Bu məqaləni lazımdır. |
"Azərbaycan" qəzeti (az-əbcəd. آذربایجان) — 1945–1946-cı illərdə cənubi azərbaycanlıların milli-demokratik hərəkatına rəhbərlik etmiş, 3 may 1945-ci ildə Təbriz şəhərində təsis edilmiş Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin rəsmi orqanıdır. "Azərbaycan" qəzeti cənubi azərbaycanlıların milli-demokratik hərəkatı nəticəsində 12 dekabr 1945-ci il tarixində yaradılmış Azərbaycan Milli Hökumətinin ictimai, iqtisadi, siyasi və mədəni sahələr üzrə həyata keçirdiyi islahatları, Azərbaycan cəmiyyətinin demokratik əsaslar üzərində qurulub möhkəmləndirilməsi sahəsində fəaliyyətini, bütün İran miqyasında demokratik hüquqlar uğrunda mübarizəsini əks etdirmişdir.
Azərbaycan | |
---|---|
آذربایجان | |
Sahibi | آذربایجان میللی حکومتی |
Yaranma tarixi | 5 sentyabr 1945 |
Siyasi mənsubiyyət | kommunizm |
Dil | Azərbaycan dili |
Nəşrini dayandırıb | 11 dekabr 1946 |
Baş ofis | |
Ölkə |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi və yaranma səbəbləri
Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin rəsmi mətbu orqanı kimi "Azərbaycan" qəzetinin ilk sayı 5 sentyabr 1945-ci il tarixində çap edilərək xalq arasında yayılmış və 12 dekabr 1946-cı il Azərbaycanda milli-demokratik hərəkatın süqutunadək 370 sayı dərc edilmişdir. Qəzetin sonuncu sayı 11 dekabr 1946-cı ildə nəşr edilmişdir.
"Azərbaycan" qəzeti öz səhifələrində firqənin şüarlarını, günün siyasi məsələlərini sadə ana dilində izah edir və kütlələri milli azadlıq uğrunda mübarizədə əlbir olmağa çağırırdı. Azərbaycan xalqının tarixini və mədəniyyətini, istək və arzuları uğrunda mübarizə apardığı müqəddəs məqsədini, İran hakimiyyətinin ölkəni uçuruma aparmasını, fəlakət və bədbəxtliklərin səbəblərini, İran xalqlarının demokratiya və azadlıq tələblərini "Azərbaycan" qəzetinin hər bir sayında çox aydın bir şəkildə təqdim etmişdir.
1945–1946-cı illər cənubi azərbaycanlıların 21 Azər milli-demokratik hərəkatlarının şah rejimi və ona himayədarlıq edən xarici imperialist qüvvələrin köməyi və sovetlərin xəyanəti nəticəsində məğlubiyyətə uğradılmasından bir gün öncə də "Azərbaycan" qəzeti xalqı özünün əldə etdiyi milli-demokratik hüquq və azadlıqlarını qoruyub saxlamaq üçün mübarizəyə səsləyirdi.
"Azərbaycan" qəzeti son sayında Azərbaycan xalqına belə bir müraciətlə yazır:
Əziz həmvətənlər! Vətənimiz və azadlığımız tarixi dövrlər keçirir. Şiddətli, ağır, gərgin, lakin şərəf və iftixar dolu bir mübarizə başlanmışdır. Bu münasibətlə Firqə və Həmkarlar İttifaqı sizə, yəni fədailərə, xalq qoşunlarına, qəhrəman əfsərlərə , igid fədai başçılarına, rəşid kargər və yorulmaq bilməyən kəndlilərə, gözüaçıq rövşənfikirlərə, bir sözlə bütün xalqa müraciət edib, hümmət və fədakarlıqlarınızı daha mətin qədəm, daha möhkəm iradə ilə saxlamağı tövsiyə edir və sizin mərdanəliyinizə ürəkdən inandığını, sizin hümmət və qəhrəmanlığınıza dayandığını açıq surətdə dünyaya elan edir. Mübarizə şiddətli, qanlı, ağır olsa da, aldığımız nəticə böyük və iffətlidir. Əziz həmvətənlər! İndi hər kəs, hər bir azərbaycanlı, arvad və kişi, qız və oğlan öz gücünü, öz varlığını cəbhəyə məsrəf etməlidir. Hər kəs əlindən nə gəlirsə, azadlıq yolunda məsrəf etməkdən çəkinməməlidir. Qoy bu tarixi vəzifəni şərəflə əncam verək, qoy gələcək nəslimiz səadətlə yaşadığı zaman bizim adımız, bizim qəhrəmanlığımız azadlıq ilə iftixar etsin, qoy dünya bizi tanıdığı kimi yaşamaq haqqına layiq bir xalq olduğumuzu anlasın. İndi bu yolda qurbanlıqlar veririk və bu yol bizi zəfər və qalibiyyətə yetirəcəkdir. "Azərbaycan Fəhlə və Zəhmətkeşlər İttifaqı" Mərkəzi Şurasının sədri Məhəmməd Biriya və Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin sədri Seyid Cəfər Pişəvəri |
"Azərbaycan" qəzeti cənubi azərbaycanlıların milli şüurunun formalaşması və inkişafında əvəzsiz rol oynamışdır.
Yazarlar
Azərbaycan qəzeti 1945-ci ildən başlayaraq Təbriz şəhərində gündəlik nəşr olunurdu. Onun səhifələrində Güney Azərbaycanın tanınmış şairləri Əli Fitrət, Mehdi Etimad, M. C. Çavuşi ilə yanaşı, Hüseyn Səhhaf, Yəhya Şeyda, Fəxrəddin Məhzun, Hüseyn Cavan kimi şairlərin poetik nümunələri tez-tez dərc olunurdu. Qəzetin nəşrinin ilk aylarından başlayaraq onun səhifələrində dərc olunan M. Tahirin "Azərbaycan ədəbiyyat tarixində Möcüz", M. Naxçivaninin "Mirzə Məhəmmədəli Tərbiyət", Novruzun "Şeyx Məhəmməd Xiyabani" (silsilə məqalələr) və s. bu kimi yazılarda ədəbi və tarixi simalar hörmətlə anılır, onların vətən və xalq qarşısında xidmətləri dəyərləndirilirdi.
"Azərbaycan" qəzetlərində folklorun toplanıb öyrənilməsi, yayılması işi də geniş yayılmışdı. Uzun illər ana dilində təhsildən, mətbuatdan, kitab oxumaqdan məhrum olan azərbaycanlılar bəlkə də yalnız folklorun hesabına öz milli varlıqlarını qoruyub saxlaya bilmişdilər. Doğma dildə yazıb- oxuya bilməyən cənubi azərbaycanlıların el nəğmələri, atalar sözləri, bayatıları, nağılları, dastanları dildən-dilə, eldən-elə dolaşırdı. "Azərbaycan" qəzetində Məhəmmədəli Fərzanənin (o, qəzetdə M. Ə. Qövsi təxəllüsü ilə çıxış edirdi) "Azərbaycanın milli dastanları" başlıqlı silsilə yazıları dərc olunurdu. Qeyd edək ki, bu qəzetdə bayatıların ilk nümunələri və "Dədə Qorqud" dastanları M. Fərzanənin təşəbbüsü və iştirakı ilə toplanıb nəşr olunurdu.
"Azərbaycan" qəzetində müntəzəm olaraq xalqın tarixindən, onun qəhrəmanlıq səhifələrindən, klassik ədəbi irsindən nümunələr, çağdaş şairlərin əsərlərindən parçalar verilirdi. "Qəzet səhifələrində ilk şeirləri görünən Əli Fitrət, Hilal Nasiri, Mir Mehdi Etimad və başqalarının təşəbbüsləri nəticəsində ana dilində yazanların sayı artır, mətbuat aləminə yeni qüvvələr gəlirdi".
"Azərbaycan" qəzeti ən yaxşı yazıçı və jurnalistləri öz ətrafında birləşdirə bilmişdi. Bunlardan Firudin İbrahimi, M. Turabi, H. Xoşginabi, İsmayıl Şəms, Q. Qəhrəmanzadə, Abbas Pənahi, Əhməd Musəvi və s. göstərmək olar. Firqənin sədri S. C. Pişəvəri "Azərbaycan" qəzetinin və ana dilində nəşr olunan mətbuatın təşkilatçısı olmuşdur. "Azərbaycan" qəzetində ən möhkəm və məzmunlu, dolğun məqalələr Pişəvərinin qələmi ilə yazılmışdır. O, "Azərbaycan" qəzetinə yaxından rəhbərlik etmişdi.
S. C. Pişəvəri Azərbaycan xalqının milli-azadlıq hərəkatının ən mühüm problemləri, gündəlik siyasi-ideoloji məsələləri barədə qəzetdə məqalələr yazır, kütləvi yığıncaqlarda iştirak edir və bunlar mətbuat vasitəsilə yayılırdı. Mətbuatın və nəşriyyatın ana dilində, geniş miqyasda yayılması, ilk dəfə olaraq kəndlərə yol tapması, kənd və şəhər zəhmətkeşlərinə onların keçmişi və gələcəyi, gündəlik təsərrüfat işləri haqqında məhz ana dilində məlumat verməsi çox mühüm hadisə idi. Bu cəhətdən "Azərbaycan" qəzetinin xidməti çox böyükdür.
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq ilə göstərilməlidir. |
- Səməd Bayramzadə "Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin orqanı (1945–1946-cı illər, Təbriz), I Hissə 2023-04-22 at the Wayback Machine, Bakı, "Elm və təhsil" nəşriyyatı, 2017, 292 səh. ISBN: 9789952833508
- Pərvanə Məmmədli — Cənubi Azərbaycan mətbuat tarixi (XIX-XX- XXI yüzilliklər). Bakı, "Elm", 2009, 230 s. 119. s. ISBN: 9789952453065 http://lankaran.cls.az/front/files/libraries/2113/books/601338025.pdf[ölü keçid]
- Solmaz Rüstəmova – Tohidi — "Azərbaycan dövri mətbuatı." 1875–1990. Biblioqrafiya. Bakı, Azərnəşr, 1993, 258 səh ISBN: 5552013611
- Cəmil Həsənli — "Güney Azərbaycan: Tehran — Bakı — Moskva arasında (1939–1945) " Bakı 1998. s.254 http://elibrary.bsu.az/kitablar/914.pdf 2018-06-13 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Bu adin diger istifade formalari ucun bax Azerbaycan qezet Azerbaycan qezeti az ebced آذربایجان 1945 1946 ci illerde cenubi azerbaycanlilarin milli demokratik herekatina rehberlik etmis 3 may 1945 ci ilde Tebriz seherinde tesis edilmis Azerbaycan Demokrat Firqesinin Merkezi Komitesinin resmi orqanidir Azerbaycan qezeti cenubi azerbaycanlilarin milli demokratik herekati neticesinde 12 dekabr 1945 ci il tarixinde yaradilmis Azerbaycan Milli Hokumetinin ictimai iqtisadi siyasi ve medeni saheler uzre heyata kecirdiyi islahatlari Azerbaycan cemiyyetinin demokratik esaslar uzerinde qurulub mohkemlendirilmesi sahesinde fealiyyetini butun Iran miqyasinda demokratik huquqlar ugrunda mubarizesini eks etdirmisdir AzerbaycanآذربایجانSahibi آذربایجان میللی حکومتیYaranma tarixi 5 sentyabr 1945Siyasi mensubiyyet kommunizmDil Azerbaycan diliNesrini dayandirib 11 dekabr 1946Bas ofis TebrizOlke Pehleviler Irani d Vikianbarda elaqeli mediafayllarTarixi ve yaranma sebebleriAzerbaycan Demokrat Firqesi Merkezi Komitesinin resmi metbu orqani kimi Azerbaycan qezetinin ilk sayi 5 sentyabr 1945 ci il tarixinde cap edilerek xalq arasinda yayilmis ve 12 dekabr 1946 ci il Azerbaycanda milli demokratik herekatin suqutunadek 370 sayi derc edilmisdir Qezetin sonuncu sayi 11 dekabr 1946 ci ilde nesr edilmisdir Azerbaycan qezeti oz sehifelerinde firqenin suarlarini gunun siyasi meselelerini sade ana dilinde izah edir ve kutleleri milli azadliq ugrunda mubarizede elbir olmaga cagirirdi Azerbaycan xalqinin tarixini ve medeniyyetini istek ve arzulari ugrunda mubarize apardigi muqeddes meqsedini Iran hakimiyyetinin olkeni ucuruma aparmasini felaket ve bedbextliklerin sebeblerini Iran xalqlarinin demokratiya ve azadliq teleblerini Azerbaycan qezetinin her bir sayinda cox aydin bir sekilde teqdim etmisdir 1945 1946 ci iller cenubi azerbaycanlilarin 21 Azer milli demokratik herekatlarinin sah rejimi ve ona himayedarliq eden xarici imperialist quvvelerin komeyi ve sovetlerin xeyaneti neticesinde meglubiyyete ugradilmasindan bir gun once de Azerbaycan qezeti xalqi ozunun elde etdiyi milli demokratik huquq ve azadliqlarini qoruyub saxlamaq ucun mubarizeye sesleyirdi Azerbaycan qezeti son sayinda Azerbaycan xalqina bele bir muracietle yazir Eziz hemvetenler Vetenimiz ve azadligimiz tarixi dovrler kecirir Siddetli agir gergin lakin seref ve iftixar dolu bir mubarize baslanmisdir Bu munasibetle Firqe ve Hemkarlar Ittifaqi size yeni fedailere xalq qosunlarina qehreman efserlere igid fedai bascilarina resid karger ve yorulmaq bilmeyen kendlilere gozuaciq rovsenfikirlere bir sozle butun xalqa muraciet edib hummet ve fedakarliqlarinizi daha metin qedem daha mohkem irade ile saxlamagi tovsiye edir ve sizin merdaneliyinize urekden inandigini sizin hummet ve qehremanliginiza dayandigini aciq suretde dunyaya elan edir Mubarize siddetli qanli agir olsa da aldigimiz netice boyuk ve iffetlidir Eziz hemvetenler Indi her kes her bir azerbaycanli arvad ve kisi qiz ve oglan oz gucunu oz varligini cebheye mesref etmelidir Her kes elinden ne gelirse azadliq yolunda mesref etmekden cekinmemelidir Qoy bu tarixi vezifeni serefle encam verek qoy gelecek neslimiz seadetle yasadigi zaman bizim adimiz bizim qehremanligimiz azadliq ile iftixar etsin qoy dunya bizi tanidigi kimi yasamaq haqqina layiq bir xalq oldugumuzu anlasin Indi bu yolda qurbanliqlar veririk ve bu yol bizi zefer ve qalibiyyete yetirecekdir Azerbaycan Fehle ve Zehmetkesler Ittifaqi Merkezi Surasinin sedri Mehemmed Biriya ve Azerbaycan Demokrat Firqesi Merkezi Komitesinin sedri Seyid Cefer Piseveri Azerbaycan qezeti cenubi azerbaycanlilarin milli suurunun formalasmasi ve inkisafinda evezsiz rol oynamisdir YazarlarAzerbaycan qezeti 1945 ci ilden baslayaraq Tebriz seherinde gundelik nesr olunurdu Onun sehifelerinde Guney Azerbaycanin taninmis sairleri Eli Fitret Mehdi Etimad M C Cavusi ile yanasi Huseyn Sehhaf Yehya Seyda Fexreddin Mehzun Huseyn Cavan kimi sairlerin poetik numuneleri tez tez derc olunurdu Qezetin nesrinin ilk aylarindan baslayaraq onun sehifelerinde derc olunan M Tahirin Azerbaycan edebiyyat tarixinde Mocuz M Naxcivaninin Mirze Mehemmedeli Terbiyet Novruzun Seyx Mehemmed Xiyabani silsile meqaleler ve s bu kimi yazilarda edebi ve tarixi simalar hormetle anilir onlarin veten ve xalq qarsisinda xidmetleri deyerlendirilirdi Azerbaycan qezetlerinde folklorun toplanib oyrenilmesi yayilmasi isi de genis yayilmisdi Uzun iller ana dilinde tehsilden metbuatdan kitab oxumaqdan mehrum olan azerbaycanlilar belke de yalniz folklorun hesabina oz milli varliqlarini qoruyub saxlaya bilmisdiler Dogma dilde yazib oxuya bilmeyen cenubi azerbaycanlilarin el negmeleri atalar sozleri bayatilari nagillari dastanlari dilden dile elden ele dolasirdi Azerbaycan qezetinde Mehemmedeli Ferzanenin o qezetde M E Qovsi texellusu ile cixis edirdi Azerbaycanin milli dastanlari basliqli silsile yazilari derc olunurdu Qeyd edek ki bu qezetde bayatilarin ilk numuneleri ve Dede Qorqud dastanlari M Ferzanenin tesebbusu ve istiraki ile toplanib nesr olunurdu Azerbaycan qezetinde muntezem olaraq xalqin tarixinden onun qehremanliq sehifelerinden klassik edebi irsinden numuneler cagdas sairlerin eserlerinden parcalar verilirdi Qezet sehifelerinde ilk seirleri gorunen Eli Fitret Hilal Nasiri Mir Mehdi Etimad ve basqalarinin tesebbusleri neticesinde ana dilinde yazanlarin sayi artir metbuat alemine yeni quvveler gelirdi Azerbaycan qezeti en yaxsi yazici ve jurnalistleri oz etrafinda birlesdire bilmisdi Bunlardan Firudin Ibrahimi M Turabi H Xosginabi Ismayil Sems Q Qehremanzade Abbas Penahi Ehmed Musevi ve s gostermek olar Firqenin sedri S C Piseveri Azerbaycan qezetinin ve ana dilinde nesr olunan metbuatin teskilatcisi olmusdur Azerbaycan qezetinde en mohkem ve mezmunlu dolgun meqaleler Piseverinin qelemi ile yazilmisdir O Azerbaycan qezetine yaxindan rehberlik etmisdi S C Piseveri Azerbaycan xalqinin milli azadliq herekatinin en muhum problemleri gundelik siyasi ideoloji meseleleri barede qezetde meqaleler yazir kutlevi yigincaqlarda istirak edir ve bunlar metbuat vasitesile yayilirdi Metbuatin ve nesriyyatin ana dilinde genis miqyasda yayilmasi ilk defe olaraq kendlere yol tapmasi kend ve seher zehmetkeslerine onlarin kecmisi ve geleceyi gundelik teserrufat isleri haqqinda mehz ana dilinde melumat vermesi cox muhum hadise idi Bu cehetden Azerbaycan qezetinin xidmeti cox boyukdur IstinadlarBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir Semed Bayramzade Azerbaycan qezeti Azerbaycan Demokrat Firqesi Merkezi Komitesinin orqani 1945 1946 ci iller Tebriz I Hisse 2023 04 22 at the Wayback Machine Baki Elm ve tehsil nesriyyati 2017 292 seh ISBN 9789952833508 Pervane Memmedli Cenubi Azerbaycan metbuat tarixi XIX XX XXI yuzillikler Baki Elm 2009 230 s 119 s ISBN 9789952453065 http lankaran cls az front files libraries 2113 books 601338025 pdf olu kecid Solmaz Rustemova Tohidi Azerbaycan dovri metbuati 1875 1990 Biblioqrafiya Baki Azernesr 1993 258 seh ISBN 5552013611 Cemil Hesenli Guney Azerbaycan Tehran Baki Moskva arasinda 1939 1945 Baki 1998 s 254 http elibrary bsu az kitablar 914 pdf 2018 06 13 at the Wayback Machine