İbrahim ağa Vəkilov (İbrahim ağa Paşa ağa oğlu Vəkilov; 16 oktyabr 1853, Salahlı, Yelizavetpol qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – 12 fevral 1934, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ) — Topoqrafiya üzrə ilk azərbaycanlı mütəxəssis, general-mayor, Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə şəxsiyyət. Baş Qərargahda hərbi topoqrafiya şöbəsinin rəisi, ilk hərbi bayrağımızın tərtibçisi, 1920-ci ildə Azərbaycanın ilk coğrafi xəritəsinin müəllifi və respublikamızda topoqrafiya məktəbinin yaradıcısı olmuşdur. Müqəddəs Anna ordeninin üçüncü dərəcəsilə (1886), İranın "Şire-Xorşid" ordenilə (1888), Müqəddəs Stanislav ordeninin ikinci dərəcəsilə (1894), Müqəddəs Anna ordeninin ikinci dərəcəsilə (1897), Müqəddəs Vladimir ordenin dördüncü dərəcəsilə (1903) qiymətləndirilib. oğlu, Qalib bəy Vəkilov, Faris bəy Vəkilov, atasıdır.
İbrahim ağa Vəkilov | |
---|---|
23 iyun 1918 – 6 may 1920 | |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | Xudadat bəy Rəfibəyli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 oktyabr 1853 |
Doğum yeri | |
Vəfat tarixi | 12 fevral 1934 (80 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | Rusiya İmperiyası AXC SSRİ |
Uşaqları | |
Hərbi xidmət | |
Mənsubiyyəti | general-mayor |
Döyüşlər | |
Rütbəsi | general-mayor |
| |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İbrahim ağa Vəkilov 1853-cü il mayın 7-də keçmiş Yelizavetpol quberniyası Qazax qəzasının Qırax Salahlı kəndində anadan olur. Azərbaycan Dövlət Tarix Muzeyinin Elmi Arxivində saxlanılan əlli altı nömrəli qovluqda İbrahim ağa Vəkilovun 1866-cı il sentyabrın 6-da Tiflisdəki üçüncü Mejavoy Hərbi gimnaziyasına daxil olduğu göstərilir. Orta məktəb həcmində təhsil verən bu məktəbdə doqquz il oxuduqdan sonra həmyerlisi Mirzə Hüseyn əfəndi Qayıbzadənin məsləhətilə İbrahim Peterburqdakı hərbi topoqrafiya məktəbinə daxil olur. 1879-cu ildə İbrahim ağa Vəkilov həmin məktəbi müvəffəqiyyətlə bitirib, praporşik rütbəsi alır. Qulluq üçün Tiflisə göndərilən gənc zabit bir müddət Qafqaz hərbi dairəsinin topoqrafiya qərargahı şöbəsində çalışır. 1934-cü ildə 2 iyun tarixində İbrahim ağa Vəkilov vəfat etmişdir.
Ailəsi
İbrahim ağa Vəkilov 11 yaşında atasını itirmişdi, atası Paşa ağa 1864-cü ildə vəfat etmişdir. On nəfərlik ailəni güc-bəla ilə saxlayan anası Tükəzban xanım Yusif ağa qızı İbrahimin fəhmi, fərasəti ilə daha çox öyünür, qürrələnirdi. İbrahim ağa rus məmurunun qızı Yelena Yefimova ilə eşq yaşayırdı. Aralarında qarşılıqlı münasibət olmasına baxmayaraq, ailəsi dinini dəyişdirməcəyi təqdirdə qızın müsəlman oğlanla evlənməsinə icazə vermirdi. Hətta Yelenaya müsəlmanla evlənəcəyi halda onu övladlıqdan uzaqlaşdıracağını bildirmişdilər. Lakin sevgi qalib gəlir. Yelena 1884-cü ildə Vəkilovla birgə Türküstana gedir, orda qeyri-qanuni də olsa evlənirlər. 1891-ci ildə isə İbrahim bəyi gözlənilmədən Rusiyaya hərbi attaşe qismində ezam edirlər. Bu zaman onların böyük oğlu Borisin 7, Qlebin isə 6 yaşı var idi. Mayor rütbəsində olan Vəkilov nikahlarının rəsmi olaraq tanınması üçün çara, III Aleksandra müraciət edir. İbrahim Vəkilovun xaricdə və ölkə daxilində gördüyü xidmətlər nəzərə alınaraq xahişi qəbul olunur.
Övladları
1884-cü ildə Yelena və İbrahim ağanın ilk oğlan övladları olan Boris dünyaya gəlir. 1885-ci ildə isə ikinci oğlanları Qleb dünyaya gəlir. Daha sonralar isə Reyhan xanım Vəkilova adlı qız övladları olur. İbrahim bəy Vəkilovun oğlanları onun təsiri ilə çox yaxşı tərbiyə almış və maarifçilik dünyagörüşü ilə maksimal dərəcədə təmin edilmişdilər. Onlar vətənə, Azərbayacana çox bağlı idilər. Hər ikisi dinlərini dəyişib, müsəlman cəmiyyətinə yaxınlaşmaq fikrinə düşdülər. Vəkilovların övladları öz əqidələrinə sonadək sadiq qaldılar. İslamı qəbul edib adlarını dəyişdilər. Boris özünə Faris, Qleb isə Qalib adını götürür. Böyük oğlu mühəndis olmaqla yanaşı, Azərbaycan maarifçi cəmiyyətinin üzvü olur, atasının yolunu davam etdirən Qalib isə elə onun sağlığında rus ordusunun polkovniki rütbəsinə yüksəlir. Sonradan repressiya Vəkilovlar ailəsində yan keçmir. Atalarının yolunu davam etdirən Vəkilov qardaşları Sovet dövründə də öz xidmətlərini əsirgəmədilər. Amma bu da onları xilas etmədi. 1930-cu illərdə baş verən kütləvi repressiyalar onlardan da yan ötmədi. 1937-ci ildə hər ikisi həbs edildi. Qalib elə həmin il güllələndi. Əvvəlcə Mordoviyaya, sonra isə Karaqandaya sürgün edilən Faris isə 1956-cı ildə Bakıya döndü.
Fəaliyyəti
Xidmətinin ilk illərində Dağıstanda topoqrafik çəkilişlərlə məşğul olan İbrahim ağa Vəkilov 1883-cü ildə Rus-İran komissiyasının tərkibində Xəzər dənizindən Əfqanıstana qədər olan sərhədlərin dəqiqləşdirilməsində iştirak edir. Belə bir ciddi işi vaxtından əvvəl iki ilə müvəffəqiyyətlə yerinə yetirdiyinə görə, İbrahim ağa Vəkilovun xidməti İran hökumətinin ən yüksək "Şire-Xurşid" ordeninə layiq görülür. Beş il Qafqaz hərbi dairəsinin topoqrafiya şöbəsinə rəhbərlik edən İbrahim ağa Qafqazın və Krımın müxtəlif rayonlarında topoqrafik çəkilişlərlə məşğul olur. 1891-ci ildə Türkiyəyə ezam olunan İbrahim ağa Vəkilov dörd il rus səfirliyində yaşayaraq xüsusi tapşırığı yerinə yetirir. Mayor rütbəsində yenidən Qafqaz hərbi dairəsində mühüm işlər icraçısı işləyir. 1901-ci ildən şöbə rəisi podpolkovnik İbrahim ağa Vəkilov Qars vilayətinin Rus-Türk sərhədlərində topoqrafik çəkilişə rəhbərlik edir və Bosforun hərbi xəritəsini hazırlayır.
1912–1913-cü illərdə Rus-İran hökumətinin danışıqlarına əsasən polkovnik İ. Vəkilov Cənubi Azərbaycanın Təbriz, Urmiya və Xoy şəhərlərində keçirilən topoqrafik çəkilişlərə də başçılıq edir. Birinci Dünya müharibəsi illərində döyüşən ordu qərargahında fəaliyyət göstərən polkovnik İbrahim ağa Vəkilov 1917-ci il inqilabından sonra Tiflisə qayıdır. Onun xidmətləri Stanislav, Anna və dördüncü dərəcəli Vladimir ordenlərinə layiq görülür.
Cümhuriyyət dövründə
İbrahim ağa Vəkilov Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə şəxsiyyətdir. Bir müddət Tiflisdə Zaqafqaziya Federasiyasında və Zaqafqaziya Xeyriyyə Cəmiyyətinin sədri vəzifəsində çalışan İbrahim ağa sonralar Bakıda və Gəncədə fəaliyyət göstərir. 1918-ci ildə o, Azərbaycan Milli Ordusunun təşkilində fəal çalışanlardan olmuşdur. Bundan əvvəl Azərbaycan hökuməti onu Qazax qəzasına kənd və şəhər şuraların seçkilərinə rəhbərlik etməyə göndərmişdi. Vəkilovun nüfuzu yeni yaranan Azərbaycan Demokrat Cümhuriyyətinin bölgədə dərinləşməsinə güclü təkan vermişdi. 1918-ci il iyunun 23-də Respublika Daxili işlər nazirinin əmrilə polkovnik İbrahim ağa Vəkilov Gəncənin general-qubernatoru təyin olunur. Goran mahalında və ayrı-ayrı kəndlərdə sığınacaq tapmış daşnak tör-töküntülərinə divan tutan qubernator onları tərksilah etmişdi. Onun daxili işlər nazirinə göndərdiyi 1919-cu il 23 mart tarixli məlumatında bildirirdi ki, Gəncə qəzasında daşnak irticasının və xarici müdaxiləçilərin törətdiyi fitnəfəsadlar aşkar edilmişdir. Yerli bolşeviklərlə birləşən ermənilər, müsəlmanlar arasında qırğın törətmək istərkən yaxalanmışlar. Onların başçısı qolçomaq Cümşüd Voskanov həbs edilmişdir. 1919-cu ilin martında Novruz bayramı münasibətilə Milli Ordunun paradı keçirilirdi. Respublika hərbiyyə naziri Səməd bəy Mehmandarov və bir qrup parlament üzvü parad-nümayişdə iştirak etmək üçün Gəncəyə gəlmişdi. Gəncə qarnizonundakı səliqə-sahmana və nümunəvi qayda-qanuna görə hərbiyyə naziri İbrahim ağa Vəkilova səmimi təşəkkürünü bildirmişdi.
Azərbaycan hökumətinin 1919-cu il 30 mart tarixli qərarı ilə uzun illər ordudakı nümunəvi xidmətinə görə İbrahim ağa Paşa ağa oğlu Vəkilova general-mayor rütbəsi verilmişdi.
6 may 1919-cu il tarixində general-mayor İbrahim ağa Vəkilov hökumətin 248 nömrəli əmri ilə Baş Qərargahda hərbi topoqrafiya şöbəsinin rəisi təyin olunmuşdu.
Hərbi bayrağın tərtibi
1919-cu ilin dekabr ayında ilk hərbi bayrağımızın təsdiq olunması haqqında Baş Qərargah İdarəsi qərar verdi. Bayrağın yaradıcısı hərbi topoqrafiya şöbəsinin rəisi general-mayor İbrahim ağa Vəkilov idi. İpək sapla işlənmiş bayrağın bir üzündə əski əlifba ilə "Azərbaycan", o biri üzündə isə Müqəddəs Qurandan: "Allahdan kömək və qələbə yaxındadır" ayəsi yazılmışdı. Baş Qərargah İdarəsinin verdiyi beş saylı qərarda göstərilir ki, süvari, piyada alaylarında, əlahiddə tabor və hərbi məktəblər üçün vahid formada bayrağın yaradıldığı elan olunur.
Mirzə Cəlil ilə birgə
Hələ əsrin əvvəllərində Tiflis ədəbi mühitində yaxından iştirak edən İbrahim ağa Vəkilov böyük dramaturqumuz Cəlil Məmmədquluzadə ilə dostlaşmışdı. Onların ikisi də xalqımızın nicatı üçün birgə çalışırdı. Bu fakta Mirzə Cəlilin həyat yoldaşı Həmidə xanımın "Mirzə Cəlil haqqında xatirələrim" kitabında da rast gəlmək olar. Həmidə xanım yazır: "1907-ci ildə Qarabağda çəyirtkə və aclıq gözlənirdi… Tiflisdə Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri İbrahim ağa Vəkilov, katibi Mirzə Cəlil bizim rayonun qaldığı çıxılmaz vəziyyətdən xəbər tutduqda zərərçəkənlərə paylamaq üçün poçt ilə mənim adıma altı yüz manat pul göndərmişdi". Polkovnik İbrahim ağa Vəkilov 1906-cı ilin yanvarın səkkizində Qafqaz kənd təsərrüfatı cəmiyyətinin zalında Müsəlman Xeyriyyə Cəmiyyətinin ilk sədri seçilir. Azərbaycanın qabaqcıl ziyalıları polkovnik İbrahim ağa Vəkilovu səsə qoyulmadan xeyriyyə cəmiyyətinin idarə heyətinə sədr təyin edirlər. Cəmiyyətin katibi Cəlil Məmmədquluzadə, üzvlüyə namizədlər isə Əlimərdan bəy Topçubaşov, Səməd ağa Qayıbov, Osman bəy Müftizadə, Rəşid bəy İsmayılov, İmadəddin Sübhanqulov, Kamal əfəndi Ünsizadə, Məmmədhəsən İmanov, Adil-Girey Daidbəyov, Əbdürrəhman bəy Əfəndiyev və başqaları seçilir.
Molla Nəsrəddin jurnalında
1909-cu il martın 22-də çap olunan "Molla Nəsrəddin" jurnalının on ikinci sayında Mirzə Cəlillə general İbrahim ağa Vəkilovun birgə fəaliyyəti haqqında yazılmışdır. Həmin sayda İbrahim ağa haqda iki dostluq şarjı verilib. Birinci şarjda küçədə İbrahim ağaya rast gələn ziyalı müsəlmanların hamısı ona baş əyir, xoş təbəssümlə təzim edirlər. Onlar deyirlər ki, sən Xeyriyyə Cəmiyyətini təşkil et, biz sənə maddi cəhətdən kömək göstərəcəyik. İzof Rotterin məharətlə çəkdiyi bu şəklin altında belə yazılmışdır: "İbrahim ağa Vəkilov Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri seçilməmişdən əvvəl". İkinci şarjda isə İbrahim ağa küçənin ortasında tək dayanıb. Ondan baş götürüb qaçan ziyalı müsəlmanlara baxıb, acı-acı gülümsəyərək, "Bunlara nə oldu?" – deyir. Bu "ziyalı" müsəlmanların kimisi qaçır, kimisi də gizlicə tindən, dalandan qorxa-qorxa İbrahim ağaya baxır. Hərbi formalı İbrahim ağanın küçədə əlləri təəccüblə açıq qalmış şəkli paylaşılmışdır. Şəklin altında isə yazılmışdır: "Xeyriyyə Cəmiyyətinin sədri seçiləndən sonra".
Topoqraf kimi
İbrahim ağa Vəkilov Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə şəxsiyyətdir. Əsrin əvvələrində İbrahim ağa bir topoqraf kimi çox məşhur olub. Podpolkovnik İbrahim ağa Vəkilovun rəhbərlik etdiyi dördüncü bölmə Qars qalası rayonunun yarımverstlik miqyası (məsafədən) çəkilişini davam etdirmək tapşırığını almışdı. İndiyə kimi çəkiliş şöbə tərəfindən əla aparılmışdı. Podpolkovnik İ. Vəkilovun coğrafi çəkiliş şöbəsində kollec assesoru Baqdanov, podyesaul Borisenko, podporuçik Bekleşov və üç torpaq ölçən iştirak etmişdir.
İlk coğrafi xəritə
1920-ci ildə Azərbaycanın ilk coğrafi xəritəsinin müəllifi və respublikamızda topoqrafiya məktəbinin yaradıcısı da general-mayor İbrahim ağa Vəkilov olmuşdur. O, 1918-ci il mayın 28-də Azərbaycanın istiqlalını bəyan etmiş Milli Şuranın üzvü idi. 1922-ci il dekabrın 3-də Xalq Komissarlığının və Hərbi Dəniz Donanmasının əmrində yazılmışdır: "Hərbi topoqrafiya şöbəsinin rəisi İbrahim ağa Vəkilov yoldaş hərbi topoqrafiya kurslarının təşkili və rəhbərliyi sayəsində misilsiz xidmətlərinə, eləcə də yeni topoqrafların yetişdirilməsinə səmimi vicdanla yanaşmasına görə, topoqrafçıların birinci buraxılışının təntənəsi günü, ümumi iclasın qərarlarına əsasən hərbi topoqrafiya kurslarının fəxri kursantı seçilmişdir.’’
Sovet dövründəki elmi-tədqiqi
- Topoqrafiya kurslarının fəxri kursantı seçilmişdir. (Hərbi idarə üzrə 3 dekabr 1922-ci il 373a nömrəli əmrin surətinə əsasən)
- Azərbaycan SSR Xalq Torpaq Komissarlığının Mərkəzi İcra Komitəsinə 8 may 1929-cu il 2406 nömrəli məlumatını hazırlamışdır
- Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 23 noyabr 1922-ci il tarixli jurnal qərarının çıxarışını yazmışdır.
- Azərbaycan Hərbi Komissarlığının 1923-cü il 8 may tarixli 1347 nömrəli vəsiqəsini tərtib etmişdir.
- Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1922-ci il 1 aprel tarixli qətnaməsinin çıxarışını yazmışdır.
- Köçərilər haqqında məqaləm "Azərbaycanı Tədqiq Edən və Öyrənən Cəmiyyətin Xəbərləri" jurnalının üçüncü nömrəsində dərc edilmişdir.
- "Yeni kənd" jurnalında Ağamalı oğlu adına Torpaq Ölçmə Texnikumunun yaradıcısı kimi İbrahim ağa Vəkilovun fotoşəkli verilmişdir.
- T. Q. Sultanovun "Naxçıvan Diyarı və onun iqtisadiyyatı" kitabı İbrahim ağanın tərtib etdiyi xəritə ilə birlikdə nəşr olunmuşdur.
- Azərbaycanın, bütün Qafqazın, Avropanın, Asiyanın, Amerikanın (Şimali və Cənubi), Türk xalqlarının Asiya və Avropada məskunlaşmasının xəritələrini tərtib etmişdir.
Mükafatları
Qırx ilə yaxın hərbi topoqraf kimi fəaliyyət göstərən İbrahim ağa Vəkilovun xidmətləri bir sıra orden və medallarla qiymətləndirilib:
- Müqəddəs Anna ordeni (üçüncü dərəcə, 1886)
- İranın "Şire-Xorşid" ordenilə (1888)
- Müqəddəs Stanislav ordeni (ikinci dərəcə, 1894)
- Müqəddəs Anna ordeni (ikinci dərəcə, 1897)
- Müqəddəs Vladimir ordeni (dördüncü dərəcə, 1903)
Mənbə
Ədəbiyyat
- Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.
- "Rus imperatorluğunun coğrafi birliyinin Qafqaz şöbəsi xəbərləri". XV cild. Tiflis 1902. s.258
- "Azərbaycan generalları" Kataloq. — Bakı, "Elm", 2005, 190 səh.
İstinadlar
- "Ali təhsil tariximizdən". 2022-03-25 tarixində . İstifadə tarixi: 2018-04-24.
- Şəmistan Nəzirli general Əli ağa Şixlinski və silahdaşları hərb tarixindən araşdırmalar
- "Lev Tolstoyun azərbaycanlı generalın arvadına gizli məktubu". 2019-05-11 tarixində . İstifadə tarixi: 2018-05-18.
- Qanunverici aktlar, 1998. səh. 491
- Qanunverici aktlar, 1998. səh. 533
Xarici keçidlər
- İbrahim ağa Vəkilov
- İlk azərbaycanlı hərbi topoqraf — İbrahim ağa Vəkilov
- Topoqraf — general İbrahim ağa Vəkilov
- İbrahim ağa Paşa ağa oğlu Vəkilov — ilk Azərbaycanlı Hərbi Topoqrafiya Generalı
- Gəncə qubernatoru İbrahim ağa Vəkilovun Daxili İşlər nazirinə məktubu — Ermənilər Böyük Britaniyanın nümayəndələri tərəfindən dəstəklənirlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ibrahim aga Vekilov Ibrahim aga Pasa aga oglu Vekilov 16 oktyabr 1853 Salahli Yelizavetpol qezasi Tiflis quberniyasi Rusiya imperiyasi 12 fevral 1934 Baki Azerbaycan SSR ZSFSR SSRI Topoqrafiya uzre ilk azerbaycanli mutexessis general mayor Qafqazda herbi topoqrafiya uzre general mayor rutbesine layiq gorulmus yegane sexsiyyet Bas Qerargahda herbi topoqrafiya sobesinin reisi ilk herbi bayragimizin tertibcisi 1920 ci ilde Azerbaycanin ilk cografi xeritesinin muellifi ve respublikamizda topoqrafiya mektebinin yaradicisi olmusdur Muqeddes Anna ordeninin ucuncu derecesile 1886 Iranin Sire Xorsid ordenile 1888 Muqeddes Stanislav ordeninin ikinci derecesile 1894 Muqeddes Anna ordeninin ikinci derecesile 1897 Muqeddes Vladimir ordenin dorduncu derecesile 1903 qiymetlendirilib oglu Qalib bey Vekilov Faris bey Vekilov atasidir Ibrahim aga VekilovGence quberniyasinin general qubernatoru23 iyun 1918 6 may 1920Evvelkivezife tesis edildiSonrakiXudadat bey RefibeyliSexsi melumatlarDogum tarixi 16 oktyabr 1853 1853 10 16 Dogum yeri Salahli Yelizavetpol qezasi Tiflis quberniyasi Rusiya imperiyasiVefat tarixi 12 fevral 1934 1934 02 12 80 yasinda Vefat yeri Baki Azerbaycan SSR ZSFSR SSRIVetendasligi Rusiya Imperiyasi AXC SSRIUsaqlari Qalib bey Vekilov Faris bey VekilovHerbi xidmetMensubiyyeti general mayorDoyusler Birinci Dunya muharibesiRutbesi general mayorTeltifleri Vikianbarda elaqeli mediafayllarHeyatiIbrahim aga Vekilov 1853 cu il mayin 7 de kecmis Yelizavetpol quberniyasi Qazax qezasinin Qirax Salahli kendinde anadan olur Azerbaycan Dovlet Tarix Muzeyinin Elmi Arxivinde saxlanilan elli alti nomreli qovluqda Ibrahim aga Vekilovun 1866 ci il sentyabrin 6 da Tiflisdeki ucuncu Mejavoy Herbi gimnaziyasina daxil oldugu gosterilir Orta mekteb hecminde tehsil veren bu mektebde doqquz il oxuduqdan sonra hemyerlisi Mirze Huseyn efendi Qayibzadenin meslehetile Ibrahim Peterburqdaki herbi topoqrafiya mektebine daxil olur 1879 cu ilde Ibrahim aga Vekilov hemin mektebi muveffeqiyyetle bitirib praporsik rutbesi alir Qulluq ucun Tiflise gonderilen genc zabit bir muddet Qafqaz herbi dairesinin topoqrafiya qerargahi sobesinde calisir 1934 cu ilde 2 iyun tarixinde Ibrahim aga Vekilov vefat etmisdir AilesiIbrahim aga Vekilov 11 yasinda atasini itirmisdi atasi Pasa aga 1864 cu ilde vefat etmisdir On neferlik aileni guc bela ile saxlayan anasi Tukezban xanim Yusif aga qizi Ibrahimin fehmi feraseti ile daha cox oyunur qurrelenirdi Ibrahim aga rus memurunun qizi Yelena Yefimova ile esq yasayirdi Aralarinda qarsiliqli munasibet olmasina baxmayaraq ailesi dinini deyisdirmeceyi teqdirde qizin muselman oglanla evlenmesine icaze vermirdi Hetta Yelenaya muselmanla evleneceyi halda onu ovladliqdan uzaqlasdiracagini bildirmisdiler Lakin sevgi qalib gelir Yelena 1884 cu ilde Vekilovla birge Turkustana gedir orda qeyri qanuni de olsa evlenirler 1891 ci ilde ise Ibrahim beyi gozlenilmeden Rusiyaya herbi attase qisminde ezam edirler Bu zaman onlarin boyuk oglu Borisin 7 Qlebin ise 6 yasi var idi Mayor rutbesinde olan Vekilov nikahlarinin resmi olaraq taninmasi ucun cara III Aleksandra muraciet edir Ibrahim Vekilovun xaricde ve olke daxilinde gorduyu xidmetler nezere alinaraq xahisi qebul olunur Ovladlari Ibrahim aga aile uzvleri ile ayaq uste duran qardasi oglu Pasa agadir 1884 cu ilde Yelena ve Ibrahim aganin ilk oglan ovladlari olan Boris dunyaya gelir 1885 ci ilde ise ikinci oglanlari Qleb dunyaya gelir Daha sonralar ise Reyhan xanim Vekilova adli qiz ovladlari olur Ibrahim bey Vekilovun oglanlari onun tesiri ile cox yaxsi terbiye almis ve maarifcilik dunyagorusu ile maksimal derecede temin edilmisdiler Onlar vetene Azerbayacana cox bagli idiler Her ikisi dinlerini deyisib muselman cemiyyetine yaxinlasmaq fikrine dusduler Vekilovlarin ovladlari oz eqidelerine sonadek sadiq qaldilar Islami qebul edib adlarini deyisdiler Boris ozune Faris Qleb ise Qalib adini goturur Boyuk oglu muhendis olmaqla yanasi Azerbaycan maarifci cemiyyetinin uzvu olur atasinin yolunu davam etdiren Qalib ise ele onun sagliginda rus ordusunun polkovniki rutbesine yukselir Sonradan repressiya Vekilovlar ailesinde yan kecmir Atalarinin yolunu davam etdiren Vekilov qardaslari Sovet dovrunde de oz xidmetlerini esirgemediler Amma bu da onlari xilas etmedi 1930 cu illerde bas veren kutlevi repressiyalar onlardan da yan otmedi 1937 ci ilde her ikisi hebs edildi Qalib ele hemin il gullelendi Evvelce Mordoviyaya sonra ise Karaqandaya surgun edilen Faris ise 1956 ci ilde Bakiya dondu FealiyyetiXidmetinin ilk illerinde Dagistanda topoqrafik cekilislerle mesgul olan Ibrahim aga Vekilov 1883 cu ilde Rus Iran komissiyasinin terkibinde Xezer denizinden Efqanistana qeder olan serhedlerin deqiqlesdirilmesinde istirak edir Bele bir ciddi isi vaxtindan evvel iki ile muveffeqiyyetle yerine yetirdiyine gore Ibrahim aga Vekilovun xidmeti Iran hokumetinin en yuksek Sire Xursid ordenine layiq gorulur Bes il Qafqaz herbi dairesinin topoqrafiya sobesine rehberlik eden Ibrahim aga Qafqazin ve Krimin muxtelif rayonlarinda topoqrafik cekilislerle mesgul olur 1891 ci ilde Turkiyeye ezam olunan Ibrahim aga Vekilov dord il rus sefirliyinde yasayaraq xususi tapsirigi yerine yetirir Mayor rutbesinde yeniden Qafqaz herbi dairesinde muhum isler icracisi isleyir 1901 ci ilden sobe reisi podpolkovnik Ibrahim aga Vekilov Qars vilayetinin Rus Turk serhedlerinde topoqrafik cekilise rehberlik edir ve Bosforun herbi xeritesini hazirlayir 1912 1913 cu illerde Rus Iran hokumetinin danisiqlarina esasen polkovnik I Vekilov Cenubi Azerbaycanin Tebriz Urmiya ve Xoy seherlerinde kecirilen topoqrafik cekilislere de basciliq edir Birinci Dunya muharibesi illerinde doyusen ordu qerargahinda fealiyyet gosteren polkovnik Ibrahim aga Vekilov 1917 ci il inqilabindan sonra Tiflise qayidir Onun xidmetleri Stanislav Anna ve dorduncu dereceli Vladimir ordenlerine layiq gorulur Cumhuriyyet dovrunde Ibrahim aga Vekilov Ibrahim aga Vekilov Qafqazda herbi topoqrafiya uzre general mayor rutbesine layiq gorulmus yegane sexsiyyetdir Bir muddet Tiflisde Zaqafqaziya Federasiyasinda ve Zaqafqaziya Xeyriyye Cemiyyetinin sedri vezifesinde calisan Ibrahim aga sonralar Bakida ve Gencede fealiyyet gosterir 1918 ci ilde o Azerbaycan Milli Ordusunun teskilinde feal calisanlardan olmusdur Bundan evvel Azerbaycan hokumeti onu Qazax qezasina kend ve seher suralarin seckilerine rehberlik etmeye gondermisdi Vekilovun nufuzu yeni yaranan Azerbaycan Demokrat Cumhuriyyetinin bolgede derinlesmesine guclu tekan vermisdi 1918 ci il iyunun 23 de Respublika Daxili isler nazirinin emrile polkovnik Ibrahim aga Vekilov Gencenin general qubernatoru teyin olunur Goran mahalinda ve ayri ayri kendlerde siginacaq tapmis dasnak tor tokuntulerine divan tutan qubernator onlari terksilah etmisdi Onun daxili isler nazirine gonderdiyi 1919 cu il 23 mart tarixli melumatinda bildirirdi ki Gence qezasinda dasnak irticasinin ve xarici mudaxilecilerin toretdiyi fitnefesadlar askar edilmisdir Yerli bolseviklerle birlesen ermeniler muselmanlar arasinda qirgin toretmek isterken yaxalanmislar Onlarin bascisi qolcomaq Cumsud Voskanov hebs edilmisdir 1919 cu ilin martinda Novruz bayrami munasibetile Milli Ordunun paradi kecirilirdi Respublika herbiyye naziri Semed bey Mehmandarov ve bir qrup parlament uzvu parad numayisde istirak etmek ucun Genceye gelmisdi Gence qarnizonundaki seliqe sahmana ve numunevi qayda qanuna gore herbiyye naziri Ibrahim aga Vekilova semimi tesekkurunu bildirmisdi Azerbaycan hokumetinin 1919 cu il 30 mart tarixli qerari ile uzun iller ordudaki numunevi xidmetine gore Ibrahim aga Pasa aga oglu Vekilova general mayor rutbesi verilmisdi 6 may 1919 cu il tarixinde general mayor Ibrahim aga Vekilov hokumetin 248 nomreli emri ile Bas Qerargahda herbi topoqrafiya sobesinin reisi teyin olunmusdu Herbi bayragin tertibi Ibrahim aga Vekilovun Azerbaycan Milli Tarixi Muzeyinde saxlanilan sexsi xetkesi ve Rusiyanin Istanbuldaki sefirliyi terefinden hediyye olunan mermi 1919 cu ilin dekabr ayinda ilk herbi bayragimizin tesdiq olunmasi haqqinda Bas Qerargah Idaresi qerar verdi Bayragin yaradicisi herbi topoqrafiya sobesinin reisi general mayor Ibrahim aga Vekilov idi Ipek sapla islenmis bayragin bir uzunde eski elifba ile Azerbaycan o biri uzunde ise Muqeddes Qurandan Allahdan komek ve qelebe yaxindadir ayesi yazilmisdi Bas Qerargah Idaresinin verdiyi bes sayli qerarda gosterilir ki suvari piyada alaylarinda elahidde tabor ve herbi mektebler ucun vahid formada bayragin yaradildigi elan olunur Mirze Celil ile birge Hele esrin evvellerinde Tiflis edebi muhitinde yaxindan istirak eden Ibrahim aga Vekilov boyuk dramaturqumuz Celil Memmedquluzade ile dostlasmisdi Onlarin ikisi de xalqimizin nicati ucun birge calisirdi Bu fakta Mirze Celilin heyat yoldasi Hemide xanimin Mirze Celil haqqinda xatirelerim kitabinda da rast gelmek olar Hemide xanim yazir 1907 ci ilde Qarabagda ceyirtke ve acliq gozlenirdi Tiflisde Muselman Xeyriyye Cemiyyetinin sedri Ibrahim aga Vekilov katibi Mirze Celil bizim rayonun qaldigi cixilmaz veziyyetden xeber tutduqda zerercekenlere paylamaq ucun poct ile menim adima alti yuz manat pul gondermisdi Polkovnik Ibrahim aga Vekilov 1906 ci ilin yanvarin sekkizinde Qafqaz kend teserrufati cemiyyetinin zalinda Muselman Xeyriyye Cemiyyetinin ilk sedri secilir Azerbaycanin qabaqcil ziyalilari polkovnik Ibrahim aga Vekilovu sese qoyulmadan xeyriyye cemiyyetinin idare heyetine sedr teyin edirler Cemiyyetin katibi Celil Memmedquluzade uzvluye namizedler ise Elimerdan bey Topcubasov Semed aga Qayibov Osman bey Muftizade Resid bey Ismayilov Imadeddin Subhanqulov Kamal efendi Unsizade Memmedhesen Imanov Adil Girey Daidbeyov Ebdurrehman bey Efendiyev ve basqalari secilir Molla Nesreddin jurnalinda 1909 cu il martin 22 de cap olunan Molla Nesreddin jurnalinin on ikinci sayinda Mirze Celille general Ibrahim aga Vekilovun birge fealiyyeti haqqinda yazilmisdir Hemin sayda Ibrahim aga haqda iki dostluq sarji verilib Birinci sarjda kucede Ibrahim agaya rast gelen ziyali muselmanlarin hamisi ona bas eyir xos tebessumle tezim edirler Onlar deyirler ki sen Xeyriyye Cemiyyetini teskil et biz sene maddi cehetden komek gostereceyik Izof Rotterin meharetle cekdiyi bu seklin altinda bele yazilmisdir Ibrahim aga Vekilov Muselman Xeyriyye Cemiyyetinin sedri secilmemisden evvel Ikinci sarjda ise Ibrahim aga kucenin ortasinda tek dayanib Ondan bas goturub qacan ziyali muselmanlara baxib aci aci gulumseyerek Bunlara ne oldu deyir Bu ziyali muselmanlarin kimisi qacir kimisi de gizlice tinden dalandan qorxa qorxa Ibrahim agaya baxir Herbi formali Ibrahim aganin kucede elleri teeccuble aciq qalmis sekli paylasilmisdir Seklin altinda ise yazilmisdir Xeyriyye Cemiyyetinin sedri secilenden sonra Topoqraf kimi Ibrahim aga Vekilov Qafqazda herbi topoqrafiya uzre general mayor rutbesine layiq gorulmus yegane sexsiyyetdir Esrin evvelerinde Ibrahim aga bir topoqraf kimi cox meshur olub Podpolkovnik Ibrahim aga Vekilovun rehberlik etdiyi dorduncu bolme Qars qalasi rayonunun yarimverstlik miqyasi mesafeden cekilisini davam etdirmek tapsirigini almisdi Indiye kimi cekilis sobe terefinden ela aparilmisdi Podpolkovnik I Vekilovun cografi cekilis sobesinde kollec assesoru Baqdanov podyesaul Borisenko podporucik Beklesov ve uc torpaq olcen istirak etmisdir Ilk cografi xerite Azerbaycanin siyasi ve tebii xeritesi 1925 Tertib edeni topoqraf Ibrahim aga Vekilov 1920 ci ilde Azerbaycanin ilk cografi xeritesinin muellifi ve respublikamizda topoqrafiya mektebinin yaradicisi da general mayor Ibrahim aga Vekilov olmusdur O 1918 ci il mayin 28 de Azerbaycanin istiqlalini beyan etmis Milli Suranin uzvu idi 1922 ci il dekabrin 3 de Xalq Komissarliginin ve Herbi Deniz Donanmasinin emrinde yazilmisdir Herbi topoqrafiya sobesinin reisi Ibrahim aga Vekilov yoldas herbi topoqrafiya kurslarinin teskili ve rehberliyi sayesinde misilsiz xidmetlerine elece de yeni topoqraflarin yetisdirilmesine semimi vicdanla yanasmasina gore topoqrafcilarin birinci buraxilisinin tentenesi gunu umumi iclasin qerarlarina esasen herbi topoqrafiya kurslarinin fexri kursanti secilmisdir Sovet dovrundeki elmi tedqiqi Topoqrafiya kurslarinin fexri kursanti secilmisdir Herbi idare uzre 3 dekabr 1922 ci il 373a nomreli emrin suretine esasen Azerbaycan SSR Xalq Torpaq Komissarliginin Merkezi Icra Komitesine 8 may 1929 cu il 2406 nomreli melumatini hazirlamisdir Azerbaycan Merkezi Icraiyye Komitesinin 23 noyabr 1922 ci il tarixli jurnal qerarinin cixarisini yazmisdir Azerbaycan Herbi Komissarliginin 1923 cu il 8 may tarixli 1347 nomreli vesiqesini tertib etmisdir Azerbaycan SSR Merkezi Icraiyye Komitesinin 1922 ci il 1 aprel tarixli qetnamesinin cixarisini yazmisdir Koceriler haqqinda meqalem Azerbaycani Tedqiq Eden ve Oyrenen Cemiyyetin Xeberleri jurnalinin ucuncu nomresinde derc edilmisdir Yeni kend jurnalinda Agamali oglu adina Torpaq Olcme Texnikumunun yaradicisi kimi Ibrahim aga Vekilovun fotosekli verilmisdir T Q Sultanovun Naxcivan Diyari ve onun iqtisadiyyati kitabi Ibrahim aganin tertib etdiyi xerite ile birlikde nesr olunmusdur Azerbaycanin butun Qafqazin Avropanin Asiyanin Amerikanin Simali ve Cenubi Turk xalqlarinin Asiya ve Avropada meskunlasmasinin xeritelerini tertib etmisdir MukafatlariQirx ile yaxin herbi topoqraf kimi fealiyyet gosteren Ibrahim aga Vekilovun xidmetleri bir sira orden ve medallarla qiymetlendirilib Muqeddes Anna ordeni ucuncu derece 1886 Iranin Sire Xorsid ordenile 1888 Muqeddes Stanislav ordeni ikinci derece 1894 Muqeddes Anna ordeni ikinci derece 1897 Muqeddes Vladimir ordeni dorduncu derece 1903 MenbeEdebiyyat Azerbajdzhanskaya Demokraticheskaya Respublika 1918 1920 zakonodatelnye akty Azerbaycan Nesriyyati 1998 560 Rus imperatorlugunun cografi birliyinin Qafqaz sobesi xeberleri XV cild Tiflis 1902 s 258 Azerbaycan generallari Kataloq Baki Elm 2005 190 seh Istinadlar Ali tehsil tariximizden 2022 03 25 tarixinde Istifade tarixi 2018 04 24 Semistan Nezirli general Eli aga Sixlinski ve silahdaslari herb tarixinden arasdirmalar Lev Tolstoyun azerbaycanli generalin arvadina gizli mektubu 2019 05 11 tarixinde Istifade tarixi 2018 05 18 Qanunverici aktlar 1998 seh 491 Qanunverici aktlar 1998 seh 533Xarici kecidlerIbrahim aga Vekilov Ilk azerbaycanli herbi topoqraf Ibrahim aga Vekilov Topoqraf general Ibrahim aga Vekilov Ibrahim aga Pasa aga oglu Vekilov ilk Azerbaycanli Herbi Topoqrafiya Generali Gence qubernatoru Ibrahim aga Vekilovun Daxili Isler nazirine mektubu Ermeniler Boyuk Britaniyanin numayendeleri terefinden desteklenirler