Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Bu məqalənin şübhə doğurur. |
Hüseyn Əhmədov (tam adı: Hüseyn Mustafa oğlu Əhmədov; 17 iyul 1926, Toxluca, Yeni Bəyazid qəzası – 4 aprel 2020, Bakı) — Azərbaycan pedaqoq alimi, pedaqoji elmləri doktoru (1972), professor, SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Təhsil Akademiyasının xarici üzvü, "SSRİ Maarif əlaçısı", "Azərbaycan Respublikasının əməkdar ali məktəb işçisi", "Azərbaycan SSR qabaqcıl maarif xadimi", Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü, əmək və müharibə veteranı.
Hüseyn Əhmədov | |
---|---|
Hüseyn Mustafa oğlu Əhmədov | |
Doğum tarixi | 17 iyul 1926 |
Doğum yeri | |
Vəfat tarixi | 4 aprel 2020 (93 yaşında) |
Vəfat yeri | |
Uşağı | |
Elmi dərəcəsi |
|
Elmi adı | |
İş yeri | |
Təhsili | |
Mükafatları |
Həyatı
Hüseyn Əhmədov 17 iyul 1926-cı ildə Ermənistan SSR-in Toxluca kəndində rəncbər ailəsində anadan olmuşdur. Uşaq yaşlarından müharibənin törətdiyi aclıq və səfalət illəridə öz üzərində əzmkarlıqla çalışan və müəllimliyə böyük həvəs göstərən Hüseynə IX sinfi bitirdikdən sonra oxuduğu məktəbin ibtidai siniflərində dərs demək tapşırılır. Bu İkinci dünya müharibəsinin ən qızğın vaxtları idi. Atası Mustafa kişi müharibənin ilk vaxtlarında dünyasını dəyişmişdi. Üç il ərzində praktik yolla ilkin müəllimlik təcrübəsi toplamış Hüseyn Kirovabad (indiki Gəncə) şəhərindəki K.Setkin adına Pedaqoji Texnikumun III kursuna daxil olur. 1947-ci ildə texnikumu "əla" qiymətlərlə bitirərək H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutuna (indiki Gəncə Dövlət Universiteti) daxil olur və 1951-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa çatdırır. Hüseynin bacarığına bələd olan rektorluq onu institutda saxlayır. Gənc Hüseyn bununla da kifayətlənmir, onda alim olmaq meyili yaranır.
1952-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) aspiranturasına daxil olan Hüseyn Əhmədov Zaqafqaziyada pedaqogika üzrə ilk alimlik dərəcəsi almış Əhməd Seyidov, yaradıcı pedaqoq Mehdi Mehdizadə, Mərdan Muradxanov və başqa görkəmli alimlərin fəaliyyət göstərdikləri kafedrada – əlverişli elm aləmində az vaxt içərisində çox şey öyrənir.
Hüseyn Əhmədov aspirantura dövrünü başa vurduqdan sonra 1956-cı ildə İnstitut Komsomol Komitəsinin I katibi seçilir. 1957–1958-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda (indiki APTPİ) kiçik elmi işçi vəzifəsində işləmişdir. H.Əhmədov 1958-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun kafedra müdiri, professor Əhməd Seyidovun rəhbərliyi ilə "İbtidai məktəb şagirdlərinin kommunist əxlaqı tərbiyəsində nümunənin rolu və ondan istifadə etmək yolları" mövzusunda namizədlik dissertasiyası, 1972-ci ildə akademik Mehdi Mehdizadənin məsləhətçiliyi ilə "XIX əsrdə Azərbaycanda məktəb təhsilinin inkişaf tarixi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Hüseyn Əhmədovun pedaqoji tədqiqatları öz orijinallığı ilə fərqlənirdi. Onun fəaliyyətinə nəzər saldıqda məktəbin, təhsilin tarixindən yazmağın uzun müddət arxivdə işləmək, rus, erməni və gürcü dillərində tarixi sənədləri diqqətlə araşdırmaq, dövrün siyasi-ictimai tələblərindən baş çıxarmaq, onları dəyərləndirmək kimi keyfiyyətləri tələb etdiyini görmək mümkündür. Bu prosesdə sadəcə təsvirə əsaslanmaq deyil, düşünülmüş müqayisələr aparmaq, mühakimə yürütmək, ağıllı ümumiləşdirmələrə əsasən əqli nəticəyə gəlmək tələb olunurdu.
O, axtarışlarında, pedaqogika tarixçisi kimi, üstünlüyü milli pedaqogikanın incilərini üzə çıxarmağa vermişdi. O, Azərbaycan maarifçilərinin, pedaqoji fikir nümayəndələrinin, xüsusilə Nəsirəddin Tusi, Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Elxanov, Mirzə Kazım bəy, İsmayıl Qaspıralı, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Sultan Məcid Qənizadə, Aleksey Çernyayevski, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Rəşid bəy Əfəndiyev, R.Əfəndizadə, Əhməd Seyidov və başqalarının ideyalarını öyrənib ümumiləşdirmiş, müasir dövrdə gənc nəslin tərbiyəsində onların ideyalarından istifadənin əhəmiyyətini dəyərləndirmişdi.
Azərbaycan xalqının unudulmaz oğlu, böyük dövlət xadimi, maarifçi Nəriman Nərimanov pedaqoji irsinin tədqiqi H.Əhmədovun axtarışlarının parlaq səhifələrini təşkil edir. Xüsusi məhəbbətlə bu tədqiqata qoşulan alim hər cür əziyyətə qatlaşaraq Nəriman Nərimanovun təhsil aldığı Qori Seminariyasındakı, ilk dəfə müəllimlik etdiyi Borçalının Qızılhacılı kəndindəki fəaliyyətini öyrənmək üçün Tbilisi arxivində, başqa yerlərdəki fəaliyyətini öyrənmək üçün Bakı, Həştərxan, Leninqrad, Moskva arxivlərində araşdırmalar aparmış, onun pedaqoji fikirlərinə həsr olunmuş iki kitab, rus, erməni və gürcü dillərində onlarla iri həcmli jurnal məqalələri çap etdirmişdir.
Hüseyn Əhmədov Həştərxanda "Волга" qəzetində çap etdirdiyi "Светлая и героическая жизнь" (1958), "Советская педагогика" jurnalında dərc etdirdiyi "Просветительская и педагогическая деятельность Н. Нариманова" (1961) adlı məqalələri oxucular – tatarlar və ruslar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
H.Əhmədovun namizədlik dissertasiyasının elmi rəhbəri professor Ə.Seyidov onu təsadüfən yüksək qiymətləndirməmişdir:
Hüseyn Əhmədov xalqımızın məktəb təhsili sahəsində bir əsrdə qazandığı tarixi nailiyyətləri və xarakterik nöqsanları metodoloji və pedaqoji əsasdan düzgün aydınlaşdıraraq məktəb və pedaqoji fikir tariximizin daha da zənginləşməsində çox qiymətli iş görmüşdür. Tədqiqat işi digər Zaqafqaziya xalqları, habelə SSRİ xalqlarının pedaqoji fikir tarixi üçün də son dərəcə faydalı hesab edilməlidir.
H.Əhmədovun doktorluq işinin elmi məsləhətçisi akademik Mehdi Mehdizadə onun tədqiqatı haqqında yazmışdır:
Tədqiqat məktəb təhsilinin ümumpedaqoji sahəsinin böyük bir hissəsini əhatə edir. Azərbaycanda rus dili təlim edilən məktəblərin yaranması və inkişafı tarixi, rus məktəblərinin obyektiv müsbət rolu, "rus-tatar" məktəblərinin tarixi, ana dilində ilk məktəbin yaranması və uşaqların öz ana dilində təhsil almaları və digər aktual məsələlər əsərdə geniş işıqlandırılmışdır. Müəllifin əməyi ondadır ki, o, XIX əsrin məktəb təhsili ilə əlaqədar məsələləri aşkar etmişdir. H.M.Əhmədovun dissertasiyası yaradıcı axtarışların məhsuludur.
Beləliklə, H.Əhmədov bütün fəaliyyətini Azərbaycan təhsilinin tarixi ilə, xüsusilə XIX–XX əsrlərdə məktəbin, təhsilin, pedaqoji ideyaların inkişafı ilə bağlayan vətəndaş alim kimi məşhurlaşmışdır.
Professor H.Əhmədovun elmi diapazonu geniş və rəngarəngdir. Buna əmin olmaq üçün onun yazdığı 500-dən artıq monoqrafiya, kitab, proqram, dərslik, dərs vəsaiti, seçilmiş əsərləri, irihəcmli məqalələr siyahısını nəzərdən keçirmək kifayətdir.Diqqəti cəlb edən cəhət odur ki, bu əsərlərdəki ideyaların bir qismi rus və Avropa xalqlarının dillərində öz əksini tapmışdır.
H.Əhmədov haqlı olaraq Qərbi Avropa pedaqoqları Y.A.Komenski, C.Lokk, J.J.Russo, İ.H.Pestalotsi, R.Ouen, rus pedaqoqları K.D.Uşinski, Sovet pedaqoqlarından A.S.Makarenko, N.K.Krupskaya və başqalarının irsini hərtərəfli öyrənib təhlil etmişdir. Maraqlı cəhət budur ki, o, həmin maarifpərvərlərin ideyalarına yaradıcı yanaşmışdır.Özünəqədərki pedaqoqların ideyalarını mənimsəyərək yaradıcı şəkildə inkişaf etdirən, praktik pedaqogikanın banisi K.D.Uşinskinin pedaqoji ideyalarının təbliğinə xüsusi diqqət yetirmişdir.K.D.Uşinskiyə həsr olunmuş "Uşinski və Azərbaycan" adlı monoqrafiyası Azərbaycan və Rusiya pedaqoji ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir.
Hüseyn Əhmədovun bütün qüvvəsini Azərbaycanda məktəb tarixi və pedaqoji fikrin təbliğinə, elmi-pedaqoji kadrların hazırlanmasına həsr etməsi daim diqqəti cəlb etmişdir.Bununla belə, onun fəaliyyətini yalnız pedaqogikanın tarixi sahəsindəki axtarışlarla məhdudlaşdırmaq olmaz.
Tədqiqata pedaqogikanın nəzəri problemi – tərbiyə nəzəriyyəsi sahəsində axtarışlarla başlayan H.Əhmədov sonralar müəlliflərindən biri və redaktoru olduğu "Pedaqogikaya giriş" dərs vəsaitində pedaqogikanın metodoloji məsələlərini işləməyə səy göstərmişdir.
Həmin kitabda pedaqogikanın mövzusu, vəzifələri, mənbələri, tədqiqat metodları sistemi və s. məsələlər yeni aspektdə işlənmişdir. Onun "Pedaqogikada qanun və qanunauyğunluq" əsərində, adından məlum olduğu kimi, mühüm nəzəri məsələlər əhatə olunmuşdur.Alimin gənc nəslin tərbiyəsi, ailə tərbiyəsi sahəsindəki yazıları da diqqəti cəlb edir.
H.Əhmədovun ictimai fəaliyyəti də təqdirəlayiqdir. O, doğma pedaqoji universitetdə müxtəlif ictimai işləri bacarıqla yerinə yetirmişdir. Onun Azərbaycan Bilik Cəmiyyətində pedaqogika və psixologiya bölməsinə rəhbərlik etməsi daha çox yadda qalıb. Həmin bölmənin sədri kimi onunla Bakı, Gəncə, Naxçıvan şəhərlərində, respublikanın bir çox rayonlarında, həmçinin Ermənistan SSR və Gürcüstan SSR-in azərbaycanlılar yaşayan kənd və rayonlarında keçirilən tədbirlərdə iştirak edərkən pedaqoji-psixoloji biliklərin yayılması, təhsil ocaqlarında təlimin keyfiyyətinin yüksəldilməsi sahəsində onun xüsusi xidmətlərinin şahidi olmuşam.Elmi siyasi biliklərin tətbiqindəki xidmətlərinə görə 1985-ci ildə ümumittifaq "Bilik" cəmiyyəti idarə heyəti tərəfindən "fəal işinə görə" döş nişanı ilə təltif edilmişdir.
Professor H.Əhmədov tədqiqatlarında məktəb, ümumiyyətlə, təhsil problemlərinin öyrənilməsinə xüsusi əhəmiyyət vermişdir. Bu, onun əslən müəllim olmasından irəli gəlir. Onun aşağıda sadalanan əsərləri fikrimizi sübut edir: "XIX əsrin əvvəllərində Azərbaycanda xalq maarifi və məktəb" (1967), "XIX əsrin 40-cı illərində Azərbaycanda xalq maarifi və məktəb" (1968), "Azərbaycanda "rus-tatar" məktəbinin tarixinə dair" (rus dilində, 1969), "Ana dili" dərsliyi tərtibində ilk mərhələ (1930–1980)" (1970), "Azərbaycanda kənd ümumtəhsil məktəbləri tarixi" (1970), "Azərbaycanda orta təhsil müəssisələrinin meydana gəlməsi tarixinə dair" (1970), "XIX əsrdə Azərbaycanda qadın təhsili vəsaitləri tərtibi tarixinə dair" (1970), "XIX əsrdə Azərbaycan dilində dərslik və tədris vəsaitləri tərtibi tarixindən" (1970), "Azərbaycanda sənət məktəblərinin təşkili tarixinə dair" (1971), "XIX əsrdə Azərbaycanda məktəb təhsilinin inkişaf tarixi" (1972) və s.
O, uzunömürlü məktəblərin yubileyləri ilə əlaqədar kitablar yazıb çap etdirmişdir. "100 yaşlı Yuxarı Salahlı kənd məktəbi" (1978), "100 yaşlı Qarğabazar məktəbi" (1983), "150 yaşlı Şəki məktəbi" (1983), "Salyanda ilk məktəb" (1969), "Qutqaşen məktəbinin 90 yaşı var" (1972), "Dağkəsəmən məktəbinin yaşı yüzdür" (1976), "Lənkəranda ilk dünyəvi təhsil məktəbi" (1982), "Yüz yaşlı Vəndam məktəbi" (1984), "Qubadlıda 100 yaşlı məktəb" (1984), "Qloballaşma və Azərbaycanda təhsilin aktual problemləri" (2003), "Yeni üsullu məktəb hərəkatının Cənubi Azərbaycana yayılması tarixinə dair" (2004), "Yeni üsullu məktəb hərəkatının Qərbi Azərbaycana yayılması tarixinə dair" (2004), "Cədidizm hərəkatı və onun Azərbaycanda yayılması" (2005), "Azərbaycan–Rusiya elmi-pedaqoji və ictimai əlaqələrinin yeni inkişaf mərhələsi" (2008), "170 yaşlı Naxçıvan şəhər məktəbi" (2008), "175 yaşlı Gəncə şəhər məktəbi" (2009), "Azərbaycanın Yaxın və Orta Şərq xalqları ilə elmi və pedaqoji əlaqələri tarixindən" (2009), "Azərbaycan və Özbəkistan elmi–pedaqoji və mədəni əlaqələri tarixindən səhifələri" (2011), "Tiflis qəza məktəbinin Azərbaycan dili müəllimi" (2012), "İrəvan gimnaziyasının Azərbaycan dili müəllimi" (2014), "Əbcəddən Cədidədək" (2015), "Azərbaycan- Alman elmi–pedaqoji, ədəbi və mədəni əlaqələri tarixinə bir nəzər" (2016) və s. kitabça və məqalələr sırf praktik əhəmiyyət daşıyır. Həmin məktəblərin tarixi inkişaf yolunu araşdıran müəllif oxuculara Azərbaycanda təhsilə marağın mənzərəsini təqdim etmiş və onların rəğbətini qazanmışdır.
Onun yazdığı "XIX əsr Azərbaycan məktəbi" monoqrafiyası millətimizin yüzillik təhsil tarixinin müfəssəl və möhtəşəm salnaməsidir. Seçilmiş əsərlərinin 25 cildliyi Azərbaycan və rus dillərinə çap edilmişdir.
H.Əhmədov Azərbaycanın müstəqillik dövrü təhsil tarixinə, onun inkişaf yollarına.Məktəb təhsilinin inkişaf strategiyasına dair çox saylı məqalələrin müəllifidir.Bu yazılarda ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətləri yüksək qiymətləndirilmişdir.
H.Əhmədov həm də məharətli müəllimdir.Onun müəllimlik taktı həmişə auditoriyanı razı salmışdır. O, ömrünün 60 ilini Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlamışdır. Orada assistent, baş müəllim, dosent, kafedra müdiri vəzifəsində işləyən H.Əhmədov gənc müəllim kadrlarının yetişdirilməsində böyük əmək sərf etmişdir. Hüseyn müəllim həm də akademik Y. Məmmədəliyev adına Naxçıvan, A.S. Puşkin adına Tiflis Pedaqoji İnstitutunda onların mühazirələrini dinləyənlərdə uzun illər iz buraxmışdır.
H.Əhmədov müxtəlif vaxtlarda, müxtəlif yerlərdə — İrəvanda, Tiflisdə və Moskvada rəsmi opponent, Müdafiə Şuralarının üzvü, sədr müavini və sədri kimi fəaliyyət göstərmişdir.Bununla da o, pedaqoji elmlər üzrə yüksək ixtisaslı kadrların yetişdirilməsində bilavasitə iştirak etmişdir.Onun rəhbərliyi və məsləhəti ilə 60-dan artıq elmlər namizədi və elmlər doktoru yetişmişdir.
Azərbaycanda məktəb və pedaqoji fikir tarixinin mahir tədqiqatçısı olan H.Əhmədov həm də onun layiqli təbliğatçısıdır. Onun təşkil etdiyi respublika və beynəlxalq konfranslar Azərbaycan pedaqoji aləmini bir çox ölkələrdə aparılan tədqiqatlarla tanış etdiyi kimi, Moskva, Leninqrad, Kiyev, Riqa, Daşkənd, Səmərqənd, Tbilisi, Poltava, Penza, Ulyanovsk və başqa şəhərlərdə keçirilmiş simpozium və konfranslarda Azərbaycanda pedaqoji tədqiqatların nəticələrini təbliğ etmişdir.
Hüseyn Əhmədovun fəaliyyətini şöhrətləndirən cəhətlərdən biri də məhz onun öz ideyalarını təbliğ etməsidir. Onun təşəbbüsü ilə keçən əsrin 70-ci illərində "Azərbaycan məktəb və pedaqoji fikir tarixi" adlı proqram hazırlanmış (professor M.Muradxanov və dosent Ə.Tağıyevlə birgə), həmin adda xüsusi kurs formalaşmış, H.Əhmədov Azərbaycan və rus dillərində dərsliklər tərtib etmiş və pedaqoji təmayüllü ali təhsil ocaqlarında tədrisinə nail olmuşdur.
O, Azərbaycan ETPEİ-də hazırlanıb Moskvada çap olunmuş "Azərbaycan pedaqoji fikir antologiyası"nın, "SSRİ xalqlarının məktəb və pedaqoji fikir tarixinə dair oçerklər"in I və IV cildlərinin, ikicildlik Rusiya pedaqoji ensiklopediyasının, Azərbaycan Sovet Ensiklopediyasının IV və X cildlərinin müəlliflərindən biri olmaqla milli məktəb və pedaqogikamızın doğma Vətənimizin hüdudlarından kənarda təbliğinə dair çox iş görmüşdür.
Onun "XIX əsrdə Azərbaycan məktəbi", "Azərbaycan pedaqogika tarixi", "N.Nərimanovun pedaqoji ideyaları" adlı kitabları Azərbaycan pedaqoji elminin qızıl fonduna daxil olmuşdur.
Azərbaycanın elm, təhsil mədəniyyəti ilə əlaqədar sənədlərin dəyərini düzgün qiymətləndirən H.Əhmədovunkeçən əsrin 60–70-ci illərində İrəvan, Tiflis və Leninqrad Dövlət arxivlərindən əldə etdiyi mikrofilmlərinin kompüter vasitəsilə kağıza köçürülməsi (təxminən 40 cilddən ibarət) gənc tədqiqatçıların işini xeyli yüngülləşdirmişdir. Bu, pedaqogika elminə qiymətli hədiyyədir.
Professor Hüseyn Əhmədovun fəaliyyətinin özünəməxsus cəhətlərindən biri də pedaqoji tənqidin olmadığı hazırkı dövrdə mətbuatda bir neçə dəyərli tənqidi məqalə ilə çıxış etməsi, söylənilən fikirlərdə dəqiqliyin, obyektivliyin gözlənməsini tələb etməsidir. O, həmkarlarını fikir söyləyərkən diqqətli olmağa çağırır.
Akademik Hüseyn Əhmədovun fəaliyyətinin son illəri də məhsuldar olmuşdur. XIX əsrdə nəşr olunmuş Azərbaycan dili dərsliklərimizi "Xalqın milli sərvəti" hesab edən Hüseyn müəllim keçən əsrin axırlarından ölkənin müxtəlif şəhərlərindən əldə etdiyi dərsliklərimizi son illər ərəb əlifbasından müasir latın qrafikasına çevirmiş, onlara müvafiq izahat, lüğət və xüsusi məqalələr yazaraq taksimeliya və trensliterasiya yolu ilə çap etdirmiş və beləliklə də o dərsliklərimizə yeni nəfəs vermişdir. Bunlar aşağıdakılardır:
- A.O.Çernyayevski. Vətən dili. Tiflis, 1882, 196 səh.;
- N.Dementyev. Təmsillər və hekayələr.Tiflis, 1839. 74 səh.;
- A.O.Çernyayevski. Vətən dili.I hissə, Tiflis, 1882, 186 səh. (rus dilində şərhlər və izahlar);
- S.Vəlibəyov. Qüdrətli xuda. Tiflis, 1888, 82 səh.;
- İ. Qriqoryev.Kitabi-türki. I hissə.Təbriz, 1885, 205 səh.;
- R. Əfəndiyev. Uşaq bağçası. Tiflis 1912, 192 səh.;
- A.O.Çernyayevski və S. Vəlibəyov. Vətən dili.II hissə. Tiflis, 1888, 2009;
- R. Əfəndiyev. Bəsirət-ül ətfal. Bakı, 1901;
- Ü.Hacıbəyov. Hesab məsələləri.Bakı, 1907. 102 səh.
Hüseyn Əhmədov pedaqogika tarixi sahəsindəki dəyərli axtarışlarına, gərgin əməyinə görə nəinki doğma Vətənində, həmçinin MDB ölkələrində, xaricdə ən çox tanınmış alimdir.
H.Əhmədovun dəfələrlə keçmiş SSRİ PEA-nın Rəyasət Heyətinin yığıncaqlarında dərin məzmunlu çıxışlarının necə heyrət doğurmasının şahidi olmuşam.Görkəmli pedaqogika tarixçiləri həmişə onunla razılaşırdılar.
Rusiya Təhsil Akademiyasının prezidenti, akademik N.D.Nikandrov yazır:
Hüseyn Əhmədovun geniş yaradıcı diapazonu, pedaqogika tarixi və nəzəriyyəsinin aktual problemlərinin həlli sahəsində onun cəsarətli addımları, alimin orijinal ideyaları pedaqoji fikir mühitində böyük hörmət qazanmağa imkan vermişdir. O, respublikada mükəmməl məktəb yarada bilmişdir.
— N.D.Nikandrov
Belə yüksək xidmətlərinə görə H.Əhmədovun əməyi həmişə layiqincə qiymətləndirilmişdir. Onun yalnız elmi xidmətlərinə görə aldığı adların, təltiflərin tam olmayan siyahısını nəzərdən keçirək: Hüseyn Əhmədov 1973-cü ildə "Azərbaycan SSR qabaqcıl maarif xadimi", 1977-ci ildə "SSRİ maarif əlaçısı" döş nişanları ilə təltif edilmişdir. 1981-ci ildə ona "Azərbaycan SSR əməkdar ali məktəb işçisi" fəxri adı verilmiş, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilmişdir. O, 1990-cı ildə SSRİ PEA-nın müxbir üzvü, 1993-cü ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının, həm də Beynəlxalq PEA-nın həqiqi üzvü seçilmişdir. 1998-ci ildə Beynəlxalq Pedaqoji Akademiyanın "Y.A.Komenski adına Böyük Qızıl Medalı" ilə, 2005-ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının "Türk dünyasına hizmet" qızıl medalı ilə təltif edilmişdir. 2006-cı ildə "El gücü" Beynəlxalq Humanitar Assosiasiyasının qərarı ilə Heydər Əliyev adına "Əsrin Akademiyası"na həqiqi üzv qəbul olunmuşdur. H. Əhmədov 2006-cı ildə Amerika Beynəlxalq Ekspert və Bioqrafiya Araşdırmalar İnstitutu tərəfindən "pedaqogika elminin məharətli bilicisi" elan edilmişdir. O, zəngin və çoxcəhətli axtarışları ilə Azərbaycan pedaqoji fikrinin korifeyi səviyyəsinə yüksəlmişdir. 2007-ci ildə Rusiya Elm və Təhsil Nazirliyi tərəfindən "Uşinski", 2011-ci ildə PTA tərəfindən elmdəki nailiyyətlərinə görə Qızıl medal ilə mükafatlandırılmışdır. 2007-ci ildən Prezidentin fərdi təqaüdçüsüdür. Mühasibə və Əmək veteranıdır.2014-cü ildən təqaüdə çıxmışdır.
Kitabları
- Xatirələrim və ya nəslimizin şəcərəsi. Bakı: Beynəlxalq Universitet, 2003, 144 səh.
- Azərbaycan pedaqoji ensiklopediyası. III cilddə. II cild. Bakı, 2011, 543 səh.
- Avrasiya xalqlarının məktəb və pedaqoji fikir tarixinə dair oçerklər. Bakı, 2012, 544 səh.
- Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı, 432 səh.
- Seçilmiş pedaqoji əsərləri. V cilddə. Bakı, 2001–2003-cü illər.
- Seçilmiş pedaqoji əsərləri. XII cilddə. Bakı, 2006.
- Seçilmiş pedaqoji əsərləri. XXV cilddə. Bakı, 2009–2016-cı illər.
Həmçinin bax
- Pedaqoji elmlər doktoru, akademik Hümeyir Əhmədovun atasıdır.
İstinadlar
- Hüseyn Əhmədov (alim) - Haqqinda.az. haqqinda.az, 05.02.2015. (az.)
Mənbə
- “Большой совет педагогов страны”. “Ленинградская правда”. 22 марта 1970 г.
- Всесоюзная научная конференция. “Ульяновская правда”. 24 апреля 1975 г.
- Большой педсовет. “Пензенская правда”. 7 декабря 1978 г.
- Т. Галелина. ЗАседание кафедры. “Бакинский рабочий”. 2 марта 1979 г.
- Опыт одобрен. “Бакинский рабочий”. 18 февраля 1982 г.
- М. Исмаилова. Такие лекции необходимо. “Советский педагог” Тбилиси. 24 марта 1983 г.
- İshaq Axundov. Xatirələrlə yaşayan Lənkəran. Bakı, 1989, səh. 34
- З. Мухина. Стратегия воспитания. “Бакинский рабочий”. 24 января 1991 г.
- Eldar İsmayıl. "Oğuz yurdun övladları", I kitab, Bakı, "Təbib", 1999. səh. 88.
- "Ə.Y.Seyidov, M.M.Mehdizadə və M.Ə.Muradxanov məktəbinin davamçıları". Yusif Talıbov, Fərahim Sadıqov, Sərdar Quliyev. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi. Bakı: Ünsiyyət, 2000. - səh. 434.
- А. Татаев. 60 лет на поприще просвещения. “Təhsil problemləri” qəzeti. 20 oktyabr 2003.
- А. Агакеримов. Важный исследовательский труд по истории школ и педагогический мысли Азербайджана. “Бакинский рабочий” 11 марта 2004 г.
- К. Салимова. Крупный ученый выдающаяся личность в современной педагогической науке. “Современники o Гусейна Ахмедова” книга 6-я. Баку, 2006. Повтор. ж. “Педагогика” № 7, 2009 г.
- "Akademik Hüseyn Əhmədov: Həyatı və elmi-pedaqoji fəaliyyəti". Fərrux Rüstəmov. Pedaqoji oçerklər: Sələflərim və müasirlərim. Bakı: Elm və təhsil, 2010. - səh. 134.
- Misir Mərdanov. Azərbaycan təhsil tarixi. Bakı, 2011, səh. 455.
- Yəhya Kərimov. Pedaqogika elminin fəxri. 15 iyul 2011, – №27.
- "Pedaqogika elminin fəxri" məqaləsini oxuyarkən. Vidadi Xəlilov. Ömür yollarında. Bakı: Nərgiz, 2012. - səh. 49.
- Yusif Məmmədov. Azərbaycan Dövlət Pedaqoji Universiteti -90. Bakı, 2012, səh. 211-217.
- Əlvan Kəbirli. O, canlı klassikdir. “Ruzigar” qəzeti. 19 yanvar 2012.
- Fərrux Rüstəmov. Heydər Əliyev və Azərbaycanda elmi-pedaqoji kadr hazırlığı ADPU-nun Pedaqoji fakültə əməkdaşlarının elmi-praktik konfransının materialları. Bakı, 2013, səh. 13
- F. Rüstəmov, İ. İsayev. Pedaqoji irsimizdən. Bakı, 2013. səh. 7-8.
- Fərrux Rüstəmov. Heydər Əliyev və Azərbaycanda elmi-pedaqoji kadr hazırlığı. “Xalq qəzeti”, 9 may 2013.
- Fərrux Rüstəmov. Nəsillərə örnəyə çevrilən mənalı həyat. “Milli irs”, noyabr-dekabr 2015, səh. 19-20.
- Fərrux Rüstəmov. Pedaqogika elminin patriarxı. “Təhsil problemləri”, 24-31 iyul; 8-15 avqust 2016, səh. 2.
Xarici keçidlər
- Dəyərli ziyalı. Akademik Hüseyn Əhmədov müasir Azərbaycan elminin görkəmli nümayəndəsidir
- Pedaqogika elminə yeni töhfə Hüseyn Əhmədov. "Azərbaycan pedaqoji antologiyası" Bakı, 2011 2014-04-11 at the Wayback Machine
- Патриарх. Академик Гусейн Ахмедов 85 лет
- Akademik Hüseyn Əhmədov prezidentə müraciət etdi: "Ya həbs edin, ya da…"
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqalenin sonunda menbe siyahisi var lakin metndaxili menbeler hec ve ya kifayet qeder istifade edilmediyi ucun bezi melumatlarin menbesi bilinmir Lutfen menbeleri uygun sekilde metnin daxilinde yerlesdirerek meqalenin tekmillesdirilmesine komek edin Bu meqalenin neytralligi subhe dogurur Meqalede teref tutma ve ya pislemek meqsedi dasiyan ve dogrulugu subut edilmeyen fikirlerin oldugu iddia edilir Xahis olunur bu mesele ile elaqedar istirak edesiniz Vikipediyada bu ad soyadli diger sexsler haqqinda da meqaleler var bax Huseyn Ehmedov Huseyn Ehmedov tam adi Huseyn Mustafa oglu Ehmedov 17 iyul 1926 Toxluca Yeni Beyazid qezasi 4 aprel 2020 Baki Azerbaycan pedaqoq alimi pedaqoji elmleri doktoru 1972 professor SSRI Pedaqoji Elmler Akademiyasinin muxbir uzvu Rusiya Tehsil Akademiyasinin xarici uzvu SSRI Maarif elacisi Azerbaycan Respublikasinin emekdar ali mekteb iscisi Azerbaycan SSR qabaqcil maarif xadimi Azerbaycan Respublikasinin Prezidentinin ferdi teqaudcusu emek ve muharibe veterani Huseyn EhmedovHuseyn Mustafa oglu EhmedovDogum tarixi 17 iyul 1926 1926 07 17 Dogum yeri Toxluca Yeni Beyazid qezasi Ermenistan SSR ZSFSR SSRIVefat tarixi 4 aprel 2020 2020 04 04 93 yasinda Vefat yeri Baki AzerbaycanUsagi Humeyir EhmedovElmi derecesi pedaqoji elmler doktoru 1972 Elmi adi professorIs yeri Azerbaycan Beynelxalq UniversitetiTehsili Gence Dovlet UniversitetiMukafatlariHeyatiHuseyn Ehmedov 17 iyul 1926 ci ilde Ermenistan SSR in Toxluca kendinde rencber ailesinde anadan olmusdur Usaq yaslarindan muharibenin toretdiyi acliq ve sefalet illeride oz uzerinde ezmkarliqla calisan ve muellimliye boyuk heves gosteren Huseyne IX sinfi bitirdikden sonra oxudugu mektebin ibtidai siniflerinde ders demek tapsirilir Bu Ikinci dunya muharibesinin en qizgin vaxtlari idi Atasi Mustafa kisi muharibenin ilk vaxtlarinda dunyasini deyismisdi Uc il erzinde praktik yolla ilkin muellimlik tecrubesi toplamis Huseyn Kirovabad indiki Gence seherindeki K Setkin adina Pedaqoji Texnikumun III kursuna daxil olur 1947 ci ilde texnikumu ela qiymetlerle bitirerek H Zerdabi adina Kirovabad Dovlet Pedaqoji Institutuna indiki Gence Dovlet Universiteti daxil olur ve 1951 ci ilde ali tehsilini muveffeqiyyetle basa catdirir Huseynin bacarigina beled olan rektorluq onu institutda saxlayir Genc Huseyn bununla da kifayetlenmir onda alim olmaq meyili yaranir 1952 ci ilde V I Lenin adina Azerbaycan Pedaqoji Institutunun indiki ADPU aspiranturasina daxil olan Huseyn Ehmedov Zaqafqaziyada pedaqogika uzre ilk alimlik derecesi almis Ehmed Seyidov yaradici pedaqoq Mehdi Mehdizade Merdan Muradxanov ve basqa gorkemli alimlerin fealiyyet gosterdikleri kafedrada elverisli elm aleminde az vaxt icerisinde cox sey oyrenir Huseyn Ehmedov aspirantura dovrunu basa vurduqdan sonra 1956 ci ilde Institut Komsomol Komitesinin I katibi secilir 1957 1958 ci illerde Azerbaycan Elmi Tedqiqat Pedaqogika Institutunda indiki APTPI kicik elmi isci vezifesinde islemisdir H Ehmedov 1958 ci ilde Azerbaycan Pedaqoji Institutunun kafedra mudiri professor Ehmed Seyidovun rehberliyi ile Ibtidai mekteb sagirdlerinin kommunist exlaqi terbiyesinde numunenin rolu ve ondan istifade etmek yollari movzusunda namizedlik dissertasiyasi 1972 ci ilde akademik Mehdi Mehdizadenin meslehetciliyi ile XIX esrde Azerbaycanda mekteb tehsilinin inkisaf tarixi movzusunda doktorluq dissertasiyasi mudafie edib Huseyn Ehmedovun pedaqoji tedqiqatlari oz orijinalligi ile ferqlenirdi Onun fealiyyetine nezer saldiqda mektebin tehsilin tarixinden yazmagin uzun muddet arxivde islemek rus ermeni ve gurcu dillerinde tarixi senedleri diqqetle arasdirmaq dovrun siyasi ictimai teleblerinden bas cixarmaq onlari deyerlendirmek kimi keyfiyyetleri teleb etdiyini gormek mumkundur Bu prosesde sadece tesvire esaslanmaq deyil dusunulmus muqayiseler aparmaq muhakime yurutmek agilli umumilesdirmelere esasen eqli neticeye gelmek teleb olunurdu O axtarislarinda pedaqogika tarixcisi kimi ustunluyu milli pedaqogikanin incilerini uze cixarmaga vermisdi O Azerbaycan maarifcilerinin pedaqoji fikir numayendelerinin xususile Nesireddin Tusi Abbasqulu aga Bakixanov Mirze Sefi Vazeh Mirze Feteli Axundov Mirze Elekber Elxanov Mirze Kazim bey Ismayil Qaspirali Hesen bey Zerdabi Seyid Ezim Sirvani Sultan Mecid Qenizade Aleksey Cernyayevski Neriman Nerimanov Uzeyir Hacibeyov Resid bey Efendiyev R Efendizade Ehmed Seyidov ve basqalarinin ideyalarini oyrenib umumilesdirmis muasir dovrde genc neslin terbiyesinde onlarin ideyalarindan istifadenin ehemiyyetini deyerlendirmisdi Azerbaycan xalqinin unudulmaz oglu boyuk dovlet xadimi maarifci Neriman Nerimanov pedaqoji irsinin tedqiqi H Ehmedovun axtarislarinin parlaq sehifelerini teskil edir Xususi mehebbetle bu tedqiqata qosulan alim her cur eziyyete qatlasaraq Neriman Nerimanovun tehsil aldigi Qori Seminariyasindaki ilk defe muellimlik etdiyi Borcalinin Qizilhacili kendindeki fealiyyetini oyrenmek ucun Tbilisi arxivinde basqa yerlerdeki fealiyyetini oyrenmek ucun Baki Hesterxan Leninqrad Moskva arxivlerinde arasdirmalar aparmis onun pedaqoji fikirlerine hesr olunmus iki kitab rus ermeni ve gurcu dillerinde onlarla iri hecmli jurnal meqaleleri cap etdirmisdir Huseyn Ehmedov Hesterxanda Volga qezetinde cap etdirdiyi Svetlaya i geroicheskaya zhizn 1958 Sovetskaya pedagogika jurnalinda derc etdirdiyi Prosvetitelskaya i pedagogicheskaya deyatelnost N Narimanova 1961 adli meqaleleri oxucular tatarlar ve ruslar terefinden boyuk regbetle qarsilanmisdir H Ehmedovun namizedlik dissertasiyasinin elmi rehberi professor E Seyidov onu tesadufen yuksek qiymetlendirmemisdir Huseyn Ehmedov xalqimizin mekteb tehsili sahesinde bir esrde qazandigi tarixi nailiyyetleri ve xarakterik noqsanlari metodoloji ve pedaqoji esasdan duzgun aydinlasdiraraq mekteb ve pedaqoji fikir tariximizin daha da zenginlesmesinde cox qiymetli is gormusdur Tedqiqat isi diger Zaqafqaziya xalqlari habele SSRI xalqlarinin pedaqoji fikir tarixi ucun de son derece faydali hesab edilmelidir Enver Seyidov H Ehmedovun doktorluq isinin elmi meslehetcisi akademik Mehdi Mehdizade onun tedqiqati haqqinda yazmisdir Tedqiqat mekteb tehsilinin umumpedaqoji sahesinin boyuk bir hissesini ehate edir Azerbaycanda rus dili telim edilen mekteblerin yaranmasi ve inkisafi tarixi rus mekteblerinin obyektiv musbet rolu rus tatar mekteblerinin tarixi ana dilinde ilk mektebin yaranmasi ve usaqlarin oz ana dilinde tehsil almalari ve diger aktual meseleler eserde genis isiqlandirilmisdir Muellifin emeyi ondadir ki o XIX esrin mekteb tehsili ile elaqedar meseleleri askar etmisdir H M Ehmedovun dissertasiyasi yaradici axtarislarin mehsuludur Mehdi Mehdizade Belelikle H Ehmedov butun fealiyyetini Azerbaycan tehsilinin tarixi ile xususile XIX XX esrlerde mektebin tehsilin pedaqoji ideyalarin inkisafi ile baglayan vetendas alim kimi meshurlasmisdir Professor H Ehmedovun elmi diapazonu genis ve rengarengdir Buna emin olmaq ucun onun yazdigi 500 den artiq monoqrafiya kitab proqram derslik ders vesaiti secilmis eserleri irihecmli meqaleler siyahisini nezerden kecirmek kifayetdir Diqqeti celb eden cehet odur ki bu eserlerdeki ideyalarin bir qismi rus ve Avropa xalqlarinin dillerinde oz eksini tapmisdir H Ehmedov haqli olaraq Qerbi Avropa pedaqoqlari Y A Komenski C Lokk J J Russo I H Pestalotsi R Ouen rus pedaqoqlari K D Usinski Sovet pedaqoqlarindan A S Makarenko N K Krupskaya ve basqalarinin irsini herterefli oyrenib tehlil etmisdir Maraqli cehet budur ki o hemin maarifperverlerin ideyalarina yaradici yanasmisdir Ozuneqederki pedaqoqlarin ideyalarini menimseyerek yaradici sekilde inkisaf etdiren praktik pedaqogikanin banisi K D Usinskinin pedaqoji ideyalarinin tebligine xususi diqqet yetirmisdir K D Usinskiye hesr olunmus Usinski ve Azerbaycan adli monoqrafiyasi Azerbaycan ve Rusiya pedaqoji ictimaiyyeti terefinden yuksek qiymetlendirilmisdir Huseyn Ehmedovun butun quvvesini Azerbaycanda mekteb tarixi ve pedaqoji fikrin tebligine elmi pedaqoji kadrlarin hazirlanmasina hesr etmesi daim diqqeti celb etmisdir Bununla bele onun fealiyyetini yalniz pedaqogikanin tarixi sahesindeki axtarislarla mehdudlasdirmaq olmaz Tedqiqata pedaqogikanin nezeri problemi terbiye nezeriyyesi sahesinde axtarislarla baslayan H Ehmedov sonralar muelliflerinden biri ve redaktoru oldugu Pedaqogikaya giris ders vesaitinde pedaqogikanin metodoloji meselelerini islemeye sey gostermisdir Hemin kitabda pedaqogikanin movzusu vezifeleri menbeleri tedqiqat metodlari sistemi ve s meseleler yeni aspektde islenmisdir Onun Pedaqogikada qanun ve qanunauygunluq eserinde adindan melum oldugu kimi muhum nezeri meseleler ehate olunmusdur Alimin genc neslin terbiyesi aile terbiyesi sahesindeki yazilari da diqqeti celb edir H Ehmedovun ictimai fealiyyeti de teqdirelayiqdir O dogma pedaqoji universitetde muxtelif ictimai isleri bacariqla yerine yetirmisdir Onun Azerbaycan Bilik Cemiyyetinde pedaqogika ve psixologiya bolmesine rehberlik etmesi daha cox yadda qalib Hemin bolmenin sedri kimi onunla Baki Gence Naxcivan seherlerinde respublikanin bir cox rayonlarinda hemcinin Ermenistan SSR ve Gurcustan SSR in azerbaycanlilar yasayan kend ve rayonlarinda kecirilen tedbirlerde istirak ederken pedaqoji psixoloji biliklerin yayilmasi tehsil ocaqlarinda telimin keyfiyyetinin yukseldilmesi sahesinde onun xususi xidmetlerinin sahidi olmusam Elmi siyasi biliklerin tetbiqindeki xidmetlerine gore 1985 ci ilde umumittifaq Bilik cemiyyeti idare heyeti terefinden feal isine gore dos nisani ile teltif edilmisdir Professor H Ehmedov tedqiqatlarinda mekteb umumiyyetle tehsil problemlerinin oyrenilmesine xususi ehemiyyet vermisdir Bu onun eslen muellim olmasindan ireli gelir Onun asagida sadalanan eserleri fikrimizi subut edir XIX esrin evvellerinde Azerbaycanda xalq maarifi ve mekteb 1967 XIX esrin 40 ci illerinde Azerbaycanda xalq maarifi ve mekteb 1968 Azerbaycanda rus tatar mektebinin tarixine dair rus dilinde 1969 Ana dili dersliyi tertibinde ilk merhele 1930 1980 1970 Azerbaycanda kend umumtehsil mektebleri tarixi 1970 Azerbaycanda orta tehsil muessiselerinin meydana gelmesi tarixine dair 1970 XIX esrde Azerbaycanda qadin tehsili vesaitleri tertibi tarixine dair 1970 XIX esrde Azerbaycan dilinde derslik ve tedris vesaitleri tertibi tarixinden 1970 Azerbaycanda senet mekteblerinin teskili tarixine dair 1971 XIX esrde Azerbaycanda mekteb tehsilinin inkisaf tarixi 1972 ve s O uzunomurlu mekteblerin yubileyleri ile elaqedar kitablar yazib cap etdirmisdir 100 yasli Yuxari Salahli kend mektebi 1978 100 yasli Qargabazar mektebi 1983 150 yasli Seki mektebi 1983 Salyanda ilk mekteb 1969 Qutqasen mektebinin 90 yasi var 1972 Dagkesemen mektebinin yasi yuzdur 1976 Lenkeranda ilk dunyevi tehsil mektebi 1982 Yuz yasli Vendam mektebi 1984 Qubadlida 100 yasli mekteb 1984 Qloballasma ve Azerbaycanda tehsilin aktual problemleri 2003 Yeni usullu mekteb herekatinin Cenubi Azerbaycana yayilmasi tarixine dair 2004 Yeni usullu mekteb herekatinin Qerbi Azerbaycana yayilmasi tarixine dair 2004 Cedidizm herekati ve onun Azerbaycanda yayilmasi 2005 Azerbaycan Rusiya elmi pedaqoji ve ictimai elaqelerinin yeni inkisaf merhelesi 2008 170 yasli Naxcivan seher mektebi 2008 175 yasli Gence seher mektebi 2009 Azerbaycanin Yaxin ve Orta Serq xalqlari ile elmi ve pedaqoji elaqeleri tarixinden 2009 Azerbaycan ve Ozbekistan elmi pedaqoji ve medeni elaqeleri tarixinden sehifeleri 2011 Tiflis qeza mektebinin Azerbaycan dili muellimi 2012 Irevan gimnaziyasinin Azerbaycan dili muellimi 2014 Ebcedden Cedidedek 2015 Azerbaycan Alman elmi pedaqoji edebi ve medeni elaqeleri tarixine bir nezer 2016 ve s kitabca ve meqaleler sirf praktik ehemiyyet dasiyir Hemin mekteblerin tarixi inkisaf yolunu arasdiran muellif oxuculara Azerbaycanda tehsile maragin menzeresini teqdim etmis ve onlarin regbetini qazanmisdir Onun yazdigi XIX esr Azerbaycan mektebi monoqrafiyasi milletimizin yuzillik tehsil tarixinin mufessel ve mohtesem salnamesidir Secilmis eserlerinin 25 cildliyi Azerbaycan ve rus dillerine cap edilmisdir H Ehmedov Azerbaycanin musteqillik dovru tehsil tarixine onun inkisaf yollarina Mekteb tehsilinin inkisaf strategiyasina dair cox sayli meqalelerin muellifidir Bu yazilarda ulu onder Heyder Eliyevin ve Prezident Ilham Eliyevin xidmetleri yuksek qiymetlendirilmisdir H Ehmedov hem de meharetli muellimdir Onun muellimlik takti hemise auditoriyani razi salmisdir O omrunun 60 ilini Azerbaycan Dovlet Pedaqoji Universiteti ile baglamisdir Orada assistent bas muellim dosent kafedra mudiri vezifesinde isleyen H Ehmedov genc muellim kadrlarinin yetisdirilmesinde boyuk emek serf etmisdir Huseyn muellim hem de akademik Y Memmedeliyev adina Naxcivan A S Puskin adina Tiflis Pedaqoji Institutunda onlarin muhazirelerini dinleyenlerde uzun iller iz buraxmisdir H Ehmedov muxtelif vaxtlarda muxtelif yerlerde Irevanda Tiflisde ve Moskvada resmi opponent Mudafie Suralarinin uzvu sedr muavini ve sedri kimi fealiyyet gostermisdir Bununla da o pedaqoji elmler uzre yuksek ixtisasli kadrlarin yetisdirilmesinde bilavasite istirak etmisdir Onun rehberliyi ve mesleheti ile 60 dan artiq elmler namizedi ve elmler doktoru yetismisdir Azerbaycanda mekteb ve pedaqoji fikir tarixinin mahir tedqiqatcisi olan H Ehmedov hem de onun layiqli tebligatcisidir Onun teskil etdiyi respublika ve beynelxalq konfranslar Azerbaycan pedaqoji alemini bir cox olkelerde aparilan tedqiqatlarla tanis etdiyi kimi Moskva Leninqrad Kiyev Riqa Daskend Semerqend Tbilisi Poltava Penza Ulyanovsk ve basqa seherlerde kecirilmis simpozium ve konfranslarda Azerbaycanda pedaqoji tedqiqatlarin neticelerini teblig etmisdir Huseyn Ehmedovun fealiyyetini sohretlendiren cehetlerden biri de mehz onun oz ideyalarini teblig etmesidir Onun tesebbusu ile kecen esrin 70 ci illerinde Azerbaycan mekteb ve pedaqoji fikir tarixi adli proqram hazirlanmis professor M Muradxanov ve dosent E Tagiyevle birge hemin adda xususi kurs formalasmis H Ehmedov Azerbaycan ve rus dillerinde derslikler tertib etmis ve pedaqoji temayullu ali tehsil ocaqlarinda tedrisine nail olmusdur O Azerbaycan ETPEI de hazirlanib Moskvada cap olunmus Azerbaycan pedaqoji fikir antologiyasi nin SSRI xalqlarinin mekteb ve pedaqoji fikir tarixine dair ocerkler in I ve IV cildlerinin ikicildlik Rusiya pedaqoji ensiklopediyasinin Azerbaycan Sovet Ensiklopediyasinin IV ve X cildlerinin muelliflerinden biri olmaqla milli mekteb ve pedaqogikamizin dogma Vetenimizin hududlarindan kenarda tebligine dair cox is gormusdur Onun XIX esrde Azerbaycan mektebi Azerbaycan pedaqogika tarixi N Nerimanovun pedaqoji ideyalari adli kitablari Azerbaycan pedaqoji elminin qizil fonduna daxil olmusdur Azerbaycanin elm tehsil medeniyyeti ile elaqedar senedlerin deyerini duzgun qiymetlendiren H Ehmedovunkecen esrin 60 70 ci illerinde Irevan Tiflis ve Leninqrad Dovlet arxivlerinden elde etdiyi mikrofilmlerinin komputer vasitesile kagiza kocurulmesi texminen 40 cildden ibaret genc tedqiqatcilarin isini xeyli yungullesdirmisdir Bu pedaqogika elmine qiymetli hediyyedir Professor Huseyn Ehmedovun fealiyyetinin ozunemexsus cehetlerinden biri de pedaqoji tenqidin olmadigi hazirki dovrde metbuatda bir nece deyerli tenqidi meqale ile cixis etmesi soylenilen fikirlerde deqiqliyin obyektivliyin gozlenmesini teleb etmesidir O hemkarlarini fikir soyleyerken diqqetli olmaga cagirir Akademik Huseyn Ehmedovun fealiyyetinin son illeri de mehsuldar olmusdur XIX esrde nesr olunmus Azerbaycan dili dersliklerimizi Xalqin milli serveti hesab eden Huseyn muellim kecen esrin axirlarindan olkenin muxtelif seherlerinden elde etdiyi dersliklerimizi son iller ereb elifbasindan muasir latin qrafikasina cevirmis onlara muvafiq izahat luget ve xususi meqaleler yazaraq taksimeliya ve trensliterasiya yolu ile cap etdirmis ve belelikle de o dersliklerimize yeni nefes vermisdir Bunlar asagidakilardir A O Cernyayevski Veten dili Tiflis 1882 196 seh N Dementyev Temsiller ve hekayeler Tiflis 1839 74 seh A O Cernyayevski Veten dili I hisse Tiflis 1882 186 seh rus dilinde serhler ve izahlar S Velibeyov Qudretli xuda Tiflis 1888 82 seh I Qriqoryev Kitabi turki I hisse Tebriz 1885 205 seh R Efendiyev Usaq bagcasi Tiflis 1912 192 seh A O Cernyayevski ve S Velibeyov Veten dili II hisse Tiflis 1888 2009 R Efendiyev Besiret ul etfal Baki 1901 U Hacibeyov Hesab meseleleri Baki 1907 102 seh Huseyn Ehmedov pedaqogika tarixi sahesindeki deyerli axtarislarina gergin emeyine gore neinki dogma Veteninde hemcinin MDB olkelerinde xaricde en cox taninmis alimdir H Ehmedovun defelerle kecmis SSRI PEA nin Reyaset Heyetinin yigincaqlarinda derin mezmunlu cixislarinin nece heyret dogurmasinin sahidi olmusam Gorkemli pedaqogika tarixcileri hemise onunla razilasirdilar Rusiya Tehsil Akademiyasinin prezidenti akademik N D Nikandrov yazir Huseyn Ehmedovun genis yaradici diapazonu pedaqogika tarixi ve nezeriyyesinin aktual problemlerinin helli sahesinde onun cesaretli addimlari alimin orijinal ideyalari pedaqoji fikir muhitinde boyuk hormet qazanmaga imkan vermisdir O respublikada mukemmel mekteb yarada bilmisdir N D Nikandrov Bele yuksek xidmetlerine gore H Ehmedovun emeyi hemise layiqince qiymetlendirilmisdir Onun yalniz elmi xidmetlerine gore aldigi adlarin teltiflerin tam olmayan siyahisini nezerden kecirek Huseyn Ehmedov 1973 cu ilde Azerbaycan SSR qabaqcil maarif xadimi 1977 ci ilde SSRI maarif elacisi dos nisanlari ile teltif edilmisdir 1981 ci ilde ona Azerbaycan SSR emekdar ali mekteb iscisi fexri adi verilmis 1985 ci ilde Azerbaycan SSR Ali Sovetinin Fexri fermani ile teltif edilmisdir O 1990 ci ilde SSRI PEA nin muxbir uzvu 1993 cu ilde Azerbaycan Milli Yaradiciliq Akademiyasinin hem de Beynelxalq PEA nin heqiqi uzvu secilmisdir 1998 ci ilde Beynelxalq Pedaqoji Akademiyanin Y A Komenski adina Boyuk Qizil Medali ile 2005 ci ilde Turk Dunyasi Arasdirmalari Uluslararasi Elmler Akademiyasinin Turk dunyasina hizmet qizil medali ile teltif edilmisdir 2006 ci ilde El gucu Beynelxalq Humanitar Assosiasiyasinin qerari ile Heyder Eliyev adina Esrin Akademiyasi na heqiqi uzv qebul olunmusdur H Ehmedov 2006 ci ilde Amerika Beynelxalq Ekspert ve Bioqrafiya Arasdirmalar Institutu terefinden pedaqogika elminin meharetli bilicisi elan edilmisdir O zengin ve coxcehetli axtarislari ile Azerbaycan pedaqoji fikrinin korifeyi seviyyesine yukselmisdir 2007 ci ilde Rusiya Elm ve Tehsil Nazirliyi terefinden Usinski 2011 ci ilde PTA terefinden elmdeki nailiyyetlerine gore Qizil medal ile mukafatlandirilmisdir 2007 ci ilden Prezidentin ferdi teqaudcusudur Muhasibe ve Emek veteranidir 2014 cu ilden teqaude cixmisdir KitablariXatirelerim ve ya neslimizin seceresi Baki Beynelxalq Universitet 2003 144 seh Azerbaycan pedaqoji ensiklopediyasi III cildde II cild Baki 2011 543 seh Avrasiya xalqlarinin mekteb ve pedaqoji fikir tarixine dair ocerkler Baki 2012 544 seh Azerbaycan mekteb ve pedaqoji fikir tarixi Baki 432 seh Secilmis pedaqoji eserleri V cildde Baki 2001 2003 cu iller Secilmis pedaqoji eserleri XII cildde Baki 2006 Secilmis pedaqoji eserleri XXV cildde Baki 2009 2016 ci iller Hemcinin baxPedaqoji elmler doktoru akademik Humeyir Ehmedovun atasidir IstinadlarHuseyn Ehmedov alim Haqqinda az haqqinda az 05 02 2015 az Menbe Bolshoj sovet pedagogov strany Leningradskaya pravda 22 marta 1970 g Vsesoyuznaya nauchnaya konferenciya Ulyanovskaya pravda 24 aprelya 1975 g Bolshoj pedsovet Penzenskaya pravda 7 dekabrya 1978 g T Galelina ZAsedanie kafedry Bakinskij rabochij 2 marta 1979 g Opyt odobren Bakinskij rabochij 18 fevralya 1982 g M Ismailova Takie lekcii neobhodimo Sovetskij pedagog Tbilisi 24 marta 1983 g Ishaq Axundov Xatirelerle yasayan Lenkeran Baki 1989 seh 34 Z Muhina Strategiya vospitaniya Bakinskij rabochij 24 yanvarya 1991 g Eldar Ismayil Oguz yurdun ovladlari I kitab Baki Tebib 1999 seh 88 E Y Seyidov M M Mehdizade ve M E Muradxanov mektebinin davamcilari Yusif Talibov Ferahim Sadiqov Serdar Quliyev Azerbaycanda mekteb ve pedaqoji fikir tarixi Baki Unsiyyet 2000 seh 434 A Tataev 60 let na poprishe prosvesheniya Tehsil problemleri qezeti 20 oktyabr 2003 A Agakerimov Vazhnyj issledovatelskij trud po istorii shkol i pedagogicheskij mysli Azerbajdzhana Bakinskij rabochij 11 marta 2004 g K Salimova Krupnyj uchenyj vydayushayasya lichnost v sovremennoj pedagogicheskoj nauke Sovremenniki o Gusejna Ahmedova kniga 6 ya Baku 2006 Povtor zh Pedagogika 7 2009 g Akademik Huseyn Ehmedov Heyati ve elmi pedaqoji fealiyyeti Ferrux Rustemov Pedaqoji ocerkler Seleflerim ve muasirlerim Baki Elm ve tehsil 2010 seh 134 Misir Merdanov Azerbaycan tehsil tarixi Baki 2011 seh 455 Yehya Kerimov Pedaqogika elminin fexri 15 iyul 2011 27 Pedaqogika elminin fexri meqalesini oxuyarken Vidadi Xelilov Omur yollarinda Baki Nergiz 2012 seh 49 Yusif Memmedov Azerbaycan Dovlet Pedaqoji Universiteti 90 Baki 2012 seh 211 217 Elvan Kebirli O canli klassikdir Ruzigar qezeti 19 yanvar 2012 Ferrux Rustemov Heyder Eliyev ve Azerbaycanda elmi pedaqoji kadr hazirligi ADPU nun Pedaqoji fakulte emekdaslarinin elmi praktik konfransinin materiallari Baki 2013 seh 13 F Rustemov I Isayev Pedaqoji irsimizden Baki 2013 seh 7 8 Ferrux Rustemov Heyder Eliyev ve Azerbaycanda elmi pedaqoji kadr hazirligi Xalq qezeti 9 may 2013 Ferrux Rustemov Nesillere orneye cevrilen menali heyat Milli irs noyabr dekabr 2015 seh 19 20 Ferrux Rustemov Pedaqogika elminin patriarxi Tehsil problemleri 24 31 iyul 8 15 avqust 2016 seh 2 Xarici kecidlerDeyerli ziyali Akademik Huseyn Ehmedov muasir Azerbaycan elminin gorkemli numayendesidir Pedaqogika elmine yeni tohfe Huseyn Ehmedov Azerbaycan pedaqoji antologiyasi Baki 2011 2014 04 11 at the Wayback Machine Patriarh Akademik Gusejn Ahmedov 85 let Akademik Huseyn Ehmedov prezidente muraciet etdi Ya hebs edin ya da