Rəşid bəy Əsəd bəy oğlu İsmayılov (az-əbcəd. رشید بك اسماعیلوف; 1877, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 1942, Solovki Əsir Düşərgəsi, Arxangelsk vilayəti, RSFSR[d], SSRİ) — Azərbaycan tarixşünas-alimi, jurnalist, müəllim, tərcüməçi və teatrşünas.Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin dəftərxana müdiri (1919–1920) olmuşdur.
Rəşid bəy İsmayılov | |
---|---|
Rəşid bəy Əsəd bəy oğlu İsmayılov | |
Doğum tarixi | 1877 |
Doğum yeri | |
Vəfat tarixi | 1942 |
Vəfat yeri |
|
Vəfat səbəbi | siyasi repressiya |
Təhsili | |
Fəaliyyəti | publisist, tarixçi, maarifçi, bürokrat |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Rəşid bəy Əsəd oğlu İsmayılov 1877-ci ildə İrəvan şəhərində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra İrəvan Müəllimlər Seminariyasınıda oxumuşdur. Seminariyanı 1905-ci ildə bitirmişdir. Ailəsi sonradan Nuxa (Şəki) şəhərinə köçmüşdür. Rəşid bəyin böyük qardaşı Kərim bəy İsmayılov 1892-ci ildə Qori Müəllimlər Seminariyasını bitirib, Cəlil Məmmədquluzadə ilə bir məktəbdə — Nehrəmdə dərs deyib, "Molla Nəsrəddin" jurnalının əməkdaşlarından biri olub. Bakıda iki kitabı çap edilmişdir: "Hesab məcmüəsi" (1908) və "Nağıllar məcmüəsi" (1911).
Rəşid bəy İsmayılov İrəvan Seminariyasından sonra Peterburq Universitetinin hüquq fakültəsini bitirib.
XX yüzilliyin əvvəlindəki bir sıra Azərbaycan ziyalıları kimi eyni zamanda, rus və Azərbaycan dillərində yazan R. İsmayılov ictimai məsələlərə həsr olunmuş məqalələri ilə həm Qafqaz, həm də Rusiya mətbuatında ardıcıl çıxış edirdi. Rəşid bəy İsmayılovun dünyagörüşünün formalaşmasında sıx bağlı olduğu Tiflis ədəbi-ictimai mühiti böyük rol oynayıb.
R. İsmayılov "Təzə zaman" adlı geniş proqramlı bir qəzet çap etmək istəmiş, lakin qəzetin nəşrinə icazə verilməmişdi.
1910-cu ildən sonra bir müddət Tehranda diplomatik xidmətdə olmuş, rus-İran məktəbində dərs demiş, bu məktəbin şagirdləri üçün əlifba kitabı tərtib etmiş və gələcəkdə yazacağı "İran inqilabı tarixi" əsəri (çap olunmamış və əlyazması 1939-cu ildə istintaq orqanlarının əlinə keçdiyinə görə itmişdir) üçün materiallar toplamışdır. 1916-cı ildə Bakıya qayıdıb, maarif, ədliyyə və s. sahələrdə qulluq etmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nazirlər Şurasında məsul vəzifədə çalışıb, Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəyli hökumətlərində dəftərxana müdiri (1919–1920) olub. 1919-cu il yanvarın 15-də Bakıda İrəvan quberniyasında yaşayan azərbaycanlıların fövqəladə iclası keçirilmiş və İrəvan Valiliyi Müsəlmanları Yerdaşlığı təsis edilmişdir. Rəşid bəy İsmayılov bu cəmiyyətin məsul katibi kimi səmərəli fəaliyyət göstərmişdir.
Cümhuriyyətin süqutundan sonra R. İsmayılov Bakıdakı 18 saylı məktəbdə tarix müəllimi işləyib. 1923-cü ildə "Azərbaycan tarixi" adlı kitabı çap olunub (1993-cü ildə "Azərnəşr" tərəfindən yenidən çap edilmişdir). Bu əsər Azərbaycan tarixinin elmi mənbələr əsasında araşdırılması sahəsində Abbasqulu ağa Bakıxanovdan sonra ikinci təşəbbüsdür.
1922-ci ildən 1934-cü ilə qədər ardıcılıqla bu vəzifələrdə çalışmışdır: Azərbaycan SSR Kənd Təsərrüfatı Xalq Komissarlığının işlər müdiri, Pambıq Komitəsinin maliyyə şöbəsinin müdiri, Batumda Azərbaycan SSR Xarici İşlər Komissarlığının səlahiyyətli nümayəndəsi, Azərbaycan SSR Xalq Sosial Təminat Komissarının müavini, Azərbaycan SSR Xalq Maliyyə Komissarlığının maliyyə-nəzarət şöbəsinin müdiri, Azərbaycan SSR Xalq Maliyyə Komissarlığının yerli maliyyə şöbəsinin müdiri, Moskvada ZSFSR nümayəndəliyində maliyyə məsələləri üzrə məsləhətçi, Zaqafqaziya Kənd Təsərrüfatı Bankının müfəttişlik rəisinin müavini, ZSFSR Ali Təsərrüfat Sovetində böyük inspektor, Azərbaycan SSR Ali Təsərrüfat Soveti yanında Plan Şöbəsinin müdiri, Azərbaycan SSR Dövlət Plan Komitəsinin Təsərrüfat Uçotu İdarəsinin tikinti və kommunal təsərrüfatı sektorunun müdiri. O, yerli büdcə şöbəsinin müdiri işləyərkən birinci yerli büdcəni və ikinci beşillik (1933–1937) üçün Azərbaycanın ağır və ilə bağlı geniş izahat yazısını tərtib etmişdir. 1928-ci ildən 1930-cu ilə qədər Tiflisdə yaşayır. Burada Zaqafqaziya Kənd Təsərrüfatı Bankında işləyir.
1934-cü ildə Azərbaycan SSR QPU-su (daha sonra KQB) tərəfindən casusluq və təxribatda şübhəli bilinərək həbs edilmiş, 6 aydan sonra sübut olmadığı üçün sərbəst buraxılmışdır. 1935–1937-ci illərdə Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyində müxtəlif vəzifələrdə çalışıb: Bakı Limanının Plan-Maliyyə İdarəsinin rəis müavini, Statistika İdarəsinin yığım-nəzarət qrupunun rəisi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin maliyyə şöbəsinin müfəttişi. 1937-ci ildən Bakı şəhəri Voroşilov rayonunun (indiki Səbail rayonu) 1 saylı məktəbində, həmçinin Azərbaycan KP MK-nın partiya kurslarında rus dili müəllimi işləyib.
Rəşid bəy İsmayılov 13 sentyabr 1938-ci ildə "əks-inqilabi millətçi təşkilatda" iştirak etməkdə və "xarici kəşfiyyat casusu" olmaqda ittiham edilərək həbs edilib. O, Moskvaya göndərilərək bir müddət Butırka həbsxanasında saxlanılır. Həmin il repressiyaya məruz qalaraq 15 il müddətinə azadlıqdan məhrum edilmiş və minlərlə müsavatçı sırasında Solovetski düşərgəsinə göndərilmişdir. 1942-ci ildə naməlum şəraitdə Arxangelsk vilayətinin Solovetski islah əmək düşərgəsində vəfat etmişdir. 1962-ci ildə ölümündən sonra bəraət almışdır.
Fəaliyyəti
XIX əstin 80-ci illərindən teatra böyük maraq göstərən Rəşid bəy İsmayılov beynəlmiləl tərkibli Azərbaycan truppasını say etibarilə artmasına, repertuar baxımından yeni əsərlərlə zənginləşməsinə çalışırdı. Bu məqsədlə o, gürcü dramaturqlarının əsərlərini Azərbaycan dilinə tərcümə edirdi. XIX əsrin 80-ci illərində Azərbaycan səhnəsində tamaşaya qoyulan ilk faciə əsəri gürcü dramaturqu Zurab Antonovun mövzusu Azərbaycan folklorundan alınan "Koroğlu" pyesi ilk dəfə R. İsmayılovun tərcüməsində azərbaycanlı tamaşaçılara göstərilmişdi. Bu, Azərbaycan səhnəsində tamaşaya qoyulan ilk faciə əsəri olur. "Kavkaz" qəzeti (№ 149, 9 iyun 1889-cu il) oxuculara "Koroğlu"nun Azərbaycan səhnəsindəki tamaşalarından biri haqqında məlumat verərək yazırdı ki:
Bu gün, iyunun 9-da Bank teatrında Azərbaycan dilində tamaşa göstəriləcəkdir. Tamaşaya gürcü dramaturqu Antonovun cənab İsmayılov tərəfindən tərcümə edilmiş "Koroğlu" dramı qoyulacaqdır. Tamaşada yığılan pul Azərbaycan teatr fondunun yaradılmasına sərf ediləcəkdir. |
O, 1903-cü ildə "Şərqi-rus" qəzetində fəaliyyətə başlamışdır. Bununla yanaşı, Qafqazda və Rusiyada çap olunan rusdilli mətbuatda ("Kavkaz", "Tiflisskiy listok", "Novoye obozreniye" "Sankt-Peterburqskiye vedomosti" və s.) məqalələr dərc etdirmişdir. Rəşid bəy İsmayılov bir il "Tiflisskiy listok" qəzetində çalışmışdır. Dövrün görkəmli şəxsiyyətləri Məhəmməd ağa Şahtaxtinski, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Abdulla Sur, Əhməd bəy Ağayev (Ağaoğlu), Əlimərdan bəy Topçubaşov və başqaları ilə sıx əlaqələri olmuş, onlarla birlikdə fəaliyyət göstərmişdir. "Şərqi-rus"un redaktoru M. Şahtaxtinski ilə Ə. Ağaoğlu arasındakı mübahisədə ikincinin tərəfini saxlayıb, M. Şahtaxtinskini pisləmişdir ("Novoye obozreniye" qəzeti (№ 77, 7 aprel 1905-ci il). "Şərqi-rus" qəzetinin nəşri dayandırıldıqdan sonra "Novoye obozreniye" qəzetinin "Müsəlman həyatı" və "Yaxın Şərq" şöbələrinə rəhbərlik etmişdir.
1903-cü ildə Maksim Qorkinin "Mənim yol yoldaşım" hekayəsindəki Şakronun "Tsnobis purtseli" qəzetində qeydləri çap olunduğu zaman Rəşid bəy İsmayılov "Novoye obozreniye"də bu münasibətlə geniş məqalə dərc etmişdir. O, Yaxın və Orta Şərq həyatından yazan şərqşünas-jurnalist kimi tanınırdı. "Kabildə ingilis səfirliyi", "İranla iqtisadi əlaqələr", "İngiltərə və Əfqanıstan", "II Vilhelm və Yaxın Şərq" kimi məqalələrində Şərq ölkələrinin yeni dövrdəki tarixi, ictimai, iqtisadi vəziyyətindən, habelə Qərb imperializminin müstəmləkəçilik siyasətindən bəhs edirdi. Tiflis şəhər həyatı məsələlərinə həsr olunmuş məqalələrində şəhər duması tənqid olunur, "qocalar klubu"nda ətalət hökm sürdüyü göstərilir, müsəlman xeyriyyə cəmiyyətindən bəhs edilirdi.
R. İsmayılov, eyni zamanda, bir ədəbiyyatşünas və tarixçi idi. Bu baxımdan onun Tiflisdə çap olunmuş "Avropa rəsmi-adəti" və "Müxtəsər Qafqaz tarixi" adlı kitablar diqqəti cəlb edir. Tam adı "Müxtəsər Qafqaz tarixi və Zaqafqasiyada zühur edən məşhur türk ədib və şairlərinin müxtəsərən tərcümeyi-halları" kitabı 1904-cü ildə çap olunmuşdur. Bu kitabda Qafqazın, o cümlədən Azərbaycanın XIX əsr tarixinin bəzi məsələləri öz əksini tapmışdır.
1905-ci ildə azərbaycanca qəzet nəşr etmək üçün Qafqaz senzura komitəsinə ərizə verənlər içərisində Cəlil Məmmədquluzadə, Rəşid bəy İsmayılov, Qafqaz canişini dəftərxanasının Hərbi-xalq idarəsinin tərcüməçisi, Qori müəllimlər seminariyasının yetişdirməsi Məmməd ağa Vəkilov, Batumdan Məmməd bəy Sancaqbəyzadə və Şəkidən Əbdülməbud Mustafayev də var idilər. Onlar müvafiq olaraq, "Novruz", "Təzə zaman", "İqbal", "Qumru", "Günçıxan" adlı gündəlik ədəbi-ictimai qəzet çap etmək istəyirdilər. Bu ziyalılardan ilk üç nəfəri Tiflis ədəbi-ictimai mühitində fəal iştirak edirdi. Məmməd ağa Vəkilovla Rəşid bəy İsmayılov "Təzə zaman" və "İqbal" adlı qəzetlərin nəşrinə icazə almaq işində böyük çətinliyə düşmüşdülər. Çünki senzura komitəsinin əməkdaşları — Qaraxanovla Kişmişov yazılı məlumatlarında belə bir fikri sübuta çalışırdılar ki, Azərbaycan dilində çıxacaq hər hansı mətbuat orqanı "Həyat" və "Kaspi" qəzetlərinin yolu ilə gedəcək, pantürkizm və panislamizm ideyaları yayacaqdır. Buna görə də C. Məmmədquluzadə, R. İsmayılov və M. Vəkilov birgə hərəkət etməyi qərara alırlar; qərara gəlirlər ki, fəalliyyətinə icazə verilən "Novruz" və hələlik nəşrinə icazə verilməyən "Təzə zaman"ın nəşrindən imtina edib maddi cəhətdən daha böyük imkanları olan Məmməd ağa Vəkilova "İqbal"ın nəşrinə icazə almağa şərait yaratsınlar. 1905-ci ilin 6 avqustunda C. Məmmədquluzadə və R. İsmayılovun Qafqaz canişinliyinə yazdıqları ərizədə oxuyuruq:
...Biz Tiflisdə gündəlik Azərbaycan qəzetlərini nəşr etməkdən imtina edir və xahiş edirik ki, mərhəmət edib, Tiflisdə yaşayan və gündəlik Azərbaycan qəzeti çıxarmaq üçün məsələ qaldıran Məmməd ağa Vəkilova qəzet çıxarmağa icazə verəsiniz. |
Onun Azərbaycanın tarixinin qədim dövrlərdən başlayaraq 1920-ci ilin aprelində sovet hakimiyyətinin qurulmasınadək olan dövrünü işıqlandıran "Azərbaycan tarixi" adlı kitabı 1923 ildə Bakıda çap olunmuşdur. Əsərdə "Mavərayi-Qafqazın elani-istiqlalı" bölməsi Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ərəfəsindəki vəziyyətə, "Azərbaycan Cümhuriyyəti" bölməsi isə bilavasitə onun qurulmasına və fəaliyyətinə həsr edilmişdir. Azərbaycan tarixinin elmi mənbələr əsasında araşdırılması sahəsində Abbasqulu ağa Bakıxanovdan sonra ikinci təşəbbüsü Rəşid bəy İsmayılovundur.
Əsərləri
- Avropa rəsmi-adəti. Tiflis: Elektrik gürcü "Tovariş" mətbəəsi, 1903, 26 s;
- Müxtəsər Qafqaz tarixi və Zaqafqaziyada zühur edən məşhur türk ədib və şairlərin müxtəsər tərcümeyi-halları. Tiflis: Gürcü şirkətinin mətbəəsi, 1904, 51 s;
- Azərbaycan tarixi. Bakı: Azərbaycan Xalq Maarif Komissarlığı, 1923, 153 s;
- Azərbaycan tarixi. (Müasir əlifbaya çevirəni və çapa haz., elmi red. E. Xəlilova, Q. Qeybullayev). Bakı: Azərnəşr, 1993, 163 s.
İstinadlar
- Mirəhmədov, Əziz. Azərbaycan jurnalistləri və naşirləri (ensiklopediya). Bakı: Ərgünəş. 2013. 121–123.
- İsmayılov, Rəşid bəy // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 63–64. ISBN .
- Керимова Т. С. Из истории Национальной Академии наук Азербайджана. Баку: Тахсил. 2005. səh. 400–403.
- Rüstəmov, Fərrux. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. 147. ISBN .
- İsmayılov Kərim bəy. Cəlil Məmmədquluzadə ensiklopediyası. Bakı: Şərq-Qərb. 2008. ISBN . 2023-12-09 tarixində .
- Salmanlı, Rəhman. "Mətbuat fədaisi – Rəşid bəy İsmayılov". azerbaijan-news.az. 2023-02-11 tarixində . İstifadə tarixi: 21 iyul 2020.
- Yurdsevər, Almaz. "Maarif və mədəniyyət tariximizdə işıqlı bir sima – Rəşid bəy İsmayılov". 525.az. 2023-02-11 tarixində . İstifadə tarixi: 1 iyul 2015.
- "Rəşid bəy İsmayılov — Uşaq Bilik Portalı". portal.azertag.az. 2022-06-27 tarixində . İstifadə tarixi: 28 aprel 2022.
- Fərəcov, Savalan. "Vətənpərvər jurnalist və tarixçi". "Mədəniyyət" qəzeti. 2015-10-14. 2023-05-29 tarixində . İstifadə tarixi: 2023-05-29.
- Hacıyev, Abbas. Tiflis ədəbi mühiti. Bakı: Yazıçı. 1980. 25–26.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediyada bu soyadli muxtelif adamlar haqqinda meqaleler var bax Ismayilov Resid bey Esed bey oglu Ismayilov az ebced رشید بك اسماعیلوف 1877 Irevan Irevan qezasi Irevan quberniyasi Rusiya imperiyasi 1942 Solovki Esir Dusergesi Arxangelsk vilayeti RSFSR d SSRI Azerbaycan tarixsunas alimi jurnalist muellim tercumeci ve teatrsunas Azerbaycan Xalq Cumhuriyyeti Hokumetinin defterxana mudiri 1919 1920 olmusdur Resid bey IsmayilovResid bey Esed bey oglu IsmayilovDogum tarixi 1877Dogum yeri Irevan Irevan qezasi Irevan quberniyasi Rusiya imperiyasiVefat tarixi 1942Vefat yeri Solovki Esir Dusergesi Arxangelsk vilayeti RSFSR d SSRIVefat sebebi siyasi repressiyaTehsili Irevan Muellimler SeminariyasiFealiyyeti publisist tarixci maarifci burokrat Vikianbarda elaqeli mediafayllarHeyatiResid bey Esed oglu Ismayilov 1877 ci ilde Irevan seherinde anadan olmusdur Orta tehsilini basa vurduqdan sonra Irevan Muellimler Seminariyasinida oxumusdur Seminariyani 1905 ci ilde bitirmisdir Ailesi sonradan Nuxa Seki seherine kocmusdur Resid beyin boyuk qardasi Kerim bey Ismayilov 1892 ci ilde Qori Muellimler Seminariyasini bitirib Celil Memmedquluzade ile bir mektebde Nehremde ders deyib Molla Nesreddin jurnalinin emekdaslarindan biri olub Bakida iki kitabi cap edilmisdir Hesab mecmuesi 1908 ve Nagillar mecmuesi 1911 Resid bey Ismayilov Irevan Seminariyasindan sonra Peterburq Universitetinin huquq fakultesini bitirib XX yuzilliyin evvelindeki bir sira Azerbaycan ziyalilari kimi eyni zamanda rus ve Azerbaycan dillerinde yazan R Ismayilov ictimai meselelere hesr olunmus meqaleleri ile hem Qafqaz hem de Rusiya metbuatinda ardicil cixis edirdi Resid bey Ismayilovun dunyagorusunun formalasmasinda six bagli oldugu Tiflis edebi ictimai muhiti boyuk rol oynayib R Ismayilov Teze zaman adli genis proqramli bir qezet cap etmek istemis lakin qezetin nesrine icaze verilmemisdi 1910 cu ilden sonra bir muddet Tehranda diplomatik xidmetde olmus rus Iran mektebinde ders demis bu mektebin sagirdleri ucun elifba kitabi tertib etmis ve gelecekde yazacagi Iran inqilabi tarixi eseri cap olunmamis ve elyazmasi 1939 cu ilde istintaq orqanlarinin eline kecdiyine gore itmisdir ucun materiallar toplamisdir 1916 ci ilde Bakiya qayidib maarif edliyye ve s sahelerde qulluq etmisdir Resid bey Ismayilov soldan 2 ci Azerbaycan Cumhuriyyeti Hokumetinin iclasi zamani Baki 1919 cu il Azerbaycan Xalq Cumhuriyyeti dovrunde Nazirler Surasinda mesul vezifede calisib Feteli xan Xoyski ve Nesib bey Yusifbeyli hokumetlerinde defterxana mudiri 1919 1920 olub 1919 cu il yanvarin 15 de Bakida Irevan quberniyasinda yasayan azerbaycanlilarin fovqelade iclasi kecirilmis ve Irevan Valiliyi Muselmanlari Yerdasligi tesis edilmisdir Resid bey Ismayilov bu cemiyyetin mesul katibi kimi semereli fealiyyet gostermisdir Cumhuriyyetin suqutundan sonra R Ismayilov Bakidaki 18 sayli mektebde tarix muellimi isleyib 1923 cu ilde Azerbaycan tarixi adli kitabi cap olunub 1993 cu ilde Azernesr terefinden yeniden cap edilmisdir Bu eser Azerbaycan tarixinin elmi menbeler esasinda arasdirilmasi sahesinde Abbasqulu aga Bakixanovdan sonra ikinci tesebbusdur 1922 ci ilden 1934 cu ile qeder ardiciliqla bu vezifelerde calismisdir Azerbaycan SSR Kend Teserrufati Xalq Komissarliginin isler mudiri Pambiq Komitesinin maliyye sobesinin mudiri Batumda Azerbaycan SSR Xarici Isler Komissarliginin selahiyyetli numayendesi Azerbaycan SSR Xalq Sosial Teminat Komissarinin muavini Azerbaycan SSR Xalq Maliyye Komissarliginin maliyye nezaret sobesinin mudiri Azerbaycan SSR Xalq Maliyye Komissarliginin yerli maliyye sobesinin mudiri Moskvada ZSFSR numayendeliyinde maliyye meseleleri uzre meslehetci Zaqafqaziya Kend Teserrufati Bankinin mufettislik reisinin muavini ZSFSR Ali Teserrufat Sovetinde boyuk inspektor Azerbaycan SSR Ali Teserrufat Soveti yaninda Plan Sobesinin mudiri Azerbaycan SSR Dovlet Plan Komitesinin Teserrufat Ucotu Idaresinin tikinti ve kommunal teserrufati sektorunun mudiri O yerli budce sobesinin mudiri isleyerken birinci yerli budceni ve ikinci besillik 1933 1937 ucun Azerbaycanin agir ve ile bagli genis izahat yazisini tertib etmisdir 1928 ci ilden 1930 cu ile qeder Tiflisde yasayir Burada Zaqafqaziya Kend Teserrufati Bankinda isleyir 1934 cu ilde Azerbaycan SSR QPU su daha sonra KQB terefinden casusluq ve texribatda subheli bilinerek hebs edilmis 6 aydan sonra subut olmadigi ucun serbest buraxilmisdir 1935 1937 ci illerde Xezer Deniz Gemiciliyinin rehberliyinde muxtelif vezifelerde calisib Baki Limaninin Plan Maliyye Idaresinin reis muavini Statistika Idaresinin yigim nezaret qrupunun reisi ve Xezer Deniz Gemiciliyi Idaresinin maliyye sobesinin mufettisi 1937 ci ilden Baki seheri Vorosilov rayonunun indiki Sebail rayonu 1 sayli mektebinde hemcinin Azerbaycan KP MK nin partiya kurslarinda rus dili muellimi isleyib Resid bey Ismayilovun hebs senedindeki sekli Resid bey Ismayilov 13 sentyabr 1938 ci ilde eks inqilabi milletci teskilatda istirak etmekde ve xarici kesfiyyat casusu olmaqda ittiham edilerek hebs edilib O Moskvaya gonderilerek bir muddet Butirka hebsxanasinda saxlanilir Hemin il repressiyaya meruz qalaraq 15 il muddetine azadliqdan mehrum edilmis ve minlerle musavatci sirasinda Solovetski dusergesine gonderilmisdir 1942 ci ilde namelum seraitde Arxangelsk vilayetinin Solovetski islah emek dusergesinde vefat etmisdir 1962 ci ilde olumunden sonra beraet almisdir FealiyyetiXIX estin 80 ci illerinden teatra boyuk maraq gosteren Resid bey Ismayilov beynelmilel terkibli Azerbaycan truppasini say etibarile artmasina repertuar baximindan yeni eserlerle zenginlesmesine calisirdi Bu meqsedle o gurcu dramaturqlarinin eserlerini Azerbaycan diline tercume edirdi XIX esrin 80 ci illerinde Azerbaycan sehnesinde tamasaya qoyulan ilk facie eseri gurcu dramaturqu Zurab Antonovun movzusu Azerbaycan folklorundan alinan Koroglu pyesi ilk defe R Ismayilovun tercumesinde azerbaycanli tamasacilara gosterilmisdi Bu Azerbaycan sehnesinde tamasaya qoyulan ilk facie eseri olur Kavkaz qezeti 149 9 iyun 1889 cu il oxuculara Koroglu nun Azerbaycan sehnesindeki tamasalarindan biri haqqinda melumat vererek yazirdi ki Bu gun iyunun 9 da Bank teatrinda Azerbaycan dilinde tamasa gosterilecekdir Tamasaya gurcu dramaturqu Antonovun cenab Ismayilov terefinden tercume edilmis Koroglu drami qoyulacaqdir Tamasada yigilan pul Azerbaycan teatr fondunun yaradilmasina serf edilecekdir Serqi rus qezeti O 1903 cu ilde Serqi rus qezetinde fealiyyete baslamisdir Bununla yanasi Qafqazda ve Rusiyada cap olunan rusdilli metbuatda Kavkaz Tiflisskiy listok Novoye obozreniye Sankt Peterburqskiye vedomosti ve s meqaleler derc etdirmisdir Resid bey Ismayilov bir il Tiflisskiy listok qezetinde calismisdir Dovrun gorkemli sexsiyyetleri Mehemmed aga Sahtaxtinski Celil Memmedquluzade Omer Faiq Nemanzade Abdulla Sur Ehmed bey Agayev Agaoglu Elimerdan bey Topcubasov ve basqalari ile six elaqeleri olmus onlarla birlikde fealiyyet gostermisdir Serqi rus un redaktoru M Sahtaxtinski ile E Agaoglu arasindaki mubahisede ikincinin terefini saxlayib M Sahtaxtinskini pislemisdir Novoye obozreniye qezeti 77 7 aprel 1905 ci il Serqi rus qezetinin nesri dayandirildiqdan sonra Novoye obozreniye qezetinin Muselman heyati ve Yaxin Serq sobelerine rehberlik etmisdir 1903 cu ilde Maksim Qorkinin Menim yol yoldasim hekayesindeki Sakronun Tsnobis purtseli qezetinde qeydleri cap olundugu zaman Resid bey Ismayilov Novoye obozreniye de bu munasibetle genis meqale derc etmisdir O Yaxin ve Orta Serq heyatindan yazan serqsunas jurnalist kimi taninirdi Kabilde ingilis sefirliyi Iranla iqtisadi elaqeler Ingiltere ve Efqanistan II Vilhelm ve Yaxin Serq kimi meqalelerinde Serq olkelerinin yeni dovrdeki tarixi ictimai iqtisadi veziyyetinden habele Qerb imperializminin mustemlekecilik siyasetinden behs edirdi Tiflis seher heyati meselelerine hesr olunmus meqalelerinde seher dumasi tenqid olunur qocalar klubu nda etalet hokm surduyu gosterilir muselman xeyriyye cemiyyetinden behs edilirdi R Ismayilov eyni zamanda bir edebiyyatsunas ve tarixci idi Bu baximdan onun Tiflisde cap olunmus Avropa resmi adeti ve Muxteser Qafqaz tarixi adli kitablar diqqeti celb edir Tam adi Muxteser Qafqaz tarixi ve Zaqafqasiyada zuhur eden meshur turk edib ve sairlerinin muxteseren tercumeyi hallari kitabi 1904 cu ilde cap olunmusdur Bu kitabda Qafqazin o cumleden Azerbaycanin XIX esr tarixinin bezi meseleleri oz eksini tapmisdir 1905 ci ilde azerbaycanca qezet nesr etmek ucun Qafqaz senzura komitesine erize verenler icerisinde Celil Memmedquluzade Resid bey Ismayilov Qafqaz canisini defterxanasinin Herbi xalq idaresinin tercumecisi Qori muellimler seminariyasinin yetisdirmesi Memmed aga Vekilov Batumdan Memmed bey Sancaqbeyzade ve Sekiden Ebdulmebud Mustafayev de var idiler Onlar muvafiq olaraq Novruz Teze zaman Iqbal Qumru Guncixan adli gundelik edebi ictimai qezet cap etmek isteyirdiler Bu ziyalilardan ilk uc neferi Tiflis edebi ictimai muhitinde feal istirak edirdi Memmed aga Vekilovla Resid bey Ismayilov Teze zaman ve Iqbal adli qezetlerin nesrine icaze almaq isinde boyuk cetinliye dusmusduler Cunki senzura komitesinin emekdaslari Qaraxanovla Kismisov yazili melumatlarinda bele bir fikri subuta calisirdilar ki Azerbaycan dilinde cixacaq her hansi metbuat orqani Heyat ve Kaspi qezetlerinin yolu ile gedecek panturkizm ve panislamizm ideyalari yayacaqdir Buna gore de C Memmedquluzade R Ismayilov ve M Vekilov birge hereket etmeyi qerara alirlar qerara gelirler ki fealliyyetine icaze verilen Novruz ve helelik nesrine icaze verilmeyen Teze zaman in nesrinden imtina edib maddi cehetden daha boyuk imkanlari olan Memmed aga Vekilova Iqbal in nesrine icaze almaga serait yaratsinlar 1905 ci ilin 6 avqustunda C Memmedquluzade ve R Ismayilovun Qafqaz canisinliyine yazdiqlari erizede oxuyuruq Biz Tiflisde gundelik Azerbaycan qezetlerini nesr etmekden imtina edir ve xahis edirik ki merhemet edib Tiflisde yasayan ve gundelik Azerbaycan qezeti cixarmaq ucun mesele qaldiran Memmed aga Vekilova qezet cixarmaga icaze veresiniz Onun Azerbaycanin tarixinin qedim dovrlerden baslayaraq 1920 ci ilin aprelinde sovet hakimiyyetinin qurulmasinadek olan dovrunu isiqlandiran Azerbaycan tarixi adli kitabi 1923 ilde Bakida cap olunmusdur Eserde Maverayi Qafqazin elani istiqlali bolmesi Azerbaycan Xalq Cumhuriyyetinin qurulmasi erefesindeki veziyyete Azerbaycan Cumhuriyyeti bolmesi ise bilavasite onun qurulmasina ve fealiyyetine hesr edilmisdir Azerbaycan tarixinin elmi menbeler esasinda arasdirilmasi sahesinde Abbasqulu aga Bakixanovdan sonra ikinci tesebbusu Resid bey Ismayilovundur EserleriAvropa resmi adeti Tiflis Elektrik gurcu Tovaris metbeesi 1903 26 s Muxteser Qafqaz tarixi ve Zaqafqaziyada zuhur eden meshur turk edib ve sairlerin muxteser tercumeyi hallari Tiflis Gurcu sirketinin metbeesi 1904 51 s Azerbaycan tarixi Baki Azerbaycan Xalq Maarif Komissarligi 1923 153 s Azerbaycan tarixi Muasir elifbaya cevireni ve capa haz elmi red E Xelilova Q Qeybullayev Baki Azernesr 1993 163 s IstinadlarMirehmedov Eziz Azerbaycan jurnalistleri ve nasirleri ensiklopediya Baki Ergunes 2013 121 123 Ismayilov Resid bey Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi II cild Baki Lider 2005 seh 63 64 ISBN 9952 417 44 4 Kerimova T S Iz istorii Nacionalnoj Akademii nauk Azerbajdzhana Baku Tahsil 2005 seh 400 403 Rustemov Ferrux Irevan Muellimler Seminariyasi ve onun mezunlari PDF Baki Elm ve tehsil 2022 147 ISBN 978 9952 5455 010 Ismayilov Kerim bey Celil Memmedquluzade ensiklopediyasi Baki Serq Qerb 2008 ISBN 978 9952 448 26 9 2023 12 09 tarixinde Salmanli Rehman Metbuat fedaisi Resid bey Ismayilov azerbaijan news az 2023 02 11 tarixinde Istifade tarixi 21 iyul 2020 Yurdsever Almaz Maarif ve medeniyyet tariximizde isiqli bir sima Resid bey Ismayilov 525 az 2023 02 11 tarixinde Istifade tarixi 1 iyul 2015 Resid bey Ismayilov Usaq Bilik Portali portal azertag az 2022 06 27 tarixinde Istifade tarixi 28 aprel 2022 Ferecov Savalan Vetenperver jurnalist ve tarixci Medeniyyet qezeti 2015 10 14 2023 05 29 tarixinde Istifade tarixi 2023 05 29 Haciyev Abbas Tiflis edebi muhiti Baki Yazici 1980 25 26