Zeydilik (ərəb. زيدية) məzhəbi — İslamın Şiə məzhəbinin fiqhi məzhəblərindən biri. 4-cü imam İmam Əli ibn Hüseyn Zeynül Abidinin (ə) oğlu Zeyd ibn Əlinin davamçılarıdır. Zeydilər, 4-cü imam Zeynül Abidindən (ə) sonra Zeydi imam bilirlər. İndi də Yəmən və ətrafında zeydiyyə firqəsinə bağlı insanlar kifayət qədər sayca üstünlüyə malikdirlər.
Tarixi
Zeydilik təriqəti Zeydilik hərəkatının nəticəsində yaranmışdır. Zeyd Əməvilər tərəfindən qətlə yetirildikdən sonra onun vəfalı silah dostları və övladları Əməvi rejiminə qarşı daha da əzmkarlıqla mübarizə aparmağa başladılar. Zeydin şəhid olmasından sonra onun hərəkatını davam etdirən oğlanları Yəhya (Yəhya ibn Zeyd), İsa (İsa ibn Zeyd)və "Züddəmə" (gözüyaşlı) ləqəbli Hüseynin (Hüseyn ibn Zeyd) nəvəsi Yəhyanın (Yəhya ibn Hüseyn ibn Zeyd) və eləcə də ardıcılları İbrahimin, İmam Həsənin (ə) nəticəsi "Zunnəfsizzəkiyyə" (saf nəfs sahibi) ləqəbli Məhəmmədin (Məhəmməd ibn Abdullah ibn Həsən Mutəna ibn Həsən Müctəba) və başqalarının adlarını çəkmək olar. Məhz onların zərbələrindən sonra, onların qanları bahasına Əməvi hökuməti zəifləyib süquta uğradı. Zeyd hərəkatı uzun müddət yaşadı, gücləndi, Əməvi və Abbasi xəlifələrinə qarşı mübarizə apardı. Onlar Afrikanın şimalında - Mərakeşdə və Ərəbistan yarımadasının cənubunda - Yəməndə müstəqil və qüdrətli bir dövlət qurmağı da bacardılar. Onların hökmranlığı Yəməndə son illərədək davam etmişdir. Yəməndə zeydilərin sonuncu hakimi Seyfulislam Əl-Bədr olmuşdur. O, Abdullah əl-Səllalın çevriliş etməsindən sonra hakimiyyətdən uzaqlaşdırılmışdır.
Yaranması
İllər ötdükcə Zeydilik hərəkatı bir təriqət kimi formalaşmağa başladı. Və tədricən zeyd hərəkatı Zeydilik təriqətinə çevrilməyə başlandı. Zeyd ibn Əlinin özünün isə heç bir zaman yeni bir təriqət yaratmaq fikri olmamışdır. O sadəcə olaraq qəddar Əməvi səltənətinə qarşı üsyan etmiş və xəlifəliyin gerçək sahiblərinə - Əhli Beytə qaytarılmasını tələb etmişdir. Lakin illər keçdikcə bu hərəkata başçılıq edən, bu ad altında üsyana qalxan şəxslər şəxsi fikirlərini irəli sürmüş, müxtəlif məsələlərdə öz istədikləri kimi rəylər söyləmişlər. Onlar Zeydin adından istifadə edərək müxtəlif kitablar yazmış və ayrıca bir təriqət yaratmışlar. Bu hallar xüsusilədə onların müxtəlif ölkələrdə hakimiyyətə gəlmələrindən sonra baş vermişdir. Yəni Zeyd ibn Əlinin öldürülməsindən 170 il sonra. Tarixi mənbələrdə göstərilir ki, Zeydilik fiqhi təriqət kimi Yəhya ibn Hüseyn ər-Rəssinin bu sahədə kitab yazmasından sonra formalaşmağa başlamışdır. Bu isə hicri təqvimi ilə 298-ci (m. 911) ilə təsadüf etmişdir. Zeydilik əsasən İraqda, xüsusilə də təriqətlərin vətəni hesab edilən Bəsrədə, eləcə də Yəməndə geniş yayılmışdır. Zeydilər xalqı Zeydin imamətinə dəvət etdilər və sonralar beş firqəyə ayrıldılar: müğiyriyyə, carudiyyə, zükeriyyə, xəbəşiyyə və xülqiyyə.
Əqidə
Zeydilər əqidəcə şiə məzhəblərindən cəfəri və ismaili şiələrinə, sünni məzhəblərindən isə hənəfi məzhəbinə çox yaxındırlar. Zeydiyyə firqəsi üsulidində mötəzilə, füruidində isə dörd sünnü məzhəbindən birinin başçısı olan Əbu Hənifənin fiqhindədirlər. Onlarda da eyni ilə Cəfərilər və İsmaililərdə olduğu kimi dini hüquq və şəriət hökmləri Quran və Sünnətdən çıxarılır. Onlarla Sünnilik arasındakı əsas fərqlərdən biri də odur ki, onlar Sonuncu peyğəmbər Hz. Muhamməd (s) - dən sonra ilk xəlifənin həm peyğəmbərin vəsiyətiylə, həm də İlahi seçimlə Hz. Əlinin (ə) olduğunu iddia edirlər. Bütün bunlardan çıxan nəticələrə görə Zeydilər ; 5 İmam yolu ilə Hz. Muhamməddən (s) gələn sözləri (hədis) olaraq qəbul edirlər. 116 Ərəb İslam xəlifəsindən yalnız ikisini (IV xəlifə Hz. Əli (ə) və V xəlifə Hz. Həsən (ə)-i) haqq xəlifə olaraq qəbul edirlər. Zeydilərə görə Sonuncu Peyğəmbər (s) - dən sonrakı haqq xəlifələr Peyğəmbərin Əhli Beytindəndir. Hz. Muhamməd peyğəmbər (s), Xanım Fatimeyi Zəhra (s.ə.) və 5 imamı örnək alıb onların yolu ilə gedirlər.
Zeydi imamlar
Muhamməd Mustəfa | Peyğəmbər |
Əli ibn Əbu Talib əl Mürtəza | 1. İmam |
Həsən ibn Əli əl Müctəba | 2. İmam |
Hüseyn ibn Əli Seyidüş Şühəda | 3. İmam |
Əli ibn Hüseyn Zeynül Abidin | 4. İmam |
Zeyd ibn Əli əş-Şəhid | 5. İmam |
Zeydiliklə Cəfərilik və İsmaililik arasındakı əsas fərq isə onların 4-cü imam İmam Zeynül Abidindən sonra cəfərilər və ismaililər kimi İmam Məhəmməd Baqiri yox məhz Zeyd ibn Əlini 5-ci imam olaraq qəbul etmələridir. Bundan başqa Zeydilikdə Cəfərilikdə olduğu kimi 12 və İsmaililikdə olduğu kimi 7 imam yox, 5 imam anlayışı vardır. Zeydilər 4-cü imam İmam Zeynülabidindən sonra Zeydi 5-ci imam hesab etmələrinin səbəbini müxtəlif cür izah edirlər. Onlara görə :
"Evində oturub xalqdan uzaq düşən şəxs, imam deyildir. İmam, alim, saleh, baxış sahibi olan və qılıncla qiyam edən hər Fatimi olan şəxsdir"
Yəni hər alim, zahid və cəsur olan Fatimi-Ələvi (yəni Hz. Əli (ə) ilə Hz. Fatimənin (ə) oğlu) qılıncla qiyam edib xalqı özünə tərəf dəvət edərsə, o, İmamdır. Çünki Zeyd, Əməvi xəlifəsi Hişam ibn Əbdülməlikin xilafəti zamanında bəni-Üməyyənin zülm və təcavüzü nəticəsində Kufədə qiyam etdi. Və sonda öldürüldü. Zeydilər məhz Onu 5-ci imam qəbul edib, Ona bağlı olmağı özlərinə vacib bilirlər. Onlara görə Zeydin məqamı, bu növ sözlərin ona istinad edilməsindən daha da ucadır.
Qurumlar
IX yüzillikdə Zeydin nəslindən olan Nasir Xorasanda qiyam etdi və yerli hökumət tərəfindən təqib olunduğuna görə oradan qaçıb, hələ də əhalisi İslamı qəbul etməyən Mazandarana getdi. O, 13 illik təbliğ və dəvətdən sonra bir çoxlarını müsəlman etdi, onları zeydiyyə məzhəbinə inandırdı və onların köməyi ilə də 864-cü ildə Şimali Qafqazda - Təbəristanı ələ keçirib ilk Zeydi dövlət qurumunu qurdu. Bu dövlətin varlığına qısa bir müddətdən sonra 928-ci ildə Samanilər dövləti tərəfindən son qoyulmuşdur. Daha sonra həmin zeydi qrup tərəfindən 968-ci ildə Xəzər dənizinin cənubunda Gilanda yeni bir dövlət yaradılmış və həmin dövlət də XI yüzilliyə qədər mövcud olmuşdur. Zeydilər Yəməndə hakim dini qrupdur və Zeydi liderlər idarə etdikləri camaat tərəfindən xəlifə olaraq qəbul edilirlər. Belə ki, Yəhya ibn Hüseyn ibn Qasim ər-Rəssini Məhəmməd peyğəmbərin (s) nəvəsi olan haqq bir xəlifə olaraq qəbul edirlər. Bu sistem 1962-ci il Yəmən hərbi çevrilişinə qədər davam etmişdir. 2011-ci ildən yenidən baş qaldıran Zeydilər Yəmən diktatoru Əli Abdullah Salehin istefa verərək hakimiyyətdən salınmasına nail olmuşlar.
İstinadlar
Ədəbiyyat
- "Cəmiyyət və Din" qəzeti - Aydın Əlizadə
- "Haqqın nuru" qəzeti, №29(29), 1-7 oktyabr 2010, səh. 4 - Allahşükür Mehdiyev
- "Haqqın nuru" qəzeti, №30(30) ,8-14 oktyabr 2010, səh. 4 - Allahşükür Mehdiyev
- Əllamə Təbətəbai, "İslamda Şiəlik", Bakı, "Nur" Mədəniyyət Mərkəzi, 2002, səh. 77-78.
- Məhəmməd Əbdülkərim Şəhristani, “Miləl və nihəl” ("Millətlər və İnanclar").
- İbni Əsir, “əl Kamil fit Tarix”.
- İmam Məsudi, «Mürucuz Zəhəb», ΙΙ cild.
- Əllamə Məqrizi, «Ən-niza vət-təhasum fima beynə Bəni-Haşim və Bəni-Üməyyə».
- İbni Əbil Hədid Əbdülhəmid Mötəzili, «Şərhi Nəhcül Bəlağə».
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Zeydilik ereb زيدية mezhebi Islamin Sie mezhebinin fiqhi mezheblerinden biri 4 cu imam Imam Eli ibn Huseyn Zeynul Abidinin e oglu Zeyd ibn Elinin davamcilaridir Zeydiler 4 cu imam Zeynul Abidinden e sonra Zeydi imam bilirler Indi de Yemen ve etrafinda zeydiyye firqesine bagli insanlar kifayet qeder sayca ustunluye malikdirler Islam Mezheblerinin numayendeleriTarixiIslam Islam TarixiImanin sertleriTovhid Melekler Kitablar Peygemberler Mead Axiret Qeza ve TalehIslamin bes sertiKelmeyi sehadet Namaz Oruc Hecc ZekatEseriler Maturidiler Qederiler Motezililer Cebriler Murciler Cehmiyye Musebbihiler SelefilerFiqh mezhebleriSunniler Henefiler Malikiler Safiiler Henbeliler Yox olmus mezhebler Zahiriler Auzailer Leysiler Sevriler Ceririler Sieler Imamiler Ceferiler Exbariler Usuliler Seyxiler Eleviler Ensariler Qizilbaslar Zeydiler Ismaililer Qermetiler Xasxasiler Fethiler Xettabiler Vaqifiyye Rafiziler Batiniler Qeysaniler Xurremiler Bazigiyye Qurabiyye Xariciler Muhakkime Ecrediler Meymuniler Seelebiler Ezraqiler Beyhesiler Ibadiler Necdatiler SufrilerHemcinin baxSufiler Yesevilik Neqsibendilik Suhreverdilik Xelvetilik Sefevilik Bayramilik Bektasilik Celvetilik Cerrahilik Cistiyye Ehqaqiye Gulsenilik Hurufilik Kubravilik Melametilik Movlevilik Nemetullahiyye Noqtevilik Qelenderilik Qadiriyye Rahmaniyye Rifailik Rovseniler Senusiler Saziliyye Zahidiyye Nuseyriler Druzlar Islam felsefesi Zeydilik teriqeti Zeydilik herekatinin neticesinde yaranmisdir Zeyd Emeviler terefinden qetle yetirildikden sonra onun vefali silah dostlari ve ovladlari Emevi rejimine qarsi daha da ezmkarliqla mubarize aparmaga basladilar Zeydin sehid olmasindan sonra onun herekatini davam etdiren oglanlari Yehya Yehya ibn Zeyd Isa Isa ibn Zeyd ve Zuddeme gozuyasli leqebli Huseynin Huseyn ibn Zeyd nevesi Yehyanin Yehya ibn Huseyn ibn Zeyd ve elece de ardicillari Ibrahimin Imam Hesenin e neticesi Zunnefsizzekiyye saf nefs sahibi leqebli Mehemmedin Mehemmed ibn Abdullah ibn Hesen Mutena ibn Hesen Mucteba ve basqalarinin adlarini cekmek olar Mehz onlarin zerbelerinden sonra onlarin qanlari bahasina Emevi hokumeti zeifleyib suquta ugradi Zeyd herekati uzun muddet yasadi guclendi Emevi ve Abbasi xelifelerine qarsi mubarize apardi Onlar Afrikanin simalinda Merakesde ve Erebistan yarimadasinin cenubunda Yemende musteqil ve qudretli bir dovlet qurmagi da bacardilar Onlarin hokmranligi Yemende son illeredek davam etmisdir Yemende zeydilerin sonuncu hakimi Seyfulislam El Bedr olmusdur O Abdullah el Sellalin cevrilis etmesinden sonra hakimiyyetden uzaqlasdirilmisdir Yaranmasi Iller otdukce Zeydilik herekati bir teriqet kimi formalasmaga basladi Ve tedricen zeyd herekati Zeydilik teriqetine cevrilmeye baslandi Zeyd ibn Elinin ozunun ise hec bir zaman yeni bir teriqet yaratmaq fikri olmamisdir O sadece olaraq qeddar Emevi seltenetine qarsi usyan etmis ve xelifeliyin gercek sahiblerine Ehli Beyte qaytarilmasini teleb etmisdir Lakin iller kecdikce bu herekata basciliq eden bu ad altinda usyana qalxan sexsler sexsi fikirlerini ireli surmus muxtelif meselelerde oz istedikleri kimi reyler soylemisler Onlar Zeydin adindan istifade ederek muxtelif kitablar yazmis ve ayrica bir teriqet yaratmislar Bu hallar xususilede onlarin muxtelif olkelerde hakimiyyete gelmelerinden sonra bas vermisdir Yeni Zeyd ibn Elinin oldurulmesinden 170 il sonra Tarixi menbelerde gosterilir ki Zeydilik fiqhi teriqet kimi Yehya ibn Huseyn er Ressinin bu sahede kitab yazmasindan sonra formalasmaga baslamisdir Bu ise hicri teqvimi ile 298 ci m 911 ile tesaduf etmisdir Zeydilik esasen Iraqda xususile de teriqetlerin veteni hesab edilen Besrede elece de Yemende genis yayilmisdir Zeydiler xalqi Zeydin imametine devet etdiler ve sonralar bes firqeye ayrildilar mugiyriyye carudiyye zukeriyye xebesiyye ve xulqiyye EqideZeydiler eqidece sie mezheblerinden ceferi ve ismaili sielerine sunni mezheblerinden ise henefi mezhebine cox yaxindirlar Zeydiyye firqesi usulidinde motezile furuidinde ise dord sunnu mezhebinden birinin bascisi olan Ebu Henifenin fiqhindedirler Onlarda da eyni ile Ceferiler ve Ismaililerde oldugu kimi dini huquq ve seriet hokmleri Quran ve Sunnetden cixarilir Onlarla Sunnilik arasindaki esas ferqlerden biri de odur ki onlar Sonuncu peygember Hz Muhammed s den sonra ilk xelifenin hem peygemberin vesiyetiyle hem de Ilahi secimle Hz Elinin e oldugunu iddia edirler Butun bunlardan cixan neticelere gore Zeydiler 5 Imam yolu ile Hz Muhammedden s gelen sozleri hedis olaraq qebul edirler 116 Ereb Islam xelifesinden yalniz ikisini IV xelife Hz Eli e ve V xelife Hz Hesen e i haqq xelife olaraq qebul edirler Zeydilere gore Sonuncu Peygember s den sonraki haqq xelifeler Peygemberin Ehli Beytindendir Hz Muhammed peygember s Xanim Fatimeyi Zehra s e ve 5 imami ornek alib onlarin yolu ile gedirler Zeydi imamlarMuhammed Mustefa PeygemberEli ibn Ebu Talib el Murteza 1 ImamHesen ibn Eli el Mucteba 2 ImamHuseyn ibn Eli Seyidus Suheda 3 ImamEli ibn Huseyn Zeynul Abidin 4 ImamZeyd ibn Eli es Sehid 5 Imam Zeydilikle Ceferilik ve Ismaililik arasindaki esas ferq ise onlarin 4 cu imam Imam Zeynul Abidinden sonra ceferiler ve ismaililer kimi Imam Mehemmed Baqiri yox mehz Zeyd ibn Elini 5 ci imam olaraq qebul etmeleridir Bundan basqa Zeydilikde Ceferilikde oldugu kimi 12 ve Ismaililikde oldugu kimi 7 imam yox 5 imam anlayisi vardir Zeydiler 4 cu imam Imam Zeynulabidinden sonra Zeydi 5 ci imam hesab etmelerinin sebebini muxtelif cur izah edirler Onlara gore Evinde oturub xalqdan uzaq dusen sexs imam deyildir Imam alim saleh baxis sahibi olan ve qilincla qiyam eden her Fatimi olan sexsdir Yeni her alim zahid ve cesur olan Fatimi Elevi yeni Hz Eli e ile Hz Fatimenin e oglu qilincla qiyam edib xalqi ozune teref devet ederse o Imamdir Cunki Zeyd Emevi xelifesi Hisam ibn Ebdulmelikin xilafeti zamaninda beni Umeyyenin zulm ve tecavuzu neticesinde Kufede qiyam etdi Ve sonda olduruldu Zeydiler mehz Onu 5 ci imam qebul edib Ona bagli olmagi ozlerine vacib bilirler Onlara gore Zeydin meqami bu nov sozlerin ona istinad edilmesinden daha da ucadir QurumlarIX yuzillikde Zeydin neslinden olan Nasir Xorasanda qiyam etdi ve yerli hokumet terefinden teqib olunduguna gore oradan qacib hele de ehalisi Islami qebul etmeyen Mazandarana getdi O 13 illik teblig ve devetden sonra bir coxlarini muselman etdi onlari zeydiyye mezhebine inandirdi ve onlarin komeyi ile de 864 cu ilde Simali Qafqazda Teberistani ele kecirib ilk Zeydi dovlet qurumunu qurdu Bu dovletin varligina qisa bir muddetden sonra 928 ci ilde Samaniler dovleti terefinden son qoyulmusdur Daha sonra hemin zeydi qrup terefinden 968 ci ilde Xezer denizinin cenubunda Gilanda yeni bir dovlet yaradilmis ve hemin dovlet de XI yuzilliye qeder movcud olmusdur Zeydiler Yemende hakim dini qrupdur ve Zeydi liderler idare etdikleri camaat terefinden xelife olaraq qebul edilirler Bele ki Yehya ibn Huseyn ibn Qasim er Ressini Mehemmed peygemberin s nevesi olan haqq bir xelife olaraq qebul edirler Bu sistem 1962 ci il Yemen herbi cevrilisine qeder davam etmisdir 2011 ci ilden yeniden bas qaldiran Zeydiler Yemen diktatoru Eli Abdullah Salehin istefa vererek hakimiyyetden salinmasina nail olmuslar IstinadlarEdebiyyat Cemiyyet ve Din qezeti Aydin Elizade Haqqin nuru qezeti 29 29 1 7 oktyabr 2010 seh 4 Allahsukur Mehdiyev Haqqin nuru qezeti 30 30 8 14 oktyabr 2010 seh 4 Allahsukur Mehdiyev Ellame Tebetebai Islamda Sielik Baki Nur Medeniyyet Merkezi 2002 seh 77 78 Mehemmed Ebdulkerim Sehristani Milel ve nihel Milletler ve Inanclar Ibni Esir el Kamil fit Tarix Imam Mesudi Murucuz Zeheb II cild Ellame Meqrizi En niza vet tehasum fima beyne Beni Hasim ve Beni Umeyye Ibni Ebil Hedid Ebdulhemid Motezili Serhi Nehcul Belage