"Nəşri-maarif" və ya "Nəşri-savad və maarif" — Azərbaycanda mədəni-maarif işləri sahəsində fəaliyyət göstərmiş xeyriyyə cəmiyyəti.
Tarixi
Fəaliyyətinin ilk mərhələsində "Bakı quberniyası müsəlman əhalisi arasında savadı artıran cəmiyyət" də adlandırılır. İlk nizamnamə layihəsi 1906-cı il avqustun 1-də təsdiq olunmuş, 1912-ci il oktyabrın 19-da bəzi əlavələr və dəyişikliklərlə ikinci dəfə qeydiyyatdan keçmişdir. Təsisçiləri İsmayıl bəy Səfərəliyev, Həsənağa Həsənov, Məmmədhəsən Hacınski, Əsədulla Əhmədov, Ağahüseyn Tağıyev, Əliağa Həsənov və Həsən Mustafayev idilər. "Nəşri-maarif"in idarə heyətinə 1906-cı il noyabrın 24-də keçirilən ilk seçkilərdə cəmiyyətin tərkibinə Hacı Zeynalabdin Tağıyev (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Ə.Ə.Əmircanov, H.Məlikov, M.Ə.Nəzirov (təftiş komissiyası), Ə.Ağayev, Ə.İ.Cəfərov, M.Əfəndiyev (katiblik), A.Tağıyev (xəzinədar) və 14 nəfərdən, o cümlədən İ.Məlikov, M.Muxtarov, Ə.Həsənov, Ə.Əhmədov, İ.Aşurbəyov, Q.Qarabəyli və başqalarından ibarət idarə heyəti, fəxri və ömürlük üzvlər (H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsədullayev, M.Muxtarov, Y. Dadaşov və A.Tağıyev) seçildilər.
"Nəşri-maarif"in əsas məqsədi müsəlman əhalisi arasında Azərbaycan türkcəsində savadın yayılması idi. Cəmiyyətin müxtəlif illərdə Qubada, Göyçayda, Astarada, Bankə bölgəsində, Ağdaşda, Qaryagində (indiki Füzuli rayonu), Şuşada, Gəncədə, habelə Həştərxan quberniyasında, Saratovda, Moskvada, Türkiyədə, Rumıniyada şöbələri açılmışdı.
Azərbaycan Xalq Cümhuriyyəti dövrünədək "Nəşri-maarif"in Bakı şəhərində və onun kəndlərində 20 məktəbi fəaliyyət göstərmişdir. Onlardan ikisi qız məktəbi (Balaxanıda və Zabratda) idi. Bütün məktəblərdə təhsil pulsuz idi və şagirdlər pulsuz dərs ləvazimatı və geyimlə təmin olunurdular. Təhsil müddəti 4 il idi. Şagirdlərə təkcə şəriət, ana dili, rus dili, hesab deyil, həmçinin tarix, coğrafiya, biologiya, astronomiya haqqında da ibtidai biliklər verilirdi. Qız məktəblərində H.Z.Tağıyevin qız məktəblərinin yetirmələri N.Axundova, M.Axundova, İ.Heydərova, M.Məlikova, D.Muradxanova, S.Əfəndiyeva-Şuayeva, oğlan məktəblərində M.Ə.Sabir, K.Ağayev, A.Əliyev, H.Həsənov, İ.Mustafayev, A.Nabatəliyev, H.Süleymanov və digər görkəmli pedaqoqlar və ali seminariya təhsilli müəllimlər çalışırdı.
"Nəşri-maarif" 1907-ci ildə Bakıda Darülmüəllimin — "İslam" müsəlman müəllimlər seminariyası açmışdı. Seminariyanın müdiri İstanbuldan dəvət olunmuş Məhəmməd Cövdət bəy idi. Burada M.Mahmudbəyov, F.Ağazadə, S.Əbdülrəhmanbəyov, Y.Əfəndiyev, Q.Mirzəzadə (Qafur Rəşad) kimi görkəmli pedaqoqlar çalışırdı. Seminariyaya kitablar Türkiyədən gətirilirdi. Tələbələr üçün xüsusi geyim forması hazırlanmışdı. Fəaliyyət göstərdiyi 3 il ərzində seminariya Azərbaycan xalq maarifı üçün ibtidai məktəb müəllimi dərəcəsi olan 28 müəllim kadrı hazırlamışdı. Seminariya sonralar maliyyə çətinlikləri üzündən bağlanmışdı.
"Nəşri-maarif" müxtəlif illərdə Bakının bir çox təhsil ocaqlarında — Aleksandr rus-müsəlman qız məktəbində, texniki məktəbdə, realnı məktəbdə, 3-cü ali ibtidai məktəbdə, Aleksey şəhər məktəbində, "İttihad" İran məktəbində və s. məktəblərdə, həmçinin Azərbaycandan kənarda — Tiflis edadiyyə məktəbində, Tiflis Aleksandr Müəllimlər İnstitutunda, İrəvan ticarət məktəbində, Vladiqafqaz Müəllim Seminariyasında, Moskva Kommersiya İnstitutunda, Xarkov Universitetində, Türkiyənin bəzi təhsil ocaqlarında, Varşava Politexnik İnstitutunda və s. təhsil müəssisələrində oxuyan azərbaycanlı tələbələrin təhsil haqqının, təqaüdünün və s. əlavə xərclərinin ödənməsinə yardım göstərirdi.
Kitabxana və qiraətxanaların təşkilinə xüsusi əhəmiyyət verən "Nəşri-maarif" 1907-ci ilin mayından həftədə iki dəfə xalq arasında açıq oxular təşkil edirdi. Bu tədbirin həyata keçirilməsi üçün yaradılan komissiyanın tərkibinə Ə.Ağayev, Ə.Cəfərov, A.Tağıyev, İ.Məlikov, Ə.Həsənov və M.Sadıqov daxil idilər. "Nəşri-maarif"in ilk böyük kitabxanası isə 1911-ci ildə Balaxanıda açılan "Nur" kitabxanası idi. "Nəşri-maarif"in buna qədər və bundan sonra açdığı məktəblərin hər birinin zəngin kitabxanası vardı. 1914-cü ildə isə Bakıda böyük kitab anbarı açılmışdı.
"Nəşri-maarif"in keçirdiyi milli-mədəni tədbirlər içərisində teatr tamaşaları, xüsusilə "Müsəlman axşamları" mühüm yer tuturdu. 1908-1917-ci illərdə keçirilən 8 "Müsəlman axşamı"nın təşkilində S.Qənizadə, Ə.Ağayev, F.X.Xoyski, Z.Əhmədbəyov, M.Əzizbəyov, Ə.Cəfərov, İ.Məlikov, M.Muxtarov, H.Mahmudbəyov, M.H.Hacınski, A.Aşurov və digər görkəmli şəxslər yaxından iştirak etmişdilər. Bədii hissə "Nicat" və "Səfa" cəmiyyətlərinin teatr truppaları tərəfındən təşkil olunurdu.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə "Nəşri-maarif" ölkənin mədəni-maarif həyatında mühüm rol oynamış, əhalinin maariflənməsinə, milli mədəniyyətin inkişafına xidmət etmişdir. Bu dövrdə cəmiyyət öz məktəblərini Maarif Nazirliyinin sərəncamına vermişdi.
Ədəbiyyat
- Azərbaycan tarixi. 7 cilddə. Bakı: 2001, səh.5.
- Paşayev A. Açılmamış səhifələrin izi ilə. Bakı: 2001
- Süleymanova S. Azərbaycanda ictimai-siyasi hərəkat (XIX yüzilliyin sonu - XX yüzilliyin əvvəlləri). Bakı: 1999
- Məmmədova N.Ə. "Nəşri-maarif" cəmiyyətinin məktəbləri. "Tarix və onun problemləri" jurnalı. Bakı: 2000, №3-4.
Mənbə
- Nəşri-maarif // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 270-271. ISBN .
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Nesri maarif ve ya Nesri savad ve maarif Azerbaycanda medeni maarif isleri sahesinde fealiyyet gostermis xeyriyye cemiyyeti TarixiFealiyyetinin ilk merhelesinde Baki quberniyasi muselman ehalisi arasinda savadi artiran cemiyyet de adlandirilir Ilk nizamname layihesi 1906 ci il avqustun 1 de tesdiq olunmus 1912 ci il oktyabrin 19 da bezi elaveler ve deyisikliklerle ikinci defe qeydiyyatdan kecmisdir Tesiscileri Ismayil bey Sefereliyev Hesenaga Hesenov Memmedhesen Hacinski Esedulla Ehmedov Agahuseyn Tagiyev Eliaga Hesenov ve Hesen Mustafayev idiler Nesri maarif in idare heyetine 1906 ci il noyabrin 24 de kecirilen ilk seckilerde cemiyyetin terkibine Haci Zeynalabdin Tagiyev sedr Memmedhesen Hacinski sedr muavini E E Emircanov H Melikov M E Nezirov teftis komissiyasi E Agayev E I Ceferov M Efendiyev katiblik A Tagiyev xezinedar ve 14 neferden o cumleden I Melikov M Muxtarov E Hesenov E Ehmedov I Asurbeyov Q Qarabeyli ve basqalarindan ibaret idare heyeti fexri ve omurluk uzvler H Z Tagiyev M Nagiyev S Esedullayev M Muxtarov Y Dadasov ve A Tagiyev secildiler Nesri maarif in esas meqsedi muselman ehalisi arasinda Azerbaycan turkcesinde savadin yayilmasi idi Cemiyyetin muxtelif illerde Qubada Goycayda Astarada Banke bolgesinde Agdasda Qaryaginde indiki Fuzuli rayonu Susada Gencede habele Hesterxan quberniyasinda Saratovda Moskvada Turkiyede Ruminiyada sobeleri acilmisdi Azerbaycan Xalq Cumhuriyyeti dovrunedek Nesri maarif in Baki seherinde ve onun kendlerinde 20 mektebi fealiyyet gostermisdir Onlardan ikisi qiz mektebi Balaxanida ve Zabratda idi Butun mekteblerde tehsil pulsuz idi ve sagirdler pulsuz ders levazimati ve geyimle temin olunurdular Tehsil muddeti 4 il idi Sagirdlere tekce seriet ana dili rus dili hesab deyil hemcinin tarix cografiya biologiya astronomiya haqqinda da ibtidai bilikler verilirdi Qiz mekteblerinde H Z Tagiyevin qiz mekteblerinin yetirmeleri N Axundova M Axundova I Heyderova M Melikova D Muradxanova S Efendiyeva Suayeva oglan mekteblerinde M E Sabir K Agayev A Eliyev H Hesenov I Mustafayev A Nabateliyev H Suleymanov ve diger gorkemli pedaqoqlar ve ali seminariya tehsilli muellimler calisirdi Nesri maarif 1907 ci ilde Bakida Darulmuellimin Islam muselman muellimler seminariyasi acmisdi Seminariyanin mudiri Istanbuldan devet olunmus Mehemmed Covdet bey idi Burada M Mahmudbeyov F Agazade S Ebdulrehmanbeyov Y Efendiyev Q Mirzezade Qafur Resad kimi gorkemli pedaqoqlar calisirdi Seminariyaya kitablar Turkiyeden getirilirdi Telebeler ucun xususi geyim formasi hazirlanmisdi Fealiyyet gosterdiyi 3 il erzinde seminariya Azerbaycan xalq maarifi ucun ibtidai mekteb muellimi derecesi olan 28 muellim kadri hazirlamisdi Seminariya sonralar maliyye cetinlikleri uzunden baglanmisdi Nesri maarif muxtelif illerde Bakinin bir cox tehsil ocaqlarinda Aleksandr rus muselman qiz mektebinde texniki mektebde realni mektebde 3 cu ali ibtidai mektebde Aleksey seher mektebinde Ittihad Iran mektebinde ve s mekteblerde hemcinin Azerbaycandan kenarda Tiflis edadiyye mektebinde Tiflis Aleksandr Muellimler Institutunda Irevan ticaret mektebinde Vladiqafqaz Muellim Seminariyasinda Moskva Kommersiya Institutunda Xarkov Universitetinde Turkiyenin bezi tehsil ocaqlarinda Varsava Politexnik Institutunda ve s tehsil muessiselerinde oxuyan azerbaycanli telebelerin tehsil haqqinin teqaudunun ve s elave xerclerinin odenmesine yardim gosterirdi Kitabxana ve qiraetxanalarin teskiline xususi ehemiyyet veren Nesri maarif 1907 ci ilin mayindan heftede iki defe xalq arasinda aciq oxular teskil edirdi Bu tedbirin heyata kecirilmesi ucun yaradilan komissiyanin terkibine E Agayev E Ceferov A Tagiyev I Melikov E Hesenov ve M Sadiqov daxil idiler Nesri maarif in ilk boyuk kitabxanasi ise 1911 ci ilde Balaxanida acilan Nur kitabxanasi idi Nesri maarif in buna qeder ve bundan sonra acdigi mekteblerin her birinin zengin kitabxanasi vardi 1914 cu ilde ise Bakida boyuk kitab anbari acilmisdi Nesri maarif in kecirdiyi milli medeni tedbirler icerisinde teatr tamasalari xususile Muselman axsamlari muhum yer tuturdu 1908 1917 ci illerde kecirilen 8 Muselman axsami nin teskilinde S Qenizade E Agayev F X Xoyski Z Ehmedbeyov M Ezizbeyov E Ceferov I Melikov M Muxtarov H Mahmudbeyov M H Hacinski A Asurov ve diger gorkemli sexsler yaxindan istirak etmisdiler Bedii hisse Nicat ve Sefa cemiyyetlerinin teatr truppalari terefinden teskil olunurdu Azerbaycan Xalq Cumhuriyyeti dovrunde Nesri maarif olkenin medeni maarif heyatinda muhum rol oynamis ehalinin maariflenmesine milli medeniyyetin inkisafina xidmet etmisdir Bu dovrde cemiyyet oz mekteblerini Maarif Nazirliyinin serencamina vermisdi EdebiyyatAzerbaycan tarixi 7 cildde Baki 2001 seh 5 Pasayev A Acilmamis sehifelerin izi ile Baki 2001 Suleymanova S Azerbaycanda ictimai siyasi herekat XIX yuzilliyin sonu XX yuzilliyin evvelleri Baki 1999 Memmedova N E Nesri maarif cemiyyetinin mektebleri Tarix ve onun problemleri jurnali Baki 2000 3 4 MenbeNesri maarif Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi II cild Baki Lider 2005 seh 270 271 ISBN 9952 417 44 4 Hemcinin bax Nicat mektebi