Bu məqaləni lazımdır. |
Əhməd Seyidov (tam adı: Seyidov Əhməd Yusif oğlu 1882, Aslanbəyli, Qazax qəzası – 1977, Aslanbəyli, Qazax rayonu) — azərbaycanlı alim, Zaqafqaziya və Azərbaycanın ilk pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan pedaqogika tarixinin ilk tədqiqatçılarından biri. Əhməd Seyidov Hacı Kərim Sanılı ilə birlikdə ilk "Əlifba" dərsliyinin müəllifi olmuşdur. O, müxtəlif vaxtlarda Lənkəran qəza xalq maarif şöbəsinin müdiri və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifələrini icra etmişdir.
Əhməd Seyidov | |
---|---|
24 iyun 1944 – 7 may 1950 | |
Əvvəlki | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1882 |
Doğum yeri | |
Vəfat tarixi | 1977 |
Vəfat yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | pedaqoq |
Uşağı | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | pedaqogika |
Elmi dərəcəsi | |
| |
Təltifləri |
Həyatı
Erkən illəri
Əhməd Yusif Seyidov 1892-ci ildə mart ayının 31-də Yelizavetpol quberniyasının Qazax qəzasının Aslanbəyli kəndində, Seyid Nigari nəslindən olan Yusif və Xədicə xanımın ailəsində anadan olmuşdur. Dörd-beş yaşalarında atasını itirən Əhməd Xədicə xanımın himayəsində böyüyüb. O, övladının oxumasına һәг cür şərait yaratmış, ev qayğılarından onu azad etmişdi. Əvvəlcə Hacı Mahmud Əfəndinin kənddə açdığı hücrədə yazıb-oxumağı öyrənən Əhməd, təhsilini Əhməd Ağa Mustafayevin məktəbində davam etdirmişdir. Əhməd Seyidov sonralar о günləri xatırlayaraq yazırdı:
Əhməd ağa nəinki şagirdləririnə dərs verər, o, həm də uzaq kəndlərdən onun məktəbinə gələn uşaqları evində saxlayıb yedizdirərdi. Biz oxuduğumuz müddətdə bit dəfə də olsun ondan yersiz hərəkət, uca ton, pis münasiləət görmədik. Onun şagirdlərinə mənəvi təsiri olduqca böyük idi. Əhməd ağa elə dərs keçirdi ki, о dərsə getməmək olmazdı. |
Əhməd ağa Xədicə xanımı inandıra bilmişdir ki, Əhməd çox qabiliyyətli uşaqdır, onun elmə həvəsi var, böyük gələcəyi üçün hökmən təhsilini davam etdirməlidir. Kasıblıq və imkansızlıq onu sıxsa da, Xədicə xanım övladının Qori Müəllimlər Seminariyasında oxumasına qərar verir. O dövrdə Qori Müəllimlər Seminariyasında ödənişli və ödənişsiz əsaslarla təhsil almaq mümkün idi. İmtahanları daha müvəffəqiyyətlə verənlər dövlət hesabına oxuya bilərdilər. Ödənişli şöbəyə daxil olan Əhməd Seyidov qəbuldan üç gün sonra yaxşı imtahan vermiş tələbə kimi ödənişsiz oxuyan tələbələr sırasına daxil edilir.
1911-ci ildə Qori Müəllimlər Seminariyasına daxil olan Əhməd Seyidov 1917-ci ildə oranı 10 tələbə (, Qəzənfər Qəniyev, Yusif Qasımov, Yasin Miralıyev, Hüseyn Paşayev, Xosrov Şirinbəyov, Əliş Şəfiyev, Lətif Şahməmmədbəyov, Rzaqulu Şadlinski) ilə birgə bitirmişdir. Əhməd Seyidov Qori Müəllimlər Seminariyasmin son buraxılışının məzunlarından idi. O, pedaqoji fəaliyyətinə Aslanbəylidəki evinin ikinci mərtəbəsində məktəb açmaqla başlayır. Sonralar Osman Cəfərov yazırdı:
Professor Seyidov təmiz qəlbli, geniş düşüncəli, gələcəyi yaxşı görə bilən, hamı üçün xeyirxah, düzgün yol göstərərı şəxsiyyət olduğuna görə kəndimizin bütün camaatı Əhməd müəllimə inanır və onun dediklərinə əməl edirdilər. Ona görə də kənd sakinləri uşaqlarını hücrədərı çıxarilə Əhməd miiəllimin yeni tipli məktəbinə göndərdilər. |
Əhməd Seyidov 1920-ci ildə Qazax xalq maarif şöbəsində kənd məktəbləri üzrə inspektor təyin olunur. 1921–1925-ci illərdə Aslanbəyli, Qaymaqlı, Musaköy və Kəmərlidə müəllim və məktəb direktoru işləyən Seyidovun fəaliyyəti İsmayıl Şıxlının "Dəli Kür" romanında da öz əksini tapmışdır.
1925-ci ilin sentyabrında Azərbaycan Respublikası Xalq Maarif Komissarlığı kollegiyasının qərarı ilə Əhməd Seyidov Lənkəran Qəza Xalq Maarif şöbəsinə müdir təyin olunur. O, 1926–1930-cu illərdə dəmir yolu məktəbləri üzrə inspektor vəzifəsində işləyir. Bu dövrdə Əhməd Seyidov həm də Azərbaycan Dövlət Universitetində ali təhsil alırdı.
Elmi fəaliyyəti
1930-cu ildə Azərbaycan Dövlət Universitetini bitirən Əhməd Seyidov elə həmin ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda əmək fəaliyyətinə başlayır. 1931-ci ildə Azərbaycan Elmi-Tədqiqat İnstitutunun aspiranturasına qəbul olunur, daha sonra isə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna (indiki Təhsil İnstitutu) köçürülür. Assistent kimi əmək fəaliyyətinə başlayan Əhməd Seyidov 1932-ci ildə ADPİ-nin pedaqogika kafedrasının dosenti vəzifəsinə seçilir. O, 1934–1936-cı illərdə ADPİ-də Pedaqoji fakültənin dekan vəzifəsində çalışır.
Əhməd Seyidov 1939-cu ildə Azərbaycan Dövlət Universitetində təşkil olunan Elmi Şurada "Abbasqulu ağa Bakıxanovun pedaqoji görüşləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək ilk azərbaycanlı pedaqoq-alim statusu qazanmışdır. Onun müdafiə etdiyi "A. Bakıxanovun pedaqoji görüşləri" namizədlik dissertasiyası onunu ilk tədqiqat işi olmaqla yanaşı, həm də Azərbaycanın pedaqoji fikrinin tədqiqinə həsr olunmuş ilk mükəmməl elmi tədqiqat işi idi. Bu dissertasiyada A. Bakıxanovun yaşadığı dövr, onun mühiti faktiki material və zəngin sənədlər əsasında şərh olunmuşdu. Yüksək elmi-nəzəri əhəmiyyəti ilə seçilən bu əsər professor A. O. Makovelski və pedaqoji elmlər namizədi N. T. Ariskin tərəfindən yüksək qiymətləndirilmiş və 1940-cı ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı tərəfindən keçirilən müsabiqədə mükafata layiq görülmüşdür.
Əhməd Seyidov 1940-cı ildə ADPİ-nin pedaqogika və psixologiya kafedrasının müdiri seçilmiş, 30 ildən artıq bir müddətdə həmin kafedraya rəhbərlik etmişdir.
Əhməd Seyidov fəaliyyəti dövründə elmi kadrların yetişdirilməsi məsələsini ön plana çəkmişdir. O, qırxıncı illərdən vəfatına qədər (1977) 100-dən artıq elmlər namizədi və elmlər doktorunun elmi rəhbəri olmuşdur. Onlar arasında akademik Hüseyn Əhmədov və professor, əməkdar elm xadimi Nurəddin Kazımov da olmuşdur. Əhməd Seyidov Azərbaycanda pedaqoji fikrin inkişafında bilavasitə xidmət göstərməklə yanaşı, SSRİ məkanında, xüsusilə Moskvanın pedaqoq elitasında Azərbaycanın milli irsini yüksək səviyyədə tanıtmışdır. Akademiklərdən Y. M. Medinski, N. K. Qonçarov və D. İ. Konstantinov onun pedaqoji yaradıcılığını yüksək qiymətləndirmişlər.
Əhməd Seyidovun mühitində Mirzə İbrahimov, Mirzə Məmmədov, Yusif Qasımov, Əli Hüseynov (Mehdi Hüseynin atası), Mehdi Mehdizadə, Mehdixan Vəkilov, Mir Cəlal Paşayev və digər sayılı simalar olmuşdur. Əhməd Seyidov pedaqoji fikir tarixinin "məktəb"ini yaradan, onu inkişaf etdirən alim idi. O, Nizami və Füzulini orijinaldan araşdırmış, Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabiri, həmçinin, Mirzə Cəlili pedaqogika dərsliklərinə gətirmişdir.
Əhməd Seyidov otuzuncu illərdən etibarən A. A. Bakıxanov, M. Ş. Vazeh, H. B. Zərdabi, M. F. Axundov irsinə müraciət etmiş, bununla yanaşı, dünya pedaqoqlarından Con Lokk, K. D. Uşinski, S. Disterveq, J. J. Russo, N. Pestalotsi və başqalarını araşdırmışdır.
O, ilk sistemli tədqiqat işini o vaxta qədər tədqiqat predmeti olmayan vacib mövzuya – A. Bakıxanovun pedaqoji görüşlərinin tədqiqinə həsr etmişdir. Onun 1939-cu ildə müdafiə etdiyi "A. Bakıxanovun pedaqoji görüşləri" namizədlik dissertasiyası Azərbaycanın pedaqoji fikrinin tədqiqinə həsr olunmuş ilk mükəmməl elmi tədqiqat işi idi. Bu dissertasiyada A. Bakıxanovun yaşadığı dövr, onun mühiti faktiki material və zəngin sənədlər əsasında şərh olunmuşdu. Yüksək elmi-nəzəri əhəmiyyəti ilə seçilən bu əsər 1940-cı ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı tərəfindən keçirilən müsabiqədə mükafata layiq görülmüşdür.
17 yanvar 1944-cü ildə Azərbaycan SSR Maarif Komissarlığının əmri ilə Əhməd Seyidov ADPİ-nin elmi işlər üzrə direktor müavini (prorektor) təyin edilir. Çox keçmədən Seyidova APİ-nin rektorluğu təklif edilir. Bu dövrdə maarif komissarı olan Mirzə İbrahimov Mircəfər Bağırovun bu tapşırığını Seyidova çatdırdıqda ondan "Mirzə müəllim, mən kommunist deyiləm, bunu MK-da bilirlər" cavabını alır. Bununla birlikdə, Əhməd Seydiov həmin ilin iyununda ADPİ-nin direktoru (rektoru) vəzifəsinə təyin olunur və 1950-ci ilə qədər bu vəzifədə çalışır.
Əhməd Seyidov 1945-ci ildə Akademik Y. M. Medinskinin məsləhətindən sonra "Azərbaycanda pedaqoji fikrin əsas nümayəndələri" mövzusundakı doktorluq işini başa çatdırır və 1947-ci ilin 11 dekabrında RSFSR PEA-nın Pedaqogikanın Nəzəriyyəsi və Tarixi Elmi-Tədqiqat İnstitutunda təşkil olunan Elmi Şurada doktorluq dissertasiyasını müdafiə edir. Dissertasiya Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvləri, professorlar Y. M. Medinski və N. A. Konstantinov və akademik A. O. Makovelski tərəfindən yüksək qiymətləndirilir. Elə həmin ilin iyul ayında Ali Attestasiya Komissiyası Əhməd Seyidovun yazdığı doktorluq dissertasiyasını təsdiq edirvə ona professor elmi adı verilir. Bu elmi fakt respublikada pedaqoji elmlərin inkişafında mühüm bir hadisə olmuş və gənc elmi-pedaqoji kadrların yetişməsinə güclü təkan vermişdir.
Əhməd Seyidov "Azərbaycanda pedaqoji fikrin əsas nümayəndələri" dissertasiyanın əsas hissəsini "Azərbaycanda pedaqoji fikrin inkişaf tarixindən" adı altında 1958-ci ildə nəşr etdirmişdir. "Azərbaycanda pedaqoji fikrin inkişafı tarixindən" kitabında Azərbaycan pedaqoji fikrinin inkişaf yolu tarixi pedaqoji və nəzəri planda ayrı-ayrı oçerklər ("A. Bakıxanovun pedaqoji görüşləri", "M. Şəfinin pedaqoji görüşləri", "M. F. Axundovun pedaqoji görüşləri", "S. Ә. Şirvaninin pedaqoji görüşləri", "H. Z. Məlikovun pedaqoji görüşləri") və qısa icmallarda ("Azərbaycanda XIX əsrə qədərki dövrün pedaqoji fikrinə dair", "XX əsrin əvvəllərində Azərbaycanda pedaqoji fkrin qısa xülasəsi") təqdim olunur.
Əhməd Seyidov 40-cı illərdə "A. Bakıxanovun fəlsəfəsi onun pedaqoji sisteminin əsasıdır", "A. Bakıxanovda əxlaq tərbiyəsi və təhsil", "S. Ə. Şirvani müəllimin rolu haqqında", "XIX əsrin əvvəllərində Azərbaycanda pedaqoji fikrin inkişafı" əsərlərini çap etdirib. Bu dövrdə onşu respublikaların alimlərini qabaqlayan professor Əhməd Seyidov SSRİ miqyasında tanınmağa başlayır. Məşhur rus akademiki Y. Medinskinin bir fikri bu gün də əhəmiyyətli səslənir:
Ə.Seyidovun tədqiqatı, şübhəsiz, bir başlanğıcdır. Bundan sonra SSRİ-nin ayrı-ayrı xalqlarının pedaqoji fikirlərinin inkişafını işıqlandırmaq məqsədini daşıyan dissertasiyalar yazılmalıdır. Bu səpkili elmi işlər pedaqogika tarixini zənginləşdirməkdə çox şey verir, yeni məsələlər qaldırır, hətta pedaqogika sahəsində çalışan təcrübəli işçilərin görüş dairəsini genişləndirir. |
1950-ci ildə yenidən ADPİ-nin pedaqogika kafedrasının müdiri vəzifəsinə təyin olunan Ə. Seyidov, 1973-cü ilin 1 sentyabrında öz ərizəsi ilə kafedra müdiri və professor vəzifəsindən azad edilir, kafedrada professor-məsləhətçi vəzifəsinə keçirilir.
Əhməd Seyidov "Türk əlifbası" (H. Sanılı ilə birlikdə) (1927), "Kitab üzərində necə işləməli"" (1946), "Pedaqogika tarixi" (1959–1960; 1968), "Azərbaycanda pedaqoji fikrin inkişaf tarixindən" (1958), "Azərbaycanda pedaqoji fikrin inkişaf tarixindən" (1987), "Pedaqogika və psixologiya terminləri lüğəti" (1956,1958), Moskvada nəşr olunan 4 cildlik "Pedaqoji ensiklopediya", 2 cildlik "Pedaqoji lüğət" və "SSRİ xalqlarının məktəb və pedaqoji fikir tarixi oçerkləri" adlı çoxcildlik monumental əsərlərin əsas müəlliflərindən biri olmuş, "Sovetskaya pedaqogika'' jumalında müntəzəm çıxış etmiş, Azərbaycan xalqının pedaqoji irsinin təbliğində böyük əmək sərf etmişdir. Onun 1958 və 1970-ci illərdə qələmə alınmış çoxcildlik "Pedaqogika tarixi" və "Azərbaycanda pedaqoji fikrin inkişaf tarixindən" monoqrafiyalarından bu gün də dərslik kimi ali məktəblərdə istifadə olunur.
Professor Ə. Seyidovun elmi-pedaqoji fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirmişdir. O, 1 may 1944-cü ildə "Qafqazın müdafiəsinə görə", 5 iyun 1945-ci ildə "1941–45-ci illərdə əmək igidliyinə görə" medalı, 23 fevral 1960-cı ildə Azərbaycan SSR və Azərbaycan KP-nin 40 illiyi münasibətilə respublikanın xalq təsərrüfatının və mədəniyyətinin inkişafı sahəsindəki xidmətlərinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı, 12 noyabr 1960-cı ildə "Qırmızı Əmək Bayrağı" ordeni, 29 iyun 1964-cü ildə respublika iqtisadiyyatının və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, 31 mart 1970-ci ildə V. İ. Leninin anadan olmasının 100 illiyi münasibətilə "Əmək igidliyinə görə" medalı, 31 dekabr 1976-cı ildə "Əmək veteranı" medalı ilə, 24 fevral 1977-ci ildə "SSRİ maarif əlaçısı" döş nişanı ilə, 2 mart 1978-ci ildə isə respublikada müəllim kadrları hazırlanmasında səmərəli fəaliyyətinə görə və ADPİ-nin 50 illiyi ilə əlaqədar olaraq Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunmuş, 1969-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət heyəti tərəfindən Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
Adı məktəb və pedaqoji fikir tarixinə ilk Azərbaycanlı pedaqoq-alim, Zaqafqaziyada pedaqoji fikir tarixinin tədqiqi sahəsinin pioneri kimi daxil olmuş Əhməd Seyidov 1977-ci ilin 1 oktyabrında dünyasını dəyişmiş və Aslanbəyli kəndində dəfn edilmişdir.
Təltif və mükafatları
- 1944 —
- 1945 —
- 1960 — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı
- 1960 —
- 1964 — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı
- 1970 —
- 1976 —
- 1977 — "SSRİ maarif əlaçısı" döş nişanı
- 1978 — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı
İstinadlar
- "«Azərbaycan məktəbi» jurnalı" (PDF). 2019-08-19 tarixində (PDF). İstifadə tarixi: 2022-06-23.
- "Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları". nkpi.az. 2022-08-24 tarixində . İstifadə tarixi: 2022-06-24.
- "Görkəmli Pedaqoq-alim Əhməd Seydovun həyatı və elmi yaradıcılığı". pcc.az. 2015-03-26. 2022-03-08 tarixində . İstifadə tarixi: 2022-06-23.
- "Əhməd Yusif oğlu Seyidov (1882-1977)". qazax.net. 2022-03-08 tarixində .
Mənbə
- "Azərbaycan pedaqoji fikir tarixinin ilk tədqiqatçısı". Fərrux Rüstəmov. Pedaqoji oçerklər: Sələflərim və müasirlərim. Bakı: Elm və təhsil, 2010. — səh. 8.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Ehmed Seyidov tam adi Seyidov Ehmed Yusif oglu 1882 Aslanbeyli Qazax qezasi 1977 Aslanbeyli Qazax rayonu azerbaycanli alim Zaqafqaziya ve Azerbaycanin ilk pedaqoji elmler doktoru professor emekdar elm xadimi Azerbaycan pedaqogika tarixinin ilk tedqiqatcilarindan biri Ehmed Seyidov Haci Kerim Sanili ile birlikde ilk Elifba dersliyinin muellifi olmusdur O muxtelif vaxtlarda Lenkeran qeza xalq maarif sobesinin mudiri ve Azerbaycan Dovlet Pedaqoji Universitetinin rektoru vezifelerini icra etmisdir Ehmed SeyidovAzerbaycan Dovlet Pedaqoji Kisi Institutu direktoru24 iyun 1944 7 may 1950EvvelkiSexsi melumatlarDogum tarixi 1882Dogum yeri Aslanbeyli Qazax qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi 1977Vefat yeri Aslanbeyli Qazax rayonu Azerbaycan SSR SSRIPartiya Sovet Ittifaqi Kommunist PartiyasiTehsili Zaqafqaziya Muellimler Seminariyasi 1911 1917 Fealiyyeti pedaqoqUsagi Fikret SeyidovElmi fealiyyetiElm sahesi pedaqogikaElmi derecesi elmler doktoruTeltifleriHeyatiErken illeri Ehmed Yusif Seyidov 1892 ci ilde mart ayinin 31 de Yelizavetpol quberniyasinin Qazax qezasinin Aslanbeyli kendinde Seyid Nigari neslinden olan Yusif ve Xedice xanimin ailesinde anadan olmusdur Dord bes yasalarinda atasini itiren Ehmed Xedice xanimin himayesinde boyuyub O ovladinin oxumasina һәg cur serait yaratmis ev qaygilarindan onu azad etmisdi Evvelce Haci Mahmud Efendinin kendde acdigi hucrede yazib oxumagi oyrenen Ehmed tehsilini Ehmed Aga Mustafayevin mektebinde davam etdirmisdir Ehmed Seyidov sonralar o gunleri xatirlayaraq yazirdi Ehmed aga neinki sagirdleririne ders verer o hem de uzaq kendlerden onun mektebine gelen usaqlari evinde saxlayib yedizdirerdi Biz oxudugumuz muddetde bit defe de olsun ondan yersiz hereket uca ton pis munasileet gormedik Onun sagirdlerine menevi tesiri olduqca boyuk idi Ehmed aga ele ders kecirdi ki o derse getmemek olmazdi Ehmed aga Xedice xanimi inandira bilmisdir ki Ehmed cox qabiliyyetli usaqdir onun elme hevesi var boyuk geleceyi ucun hokmen tehsilini davam etdirmelidir Kasibliq ve imkansizliq onu sixsa da Xedice xanim ovladinin Qori Muellimler Seminariyasinda oxumasina qerar verir O dovrde Qori Muellimler Seminariyasinda odenisli ve odenissiz esaslarla tehsil almaq mumkun idi Imtahanlari daha muveffeqiyyetle verenler dovlet hesabina oxuya bilerdiler Odenisli sobeye daxil olan Ehmed Seyidov qebuldan uc gun sonra yaxsi imtahan vermis telebe kimi odenissiz oxuyan telebeler sirasina daxil edilir 1911 ci ilde Qori Muellimler Seminariyasina daxil olan Ehmed Seyidov 1917 ci ilde orani 10 telebe Qezenfer Qeniyev Yusif Qasimov Yasin Miraliyev Huseyn Pasayev Xosrov Sirinbeyov Elis Sefiyev Letif Sahmemmedbeyov Rzaqulu Sadlinski ile birge bitirmisdir Ehmed Seyidov Qori Muellimler Seminariyasmin son buraxilisinin mezunlarindan idi O pedaqoji fealiyyetine Aslanbeylideki evinin ikinci mertebesinde mekteb acmaqla baslayir Sonralar Osman Ceferov yazirdi Professor Seyidov temiz qelbli genis dusunceli geleceyi yaxsi gore bilen hami ucun xeyirxah duzgun yol gostereri sexsiyyet olduguna gore kendimizin butun camaati Ehmed muellime inanir ve onun dediklerine emel edirdiler Ona gore de kend sakinleri usaqlarini hucrederi cixarile Ehmed miiellimin yeni tipli mektebine gonderdiler Ehmed Seyidov 1920 ci ilde Qazax xalq maarif sobesinde kend mektebleri uzre inspektor teyin olunur 1921 1925 ci illerde Aslanbeyli Qaymaqli Musakoy ve Kemerlide muellim ve mekteb direktoru isleyen Seyidovun fealiyyeti Ismayil Sixlinin Deli Kur romaninda da oz eksini tapmisdir 1925 ci ilin sentyabrinda Azerbaycan Respublikasi Xalq Maarif Komissarligi kollegiyasinin qerari ile Ehmed Seyidov Lenkeran Qeza Xalq Maarif sobesine mudir teyin olunur O 1926 1930 cu illerde demir yolu mektebleri uzre inspektor vezifesinde isleyir Bu dovrde Ehmed Seyidov hem de Azerbaycan Dovlet Universitetinde ali tehsil alirdi Elmi fealiyyeti 1930 cu ilde Azerbaycan Dovlet Universitetini bitiren Ehmed Seyidov ele hemin ilden Azerbaycan Dovlet Pedaqoji Institutunda emek fealiyyetine baslayir 1931 ci ilde Azerbaycan Elmi Tedqiqat Institutunun aspiranturasina qebul olunur daha sonra ise Azerbaycan Elmi Tedqiqat Pedaqoji Elmler Institutuna indiki Tehsil Institutu kocurulur Assistent kimi emek fealiyyetine baslayan Ehmed Seyidov 1932 ci ilde ADPI nin pedaqogika kafedrasinin dosenti vezifesine secilir O 1934 1936 ci illerde ADPI de Pedaqoji fakultenin dekan vezifesinde calisir Ehmed Seyidov 1939 cu ilde Azerbaycan Dovlet Universitetinde teskil olunan Elmi Surada Abbasqulu aga Bakixanovun pedaqoji gorusleri movzusunda namizedlik dissertasiyasi mudafie ederek ilk azerbaycanli pedaqoq alim statusu qazanmisdir Onun mudafie etdiyi A Bakixanovun pedaqoji gorusleri namizedlik dissertasiyasi onunu ilk tedqiqat isi olmaqla yanasi hem de Azerbaycanin pedaqoji fikrinin tedqiqine hesr olunmus ilk mukemmel elmi tedqiqat isi idi Bu dissertasiyada A Bakixanovun yasadigi dovr onun muhiti faktiki material ve zengin senedler esasinda serh olunmusdu Yuksek elmi nezeri ehemiyyeti ile secilen bu eser professor A O Makovelski ve pedaqoji elmler namizedi N T Ariskin terefinden yuksek qiymetlendirilmis ve 1940 ci ilde SSRI Elmler Akademiyasinin Azerbaycan filiali terefinden kecirilen musabiqede mukafata layiq gorulmusdur Ehmed Seyidov 1940 ci ilde ADPI nin pedaqogika ve psixologiya kafedrasinin mudiri secilmis 30 ilden artiq bir muddetde hemin kafedraya rehberlik etmisdir Ehmed Seyidov fealiyyeti dovrunde elmi kadrlarin yetisdirilmesi meselesini on plana cekmisdir O qirxinci illerden vefatina qeder 1977 100 den artiq elmler namizedi ve elmler doktorunun elmi rehberi olmusdur Onlar arasinda akademik Huseyn Ehmedov ve professor emekdar elm xadimi Nureddin Kazimov da olmusdur Ehmed Seyidov Azerbaycanda pedaqoji fikrin inkisafinda bilavasite xidmet gostermekle yanasi SSRI mekaninda xususile Moskvanin pedaqoq elitasinda Azerbaycanin milli irsini yuksek seviyyede tanitmisdir Akademiklerden Y M Medinski N K Qoncarov ve D I Konstantinov onun pedaqoji yaradiciligini yuksek qiymetlendirmisler Ehmed Seyidovun muhitinde Mirze Ibrahimov Mirze Memmedov Yusif Qasimov Eli Huseynov Mehdi Huseynin atasi Mehdi Mehdizade Mehdixan Vekilov Mir Celal Pasayev ve diger sayili simalar olmusdur Ehmed Seyidov pedaqoji fikir tarixinin mekteb ini yaradan onu inkisaf etdiren alim idi O Nizami ve Fuzulini orijinaldan arasdirmis Seyid Ezim Sirvani ve Mirze Elekber Sabiri hemcinin Mirze Celili pedaqogika dersliklerine getirmisdir Ehmed Seyidov otuzuncu illerden etibaren A A Bakixanov M S Vazeh H B Zerdabi M F Axundov irsine muraciet etmis bununla yanasi dunya pedaqoqlarindan Con Lokk K D Usinski S Disterveq J J Russo N Pestalotsi ve basqalarini arasdirmisdir O ilk sistemli tedqiqat isini o vaxta qeder tedqiqat predmeti olmayan vacib movzuya A Bakixanovun pedaqoji goruslerinin tedqiqine hesr etmisdir Onun 1939 cu ilde mudafie etdiyi A Bakixanovun pedaqoji gorusleri namizedlik dissertasiyasi Azerbaycanin pedaqoji fikrinin tedqiqine hesr olunmus ilk mukemmel elmi tedqiqat isi idi Bu dissertasiyada A Bakixanovun yasadigi dovr onun muhiti faktiki material ve zengin senedler esasinda serh olunmusdu Yuksek elmi nezeri ehemiyyeti ile secilen bu eser 1940 ci ilde SSRI Elmler Akademiyasinin Azerbaycan filiali terefinden kecirilen musabiqede mukafata layiq gorulmusdur 17 yanvar 1944 cu ilde Azerbaycan SSR Maarif Komissarliginin emri ile Ehmed Seyidov ADPI nin elmi isler uzre direktor muavini prorektor teyin edilir Cox kecmeden Seyidova API nin rektorlugu teklif edilir Bu dovrde maarif komissari olan Mirze Ibrahimov Mircefer Bagirovun bu tapsirigini Seyidova catdirdiqda ondan Mirze muellim men kommunist deyilem bunu MK da bilirler cavabini alir Bununla birlikde Ehmed Seydiov hemin ilin iyununda ADPI nin direktoru rektoru vezifesine teyin olunur ve 1950 ci ile qeder bu vezifede calisir Ehmed Seyidov 1945 ci ilde Akademik Y M Medinskinin meslehetinden sonra Azerbaycanda pedaqoji fikrin esas numayendeleri movzusundaki doktorluq isini basa catdirir ve 1947 ci ilin 11 dekabrinda RSFSR PEA nin Pedaqogikanin Nezeriyyesi ve Tarixi Elmi Tedqiqat Institutunda teskil olunan Elmi Surada doktorluq dissertasiyasini mudafie edir Dissertasiya Pedaqoji Elmler Akademiyasinin heqiqi uzvleri professorlar Y M Medinski ve N A Konstantinov ve akademik A O Makovelski terefinden yuksek qiymetlendirilir Ele hemin ilin iyul ayinda Ali Attestasiya Komissiyasi Ehmed Seyidovun yazdigi doktorluq dissertasiyasini tesdiq edirve ona professor elmi adi verilir Bu elmi fakt respublikada pedaqoji elmlerin inkisafinda muhum bir hadise olmus ve genc elmi pedaqoji kadrlarin yetismesine guclu tekan vermisdir Ehmed Seyidov Azerbaycanda pedaqoji fikrin esas numayendeleri dissertasiyanin esas hissesini Azerbaycanda pedaqoji fikrin inkisaf tarixinden adi altinda 1958 ci ilde nesr etdirmisdir Azerbaycanda pedaqoji fikrin inkisafi tarixinden kitabinda Azerbaycan pedaqoji fikrinin inkisaf yolu tarixi pedaqoji ve nezeri planda ayri ayri ocerkler A Bakixanovun pedaqoji gorusleri M Sefinin pedaqoji gorusleri M F Axundovun pedaqoji gorusleri S Ә Sirvaninin pedaqoji gorusleri H Z Melikovun pedaqoji gorusleri ve qisa icmallarda Azerbaycanda XIX esre qederki dovrun pedaqoji fikrine dair XX esrin evvellerinde Azerbaycanda pedaqoji fkrin qisa xulasesi teqdim olunur Ehmed Seyidov 40 ci illerde A Bakixanovun felsefesi onun pedaqoji sisteminin esasidir A Bakixanovda exlaq terbiyesi ve tehsil S E Sirvani muellimin rolu haqqinda XIX esrin evvellerinde Azerbaycanda pedaqoji fikrin inkisafi eserlerini cap etdirib Bu dovrde onsu respublikalarin alimlerini qabaqlayan professor Ehmed Seyidov SSRI miqyasinda taninmaga baslayir Meshur rus akademiki Y Medinskinin bir fikri bu gun de ehemiyyetli seslenir E Seyidovun tedqiqati subhesiz bir baslangicdir Bundan sonra SSRI nin ayri ayri xalqlarinin pedaqoji fikirlerinin inkisafini isiqlandirmaq meqsedini dasiyan dissertasiyalar yazilmalidir Bu sepkili elmi isler pedaqogika tarixini zenginlesdirmekde cox sey verir yeni meseleler qaldirir hetta pedaqogika sahesinde calisan tecrubeli iscilerin gorus dairesini genislendirir 1950 ci ilde yeniden ADPI nin pedaqogika kafedrasinin mudiri vezifesine teyin olunan E Seyidov 1973 cu ilin 1 sentyabrinda oz erizesi ile kafedra mudiri ve professor vezifesinden azad edilir kafedrada professor meslehetci vezifesine kecirilir Ehmed Seyidov Turk elifbasi H Sanili ile birlikde 1927 Kitab uzerinde nece islemeli 1946 Pedaqogika tarixi 1959 1960 1968 Azerbaycanda pedaqoji fikrin inkisaf tarixinden 1958 Azerbaycanda pedaqoji fikrin inkisaf tarixinden 1987 Pedaqogika ve psixologiya terminleri lugeti 1956 1958 Moskvada nesr olunan 4 cildlik Pedaqoji ensiklopediya 2 cildlik Pedaqoji luget ve SSRI xalqlarinin mekteb ve pedaqoji fikir tarixi ocerkleri adli coxcildlik monumental eserlerin esas muelliflerinden biri olmus Sovetskaya pedaqogika jumalinda muntezem cixis etmis Azerbaycan xalqinin pedaqoji irsinin tebliginde boyuk emek serf etmisdir Onun 1958 ve 1970 ci illerde qeleme alinmis coxcildlik Pedaqogika tarixi ve Azerbaycanda pedaqoji fikrin inkisaf tarixinden monoqrafiyalarindan bu gun de derslik kimi ali mekteblerde istifade olunur Professor E Seyidovun elmi pedaqoji fealiyyeti dovlet terefinden yuksek qiymetlendirmisdir O 1 may 1944 cu ilde Qafqazin mudafiesine gore 5 iyun 1945 ci ilde 1941 45 ci illerde emek igidliyine gore medali 23 fevral 1960 ci ilde Azerbaycan SSR ve Azerbaycan KP nin 40 illiyi munasibetile respublikanin xalq teserrufatinin ve medeniyyetinin inkisafi sahesindeki xidmetlerine gore Azerbaycan SSR Ali Soveti Reyaset Heyetinin Fexri fermani 12 noyabr 1960 ci ilde Qirmizi Emek Bayragi ordeni 29 iyun 1964 cu ilde respublika iqtisadiyyatinin ve medeniyyetinin inkisafindaki xidmetlerine gore Azerbaycan SSR Ali Soveti Reyaset Heyetinin Fexri Fermani 31 mart 1970 ci ilde V I Leninin anadan olmasinin 100 illiyi munasibetile Emek igidliyine gore medali 31 dekabr 1976 ci ilde Emek veterani medali ile 24 fevral 1977 ci ilde SSRI maarif elacisi dos nisani ile 2 mart 1978 ci ilde ise respublikada muellim kadrlari hazirlanmasinda semereli fealiyyetine gore ve ADPI nin 50 illiyi ile elaqedar olaraq Azerbaycan SSR Ali Soveti Reyaset Heyetinin Fexri fermani ile teltif olunmus 1969 cu ilde Azerbaycan SSR Ali Soveti Reyaset heyeti terefinden Emekdar elm xadimi fexri adina layiq gorulmusdur Adi mekteb ve pedaqoji fikir tarixine ilk Azerbaycanli pedaqoq alim Zaqafqaziyada pedaqoji fikir tarixinin tedqiqi sahesinin pioneri kimi daxil olmus Ehmed Seyidov 1977 ci ilin 1 oktyabrinda dunyasini deyismis ve Aslanbeyli kendinde defn edilmisdir Teltif ve mukafatlari1944 Qafqazin mudafiesine gore medali 1945 Emek igidliyine gore medali 1960 Azerbaycan SSR Ali Soveti Reyaset Heyetinin fexri fermani 1960 Qirmizi emek bayragi ordeni 1964 Azerbaycan SSR Ali Soveti Reyaset Heyetinin fexri fermani 1970 Emek igidliyine gore medali 1976 Emek veterani medali 1977 SSRI maarif elacisi dos nisani 1978 Azerbaycan SSR Ali Soveti Reyaset Heyetinin fexri fermaniIstinadlar Azerbaycan mektebi jurnali PDF 2019 08 19 tarixinde PDF Istifade tarixi 2022 06 23 Azerbaycan Dovlet Pedaqoji Universitetinin rektorlari nkpi az 2022 08 24 tarixinde Istifade tarixi 2022 06 24 Gorkemli Pedaqoq alim Ehmed Seydovun heyati ve elmi yaradiciligi pcc az 2015 03 26 2022 03 08 tarixinde Istifade tarixi 2022 06 23 Ehmed Yusif oglu Seyidov 1882 1977 qazax net 2022 03 08 tarixinde Menbe Azerbaycan pedaqoji fikir tarixinin ilk tedqiqatcisi Ferrux Rustemov Pedaqoji ocerkler Seleflerim ve muasirlerim Baki Elm ve tehsil 2010 seh 8