Nazim Hikmət və ya Nazim Hikmət Ran (türk. Nâzım Hikmet Ran; 15 yanvar 1902, Saloniki, Osmanlı imperiyası – 3 iyun 1963[…], Moskva) — türk şair, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı (1950) və türk inqilabi poeziyasının banisi.
Nazim Hikmət | |
---|---|
türk. Nâzım Hikmet Ran | |
Təxəllüsü | Orhan Selim |
Doğum tarixi | 15 yanvar 1902 |
Doğum yeri | |
Vəfat tarixi | 3 iyun 1963[…](61 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | dramaturq, şair, yazıçı, ssenarist, nasir |
Əsərlərinin dili | türk dili |
nazimhikmet.org.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Nazim Hikmət 1902-ci il yanvar ayının 15-də zadəgan ailəsində anadan olmuşdur. 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olmuş, Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeir yazdığı üçün 1919-cu ildə oradan xaric edilmişdir. "Sərvliklərdə" adlı ilk şeiri 1918-ci ildə "Yeni məcmuə" jurnalında dərc olunmuşdur. 1920-ci ildə o, işğal olmuş İstanbuldan milli azadlıq uğrunda vuruşan Anadoluya getmişdir. 1921-ci ildə Sovet Rusiyasına gəlmiş, 1922–1924-cü illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxumuşdur.
1924-cü ildə Türkiyəyə qayıtmış, inqilabi "Oraq-çəkic" qəzetində, "Aydınlıq" jurnalında Lenin ideyalarını tərənnüm edən əsərlərlə çıxış etmişdir. Həmin orqanlar bağlandıqdan sonra təqib olunan və 1925-ci ildə qiyabi surətdə 15 il həbsə məhkum edilən Nazim Hikmət 1927-ci ildə yenidən gizli olaraq SSRİ-yə gəlmişdir. 1928-ci ildə Bakıda şairin "Günəşi içənlərin türküsü" adlı ilk şerlər kitabı çapdan çıxmışdır. 1938-ci ildə yenidən Türkiyəyə qayıtdıqdan sonra həbs olunan Nazim Hikmət 8 ay həbsxanada yatmış və işdə heç bir dəlil-sübut olmadığına görə azad edilmişdir.
1929-cu ildə "835 sətir", 1930-cu ildə "Baron-3", 1930-cu ildə "1+1=1", 1931-ci ildə "Səsini itirmiş şəhər" kitablarındakı şerlərdə xalqın ağır həyatı, inqilabi mübarizəyə çağırış öz əksini tapmışdır. 1924-cü ildə yazdığı "Cokonda və Şi-Ya – u" poeması, 1932-ci ildə yazdığı "Benerci özünü niyə öldürdü" mənzum romanı imperializmin müstəmləkə siyasətinə qarşı yönəlmişdir. Onun "Kəllə", 1932-ci ildə "Bir ölü evi, yaxud mərhumun naləsi", "Bayramın ilk günü", 1935-ci ildə "Şöhrət və ya unudulan adam" pyeslərində kapitalizm quruluşu kəskin şəkildə ifşa edilmişdir. 1932-ci ildə türk kommunistlərini yekdil mübarizəyə səsləyən "Gecə gələn teleqram" şer toplusuna görə 5 il həbs cəzasına məhkum olunmuşdur. Bir ildən sonra amnistiya əsasında azad edilmişdir. Sonralar şair demək olar ki, hər yeni kitabın nəşrindən sonra həbsə məhkum olunmuşdur.
1935-ci ildə yazdığı "Taranta Babuya məktublar" poemasında, 1936-cı ildə qələmə aldığı "Alman faşizmi və irqçiləri" publisistik əsərlərində faşizm və onun Türkiyədəki tərəfdarları ifşa olunur. 1936-cı ildə şairin Türkiyədə sağlığında son kitabı – "Şeyx Bədrəddinin dastanı" çapdan çıxmışdır. 1938-ci ildə sübut olunmamış ittiham əsasında 28 il 4 ay həbs cəzasına məhkum edilən Nazim Hikmət məşhur "İnsan mənzərələri" epopeyasını, "Həbsxanadan məktublar" silsiləsini, "Məhəbbət əfsanəsi", "Yusif və Züleyxa" pyeslərini və s. əsərlərini həbsxanada yazmışdır. 1950-ci ildə mütərəqqi dünya ictimaiyyətinin tələbi ilə Türkiyə hökuməti N.Hikməti azad etməyə məcbur olmuşdur.
1951-ci ildən ömrünün sonunadək ikinci vətəni sayılan SSRİ-də yaşayan və bu dövrdə 1952-ci ildə "Türkiyədə", 1955-ci ildə "Qərib adam", 1956-cı ildə "İvan İvanoviç vardımı, yoxdumu", 1960-cı ildə "Domokl qılıncı" və s. pyeslərini, şer və poema, poeziyaya və dramaturgiyaya dair məqalələrini yazmışdır. SSRİ-də Nazim Hikmətin ssenariləri və əsərlərinin süjetləri əsasında kinofilmlər ("Bir məhəlləli iki oğlan", "Sevdalı bulud", "Yaşamaq gözəldir, qardaşım", "Məhəbbətim, kədərim mənim") çəkilmişdir.
Novator şair olan Nazim Hikmət türk ədəbiyyatını yeni forma və mütərəqqi məzmunla zənginləşdirmişdir. Onun poeziyasına kəskin publisistika ilə yanaşı dərin lirizm xasdır. Türk poeziyasına sərbəst şer vəznini Nazim Hikmət gətirmişdir. Yaradıcılığı müasir türk ədəbiyyatına güclü təsir göstərmişdir. Əsərləri dünya xalqlarının çoxunun dilinə tərcümə olunmuş, pyesləri bir sıra ölkələrdə tamaşaya qoyulmuşdur.
1951-ci ildə Ümumdünya Sülh Şurası Bürosunun və 1959-cu ildən sonra isə onun Rəyasət Heyətinin üzvü olmuşdur.
Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu idi. O, dəfələrlə Bakıya gəlmiş, Azərbaycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dost olmuş, onlarla yaradıcılıq əlaqəsi saxlamışdır. Azərbaycana həsr olunmuş şeirləri, Azərbaycan mədəniyyətinə dair məqalə və xatirələri vardır. Əsərləri Azərbaycanda dönə-dönə nəşr olunmuş, pyesləri tamaşaya qoyulmuşdur. Bəstəkar A.Məlikov şairin "Məhəbbət əfsanəsi" pyesi əsasında eyniadlı balet yazmış, Azərbaycanın digər bəstəkarları şerlərinə romanslar bəstələmişlər. R.Babayev "Kəllə" pyesinə illüstrasiyalar çəkmiş, M.Rzayeva şairin büstünü yaratmışdır. Azərbaycan ədəbiyyatşünasları şairin həyat və yaradıcılığına dair bir sıra sanballı əsərlər yazmışdır.
Nazim Hikmət 1963-cü ildə Moskvada vəfat etmişdir.
Əsərləri
- Memleketimden İnsan Manzaraları
- Kafatası
- Unutulan Adam
- Taranta Babu'ya Mektuplar
- Ferhad ile Şirin
- Kurtuluş Savaşı Destanı
- Kız Çocuğu
- Tahir ile Zühre
- Şeyh Bedrettin Destanı
- Sevdalı Bulut, (Teatr oyunu)
- Seçilmiş əsərləri, 2 cilddə.-B.: Azərnəşr, 1961.-1963; C I.-512 s; C.II.-394 s.
- Yaşamaq gözəl şeydir, qardaşım – B.: Yazıçı. 1983. – 180.
Şeir kitabları
- 835 Satır, (1929)
- Jokond ile Si-Ya-u, (1929)
- Varan 3, (1930)
- 1 + 1 = 1, (1930)
- Sesini Kaybeden Şehir, (1931)
- Benerci Kendini Niçin Öldürdü, (1931)
- Gece Gelen Telgraf, (1932)
- Taranta Babu'ya Mektuplar, (1935)
- Portreler, (1935)
- Simavna Kadısı Oğlu Şeyh Bedreddin Destanı (1936)
- Saat 21–22 Şiirleri, (1965)
- Kurtuluş Savaşı Destanı, (1965)
- Şu 1941 yılında (Memleketimden İnsan Manzaralarının 3. kitabı), (1965)
- Dört Hapishaneden, (1966)
- Rubailer, (1966)
- Memleketimden İnsan Manzaraları (İlk bölüm), (1966)
- Memleketimden İnsan Manzaraları, (1966–1967)
- Kuvayi Milliye, (1968)
Dram əsərləri
- Kafatası, (1932)
- Bir Ölü Evi (veya Merhumun Hanesi), (1932)
- Unutulan Adam, (1935)
- Ferhat ile Şirin, (1965)
- Sabahat, (1965)
- İnek, (1965)
- Ocak Başında Yolcu (iki oyun birarada), (1966)
- Yusuf ile Menofis, (1967)
Romanları
- Kan Konuşmaz, (1965)
- Yeşil Elmalar (yedi yazardan derleme), (1965)
- Yaşamak Güzel Birşey Be Kardeşim, (1967)
Lətifələri
- İt Ürür, Kervan Yürür (Orhan Selim adıyla gazetelerde yazdığı yazılar), (1965)
Nağıl kitabı
- Sevdalı Bulut (1968)
Haqqında olan ədəbiyyat
- Bakıya gedirəm: Nazim Hikmət və Azərbaycan.- B.: Yazıçı, 1984.- 167 s.
- Fiş R. Nazim Hikmət.- B.: Gənclik, 1981.- 224 s.
- İsmayılov A. Nazim Hikmətin həyat və yaradıcılıq salnaməsi.- B.: Yazıçıı, 1990.- 342 s.
- Kərimov C. Hikmət xəzinəsi.- B.: Elm, 2000.- 93 s.
- Nazim Hikmət.- B.: İşıq, 1978.- 88 s.
- Səfərli Ə. Hikmət xəzinəsi.- B.: Maarif, 1992.- 550 s.
- Abdullaoğlu A. Nazim Hikmətin pyesləri Azərbaycan tənqidində //Qobustan.-1979.-№ 3.-S.23–27.
- Abdulla A. Nazim Hikmət dramaturgiyası Azərbaycan ədəbiyyatşünaslığında //Qobustan.- 1979.- № 4.- S.19–25.
- Nazim Hikmət musiqidə //Qobustan.- 1977.- №.2.-.S.22–23.
- Nazim Hikmət haqqında yeni kitab //Azərbaycan. −2000.- 27 okt.-S.4.
Filmoqrafiya
İstinadlar
- Nazim Hikmet // filmportal.de. 2005.
- The Fine Art Archive. 2003.
- Nazım Hikmet // Brockhauz Ensiklopediyası (alm.).
- Deutsche Nationalbibliothek Record #118550888 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- . 2018-02-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-22.
Xarici keçidlər
- Nazim Hikmət
- İMDB
- Günel Mustafayeva, Hər söz bir dost!, kultaz.com 2011-07-02 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Nazim Hikmet ve ya Nazim Hikmet Ran turk Nazim Hikmet Ran 15 yanvar 1902 Saloniki Osmanli imperiyasi 3 iyun 1963 Moskva turk sair yazici ressam ssenarist ve dramaturq ictimai xadim Beynelxalq Sulh Mukafati laureati 1950 ve turk inqilabi poeziyasinin banisi Nazim Hikmetturk Nazim Hikmet RanTexellusu Orhan SelimDogum tarixi 15 yanvar 1902 1902 01 15 Dogum yeri Saloniki Osmanli imperiyasiVefat tarixi 3 iyun 1963 1963 06 03 61 yasinda Vefat yeri Moskva RSFSR SSRIVefat sebebi urek tutmasiDefn yeri Novodevicye qebiristanligiTehsili Qalatasaray Ali Mektebi d Deniz Liseyi d 1915 1920 Serq Zehmetkeslerinin Kommunist Universiteti d Moskva Dovlet Universiteti Turk Ali Herbi Deniz MektebiFealiyyeti dramaturq sair yazici ssenarist nasirEserlerinin dili turk dilinazimhikmet org tr Vikianbarda elaqeli mediafayllarHeyatiNazim Hikmet 1902 ci il yanvar ayinin 15 de zadegan ailesinde anadan olmusdur 1918 ci ilde Istanbulda Herbi Denizcilik mektebine daxil olmus Turkiyenin xarici mudaxileciler terefinden isgali eleyhine seir yazdigi ucun 1919 cu ilde oradan xaric edilmisdir Servliklerde adli ilk seiri 1918 ci ilde Yeni mecmue jurnalinda derc olunmusdur 1920 ci ilde o isgal olmus Istanbuldan milli azadliq ugrunda vurusan Anadoluya getmisdir 1921 ci ilde Sovet Rusiyasina gelmis 1922 1924 cu illerde Moskvada Serq Zehmetkeslerinin Kommunist Universitetinde oxumusdur 1924 cu ilde Turkiyeye qayitmis inqilabi Oraq cekic qezetinde Aydinliq jurnalinda Lenin ideyalarini terennum eden eserlerle cixis etmisdir Hemin orqanlar baglandiqdan sonra teqib olunan ve 1925 ci ilde qiyabi suretde 15 il hebse mehkum edilen Nazim Hikmet 1927 ci ilde yeniden gizli olaraq SSRI ye gelmisdir 1928 ci ilde Bakida sairin Gunesi icenlerin turkusu adli ilk serler kitabi capdan cixmisdir 1938 ci ilde yeniden Turkiyeye qayitdiqdan sonra hebs olunan Nazim Hikmet 8 ay hebsxanada yatmis ve isde hec bir delil subut olmadigina gore azad edilmisdir 1929 cu ilde 835 setir 1930 cu ilde Baron 3 1930 cu ilde 1 1 1 1931 ci ilde Sesini itirmis seher kitablarindaki serlerde xalqin agir heyati inqilabi mubarizeye cagiris oz eksini tapmisdir 1924 cu ilde yazdigi Cokonda ve Si Ya u poemasi 1932 ci ilde yazdigi Benerci ozunu niye oldurdu menzum romani imperializmin mustemleke siyasetine qarsi yonelmisdir Onun Kelle 1932 ci ilde Bir olu evi yaxud merhumun nalesi Bayramin ilk gunu 1935 ci ilde Sohret ve ya unudulan adam pyeslerinde kapitalizm qurulusu keskin sekilde ifsa edilmisdir 1932 ci ilde turk kommunistlerini yekdil mubarizeye sesleyen Gece gelen teleqram ser toplusuna gore 5 il hebs cezasina mehkum olunmusdur Bir ilden sonra amnistiya esasinda azad edilmisdir Sonralar sair demek olar ki her yeni kitabin nesrinden sonra hebse mehkum olunmusdur 1935 ci ilde yazdigi Taranta Babuya mektublar poemasinda 1936 ci ilde qeleme aldigi Alman fasizmi ve irqcileri publisistik eserlerinde fasizm ve onun Turkiyedeki terefdarlari ifsa olunur 1936 ci ilde sairin Turkiyede sagliginda son kitabi Seyx Bedreddinin dastani capdan cixmisdir 1938 ci ilde subut olunmamis ittiham esasinda 28 il 4 ay hebs cezasina mehkum edilen Nazim Hikmet meshur Insan menzereleri epopeyasini Hebsxanadan mektublar silsilesini Mehebbet efsanesi Yusif ve Zuleyxa pyeslerini ve s eserlerini hebsxanada yazmisdir 1950 ci ilde mutereqqi dunya ictimaiyyetinin telebi ile Turkiye hokumeti N Hikmeti azad etmeye mecbur olmusdur 1951 ci ilden omrunun sonunadek ikinci veteni sayilan SSRI de yasayan ve bu dovrde 1952 ci ilde Turkiyede 1955 ci ilde Qerib adam 1956 ci ilde Ivan Ivanovic vardimi yoxdumu 1960 ci ilde Domokl qilinci ve s pyeslerini ser ve poema poeziyaya ve dramaturgiyaya dair meqalelerini yazmisdir SSRI de Nazim Hikmetin ssenarileri ve eserlerinin sujetleri esasinda kinofilmler Bir mehelleli iki oglan Sevdali bulud Yasamaq gozeldir qardasim Mehebbetim kederim menim cekilmisdir Novator sair olan Nazim Hikmet turk edebiyyatini yeni forma ve mutereqqi mezmunla zenginlesdirmisdir Onun poeziyasina keskin publisistika ile yanasi derin lirizm xasdir Turk poeziyasina serbest ser veznini Nazim Hikmet getirmisdir Yaradiciligi muasir turk edebiyyatina guclu tesir gostermisdir Eserleri dunya xalqlarinin coxunun diline tercume olunmus pyesleri bir sira olkelerde tamasaya qoyulmusdur 1951 ci ilde Umumdunya Sulh Surasi Burosunun ve 1959 cu ilden sonra ise onun Reyaset Heyetinin uzvu olmusdur Nazim Hikmet Azerbaycan xalqinin ve edebiyyatinin yaxin dostu idi O defelerle Bakiya gelmis Azerbaycan sair ve yazicilarinin bir coxu ile sexsen dost olmus onlarla yaradiciliq elaqesi saxlamisdir Azerbaycana hesr olunmus seirleri Azerbaycan medeniyyetine dair meqale ve xatireleri vardir Eserleri Azerbaycanda done done nesr olunmus pyesleri tamasaya qoyulmusdur Bestekar A Melikov sairin Mehebbet efsanesi pyesi esasinda eyniadli balet yazmis Azerbaycanin diger bestekarlari serlerine romanslar bestelemisler R Babayev Kelle pyesine illustrasiyalar cekmis M Rzayeva sairin bustunu yaratmisdir Azerbaycan edebiyyatsunaslari sairin heyat ve yaradiciligina dair bir sira sanballi eserler yazmisdir Nazim Hikmet 1963 cu ilde Moskvada vefat etmisdir EserleriMemleketimden Insan Manzaralari Kafatasi Unutulan Adam Taranta Babu ya Mektuplar Ferhad ile Sirin Kurtulus Savasi Destani Kiz Cocugu Tahir ile Zuhre Seyh Bedrettin Destani Sevdali Bulut Teatr oyunu Secilmis eserleri 2 cildde B Azernesr 1961 1963 C I 512 s C II 394 s Yasamaq gozel seydir qardasim B Yazici 1983 180 Seir kitablari 835 Satir 1929 Jokond ile Si Ya u 1929 Varan 3 1930 1 1 1 1930 Sesini Kaybeden Sehir 1931 Benerci Kendini Nicin Oldurdu 1931 Gece Gelen Telgraf 1932 Taranta Babu ya Mektuplar 1935 Portreler 1935 Simavna Kadisi Oglu Seyh Bedreddin Destani 1936 Saat 21 22 Siirleri 1965 Kurtulus Savasi Destani 1965 Su 1941 yilinda Memleketimden Insan Manzaralarinin 3 kitabi 1965 Dort Hapishaneden 1966 Rubailer 1966 Memleketimden Insan Manzaralari Ilk bolum 1966 Memleketimden Insan Manzaralari 1966 1967 Kuvayi Milliye 1968 Dram eserleri Kafatasi 1932 Bir Olu Evi veya Merhumun Hanesi 1932 Unutulan Adam 1935 Ferhat ile Sirin 1965 Sabahat 1965 Inek 1965 Ocak Basinda Yolcu iki oyun birarada 1966 Yusuf ile Menofis 1967 Romanlari Kan Konusmaz 1965 Yesil Elmalar yedi yazardan derleme 1965 Yasamak Guzel Birsey Be Kardesim 1967 Letifeleri It Urur Kervan Yurur Orhan Selim adiyla gazetelerde yazdigi yazilar 1965 Nagil kitabi Sevdali Bulut 1968 Haqqinda olan edebiyyat Bakiya gedirem Nazim Hikmet ve Azerbaycan B Yazici 1984 167 s Fis R Nazim Hikmet B Genclik 1981 224 s Ismayilov A Nazim Hikmetin heyat ve yaradiciliq salnamesi B Yazicii 1990 342 s Kerimov C Hikmet xezinesi B Elm 2000 93 s Nazim Hikmet B Isiq 1978 88 s Seferli E Hikmet xezinesi B Maarif 1992 550 s Abdullaoglu A Nazim Hikmetin pyesleri Azerbaycan tenqidinde Qobustan 1979 3 S 23 27 Abdulla A Nazim Hikmet dramaturgiyasi Azerbaycan edebiyyatsunasliginda Qobustan 1979 4 S 19 25 Nazim Hikmet musiqide Qobustan 1977 2 S 22 23 Nazim Hikmet haqqinda yeni kitab Azerbaycan 2000 27 okt S 4 FilmoqrafiyaBir mehelleden iki nefer film 1957 Mehebbetim menim kederim menim film 1978 IstinadlarNazim Hikmet filmportal de 2005 The Fine Art Archive 2003 Nazim Hikmet Brockhauz Ensiklopediyasi alm Deutsche Nationalbibliothek Record 118550888 Umumi tenzimleme nezareti GND alm 2012 2016 2018 02 04 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2016 06 22 Xarici kecidlerNazim Hikmet IMDB Gunel Mustafayeva Her soz bir dost kultaz com 2011 07 02 at the Wayback Machine