Əhməd Kamal — 1906–1911-ci illərdə Bakıda müəllimlik edən, bir müddət Balaxanıdakı "Nəşri-maarif" məktəbində müdir olan osmanlı jurnalisti. "Füyuzat" jurnalının ən fəal əməkdaşlarından biri olub. Əhməd Kamal müəllimliklə bir sırada Bakının mətbuat həyatında da fəal çalışırdı. 1910-1911-ci illərdə "Günəş" qəzetinin (cəmi sayı 121) baş redaktoru olmuşdu. Kitab maqnatları – Orucov qardaşlarının naşirliyi ilə çıxan qəzetdə baş redaktorla bir sırada Mirzə Ələkbər Sabir, Abdulla Şaiq, Qafur Rəşad, Abdulla bəy Divanbəyoğlu kimi tanınmış azərbaycanlı müəlliflərin əsərləri çap edilmişdi.
Əhməd Kamal | |
---|---|
türk. Ahmed Kemal Akünal | |
Doğum tarixi | 30 noyabr 1873 |
Doğum yeri | |
Vəfat tarixi | 1942 |
Vəfat yeri | |
Fəaliyyəti | jurnalist, şair, müəllim |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və təhsili
Əhməd Kamal 1873-cü ildə İstanbulda anadan olmuşdur. Atası Miralay Rasim bəy qəflətən öldüyü üçün Darüşşəfəq də təhsil aldı və 13 mart 1893 - cü ildə birinciliklə məzun oldu.. stanbulda, 1873-cü ildə doğulmuşdu. Atası tanınmmış Ocaqağasızadələr ailəsindən Osmanlı ordusunun miralayı (polkovnik –V.Q.) Əhməd Rasim idi. O, Bosniya-Hersoqovina üsyanı zamanı aldığı yaralardan vəfat edəndə oğlunun cəmisi dörd yaşı vardı. Əhməd Kamalın təlim-tərbiyəsi ilə dayısı Fərid İsmayıl Paşa məşğul olmuşdu.
Təhsilini Osmanlı imperiyasının elitar təhsil müəssisəsində – Darüşşəfəq məktəbində almış, 1893-cü ildə buranı "birinci tələbə" ünvanı ilə bitirmişdi. Parisə, Sorbonna Universitetinə getmək istəsə də, Fransa paytaxtının II Sultan Əbdülhəmidə qarşı çıxan "gənc türklər" hərəkatının başlıca mərkəzlərindən birinə çevrilməsi səbəbindən arzusunu gerçəkləşdirə bilməmişdi.
Paris xülyalarını kiçik məmur həyatı ilə dəyişmək lazım gəlmişdi. Əhməd Kamal Avropa fikrinin və yasaq mətbuatın İstanbula daxil olduğu əsas mərkəzlərdən birində – Qalata poçtunda çalışmağa başlamışdı. Həm də bitirdiyi Darüşşəfəq məktəbində müəllimlik etmişdi. XX əsr Azərbaycan publisistikasının tanınmış nümayəndəsi Ömər Faiqin xatirələrindən göründüyü kimi, İstanbulda təhsilini başa vurduqdan sonra o da bir müddət eyni poçt idarəsinin məmuru olmuş, məhz burada müxalif fikirli nəşrlərlə tanışlıq imkanı qazanmışdı.
Xəbərlərdən birincilər sırasında tanışlıq imkanının açılmasına baxmayaraq monoton məmurluq həyatı Əhməd Kamalı özünə çəkməmişdi. Çox tezliklə əsl yerini ədəbiyyat və mətbuatda tapmışdı. İlk şeiri 1895-ci ildə İsmayıl Səfanın redaktorluğu ilə çıxan "Maarif məcmuəsi"ndə çap olunmuşdu. 1899-cu ildə Cənubi Afrikada ingilis-bur müharibəsi başlananda II Sultan Əbdülhəmidin Böyük Britaniya ilə münasibətləri çox gərgin idi. Bu zaman aralarında Əhməd Kamalın da olduğu təxminən 30 nəfərlik bir qrup sultan əleyhdarı eyni ilə Birinci Dünya müharibəsində Rusiyanın məğlubiyyətini istəyən bolşeviklər kimi hərəkət etmişdi. Onlar ingilislərin qalib gələcəyi təqdirdə II Əbdülhəmidin vəziyyətinin daha da pisləşəcəyini göz önünə alaraq İstanbuldakı Britaniya səfiri Nikolas O`Konnora məktub imzalamışdılar. Məktub müəllifləri 1853-1855-ci illər Krım savaşı zamanı Türkiyə ilə eyni cəbhədə vuruşan dost ingilislərə qələbə arzuladıqlarını bildirirdilər. Missiyanın məqsədi müvafiq şərait yetişdiyi təqdirdə Britaniyanın sultan hökumətinə təzyiqinə nail olmaq idi.
Fəaliyyəti
1893-cü ildə Darüşşəfəqdə ədəbiyyat və qeyri üzvi kimya müəllimi olaraq işləməyə başladı. Darüşşəfəqin 1886-cı ildə ki məzunlarından olan İsmayıl Səfanın rəhbərliyində fikiri və ədəbi inkişafını davam etdirdi. Üçüncü nüsxəsindən etibarən Pul jurnalının baş yazarlığını etdi. İsmayıl Səfanın idarəsində çıxdığı dönəmlərdə Maarifin daimi yazarlarından oldu. Məlumat, Məktəb və Sərvəti Fünun kimi dövrünün önəmli jurnallarında şeirləri yayımlandı. Despotizm hökuməti əleyhinə fəaliyyətə başladı. Daşqəsəbdəki evində Ahmet Rza və İsmayıl Səfa kimi ziyalıların da iştirak etdiyi gizli toplantılar təşkil etdiyi üçün bir neçə dəfə həbs olundu. 28 avqust 1900-cu ildə yenidən həbs olunmaq təhlükəsi ilə üzləşdikdə qaçıb bir fransız gəmisi ilə Püreyə getdi. Afinada İcma-i Ümmət qəzetini nəşr etdi. Bir müddət sonra Əhməd Kamal öncə Qahirə, Paris, Afina, Berlin kimi şəhərlərdə görüldü. Nəhayət ki, Qahirəyə geri döndü. Burada "Doğru yol" qəzetində işləməyə başladı. Qısa bir müddətdən sonra qəzetin adı "Doğru söz" olaraq dəyişdirildi. Və 22 mart 1906-cı ildən etibarən qəzetin rəhbərliyinə Əhməd Kamal keçdi. Qəzetin Kipr, Azərbaycan, Krım və Afrikanın müsəlman dövlətlərində geniş bir oxucu kütləsi var idi. Bu dövrlərdə Bakıda Füyuzat jurnalını nəşr edən Əli Bəy Hüseynzadə Əhməd Kamal ilə əlaqə quraraq onu Azərbaycana dəvət etdi. Bakıya gələn Əhməd Kamal Balaxanıdakı Türk məktəbinə direktor təyin olundu. Növbəti il İstanbuldan gələn kitab və müəllim köməyi ilə böyük bir uğur əldə etdi. 1907–1908-ci il dərs ilinin bitməsinə iki il qalmış rus hökuməti tərəfindən fəaliyyətinin dayandırılması istənildi. Ruslar tərəfindən həbs olunaraq ölümə məhkum edildi. Lakin İsmail Hakkı Paşanın köməyi ilə həbsdən azad olan Əhməd Kamal İstanbula qayıtdı. İstanbula qayıtdıqdan sonra Cığır qəzetində baş redaktor oldu. Bundan əlavə "Haqq" qəzetində də yazılar nəşr etdi. Balkan müharibəsindən sonra Gelenbevi sultanisi ədəbiyyat müəllimi, Ankara sultanisi müdürü oldu. Son vəzifəsi Beykoz Bələdiyyəsində baş katiblik olub. Azərbaycanın başqa bir görkəmli şəxsiyyəti – Məhəmməd Əmin Rəsulzadə Əhməd Kamalın milli mətbuatımız qarşısındakı xidmətlərini qədirşünaslıqla qiymətləndirmişdi. 1928-ci ildə İstanbulda nəşr olunan "Azərbaycan Cümhuriyyəti" əsərindən götürülmüş aşağıdakı sətirlər bunu bir daha sübut edir: "Hüseynzadə Əli bəy tərəfindən təsis olunub Əhməd Kamal bəy kimi jon türk mühərrirlərin təhrir müavinəti ilə çıxan ədəbi "Füyuzat" məcmuəsi Kafkasiya mühitində yeni bir zövqi-ədəbi tərbiyə edir, azəri türkcəsinin qərbləşməsinə şaik oluyordu". Əhməd Kamal Bayıl həbsxanasında "Müsavat" partiyasının qurucularından biri, Məmməd Əminin ən yaxın silahdaşı Abbasqulu Kazımzadə ilə eyni kamerada cəza çəkmişdi. Və təbii ki, istər onun, istərsə də ətrafındakı digər azərbaycanlıların yardımlarından faydalanmış, himayələrini hiss etmişdi. Amma İstanbula döndükdən sonra onu axtaran, soraqlayan yenə də Abbasqulu bəy olmuşdu. Bunu Bakıdan "Tənin" qəzeti redaksiyasına göndərilən aşağıdakı məktub da sübut edir. "Əfəndim Əhməd Kamal, – deyə A. Kazımzadə yazırdı: – Dörd dəfə sizə məktub yazıb cavabınıza nail olmamışam. İki dəfə məktubu "Tənin" qəzetəsinə göndərmişəm, sizə versinlər əfəndim. Bizim həbsxanada danışdıqlarımız böyləmi oldu, əfəndim? Hər halda yoldaşlarımız sizdən müəyyən vaxtlarda məktub almağa müntəzir olurlar. Əcələ məktub yazın. Sonra müfəssəl yazarız".
Gətirdiyim bütün bu misallar istər həyatının Bakı dövründə, istərsə də sonralar həmvətənlərimizin Əhməd Kamala nə qədər diqqət və ehtiramla yanaşdıqlarını ortaya qoyur. Və bütün bunların qarşılığında onun ömrünün sonuna qədər atəşin Azərbaycan təəssübkeşi kimi qalacağını düşünməyə əsas verir. Amma belə olmamışdı. Məmləkətimiz həyatının nə faciəli, nə də möhtəşəm günlərini yaşayanda Əhməd Kamalın səsi eşidilməmişdi. Əksinə, Azərbaycanla bağlı məsələlərdə anlaşılmaz bir etinasızlıq nümayiş etdirmişdi. Tanınmış türk tarixçisi Osman Nuri Ergün (1883-1961) yuxarıda adını çəkdiyim Mehmet Cövdət İnancalp haqqında "Müəllim Cövdət: həyatı, əsərləri, kitabxanası" tədqiqatı üzərində işləyərkən Əhməd Kamala "Həyatınızın Bakı dövrü? Azərbaycanlılar haqqında qənaətiniz nədir?" sualları ilə müraciət etsə də, cavab ala bilməmişdi. Əslində onun ölkəmiz və xalqımız haqqında obyektiv, xeyirxah sözünə ehtiyac vardı…
1920-ci ilin aprelində Azərbaycan Cümhuriyyətinin süqutu nəticəsində Əhməd Kamalın Bakıdan yaxşı tanıdığı, hətta əqidə yoldaşı sayılacaq bir sıra şəxslər mühacir kimi Türkiyəyə sığınmalı olmuşdular. Onlardan birinin – artıq İldeniz soyadını qəbul etmiş Abbasqulu Kazımzadənin keçmiş kamera qonşusu ilə əlaqə yaratmaq cəhdləri 25 il əvvəldəki kimi sonralar da uğursuzluqla nəticələnmişdi. 1936-cı il dekabrın 30-da İldəniz-Kazımzadə qısa bir kağızla əski münasibətləri təzələmək istəmişdi: "Pək Möhtərəm Əhməd Kamal bəy! Dün möhtərəm məktubçu Osman Bəyəfəndidən zati-alinizin adresini bir təsadüf olaraq öyrəndim. Bu münasibətlə sizin yeni yılbaşınızı kutlamakla kəsbi-şərəf eylərəm. Azərbaycan paytaxtı Bakıda haziran 1911-də Bayıl dustaqxana arkadaşlarınızdan Kazımzadə Abbas İldəniz". Ancaq bu məktub da cavabsız qalmışdı.
Ölümü
1923–1934-cü illər arasında Türkiyədə "", "", "", "", "" kimi qəzet və jurnallar çap olunmuşdu. Xüsusi ilə sonuncu nəşr öz neytral mövqeyi ilə seçilərək başdan-başa dilçilik, tarix, ədəbiyyat, türk xalqlarının ortaq mədəni və mənəvi dəyərləri kimi məsələləri işıqlandırırdı. Bu mətbuat orqanlarına yazanların, orada çalışanların bir çoxunu Əhməd Kamal daha əvvəllərdən tanıyırdı. Amma o dörd ilə yaxın torpağında yaşadığı, üstəlik də kədərli mühacir həyatı keçirən, bir təsəlliyə, xoş söz ehtiyac duyan azərbaycanlılarla təmas qurmağa ehtiyac görməmişdi.
Bu hər şeydən öncə keçmiş füyuzatçının özünün ağır maddi və mənəvi durumu ilə bağlı idi. Tədqiqatçısı M.Kayahan Özgülün də yazdığı kimi, o, "jon türklük üçün çalışmış, iqtidarı və iqbalı başqaları qapmışdılar, Milli Mücadilə üçün çalışmış, sonunda Beykoz Bələdiyyəsində kiçik məmur olmuşdu". Uğursuzluq zolağından çıxa bilməməsi, xidmətlərinin müqabilində çox kiçik qazancla kifayətlənməsi sonda Əhməd Kamalın xarakter və psixikasına da təsirsiz qalmamışdı. O, mətbuat mühitindən, ədəbiyyat və siyasət aləmindəki dostlarından uzaqlaşmış, inzivaya çəkilmişdi. Xatirələrini yazmağa başlasa da yarımçıq buraxmışdı. Həyatının sonunda sirroz xəstəliyi ilə mübarizə apararaq hökumətdən aldığı cüzi pensiya ilə güzəranını keçirmişdi. Adı yaddaşlardan silinmiş, hamı tərəfindən unudulmuşdu.
Bu səbəbdən 1942-ci ilin dekabrına təsadüf edən ölümü də yaxınlarından başqa kimsənin diqqətini çəkməmişdi.
Şəkillər
- Füyuzat jurnalı
İstinadlar
- "Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi". Tərtib edəni A.M. Babayev, Bakı, "Maarif", 1993, səhifə 87.
- Elnurə Rzayeva. Turana yolcu edilen eğitim sevdalıları. 2016. səh. 64. ISBN .
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ehmed Kamal 1906 1911 ci illerde Bakida muellimlik eden bir muddet Balaxanidaki Nesri maarif mektebinde mudir olan osmanli jurnalisti Fuyuzat jurnalinin en feal emekdaslarindan biri olub Ehmed Kamal muellimlikle bir sirada Bakinin metbuat heyatinda da feal calisirdi 1910 1911 ci illerde Gunes qezetinin cemi sayi 121 bas redaktoru olmusdu Kitab maqnatlari Orucov qardaslarinin nasirliyi ile cixan qezetde bas redaktorla bir sirada Mirze Elekber Sabir Abdulla Saiq Qafur Resad Abdulla bey Divanbeyoglu kimi taninmis azerbaycanli muelliflerin eserleri cap edilmisdi Ehmed Kamalturk Ahmed Kemal AkunalDogum tarixi 30 noyabr 1873 1873 11 30 Dogum yeri Konstantinopol Osmanli imperiyasiVefat tarixi 1942Vefat yeri Istanbul Istanbul ili TurkiyeFealiyyeti jurnalist sair muellim Vikianbarda elaqeli mediafayllarHeyati ve tehsiliEhmed Kamal 1873 cu ilde Istanbulda anadan olmusdur Atasi Miralay Rasim bey qefleten olduyu ucun Darussefeq de tehsil aldi ve 13 mart 1893 cu ilde birincilikle mezun oldu stanbulda 1873 cu ilde dogulmusdu Atasi taninmmis Ocaqagasizadeler ailesinden Osmanli ordusunun miralayi polkovnik V Q Ehmed Rasim idi O Bosniya Hersoqovina usyani zamani aldigi yaralardan vefat edende oglunun cemisi dord yasi vardi Ehmed Kamalin telim terbiyesi ile dayisi Ferid Ismayil Pasa mesgul olmusdu Tehsilini Osmanli imperiyasinin elitar tehsil muessisesinde Darussefeq mektebinde almis 1893 cu ilde burani birinci telebe unvani ile bitirmisdi Parise Sorbonna Universitetine getmek istese de Fransa paytaxtinin II Sultan Ebdulhemide qarsi cixan genc turkler herekatinin baslica merkezlerinden birine cevrilmesi sebebinden arzusunu gerceklesdire bilmemisdi Paris xulyalarini kicik memur heyati ile deyismek lazim gelmisdi Ehmed Kamal Avropa fikrinin ve yasaq metbuatin Istanbula daxil oldugu esas merkezlerden birinde Qalata poctunda calismaga baslamisdi Hem de bitirdiyi Darussefeq mektebinde muellimlik etmisdi XX esr Azerbaycan publisistikasinin taninmis numayendesi Omer Faiqin xatirelerinden gorunduyu kimi Istanbulda tehsilini basa vurduqdan sonra o da bir muddet eyni poct idaresinin memuru olmus mehz burada muxalif fikirli nesrlerle tanisliq imkani qazanmisdi Xeberlerden birinciler sirasinda tanisliq imkaninin acilmasina baxmayaraq monoton memurluq heyati Ehmed Kamali ozune cekmemisdi Cox tezlikle esl yerini edebiyyat ve metbuatda tapmisdi Ilk seiri 1895 ci ilde Ismayil Sefanin redaktorlugu ile cixan Maarif mecmuesi nde cap olunmusdu 1899 cu ilde Cenubi Afrikada ingilis bur muharibesi baslananda II Sultan Ebdulhemidin Boyuk Britaniya ile munasibetleri cox gergin idi Bu zaman aralarinda Ehmed Kamalin da oldugu texminen 30 neferlik bir qrup sultan eleyhdari eyni ile Birinci Dunya muharibesinde Rusiyanin meglubiyyetini isteyen bolsevikler kimi hereket etmisdi Onlar ingilislerin qalib geleceyi teqdirde II Ebdulhemidin veziyyetinin daha da pisleseceyini goz onune alaraq Istanbuldaki Britaniya sefiri Nikolas O Konnora mektub imzalamisdilar Mektub muellifleri 1853 1855 ci iller Krim savasi zamani Turkiye ile eyni cebhede vurusan dost ingilislere qelebe arzuladiqlarini bildirirdiler Missiyanin meqsedi muvafiq serait yetisdiyi teqdirde Britaniyanin sultan hokumetine tezyiqine nail olmaq idi Fealiyyeti1893 cu ilde Darussefeqde edebiyyat ve qeyri uzvi kimya muellimi olaraq islemeye basladi Darussefeqin 1886 ci ilde ki mezunlarindan olan Ismayil Sefanin rehberliyinde fikiri ve edebi inkisafini davam etdirdi Ucuncu nusxesinden etibaren Pul jurnalinin bas yazarligini etdi Ismayil Sefanin idaresinde cixdigi donemlerde Maarifin daimi yazarlarindan oldu Melumat Mekteb ve Serveti Funun kimi dovrunun onemli jurnallarinda seirleri yayimlandi Despotizm hokumeti eleyhine fealiyyete basladi Dasqesebdeki evinde Ahmet Rza ve Ismayil Sefa kimi ziyalilarin da istirak etdiyi gizli toplantilar teskil etdiyi ucun bir nece defe hebs olundu 28 avqust 1900 cu ilde yeniden hebs olunmaq tehlukesi ile uzlesdikde qacib bir fransiz gemisi ile Pureye getdi Afinada Icma i Ummet qezetini nesr etdi Bir muddet sonra Ehmed Kamal once Qahire Paris Afina Berlin kimi seherlerde goruldu Nehayet ki Qahireye geri dondu Burada Dogru yol qezetinde islemeye basladi Qisa bir muddetden sonra qezetin adi Dogru soz olaraq deyisdirildi Ve 22 mart 1906 ci ilden etibaren qezetin rehberliyine Ehmed Kamal kecdi Qezetin Kipr Azerbaycan Krim ve Afrikanin muselman dovletlerinde genis bir oxucu kutlesi var idi Bu dovrlerde Bakida Fuyuzat jurnalini nesr eden Eli Bey Huseynzade Ehmed Kamal ile elaqe quraraq onu Azerbaycana devet etdi Bakiya gelen Ehmed Kamal Balaxanidaki Turk mektebine direktor teyin olundu Novbeti il Istanbuldan gelen kitab ve muellim komeyi ile boyuk bir ugur elde etdi 1907 1908 ci il ders ilinin bitmesine iki il qalmis rus hokumeti terefinden fealiyyetinin dayandirilmasi istenildi Ruslar terefinden hebs olunaraq olume mehkum edildi Lakin Ismail Hakki Pasanin komeyi ile hebsden azad olan Ehmed Kamal Istanbula qayitdi Istanbula qayitdiqdan sonra Cigir qezetinde bas redaktor oldu Bundan elave Haqq qezetinde de yazilar nesr etdi Balkan muharibesinden sonra Gelenbevi sultanisi edebiyyat muellimi Ankara sultanisi muduru oldu Son vezifesi Beykoz Belediyyesinde bas katiblik olub Azerbaycanin basqa bir gorkemli sexsiyyeti Mehemmed Emin Resulzade Ehmed Kamalin milli metbuatimiz qarsisindaki xidmetlerini qedirsunasliqla qiymetlendirmisdi 1928 ci ilde Istanbulda nesr olunan Azerbaycan Cumhuriyyeti eserinden goturulmus asagidaki setirler bunu bir daha subut edir Huseynzade Eli bey terefinden tesis olunub Ehmed Kamal bey kimi jon turk muherrirlerin tehrir muavineti ile cixan edebi Fuyuzat mecmuesi Kafkasiya muhitinde yeni bir zovqi edebi terbiye edir azeri turkcesinin qerblesmesine saik oluyordu Ehmed Kamal Bayil hebsxanasinda Musavat partiyasinin qurucularindan biri Memmed Eminin en yaxin silahdasi Abbasqulu Kazimzade ile eyni kamerada ceza cekmisdi Ve tebii ki ister onun isterse de etrafindaki diger azerbaycanlilarin yardimlarindan faydalanmis himayelerini hiss etmisdi Amma Istanbula dondukden sonra onu axtaran soraqlayan yene de Abbasqulu bey olmusdu Bunu Bakidan Tenin qezeti redaksiyasina gonderilen asagidaki mektub da subut edir Efendim Ehmed Kamal deye A Kazimzade yazirdi Dord defe size mektub yazib cavabiniza nail olmamisam Iki defe mektubu Tenin qezetesine gondermisem size versinler efendim Bizim hebsxanada danisdiqlarimiz boylemi oldu efendim Her halda yoldaslarimiz sizden mueyyen vaxtlarda mektub almaga muntezir olurlar Ecele mektub yazin Sonra mufessel yazariz Getirdiyim butun bu misallar ister heyatinin Baki dovrunde isterse de sonralar hemvetenlerimizin Ehmed Kamala ne qeder diqqet ve ehtiramla yanasdiqlarini ortaya qoyur Ve butun bunlarin qarsiliginda onun omrunun sonuna qeder atesin Azerbaycan teessubkesi kimi qalacagini dusunmeye esas verir Amma bele olmamisdi Memleketimiz heyatinin ne facieli ne de mohtesem gunlerini yasayanda Ehmed Kamalin sesi esidilmemisdi Eksine Azerbaycanla bagli meselelerde anlasilmaz bir etinasizliq numayis etdirmisdi Taninmis turk tarixcisi Osman Nuri Ergun 1883 1961 yuxarida adini cekdiyim Mehmet Covdet Inancalp haqqinda Muellim Covdet heyati eserleri kitabxanasi tedqiqati uzerinde isleyerken Ehmed Kamala Heyatinizin Baki dovru Azerbaycanlilar haqqinda qenaetiniz nedir suallari ile muraciet etse de cavab ala bilmemisdi Eslinde onun olkemiz ve xalqimiz haqqinda obyektiv xeyirxah sozune ehtiyac vardi 1920 ci ilin aprelinde Azerbaycan Cumhuriyyetinin suqutu neticesinde Ehmed Kamalin Bakidan yaxsi tanidigi hetta eqide yoldasi sayilacaq bir sira sexsler muhacir kimi Turkiyeye siginmali olmusdular Onlardan birinin artiq Ildeniz soyadini qebul etmis Abbasqulu Kazimzadenin kecmis kamera qonsusu ile elaqe yaratmaq cehdleri 25 il evveldeki kimi sonralar da ugursuzluqla neticelenmisdi 1936 ci il dekabrin 30 da Ildeniz Kazimzade qisa bir kagizla eski munasibetleri tezelemek istemisdi Pek Mohterem Ehmed Kamal bey Dun mohterem mektubcu Osman Beyefendiden zati alinizin adresini bir tesaduf olaraq oyrendim Bu munasibetle sizin yeni yilbasinizi kutlamakla kesbi seref eylerem Azerbaycan paytaxti Bakida haziran 1911 de Bayil dustaqxana arkadaslarinizdan Kazimzade Abbas Ildeniz Ancaq bu mektub da cavabsiz qalmisdi Olumu1923 1934 cu iller arasinda Turkiyede kimi qezet ve jurnallar cap olunmusdu Xususi ile sonuncu nesr oz neytral movqeyi ile secilerek basdan basa dilcilik tarix edebiyyat turk xalqlarinin ortaq medeni ve menevi deyerleri kimi meseleleri isiqlandirirdi Bu metbuat orqanlarina yazanlarin orada calisanlarin bir coxunu Ehmed Kamal daha evvellerden taniyirdi Amma o dord ile yaxin torpaginda yasadigi ustelik de kederli muhacir heyati keciren bir teselliye xos soz ehtiyac duyan azerbaycanlilarla temas qurmaga ehtiyac gormemisdi Bu her seyden once kecmis fuyuzatcinin ozunun agir maddi ve menevi durumu ile bagli idi Tedqiqatcisi M Kayahan Ozgulun de yazdigi kimi o jon turkluk ucun calismis iqtidari ve iqbali basqalari qapmisdilar Milli Mucadile ucun calismis sonunda Beykoz Belediyyesinde kicik memur olmusdu Ugursuzluq zolagindan cixa bilmemesi xidmetlerinin muqabilinde cox kicik qazancla kifayetlenmesi sonda Ehmed Kamalin xarakter ve psixikasina da tesirsiz qalmamisdi O metbuat muhitinden edebiyyat ve siyaset alemindeki dostlarindan uzaqlasmis inzivaya cekilmisdi Xatirelerini yazmaga baslasa da yarimciq buraxmisdi Heyatinin sonunda sirroz xesteliyi ile mubarize apararaq hokumetden aldigi cuzi pensiya ile guzeranini kecirmisdi Adi yaddaslardan silinmis hami terefinden unudulmusdu Bu sebebden 1942 ci ilin dekabrina tesaduf eden olumu de yaxinlarindan basqa kimsenin diqqetini cekmemisdi SekillerFuyuzat jurnaliIstinadlar Azerbaycan klassik edebiyyatinda isledilen adlarin ve terminlerin serhi Tertib edeni A M Babayev Baki Maarif 1993 sehife 87 Elnure Rzayeva Turana yolcu edilen egitim sevdalilari 2016 seh 64 ISBN 0 609 80964 4 Xarici kecidlerhttps 525 az site name xeber amp news id 10738 gsc tab 0 http www anl az down meqale 525 2013 iyul 319244 htm