II Nikolay Romanov (18 may 1868, Puşkin[d], Rusiya imperiyası – 17 iyul 1918, Yekaterinburq, Perm quberniyası[d], RSFSR[d]) — Rusiya imperiyasının sonuncu imperatoru, III Aleksandrın oğlu, Romanovlar sülaləsinin sonuncu varisi. Çar II Nikolay ölümündən sonra Rus Pravoslav Kilsəsi tərəfindən müqəddəs elan edilib. Vəfat edərkən 2012-ci il kursu ilə 300 milyard dollar məbləğində var-dövləti vardı.
II Nikolay | |
---|---|
rus. Николай II Александрович | |
Polşa kralı[d] | |
1 (13) noyabr 1894 – 5 (18) noyabr 1916 | |
Əvvəlki | III Aleksandr |
Şəxsi məlumatlar | |
Doğum adı | Николай Александрович |
Doğum tarixi | 18 may 1868 |
Doğum yeri |
|
Vəfat tarixi | 17 iyul 1918(50 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri | |
Atası | III Aleksandr |
Anası | Mariya Fyodorovna |
Həyat yoldaşı |
|
Uşaqları | |
Hərbi xidmət | |
Qoşun növü | Rusiya İmperator Ordusu |
Rütbəsi | polkovnik |
Döyüşlər | |
| |
Monoqram | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Nikolay Aleksandroviç Romanov 1868-ci il may ayının 18-də Rusiya imperiyasının Sankt-Peterburq (Petroqrad) quberniyasında anadan olub. Atası Rusiya çarı III Aleksandr, anası Mariya Fyodorovnadır. Anası ilə çox yaxın olmuş, daim məktublaşmışlar.
Nikolay ilk təhsilini 1885–1890-cı illərdə xüsusi hazırlanmış proqram çərçivəsində imperiyanın tanınmış akademiklərindən alır. Leksiyaları Rusiyanın məşhur akademikləri N. N. Beketov, N. N. Obruçev, T. A. Küyi, M. İ. Draqomirov və başqaları deyir. Rusiyanın protopresviteri (baş keşişi – A. R.) İohan Yanışev isə II Nikolaya kilsə tarixindən dərs deyir, ona kilsə qanunlarını öyrədir. Gələcək çarın təlim-tərbiyəsi atası III Aleksandrın bilavasitə rəhbərliyi və nəzarəti altında həyata keçirilib. Nikolayın hərtərəfli təlim-təhsil prosesi ümumilikdə 13 il davam edir. Təhsilin ilk səkkiz ilində siyasi tarix, rus ədəbiyyatı, eləcə də ingilis, alman və fransız dillərinə xüsusi diqqət ayrılır.
Tədris proqramının son 5 ili isə əsasən dövlət işləri üçün zəruri olan hərb sənətinin öyrənilməsinə, hüquqi və iqtisadi təhsilə sərf olunur. Əsasən tarixi ədəbiyyatı oxumağı sevən Nikolayın tədrisdənkənar əsas məşğuliyyəti fotoşəkil çəkmək idi. Gənc Nikolayın idealı isə Çar Aleksey Mixayloviç Tişayşiy olub.
II Nikolay 1884-cü ildə tanış olduğu şahzadə Alesiya Qessenskaya ilə 1894-cü ilin aprelində nişanlanır. Elə həmin ilin noyabr ayının 14-də isə kilsədə baş tutan pravoslav dini ayini ilə Alesiya Qessenskaya Aleksandra Fyodorovna adını qəbul edir. Növbəti illərdə isə cütlüyün qızları Olqa, Tatyana, Mariya və Anastasiya, oğulları Aleksey dünyaya gəlir.
Siyasi fəaliyyəti
Nikolay Romanov hərbi və siyasi karyerasının ilk iki ilində zabit kimi orduda xidmət edir. Sonrakı iki ildə isə süvari polkunda eskadron komandiri vəzifəsini icra edir. 1892-ci il avqust ayının 6-da II Nikolay polkovnik rütbəsinə yüksəldilir. Elə bu illərdən başlayaraq Nikolay atasının da istəyi ilə ölkənin idarə edilməsində yaxından iştirak etməyə başlayır. Belə ki, o, Nazirlər Kabinetinin toplantılarında iştirak edir. 1892-ci ildə imperiyanın Yollar naziri S. Y. Vittenin təklifi ilə dövlət idarəçiliyi sahəsində təcrübə qazanmaq üçün Transsibir dəmiryolu tikintisi üzrə komitənin sədri təyin olunur. Artıq 24 yaşlı Nikolay hərtərəfli və təhsilli bir şəxsiyyət kimi formalaşırdı. Daha sonra N. Romanov atasının onun sərəncamına verdiyi kreyserlə uzaq Şərqə səfər edir. Nikolay Romanov səfər çərçivəsində getdiyi Yaponiyada sui-qəsdə məruz qalır və yaralanır. Onun həmin zaman geyindiyi və sui-qəsd aktı nəticəsində qana bulanmış köynəyi hal-hazırda Ermitajda saxlanılır.
1896-cı ilin may ayının 14-də atasının ölümündən sonra II Nikolayın tacqoyma mərasimi keçirilir. Yeni çar taxta çıxdıqdan dərhal sonra xalq arasında artan narazılıqları aradan qaldırmaq üçün güc tətbiq edir. Asiyaya xüsusi diqqət ayıran ilk rus çarı olan II Nikolay Transsibir dəmiryolunun inşası ilə yaxından maraqlanır. Rusiyanın Yaponiyanın da müəyyən ərazilərə sahib olduğu Koreyada nüfuzunu qorumaq və gücləndirmək istiqamətindəki cəhdləri Rus-yapon müharibəsinin (1904–1905) başlanmasında mühüm rol oynayır. Bu müharibədə Rusiyanın uğradığı məğlubiyyət II Nikolayın Rusiyanı Çin, Tibet və İranı nəzarət altında saxlayan böyük bir Avrasiya imperiyasına çevirmək xülyasının üstündən xətt çəkməklə yanaşı, imperiya əhalisinin narazılığının artması və 1905-ci il inqilabı ilə nəticələnir.
Nikolayın iqtisadi siyasəti
Rusiya imperiyası II Nikolayın dövründə iqtisadi baxımdan müəyyən inkişaf mərhələsi keçir. Bunda çarın ölkədə apardığı bir sıra islahatların mühüm rolu olur. Belə ki, II Nikolayın göstərişi ilə 1897-ci ildə Rusiyada əhalinin siyahıyaalınması keçirilir. Nəticədə ölkədə 125 milyon insanın yaşadığı və onlardan 84 milyon nəfərinin ana dilinin rus dili olduğu məlum olur. Siyahıyaalma nəticəsində imperiya əhalisinin 21%-nin savadlı olduğu da müəyyən edilir. Elə həmin il ölkədə pul islahatı həyata keçirilir və rublun qızıl standartı müəyyən edilir. II Nikolay iqtisadi siyasətində atası kimi ölkədə fəhlə sinfinin problemlərinə xüsusi diqqət yetirir. Onun hakmimiyyəti illərində dövrünün ən mütərəqqi işçi qanunverilciliyi hazırlanır. Sözügedən qanuna görə, yüz nəfərdən çox işçisi olan fabrik və zavodlarda pulsuz tibbi xidmət göstərilirdi ki, bu da imperiya üzrə 70% təşkil edirdi. 1903-cü ildə istehsalatda bədbəxt hadisə zamanı iş qabiliyyətini qismən və ya tamamilə itirən işçilərə təzminat və təqaüd ödənilməsinə dair qanun qəbul edilir. 1906-cı ildə II Nikolayın fərmanı ilə imperiyada fəhlə həmkarlar ittifaqları yaradılır. 1912-ci il 23 iyun tarixli fərmana əsasən isə ölkədə işçilərin xəstəliyə və bədbəxt hadisələrə qarşı məcburi sığortası həyata keçirilir. Rusiya fabrik və zavodlarında zəhmətkeşlərə ödənilən əmək haqqı hətta Avropa ölkələrində fəhlələrə ödəniləndən yüksək idi. 1900–10-cu illər arsında ölkədə işsizliyin səviyyəsi kifayət qədər aşağı, cəmi 1–2% təşkil edirdi.
1897-ci il iyun 2-də qəbul edilən qanuna görə, ölkədə həftəiçi iş vaxtı 11,5 saat, şənbə günü isə 10 saat müəyyən edilir. 1900-cü il iyun ayının 12-də qəbul edilən qanuna görə isə cinayətkarların cəzalarını çəkmək üçün Sibirə sürgün edilməsi ləğv olunur. II Nikolayın hakimiyyəti illərində imperiyada iqtisadi inkişaf tempi yüksəlir, dəmir yollarının inşası davam etdirilir. Belə ki, əgər 1898-ci ildə Rusiyada salınan dəmiryollarının uzunluğu 44 min km idisə 1913-cü ildə bu göstərici 70 min km təşkil edirdi. Sözügedən dövrdə Rusiya bu göstəriciyə görə dünyada yalnız ABŞ-dən geri qalır. 1902–1905-ci illərdə isə ölkədə aqrar islahatlara dair qanun layihəsi işlənib hazırlanır.
Uzaq Şərqə doğru genişlənmə planları yaponlar tərəfindən qarşısı alınan II Nikolay diqqətini Balkanlara çevirir. Çar Avstriya şahzadəsi Frans Ferdinandın Bosniyada öldürülməsindən sonra müharibənin qarşısını ala bilmək üçün gərgin diplomatik danışıqlar aparmasına baxmayaraq ordudan göstərilən təzyiqlər qarşısında 1914-cü il iyul ayının 30-da ölkədə ümumi səfərbərlik elan etmək məcburiyətində qalır. II Dünya müharibəsi monarxiya hakimiyyətini müvəqqəti gücləndirsə də II Nikolay xalqının ondan gözlədiyi işlərin heç birini yerinə yetirmir.
1915-ci il sentyabr ayının 5-də çar həyat yoldaşı Aleksandranın təhriki ilə atasının qohumu şahzadə Nikolayı vəzifəsindən kənarlaşdıraraq, başkomandan vəzifəsini şəxsən öz üzərinə götürür. Nikolay hərbi qərarlara lüzumsuz müdaxilə etməsə də onun saraydan ayrılması ciddi mənfi nəticələrlə gətirib çıxarır. Çarın səlahiyyətlərini təhvil alan çariça Aleksandra bacarıqlı nazir və zabitləri vəzifədən kənarlaşdıraraq, əvəzinə Rasputinin namizəd kimi irəli sürdüyü bacarıqsız şəxsləri gətirməsi və sarayın xəyanət içərisində olduğu fikrinin əhali arasında yayılması çar ailəsinə qarşı bəslənən ədavəti daha da gücləndirir. Mühafizəkarların monarxiyanın gələcəyini xilas etmək ümidi ilə II Nikolayı taxtdan endirmə planları qurması və Rasputinin 1916-cı ilin dekabrında öldürülməsi belə Nikolayın vəziyyətinin ciddiliyini anlayaraq, zəruri tədbirləri görməyə sövq etmir.
Çarın taxtdan endirilməsi və öldürülməsi
1917-ci il mart ayının 8-də Sankt Peterburqda (o vaxtkı Petroqrad) başlayan üsyandan sonra II Nikolay şəhərin komandanına sərt tədbirlər görməsini əmr edərək, asayişi bərpa etmək üçün şəhərə əlavə qoşun qüvvələri göndərir. Ancaq hadisələrin qarşısının alınmaması nəticəsində II Nikolay ordunun da dəstəyini alan Dumanın çağırışı ilə razılaşaraq, 1917-ci il mart ayının 15-də Pskovda qardaşı Mixail Romanovun lehinə taxtdan əl çəkir. Ancaq Mixailin taxt-tacdan imtina etməsi ilə Rusiyada min illik monarxiya dövrü başa çatır.
Çar II Nikolay və ailəsi Georgi Lvovun sədrliyi ilə müvəqqəti hökumət dövründə Tsarskoye Seloda nəzarətdə saxlanılır. Onun ailəsi ilə birlikdə İngiltərəyə göndərilməsi planlaşdırılsa da daha sonra bu qərardan vaz keçilir. Bolşevik inqilabından bir qədər əvvəl isə çar təhlükəsizlik tədbiri çərçivəsində ailəsi ilə birlikdə Qərbi Sibirə – Tobolska göndərilir. Bolşevik inqilabı baş verdikdən sonra isə çar və ailəsi 1918-ci ilin aprelində Yekaterinburqa gətirilir. Bolşeviklərə qarşı mübarizə aparan Ağ Ordu qüvvələrinə bağlı Çex legionunun bölgəyə yaxınlaşması və çarı xilas etmə ehtimalı baş qaldırdıqda isə bolşevik liderlərin gizli qəbul etdikləri qərarla iyulun 16-dan 17-ə keçən gecə II Nikolay, həyat yoldaşı Aleksandra, qızları Olqa, Tatyana, Mariya, Anastasiya və oğulları Aleksey saxlanıldıqları evdə qətlə yetirilirlər. Daha sonra cəsədlər meşəyə aparılaraq basdırılır.
Cəsədinin tapılması
O dövrdə bolşeviklərin liderlərindən olan SSRİ-nin son illərinə qədər məxfi saxladığı sənədlər əsasında 1991-ci ildə II Nikolayın basdırıldığı yeri müəyyən etmək mümkün olur. Sovet İttifaqının süqutundan sonra 1998-ci ildə keçirilən dövlət mərasimi ilə II Nikolayın meyiti Peterburqda dəfn edilir. Çar ailəsi 2000-ci ildə Rusiya Pravoslav Kilsəsi tərəfindən müqəddəs elan edilir. 2008-ci il oktyabr ayının 1-də isə Rusiya Ali Məhkəməsi çar ailəsinin öldürülməsinin haqsız siyasi təzyiq nəticəsində olduğuna, dolayısı ilə cinayətə qurban getdiyinə qərar verir. Beləliklə, 1918-ci ildə qətlə yetirilən çar 2008-ci ildə bəraət alır.
Müqəddəsliyi
II Nikolay | |
---|---|
rus. Николай II Александрович | |
| |
Doğum tarixi | 18 may 1868 |
Doğum yeri |
|
Vəfat tarixi | 17 iyul 1918(50 yaşında) |
Vəfat yeri |
|
Kanonlaşdırılıb | 2000 |
Əsas məbədi | , Yekaterinburq |
Xatirə günü | 17 iyul |
Vikianbarda əlaqəli mediafayllar |
II Nikolay və ailəsi 1981-ci ildə tərəfindən şəhid kimi kanonizasiya olunmuşdur, lakin 2000-ci ildə Rus Pravoslav Kilsəsi onları "ehtiras daşıyan"lar titulu ilə kanonizasiya etdi. Çünki onlar dinlərinə görə edam olunmamışdılar.
Ailəsi
8 aprel 1894-cü ildə qızı Aleksandra Fyodorovna ilə nişanlanmış, 26 noyabr 1894-cü ildə isə evlənmişdi. Ailəsi də onunla birlikdə edam olmuşdur.
Fotosu | Adı | Doğumu | Ölümü | Qeyd |
---|---|---|---|---|
Olqa Nikolayevna Romanova | 15 noyabr 1895 | 17 iyul 1918 | Yekaterinburqda güllələndi | |
Mariya Nikolayevna Romanova | 10 iyun 1897 | 17 iyul 1918 | Yekaterinburqda güllələndi | |
Anastasiya Nikolayevna Romanova | 26 iyun 1899 | 17 iyul 1918 | Yekaterinburqda güllələndi | |
Tatyana Nikolayevna Romanova | 18 iyun 1901 | 17 iyul 1918 | Yekaterinburqda güllələndi | |
Aleksey Nikolayeviç Romanov | 12 avqust 1904 | 17 iyul 1918 | Yekaterinburqda güllələndi |
İllyustrasiyalar
- İmperator II Nikolayın portreti. Rəssam Ernst Lipqart, 1896.
- Çar beş rublluq qızıl pulda. 1899.
- Çar II Nikolay.
- Çar ailəsinin Yekaterinqburqda güllələnməsinin 80 illiyinə həsr edilmiş Rusiya poçt markası
İstinadlar
- Nikolaj II (швед.). SLS.
- John L.H. Keep Nicholas II // Encyclopædia Britannica (ing.).
- Nicolau II de Rússia // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- Ольга Николаевна (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1897. Т. XXIа. С. 911.
- Николай II (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1897. Т. XXI. С. 124–128.
- Deutsche Nationalbibliothek Record #11873492X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- P. Vi. Nicholas II. (ing.). // The Enciclopædia Britannica 12 London, NYC: 1922. Vol. XXXI English History to Oyama, Iwao. P. 1131–1132.
- Александр III (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1890. Т. I. С. 411–413.
- Александра Феодоровна (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1905. Т. доп. I. С. 71. 956 с.
- "The 25 Richest People Who Ever Lived – Inflation Adjusted". 2015-08-04 tarixində . İstifadə tarixi: 2015-01-06.
- The letters of Tsar Nicholas and Empress Marie: being confidential correspondence between Nicholas II, last of the Tsars, and his mother, Dowager Empress Maria Feodorovna. Edward J. Bing (ed.). London: Nicholson and Watson, 1937.
- Yoshimura Akira. Nikolai Sounan. Tokyo: Iwanami Shoten, 1993. .
- Lyons, M (1974) Nicholas II, The Last Tsar, Routledge & Kegan Paul, , p. 116
- Warth, Robert D. (1997). Nicholas II, The Life and Reign of Russia's Last Monarch. Praeger. .
- Massie, Robert K. (1995). The Fate of the Romanovs: The Final Chapter. Random House. .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
II Nikolay Romanov 18 may 1868 Puskin d Rusiya imperiyasi 17 iyul 1918 Yekaterinburq Perm quberniyasi d RSFSR d Rusiya imperiyasinin sonuncu imperatoru III Aleksandrin oglu Romanovlar sulalesinin sonuncu varisi Car II Nikolay olumunden sonra Rus Pravoslav Kilsesi terefinden muqeddes elan edilib Vefat ederken 2012 ci il kursu ile 300 milyard dollar mebleginde var dovleti vardi II Nikolayrus Nikolaj II AleksandrovichPolsa krali d 1 13 noyabr 1894 5 18 noyabr 1916EvvelkiIII AleksandrSexsi melumatlarDogum adi Nikolaj AleksandrovichDogum tarixi 18 may 1868 1868 05 18 Dogum yeri Puskin d Rusiya imperiyasiVefat tarixi 17 iyul 1918 1918 07 17 50 yasinda Vefat yeri Yekaterinburq Perm quberniyasi d RSFSR d Vefat sebebi gulle yarasi d Defn yeri Pyotr ve Pavel kafedraliAtasi III AleksandrAnasi Mariya FyodorovnaHeyat yoldasi Aleksandra Fyodorovna 26 noyabr 1894 bilinmir Usaqlari Olqa Nikolayevna Romanova Tatyana Nikolayevna Romanova Mariya Nikolayevna Romanova Anastasiya Nikolayevna Romanova Aleksey Nikolayevic RomanovHerbi xidmetQosun novu Rusiya Imperator OrdusuRutbesi polkovnikDoyusler Birinci Dunya muharibesiMonoqramImzasi Vikianbarda elaqeli mediafayllarHeyatiNikolay Aleksandrovic Romanov 1868 ci il may ayinin 18 de Rusiya imperiyasinin Sankt Peterburq Petroqrad quberniyasinda anadan olub Atasi Rusiya cari III Aleksandr anasi Mariya Fyodorovnadir Anasi ile cox yaxin olmus daim mektublasmislar Nikolay ilk tehsilini 1885 1890 ci illerde xususi hazirlanmis proqram cercivesinde imperiyanin taninmis akademiklerinden alir Leksiyalari Rusiyanin meshur akademikleri N N Beketov N N Obrucev T A Kuyi M I Draqomirov ve basqalari deyir Rusiyanin protopresviteri bas kesisi A R Iohan Yanisev ise II Nikolaya kilse tarixinden ders deyir ona kilse qanunlarini oyredir Gelecek carin telim terbiyesi atasi III Aleksandrin bilavasite rehberliyi ve nezareti altinda heyata kecirilib Nikolayin herterefli telim tehsil prosesi umumilikde 13 il davam edir Tehsilin ilk sekkiz ilinde siyasi tarix rus edebiyyati elece de ingilis alman ve fransiz dillerine xususi diqqet ayrilir Nikolay veliehd iken 1892 Tedris proqraminin son 5 ili ise esasen dovlet isleri ucun zeruri olan herb senetinin oyrenilmesine huquqi ve iqtisadi tehsile serf olunur Esasen tarixi edebiyyati oxumagi seven Nikolayin tedrisdenkenar esas mesguliyyeti fotosekil cekmek idi Genc Nikolayin ideali ise Car Aleksey Mixaylovic Tisaysiy olub II Nikolay 1884 cu ilde tanis oldugu sahzade Alesiya Qessenskaya ile 1894 cu ilin aprelinde nisanlanir Ele hemin ilin noyabr ayinin 14 de ise kilsede bas tutan pravoslav dini ayini ile Alesiya Qessenskaya Aleksandra Fyodorovna adini qebul edir Novbeti illerde ise cutluyun qizlari Olqa Tatyana Mariya ve Anastasiya ogullari Aleksey dunyaya gelir Siyasi fealiyyetiNikolay Romanov herbi ve siyasi karyerasinin ilk iki ilinde zabit kimi orduda xidmet edir Sonraki iki ilde ise suvari polkunda eskadron komandiri vezifesini icra edir 1892 ci il avqust ayinin 6 da II Nikolay polkovnik rutbesine yukseldilir Ele bu illerden baslayaraq Nikolay atasinin da isteyi ile olkenin idare edilmesinde yaxindan istirak etmeye baslayir Bele ki o Nazirler Kabinetinin toplantilarinda istirak edir 1892 ci ilde imperiyanin Yollar naziri S Y Vittenin teklifi ile dovlet idareciliyi sahesinde tecrube qazanmaq ucun Transsibir demiryolu tikintisi uzre komitenin sedri teyin olunur Artiq 24 yasli Nikolay herterefli ve tehsilli bir sexsiyyet kimi formalasirdi Daha sonra N Romanov atasinin onun serencamina verdiyi kreyserle uzaq Serqe sefer edir Nikolay Romanov sefer cercivesinde getdiyi Yaponiyada sui qesde meruz qalir ve yaralanir Onun hemin zaman geyindiyi ve sui qesd akti neticesinde qana bulanmis koyneyi hal hazirda Ermitajda saxlanilir 1896 ci ilin may ayinin 14 de atasinin olumunden sonra II Nikolayin tacqoyma merasimi kecirilir Yeni car taxta cixdiqdan derhal sonra xalq arasinda artan naraziliqlari aradan qaldirmaq ucun guc tetbiq edir Asiyaya xususi diqqet ayiran ilk rus cari olan II Nikolay Transsibir demiryolunun insasi ile yaxindan maraqlanir Rusiyanin Yaponiyanin da mueyyen erazilere sahib oldugu Koreyada nufuzunu qorumaq ve guclendirmek istiqametindeki cehdleri Rus yapon muharibesinin 1904 1905 baslanmasinda muhum rol oynayir Bu muharibede Rusiyanin ugradigi meglubiyyet II Nikolayin Rusiyani Cin Tibet ve Irani nezaret altinda saxlayan boyuk bir Avrasiya imperiyasina cevirmek xulyasinin ustunden xett cekmekle yanasi imperiya ehalisinin naraziliginin artmasi ve 1905 ci il inqilabi ile neticelenir Nikolayin iqtisadi siyasetiRusiya imperiyasi II Nikolayin dovrunde iqtisadi baximdan mueyyen inkisaf merhelesi kecir Bunda carin olkede apardigi bir sira islahatlarin muhum rolu olur Bele ki II Nikolayin gosterisi ile 1897 ci ilde Rusiyada ehalinin siyahiyaalinmasi kecirilir Neticede olkede 125 milyon insanin yasadigi ve onlardan 84 milyon neferinin ana dilinin rus dili oldugu melum olur Siyahiyaalma neticesinde imperiya ehalisinin 21 nin savadli oldugu da mueyyen edilir Ele hemin il olkede pul islahati heyata kecirilir ve rublun qizil standarti mueyyen edilir II Nikolay iqtisadi siyasetinde atasi kimi olkede fehle sinfinin problemlerine xususi diqqet yetirir Onun hakmimiyyeti illerinde dovrunun en mutereqqi isci qanunverilciliyi hazirlanir Sozugeden qanuna gore yuz neferden cox iscisi olan fabrik ve zavodlarda pulsuz tibbi xidmet gosterilirdi ki bu da imperiya uzre 70 teskil edirdi 1903 cu ilde istehsalatda bedbext hadise zamani is qabiliyyetini qismen ve ya tamamile itiren iscilere tezminat ve teqaud odenilmesine dair qanun qebul edilir 1906 ci ilde II Nikolayin fermani ile imperiyada fehle hemkarlar ittifaqlari yaradilir 1912 ci il 23 iyun tarixli fermana esasen ise olkede iscilerin xesteliye ve bedbext hadiselere qarsi mecburi sigortasi heyata kecirilir Rusiya fabrik ve zavodlarinda zehmetkeslere odenilen emek haqqi hetta Avropa olkelerinde fehlelere odenilenden yuksek idi 1900 10 cu iller arsinda olkede issizliyin seviyyesi kifayet qeder asagi cemi 1 2 teskil edirdi Nikolay ve Aleksandra Fyodorovnanin nisan fotosu 1894 1897 ci il iyun 2 de qebul edilen qanuna gore olkede hefteici is vaxti 11 5 saat senbe gunu ise 10 saat mueyyen edilir 1900 cu il iyun ayinin 12 de qebul edilen qanuna gore ise cinayetkarlarin cezalarini cekmek ucun Sibire surgun edilmesi legv olunur II Nikolayin hakimiyyeti illerinde imperiyada iqtisadi inkisaf tempi yukselir demir yollarinin insasi davam etdirilir Bele ki eger 1898 ci ilde Rusiyada salinan demiryollarinin uzunlugu 44 min km idise 1913 cu ilde bu gosterici 70 min km teskil edirdi Sozugeden dovrde Rusiya bu gostericiye gore dunyada yalniz ABS den geri qalir 1902 1905 ci illerde ise olkede aqrar islahatlara dair qanun layihesi islenib hazirlanir Uzaq Serqe dogru genislenme planlari yaponlar terefinden qarsisi alinan II Nikolay diqqetini Balkanlara cevirir Car Avstriya sahzadesi Frans Ferdinandin Bosniyada oldurulmesinden sonra muharibenin qarsisini ala bilmek ucun gergin diplomatik danisiqlar aparmasina baxmayaraq ordudan gosterilen tezyiqler qarsisinda 1914 cu il iyul ayinin 30 da olkede umumi seferberlik elan etmek mecburiyetinde qalir II Dunya muharibesi monarxiya hakimiyyetini muveqqeti guclendirse de II Nikolay xalqinin ondan gozlediyi islerin hec birini yerine yetirmir 1915 ci il sentyabr ayinin 5 de car heyat yoldasi Aleksandranin tehriki ile atasinin qohumu sahzade Nikolayi vezifesinden kenarlasdiraraq baskomandan vezifesini sexsen oz uzerine goturur Nikolay herbi qerarlara luzumsuz mudaxile etmese de onun saraydan ayrilmasi ciddi menfi neticelerle getirib cixarir Carin selahiyyetlerini tehvil alan carica Aleksandra bacariqli nazir ve zabitleri vezifeden kenarlasdiraraq evezine Rasputinin namized kimi ireli surduyu bacariqsiz sexsleri getirmesi ve sarayin xeyanet icerisinde oldugu fikrinin ehali arasinda yayilmasi car ailesine qarsi beslenen edaveti daha da guclendirir Muhafizekarlarin monarxiyanin geleceyini xilas etmek umidi ile II Nikolayi taxtdan endirme planlari qurmasi ve Rasputinin 1916 ci ilin dekabrinda oldurulmesi bele Nikolayin veziyyetinin ciddiliyini anlayaraq zeruri tedbirleri gormeye sovq etmir Carin taxtdan endirilmesi ve oldurulmesi1917 ci il mart ayinin 8 de Sankt Peterburqda o vaxtki Petroqrad baslayan usyandan sonra II Nikolay seherin komandanina sert tedbirler gormesini emr ederek asayisi berpa etmek ucun sehere elave qosun quvveleri gonderir Ancaq hadiselerin qarsisinin alinmamasi neticesinde II Nikolay ordunun da desteyini alan Dumanin cagirisi ile razilasaraq 1917 ci il mart ayinin 15 de Pskovda qardasi Mixail Romanovun lehine taxtdan el cekir Ancaq Mixailin taxt tacdan imtina etmesi ile Rusiyada min illik monarxiya dovru basa catir Car II Nikolay ve ailesi Georgi Lvovun sedrliyi ile muveqqeti hokumet dovrunde Tsarskoye Seloda nezaretde saxlanilir Onun ailesi ile birlikde Ingiltereye gonderilmesi planlasdirilsa da daha sonra bu qerardan vaz kecilir Bolsevik inqilabindan bir qeder evvel ise car tehlukesizlik tedbiri cercivesinde ailesi ile birlikde Qerbi Sibire Tobolska gonderilir Bolsevik inqilabi bas verdikden sonra ise car ve ailesi 1918 ci ilin aprelinde Yekaterinburqa getirilir Bolseviklere qarsi mubarize aparan Ag Ordu quvvelerine bagli Cex legionunun bolgeye yaxinlasmasi ve cari xilas etme ehtimali bas qaldirdiqda ise bolsevik liderlerin gizli qebul etdikleri qerarla iyulun 16 dan 17 e kecen gece II Nikolay heyat yoldasi Aleksandra qizlari Olqa Tatyana Mariya Anastasiya ve ogullari Aleksey saxlanildiqlari evde qetle yetirilirler Daha sonra cesedler meseye aparilaraq basdirilir Cesedinin tapilmasiO dovrde bolseviklerin liderlerinden olan SSRI nin son illerine qeder mexfi saxladigi senedler esasinda 1991 ci ilde II Nikolayin basdirildigi yeri mueyyen etmek mumkun olur Sovet Ittifaqinin suqutundan sonra 1998 ci ilde kecirilen dovlet merasimi ile II Nikolayin meyiti Peterburqda defn edilir Car ailesi 2000 ci ilde Rusiya Pravoslav Kilsesi terefinden muqeddes elan edilir 2008 ci il oktyabr ayinin 1 de ise Rusiya Ali Mehkemesi car ailesinin oldurulmesinin haqsiz siyasi tezyiq neticesinde olduguna dolayisi ile cinayete qurban getdiyine qerar verir Belelikle 1918 ci ilde qetle yetirilen car 2008 ci ilde beraet alir MuqeddesliyiII Nikolayrus Nikolaj II AleksandrovichCar ehtiras dasiyan II NikolayDogum tarixi 18 may 1868 1868 05 18 Dogum yeri Puskin d Rusiya imperiyasiVefat tarixi 17 iyul 1918 1918 07 17 50 yasinda Vefat yeri Yekaterinburq Perm quberniyasi d RSFSR d Kanonlasdirilib 2000Esas mebedi YekaterinburqXatire gunu 17 iyul Vikianbarda elaqeli mediafayllar II Nikolay ve ailesi 1981 ci ilde terefinden sehid kimi kanonizasiya olunmusdur lakin 2000 ci ilde Rus Pravoslav Kilsesi onlari ehtiras dasiyan lar titulu ile kanonizasiya etdi Cunki onlar dinlerine gore edam olunmamisdilar Ailesi8 aprel 1894 cu ilde qizi Aleksandra Fyodorovna ile nisanlanmis 26 noyabr 1894 cu ilde ise evlenmisdi Ailesi de onunla birlikde edam olmusdur Fotosu Adi Dogumu Olumu QeydOlqa Nikolayevna Romanova 15 noyabr 1895 17 iyul 1918 Yekaterinburqda gullelendiMariya Nikolayevna Romanova 10 iyun 1897 17 iyul 1918 Yekaterinburqda gullelendiAnastasiya Nikolayevna Romanova 26 iyun 1899 17 iyul 1918 Yekaterinburqda gullelendiTatyana Nikolayevna Romanova 18 iyun 1901 17 iyul 1918 Yekaterinburqda gullelendiAleksey Nikolayevic Romanov 12 avqust 1904 17 iyul 1918 Yekaterinburqda gullelendiIllyustrasiyalarImperator II Nikolayin portreti Ressam Ernst Lipqart 1896 Car bes rublluq qizil pulda 1899 Car II Nikolay Car ailesinin Yekaterinqburqda gullelenmesinin 80 illiyine hesr edilmis Rusiya poct markasiIstinadlarNikolaj II shved SLS John L H Keep Nicholas II Encyclopaedia Britannica ing Nicolau II de Russia Gran Enciclopedia Catalana kat Grup Enciclopedia 1968 Olga Nikolaevna rus Enciklopedicheskij slovarSPb Brokgauz Efron 1897 T XXIa S 911 Nikolaj II rus Enciklopedicheskij slovarSPb Brokgauz Efron 1897 T XXI S 124 128 Deutsche Nationalbibliothek Record 11873492X Umumi tenzimleme nezareti GND alm 2012 2016 P Vi Nicholas II ing The Enciclopaedia Britannica12 London NYC 1922 Vol XXXI English History to Oyama Iwao P 1131 1132 Aleksandr III rus Enciklopedicheskij slovar pod red I E Andreevskij SPb Brokgauz Efron 1890 T I S 411 413 Aleksandra Feodorovna rus Enciklopedicheskij slovarSPb Brokgauz Efron 1905 T dop I S 71 956 s The 25 Richest People Who Ever Lived Inflation Adjusted 2015 08 04 tarixinde Istifade tarixi 2015 01 06 The letters of Tsar Nicholas and Empress Marie being confidential correspondence between Nicholas II last of the Tsars and his mother Dowager Empress Maria Feodorovna Edward J Bing ed London Nicholson and Watson 1937 Yoshimura Akira Nikolai Sounan Tokyo Iwanami Shoten 1993 ISBN 4 00 001700 4 Lyons M 1974 Nicholas II The Last Tsar Routledge amp Kegan Paul ISBN 0 7100 7802 1 p 116 Warth Robert D 1997 Nicholas II The Life and Reign of Russia s Last Monarch Praeger ISBN 0 275 95832 9 Massie Robert K 1995 The Fate of the Romanovs The Final Chapter Random House ISBN 0 394 58048 6