Bakı quberniyası — Çar Rusiyası dönəmində Cənubi Qafqazda bölgə. 1859-cu ildə yaranıb. Şamaxı zəlzələsi ilə əlaqədar olaraq quberniya mərkəzi Bakıya köçdü və adı dəyişdirilərək Bakı quberniyası adlandırıldı. 1860-cı ildə Dərbənd quberniyası ləğv olundu. Quba qəzası Bakı quberniyasının tərkibinə daxil olundu.
Bakı quberniyası | |||||
---|---|---|---|---|---|
| |||||
| |||||
Ölkə | Rusiya imperiyası AXC | ||||
İnzibati mərkəz | Bakı | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 1859 | ||||
Ləğv edilib | 1920 | ||||
Sahəsi |
| ||||
Əhalisi | |||||
Əhalisi |
| ||||
Rəsmi dili | Azərbaycan | ||||
| |||||
Vikianbarda əlaqəli mediafayllar |
Quberniyaya daxil olan qəzalar:
Ümumi məlumat
Rusiya çar hökumətinin inzibati islahatına əsasən Cənubi Qafqaz 1846-cı il 14 dekabr tarixli fərmanla 4 quberniya (Tiflis, Kutais, Şamaxı, Dərbənd) bölündü. Azərbaycan ərazisi, əsasən, Şamaxı quberniyasına daxil edildi. Şamaxı zəlzələ nəticəsində dağılandan (1859) sonra quberniyanın mərkəzi Bakıya köçürüldü, quberniya isə Bakı quberniyası adlandırıldı. Bakı quberniyasının tərkibinə Şamaxı, Şuşa, Nuxa (Şəki), Bakı və Lənkəran qəzaları, Xəzər dənizindəki Böyük Zirə, Daş Zirə, Pirallahı, Çilov və s. adalar daxil idi. Dərbənd quberniyasının ləğvindən (1860, may) sonra Quba qəzası da Bakı quberniyasının tərkibinə qatıldı. 1867-ci ilin dekabrında Yelizavetpol quberniyası təşkil edildi. Şuşa və Nuxa qəzaları Bakı quberniyasından ayrılıb Yelizavetpol quberniyasına verildi. Bakı quberniyasında Cavad və Göyçay kimi yeni qəzalar yaradıldı. Bakı quberniyası şimalda Dağıstan vilayəti., qərbdə Nuxa və Şuşa qəzaları, cənubda Astara və Araz çayları, şərqdə isə Xəzər dənizi ilə həmsərhəd idi. Quberniyanın ərazisi 39075,15 kv.km, əhalisi 789 659 nəfər idi (1897). Bakı quberniyasının təsərrüfatında əsas yeri neft sənayesi tuturdu. Quberniyada 1200-dən artıq fabrik və zavod var idi. Quberniyanın əhalisi (Bakı şəhəri istisna edilməklə) taxılçılıq, tütünçülük, bağçılıq, bostançılıq, pambıqçılıq, heyvandarlıq, balıqçılıq və s. ilə məşğul olurdu. Bakı quberniyasının ixracatında neft, duz, ipək, zəfəran mühüm yer tuturdu. Bakı quberniyasını Bakı hərbi qubernatoru (1872-ci ilin mayından Bakı qubernatoru) idarə edirdi. Hərbi və mülki hakimiyyət onun əlində idi. Quberniya inzibati-polis aparatı və bütün hökumət idarələri qubernatorun nəzarətində idi. 1905-ci ildə Bakı quberniyasında müvəqqəti gen.-qubernator vəzifəsi yaradıldı. 1906-cı il sentyabrın 28-də Bakı və onun fabrik-mədən rayonları Bakı quberniyasından ayrıldı. Ayrıca inzibati vahid olan Bakı şəhər rəisliyi (Bakı qradonaçalnikliyi) təşkil edildi. Bununla əlaqədar 1906-cı ilin dekabrında Bakı gen.-qubernatoru vəzifəsi ləğv edildi. Birinci dünya müharibəsi ərəfəsində Bakı quberniyası sosial-iqtisadi səviyyəsinə görə Rusiyanın inkişaf etmiş quberniyaları ilə yanaşı dururdu. Bakının Sovet Rusiyası tərəfindən işğalından (1920) sonra Bakı quberniyası ləğv olundu.
Qubernatorlar
Hərbi qubernatorlar:
- Konstantin Davıdoviç Tarxan-Mouravov, 1859–1863
- Mixail Kolyubakin, 1863–1872
Qubernatorlar:
- Dmitri Staroselski, 29 mart 1872– 1 iyun 1876
- Valeri Pozen, 1876–1882
- Justin von Huebsch Grostal, 24 mart 1882– 8 yanvar 1888
- Vladimir Rogge, 21 yanvar 1888– 1 iyun 1899
- Dmitry Odintsov, 18 iyun 1899– 27 Fevral 1904
- Mixail Nakaşidze, 27 fevral 1904–1may 1905
- Pavel Lileyev, 13 may 1905 - 10 noyabr 1905
- Vladimir Alişevski, 11 noyabr 1905–1915
- Lev Potulov, 1916– 8 mart 1917
- 8 mart 1917-? (Müvəqqəti)
Azərbaycan Xalq Cümhuriyyəti dövrü
- Müseyib bəy Əxicanov, 1918–5 fevral 1919
- Rəşid bəy Axundzadə, 5 fevral 1919–25 avqust 1919
- Əmir bəy Nərimanbəyov, 2 sentyabr 1919 — aprel 1920
General-qubernatorlar hərbi dövrdə fəaliyyət göstərmişdir:
- İvan Amilaxvari 19 fevral 1905- 5 iyun 1906
- Semen Faddeyev 5 iyun 1906 - 22 dekabr 1906
Ərazi
10 aprel 1840-cı ildə yaradılan Kaspi vilayəti 14 dekabr 1846-cı ildə ləğv edildi, Quba və Dərbənd qəzaları və yeni işğal olunmuş digər Dağıstan əraziləri ilə birlikdə Dərbənd quberniyası yaradıldı. Quba və Dərbənd qəzalarından başqa Kaspi vilayətinin tərkibinə daxil olan digər qəzaları əhatə edən Şamaxı quberniyası təşkil edildi. 1859-cu ildə adı dəyişdirilərək Bakı quberniyası adlandırılmışdır. 5 aprel 1860-cı ildə Dərbənd quberniyası ləğv edildi onun tərkibinə daxil olan Quba qəzası Bakı quberniyasına qaytarıldı, Dərbənd quberniyasının mərkəzi olan Dərbənd şəhəri və onun inzibati mərkəz olduğu Dərbənd qəzası yeni yaradılan Dağıstan vilayətinin tərkibinə daxil edildi, Dərbənd şəhəri 1966-cı ilədək Dağıstan vilayətinin inzibati mərkəzi oldu. Bakı quberniyası 19 fevral 1868-ci il tarixinədək 57,696 kvadrat verst idi. Qeyd edilən tarixdə Yelizavetpol quberniyasının yaradılarkən Nuxa və Şuşa qəzaları Bakı quberniyasının tərkibindən çıxardılaraq Yelizavetpol quberniyası tərkibinə daxil edildi. Beləliklə Bakı quberniyası ərazisi azalaraq 34,286 kvadrat verst oldu.
Əhali
Milli tərkib
Etnik qrup | Bakı q. | Cavad q. | Göyçay q. | Şamaxı q. | Lənkəran q. | Quba q. | Toplam |
---|---|---|---|---|---|---|---|
azərbaycan tatarı | 37 401 | 49 925 | 49 804 | 43 031 | 35 035 | 75 047 | 291 223 |
tat | 1834 | … | … | 1709 | … | 9516 | 13059 |
talış | … | … | … | … | 34 344 | … | 34 344 |
kürəli | … | … | … | … | … | 28 641 | 28 641 |
erməni | … | … | … | 18 183 | … | 528 | 18 711 |
rus | … | 252 | 128 | 6 533 | 5 534 | 157 | 12 604 |
yəhudi | … | … | … | 1 065 | … | … | 1 065 |
haputlu | … | … | … | 659 | … | … | 659 |
cekli | … | … | … | … | … | 9 767 | 9 767 |
buduqlu | … | … | … | … | … | 3 420 | 3 420 |
xınalıq | … | … | … | … | … | 2 315 | 2 315 |
milliyyəti göstərilmədən | 12 217 | 10 789 | 121 | 25 143 | 4 345 | 10 854 | 63 469 |
toplam | 51 452 | 60 966 | 50 053 | 96 303 | 79 258 | 130 245 | 468 277 |
Etnik qrup | Sayı | Nisbəti |
---|---|---|
azərbaycan tatarı | 364 049 | 68.22 % |
tat | 19 112 | 3.93 % |
talış | 42 999 | 7.95 % |
kürəli | 42 243 | 7.81 % |
erməni | 27 791 | 5.14 % |
rus | 18 229 | 3.37 % |
yəhudi | 6 415 | 1.19 % |
fars | 5 941 | 1.1 % |
cekli (haputlu daxil) | 5 635 | 1.04 % |
qrız | 4 795 | 1.55 %* |
xınalıq | 2 196 | * |
bilinməyən | 658 | * |
yekun | 540 773 | 100 % |
- Qeyd: 1880-ci ilin əvvəlinə olan 540,773 nəfər əhalinin 11,556 nəfəri Bakı quberniyasında 1879-cu ildə məskunlaşmışdır. Onlardan 5,941 nəfərini farslar, 4,121 nəfərini kürəlilər, 740 nəfərini azərbaycan tatarları, 664 nəfərini ermənilər, 92 nəfərini yəhudilər, 28 nəfərini isə ruslar təşkil edirdilər.
İstinadlar
- http://demoscope.ru/weekly/ssp/rus_gub_97.php?reg=61.
- Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 79[ölü keçid]
- Тифлис, типография Главного Управления Наместника Кавказского. 1880. "Кавказский календарь на 1881 год"./П. Пространство и население Завказскаго Наместничества. стр.22
Həmçinin bax
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Baki quberniyasi Car Rusiyasi doneminde Cenubi Qafqazda bolge 1859 cu ilde yaranib Samaxi zelzelesi ile elaqedar olaraq quberniya merkezi Bakiya kocdu ve adi deyisdirilerek Baki quberniyasi adlandirildi 1860 ci ilde Derbend quberniyasi legv olundu Quba qezasi Baki quberniyasinin terkibine daxil olundu Baki quberniyasiGerb40 21 59 sm e 49 50 06 s u Olke Rusiya imperiyasi AXCInzibati merkez BakiTarixi ve cografiyasiYaradilib 1859Legv edilib 1920Sahesi 34 410 2 kvadrat verstEhalisiEhalisi 826 716 nef 1897 Resmi dili AzerbaycanBaki qezasi Quba qezasi Samaxi qezasi Goycay qezasi Cavad qezasi Lenkeran qezasiArdicilliq Samaxi quberniyasi Yelizavetpol quberniyasi Baki Soveti Azerbaycan SSR Vikianbarda elaqeli mediafayllar Quberniyaya daxil olan qezalar Baki qezasi Cavad qezasi Goycay qezasi Quba qezasi Lenkeran qezasi Samaxi qezasiUmumi melumatRusiya car hokumetinin inzibati islahatina esasen Cenubi Qafqaz 1846 ci il 14 dekabr tarixli fermanla 4 quberniya Tiflis Kutais Samaxi Derbend bolundu Azerbaycan erazisi esasen Samaxi quberniyasina daxil edildi Samaxi zelzele neticesinde dagilandan 1859 sonra quberniyanin merkezi Bakiya kocuruldu quberniya ise Baki quberniyasi adlandirildi Baki quberniyasinin terkibine Samaxi Susa Nuxa Seki Baki ve Lenkeran qezalari Xezer denizindeki Boyuk Zire Das Zire Pirallahi Cilov ve s adalar daxil idi Derbend quberniyasinin legvinden 1860 may sonra Quba qezasi da Baki quberniyasinin terkibine qatildi 1867 ci ilin dekabrinda Yelizavetpol quberniyasi teskil edildi Susa ve Nuxa qezalari Baki quberniyasindan ayrilib Yelizavetpol quberniyasina verildi Baki quberniyasinda Cavad ve Goycay kimi yeni qezalar yaradildi Baki quberniyasi simalda Dagistan vilayeti qerbde Nuxa ve Susa qezalari cenubda Astara ve Araz caylari serqde ise Xezer denizi ile hemserhed idi Quberniyanin erazisi 39075 15 kv km ehalisi 789 659 nefer idi 1897 Baki quberniyasinin teserrufatinda esas yeri neft senayesi tuturdu Quberniyada 1200 den artiq fabrik ve zavod var idi Quberniyanin ehalisi Baki seheri istisna edilmekle taxilciliq tutunculuk bagciliq bostanciliq pambiqciliq heyvandarliq baliqciliq ve s ile mesgul olurdu Baki quberniyasinin ixracatinda neft duz ipek zeferan muhum yer tuturdu Baki quberniyasini Baki herbi qubernatoru 1872 ci ilin mayindan Baki qubernatoru idare edirdi Herbi ve mulki hakimiyyet onun elinde idi Quberniya inzibati polis aparati ve butun hokumet idareleri qubernatorun nezaretinde idi 1905 ci ilde Baki quberniyasinda muveqqeti gen qubernator vezifesi yaradildi 1906 ci il sentyabrin 28 de Baki ve onun fabrik meden rayonlari Baki quberniyasindan ayrildi Ayrica inzibati vahid olan Baki seher reisliyi Baki qradonacalnikliyi teskil edildi Bununla elaqedar 1906 ci ilin dekabrinda Baki gen qubernatoru vezifesi legv edildi Birinci dunya muharibesi erefesinde Baki quberniyasi sosial iqtisadi seviyyesine gore Rusiyanin inkisaf etmis quberniyalari ile yanasi dururdu Bakinin Sovet Rusiyasi terefinden isgalindan 1920 sonra Baki quberniyasi legv olundu QubernatorlarHerbi qubernatorlar Konstantin Davidovic Tarxan Mouravov 1859 1863 Mixail Kolyubakin 1863 1872 Qubernatorlar Dmitri Staroselski 29 mart 1872 1 iyun 1876 Valeri Pozen 1876 1882 Justin von Huebsch Grostal 24 mart 1882 8 yanvar 1888 Vladimir Rogge 21 yanvar 1888 1 iyun 1899 Dmitry Odintsov 18 iyun 1899 27 Fevral 1904 Mixail Nakasidze 27 fevral 1904 1may 1905 Pavel Lileyev 13 may 1905 10 noyabr 1905 Vladimir Alisevski 11 noyabr 1905 1915 Lev Potulov 1916 8 mart 1917 8 mart 1917 Muveqqeti Azerbaycan Xalq Cumhuriyyeti dovru Museyib bey Exicanov 1918 5 fevral 1919 Resid bey Axundzade 5 fevral 1919 25 avqust 1919 Emir bey Nerimanbeyov 2 sentyabr 1919 aprel 1920 General qubernatorlar herbi dovrde fealiyyet gostermisdir Ivan Amilaxvari 19 fevral 1905 5 iyun 1906 Semen Faddeyev 5 iyun 1906 22 dekabr 1906EraziQafqaz regionunun bas xeritesi 1858 ci ilQafqaz regionunun etrafli xeritesi 1869 cu il 10 aprel 1840 ci ilde yaradilan Kaspi vilayeti 14 dekabr 1846 ci ilde legv edildi Quba ve Derbend qezalari ve yeni isgal olunmus diger Dagistan erazileri ile birlikde Derbend quberniyasi yaradildi Quba ve Derbend qezalarindan basqa Kaspi vilayetinin terkibine daxil olan diger qezalari ehate eden Samaxi quberniyasi teskil edildi 1859 cu ilde adi deyisdirilerek Baki quberniyasi adlandirilmisdir 5 aprel 1860 ci ilde Derbend quberniyasi legv edildi onun terkibine daxil olan Quba qezasi Baki quberniyasina qaytarildi Derbend quberniyasinin merkezi olan Derbend seheri ve onun inzibati merkez oldugu Derbend qezasi yeni yaradilan Dagistan vilayetinin terkibine daxil edildi Derbend seheri 1966 ci iledek Dagistan vilayetinin inzibati merkezi oldu Baki quberniyasi 19 fevral 1868 ci il tarixinedek 57 696 kvadrat verst idi Qeyd edilen tarixde Yelizavetpol quberniyasinin yaradilarken Nuxa ve Susa qezalari Baki quberniyasinin terkibinden cixardilaraq Yelizavetpol quberniyasi terkibine daxil edildi Belelikle Baki quberniyasi erazisi azalaraq 34 286 kvadrat verst oldu EhaliMilli terkib 1859 1864 cu il tarixine Baki quberniyasi ehalisinin milli terkibi Etnik qrup Baki q Cavad q Goycay q Samaxi q Lenkeran q Quba q Toplamazerbaycan tatari 37 401 49 925 49 804 43 031 35 035 75 047 291 223tat 1834 1709 9516 13059talis 34 344 34 344kureli 28 641 28 641ermeni 18 183 528 18 711rus 252 128 6 533 5 534 157 12 604yehudi 1 065 1 065haputlu 659 659cekli 9 767 9 767buduqlu 3 420 3 420xinaliq 2 315 2 315milliyyeti gosterilmeden 12 217 10 789 121 25 143 4 345 10 854 63 469toplam 51 452 60 966 50 053 96 303 79 258 130 245 468 2771880 ci il tarixine Baki quberniyasi ehalisinin milli terkibi Etnik qrup Sayi Nisbetiazerbaycan tatari 364 049 68 22 tat 19 112 3 93 talis 42 999 7 95 kureli 42 243 7 81 ermeni 27 791 5 14 rus 18 229 3 37 yehudi 6 415 1 19 fars 5 941 1 1 cekli haputlu daxil 5 635 1 04 qriz 4 795 1 55 xinaliq 2 196 bilinmeyen 658 yekun 540 773 100 Qeyd 1880 ci ilin evveline olan 540 773 nefer ehalinin 11 556 neferi Baki quberniyasinda 1879 cu ilde meskunlasmisdir Onlardan 5 941 neferini farslar 4 121 neferini kureliler 740 neferini azerbaycan tatarlari 664 neferini ermeniler 92 neferini yehudiler 28 neferini ise ruslar teskil edirdiler Istinadlarhttp demoscope ru weekly ssp rus gub 97 php reg 61 Spiski naselennyh mest Rossijskoj Imperii Po Kavkazskomu krayu sostavlennye i izdavaemye Kavkazskim statisticheskim komitetom pri Glavnom upravlenii Namestnika Kavkazskogo LXV Bakinskaya guberniya Spisok naselennyh mest po svedeniyam 1859 po 1864 god Kavkazskim statatisticheskim komitetom pri Glavnom upravlenii namestnika kavkazskogo Sostavlen glavnym redaktorom Komiteta N Zejdlicem Tiflis V Tipografii glavnogo upravleniya namestnika kavkazskogo 26 noyabrya 1870 g Soderzhanie Spiskok naselyonnyh mest Bakinskoj gubernii str 79 olu kecid Tiflis tipografiya Glavnogo Upravleniya Namestnika Kavkazskogo 1880 Kavkazskij kalendar na 1881 god P Prostranstvo i naselenie Zavkazskago Namestnichestva str 22Hemcinin baxXarici kecidler