Şahtaxtinski Həmid bəy Xəlil ağa oğlu (12 mart 1880, Şahtaxtı, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 3 fevral 1944, Arxangelsk, Arxangelsk vilayəti, RSFSR[d], SSRİ) — Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərindən biri, parlamentin üzvü, maarifçi.
Həmid bəy Şahtaxtinski | |
---|---|
Azərbaycan Xalq Cümhuriyyətinin maarif və dini etiqad naziri | |
24 dekabr 1919 – 5 mart 1920 | |
Əvvəlki | Rəşid xan Qaplanov |
Sonrakı | Nurməmməd bəy Şahsuvarov |
26 avqust 1918 – 1919 | |
Nazir | Nəsib bəy Yusifbəyli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 mart 1880 |
Doğum yeri | |
Vəfat tarixi | 3 fevral 1944 (63 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | siyasi repressiya |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | məmur, siyasətçi, müəllim, maarifçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Həmid bəy Şahtaxtinski 1880-ci il martın 12-də Naxçıvan qəzasının Şahtaxtı kəndində anadan olmuşdur. İlk təhsilini mollaxanada almış, üçüncü dərəcəli şəhər məktəbində oxumuşdur.
Təhsili
1899-cu il iyunun 5-də İrəvan müəllimlər seminariyasının tam kursunu bitirərək 379 nömrəli attestat almışdır. O, 1899-cu il sentyabrın 1-də İrəvan rus-tatar məktəbinə müəllim təyin edilmişdir. Qafqaz tədis dairəsi Təhsil idarəsinin (Popeçitel) 27 oktyabr 1901-ci il tarixli təklifi ilə Həmid bəy Şaxtaxtinskiyə İrəvan Müəllimlər Seminariyasında türk dili dərslərini tədris etməsinə icazə verilmiş, Təhsil idarəsinin 9 aprel 1902-ci il təklifi ilə o, tutduğu vəzifəyə təsdiq olunmuşdur. İrəvan müəllimlər seminariyasında 5 ildən artıq bir müddətdə pedaqoji fəaliyyət göstərdikdən sonra 1907-ci il oktyabrın 23-də öz xahişi ilə vəzifəsindən azad edilmişdir. Bəzi mənbələrə görə isə 1904-1909-cu illərdə seminariyada müəllim işləmişdir.
1907-ci ildə H. Şahtaxtinski Odessa Universitetinin hüquq fakültəsinə daxil oldu, ikinci kursda oxuyarkən xəstələnib Bakıya qayıtdı. O, bir il burada qalaraq Bakı Alekseyevsk ali hazırlıq məktəbində müəllim işlədi, bir il sonra yenidən Odessaya gedib təhsilini davam etdirdi, 1912-ci ildə universiteti bitirdi və 1913-cü il mayın 30-da ikinci dərəcəli diploma layiq görülmüşdür.
Şahtaxtinski repressiyaya məruz qalmış, 1941-ci ildə həbs və sürgün edilmiş, 1944-cü il fevralın 3-də Arxangelsk vilayətində sürgündə həlak olmuşdur.
Pedaqoji fəaliyyəti
Həmid bəy Şahtaxtinski 1912-ci ildə ali təhsilini başa vurduqdan sonra Bakıya – burada yaşayan ailəsinin yanına qayıtdı. 1913-cü ildən Bakı quberniyası Xalq məktəbləri direktorunun icazəsi ilə müəllimləri hazırlamaq üçün şəxsi kurslar açdı və eyni zamanda əvvəl Ramanada, sonra isə 1916-cı ilə qədər Alekseyevsk peşə məktəbində müəllim olaraq çalışdı. H. Şahtaxtinski 1916-cı ilin əvvəlində Qafqaz Təhsil dairəsi müdiri Rudolfun əmri ilə Yelizavetpol şəhərindəki Yelizavetpol Müəllimlər Seminariyasına riyaziyyat müəllimi təyin olunaraq, bir il sonra isə keçmiş Yelizavetpol quberniyasının Qazax və Nuxa qəzaları üzrə Xalq məktəblərinin təlimatçısı işlədi.
Tədqiqatçı M. Əliyev "Odlar Yurdu" qəzetində çap etdirdiyi "Həmid bəy Şahtaxtinski" məqaləsində onun ali təhsilini başa vurduqdan sonra Yelizavetpol dairə məhkəməsində andlı müvəkkil köməkçisi olaraq iki ilə yaxın çalışdığını, sonra Bakıya köçüb dairə məhkəməsində eyni vəzifədə işlədiyini qeyd edir.
İctimai-siyasi fəaliyyəti
Fevral inqilabından (1917) sonra siyasi fəaliyyətə başlamışdır. 1917-ci ildən İttihad Partiyasının üzvü idi. 1917-ci ildə Rusiyada baş verən inqilabından sonra H. Şahtaxtinski Tiflisdə keçirilən Müəllimlər qurultayında Müvəqqəti Zaqafqaziya Hökuməti tərəfindən Qafqaz Təhsil dairəsi komissarlığının üzvlüyünə seçildi.
1919-cu ilin iyul ayından rəsmi olaraq İttihad Partiyasınin üzvü olmuşdur.
1918-ci ildə Azərbaycan Cümhuriyyəti yaradıldıqdan sonra H. Şahtaxtinski Hökumətin Təhsil işləri üzrə səlahiyyətli nümayəndəsi kimi Qafqaz Tədris Arxivinin Gürcüstan, Azərbaycan, Ermənistan arasında bölünməsi ilə bağlı bir müddət orada qaldı.
Hökumətdə
Həmid bəy Şahtaxtinski 26 avqust 1918-ci il tarixində xalq maarifi və dini etiqad nazirinin (nazir N. Yusifbəyli) müavini vəzifəsinə təyin edilmişdir O, 1918-ci ilin dekabrın 26-da F. X. Xoyskinin formalaşdırdığı üçüncü Hökumət kabinetində də də Maarif və Dini Etiqad nazirinin müavini olaraq çalışdı.
1919-cu ilin martın 14-də N. Yusifbəylinin yaratdığı 1-ci (sayca 4-cü) Hökumət kabinetində H. Şahtaxtinski Maarif və Dini Etiqad naziri kimi fəaliyyətə başladı. Lakin sonradan onun Baş Nazir N. Yusifbəyli ilə münasibətlərində fikir ayrılığı yarandığından özü və müavinləri (A. Əmirov və F. Rzayev/Rzabəyov) vəzifələrindən istefa verdilər, 7 ay yarım işsiz qaldı. 1919-cu ilin dekabrın 24-də N. Yusifbəylinin formalaşdırdığı ikinci (sayca 5-ci) Hökumət kabinetində H. Şahtaxtinski Maarif və Dini Etiqad naziri təyin olundu. O, bu vəzifəni 1920-ci ilin martın 5-nə qədər icra etdi. 1920-ci ilin martın 5-dən sonra isə bu vəzifə İttihad Partiyasının üzvü Mirzəməhəmməd Şahsuvarova tapşırıldı.
H. Şahtaxtinski Azərbaycan Cümhuriyyəti dövründə maarif sisteminin inkişafına böyük əmək sərf etdi. O, Azərbaycanın şəhər və kəndlərində ana dilində məktəb və seminariyaların açılmasında, Bakı Dövlət Universitetinin açılışının təşkilində önəmli rol oynamışdır, orada müəllim, prorektor (1919–25) kimi çalışmışdır. O, eyni zamanda Azərbaycan Cümhuriyyəti Hökumətinin tapşırığı ilə xalq təhslinin yaxşı mütəxəssisi kimi Ali Pedaqoji İnstitutun yaradılması layihəsini tərtib etməyə başlamış, bu işi Azərbaycan sovetləşəndən sonra axıra çatdıraraq, Xalq Komissarları Sovetinin Sədri N. Nərimanova təhvil vermişdir. Həmçinin Bakı Xalq Maarifi şöbəsi nəzdindəki ikiillik müəllimlər institutunda və Azərbaycan Dövlət Tibb İnstitutunda (1930–1940) işləmişdir (1929-cu ildən professor). Tiflisdəki Zaqafqaziya Universitetinin tibb fakültəsini bitirmişdir (1928).
H. Şahtaxtinski məktəb islahatlarının aparılması ilə bağlı müəyyən təkliflər hazırlayıb Hökumətə təqdim etmək üçün Nazirlər Şurasının qərarı ilə 1919-cu ilin avqustun 20-dən sentyabrın 1-dək Bakıda keçirilmiş Azərbaycan müəllimlərinin III qurultayına rəhbərlik etdi. Onun həmin qurultayda geniş məruzəsi dinlənildi. Qurultayın təklifl əri əsasında məktəb islahatlarının aparılması, ümumi təhsilin məzmunca milliləşdirilməsi ilə bağlı proqram, dərslik üzrə Dövlət Proqramı hazırlanması üçün 1919-cu ilin noyabrın 7-də Xalq Maarif Nazirliyi yanında H. Şahtaxtinskinin sədrliyi ilə Hökumət komissiyası yaradılmışdı.
Azərbaycanın ümumtəhsil məktəbləri üçün dərsliklərin, Azərbaycan dilində elmi terminologiyanın tərtibi üzrə komissiyaların sədri olmuş, yeni Azərbaycan əlifbasının yaradılmasında iştirak etmişdir.
İstinadlar
- Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. səh. 135. ISBN .
- "Arxivlənmiş surət". 2021-07-30 tarixində . İstifadə tarixi: 2018-04-24.
- M. Əliyev. Həmid bəy Şahtaxtinski. "Odlar Yurdu" qəzeti, № 16(447), avqust 1989.
- Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 337.
- Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti: 1918–1920. B., 1990, s. 86
- Qanunverici aktlar, 1998, 292
- Quliyev Musa(Rəhimoğlu). Şahtaxtinskilər tariximizdə və taleyimizdə. Naxçıvan,"Əcəmi",104səh
- "Azərbaycan müəllimi" qəzeti. 20 may 2011-ci il.
Mənbə
- Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001;
- Əliyev M., Həmid bəy Şahtaxtinski "Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti (1918–1920)". Bakı: 1990;
- Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.
- Məmmədov X., Bir ərizə. "Azərbaycan gəncləri" qəzeti, 1967, 4 yanvar.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sahtaxtinski Hemid bey Xelil aga oglu 12 mart 1880 Sahtaxti Naxcivan qezasi Irevan quberniyasi Rusiya imperiyasi 3 fevral 1944 Arxangelsk Arxangelsk vilayeti RSFSR d SSRI Azerbaycan Xalq Cumhuriyyetinin dovlet xadimlerinden biri parlamentin uzvu maarifci Hemid bey SahtaxtinskiAzerbaycan Xalq Cumhuriyyetinin maarif ve dini etiqad naziri24 dekabr 1919 5 mart 1920EvvelkiResid xan QaplanovSonrakiNurmemmed bey SahsuvarovAzerbaycan Xalq Cumhuriyyetinin maarif ve dini etiqad nazirinin muavini26 avqust 1918 1919NazirNesib bey YusifbeyliSexsi melumatlarDogum tarixi 12 mart 1880 1880 03 12 Dogum yeri Sahtaxti Naxcivan qezasi Irevan quberniyasi Rusiya imperiyasiVefat tarixi 3 fevral 1944 1944 02 03 63 yasinda Vefat yeri Arxangelsk Arxangelsk vilayeti RSFSR d SSRIVefat sebebi siyasi repressiyaPartiya Ittihad PartiyasiTehsili Odessa Universiteti Irevan Muellimler SeminariyasiFealiyyeti memur siyasetci muellim maarifci Vikianbarda elaqeli mediafayllarHeyatiHemid bey Sahtaxtinski 1880 ci il martin 12 de Naxcivan qezasinin Sahtaxti kendinde anadan olmusdur Ilk tehsilini mollaxanada almis ucuncu dereceli seher mektebinde oxumusdur Tehsili1899 cu il iyunun 5 de Irevan muellimler seminariyasinin tam kursunu bitirerek 379 nomreli attestat almisdir O 1899 cu il sentyabrin 1 de Irevan rus tatar mektebine muellim teyin edilmisdir Qafqaz tedis dairesi Tehsil idaresinin Popecitel 27 oktyabr 1901 ci il tarixli teklifi ile Hemid bey Saxtaxtinskiye Irevan Muellimler Seminariyasinda turk dili derslerini tedris etmesine icaze verilmis Tehsil idaresinin 9 aprel 1902 ci il teklifi ile o tutdugu vezifeye tesdiq olunmusdur Irevan muellimler seminariyasinda 5 ilden artiq bir muddetde pedaqoji fealiyyet gosterdikden sonra 1907 ci il oktyabrin 23 de oz xahisi ile vezifesinden azad edilmisdir Bezi menbelere gore ise 1904 1909 cu illerde seminariyada muellim islemisdir 1907 ci ilde H Sahtaxtinski Odessa Universitetinin huquq fakultesine daxil oldu ikinci kursda oxuyarken xestelenib Bakiya qayitdi O bir il burada qalaraq Baki Alekseyevsk ali hazirliq mektebinde muellim isledi bir il sonra yeniden Odessaya gedib tehsilini davam etdirdi 1912 ci ilde universiteti bitirdi ve 1913 cu il mayin 30 da ikinci dereceli diploma layiq gorulmusdur Sahtaxtinski repressiyaya meruz qalmis 1941 ci ilde hebs ve surgun edilmis 1944 cu il fevralin 3 de Arxangelsk vilayetinde surgunde helak olmusdur Pedaqoji fealiyyetiHemid bey Sahtaxtinski 1912 ci ilde ali tehsilini basa vurduqdan sonra Bakiya burada yasayan ailesinin yanina qayitdi 1913 cu ilden Baki quberniyasi Xalq mektebleri direktorunun icazesi ile muellimleri hazirlamaq ucun sexsi kurslar acdi ve eyni zamanda evvel Ramanada sonra ise 1916 ci ile qeder Alekseyevsk pese mektebinde muellim olaraq calisdi H Sahtaxtinski 1916 ci ilin evvelinde Qafqaz Tehsil dairesi mudiri Rudolfun emri ile Yelizavetpol seherindeki Yelizavetpol Muellimler Seminariyasina riyaziyyat muellimi teyin olunaraq bir il sonra ise kecmis Yelizavetpol quberniyasinin Qazax ve Nuxa qezalari uzre Xalq mekteblerinin telimatcisi isledi Tedqiqatci M Eliyev Odlar Yurdu qezetinde cap etdirdiyi Hemid bey Sahtaxtinski meqalesinde onun ali tehsilini basa vurduqdan sonra Yelizavetpol daire mehkemesinde andli muvekkil komekcisi olaraq iki ile yaxin calisdigini sonra Bakiya kocub daire mehkemesinde eyni vezifede islediyini qeyd edir Ictimai siyasi fealiyyetiFevral inqilabindan 1917 sonra siyasi fealiyyete baslamisdir 1917 ci ilden Ittihad Partiyasinin uzvu idi 1917 ci ilde Rusiyada bas veren inqilabindan sonra H Sahtaxtinski Tiflisde kecirilen Muellimler qurultayinda Muveqqeti Zaqafqaziya Hokumeti terefinden Qafqaz Tehsil dairesi komissarliginin uzvluyune secildi 1919 cu ilin iyul ayindan resmi olaraq Ittihad Partiyasinin uzvu olmusdur 1918 ci ilde Azerbaycan Cumhuriyyeti yaradildiqdan sonra H Sahtaxtinski Hokumetin Tehsil isleri uzre selahiyyetli numayendesi kimi Qafqaz Tedris Arxivinin Gurcustan Azerbaycan Ermenistan arasinda bolunmesi ile bagli bir muddet orada qaldi Hokumetde Hemid bey Sahtaxtinski 26 avqust 1918 ci il tarixinde xalq maarifi ve dini etiqad nazirinin nazir N Yusifbeyli muavini vezifesine teyin edilmisdir O 1918 ci ilin dekabrin 26 da F X Xoyskinin formalasdirdigi ucuncu Hokumet kabinetinde de de Maarif ve Dini Etiqad nazirinin muavini olaraq calisdi 1919 cu ilin martin 14 de N Yusifbeylinin yaratdigi 1 ci sayca 4 cu Hokumet kabinetinde H Sahtaxtinski Maarif ve Dini Etiqad naziri kimi fealiyyete basladi Lakin sonradan onun Bas Nazir N Yusifbeyli ile munasibetlerinde fikir ayriligi yarandigindan ozu ve muavinleri A Emirov ve F Rzayev Rzabeyov vezifelerinden istefa verdiler 7 ay yarim issiz qaldi 1919 cu ilin dekabrin 24 de N Yusifbeylinin formalasdirdigi ikinci sayca 5 ci Hokumet kabinetinde H Sahtaxtinski Maarif ve Dini Etiqad naziri teyin olundu O bu vezifeni 1920 ci ilin martin 5 ne qeder icra etdi 1920 ci ilin martin 5 den sonra ise bu vezife Ittihad Partiyasinin uzvu Mirzemehemmed Sahsuvarova tapsirildi H Sahtaxtinski Azerbaycan Cumhuriyyeti dovrunde maarif sisteminin inkisafina boyuk emek serf etdi O Azerbaycanin seher ve kendlerinde ana dilinde mekteb ve seminariyalarin acilmasinda Baki Dovlet Universitetinin acilisinin teskilinde onemli rol oynamisdir orada muellim prorektor 1919 25 kimi calismisdir O eyni zamanda Azerbaycan Cumhuriyyeti Hokumetinin tapsirigi ile xalq tehslinin yaxsi mutexessisi kimi Ali Pedaqoji Institutun yaradilmasi layihesini tertib etmeye baslamis bu isi Azerbaycan sovetlesenden sonra axira catdiraraq Xalq Komissarlari Sovetinin Sedri N Nerimanova tehvil vermisdir Hemcinin Baki Xalq Maarifi sobesi nezdindeki ikiillik muellimler institutunda ve Azerbaycan Dovlet Tibb Institutunda 1930 1940 islemisdir 1929 cu ilden professor Tiflisdeki Zaqafqaziya Universitetinin tibb fakultesini bitirmisdir 1928 H Sahtaxtinski mekteb islahatlarinin aparilmasi ile bagli mueyyen teklifler hazirlayib Hokumete teqdim etmek ucun Nazirler Surasinin qerari ile 1919 cu ilin avqustun 20 den sentyabrin 1 dek Bakida kecirilmis Azerbaycan muellimlerinin III qurultayina rehberlik etdi Onun hemin qurultayda genis meruzesi dinlenildi Qurultayin teklifl eri esasinda mekteb islahatlarinin aparilmasi umumi tehsilin mezmunca millilesdirilmesi ile bagli proqram derslik uzre Dovlet Proqrami hazirlanmasi ucun 1919 cu ilin noyabrin 7 de Xalq Maarif Nazirliyi yaninda H Sahtaxtinskinin sedrliyi ile Hokumet komissiyasi yaradilmisdi Azerbaycanin umumtehsil mektebleri ucun dersliklerin Azerbaycan dilinde elmi terminologiyanin tertibi uzre komissiyalarin sedri olmus yeni Azerbaycan elifbasinin yaradilmasinda istirak etmisdir IstinadlarFerrux Rustemov Irevan Muellimler Seminariyasi ve onun mezunlari PDF Baki Elm ve tehsil 2022 seh 135 ISBN 978 9952 5455 010 Arxivlenmis suret 2021 07 30 tarixinde Istifade tarixi 2018 04 24 M Eliyev Hemid bey Sahtaxtinski Odlar Yurdu qezeti 16 447 avqust 1989 Huseyn Ehmedov Azerbaycan mekteb ve pedaqoji fikir tarixi Baki Elm ve tehsil 2014 seh 337 Azerbaycan Demokratik Respublikasi Azerbaycan hokumeti 1918 1920 B 1990 s 86 Qanunverici aktlar 1998 292 Quliyev Musa Rehimoglu Sahtaxtinskiler tariximizde ve taleyimizde Naxcivan Ecemi 104seh Azerbaycan muellimi qezeti 20 may 2011 ci il MenbeAzerbaycan tarixi 7 cildde c 5 B 2001 Eliyev M Hemid bey Sahtaxtinski Azerbaycan Demokratik Respublikasi Azerbaycan hokumeti 1918 1920 Baki 1990 Azerbajdzhanskaya Demokraticheskaya Respublika 1918 1920 zakonodatelnye akty Azerbaycan Nesriyyati 1998 560 Memmedov X Bir erize Azerbaycan gencleri qezeti 1967 4 yanvar