Teymur Məmməd bəy oğlu Bayraməlibəyov (22 avqust 1862, Yeddioymaq, Lənkəran qəzası – 2 sentyabr 1937, Bakı) — tarixçi-etnoqraf, pedaqoq, maaarifçi. Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu.
Teymur bəy Bayraməlibəyov | |
---|---|
Doğum tarixi | 22 avqust 1862 |
Doğum yeri | |
Vəfat tarixi | 2 sentyabr 1937 (75 yaşında) |
Vəfat yeri | |
Uşağı | |
Elm sahələri | tarix, etnoqrafiya, folklorşünaslıq, pedaqogika |
Təhsili | |
Üzvlüyü |
Həyatı
Teymur bəy 1862-ci il avqustun 22-də Lənkəran qəzasının Yeddioymaq kəndində anadan olmuşdur. nəslinin kökü I Şah Abbasın hakimiyyəti illərinə gedib çıxır. Onlar məşhur Şahsevənlar nəslinə mənsub olmuş və XVI əsrin sonlarında Muğana köçmüşlər. 1918-ci ildən Teymur bəy ailəsi ilə birlikdə Bakıya köçür və 1929-cu ilədək pedaqoji fəaliyyətini burada davam etdirir. Mübarizələrlə dolu mənalı bir həyat yaşamış yorulmaz pedaqoq, publisist və ictimai-siyasi xadimin yaradıcılığını əsasən 2 dövrə ayırmaq olar. Birinci dövr onun Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra — 1881-ci ildən 1918-ci ilədək Lənkərandakı fəaliyyətini, ikinci dövr isə Bakıya köçdükdən sonrakı 1918-1937-ci illəri əhatə edir. Azərbaycanın ziyalısı Bayraməlibəyov 1937-ci il sentyabrın 2-də Bakıda vəfat etmişdir.
Təhsili
İlk təhsilini kənd mollaxanasında almış, Quranı oxumağı öyrənmiş və Sədi Şirazinin (1210–1292) "Gülüstan" kitabı əsasında fars dilinə yiyələnmişdir. Daha sonra qardaşının təklifi ilə Lənkərandakı 2 sinifli rus məktəbində indiki Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində oxumuş, 1875-ci ildə oranı bitirib Tiflisdə yenicə açılmış feldşerlik məktəbinə təhsil almağa göndərilir. O, burada öz şəxsi hesabına deyil, Bakı torpaq Şöbəsinin xərci ilə oxuyurdu. Burada olduğu illərdə Qori Müəllimlər Seminariyasında Azərbaycan Şöbəsi fəaliyyətə başlayır. Teymur bəy böyük məhəbbətlə öz sənədlərini buraya verir və 1879-cu ildə seminariyanın Azərbaycan şöbəsinə daxil olur. O bu seminariyaya daxil olan ilk 3 azərbaycanlıdan biri idi. Onunla yanaşı Şuşadan S. Vəlibəyov, Naxçıvandan isə M. Xəlilov ilk üçlükdə yer alırdılar.
Pedaqoji və təşkilati fəaliyyəti
- 1881-ci ildə seminariyanı bitirən Teymur bəy Lənkərandakı 2 sinifli rus məktəbində indiki Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində 1881-ci ildən 1899-cu ilədək rus dili və riyaziyyat müəllimi kimi fəaliyyət göstərib. Müəllim işlədiyi məktəbdə cəmi 4 azərbaycanlı şagirdin oxumasından narahat olan Teymur bəy kəndbəkənd gəzərək valideynlərlə görüşüb, təhsilin, elmin əhəmiyyətini insanlara başa salmaq və inandırmaq yolu ilə məqsədinə nail ola bilmişdi. Bu böyük zəhmətin nəticəsi idi ki, dərs dediyi birinci ildə məktəbdə təhsil alan azərbaycanlı şagirdlərin sayı 4 nəfərdən 16 nəfərə, daha sonra 36-ya çatdırılmış, sonrakı illərdə isə bu artım təhsil alanların 90 faizini təşkil etmişdir.
- Teymur bəyin səyi nəticəsində 5 sinifli "Behcət" adlı məktəb 15 sentyabr 1907-ci ildə İran səfiri İsmayıl xanın səlahiyyəti altında təsis edilir. Teymur bəyin təşəbbüsü ilə yaradılan "Behcət" məktəbi 1910-cu ildə uydurulmuş bəhanələr əsasında qubernator Alışevskinin qəzəbinə tuş gəlir. Onun əmri ilə məktəb çar hökumətinin ideyalarının əleyhinə təbliğat işi apardığına, şagirdlərə pis nümunə göstərdiyinə və inqilabi yuva rolunu oynadığına görə bağlanır.
- Lənkəranda tez-tez maneə və müqavimətlə qarşılaşan Teymur bəy mənəvi tərəqqi uğrunda əvvəlki ardıcıl mübarizəsini yenidən davam etdirir. O, 1909-cu ildə "Ziya" adlı ilk rus-tatar (Azərbaycan) məktəbini açır. Əzabkeş, xeyirxah və uzaqgörən ziyalının zəmanəti və köməyi ilə az sonra bu məktəbin qapıları uşaqların üzünə Dağıstanda açılır. Dağıstan qubernatorunun zəmanəti ilə T. Bayraməlibəyov bu məktəbə müdir təyin olunur.
- Teymur bəy Bayraməlibəyovun savadı, bacarığı, təşkilatçılığı onu Lənkəran Dumasına gətirib çıxarır. Dumada fəaliyyəti nəticəsində 1910-cu ildə o, Lənkəranda 4 sinifli ibtidai məktəbin açılmasına nail olur. Daha sonra isə onun ardıcıl səyləri ilə bu məktəb 3 sinifli gimnaziyaya çevrilir.
- O, həmçinin XIX əsrin 80-ci illərinin sonlarından başlayaraq 1916-cı ilədək müntəzəm olaraq o zaman Bakıda rus dilində çıxan Kaspi qəzetində Lənkəran bölgə müxbiri kimi çıxış etmişdir. Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, H. Zərdabi və digərləri ilə yanaşı o da tez-tez bu qəzetdə çıxış edirdi. O, topladığı şifahi ədəbiyyat nümünələrini Tiflisdə nəşr olunan "Sbornik Materialov dlya opisaniya mestnostey i plemen kavkaza" (SMOMPK) məcmusuna da göndərirdi.
- Teymur bəyin nüfuzu və təşkilatçılıq qabiliyyəti Müsavat partiyasının lideri Məhəmməd Əmin Rəsulzadəninn diqqətini cəlb etmişdi. Rəsulzadə onunla yaxın əlaqəlar yaratmışdı. 1917-ci ildə M. Rəsulzadə Lənkərana gəlir. İlk dəfə olaraq Lənkəranda Müsavatın yerli şöbəsi yaradılır. Bayraməlibəyov yekdilliklə şöbənin sədri seçilir. O, tezliklə Lənkəranda güclü təşkilat yaratmağa nail olur. Təsadüfi deyil ki, o qəzada baş verən bütün hadisələrə müdaxilə edirdi. Denikinçilərin Lənkəranda törətdiyi azğınlıqlara etiraz əlaməti olaraq Teymur bəy 1918-ci ilin noyabrında Bakıya gələrək Azərbaycan Xalq Cumhuriyyətinin xarici işlər naziri, bir qədər sonra isə ingilis generalı Tomsonla görüşərək yaranmış vəziyyətlə əlaqədar təsirli tədbirlər görülməsini tələb etmişdi. Rusiyanın Azərbaycanı işğal etməsi ilə əlaqədar Lənkəranda Musavatın fəaliyyəti dayanır. Sonra O, Bakıya köçür və burada 67№-li məktəbdə müəllim işləyir. Onun yaradıcılığında çoxsaylı əfsanə və rəvayətlərin toplanması mühüm rol oynamışdır. O Azərbaycanın ilk folklorşünas alimi olmuşdur.
Lənkəranda qızlar məktəbinin təşkilatçısı
Qadınların təhsilinə böyük əhəmiyyət verən Bayraməlibəyov 1917-ci ildə Lənkəranda "Ünas" (qızlar) məktəbinin əsasını qoyur. Teymur bəy Bayraməlibəyovun inqilabi hərəkatda fəal iştirakı bəhanə göstərilərək, o, 1918-ci ildə Muğan Radası tərəfindən həbs edilmiş və Bakıya göndərilmişdir. Onun işini qızı- Məryəm xanım davam etdirmişdir. Məryəm xanım Bayraməlibəyova 1898-ci ildə Lənkəran şəhərində Azərbaycanın xalq müəllimi Teymur bəy Bayraməlibəyovun maarif nurlu ocağında dünyaya gəlmişdir. Məryəm xanım ibtidai təhsilini "Nicat" xeyriyyə cəmiyyətinin hesabına 1905–1911-ci illərdə Bakıda, Hacı Zeynalabdin Tağıyevin qız məktəbində — I rus-tatar qızlar məktəbində almışdır. O, təhsilini davam etdirmək məqsədi ilə 1911-ci ildə "Müqəddəs Nina" qızlar məktəbinə daxil olmuş və 1917-ci ildə bu məktəbin 8-ci pedaqoji sinfini qızıl medalla bitirmişdir. Oxumağa böyük həvəs göstərən Məryəm xanım ali təhsil almaq üçün Moskvaya gedir və tibb institutuna qəbul edilir. Məryəm xanım həmin məktəbin müdiri və davamçısı olmuşdur. 1918–1920-ci dərs ilində Qızlar məktəbi şəhərin keçmiş Pioner döngəsində, iki otaqdan ibarət bir binada yerləşmişdir. Sonra onları indiki Səttərxan küçəsindəki 69 saylı binaya (Bayraməlibəyovun öz evinə) köçürmüşlər.
Böyük maarifpərvər Teymur bəyin səyi və qızı Məryəm xanımın böyük əməyi sayəsində təşkil edilən məktəbdə ali təhsilli müəllimə Nəsibə Bayraməlibəyova və tibb elmləri namizədi , Azərbaycan Respublikasının xalq artisti, Azərbaycanın ilk opera müğənnisi Həqiqət Pzayeva, əməkdar artistlərdən Münəvvər Kələntərli və Cahan Talışinskaya, Məhbubə Seyidzadə, Dilşad Talışlı, Xanımcan Kərimova, Bacıxanım Axundova, Tacı Zeynalova, Qöncə Axundova, Aliyə Qurbanova, Sərvər Sakayeva və b. bu kimi tanınmış qabaqcıl ziyalı qadınlar yetişmişlər. Teymur bəy Bayraməlibəyov həmvətənlərinin bu məsələyə münasibətini hələ bir neçə il əvvəl öyrənib ümumləşdirəndən sonra problemin həllinə çalışmışdır. Bu məqsədlə o, ilk növbədə səlahiyyət sahiblərinin dilini bilməyi vacib saymışdır.
Teymur bəy Bayraməlibəyov yazırdı:
Müsəlman qızların təhsilə cəlb etmək məqsədilə 1913-cü ilin may ayında şəhər məktəblər idarəsinin direktoru C.Txorjevski ilə görüşüb ondan xahiş etdim ki, yeni dərs ilində - sentyabrın 1-də Lənkəranda müsəlman qızlar məktəbinin açılmasına icazə versin. Txorjevski qaldırılan məsələyə rəğbətlə yanaşaraq bu müraciətin həyata keçirilməsinə razılıq verdi. Hətta məktəbin açılışına kredit ayrılmasını yerli özünüidarə təşkilatına tapşırdı. Bu təşkilat şəhər məktəblər idarəsinin xərci hesabına məktəb üçün hər cür şəraiti olan münasib evin ayrılmasına qərar verdi. Lakin qərar Qafqaz Təhsil Dairəsinin başçısı Rudolf ilə Txorjevski arasında narazılığa səbəb oldu və Txorjevski istefa vermək məcburiyyətində qaldı. Onun yerinə Radeski təyin olunur və o, şəhər özünü idarə təşkilatından xahiş edir ki, ilk öncə məktəb şəbəkəsinin smetasını tərtib etsin, sonra isə məktəbin tikinti quruculuq işlərinə başlasın . |
Teymur bəy Bayraməlibəyovu müsəlman qadınlarının hüquqsuzluğu son dərəcə narahat edirdi. O, qadın azadlığının qəti tərəfdarlarından biri kimi, bu məsələni mühüm ictimai vəzifə hesab edirdi. Bu məsələ ilə bağlı Teymur bəy Bayraməlibəyov "Müsəlman qadınlarının ailədə vəziyyəti" adlı əlyazmasında da ailədə qızların tərbiyəsi və təhsil məsələlərindən danışaraq qeyd edir ki, "Çoxəsrlik tarixə malik qadın əsarətinin əsasını onların elm və maarifdən təcrid olunmasında axtarmaq lazımdır. Qadın ailənin ev-məişət işlərini idarə etməklə yanaşı, uşaqların ilk tərbiyəçisi, savadsızlıq və avamlıq isə bu istiqamətdəki tərəqqinin düşmənidir". Odur ki, Teymur bəy müsəlman qadınlarının cəmiyyətdə, ailədə öz doğru yerini tutmaları üçün onların oxumasını, maariflənməsini, elmə, mədəniyyətə yiyələnməsini vacib saymış və yerlərdə məktəblərin açılmasına səy göstərmişdir.
Elmi yaradıcılığı
- Teymur bəyin 1 sentyabr 1885-ci ildə tarixi mövzuda qələmə aldığı "Talış xanlığının tarixi", "Lənkəran keçmişdə", "Talışın meşə-çöl sahəsi", "Talışın quşlar aləmi", "Lənkəran qəzası talışlarının kosmoqonik rəvayət və inamları" 1881-ci ildən Tiflisdə nəşr olunmuş "SMOMPK" məcmuəsinin üç sayında, "Novruz bayramı" silsilə məqalələri isə "Kaspi" qəzetinin 1913-cü il 55, 56, 57-ci saylarında çap olunmuşdur.
- Tibb təhsili almış Teymur bəy Bayraməlibəyovun etnoqrafik irsində xalq təbabəti ilə bağlı bir neçə əlyazması da vardır.
Xeyriyyəçilik fəaliyyəti
- Teymur bəy Bayraməlibəyovu zaman bizə sələflərinin və müasirlərinin "təzə kitabxanalar, qiraətxanalar və məktəbxanalar" açmaq, Azərbaycanda kitab və mətbuat bolluğu yaratmaq üçün mətbəə və nəşriyyatlar təsis etmək səylərinin ardıcıl davamçılarından biri kimi tanıdır. Sələflərinin "Xeyriyyə cəmiyyəti" yaratmaq təşəbbüsləri də onu çox düşündürən məsələlərdən idi. O, 1884-cü ildə yaratdığı "Xeyriyyə cəmiyyəti"nin xətti ilə şagirdlərə dərslik, yemək, paltar, ayaqqabı və oxumaq haqqını ödəmək işlərini həyata keçirmişdir. Teymur bəyin təkidi ilə 2 sinifli məktəbi bitirən və orta təhsil məktəbinə daxil olmaq istəyənlərə "Xeyriyyə cəmiyyəti" yol xərci ödəyir və digər köməklik edirdi.
- T. Bayraməlibəyov 1906-cı ildə öz vəsaiti hesabına orada qiraətxana açmışdı ki, həmvətənlərinin geniş dünyagörüşlü insan kimi formalaşmasına kömək etsin. Əks təbliğat işi ilə məşğul olması bəhanə edilərək Bakı qubernatoru Alışevskinin əmri ilə T. Bayraməlibəyovun işdən azad edilməsi mahiyyət etibarı ilə qiraətxanaya və oxuculara vurulan böyük mənəvi zərbə idi. Vəziyyətin gərginləşdiyini görən Teymur bəy Lənkəranda yaşayan bir qrup iranlı ziyalının adından İran səfirliyinə ərizə ilə müraciət edərək, onların uşaqlarının ana dilində təhsil almaları üçün bütün xərcləri öz üzərinə götürmək şərtilə "Behcət" adlı fars-türk ibtidai məktəbinin açılmasına icazə istəyir və bu məktəbin təsisinə nail olur. Orada fars, Azərbaycan, ərəb və rus dilləri tədris olunmaqla şəriət, ərəb qrammatikası, riyaziyyat, coğrafiya, rəsmxət və xəttatlıq dərsləri keçilirdi. Teymur bəy bu məktəbin rus dili müəllimi idi.
- T. Bayraməlibəyovun təşəbbüsü ilə yaradılan ilk dram dərnəyində həvəskar artistlərin iştirakı ilə M. F. Axundzadənin "Hacı Qara", N. Nərimanovun "Dilin bəlası", N. B. Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" pyesləri, Ə. B. Haqverdiyevin "Kimdir müqəssir", S. M. Qənizadənin "Axşam səbri xeyir olar" əsərləri tamaşaya qoyulmuşdu. Xeyriyyəçilik məqsədi güdən teatr tamaşaları gənclərdə estetik zövqü inkişaf etdirməklə yanaşı, onlarda teatr və səhnə sənəti haqqında təsəvvür yaradırdı.
Xatirəsinə həsr olunmuş tədbirlər
- 1911-ci ildə Lənkəran qəzasında Teymur bəy Bayraməlibəyovun işıqlı ömür yolunun ən parlaq səhifələrini təşkil edən pedaqoji fəaliyyətinin 30 illiyi təntənəli surətdə qeyd edilir.
- 2012-ci ildə bu böyük ziyalı, maarifçi, pedaqoq, publisist, tarixçi-etnoqrafın, folklorşünasın anadan olmasının 150 illik yubileyi tamam oldu. Keçdiyi mənalı ömür yolunda, xalqın elm, təhsil və maarifə yiyələnməsi uğrunda apardığı şərəfli mübarizələrlə dolu həyatında Teymur bəy Bayraməlibəyov çox böyük işlər görmüşdür. Ümid edirik ki, Teymur bəy Bayraməlibəyovun bizə qoyub getdiyi irsi — əsərləri və dövri mətbuatda çıxan məqalələri toplanılaraq kitab halında nəşr olunacaqdır.
- 2022-ci ildə Teymur bəy Bayraməlibəyovin 160 illik yubileyi münasibətilə onun haqqında "Nurlu yol" sənədli filmi çəkilmişdir.
Teymur bəy Bayraməlibəyov haqqında yazılanlar
- Y. Ağazadə. Qəhrəmanlığa bərabər ziyalılıq (Tanınmış maarifçi, folklorşünas T. Bayraməlibəyovun həyatı, mühiti, folklorşünaslıq fəaliyyəti, Bakı, 1999, 123 s.
- Н. A. Таирзаде. Просветительная и научная деятельность Теймурбека Байрамалибекова (1862–1937), Изв. АН А зерб. ССР (серия истории, философии и права), 1974, № 2. с. 19–28.
- F. Ə. Seyidov. Qori seminariyası və onun məzunları. Bakı, 1988, s. 115–118
- Q. Cavadov. Teymurbəy Bayraməlibəyovun əlyazmaları Azərbaycan etnoqrafiyasının öyrənməsində bir mənbə. Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri. III Resp. elmi-nəzəri konfrans materialları. Bakı. 1992, s. 11–16
- Ə. Hüseynov. İlk azərbaycanlı folklorçu, maarif fədaisi. — Azərbaycan jurnalı, 1993, № 5–6, s. 186
- Ə. Bağırov. Xalq müəllimi Teymur Bayraməlibəyov. — Azərbaycan müəllimi, 1959, 15 yanvar.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr fondunda Teymur bəy Bayraməlibəyova məxsus bir neçə sənəd və fotoşəkillərlə yanaşı yanaşı onun "Lənkəran–Ərdəbil şose yolunun tikilməsi layihəsi" və "Böyük Aleksandır haqqında Fars əfsanəsi", "Şah Abbas haqqında türk əfsanəsi" və "Azərbaycan qızlarının fala baxmaları" əlyazmaları sənədlər xüsusu maraq döğurur. O, fonda saxlanılan Lənkəran–Ərdəbil şose yolunun tikilməsi layihəsi haqqında məqaləsində, Lənkəran–İran arasında dəmir yolunun çəkilməsinin iqtisadi cəhətdən üstünlüklərini açıqlamış və onların hansı ərazilərdən keçəcəyini göstərmişdir..
İstinadlar
- "Cavadova E., Kərimov B. Görkəmli maarif xadimi. "Azərbaycan müəllimi" qəzeti, 26 avqust, 2011-ci il". 2022-09-12 tarixində . İstifadə tarixi: 2017-07-10.
- Керимова Т.С. Из истории Национальной Академии наук Азербайджана. Баку: Тахсил, 2005, с. 324–325
- Cavadova E. … O, həm də etnoqraf idi (Teymur bəy Bayraməlibəyovun həyat və yaradıcılığından səhifələr). Bakı: Nurlan, 2009, s. 5
- Kərimov B. B. XX əsrin əvvəllərində Lənkəranda müsəlman qız məktəbinin təşkili tarixindən//Bakı Universitetinin xəbərləri, Humanitar elmlər seriyası, 2011, № 3, s.103–108
- “Azərbaycan” qəzeti (rus dilində), 1918-ci il, 6 noyabr, № 28.
- AMEA Əlyazmalar İnstitutunun fondu, şifrə D-686/28593.
- ATV. ""Nurlu yol" sənədli filminin təqdimatı keçirilib" (az.). Youtube.com. 27.08.2022. 2022-08-27 tarixində . İstifadə tarixi: 2022-08-27.
- Bəhman Kərimov. GÖRKƏMLI MAARIFÇI TEYMUR BƏY BAYRAMƏLIBƏYOV S. 45–55 / MILLI AZƏRBAYCAN TARIXI MUZEYI-2011. BAKI, 2011.
Mənbələr
- AMEA Əlyazmalar İnstitutunun fondu, şifrə D-686/28593.
- Azərbaycan Xalq Cümhuriyyətinin Ensklopediyası. 2 cilddə II c. Bakı: Lider, 2005, 472 s.
- "Azerbaydjan" qəzeti (rus dilində), 1918-ci il, 6 noyabr, № 28.
- Cavadova Esmira. O həm də etnoqraf idi [Mətn]: (Teymur bəy Bayraməlibəyovun həyat və yaradıcılığından səhifələr) /E. Cavadova; red. A. Ş. Musayeva; AMEA M. Füzuli ad. Əlyazmalar İn-tu.- B.: Nurlan, 2009.- 203, [1] s.
- Hüseynbalaoğlu B. H., Talışlı M. M. Lənkəran. Bakı: Maarif, 1990, 512 s.
- Lənkəran tarix-diyarşünaslıq muzeyinin cari arxivi.
- Məryəm xanım Bayraməlibəyova- Məlik-Yeqanovanın ailə arxivi.
- Керимова Т.С. Из истории Национальной Академии наук Азербайджана. Баку: Тахсил, 2005, с. 324–325
- Kərimov B. B. XX əsrin əvvəllərində Lənkəranda müsəlman qız məktəbinin təşkili tarixindən//Bakı Universitetinin xəbərləri, Humanitar elmlər seriyası, 2011, № 3, s.103–108
- Cavadova E., Kərimov B. Görkəmli maarif xadimi. "Azərbaycan müəllimi" qəzeti, 26 avqust, 2011-ci il.
- Xalq maarifçisi Teymur bəy Bayraməlibəyov//Xalq Cəbhəsi.- 2014.- 24 iyun.- S.11.
- Избранные произведения / Т. Байрамалибеков ; сост. Э. Джавадова ; ред. П. Керимов ; Институт Рукописей им. Мухаммеда Физули НАНА. — Баку : Элм и Тахсил, 2012. — 356 с.
- Байрамалибеков Теймур бек — просветитель
- Теймурбек Байрамалибеков — выдающийся просветитель азербайджанского народа
- Народный этнограф Теймурбек Байрамалибеков
Xarici keçidlər
- Haqqında çəkilən "Maarifçilik İşığında" sənədli filmi
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Teymur Memmed bey oglu Bayramelibeyov 22 avqust 1862 Yeddioymaq Lenkeran qezasi 2 sentyabr 1937 Baki tarixci etnoqraf pedaqoq maaarifci Zaqafqaziya Muellimler Seminariyasinin mezunu Teymur bey BayramelibeyovDogum tarixi 22 avqust 1862 1862 08 22 Dogum yeri Yeddioymaq Lenkeran qezasi Baki quberniyasi Rusiya imperiyasiVefat tarixi 2 sentyabr 1937 1937 09 02 75 yasinda Vefat yeri Baki Azerbaycan SSR SSRIUsagi Meryem BayramelibeyovaElm saheleri tarix etnoqrafiya folklorsunasliq pedaqogikaTehsili Zaqafqaziya Muellimler Seminariyasi Lenkeran seher 1 nomreli tam orta mektebUzvluyu Fovcul fusehaHeyatiTeymur bey 1862 ci il avqustun 22 de Lenkeran qezasinin Yeddioymaq kendinde anadan olmusdur neslinin koku I Sah Abbasin hakimiyyeti illerine gedib cixir Onlar meshur Sahsevenlar nesline mensub olmus ve XVI esrin sonlarinda Mugana kocmusler 1918 ci ilden Teymur bey ailesi ile birlikde Bakiya kocur ve 1929 cu iledek pedaqoji fealiyyetini burada davam etdirir Mubarizelerle dolu menali bir heyat yasamis yorulmaz pedaqoq publisist ve ictimai siyasi xadimin yaradiciligini esasen 2 dovre ayirmaq olar Birinci dovr onun Qori Muellimler Seminariyasini bitirdikden sonra 1881 ci ilden 1918 ci iledek Lenkerandaki fealiyyetini ikinci dovr ise Bakiya kocdukden sonraki 1918 1937 ci illeri ehate edir Azerbaycanin ziyalisi Bayramelibeyov 1937 ci il sentyabrin 2 de Bakida vefat etmisdir TehsiliIlk tehsilini kend mollaxanasinda almis Qurani oxumagi oyrenmis ve Sedi Sirazinin 1210 1292 Gulustan kitabi esasinda fars diline yiyelenmisdir Daha sonra qardasinin teklifi ile Lenkerandaki 2 sinifli rus mektebinde indiki Lenkeran seher 1 nomreli tam orta mektebinde oxumus 1875 ci ilde orani bitirib Tiflisde yenice acilmis feldserlik mektebine tehsil almaga gonderilir O burada oz sexsi hesabina deyil Baki torpaq Sobesinin xerci ile oxuyurdu Burada oldugu illerde Qori Muellimler Seminariyasinda Azerbaycan Sobesi fealiyyete baslayir Teymur bey boyuk mehebbetle oz senedlerini buraya verir ve 1879 cu ilde seminariyanin Azerbaycan sobesine daxil olur O bu seminariyaya daxil olan ilk 3 azerbaycanlidan biri idi Onunla yanasi Susadan S Velibeyov Naxcivandan ise M Xelilov ilk uclukde yer alirdilar Pedaqoji ve teskilati fealiyyeti1881 ci ilde seminariyani bitiren Teymur bey Lenkerandaki 2 sinifli rus mektebinde indiki Lenkeran seher 1 nomreli tam orta mektebinde 1881 ci ilden 1899 cu iledek rus dili ve riyaziyyat muellimi kimi fealiyyet gosterib Muellim islediyi mektebde cemi 4 azerbaycanli sagirdin oxumasindan narahat olan Teymur bey kendbekend gezerek valideynlerle gorusub tehsilin elmin ehemiyyetini insanlara basa salmaq ve inandirmaq yolu ile meqsedine nail ola bilmisdi Bu boyuk zehmetin neticesi idi ki ders dediyi birinci ilde mektebde tehsil alan azerbaycanli sagirdlerin sayi 4 neferden 16 nefere daha sonra 36 ya catdirilmis sonraki illerde ise bu artim tehsil alanlarin 90 faizini teskil etmisdir Teymur beyin seyi neticesinde 5 sinifli Behcet adli mekteb 15 sentyabr 1907 ci ilde Iran sefiri Ismayil xanin selahiyyeti altinda tesis edilir Teymur beyin tesebbusu ile yaradilan Behcet mektebi 1910 cu ilde uydurulmus behaneler esasinda qubernator Alisevskinin qezebine tus gelir Onun emri ile mekteb car hokumetinin ideyalarinin eleyhine tebligat isi apardigina sagirdlere pis numune gosterdiyine ve inqilabi yuva rolunu oynadigina gore baglanir Lenkeranda tez tez manee ve muqavimetle qarsilasan Teymur bey menevi tereqqi ugrunda evvelki ardicil mubarizesini yeniden davam etdirir O 1909 cu ilde Ziya adli ilk rus tatar Azerbaycan mektebini acir Ezabkes xeyirxah ve uzaqgoren ziyalinin zemaneti ve komeyi ile az sonra bu mektebin qapilari usaqlarin uzune Dagistanda acilir Dagistan qubernatorunun zemaneti ile T Bayramelibeyov bu mektebe mudir teyin olunur Teymur bey Bayramelibeyovun savadi bacarigi teskilatciligi onu Lenkeran Dumasina getirib cixarir Dumada fealiyyeti neticesinde 1910 cu ilde o Lenkeranda 4 sinifli ibtidai mektebin acilmasina nail olur Daha sonra ise onun ardicil seyleri ile bu mekteb 3 sinifli gimnaziyaya cevrilir O hemcinin XIX esrin 80 ci illerinin sonlarindan baslayaraq 1916 ci iledek muntezem olaraq o zaman Bakida rus dilinde cixan Kaspi qezetinde Lenkeran bolge muxbiri kimi cixis etmisdir Ehmed bey Agayev Eli bey Huseynzade H Zerdabi ve digerleri ile yanasi o da tez tez bu qezetde cixis edirdi O topladigi sifahi edebiyyat numunelerini Tiflisde nesr olunan Sbornik Materialov dlya opisaniya mestnostey i plemen kavkaza SMOMPK mecmusuna da gonderirdi Teymur beyin nufuzu ve teskilatciliq qabiliyyeti Musavat partiyasinin lideri Mehemmed Emin Resulzadeninn diqqetini celb etmisdi Resulzade onunla yaxin elaqelar yaratmisdi 1917 ci ilde M Resulzade Lenkerana gelir Ilk defe olaraq Lenkeranda Musavatin yerli sobesi yaradilir Bayramelibeyov yekdillikle sobenin sedri secilir O tezlikle Lenkeranda guclu teskilat yaratmaga nail olur Tesadufi deyil ki o qezada bas veren butun hadiselere mudaxile edirdi Denikincilerin Lenkeranda toretdiyi azginliqlara etiraz elameti olaraq Teymur bey 1918 ci ilin noyabrinda Bakiya gelerek Azerbaycan Xalq Cumhuriyyetinin xarici isler naziri bir qeder sonra ise ingilis generali Tomsonla goruserek yaranmis veziyyetle elaqedar tesirli tedbirler gorulmesini teleb etmisdi Rusiyanin Azerbaycani isgal etmesi ile elaqedar Lenkeranda Musavatin fealiyyeti dayanir Sonra O Bakiya kocur ve burada 67 li mektebde muellim isleyir Onun yaradiciliginda coxsayli efsane ve revayetlerin toplanmasi muhum rol oynamisdir O Azerbaycanin ilk folklorsunas alimi olmusdur Lenkeranda qizlar mektebinin teskilatcisiQadinlarin tehsiline boyuk ehemiyyet veren Bayramelibeyov 1917 ci ilde Lenkeranda Unas qizlar mektebinin esasini qoyur Teymur bey Bayramelibeyovun inqilabi herekatda feal istiraki behane gosterilerek o 1918 ci ilde Mugan Radasi terefinden hebs edilmis ve Bakiya gonderilmisdir Onun isini qizi Meryem xanim davam etdirmisdir Meryem xanim Bayramelibeyova 1898 ci ilde Lenkeran seherinde Azerbaycanin xalq muellimi Teymur bey Bayramelibeyovun maarif nurlu ocaginda dunyaya gelmisdir Meryem xanim ibtidai tehsilini Nicat xeyriyye cemiyyetinin hesabina 1905 1911 ci illerde Bakida Haci Zeynalabdin Tagiyevin qiz mektebinde I rus tatar qizlar mektebinde almisdir O tehsilini davam etdirmek meqsedi ile 1911 ci ilde Muqeddes Nina qizlar mektebine daxil olmus ve 1917 ci ilde bu mektebin 8 ci pedaqoji sinfini qizil medalla bitirmisdir Oxumaga boyuk heves gosteren Meryem xanim ali tehsil almaq ucun Moskvaya gedir ve tibb institutuna qebul edilir Meryem xanim hemin mektebin mudiri ve davamcisi olmusdur 1918 1920 ci ders ilinde Qizlar mektebi seherin kecmis Pioner dongesinde iki otaqdan ibaret bir binada yerlesmisdir Sonra onlari indiki Setterxan kucesindeki 69 sayli binaya Bayramelibeyovun oz evine kocurmusler Boyuk maarifperver Teymur beyin seyi ve qizi Meryem xanimin boyuk emeyi sayesinde teskil edilen mektebde ali tehsilli muellime Nesibe Bayramelibeyova ve tibb elmleri namizedi Azerbaycan Respublikasinin xalq artisti Azerbaycanin ilk opera mugennisi Heqiqet Pzayeva emekdar artistlerden Munevver Kelenterli ve Cahan Talisinskaya Mehbube Seyidzade Dilsad Talisli Xanimcan Kerimova Bacixanim Axundova Taci Zeynalova Qonce Axundova Aliye Qurbanova Server Sakayeva ve b bu kimi taninmis qabaqcil ziyali qadinlar yetismisler Teymur bey Bayramelibeyov hemvetenlerinin bu meseleye munasibetini hele bir nece il evvel oyrenib umumlesdirenden sonra problemin helline calismisdir Bu meqsedle o ilk novbede selahiyyet sahiblerinin dilini bilmeyi vacib saymisdir Teymur bey Bayramelibeyov yazirdi Muselman qizlarin tehsile celb etmek meqsedile 1913 cu ilin may ayinda seher mektebler idaresinin direktoru C Txorjevski ile gorusub ondan xahis etdim ki yeni ders ilinde sentyabrin 1 de Lenkeranda muselman qizlar mektebinin acilmasina icaze versin Txorjevski qaldirilan meseleye regbetle yanasaraq bu muracietin heyata kecirilmesine raziliq verdi Hetta mektebin acilisina kredit ayrilmasini yerli ozunuidare teskilatina tapsirdi Bu teskilat seher mektebler idaresinin xerci hesabina mekteb ucun her cur seraiti olan munasib evin ayrilmasina qerar verdi Lakin qerar Qafqaz Tehsil Dairesinin bascisi Rudolf ile Txorjevski arasinda naraziliga sebeb oldu ve Txorjevski istefa vermek mecburiyyetinde qaldi Onun yerine Radeski teyin olunur ve o seher ozunu idare teskilatindan xahis edir ki ilk once mekteb sebekesinin smetasini tertib etsin sonra ise mektebin tikinti quruculuq islerine baslasin Teymur bey Bayramelibeyovu muselman qadinlarinin huquqsuzlugu son derece narahat edirdi O qadin azadliginin qeti terefdarlarindan biri kimi bu meseleni muhum ictimai vezife hesab edirdi Bu mesele ile bagli Teymur bey Bayramelibeyov Muselman qadinlarinin ailede veziyyeti adli elyazmasinda da ailede qizlarin terbiyesi ve tehsil meselelerinden danisaraq qeyd edir ki Coxesrlik tarixe malik qadin esaretinin esasini onlarin elm ve maarifden tecrid olunmasinda axtarmaq lazimdir Qadin ailenin ev meiset islerini idare etmekle yanasi usaqlarin ilk terbiyecisi savadsizliq ve avamliq ise bu istiqametdeki tereqqinin dusmenidir Odur ki Teymur bey muselman qadinlarinin cemiyyetde ailede oz dogru yerini tutmalari ucun onlarin oxumasini maariflenmesini elme medeniyyete yiyelenmesini vacib saymis ve yerlerde mekteblerin acilmasina sey gostermisdir Elmi yaradiciligiTeymur beyin 1 sentyabr 1885 ci ilde tarixi movzuda qeleme aldigi Talis xanliginin tarixi Lenkeran kecmisde Talisin mese col sahesi Talisin quslar alemi Lenkeran qezasi talislarinin kosmoqonik revayet ve inamlari 1881 ci ilden Tiflisde nesr olunmus SMOMPK mecmuesinin uc sayinda Novruz bayrami silsile meqaleleri ise Kaspi qezetinin 1913 cu il 55 56 57 ci saylarinda cap olunmusdur Tibb tehsili almis Teymur bey Bayramelibeyovun etnoqrafik irsinde xalq tebabeti ile bagli bir nece elyazmasi da vardir Xeyriyyecilik fealiyyetiTeymur bey Bayramelibeyovu zaman bize seleflerinin ve muasirlerinin teze kitabxanalar qiraetxanalar ve mektebxanalar acmaq Azerbaycanda kitab ve metbuat bollugu yaratmaq ucun metbee ve nesriyyatlar tesis etmek seylerinin ardicil davamcilarindan biri kimi tanidir Seleflerinin Xeyriyye cemiyyeti yaratmaq tesebbusleri de onu cox dusunduren meselelerden idi O 1884 cu ilde yaratdigi Xeyriyye cemiyyeti nin xetti ile sagirdlere derslik yemek paltar ayaqqabi ve oxumaq haqqini odemek islerini heyata kecirmisdir Teymur beyin tekidi ile 2 sinifli mektebi bitiren ve orta tehsil mektebine daxil olmaq isteyenlere Xeyriyye cemiyyeti yol xerci odeyir ve diger komeklik edirdi T Bayramelibeyov 1906 ci ilde oz vesaiti hesabina orada qiraetxana acmisdi ki hemvetenlerinin genis dunyagoruslu insan kimi formalasmasina komek etsin Eks tebligat isi ile mesgul olmasi behane edilerek Baki qubernatoru Alisevskinin emri ile T Bayramelibeyovun isden azad edilmesi mahiyyet etibari ile qiraetxanaya ve oxuculara vurulan boyuk menevi zerbe idi Veziyyetin gerginlesdiyini goren Teymur bey Lenkeranda yasayan bir qrup iranli ziyalinin adindan Iran sefirliyine erize ile muraciet ederek onlarin usaqlarinin ana dilinde tehsil almalari ucun butun xercleri oz uzerine goturmek sertile Behcet adli fars turk ibtidai mektebinin acilmasina icaze isteyir ve bu mektebin tesisine nail olur Orada fars Azerbaycan ereb ve rus dilleri tedris olunmaqla seriet ereb qrammatikasi riyaziyyat cografiya resmxet ve xettatliq dersleri kecilirdi Teymur bey bu mektebin rus dili muellimi idi T Bayramelibeyovun tesebbusu ile yaradilan ilk dram derneyinde heveskar artistlerin istiraki ile M F Axundzadenin Haci Qara N Nerimanovun Dilin belasi N B Vezirovun Yagisdan cixdiq yagmura dusduk pyesleri E B Haqverdiyevin Kimdir muqessir S M Qenizadenin Axsam sebri xeyir olar eserleri tamasaya qoyulmusdu Xeyriyyecilik meqsedi guden teatr tamasalari genclerde estetik zovqu inkisaf etdirmekle yanasi onlarda teatr ve sehne seneti haqqinda tesevvur yaradirdi Xatiresine hesr olunmus tedbirler1911 ci ilde Lenkeran qezasinda Teymur bey Bayramelibeyovun isiqli omur yolunun en parlaq sehifelerini teskil eden pedaqoji fealiyyetinin 30 illiyi tenteneli suretde qeyd edilir 2012 ci ilde bu boyuk ziyali maarifci pedaqoq publisist tarixci etnoqrafin folklorsunasin anadan olmasinin 150 illik yubileyi tamam oldu Kecdiyi menali omur yolunda xalqin elm tehsil ve maarife yiyelenmesi ugrunda apardigi serefli mubarizelerle dolu heyatinda Teymur bey Bayramelibeyov cox boyuk isler gormusdur Umid edirik ki Teymur bey Bayramelibeyovun bize qoyub getdiyi irsi eserleri ve dovri metbuatda cixan meqaleleri toplanilaraq kitab halinda nesr olunacaqdir 2022 ci ilde Teymur bey Bayramelibeyovin 160 illik yubileyi munasibetile onun haqqinda Nurlu yol senedli filmi cekilmisdir Teymur bey Bayramelibeyov haqqinda yazilanlarY Agazade Qehremanliga beraber ziyaliliq Taninmis maarifci folklorsunas T Bayramelibeyovun heyati muhiti folklorsunasliq fealiyyeti Baki 1999 123 s N A Tairzade Prosvetitelnaya i nauchnaya deyatelnost Tejmurbeka Bajramalibekova 1862 1937 Izv AN A zerb SSR seriya istorii filosofii i prava 1974 2 s 19 28 F E Seyidov Qori seminariyasi ve onun mezunlari Baki 1988 s 115 118 Q Cavadov Teymurbey Bayramelibeyovun elyazmalari Azerbaycan etnoqrafiyasinin oyrenmesinde bir menbe Orta esr elyazmalari ve Azerbaycan medeniyyeti tarixi problemleri III Resp elmi nezeri konfrans materiallari Baki 1992 s 11 16 E Huseynov Ilk azerbaycanli folklorcu maarif fedaisi Azerbaycan jurnali 1993 5 6 s 186 E Bagirov Xalq muellimi Teymur Bayramelibeyov Azerbaycan muellimi 1959 15 yanvar Milli Azerbaycan Tarixi Muzeyinin Senedli Menbeler fondunda Teymur bey Bayramelibeyova mexsus bir nece sened ve fotosekillerle yanasi yanasi onun Lenkeran Erdebil sose yolunun tikilmesi layihesi ve Boyuk Aleksandir haqqinda Fars efsanesi Sah Abbas haqqinda turk efsanesi ve Azerbaycan qizlarinin fala baxmalari elyazmalari senedler xususu maraq dogurur O fonda saxlanilan Lenkeran Erdebil sose yolunun tikilmesi layihesi haqqinda meqalesinde Lenkeran Iran arasinda demir yolunun cekilmesinin iqtisadi cehetden ustunluklerini aciqlamis ve onlarin hansi erazilerden kececeyini gostermisdir Istinadlar Cavadova E Kerimov B Gorkemli maarif xadimi Azerbaycan muellimi qezeti 26 avqust 2011 ci il 2022 09 12 tarixinde Istifade tarixi 2017 07 10 Kerimova T S Iz istorii Nacionalnoj Akademii nauk Azerbajdzhana Baku Tahsil 2005 s 324 325 Cavadova E O hem de etnoqraf idi Teymur bey Bayramelibeyovun heyat ve yaradiciligindan sehifeler Baki Nurlan 2009 s 5 Kerimov B B XX esrin evvellerinde Lenkeranda muselman qiz mektebinin teskili tarixinden Baki Universitetinin xeberleri Humanitar elmler seriyasi 2011 3 s 103 108 Azerbaycan qezeti rus dilinde 1918 ci il 6 noyabr 28 AMEA Elyazmalar Institutunun fondu sifre D 686 28593 ATV Nurlu yol senedli filminin teqdimati kecirilib az Youtube com 27 08 2022 2022 08 27 tarixinde Istifade tarixi 2022 08 27 Behman Kerimov GORKEMLI MAARIFCI TEYMUR BEY BAYRAMELIBEYOV S 45 55 MILLI AZERBAYCAN TARIXI MUZEYI 2011 BAKI 2011 MenbelerAMEA Elyazmalar Institutunun fondu sifre D 686 28593 Azerbaycan Xalq Cumhuriyyetinin Ensklopediyasi 2 cildde II c Baki Lider 2005 472 s Azerbaydjan qezeti rus dilinde 1918 ci il 6 noyabr 28 Cavadova Esmira O hem de etnoqraf idi Metn Teymur bey Bayramelibeyovun heyat ve yaradiciligindan sehifeler E Cavadova red A S Musayeva AMEA M Fuzuli ad Elyazmalar In tu B Nurlan 2009 203 1 s Huseynbalaoglu B H Talisli M M Lenkeran Baki Maarif 1990 512 s Lenkeran tarix diyarsunasliq muzeyinin cari arxivi Meryem xanim Bayramelibeyova Melik Yeqanovanin aile arxivi Kerimova T S Iz istorii Nacionalnoj Akademii nauk Azerbajdzhana Baku Tahsil 2005 s 324 325 Kerimov B B XX esrin evvellerinde Lenkeranda muselman qiz mektebinin teskili tarixinden Baki Universitetinin xeberleri Humanitar elmler seriyasi 2011 3 s 103 108 Cavadova E Kerimov B Gorkemli maarif xadimi Azerbaycan muellimi qezeti 26 avqust 2011 ci il Xalq maarifcisi Teymur bey Bayramelibeyov Xalq Cebhesi 2014 24 iyun S 11 Izbrannye proizvedeniya T Bajramalibekov sost E Dzhavadova red P Kerimov Institut Rukopisej im Muhammeda Fizuli NANA Baku Elm i Tahsil 2012 356 s Bajramalibekov Tejmur bek prosvetitel Tejmurbek Bajramalibekov vydayushijsya prosvetitel azerbajdzhanskogo naroda Narodnyj etnograf Tejmurbek BajramalibekovXarici kecidlerHaqqinda cekilen Maarifcilik Isiginda senedli filmi