 2009, s.10 (elektron variant)" (PDF). 2020-11-14 tarixində (PDF). İstifadə tarixi: 2018-01-11.
- (PDF). 2018-12-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-01-11.
- "Vəzirov Haşım bəy Miriman oğlu". 2021-05-06 tarixində . İstifadə tarixi: 2010-03-05.
- (PDF). 2018-12-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-01-11.
Xarici keçidlər
- Vəzirov Haşım bəy Miriman oğlu
- Azərbaycan dramaturgiyası antologiyası. Dörd cilddə. I cild, Bakı: Şərq-Qərb, 2007, 472 s. 2018-12-22 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediyada bu soyadli muxtelif adamlar haqqinda meqaleler var bax Vezirov Hasim bey Mirabdulla oglu Vezirov 1867 Susa 1916 Baki pedaqoq publisist tercumeci jurnalist yazici nasir Hasim bey VezirovDogum tarixi 1867Dogum yeri Susa Susa qezasi Rusiya imperiyasiVefat tarixi 1916Vefat yeri Baki Baki quberniyasi Rusiya imperiyasiTehsili Irevan Muellimler SeminariyasiFealiyyeti jurnalist yazici Vikianbarda elaqeli mediafayllarHeyatiHasim bey Vezirov 1867 ci ilde Susa seherinde anadan olmus ve ilk tehsilini de orada almisdir Onun ulu babasi Mir Imamverdi Qarabag xaninin veziri olmus ovladlari xanliqda beyzadeler kimi meshurlasmis vezir ifadesini ozlerine soyad secerek Vezirovlar adlanmislar Hasim bey Vezirov once molla yaninda mudderrislerden Molla Hemid ve Molla Eliden ders almisdi Sonra seher mektebini bitirmisdi Irevan Muellimler Seminariyasinda bitirmis Irevan Berde Seki ve Susada muellimlik etmisdir Muellimler Seminariyasini tamamladiqdan sonra Boyuk Vedi kendinde muellimliye baslamisdi Sonra deyisilerek Cavansir qezasinin Alpout Seki qezasinin Kicik Goynuk Cavansir qezasinin Berde kendlerinde muellimlik etmisdi Bir muddet ise mekteb naziri mudiri islemisdi Imperator Nikolay Aleksandrovicin tacguzarligi ile bagli Susada muselman rus mektebi yaradilir Mir Hasim beyi bu mektebe nazir direktor vezifesine devet edirler Mektebde islemekle beraber Seher belediyye idaresine qlasni secilmisdi Ictimai isle qizgin mesgul olmusdu Susa real mektebin hazirliq sinfinde ana dilinden ders demisdi Vezirov 30 il edebi jurnalistika sahesinde fealiyyet gostermisdir Hasim bey Taze heyat 1907 1908 Ittifaq 1908 1909 Seda 1909 1911 Kavkazets 1911 rus dilinde Sedayi veten 1911 Sedayi heqq 1912 Sedayi Qafqaz 1915 1916 qezetlerini ve Mezeli 1914 1915 jurnalini nesr etdirmisdir Mir Hasim bey teessubkes bir milletci idi 1905 1906 ci illerde ermeni quldurlarina qarsi mubarize aparmisdi 1906 ci ilde hokumet terefinden tutulub surgun edilmesine qerar verilmisdi Onun surgun olunmasi barede artiq hokm verilir Lakin xeste oldugundan Mir Hasim beyin surgune gonderilmesi texire salinsa da qubernatorun raziligi ile sagalan kimi Susadan Stavropola surulmusdu Onun surgun heyati uzun cekmir artiq 1906 ci ilin ortalarinda surgunden azad olunan Mir Hasim bey Susaya sonra Bakiya qayidir ve omrunun axirinadek Bakini ozune daimi mesken edir Bakiya qayitdiqdan sonra Ehmed Agaoglunun Irsad qezetile emekdasliq eden Mir Hasim bey sonra bir muddet qezetin muveqqeti redaktoru olmusdu Irsad in on bes nomresi onun redaktorlugu ile cixmisdi Irsad daki fealiyyeti ile Mir Hasim beyin pesekar jurnalistlik dovru baslamisdir Bundan sonra o ozu musteqil bir qezet yaratmaq fikrine dusur ve 1907 ci il aprelin 1 de Taze heyat qezetini nesr etdirir Bu qezet tereqqiperest movqe tutdugundan uzun muddet yasaya bilmir 1908 ci ilde oktyabrin 7 de qapanir Sonra Hasim bey Ittifaq qezetini nesr etdirir Ittifaq da 1909 cu ilde baglanmisdir Hemin ilde o Seda qezetini nesre baslamisdir Bu qezet Hasim beyin nesr etdiyi metbuat icerisinde en cox yayilanlardandir Baki quberniyasi jandarm idaresinin hazirladigi Hasim bey Vezirovun sekli olan hebs senedi 1911 1911 ci ilde Bakidaki bir cox muherrirlerle beraber Hasim bey Vezirov da hebs olunur Sonra hebsden cixmaga muveffeq olur Seda qezeti qapandiqdan sonra Kavkazets adli bir rus qezetini Sedayi veten Sedayi heqq nehayet Sedayi Qafqaz qezetlerini nesr edir Bu axirinci qezet 180 nomre cixdiqdan sonra hokumet terefinden resmen qapanmisdir Hasim bey meshur mezheke jurnali olan Mezeli nin de muherriri idi Bu jurnal Molla Nesreddin den sonra metbuat tarixinde en gorkemli mezheke jurnalidir Burada gunun siyasi heyati keskin bir qelem ile eks olunur Mezeli yalniz umumi meselelerden yox olkenin daxili veziyyetinden seher heyatindan da behs edirdi Burada kohneperestler avamlar maarif ve medeniyyet dusmenleri rusvetxorlar yalanci ruhaniler siddetle tenqid olunurdular Mezeli de Eli Nezmi Memmed Seid Ordubadi Eliaga Vahid Ebdulxaliq Cenneti ve s quvvetli qelem sahibleri istirak edirdiler Hasim bey Vezirov hem de yaxsi bir yazici idi O Doyme qapimi doyerler qapini Evlenmek su icmek deyil Xan xan adli komediyalar yazmisdir Bu komediyalarinda kohne adetlere aile meiset meselelerinde xeste ehvali ruhiyyelere gulmusdur Onun Doyme qapimi doylerle qapini ve Evlenmek su icmek deyil komediyalari Bakida 1899 1906 1907 sehneye qoyulmusdur Doyme qapimi doylerle qapini komediyasi Seda metbeesinde 1922 kitabca seklinde cap olunmusdur 1913 cu ilde Hasim bey seher belediyye idaresinin fealiyyetinden behs eden Uprava xalanin qizi Tramvay xanimin toyu adli birperdeli mezheke de yazmisdir Hasim beyin rus dilinden Azerbaycan turkcesine bir nece tercumesi de vardir Bunlarin icerisinde Sekspirin meshur eseri Otello nun tercumesini gostermek olar Eser 1904 cu il avqustun 22 de Susada yerli heveskarlar terefinden tamasaya qoyulmus Otello rolunu H Vezirov ozu oynamisdir Hasim bey Irsad in emekdaslari ile ixtilaf aparmisdir Uzeyir bey Hacibeyovun Irsad cinin cavabi meqalesi ile ona keskin cavab vermisdir Vezirov 1914 1915 ci illerde redaktoru oldugu Mezeli jurnalinda Uzeyir bey Hacibeyovu defelerle tenqid etmisdir Leyli ve Mecnun operasi haqqinda ilk reyin muellifidir H Vezirov Molla Penah Vaqifin seir mecmuesini de cap etdirmisdir 1908 Hasim bey Vezirov 1916 ci ilde vefat edib AilesiHasim bey Vezirov Sayali xanim Mirze Hesen bey qizi Agayeva ile aile qurmusdu Bir nece ovladlari olsa da onlar yetkinlik yasina catmadan dunyasini deyismisler Hemcinin baxVezirovlar II MenbeEnver Cingizoglu Vezirovlar soyu Soy dergisinin ozel buraxilisi Baki 2008 88 seh IstinadlarFerrux Rustemov Irevan Muellimler Seminariyasi ve onun mezunlari PDF Baki Elm ve tehsil 2022 seh 149 ISBN 978 9952 5455 010 Susa Qedim Azerbaycan diyari Baki 2009 s 10 elektron variant PDF 2020 11 14 tarixinde PDF Istifade tarixi 2018 01 11 PDF 2018 12 22 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 2018 01 11 Vezirov Hasim bey Miriman oglu 2021 05 06 tarixinde Istifade tarixi 2010 03 05 PDF 2018 12 22 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 2018 01 11 Xarici kecidlerVikimenbede Muellif Hasim bey Vezirov ile elaqeli melumatlar var Vezirov Hasim bey Miriman oglu Azerbaycan dramaturgiyasi antologiyasi Dord cildde I cild Baki Serq Qerb 2007 472 s 2018 12 22 at the Wayback Machine