Azərbaycan jurnalistlərinin həbsi — 19 mart (1 aprel) 1911-ci ildə Bakıda nəşr edilən qəzetlərin idarəxanaların polis və jandarma tərəfindən axtarış edilərək bir çox Azərbaycan jurnalistinin həbsi hadisəsi.
Azərbaycan jurnalistlərinin həbsi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Yeri | |
Tarix | 19 mart (1 aprel) 1911 |
Vikianbarda əlaqəli mediafayllar |
Hadisə
Novruz bayramı günlərində — 19 mart (1 aprel) 1911-ci ildə Bakıda çar jandarmı "panislamizmin təbliği" bəhanəsiylə Azərbaycan qəzetlərinin idarəxanalarını basaraq bir çox jurnalisti həbs etmişdi. Həbs edilənlər bunlar idi: "Yeni həqiqət" qəzetinin sahibi-imtiyazı Oruc Orucov və sərmühərriri Məhəmmədsadıq Axundov, "" qəzetinin sahibi-imtiyazı və sərmühərriri Haşım bəy Vəzirov, həmin qəzetin əməkdaşları Cəfər Bünyadzadə, Pirqulu Mürsəlov və Əbdürrəhman Xaybulov (Seroqlazov); "Yeni füyuzat" jurnalının sahibi Əlipaşa Hüseynzadə və sərmühərriri Əhməd Kamal bəy, "" jurnalının sahibi-imtiyazı və sərmühərriri Əliabbas Mütəllibzadə. Bakı Quberniya Jandarm İdarəsindən Xüsusi Jandarmalar Korpusu rəisinə yazılan 22 mart (4 aprel) 1911-ci il tarixli (№ 1811) təliqadən öyrənirik ki, tanınmış jurnalist Hacı İbrahim Qasımov da sonradan həbs olunub.
Eyni vaxtda həbs olunanaların evləri, qəzet-jurnal redaksiyaları, mətbəələri, kitab mağazaları axtarılaraq külli miqdarda yazılı material, redaksiya və mətbəələrdən, həmçinin satışda olan yüzlərlə qəzet və jurnal müsadirə olunub.
Jurnalistlərin həbsinə səbəb "Günəş" və "Yeni həqiqət" qəzetlərindəki və "Yeni füyuzat" jurnalındakı bəzi məqalələr idi. Məqalələr bunlar idi: "Yeni həqiqət" qəzetindən: "Günəş" bağlandı", (№ 1, 21 yanvar 1911), "Mətbuat şöbəsi" (№ 5, 26 yanvar 1911), "Avropalılar və ovçuluq" (№ 24, 20 fevral 1911), "İran işləri" (№ 36, 7 mart 1911), "Novoye vremya" qəzetinin niyyəti" (№ 38, 8 mart 1911), "Müsəlmanlara qarşı", (№ 39, 13 mart 1911); "Günəş" qəzetindən: "İran və Türkiyə" (№ 49, 24 oktyabr 1910); "Yeni füyuzat" jurnalından: "Siyasi. Asiyada" (№ 2, 26 oktyabr 1910; № 6, 23 noyabr 1910), "Eyb və qüsür bizim özümüzdədir" (№ 5, 1 fevral 1911). Bu məqalələr həm də məhbusları panislamizmdə günahlandırmaq üçün istifadə edilmişdir.
Qafqaz Senzura Komitəsində yerli və şərq dilləri üzrə senzor olaraq çalışmış Mirzə Şərif Mirzəyev "Qafqazda türk mətbuatı tarixinə dair materiallar" adlı əsərində Tiflis Quberniya Jandarm İdarəsinin və Mətbuat İşləri üzrə Tiflis Senzura Komitəsinin Qafqaz canişininə yazdıqları raportları dərc edib.
Məhkumlar əvvəl Bakı həbsxanasında, 24 mart (6 aprel) tarixindən Bayıl həbsxanasında saxlanılıblar. İstintaq davam etdikcə bəzi məhbusların "cinayətkar fəaliyyətlərini ifşa və təsdiq edici fakt və sənədlər" olmadığından onların həbsxanadan buraxılması məsələsi meydana çıxıb. Bayıl həbsxanasından 4 (17) aprel 1911-ci ildə birinci olaraq "Səda" qəzetinin ünvan yazanı Əbdürrəhman Seroqlazov azad edilir. 9 (22) apreldə isə Pirqulu Mürsəlov və Cəfər Bünyadzadə həbsdən buraxılır. 14 (27) apreldə eyni vaxtda Haşım bəy Vəzirovla Əliabbas Müznib həbsdən azad olunurlar. Lakin onlar həbsxanadan buraxılsalar da, jandarm idarələrinin təqibindən yaxa qurtara bilmirlər. Ə. Müznib sonralar bu hadisələri belə xatırlayırdı:
1911-ci ilin 19 mart (1 aprel)də "Şəhabi-saqib"i qapadılar və həmin gecə evimə jandarma tökülüb özümü də həbs etdilər... Məhkəməyə verildim, 15 gün həbs və 25 manat cərimə edildiyim barədə qərar verdilər... İyirmi beş gün Bayıl həbsxanasında saxlandıqdan sonra 14 (27) apreldə buraxıldım. |
Bakı Quberniya Jandarm İdarəsi 16 (29) aprel 1911-ci ildə Ə. Hüseynzadə, O. Orucov, M. Axundov və Əhməd Kamalın istintaq prosesini sona çatdırmaq üçün əlavə vaxt verilməsini yenidən Bakı qradonaçalnikindən xahiş edir. Bu müddətdə Məhəmmədsadıq Axundovun istintaqına xitam verilir və o, 12 may (25 may) 1911-ci ildə həbsxanadan çıxır. Qalan məhbusların 3 ayadək davam edən istintaqı nəhayət sona çatdırılır və onlar barəsində hazırlanan son qətnamə Bakı qradonaçalnikinə təqdim olunur. Belə ki, Qafqaz canişini qraf İllarion Vorontsov-Daşkovun əmrilə Əhməd Kamal daimi olaraq imperiya sərhədlərindən kənara sürgün olunur. "Yeni həqiqət" qəzetinin müdir və naşiri Oruc Orucov və "Yeni füyuzat" jurnalının mühərriri Əlipaşa Hüseynzadə isə 5 il müddətinə Qafqazdan sürülməklə cəzalandırılır. Ə. Hüseynzadə Həştərxana, O. Orucov Sarıtsinə sürgün edilirlər.
Əliabbas Müznibin məhkəməsi
1910-cu ildən "Hilal" qəzetini çıxaran Əliabbas Müznib qəzetin ilk nömrəsində (18 (31) dekabr 1910) "Nə etməliyik" məqaləsi və "Əkinçi" şeiri qəzetin bağlanmasına səbəb olmuşdu. Ə. Müznib senzuranın "Hilal"ın bağlanması barəsində qərarına əhəmiyyət verməyərək qəzetin 2-ci nömrəsini (25 dekabr (7 yanvar) 1910) çap etdirir. "Hilal"ın bu nömrəsində çarizmin milli müstəmləkəçilik zülmünə qarşı çevrilmiş daha bir neçə kəskin publisist məqaləsi çıxır. Buna görə polis gücü ilə qəzetin bütün nömrələri müsadirə edilir. Yeni 1911-ci ildə "Hilal" qəzetinin yeni proqramlı daha 3 nömrəsini çap edilir. Bu qəzet 19 yanvar (1 fevral) 1911-ci ildə polisin müdaxiləsilə qapanır. 1912-ci ilin 31 yanvar (13 fevral)ında "Şəhabi-saqib", 27 yanvar (11 mart)ında isə "Hilal" qəzeti ilə bağlı məhkəmə işi dinlənilir. Sonuncu məhkəmənin hökmü ilə Tiflis Məhkəmə Palatası cinayyət qanunnaməsinin 129-cu maddəsinə əsaslanaraq Əliabbas Müznibi "xalqı dövlətə qarşı üsyana çağırmasına" görə ömürlük Sibirə sürgün edir.
Reaksiya
Hadisədən bir gün sonra Bakı və Tiflis mətbuatında bu hadisə işıqlandırılmışdır. "Kavkaz", "Mşak", "Baku", "Bakinets", "Kaspi", "Yeni irşad", "İşıq", "Molla Nəsrəddin" və b. qəzet və jurnallar bu hadisə haqqında xəbər vermişdir.
Bakıda "İşıq" qəzetinin naşiri Mustafa bəy Əlibəyov "Müdirlər böhranı" adlı yazısında (№ 10, 26 mart 1911) Çar hökumətinə haqlılıq qazandıraraq yazırdı:
Əgər günahkarlarsa nədən doğru qayda üzərə hərəkət etməyərək suçlu oldular? Yox suçsuzlarsa nədən bunlar şeytan elan edilib dövlətimizin nəzərində suçlu gösterilib tutulsunlar? |
"Molla Nəsrəddin" jurnalındakı "Qəzetələrimiz" başlıqlı yazıda (№ 12, 31 mart 1911) deyilir:
Möhtərəm oxuculara məlumdur ki, Bakıda hamı müsəlman qəzetələri bağlandı. Ancaq möhtərəm oxucularımıza bir şey məlum deyil ki, aya, qəzetələri hökumət nə səbəbə bağlayıb və yazanlarını dustaq eləyib? Səbəbini biz bilirik və özümüzü borclu bilirik ki, müsəlman qardaşlara da bildirək. Səbəbi budur ki, əgər bir az vaxtda həmin bağlanan qəzetələr bağlanmasaydılar, bu qəzetlərin varlığı ilə yer üzünün cəmi müsəlman tayfaları yuxudan ayılıb baş qalxızacaq idilər və qalxızandan sonra bir az müddətdə o qədər tərəqqi edəcək idilər ki, qonşu hükumətlərə, o cümlədən Rusiya hökumətinə sədəmə yetirəcək ididlər. |
Bu hadisədən 2 həftə sonra İstanbulda yaşayan Əhməd bəy Ağaoğlu "Türklərə məzalim" adlı yazısını "Tərcümani-həqiqət" qəzetində (№ 10784, 13 aprel 1911) çap etmişdir. Ə. Ağaoğlu yazır:
Bu gün Rusiyada bulunan otuz milyon müsəlman adəta bir tərəssüd altında, daha doğrusu bir işgəncə içindədir. Əli qələm tutan, ağzı söz söyləyən, əhalinin tənviri-əfkarına xidmət edə bilən nərədə bir adam varsa tövqif etdiriliyor, həbslərə atılıyor. Qəzetələr, kitablar, mətbəələr basılıyor, zəbt ediliyor. Yüzlərcə insanlar bilamühakimə mənfalara, Sibirya çöllərinə sürülüyor, zindanlarda çürüdülüyor. Türkiyə ilə əlaqədə bulunanlar, Türkiyədən gələn məktublar, qəzetələr, kitablar təqib edilərək müsadirə ediliyor... Türk və türklük uğrunda həbsxanalara, zindanlara atılmış olanlar qərib əhali nəzərində bir qəhrəman olacaqlar. Və bu sayədə sənələrcə qələm ilə yapamayacaqlarını bir anda yapmış bulunacaqlardır. |
Qalereya
- № 313 məhbus Əlipaşa Fərəculla oğlu Hüseynov — "Yeni füyüzat" jurnalının naşir-mühərriri, Aşumovun kantorunda çalışır
- № 314 məhbus Oruc Məşədi Əli oğlu Orucov — "Yeni həqiqət" qəzetinin naşir-mühərriri
- № 315 məhbus Məhəmmədsadıq Molla Ruhulla oğlu Axundov — "Yeni həqiqət" qəzetinin əməkdaşı
- № 316 məhbus Əliabbas Mütəllibzadə — "Şəhabi-saqib" jurnalının naşir-mühərriri
- № 317 məhbus Haşım bəy Miriman bəy oğlu Vəzirov — "Səda" qəzetinin naşir-mühərriri
- № 318 məhbus Pirqulu Babaverdi oğlu Mürsəlov — Real məktəbə imtahan verməyə hazırlaşır, "Səda" qəzetinin kantorunda çalışır
- № 319 məhbus Cəfər Xoca bəy oğlu Bünyadzadə — "Nəşri-maarif" cəmiyyətində Azərbaycan dili müəllimi
- № 320 məhbus Əbdürrəhman Xaybulov (Seroqlazov) — "Səda" qəzetinin əməkdaşı
- № 321 məhbus Əhməd Kamal Rasim oğlu — 1900-cu ildə Konstantinopolda ali ədəbi "Dar-üş Şəfəq" məktəbinin məzunu, türkcə və fransızca fərdi dərslər verən müəllim
Qeydlər
- Əlipaşa Səburun atasının adı Həbibulla idi. Atası savadsız və avam olduğundan Əlipaşa Hüseynzadə tutularkən onun bağışlanması üçün bir az savadlı əmisi Fərəculla öz adından ərizələr yazıbmış. Sənədlərdə səhvliklə Fərəculla Əlipaşanın atası olaraq qeyd edilib.
Mənbə
İstinadlar
- Zeynalzadə, Ağarəfi. "Jurnalistlər niyə həbs olunublar?". 525-ci qəzet (№ 253 (1094)). 7 dekabr 2001.
- Zeynalzadə, 2011. səh. 177
- Şahverdiyev, Akif. (PDF). Bakı: "Təhsil" nəşriyyatı. 2006. səh. 141. 2016-03-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-06-27.
- Quliyev, 2017. səh. 198
- Ağaoğlu, Əhməd bəy. "Türklərə məzalim". "Tərcümani-həqiqət" qəzeti. 13 aprel 1911. 2023-03-18 tarixində . İstifadə tarixi: 2023-07-13.
- "ორუჟდ ორუჟდევი" [Oruc Orucov]. საქართველოს ეროვნული არქივი [Gürcüstan Milli Arxivi] (gürcü). Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivi, fond 153, siyahı 3, iş 3613. 2022-07-31 tarixində . İstifadə tarixi: 2024-04-29.
- "მამედ-სადიხ ახუნდოვი" [Məmməd Sadıq Axundov]. საქართველოს ეროვნული არქივი [Gürcüstan Milli Arxivi] (gürcü). Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivi, fond 153, siyahı 3, iş 456. 2024-04-29 tarixində . İstifadə tarixi: 2024-04-29.
- "გაშიმ-ბეკ ვეზიროვი" [Haşım bəy Vəzirov]. საქართველოს ეროვნული არქივი [Gürcüstan Milli Arxivi] (gürcü). Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivi, fond 153, siyahı 3, iş 917. 2024-04-29 tarixində . İstifadə tarixi: 2024-04-29.
- "ჯაფარი ხოჯა-ბეკ ოღლი" [Cəfər Xoca bəy oğlu]. საქართველოს ეროვნული არქივი [Gürcüstan Milli Arxivi] (gürcü). Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivi, fond 153, siyahı 3, iş 1500. 2024-04-29 tarixində . İstifadə tarixi: 2024-04-29.
- "პირკული მურსალოვი" [Pirqulu Mürsəlov]. საქართველოს ეროვნული არქივი [Gürcüstan Milli Arxivi] (gürcü). Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivi, fond 153, siyahı 3, iş 3319. 2022-11-09 tarixində . İstifadə tarixi: 2024-04-29.
- "აბდურახმანი სეროგლაზოვი" [Əbdürrəhman Seroqlazov]. საქართველოს ეროვნული არქივი [Gürcüstan Milli Arxivi] (gürcü). Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivi, fond 153, siyahı 3, iş 4218. 2023-03-13 tarixində . İstifadə tarixi: 2024-04-29.
- "ალი-ფაშა უსენოვი" [Əli Paşa Hüseynov]. საქართველოს ეროვნული არქივი [Gürcüstan Milli Arxivi] (gürcü). Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivi, fond 153, siyahı 3, iş 4752. 2024-04-29 tarixində . İstifadə tarixi: 2024-04-29.
- "ახმედ ქემალ რასიმი" [Əhməd Kamal Rasim]. საქართველოს ეროვნული არქივი [Gürcüstan Milli Arxivi] (gürcü). Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivi, fond 153, siyahı 3, iş 443. 2021-12-25 tarixində . İstifadə tarixi: 2024-03-01.
- "ალი-აბას მუთალიბზადე" [Əli Abbas Mütəllibzadə]. საქართველოს ეროვნული არქივი [Gürcüstan Milli Arxivi] (gürcü). Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivi, fond 153, siyahı 3, iş 213. 2024-04-29 tarixində . İstifadə tarixi: 2024-04-29.
- Zeynalzadə, 2011. səh. 178
- Hüseynzadə, 2000. səh. 113
- Həşimli, Hüseyn, redaktor"Yeni Füyuzat" jurnalı (1910-1911-ci illər). Bakı: Elm və təhsil. 2010. 42–46, 118–120, 294–299.
- Мирзаев, 2009. səh. 182–189
- Zeynalzadə, 2011. səh. 179
- Ağayev, 2000. səh. 29
- Zeynalzadə, 2011. səh. 179–180
- Mirəhmədov, 1983. səh. 236
- Ağayev, 2000. səh. 26–27
- Aydın, Hande. İlk Kadın Gazetesi Işık'ın (1911–1912) Azerbaycan Basın Tarihindeki Yeri (PDF) (türk) (Yüksek Lisans Tezi). İstanbul: Mimar Sinan Güzel Sanatlar Üniversitesi. 2018. 62.[ölü keçid]
- Hüseynzadə, 2000. səh. 114
- Hüseynzadə, 2000. səh. 16–17
Ədəbiyyat
- Əziz Mirəhmədov. Azərbaycan ədəbiyyatına dair tədqiqlər (XIX—XX əsrlər). Bakı: Maarif. 1983.
- Aydın Hüseynzadə. Romantik şair Əlipaşa Səbur. Bakı: "Boz oğuz" nəşriyyatı. 2000.
- İslam Ağayev. Əliabbas Müznib. Bakı: Elm. 2000.
- Ağarəfi Zeynalzadə. Jurnalistlər niyə həbs olunublar? // Azərbaycan mətbuat tarixi antologiyası. C. 2. Bakı: Elm və təhsil. (Nəşrə haz. və elmi red. : Şamil Vəliyev, Nəsiman Yaqublu). 2011.
- Мирза Шериф Мирзаев. Материалы для истории тюркской печати на Кавказе. Баку: Типография университета «Тяфяккюр». (Подготовили к печати Эльмира Касимова, Рена Маилова). 2009.
- Vilayət Quliyev. "Füyuzat"ın iki yazarı. Bakı: Elm və təhsil. 2017.
- Nəsiman Yaqublu. Azərbaycan mətbuatı: Gizli nəşrlər. Bakı: "Qanun" nəşriyyatı. 2023.
Xarici keçidlər
- Əhməd bəy Ağaoğlu. "Türklərə məzalim" // "Tərcümani-həqiqət" qəzeti (№ 10784, 13 aprel 1911)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycan jurnalistlerinin hebsi 19 mart 1 aprel 1911 ci ilde Bakida nesr edilen qezetlerin idarexanalarin polis ve jandarma terefinden axtaris edilerek bir cox Azerbaycan jurnalistinin hebsi hadisesi Azerbaycan jurnalistlerinin hebsiHebs edilen Azerbaycan qezetcileri 1 ci sira Elipasa Huseynzade Oruc Orucov Mehemmedsadiq Axundov 2 ci sira Eliabbas Muznib Hasim bey Vezirov Pirqulu Murselov 3 cu sira Cefer Bunyadzade Ebdurrehman Seroqlazov Ehmed KamalUmumi melumatlarYeri Baki Rusiya imperiyasiTarix 19 mart 1 aprel 1911 Vikianbarda elaqeli mediafayllarHadiseNovruz bayrami gunlerinde 19 mart 1 aprel 1911 ci ilde Bakida car jandarmi panislamizmin tebligi behanesiyle Azerbaycan qezetlerinin idarexanalarini basaraq bir cox jurnalisti hebs etmisdi Hebs edilenler bunlar idi Yeni heqiqet qezetinin sahibi imtiyazi Oruc Orucov ve sermuherriri Mehemmedsadiq Axundov qezetinin sahibi imtiyazi ve sermuherriri Hasim bey Vezirov hemin qezetin emekdaslari Cefer Bunyadzade Pirqulu Murselov ve Ebdurrehman Xaybulov Seroqlazov Yeni fuyuzat jurnalinin sahibi Elipasa Huseynzade ve sermuherriri Ehmed Kamal bey jurnalinin sahibi imtiyazi ve sermuherriri Eliabbas Mutellibzade Baki Quberniya Jandarm Idaresinden Xususi Jandarmalar Korpusu reisine yazilan 22 mart 4 aprel 1911 ci il tarixli 1811 teliqaden oyrenirik ki taninmis jurnalist Haci Ibrahim Qasimov da sonradan hebs olunub Eyni vaxtda hebs olunanalarin evleri qezet jurnal redaksiyalari metbeeleri kitab magazalari axtarilaraq kulli miqdarda yazili material redaksiya ve metbeelerden hemcinin satisda olan yuzlerle qezet ve jurnal musadire olunub Jurnalistlerin hebsine sebeb Gunes ve Yeni heqiqet qezetlerindeki ve Yeni fuyuzat jurnalindaki bezi meqaleler idi Meqaleler bunlar idi Yeni heqiqet qezetinden Gunes baglandi 1 21 yanvar 1911 Metbuat sobesi 5 26 yanvar 1911 Avropalilar ve ovculuq 24 20 fevral 1911 Iran isleri 36 7 mart 1911 Novoye vremya qezetinin niyyeti 38 8 mart 1911 Muselmanlara qarsi 39 13 mart 1911 Gunes qezetinden Iran ve Turkiye 49 24 oktyabr 1910 Yeni fuyuzat jurnalindan Siyasi Asiyada 2 26 oktyabr 1910 6 23 noyabr 1910 Eyb ve qusur bizim ozumuzdedir 5 1 fevral 1911 Bu meqaleler hem de mehbuslari panislamizmde gunahlandirmaq ucun istifade edilmisdir Qafqaz Senzura Komitesinde yerli ve serq dilleri uzre senzor olaraq calismis Mirze Serif Mirzeyev Qafqazda turk metbuati tarixine dair materiallar adli eserinde Tiflis Quberniya Jandarm Idaresinin ve Metbuat Isleri uzre Tiflis Senzura Komitesinin Qafqaz canisinine yazdiqlari raportlari derc edib Mehkumlar evvel Baki hebsxanasinda 24 mart 6 aprel tarixinden Bayil hebsxanasinda saxlaniliblar Istintaq davam etdikce bezi mehbuslarin cinayetkar fealiyyetlerini ifsa ve tesdiq edici fakt ve senedler olmadigindan onlarin hebsxanadan buraxilmasi meselesi meydana cixib Bayil hebsxanasindan 4 17 aprel 1911 ci ilde birinci olaraq Seda qezetinin unvan yazani Ebdurrehman Seroqlazov azad edilir 9 22 aprelde ise Pirqulu Murselov ve Cefer Bunyadzade hebsden buraxilir 14 27 aprelde eyni vaxtda Hasim bey Vezirovla Eliabbas Muznib hebsden azad olunurlar Lakin onlar hebsxanadan buraxilsalar da jandarm idarelerinin teqibinden yaxa qurtara bilmirler E Muznib sonralar bu hadiseleri bele xatirlayirdi 1911 ci ilin 19 mart 1 aprel de Sehabi saqib i qapadilar ve hemin gece evime jandarma tokulub ozumu de hebs etdiler Mehkemeye verildim 15 gun hebs ve 25 manat cerime edildiyim barede qerar verdiler Iyirmi bes gun Bayil hebsxanasinda saxlandiqdan sonra 14 27 aprelde buraxildim Baki Quberniya Jandarm Idaresi 16 29 aprel 1911 ci ilde E Huseynzade O Orucov M Axundov ve Ehmed Kamalin istintaq prosesini sona catdirmaq ucun elave vaxt verilmesini yeniden Baki qradonacalnikinden xahis edir Bu muddetde Mehemmedsadiq Axundovun istintaqina xitam verilir ve o 12 may 25 may 1911 ci ilde hebsxanadan cixir Qalan mehbuslarin 3 ayadek davam eden istintaqi nehayet sona catdirilir ve onlar baresinde hazirlanan son qetname Baki qradonacalnikine teqdim olunur Bele ki Qafqaz canisini qraf Illarion Vorontsov Daskovun emrile Ehmed Kamal daimi olaraq imperiya serhedlerinden kenara surgun olunur Yeni heqiqet qezetinin mudir ve nasiri Oruc Orucov ve Yeni fuyuzat jurnalinin muherriri Elipasa Huseynzade ise 5 il muddetine Qafqazdan surulmekle cezalandirilir E Huseynzade Hesterxana O Orucov Saritsine surgun edilirler Eliabbas Muznibin mehkemesi 1910 cu ilden Hilal qezetini cixaran Eliabbas Muznib qezetin ilk nomresinde 18 31 dekabr 1910 Ne etmeliyik meqalesi ve Ekinci seiri qezetin baglanmasina sebeb olmusdu E Muznib senzuranin Hilal in baglanmasi baresinde qerarina ehemiyyet vermeyerek qezetin 2 ci nomresini 25 dekabr 7 yanvar 1910 cap etdirir Hilal in bu nomresinde carizmin milli mustemlekecilik zulmune qarsi cevrilmis daha bir nece keskin publisist meqalesi cixir Buna gore polis gucu ile qezetin butun nomreleri musadire edilir Yeni 1911 ci ilde Hilal qezetinin yeni proqramli daha 3 nomresini cap edilir Bu qezet 19 yanvar 1 fevral 1911 ci ilde polisin mudaxilesile qapanir 1912 ci ilin 31 yanvar 13 fevral inda Sehabi saqib 27 yanvar 11 mart inda ise Hilal qezeti ile bagli mehkeme isi dinlenilir Sonuncu mehkemenin hokmu ile Tiflis Mehkeme Palatasi cinayyet qanunnamesinin 129 cu maddesine esaslanaraq Eliabbas Muznibi xalqi dovlete qarsi usyana cagirmasina gore omurluk Sibire surgun edir ReaksiyaHadiseden bir gun sonra Baki ve Tiflis metbuatinda bu hadise isiqlandirilmisdir Kavkaz Msak Baku Bakinets Kaspi Yeni irsad Isiq Molla Nesreddin ve b qezet ve jurnallar bu hadise haqqinda xeber vermisdir Bakida Isiq qezetinin nasiri Mustafa bey Elibeyov Mudirler bohrani adli yazisinda 10 26 mart 1911 Car hokumetine haqliliq qazandiraraq yazirdi Eger gunahkarlarsa neden dogru qayda uzere hereket etmeyerek suclu oldular Yox sucsuzlarsa neden bunlar seytan elan edilib dovletimizin nezerinde suclu gosterilib tutulsunlar Molla Nesreddin jurnalindaki Qezetelerimiz basliqli yazida 12 31 mart 1911 deyilir Mohterem oxuculara melumdur ki Bakida hami muselman qezeteleri baglandi Ancaq mohterem oxucularimiza bir sey melum deyil ki aya qezeteleri hokumet ne sebebe baglayib ve yazanlarini dustaq eleyib Sebebini biz bilirik ve ozumuzu borclu bilirik ki muselman qardaslara da bildirek Sebebi budur ki eger bir az vaxtda hemin baglanan qezeteler baglanmasaydilar bu qezetlerin varligi ile yer uzunun cemi muselman tayfalari yuxudan ayilib bas qalxizacaq idiler ve qalxizandan sonra bir az muddetde o qeder tereqqi edecek idiler ki qonsu hukumetlere o cumleden Rusiya hokumetine sedeme yetirecek ididler Bu hadiseden 2 hefte sonra Istanbulda yasayan Ehmed bey Agaoglu Turklere mezalim adli yazisini Tercumani heqiqet qezetinde 10784 13 aprel 1911 cap etmisdir E Agaoglu yazir Bu gun Rusiyada bulunan otuz milyon muselman adeta bir teressud altinda daha dogrusu bir isgence icindedir Eli qelem tutan agzi soz soyleyen ehalinin tenviri efkarina xidmet ede bilen nerede bir adam varsa tovqif etdiriliyor hebslere atiliyor Qezeteler kitablar metbeeler basiliyor zebt ediliyor Yuzlerce insanlar bilamuhakime menfalara Sibirya collerine suruluyor zindanlarda curuduluyor Turkiye ile elaqede bulunanlar Turkiyeden gelen mektublar qezeteler kitablar teqib edilerek musadire ediliyor Turk ve turkluk ugrunda hebsxanalara zindanlara atilmis olanlar qerib ehali nezerinde bir qehreman olacaqlar Ve bu sayede senelerce qelem ile yapamayacaqlarini bir anda yapmis bulunacaqlardir Qalereya 313 mehbus Elipasa Fereculla oglu Huseynov Yeni fuyuzat jurnalinin nasir muherriri Asumovun kantorunda calisir 314 mehbus Oruc Mesedi Eli oglu Orucov Yeni heqiqet qezetinin nasir muherriri 315 mehbus Mehemmedsadiq Molla Ruhulla oglu Axundov Yeni heqiqet qezetinin emekdasi 316 mehbus Eliabbas Mutellibzade Sehabi saqib jurnalinin nasir muherriri 317 mehbus Hasim bey Miriman bey oglu Vezirov Seda qezetinin nasir muherriri 318 mehbus Pirqulu Babaverdi oglu Murselov Real mektebe imtahan vermeye hazirlasir Seda qezetinin kantorunda calisir 319 mehbus Cefer Xoca bey oglu Bunyadzade Nesri maarif cemiyyetinde Azerbaycan dili muellimi 320 mehbus Ebdurrehman Xaybulov Seroqlazov Seda qezetinin emekdasi 321 mehbus Ehmed Kamal Rasim oglu 1900 cu ilde Konstantinopolda ali edebi Dar us Sefeq mektebinin mezunu turkce ve fransizca ferdi dersler veren muellimQeydlerElipasa Seburun atasinin adi Hebibulla idi Atasi savadsiz ve avam oldugundan Elipasa Huseynzade tutularken onun bagislanmasi ucun bir az savadli emisi Fereculla oz adindan erizeler yazibmis Senedlerde sehvlikle Fereculla Elipasanin atasi olaraq qeyd edilib MenbeIstinadlar Zeynalzade Agarefi Jurnalistler niye hebs olunublar 525 ci qezet 253 1094 7 dekabr 2001 Zeynalzade 2011 seh 177 Sahverdiyev Akif PDF Baki Tehsil nesriyyati 2006 seh 141 2016 03 05 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 2018 06 27 Quliyev 2017 seh 198 Agaoglu Ehmed bey Turklere mezalim Tercumani heqiqet qezeti 13 aprel 1911 2023 03 18 tarixinde Istifade tarixi 2023 07 13 ორუჟდ ორუჟდევი Oruc Orucov საქართველოს ეროვნული არქივი Gurcustan Milli Arxivi gurcu Gurcustan Merkezi Dovlet Tarix Arxivi fond 153 siyahi 3 is 3613 2022 07 31 tarixinde Istifade tarixi 2024 04 29 მამედ სადიხ ახუნდოვი Memmed Sadiq Axundov საქართველოს ეროვნული არქივი Gurcustan Milli Arxivi gurcu Gurcustan Merkezi Dovlet Tarix Arxivi fond 153 siyahi 3 is 456 2024 04 29 tarixinde Istifade tarixi 2024 04 29 გაშიმ ბეკ ვეზიროვი Hasim bey Vezirov საქართველოს ეროვნული არქივი Gurcustan Milli Arxivi gurcu Gurcustan Merkezi Dovlet Tarix Arxivi fond 153 siyahi 3 is 917 2024 04 29 tarixinde Istifade tarixi 2024 04 29 ჯაფარი ხოჯა ბეკ ოღლი Cefer Xoca bey oglu საქართველოს ეროვნული არქივი Gurcustan Milli Arxivi gurcu Gurcustan Merkezi Dovlet Tarix Arxivi fond 153 siyahi 3 is 1500 2024 04 29 tarixinde Istifade tarixi 2024 04 29 პირკული მურსალოვი Pirqulu Murselov საქართველოს ეროვნული არქივი Gurcustan Milli Arxivi gurcu Gurcustan Merkezi Dovlet Tarix Arxivi fond 153 siyahi 3 is 3319 2022 11 09 tarixinde Istifade tarixi 2024 04 29 აბდურახმანი სეროგლაზოვი Ebdurrehman Seroqlazov საქართველოს ეროვნული არქივი Gurcustan Milli Arxivi gurcu Gurcustan Merkezi Dovlet Tarix Arxivi fond 153 siyahi 3 is 4218 2023 03 13 tarixinde Istifade tarixi 2024 04 29 ალი ფაშა უსენოვი Eli Pasa Huseynov საქართველოს ეროვნული არქივი Gurcustan Milli Arxivi gurcu Gurcustan Merkezi Dovlet Tarix Arxivi fond 153 siyahi 3 is 4752 2024 04 29 tarixinde Istifade tarixi 2024 04 29 ახმედ ქემალ რასიმი Ehmed Kamal Rasim საქართველოს ეროვნული არქივი Gurcustan Milli Arxivi gurcu Gurcustan Merkezi Dovlet Tarix Arxivi fond 153 siyahi 3 is 443 2021 12 25 tarixinde Istifade tarixi 2024 03 01 ალი აბას მუთალიბზადე Eli Abbas Mutellibzade საქართველოს ეროვნული არქივი Gurcustan Milli Arxivi gurcu Gurcustan Merkezi Dovlet Tarix Arxivi fond 153 siyahi 3 is 213 2024 04 29 tarixinde Istifade tarixi 2024 04 29 Zeynalzade 2011 seh 178 Huseynzade 2000 seh 113 Hesimli Huseyn redaktor Yeni Fuyuzat jurnali 1910 1911 ci iller Baki Elm ve tehsil 2010 42 46 118 120 294 299 Mirzaev 2009 seh 182 189 Zeynalzade 2011 seh 179 Agayev 2000 seh 29 Zeynalzade 2011 seh 179 180 Mirehmedov 1983 seh 236 Agayev 2000 seh 26 27 Aydin Hande Ilk Kadin Gazetesi Isik in 1911 1912 Azerbaycan Basin Tarihindeki Yeri PDF turk Yuksek Lisans Tezi Istanbul Mimar Sinan Guzel Sanatlar Universitesi 2018 62 olu kecid Huseynzade 2000 seh 114 Huseynzade 2000 seh 16 17 Edebiyyat Eziz Mirehmedov Azerbaycan edebiyyatina dair tedqiqler XIX XX esrler Baki Maarif 1983 Aydin Huseynzade Romantik sair Elipasa Sebur Baki Boz oguz nesriyyati 2000 Islam Agayev Eliabbas Muznib Baki Elm 2000 Agarefi Zeynalzade Jurnalistler niye hebs olunublar Azerbaycan metbuat tarixi antologiyasi C 2 Baki Elm ve tehsil Nesre haz ve elmi red Samil Veliyev Nesiman Yaqublu 2011 Mirza Sherif Mirzaev Materialy dlya istorii tyurkskoj pechati na Kavkaze Baku Tipografiya universiteta Tyafyakkyur Podgotovili k pechati Elmira Kasimova Rena Mailova 2009 Vilayet Quliyev Fuyuzat in iki yazari Baki Elm ve tehsil 2017 Nesiman Yaqublu Azerbaycan metbuati Gizli nesrler Baki Qanun nesriyyati 2023 Xarici kecidlerVikianbarda Azerbaycan jurnalistlerinin hebsi ile elaqeli mediafayllar var Ehmed bey Agaoglu Turklere mezalim Tercumani heqiqet qezeti 10784 13 aprel 1911