İrəvan Müəllimlər Seminariyası (rus. Эриванская учительская семинария) — XIX əsrin axırları — XX əsrin əvvəllərində İrəvan şəhərində fəaliyyət göstərən təhsil ocağı.
İrəvan Müəllimlər Seminariyası | |
---|---|
rus. Эриванская учительская семинария | |
| |
Əsası qoyulub | 8 (20) noyabr 1881 |
Bağlanıb | 16 avqust 1918 |
Şəhər | İrəvan |
Ölkə |
Tarixi
Müəllimlər seminariyalarının ilk əsasnamələrinə görə, bu tip təhsil müəssisələrinə 16 yaşdan yuxarı pravoslav oğlan uşaqları qəbul oluna bilərdi. 1875-ci ildə qəbul edilən "Müəllimlər seminariyaları haqqında təlimat"da seminariyalarda pravoslavlarla yanaşı, müsəlmanların da təhsil almasına icazə verildi. İrəvan Müəllimlər Seminariyası 20 oktyabr 1880-ci il tarixli qərarına uyğun olaraq yaradılır. Rusiya İmperiyası Dövlət Şurasının üç maddə və qətnamədən ibarət olan 20 oktyabr 1880-ci il tarixli qərarında qeyd edilirdi:
İmperiyada Müəllimlər Seminariyası və Zaqafqaziya Müəllimlər Seminariyası haqqında Əsasnamələr əsasında Kutaisi və İrəvan quberniyalarının hər birində bir Müəllimlər Seminariyası açılsın. Ştatların layihələri üzrə Seminariyaların saxlanması üçün Kutaisi Seminariyasına 27800 rubl, İrəvan Seminariyasına 28350 rubl keçirilsin. |
İrəvan Müəllimlər Seminariyasının təntənəli açılışı 1881-ci il noyabrın 8-də olub. Seminariyada digər elmi fənlərlə yanaşı Azərbaycan dili fənninin və şəriət dərslərinin tədris edilməsi üçün müvafiq ştat vahidi nəzərdə tutulmuşdu. İnqilabdan əvvəlki Qafqazın ən qiymətli sorğu nəşrlərindən biri olan və Tiflisdə, Qafqaz Canişinin Baş İdarəsinin nəzdində dərc edilmiş və Qafqaza aid statistik, sorğu və adres məlumatları toplanmış "Kavkazski kalendar"da dərc olunmuş məlumatlara görə, Axund Məhəmmədbağır Qazızadə 1883-cü ildən başlayaraq uzun illər ərzində İrəvan müəllimlər seminariyasında Azərbaycan dili fənnini və şəriət dərslərini tədris etmişdir.
37 ilə qədər fəaliyyət göstərən bu təhsil ocağı 1918-ci ilin 6 avqustunda İrəvan gimnaziyası və Uluxanlı məktəbi ilə eyni vaxtda bağlanmışdır.
İmperiya ərazisində fəaliyyət göstərən digər seminariyalarda olduğu kimi, İrəvan Müəllimlər Seminariyasında da təhsil pullu idi. Şagirdlərin yalnız müəyyən hissəsi dövlət hesabına oxuyurdu. Qəbul olunanlar birinci dərs ilində 210 manat, sonrakı illərdə isə 180 manat təhsil haqqı ödəyirdilər. 1907-ci ilin məlumatına əsasən, burada təhsil alan 70 şagirddən yalnız 20 nəfəri öz hesabına oxuyurdu. "Qafqaz kalendarı"nın 1913-cü il sayında verilən məlumata görə, seminariyada təhsil alan 128 tələbədən 46-sı rus, 37-si erməni, 30-u azərbaycanlı, 6-sı gürcü, 9-u digər millətin nümayəndələri olublar.
Seminariyanı bitirənlərin gələcək fəaliyyəti
İrəvan müəllimlər seminariyasında Azərbaycan dili və şəriət dərslərinin tədris edilməsi təsadüfi deyildi. Çünki bu seminariya xalqımızın tarixən qədim torpaqlarından sayılan İrəvan quberniyasında yaradılmışdı. Həmin mahalda yaşayan əhalinin əksəriyyətini Azərbaycan türkləri, müsəlmanlar təşkil edirdi. Seminariyada Azərbaycan dilinin və şəriətin tədris edilməsi dövrün tələbi idi. Təhsil almaq üçün seminariyaya gəlmiş azərbaycanlı gənclər ilk pedaqoji təhsillərini aldıqdan sonra həyat fəaliyyətlərini azərbaycanlıların yaşadığı kəndlərdə ibtidai məktəblərin yaradılması işinə və yaxud mövcud ibtidai kənd məktəblərində müəllimlik peşəsinə həsr edərək xalq kütlələri arasında elm və maarifin yayılması və savadsızlığın aradan qaldırılması işində yaxından iştirak edirdilər. Bu təhsil ocağı mövcud olduğu 37 il ərzində öz fəaliyyəti ilə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda xalq məktəbi və təhsilin, mədəni-maarif işinin inkişafında əhəmiyyətli rol oynamışdır.
İrəvan gimnaziyası və Uluxanlı məktəbi
1881-ci ildə İrəvan quberniyasında seminariyanın açılmasından savayı daha iki mühüm hadisə baş vermişdir. Belə ki, İrəvan gimnaziyası və yeni tipli Uluxanlı məktəbi də yaradılmışdır. Qori müəllimlər seminariyasının məzunu Firidun bəy Köçərli 1885-ci ilin iyununda İrəvan seminariyasına Azərbaycan dili və şəriət müəllimi təyin edilmişdir. F. Köçərli bu tədris ocağında 10 il pedaqoji fəaliyyətini davam etdirmişdir. Cəlil Məmmədquluzadə 1887-ci ildə Qori seminariyasını bitirdikdən sonra İrəvan və Yelizavetpol xalq məktəbləri direktorluğunda yerləşən Uluxanlı məktəbinə müəllim təyin edilib. Azərbaycanda ibtidai kənd məktəblərinin yaradılması işində Qori müəllimlər seminariyasının məzunları ilə yanaşı İrəvan müəllimlər seminariyasını bitirmiş məzunlar da yaxından iştirak ediblər. İlk pedaqoji təhsilini həmin seminariyada almış bir sıra azərbaycanlı gənclər sonralar təhsillərini Rusiya və Avropanın müxtəlif ali təhsil ocaqlarında davam etdirərək Azərbaycana qayıtmış və ölkəmizdə elm, mədəni-maarif işlərinin, habelə iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsində yaxından iştirak etmişlər. Xalqımızın bir sıra tanınmış nümayəndələri, maarif fədailəri — Həmid bəy Şahtaxtinski, Haşım bəy Nərimanbəyov, Haşım bəy Vəzirov, Tağı bəy Səfiyev, Vahid Musabəyov, Fərrux bəy Ağakişibəyov, İbadulla bəy Muğanlinski, Şamil bəy Mahmudbəyov, Cabbar Məmmədov və başqaları vaxtilə ilk pedaqoji təhsillərini İrəvan müəllimlər seminariyasında alıblar.
Xalq maarifinin bütöv bir dövrünü əhatə edən fəaliyyət
XIX əsrin sonu — XX əsrin əvvəllərində ibtidai məktəblər üçün azərbaycanlı müəllimlər, əsasən, Qori və İrəvan seminariyalarında hazırlanırdı. Lakin bu təhsil ocaqları Azərbaycan dili müəllimi hazırlamırdı. Həmin dövrdə Azərbaycan dili müəllimlərinin hazırlanmasında sistemsizlik hökm sürürdü. 1905–1907-ci illərdə Azərbaycan dili müəllimlərinin hazırlanması o dövrdə fəaliyyət göstərən mədəni-maarif cəmiyyətlərinin açdıqları kurslarda — Bakı quberniyası və Dağıstan vilayətinin xalq məktəbləri müdiriyyətinin kurslarında, Yelizavetpol (Gəncə) mədrəsəsində, habelə Tağıyevin qız məktəbində, həmçinin 1915-ci ildə açılmış qadın pedaqoji kurslarında həyata keçirilirdi. Bununla yanaşı, Azərbaycanda xalq maarifi, məktəb, ədəbiyyat, mədəniyyət və incəsənətin bir çox nümayəndələri ilk pedaqoji təhsillərini məhz Qori və İrəvan müəllimlər seminariyasında almışlar. Azərbaycanda pedaqogika elminin yayılması və inkişafı, xalq maarifinin bütöv bir dövrü məhz Qori və İrəvan müəllimlər seminariyası məzunlarının fəaliyyəti ilə bağlıdır. Həmin təhsil ocaqlarının milli təhsil tariximizdəki yeri və rolu bu gün də öyrənilir, tədqiq edilir, gənc nəslin, tələbələrin elmi-pedaqoji biliyinin artırılmasında istifadə edilir.
Direktorları
- Yakob Stepanoviç Suşevski (1881–?);
- İvan Andreyeviç Pasyuteviç (?–1898);
- Mixail Alekseyeviç Miropiyev (1898–1902);
- Valentin Vasilyeviç Dubromin (1902–1918)
Müsəlman şöbəsinin müdiriləri
Müəllimləri
- Molla Məmmədbağır Qazızadə — şəriət və Azərbaycan dili müəllimi;
- Axund Məmmədbağır Kazımzadə — Azərbaycan dili müəllimi;
- Firidun bəy Köçərli — şəriət və Azərbayca dili müəllimi (1885–1895);
- — Azərbaycan dili müəllimi (1903–?);
- Rəhim Xəlilov — Azərbaycan dili müəllimi (?–1903);
- Həmid bəy Şahtaxtinski — Azərbaycan dili müəllimi (27 oktyabr 1901 – 23 oktyabr 1907);
- Mirzə Cabbar Məmmədzadə — Azərbaycan dili müəllimi (23 oktyabr 1907 – 19 yanvar 1913);
- — Azərbaycan dili müəllimi (1911–1917);
- Mirzə Məmmədvəli Qəmərlinski — şəriət və Azərbaycan dili müəllimi (1901–1911);
- Axund Məmmədbağır Tağızadə;
- Məmməd Axundov;
- Mixail Klopov;
- K. Şulkin.
Məzunları
Əhməd bəy Qaziyev, Əli Əşrəf Qaziyev, Həsən bəy Axund Molla Xəlil bəy oğlu Qaziyev, Fərəməz Mahmudbəyov, Yusif bəy Qaziyev (Qazızadə), Məmməd bəy Əli bəy oğlu Mahmudbəyov, Xəlil Məmmədəliyev, Həsən Nəsirbəyov, Saleh Məşədi Teymur oğlu Güllücinski, Ağa bəy Rəhim bəy oğlu Firudinbəyov, Abbas Allahverdi oğlu Qədimov, Əli Sultanov, Fərrux bəy Ağakişibəyov, Əli Cəlilzadə, Mirzə Bağır Əliyev, Şıxəli bəy Firudinbəyov, Cəfər bəy Cəfərbəyov, İbrahim Şahtaxtlı, Vahid Musabəyov, Rəşid bəy İsmayılov, Həbib bəy Səlimov, İsmayıl bəy Şəfibəyov, Haşım bəy Vəzirov, Mirzə Abbas Məhəmmədzadə, Cabbar Məhəmmədzadə, İbadulla bəy Muğanlinski, Hüseynəli bəy Rüstəmbəyov, Tağı bəy Səfiyev, Haşım bəy Nərimanbəyov, Şamil bəy Mahmudbəyov, Həmid bəy Şahtaxtinski və başqaları ayrı-ayrı vaxtlarda seminariyanın məzunları olmuşdur. Türkiyənin görkəmli rəssamlarından olan İbrahim Səfi də həmin seminariyanın məzunu olmuşdur.
Xatirəsi
2021-ci ilin dekabrın 29-da Azərbaycan prezidenti İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
2022-ci ildə Bakıda Cəlal Allahverdiyev tərəfindən yazılmış "İrəvan Müəllimlər Seminariyası" adlı kitabın təqdimat mərasimi baş tutub.
Həmçinin bax
Mənbə
- Ziyəddin Məhərrəmov. İrəvanda məktəbdarlıq və maarifçilik (1800–1920-ci illərdə ədəbi-mədəni mühit). Bakı: Nurlan, 2010.
İstinadlar
- "İrəvan Müəllimlər Seminariyasının azərbaycanlı müəllimləri və onların tədris etdiyi fənlər". sdu.edu.az. 2022-11-03 tarixində . İstifadə tarixi: 19 sentyabr 2023.
- Fərrux Rüstəmov. "İrəvan Müəllimlər Seminariyası- 140" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 13 yanvar 2022. 10 noyabr 2022 tarixində . İstifadə tarixi: 10 noyabr 2022.
- "Azərbaycan təhsil tarixinin şərəfli səhifəsi". 525.az. 2023-07-11 tarixində . İstifadə tarixi: 19 sentyabr 2023.
- "İrəvan Müəllimlər Seminariyası". xalqqazeti.az. İstifadə tarixi: 19 sentyabr 2023.
- "İrəvan Müəllimlər Seminariyası". www.anl.az. 2021-12-04 tarixində . İstifadə tarixi: 19 sentyabr 2023.
- "Rafiq Səfərov. 140 yaşlı Seminariya". 2022-02-21 tarixində . İstifadə tarixi: 2022-03-22.
- "İrəvan Müəllimlər Seminariyası çox böyük şəxsiyyətlər yetişdirib". sherg.az. 2022-02-09 tarixində . İstifadə tarixi: 19 sentyabr 2023.
- "Misir Mərdanov, Cəlal Allahverdiyev. Azərbaycan təhsil tarixinin şərəfli səhifəsi – İrəvan Müəllimlər Seminariyası — 140. "525-ci qəzet", 28 avqust 2021, s. 8–9; 14; 15". 2021-12-04 tarixində . İstifadə tarixi: 2021-12-04.
- Fərrux Rüstəmov. Milli müəllim kadrları hazırlayan təhsil ocağı
- "İrəvan Müəllimlər Seminariyası və onun məzunları". www.muallim.edu.az. 2022-11-19 tarixində . İstifadə tarixi: 19 sentyabr 2023.
- "İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 29 dekabr 2021. 21 yanvar 2022 tarixində . İstifadə tarixi: 10 noyabr 2022.
- Yeganə Bayramova. (az.). yeniazerbaycan.com. 1 iyul 2022. Archived from the original on 2022-11-10. İstifadə tarixi: 10 noyabr 2022.
- "İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2022-01-21 tarixində . İstifadə tarixi: 19 sentyabr 2023.
Xarici keçidlər
- Qori və İrəvan müəllimlər seminariyalarının milli təhsil tariximizdəki yeri və rolu haqqında
- Tarixin izi ilə | İrəvan Müəllimlər Seminariyası / AzTV
- Ermənilərin qurbanı olan İrəvan seminariyası
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Irevan Muellimler Seminariyasi rus Erivanskaya uchitelskaya seminariya XIX esrin axirlari XX esrin evvellerinde Irevan seherinde fealiyyet gosteren tehsil ocagi Irevan Muellimler Seminariyasirus Erivanskaya uchitelskaya seminariyaIrevan Muellimler Seminariyasinin binasiEsasi qoyulub 8 20 noyabr 1881Baglanib 16 avqust 1918Seher IrevanOlke Rusiya imperiyasiTarixiIrevan Muellimler Seminariyasinin 1902 ci il buraxilisi Muellimler seminariyalarinin ilk esasnamelerine gore bu tip tehsil muessiselerine 16 yasdan yuxari pravoslav oglan usaqlari qebul oluna bilerdi 1875 ci ilde qebul edilen Muellimler seminariyalari haqqinda telimat da seminariyalarda pravoslavlarla yanasi muselmanlarin da tehsil almasina icaze verildi Irevan Muellimler Seminariyasi 20 oktyabr 1880 ci il tarixli qerarina uygun olaraq yaradilir Rusiya Imperiyasi Dovlet Surasinin uc madde ve qetnameden ibaret olan 20 oktyabr 1880 ci il tarixli qerarinda qeyd edilirdi Imperiyada Muellimler Seminariyasi ve Zaqafqaziya Muellimler Seminariyasi haqqinda Esasnameler esasinda Kutaisi ve Irevan quberniyalarinin her birinde bir Muellimler Seminariyasi acilsin Statlarin layiheleri uzre Seminariyalarin saxlanmasi ucun Kutaisi Seminariyasina 27800 rubl Irevan Seminariyasina 28350 rubl kecirilsin Irevan Muellimler Seminariyasinin tenteneli acilisi 1881 ci il noyabrin 8 de olub Seminariyada diger elmi fenlerle yanasi Azerbaycan dili fenninin ve seriet derslerinin tedris edilmesi ucun muvafiq stat vahidi nezerde tutulmusdu Inqilabdan evvelki Qafqazin en qiymetli sorgu nesrlerinden biri olan ve Tiflisde Qafqaz Canisinin Bas Idaresinin nezdinde derc edilmis ve Qafqaza aid statistik sorgu ve adres melumatlari toplanmis Kavkazski kalendar da derc olunmus melumatlara gore Axund Mehemmedbagir Qazizade 1883 cu ilden baslayaraq uzun iller erzinde Irevan muellimler seminariyasinda Azerbaycan dili fennini ve seriet derslerini tedris etmisdir 37 ile qeder fealiyyet gosteren bu tehsil ocagi 1918 ci ilin 6 avqustunda Irevan gimnaziyasi ve Uluxanli mektebi ile eyni vaxtda baglanmisdir Imperiya erazisinde fealiyyet gosteren diger seminariyalarda oldugu kimi Irevan Muellimler Seminariyasinda da tehsil pullu idi Sagirdlerin yalniz mueyyen hissesi dovlet hesabina oxuyurdu Qebul olunanlar birinci ders ilinde 210 manat sonraki illerde ise 180 manat tehsil haqqi odeyirdiler 1907 ci ilin melumatina esasen burada tehsil alan 70 sagirdden yalniz 20 neferi oz hesabina oxuyurdu Qafqaz kalendari nin 1913 cu il sayinda verilen melumata gore seminariyada tehsil alan 128 telebeden 46 si rus 37 si ermeni 30 u azerbaycanli 6 si gurcu 9 u diger milletin numayendeleri olublar Seminariyani bitirenlerin gelecek fealiyyeti Irevan muellimler seminariyasinda Azerbaycan dili ve seriet derslerinin tedris edilmesi tesadufi deyildi Cunki bu seminariya xalqimizin tarixen qedim torpaqlarindan sayilan Irevan quberniyasinda yaradilmisdi Hemin mahalda yasayan ehalinin ekseriyyetini Azerbaycan turkleri muselmanlar teskil edirdi Seminariyada Azerbaycan dilinin ve serietin tedris edilmesi dovrun telebi idi Tehsil almaq ucun seminariyaya gelmis azerbaycanli gencler ilk pedaqoji tehsillerini aldiqdan sonra heyat fealiyyetlerini azerbaycanlilarin yasadigi kendlerde ibtidai mekteblerin yaradilmasi isine ve yaxud movcud ibtidai kend mekteblerinde muellimlik pesesine hesr ederek xalq kutleleri arasinda elm ve maarifin yayilmasi ve savadsizligin aradan qaldirilmasi isinde yaxindan istirak edirdiler Bu tehsil ocagi movcud oldugu 37 il erzinde oz fealiyyeti ile Cenubi Qafqazda o cumleden Azerbaycanda xalq mektebi ve tehsilin medeni maarif isinin inkisafinda ehemiyyetli rol oynamisdir Irevan gimnaziyasi ve Uluxanli mektebi 1881 ci ilde Irevan quberniyasinda seminariyanin acilmasindan savayi daha iki muhum hadise bas vermisdir Bele ki Irevan gimnaziyasi ve yeni tipli Uluxanli mektebi de yaradilmisdir Qori muellimler seminariyasinin mezunu Firidun bey Kocerli 1885 ci ilin iyununda Irevan seminariyasina Azerbaycan dili ve seriet muellimi teyin edilmisdir F Kocerli bu tedris ocaginda 10 il pedaqoji fealiyyetini davam etdirmisdir Celil Memmedquluzade 1887 ci ilde Qori seminariyasini bitirdikden sonra Irevan ve Yelizavetpol xalq mektebleri direktorlugunda yerlesen Uluxanli mektebine muellim teyin edilib Azerbaycanda ibtidai kend mekteblerinin yaradilmasi isinde Qori muellimler seminariyasinin mezunlari ile yanasi Irevan muellimler seminariyasini bitirmis mezunlar da yaxindan istirak edibler Ilk pedaqoji tehsilini hemin seminariyada almis bir sira azerbaycanli gencler sonralar tehsillerini Rusiya ve Avropanin muxtelif ali tehsil ocaqlarinda davam etdirerek Azerbaycana qayitmis ve olkemizde elm medeni maarif islerinin habele iqtisadiyyatin muxtelif sahelerinin inkisaf etdirilmesinde yaxindan istirak etmisler Xalqimizin bir sira taninmis numayendeleri maarif fedaileri Hemid bey Sahtaxtinski Hasim bey Nerimanbeyov Hasim bey Vezirov Tagi bey Sefiyev Vahid Musabeyov Ferrux bey Agakisibeyov Ibadulla bey Muganlinski Samil bey Mahmudbeyov Cabbar Memmedov ve basqalari vaxtile ilk pedaqoji tehsillerini Irevan muellimler seminariyasinda aliblar Xalq maarifinin butov bir dovrunu ehate eden fealiyyet XIX esrin sonu XX esrin evvellerinde ibtidai mektebler ucun azerbaycanli muellimler esasen Qori ve Irevan seminariyalarinda hazirlanirdi Lakin bu tehsil ocaqlari Azerbaycan dili muellimi hazirlamirdi Hemin dovrde Azerbaycan dili muellimlerinin hazirlanmasinda sistemsizlik hokm sururdu 1905 1907 ci illerde Azerbaycan dili muellimlerinin hazirlanmasi o dovrde fealiyyet gosteren medeni maarif cemiyyetlerinin acdiqlari kurslarda Baki quberniyasi ve Dagistan vilayetinin xalq mektebleri mudiriyyetinin kurslarinda Yelizavetpol Gence medresesinde habele Tagiyevin qiz mektebinde hemcinin 1915 ci ilde acilmis qadin pedaqoji kurslarinda heyata kecirilirdi Bununla yanasi Azerbaycanda xalq maarifi mekteb edebiyyat medeniyyet ve incesenetin bir cox numayendeleri ilk pedaqoji tehsillerini mehz Qori ve Irevan muellimler seminariyasinda almislar Azerbaycanda pedaqogika elminin yayilmasi ve inkisafi xalq maarifinin butov bir dovru mehz Qori ve Irevan muellimler seminariyasi mezunlarinin fealiyyeti ile baglidir Hemin tehsil ocaqlarinin milli tehsil tariximizdeki yeri ve rolu bu gun de oyrenilir tedqiq edilir genc neslin telebelerin elmi pedaqoji biliyinin artirilmasinda istifade edilir DirektorlariYakob Stepanovic Susevski 1881 Ivan Andreyevic Pasyutevic 1898 Mixail Alekseyevic Miropiyev 1898 1902 Valentin Vasilyevic Dubromin 1902 1918 Muselman sobesinin mudirileriMemmedbagir Qazizade Hemid bey Sahtaxtinski Cefer bey Ceferbeyov MuellimleriMolla Memmedbagir Qazizade seriet ve Azerbaycan dili muellimi Axund Memmedbagir Kazimzade Azerbaycan dili muellimi Firidun bey Kocerli seriet ve Azerbayca dili muellimi 1885 1895 Azerbaycan dili muellimi 1903 Rehim Xelilov Azerbaycan dili muellimi 1903 Hemid bey Sahtaxtinski Azerbaycan dili muellimi 27 oktyabr 1901 23 oktyabr 1907 Mirze Cabbar Memmedzade Azerbaycan dili muellimi 23 oktyabr 1907 19 yanvar 1913 Azerbaycan dili muellimi 1911 1917 Mirze Memmedveli Qemerlinski seriet ve Azerbaycan dili muellimi 1901 1911 Axund Memmedbagir Tagizade Memmed Axundov Mixail Klopov K Sulkin MezunlariEhmed bey Qaziyev Eli Esref Qaziyev Hesen bey Axund Molla Xelil bey oglu Qaziyev Feremez Mahmudbeyov Yusif bey Qaziyev Qazizade Memmed bey Eli bey oglu Mahmudbeyov Xelil Memmedeliyev Hesen Nesirbeyov Saleh Mesedi Teymur oglu Gullucinski Aga bey Rehim bey oglu Firudinbeyov Abbas Allahverdi oglu Qedimov Eli Sultanov Ferrux bey Agakisibeyov Eli Celilzade Mirze Bagir Eliyev Sixeli bey Firudinbeyov Cefer bey Ceferbeyov Ibrahim Sahtaxtli Vahid Musabeyov Resid bey Ismayilov Hebib bey Selimov Ismayil bey Sefibeyov Hasim bey Vezirov Mirze Abbas Mehemmedzade Cabbar Mehemmedzade Ibadulla bey Muganlinski Huseyneli bey Rustembeyov Tagi bey Sefiyev Hasim bey Nerimanbeyov Samil bey Mahmudbeyov Hemid bey Sahtaxtinski ve basqalari ayri ayri vaxtlarda seminariyanin mezunlari olmusdur Turkiyenin gorkemli ressamlarindan olan Ibrahim Sefi de hemin seminariyanin mezunu olmusdur Xatiresi2021 ci ilin dekabrin 29 da Azerbaycan prezidenti Irevan Muellimler Seminariyasinin 140 illiyinin qeyd edilmesi haqqinda Serencam imzalayib 2022 ci ilde Bakida Celal Allahverdiyev terefinden yazilmis Irevan Muellimler Seminariyasi adli kitabin teqdimat merasimi bas tutub Hemcinin baxIrevan kisi gimnaziyasi Irevan Azerbaycanli Pedaqoji TexnikumuMenbeZiyeddin Meherremov Irevanda mektebdarliq ve maarifcilik 1800 1920 ci illerde edebi medeni muhit Baki Nurlan 2010 Istinadlar Irevan Muellimler Seminariyasinin azerbaycanli muellimleri ve onlarin tedris etdiyi fenler sdu edu az 2022 11 03 tarixinde Istifade tarixi 19 sentyabr 2023 Ferrux Rustemov Irevan Muellimler Seminariyasi 140 az Azerbaycan Dovlet Informasiya Agentliyi 13 yanvar 2022 10 noyabr 2022 tarixinde Istifade tarixi 10 noyabr 2022 Azerbaycan tehsil tarixinin serefli sehifesi 525 az 2023 07 11 tarixinde Istifade tarixi 19 sentyabr 2023 Irevan Muellimler Seminariyasi xalqqazeti az Istifade tarixi 19 sentyabr 2023 Irevan Muellimler Seminariyasi www anl az 2021 12 04 tarixinde Istifade tarixi 19 sentyabr 2023 Rafiq Seferov 140 yasli Seminariya 2022 02 21 tarixinde Istifade tarixi 2022 03 22 Irevan Muellimler Seminariyasi cox boyuk sexsiyyetler yetisdirib sherg az 2022 02 09 tarixinde Istifade tarixi 19 sentyabr 2023 Misir Merdanov Celal Allahverdiyev Azerbaycan tehsil tarixinin serefli sehifesi Irevan Muellimler Seminariyasi 140 525 ci qezet 28 avqust 2021 s 8 9 14 15 2021 12 04 tarixinde Istifade tarixi 2021 12 04 Ferrux Rustemov Milli muellim kadrlari hazirlayan tehsil ocagi Irevan Muellimler Seminariyasi ve onun mezunlari www muallim edu az 2022 11 19 tarixinde Istifade tarixi 19 sentyabr 2023 Irevan Muellimler Seminariyasinin 140 illiyinin qeyd edilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin Serencami az president az 29 dekabr 2021 21 yanvar 2022 tarixinde Istifade tarixi 10 noyabr 2022 Yegane Bayramova az yeniazerbaycan com 1 iyul 2022 Archived from the original on 2022 11 10 Istifade tarixi 10 noyabr 2022 Irevan Muellimler Seminariyasinin 140 illiyinin qeyd edilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin Serencami president az 2022 01 21 tarixinde Istifade tarixi 19 sentyabr 2023 Xarici kecidlerQori ve Irevan muellimler seminariyalarinin milli tehsil tariximizdeki yeri ve rolu haqqinda Tarixin izi ile Irevan Muellimler Seminariyasi AzTV Ermenilerin qurbani olan Irevan seminariyasi