Ağayev Fərhad Məşədi Rəhim oğlu (təxəllüsü Şərqli) (12 avqust 1880, Şuşa – 4 yanvar 1931, Bakı) — Azərbaycan pedaqoqu, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu (1900), əlifba islahatçısı, mətbuat tarixçisi, publisist.
Fərhad Ağazadə | |
---|---|
Fərhad Məşədi Rəhim oğlu Ağazadə | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa |
Vəfat tarixi | (50 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | jurnalist, dilçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Fərhad Ağazadə 1880-ci il avqustun 12-də Şuşa şəhərində anadan olmuşdu. Uşaqlıqdan ağlı, zəkası və istedadı ilə tay-tuşlarından seçilən Fərhad Şuşa şəhər məktəbini bitirdikdən sonra 1898-ci ildə Zaqafqazyia (Qori) Müəllimlər Seminariyasına qəbul olur və 1900-cü ildə oranı bitirir. Həmin ildən – 1900–1905-ci illərdə əvvəlcə Xaldan (1900), Şuşa (1901–1902), Gorus (1902–1905) Gəncə (1905) məktəblərində müəllim işləmiş, 1905-ci ildə pedaqoji fəaliyyətini Bakıda davam etdirmiş, rus-Azərbaycan və "Səadət" məktəblərində çalışmışdır.
F.Ağazadə Qafqaz müsəlman müəllimlərinin Bakıda keçirilən I (1906), II (1907) qurultaylarının iştirakçısı olmuş, hər iki qurultayın katibi seçilmiş, yeni dövrdə tədrisin aktual problemlərinə dair məruzələrlə çıxış etmişdir. F. Ağazadə "İkinci il" (1908); M.Mahmudbəyov, S.Əbdülrəhmanbəyov, S.Axundov, A.Talıbzadə və A.Əfəndizadə ilə) dərsliyini tərtib etmişdir. O, 1910-cu illərdə Azərbaycan ədəbiyyatı və dilinin inkişafı ilə maraqlanmağa başlamış və bu sahədə xeyli iş görmüşdür. O, 1912-ci ildə "Ədəbiyyat məcmuəsi" adlı kitab tərtib edib çapdan buraxdırmışdır. F.Ağazadənin ərəb əlifbasının yeni, latın əlifbası ilə əvəz edilməsində böyük xidmətləri olmuşdur. Çünki 1906-cı ildə yeni əlifba layihəsi tərtibi ilə bağlı bu sahədə xeyli çalışmışdır. Lakin Azərbaycandakı mövcud vəziyyət, çar Rusiyasının müstəmləkəsi Fərhad Ağazadənin arzularının reallaşmasına imkan vermir, necə deyərlər, uzun zaman çəkdiyi zəhmət işıq üzünə çıxarılmır.
Fərhad Ağazadə Azərbaycan Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin ən fəal yazarlarından biri olmuşdur. Qəzetin çox nadir səhifələrində onun imzasına rast gəlinmir. 1919–1920-ci illərdə isə, demək olar ki, "Azərbaycan"ın hər nömrəsində F.Ağazadənin müxtəlif mövzularda yazıları dərc edilmişdi. O, məqalələrində xalqının, millətinin nicatını elmdə, təhsildə gördüyünü yazır, yetişən gəncliyi təhsil almağa çağırırdı. "Azərbaycan"ın kanuni-əvvəl (yanvarın 18) 1918-ci il 66-cı nömrəsində "Bakıda xalq məktəbi müdirlərinin yığıncağı" adlı məqaləsində deyilir: "İki gündür ki, Azərbaycanda camaat məktəb müdirləri maarif nəzarəti dəvətilə Bakıya yığılıb, katib məsələlərinin müzakirəsi ilə məşğuldur. Bu, bir ağır vəzifədir. Çünki məktəbimizin halı çox pərişan olduğu üçün də müalicəyə möhtac bir çox dərdləri var. Məhəlli müzakirəyə qoyulacaq o qədər məsələlər var ki, yığıncağın müddəti tamam bir il də çəksə, bunların öhdəsindən gələ bilməz".
19 kanuni-əvvəl (yanvar) 1919-cu il 68-ci nömrəsində "Andranik nə istəyirmiş" adlı məqaləsində terrorçu Andranikin vəhşiliklərindən, Zəngəzura, Şuşaya və Qarabağa hücumlarından, bu qaniçənin erməni camaatı tərəfindən sevilmədiyindən danışır: "…Bu müsəlman yerlərini qılınc zoru ilə boşaldıb Ararat cümhuriyyətinə mülhəq etmək və gələcəkdə barışıq konfransında bunu hökumətlərə təsdiq elətdirmək niyyəti qarətçiliyin əmalından məlum olur".
"Əqaid dərslərinə aid kitabların olmaması, 80-ci illərdə Axund Molla Əbdülsəlam və Qadir Əfəndi tərəfindən yazılmış əqaid kitablarının 7–8 yaşlı uşaqlar üçün yox, 15–20 yaşlılar üçün olduğunu, lakin bunu azyaşlı uşaqlara dərs vəsaiti kimi edildiyini, dilinin çox qəliz olduğunu yazır: "…Ana dili ilə yox, əcnəbi və biganə bir dildə yazılmış bu ərəb duaları heç bilmirsiniz məsum balaların yenicə nəşvü-nüma edən zehnlərini nə dərəcədə korşaldır…" (24 kanuni-əvvəl (yanvar) 1918-ci il № 72).
Fərhad Ağazadə cəmiyyətdə baş verən bütün hadisələrə məqalələrində yer verir. "Hər işə çarə vardır" adlı məqaləsi "Azərbaycan"ın 1 kanuni-sani (yanvar) 1919-cu il 76-cı nömrəsində yer alır: "Yollarda özümüzdən qulluqçumuz olmadığından xaricilər dəxi bilmirlər ki, onlar getsələr, yol fəna olacaqdır. Ona görə də bildiklərini itirirlər".
"Maarif müfəttişlərinin yığıncağına dair" adlı məqalə qəzetin 5 kanuni-sani (yanvar) 1919-cu il 79-cu nömrəsində yer alır: "İşbu yığıncağın 8-ci iclasında dərs kitablarının intixabı məhəlli müzakirələr qoyulacaq. Vəqtin qeyri-müsaid olduğu cəhətilə hələlik hazırda bulunan kitablara qənaət edilir".
9 kanuni-sani (yanvar) 1919-cu il 83-cü sayında yazır: "…Yüz ildən çoxdur ki, rus əsagiri Qafqaz qitəsini işğal etmişdir. Sair qafqazlılar ilə bahəm azərbaycanlılar da rus mətnətini qəbul edərək kəmali-sidq və ixlasi-qəlblə davranıb, yeri düşdükcə özünün hamıdan doğru və sadiq bir təbəə olmasını qalən və felən qəvi dəlillər ilə sübut etmişdir".
28 aprel işğalından sonra Azərbaycanda İttifaq hökuməti bir sıra tədbirlər həyata keçirməyə başladı. Ümumittifaq Komitəsi yaradıldı. Fərhad Ağazadə bu komitənin və Yeni türk əlifbası Azərbaycan Komitəsinin üzvü seçildi. O, türk əlifba komitəsinin işində həm elmi təşkilatda, həm də yeni əlifbaya aid nəzəri məsələlərin hazırlanmasında çox yaxından iştirak edir. Onun "Ərəb əlifbası türk dilinə niyə yaramır?", "Yeni türk əlifbalarının unifikasiyası üzrə materiallar", "Azərbaycanda yeni türk əlifbasının inkişafı və həyata keçirilməsi tarixi", "Yeni türk əlifbasının tarixi" kimi əsərləri xüsusi əhəmiyyətə malikdir. Bunlardan başqa, F.Ağazadənin dilçiliyə aid "Türk-tatar dillərində səslərin nisbi münasibətini bilmək bizə nədən ötrü lazımdır?", "Yazı qaydalarında mümkün ixtisarlar məsələsinə dair" və s. məqalələri vardır.
Fərhad Ağazadənin xəstəliyi
1929-cu ilin iyun ayının 26-da Fərhad Ağazadə ÜMYTƏK-nin genişləndirilmiş rəyasət heyətinin iclaslarında (1–5 iyul 1929) iştirak etmək üçün Maxaçqalaya ezam olunur və geri qayıdarkən yolda onun səhhəti pisləşir. Bundan sonra o, "qida borusunun daralması"ndan əziyyət çəkməyə başlayır. Bir müddət Bakıda müalicə olunsa da, səhhətində irəliləyiş hiss olunmur. Onu müalicə edən həkimin 19 dekabr 1929-cu il tarixdə verdiyi arayışda onun təkrar ciddi müalicə olunması vacibliyi göstərilir. O dövrdə belə xəstəliklərin ən yaxşı müalicəsi Leninqrad Rentgen-Radioloji İnstitutunda aparılırdı. Bu məqsədlə, müalicəsinə təşkilati və maddi yardım göstərilməsi xahişi ilə Fərhad Ağazadə, 2 fevral və 9 mart 1930-cu il tarixli məktublarla ÜMYTƏK-nə müraciət edir.
1930-cu il martın 3-də Xalq Səhiyyə Komissarlığı Fərhad Ağazadənin Leninqrad Rentgen-Radioloji İnstitutunda müalicəsinə kömək olunması xahişi ilə Leninqrad Vilayət Səhiyyə Şöbəsinə teleqram vurur və beləliklə də, maddi və təşkilati köməklik alan Fərhad Ağazadə Leninqrada müalicəyə gedir. O martın 21-dən etibarən Leninqradda Rentgen-Radioloji İnstitutun cərrahiyyə şöbəsində müalicəyə başlayır. Ona əməliyyat edilməsi təklifinə razılıq vermir. O, "həyatının ən nəcib dostu" adlandırdığı (ifadə onun 22 mart tarixli məktubundan götürülmüşdür) həyat yoldaşı Gövhər xanıma 2 aprel tarixli məktubunda yazırdı: "Mən əməliyyata razılıq vermədim. Rentgen şüası ilə müalicə edəcəklər. Əgər vəziyyətim pisləşsə, çıxıb evə qayıdacam".
Bundan 2 həftə sonra, aprelin 17-də Bakıya qayıdır, müalicə götürməsinə baxmayaraq, onun səhhətində yaxşılığa doğru heç bir irəliləyiş olmur.
Tanınmış pedaqoq, dilçi, jurnalist, yazıçı-publisist, nüfuzlu ictimai xadim, "latın əlifbasının düşmənləri arasında belə bu əlifbanın ən nəhəng nəzəriyyəçilərindən biri kimi qiymətləndirilən" Fərhad Ağazadə 1931-ci il yanvar ayının 4-də gözlərini əbədilik yumdu. Fərhad Ağazadənin ölümü ilə əlaqədar "Kommunist" qəzetində verilən nekroloqda deyilirdi: "Ağazadə yoldaşın ən böyük xidmətlərindən birisi də onun yeni türk əlifbasının yayılması yolundakı mübarizəsidir. Türk əlifbasının yeni latın sisteminə keçirilmə məsələsi irəli atılan gündən Ağazadə yoldaş bunun böyük mədəni nəticələr verəcəyini nəzərə alaraq yeni əlifbanın qəbul edilməsi və yayılması yolunda aktiv mübarizəyə başlamışdır. Ümumittifaq Mərkəzi Yeni Türk Əlifba Komitəsinin üzvü olaraq Ağazadə yoldaş yeni əlifbanın bütün Şuralar İttifaqı türk, tatar xalqları arasında da yayılmasına çalışmışdır".
İstinadlar
- Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 290.
Mənbə
- Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı,2008. səh.43–44.
- Ənvər Çingizoğlu, Qarabağda maarif, Bakı: Zərdabi LTD, 2013, 288 səh.
- Əjdər Ağayev. Fərhad Ağazadənin pedaqoji görüşləri. Maarif nəşriyyatı, Bakı, 1987.
- İsaxan İsaxanlı. Azərbaycanda latın əlifbasına keçid. Tarixə qısa baxış və Fərhad Ağazadə. Xəzər Xəbər, (jurnal) № 197, 198, 199; noyabr, dekabr 2005, Xəzər Universiteti.
- İsaxan İsaxanlı. Fərhad Ağazadə Ümumittifaq Mərkəzi Yeni Türk Əlifba Komitəsində. Xəzər Xəbər, (jurnal) № 205, 206, 207; mart, aprel 2006, Xəzər Universiteti.
- İsaxan İsaxanlı. Azərbaycan Yeni Türk Əlifba Komitəsi və savadsızlığın ləğv edilməsi kampaniyası. Xəzər Xəbər, (jurnal) № 218, 15 noyabr 2006, Xəzər Universiteti.
- Hüseyn Həşimli. Fərhad Ağazadənin "Ədəbiyyat məcmuəsi"ndə ədəbi-elmi fikir. Bakı: Elm və təhsil, 2012, 220 səh.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Agayev Ferhad Mesedi Rehim oglu texellusu Serqli 12 avqust 1880 Susa 4 yanvar 1931 Baki Azerbaycan pedaqoqu Zaqafqaziya Qori Muellimler Seminariyasinin mezunu 1900 elifba islahatcisi metbuat tarixcisi publisist Ferhad AgazadeFerhad Mesedi Rehim oglu AgazadeDogum tarixi 12 avqust 1880Dogum yeri SusaVefat tarixi 4 yanvar 1931 50 yasinda Vefat yeri Baki Azerbaycan SSR ZSFSR SSRIFealiyyeti jurnalist dilci Vikianbarda elaqeli mediafayllarHeyatiFerhad Agazade 1880 ci il avqustun 12 de Susa seherinde anadan olmusdu Usaqliqdan agli zekasi ve istedadi ile tay tuslarindan secilen Ferhad Susa seher mektebini bitirdikden sonra 1898 ci ilde Zaqafqazyia Qori Muellimler Seminariyasina qebul olur ve 1900 cu ilde orani bitirir Hemin ilden 1900 1905 ci illerde evvelce Xaldan 1900 Susa 1901 1902 Gorus 1902 1905 Gence 1905 mekteblerinde muellim islemis 1905 ci ilde pedaqoji fealiyyetini Bakida davam etdirmis rus Azerbaycan ve Seadet mekteblerinde calismisdir F Agazade Qafqaz muselman muellimlerinin Bakida kecirilen I 1906 II 1907 qurultaylarinin istirakcisi olmus her iki qurultayin katibi secilmis yeni dovrde tedrisin aktual problemlerine dair meruzelerle cixis etmisdir F Agazade Ikinci il 1908 M Mahmudbeyov S Ebdulrehmanbeyov S Axundov A Talibzade ve A Efendizade ile dersliyini tertib etmisdir O 1910 cu illerde Azerbaycan edebiyyati ve dilinin inkisafi ile maraqlanmaga baslamis ve bu sahede xeyli is gormusdur O 1912 ci ilde Edebiyyat mecmuesi adli kitab tertib edib capdan buraxdirmisdir F Agazadenin ereb elifbasinin yeni latin elifbasi ile evez edilmesinde boyuk xidmetleri olmusdur Cunki 1906 ci ilde yeni elifba layihesi tertibi ile bagli bu sahede xeyli calismisdir Lakin Azerbaycandaki movcud veziyyet car Rusiyasinin mustemlekesi Ferhad Agazadenin arzularinin reallasmasina imkan vermir nece deyerler uzun zaman cekdiyi zehmet isiq uzune cixarilmir F Agazadenin elifbasi 1906 Ferhad Agazade Azerbaycan Cumhuriyyetinin resmi orqani olan Azerbaycan qezetinin en feal yazarlarindan biri olmusdur Qezetin cox nadir sehifelerinde onun imzasina rast gelinmir 1919 1920 ci illerde ise demek olar ki Azerbaycan in her nomresinde F Agazadenin muxtelif movzularda yazilari derc edilmisdi O meqalelerinde xalqinin milletinin nicatini elmde tehsilde gorduyunu yazir yetisen gencliyi tehsil almaga cagirirdi Azerbaycan in kanuni evvel yanvarin 18 1918 ci il 66 ci nomresinde Bakida xalq mektebi mudirlerinin yigincagi adli meqalesinde deyilir Iki gundur ki Azerbaycanda camaat mekteb mudirleri maarif nezareti devetile Bakiya yigilib katib meselelerinin muzakiresi ile mesguldur Bu bir agir vezifedir Cunki mektebimizin hali cox perisan oldugu ucun de mualiceye mohtac bir cox derdleri var Mehelli muzakireye qoyulacaq o qeder meseleler var ki yigincagin muddeti tamam bir il de cekse bunlarin ohdesinden gele bilmez 19 kanuni evvel yanvar 1919 cu il 68 ci nomresinde Andranik ne isteyirmis adli meqalesinde terrorcu Andranikin vehsiliklerinden Zengezura Susaya ve Qarabaga hucumlarindan bu qanicenin ermeni camaati terefinden sevilmediyinden danisir Bu muselman yerlerini qilinc zoru ile bosaldib Ararat cumhuriyyetine mulheq etmek ve gelecekde barisiq konfransinda bunu hokumetlere tesdiq eletdirmek niyyeti qaretciliyin emalindan melum olur Eqaid derslerine aid kitablarin olmamasi 80 ci illerde Axund Molla Ebdulselam ve Qadir Efendi terefinden yazilmis eqaid kitablarinin 7 8 yasli usaqlar ucun yox 15 20 yaslilar ucun oldugunu lakin bunu azyasli usaqlara ders vesaiti kimi edildiyini dilinin cox qeliz oldugunu yazir Ana dili ile yox ecnebi ve bigane bir dilde yazilmis bu ereb dualari hec bilmirsiniz mesum balalarin yenice nesvu numa eden zehnlerini ne derecede korsaldir 24 kanuni evvel yanvar 1918 ci il 72 Ferhad Agazade cemiyyetde bas veren butun hadiselere meqalelerinde yer verir Her ise care vardir adli meqalesi Azerbaycan in 1 kanuni sani yanvar 1919 cu il 76 ci nomresinde yer alir Yollarda ozumuzden qulluqcumuz olmadigindan xariciler dexi bilmirler ki onlar getseler yol fena olacaqdir Ona gore de bildiklerini itirirler Maarif mufettislerinin yigincagina dair adli meqale qezetin 5 kanuni sani yanvar 1919 cu il 79 cu nomresinde yer alir Isbu yigincagin 8 ci iclasinda ders kitablarinin intixabi mehelli muzakireler qoyulacaq Veqtin qeyri musaid oldugu cehetile helelik hazirda bulunan kitablara qenaet edilir 9 kanuni sani yanvar 1919 cu il 83 cu sayinda yazir Yuz ilden coxdur ki rus esagiri Qafqaz qitesini isgal etmisdir Sair qafqazlilar ile bahem azerbaycanlilar da rus metnetini qebul ederek kemali sidq ve ixlasi qelble davranib yeri dusdukce ozunun hamidan dogru ve sadiq bir tebee olmasini qalen ve felen qevi deliller ile subut etmisdir 28 aprel isgalindan sonra Azerbaycanda Ittifaq hokumeti bir sira tedbirler heyata kecirmeye basladi Umumittifaq Komitesi yaradildi Ferhad Agazade bu komitenin ve Yeni turk elifbasi Azerbaycan Komitesinin uzvu secildi O turk elifba komitesinin isinde hem elmi teskilatda hem de yeni elifbaya aid nezeri meselelerin hazirlanmasinda cox yaxindan istirak edir Onun Ereb elifbasi turk diline niye yaramir Yeni turk elifbalarinin unifikasiyasi uzre materiallar Azerbaycanda yeni turk elifbasinin inkisafi ve heyata kecirilmesi tarixi Yeni turk elifbasinin tarixi kimi eserleri xususi ehemiyyete malikdir Bunlardan basqa F Agazadenin dilciliye aid Turk tatar dillerinde seslerin nisbi munasibetini bilmek bize neden otru lazimdir Yazi qaydalarinda mumkun ixtisarlar meselesine dair ve s meqaleleri vardir Ferhad Agazadenin xesteliyi1929 cu ilin iyun ayinin 26 da Ferhad Agazade UMYTEK nin genislendirilmis reyaset heyetinin iclaslarinda 1 5 iyul 1929 istirak etmek ucun Maxacqalaya ezam olunur ve geri qayidarken yolda onun sehheti pislesir Bundan sonra o qida borusunun daralmasi ndan eziyyet cekmeye baslayir Bir muddet Bakida mualice olunsa da sehhetinde irelileyis hiss olunmur Onu mualice eden hekimin 19 dekabr 1929 cu il tarixde verdiyi arayisda onun tekrar ciddi mualice olunmasi vacibliyi gosterilir O dovrde bele xesteliklerin en yaxsi mualicesi Leninqrad Rentgen Radioloji Institutunda aparilirdi Bu meqsedle mualicesine teskilati ve maddi yardim gosterilmesi xahisi ile Ferhad Agazade 2 fevral ve 9 mart 1930 cu il tarixli mektublarla UMYTEK ne muraciet edir 1930 cu il martin 3 de Xalq Sehiyye Komissarligi Ferhad Agazadenin Leninqrad Rentgen Radioloji Institutunda mualicesine komek olunmasi xahisi ile Leninqrad Vilayet Sehiyye Sobesine teleqram vurur ve belelikle de maddi ve teskilati komeklik alan Ferhad Agazade Leninqrada mualiceye gedir O martin 21 den etibaren Leninqradda Rentgen Radioloji Institutun cerrahiyye sobesinde mualiceye baslayir Ona emeliyyat edilmesi teklifine raziliq vermir O heyatinin en necib dostu adlandirdigi ifade onun 22 mart tarixli mektubundan goturulmusdur heyat yoldasi Govher xanima 2 aprel tarixli mektubunda yazirdi Men emeliyyata raziliq vermedim Rentgen suasi ile mualice edecekler Eger veziyyetim pislesse cixib eve qayidacam Bundan 2 hefte sonra aprelin 17 de Bakiya qayidir mualice goturmesine baxmayaraq onun sehhetinde yaxsiliga dogru hec bir irelileyis olmur Taninmis pedaqoq dilci jurnalist yazici publisist nufuzlu ictimai xadim latin elifbasinin dusmenleri arasinda bele bu elifbanin en neheng nezeriyyecilerinden biri kimi qiymetlendirilen Ferhad Agazade 1931 ci il yanvar ayinin 4 de gozlerini ebedilik yumdu Ferhad Agazadenin olumu ile elaqedar Kommunist qezetinde verilen nekroloqda deyilirdi Agazade yoldasin en boyuk xidmetlerinden birisi de onun yeni turk elifbasinin yayilmasi yolundaki mubarizesidir Turk elifbasinin yeni latin sistemine kecirilme meselesi ireli atilan gunden Agazade yoldas bunun boyuk medeni neticeler vereceyini nezere alaraq yeni elifbanin qebul edilmesi ve yayilmasi yolunda aktiv mubarizeye baslamisdir Umumittifaq Merkezi Yeni Turk Elifba Komitesinin uzvu olaraq Agazade yoldas yeni elifbanin butun Suralar Ittifaqi turk tatar xalqlari arasinda da yayilmasina calismisdir IstinadlarHuseyn Ehmedov Azerbaycan mekteb ve pedaqoji fikir tarixi Baki Elm ve tehsil 2014 seh 290 MenbeCelil Memmedquluzade Ensiklopediyasi Baki 2008 seh 43 44 Enver Cingizoglu Qarabagda maarif Baki Zerdabi LTD 2013 288 seh Ejder Agayev Ferhad Agazadenin pedaqoji gorusleri Maarif nesriyyati Baki 1987 Isaxan Isaxanli Azerbaycanda latin elifbasina kecid Tarixe qisa baxis ve Ferhad Agazade Xezer Xeber jurnal 197 198 199 noyabr dekabr 2005 Xezer Universiteti Isaxan Isaxanli Ferhad Agazade Umumittifaq Merkezi Yeni Turk Elifba Komitesinde Xezer Xeber jurnal 205 206 207 mart aprel 2006 Xezer Universiteti Isaxan Isaxanli Azerbaycan Yeni Turk Elifba Komitesi ve savadsizligin legv edilmesi kampaniyasi Xezer Xeber jurnal 218 15 noyabr 2006 Xezer Universiteti Huseyn Hesimli Ferhad Agazadenin Edebiyyat mecmuesi nde edebi elmi fikir Baki Elm ve tehsil 2012 220 seh