Zəkat — (ərəbcə: زكاة, çoxaltma, təmizlik) – müsəlmanların verdiyi, Quranda buyurulmuş, toplanma qaydası və həcmi şəriət qanunları ilə müəyyənləşdirilmiş dini vergi. Yəni, bir şəxsə ildə bir dəfə, olan zəkatını ver" deyildiyində – malını təmizlə – deyilir. Zəkat verməyən bir şəxs malının bərəkətini görmədiyi kimi, əzaba düçar olar. Zəkat islamın beş biri hesab olunur (xristianlıqda buna bənzər vergi desyatindir). Nəzəri cəhətdən bu vergi icmanın ehtiyaclarına sərf olunur və yoxsul müsəlmanlar arasında bölüşdürülür. İldə bir dəfə bəzi şeylər üçün təyin edilmiş zəkat, müəyyən müddətdə (hicri təqvimi ilə) verilir. Zəkatı, zəkat vacib olan şəxs ödəyir. () ailənin hər bir üzvündən ramazan ayında, orucluq tamam olan gün verdiyi zəkat növüdür və günlərində sədəqə kimi paylanır. Vergilərin hər ikisi ancaq imkanlı müsəlmanlardan tutulur. Zəkatın adi məbləği illik gəlirin 2,5 faizini təşkil edir, lakin müsəlman arasında zəkatın məbləği və vergi tutulmalı olan əmlakın növləri məsələsində fikir ayrılığı var. []
Zəkat vermək vacib olan şəxslər
Zəkat 6 şərtə sahib olan şəxsə vacibdir: 1. Müsəlman olmalı; 2. Ağıllı olmalı; 3. Baliğ () olmalı; 4. Azad olmalı; 5. olmalı" 6. malik olan (yəni, bir il özünə çatacaq qədər malı olduğunda zəkatını verməlidir). Zəkatın mənası, varlı müsəlmanların malının 1/40-ni kasıb müsəlmanlara verməsi deməkdir. Zəkatın adi məbləği illik gəlirin 2,5 faizini təşkil edir.
Zəkatın hesablanması
Malın nisab miqdarına çatması vacibdir. Nisab Şəriətin bəlli etdiyi miqdar sərvətdir. İnsan bu miqdar sərvətə sahib olduqda ona zəkat vacib olur. Şəriət malın zəkat veriləcək vəziyyətə çatması üçün müəyyən miqdar təyin etmişdir. Qızılın nisab miqdarı 20 misqaldır (yəni 72 vəya 96 qramm). Gümüşün nisab miqdarı 642–700 qramdır. Pulun nisabına gəldikdə 1 qram qızıl misal üçün 20,7 (ABŞ dolları) qiymətində götürülərsə 72 qram qızıl pula çevrildikdə 1490,4 (ABŞ doları) edir (Qızılın dəyəri dəyişdikdə o zaman həmin pulun da ümumi həcmi ona uyğun olaraq dəyişir). Bu miqdar pula (1490,4 dollar) sahib olan kəs bu miqdar pula və ya bu pul dəyərində sərvətə sahib olduğu gündən etibarən hesablamağa başlayır. Mal nisab miqdarına çatdıqdan sonra hicri təqvimi ilə bir ilin keçməsi şərtdir. Məsələn, bu gün Şabanın 10-u nisab miqdarına sahib olan kəs hesabını başlayır. Artıq gələn il Şabanın 10-da əgər əlindəki mal bu nisab miqdarı qədər və ya çox olarsa borclar çıxıldıqdan sonra qalan maldan zəkatını çıxarar. Zəkat malı hesablanarkən dövriyyədə olan mal da hesaba alınır, anbarlardakı mal da hesaba alınır. Amma yaşayacaq ev, minik, təməl ehtiyac üçün olan əşyalar, torpaq ərazisi, bağ-bostan, anbar və dükan binaları kimi mülkiyyətin zəkatı verilməz. Amma əgər ev, maşın, torpaq ərazisi yaşayış üçün deyil ticarət üçündürsə və ya pulun yatırıldığı bir kapitaldırsa bu halda onun zəkatı verilir. Buna nisab miqdarı deyirlər. Bu əkin məhsulları və mədən və xəzinəyə aid deyil. Əkin malı yığılan kimi zəkatı verilir. Bir il gözləmək lazım deyil. Xəzinə də həmçinin tapılan kimi zəkatı verilir. Zəkat vermə vaxtı yetişdikdə borclar ümumi maldan çıxılır yerdə qalan maldan zəkat verilir. Əgər borclar çıxıldıqda mal nisab miqdarından əksilərsə zəkatın verilməsi lazım gəlməz. Zəkatın miqdarına gəldikdə, zəkatı veriləcək ümumi malın 2,5 faizi (1/40-ni) təşkil etməkdədir. Zəkat bəzi şeylərdə müxtəlif faizlərlə vacib edilmişdir. Ticarət və nəqdi pulların 2,5 %-i (1/40-ni) (Məsələn 1 kq qızılın zəkatı 25 qr olur. 1000 Azərbaycan manatının zəkatı 25 manat olur.)
- Heyvanlara gəldikdə bu 40 qoyundan 1 qoyun zəkata düşür. Və sair say hesabına görə.
- Əkin sərvətlərin 1/10 və ya 1/5-i
- Yerdən tapılan xəzinənin 1/5-i,
- Mədən və dəniz sərvətlərinin də 1/5-i zəkat olaraq çıxarılır.
Əlbəttə, əsli ehtiyacları təmin etdikdən sonra vacib olan zəkat miqdarına çatarsa və üzərindən bir ilin keçərsə, qeyd edildiyi tərzdə malın zəkatı çıxarılır.
Şiə məzhəbində zəkat
Şiə məzhəbində doqquz şeyə zəkat düşür: 1. Buğda; 2. Arpa; 3. Xurma; 4. Kişmiş; 5. Qızıl; 6. Gümüş; 7. Dəvə; 8. İnək; 9. Qoyun;
Zəkatın vacib olmasının şərtləri aşağıdakılardır:
- Mal sonradan deyiləcək miqdar həddinə çatsın;
- Malik həddi-büluğa çatsın;
- Malik öz malından istifadə edə bilsin;
Qeyd etmək lazımdır ki, hər bir malın zəkatının özünün xüsusi vaxtı vardır. Xumsda olduğu kimi, əgər bir şey müəyyən miqdara çatdıqda zəkatı verilirsə, ikinci müəyyən olunmuş həddə çatmayınca o malın zəkatı yoxdur. Yalnız ikinci və sair deyilmiş olacaq miqdarlara çatdıqda malların yenidən zəkatları vacib olur. İndi də hər bir malın özünəməxsus zəkat hesabını aydınlıqla nəzərdən keçirək. Bu hesabların hər birinə çatdıqda malının zəkatını çıxarmaq hər bir müsəlmana vacibdir. Lakin malın zəkatını nə qədər olmasına gəlincə, hər bir malın özünəməxsus zəkat miqdarı vardır.
Bu məsələni araşdırmazdan əvvəl onu qeyd etmək lazımdır ki, hər kim bu məhsullardan birinin əkini ilə məşğul olsa ona zəkat düşür. Bundan əlavə, bu məhsulların zəkatlarını çıxarmazdan əvvəl onun bütün çəkilən xərclərini əvvəldən axıra qədər ələ gələn məhsulun əslindən çıxırlar və yerdə qalan məhsul, əgər qeyd ediləcək miqdara çatarsa onun zəkatı vacib olur.
"Beləliklə, bütün bu hesablamalardan sonra əgər yerdə qalan bu dörd məhsulun miqdarı 850 kq-a çatsa (daha dəqiq desək, 847 kq) onun zəkatı çıxarılmalıdır"
Lakin bir sual qalır. O da budur ki, çıxarılan zəkatın miqdarı nə qədər olmalıdır? Bu sualın cavabı bu məhsulların necə suvarılmasından asılıdır. O da aşağıdakı üç qisim qanundan ibarətdir:
Birinci yol:
"Əgər bu məhsulların suvarılması çay suyu və ya yağış suyu ilə olmuşsa, onda qeyd olunan miqdar məhsuldan (yə`ni, 850 kq-dan) onda bir hissəsi zəkat niyyəti ilə çıxarılmalıdır. Yə`ni, məhsulun ən az miqdarı 850 kq və ya ondan nə qədər çox olarsa, zəkatı çıxararkən hər 850 kq-ın onda birini zəkat niyyəti ilə ayıracaq."
İkinci yol:
"Əgər adları çəkilən məhsullar vedrə və ya su motorları ilə suvarılarsa, onda məhsulun adı çəkilən miqdarının (yə`ni, 850 kq-ın) iyirmidə bir hissəsi zəkat niyyəti ilə çıxarılacaq. Məsələn, əgər xərclərdən başqa ələ gələn məhsulun çəkisi on ton buğdadırsa və bu məhsul su motoru ilə suvarılmışsa, onun zəkatını çıxardıqda, hər 850 kq buğdanın iyirmidə biri zəkat niyyəti ilə məhsuldan ayrılacaqdır."
Üçüncü yol:
"Əgər ələ gələn xalis məhsulun suvarılması həm su motorları və həm də yağış və çay suyu ilə suvarılıbsa, onda bütün zəkata düşən məhsul iki yerə ayrılacaq. Yarısının onda bir hissəsi, digər yarısının da iyirmidə bir hissəsi zəkat niyyəti ilə ayrılacaq. Məsələn, fərz olunsa ki, mənim on ton zəkata düşən məhsulum var. Bu zaman bu məhsulu iki qismə ayıracağam. Yə`ni, beş tonun zəkatını hər 850 kq-ın onda birini, o biri beş tonun isə hər 850 kq-ın məhsulun iyirmidə bir hissəsini zəkat niyyəti ilə ayıracağam. Bu minvalla məhsul nə qədər çox olsa, həmin yolla da zəkat hesablanılır."
Qızılın zəkatı
Qızılın da zəkatı iki mərhələdə vacib olur. Bundan əlavə, qızıl və gümüş bəhsində bir neçə şeyi qeyd etmək zəruridir. Əvvəla gümüş və qızıl əgər müəyyən olanmuş miqdara çatarsa, hər ildə zəkat düşür. İkincisi, o qızıl və gümüşə zəkat düşür ki, üzərində möhrü olsun və onunla ticarət etmək mümkün olsun. Əgər qızıl və ya gümüşün möhrü aradan getsə və ya pozulsa, onlara zəkat düşmür. İndi də onların zəkatlarının hesablama yollarını nəzərdən keçirək:
Birinci: "Əgər bir nəfərin qızılı iyirmi şər`i misqala çatarsa (hər misqal 18 qızıl noxuddur) onda onun qırxda birini, yə`ni, iyirmi misqal qızılın qırxda birini zəkat niyyəti ilə ayırmalıdır. O da doqquz qızıl noxud edir."
İkinci: İkinci dəfə, əgər həmin iyirmi misqal qızıla dörd şər`i misqal qızıl əlavə olarsa, onda birlikdə qırxda bir hissəsi zəkat niyyəti ilə çıxarılmalıdır. Bu minvalla yalnız, hər dörd misqal artdıqca bütövlükdə qızılın zəkatı çıxarılır. Əks təqdirdə , yəni, məsələn üç misqal artsa, yenə həmin köhnə miqdarın zəkatı çıxarılmalıdır.
Gümüşün zəkatı
Birinci: "Əgər birinin gümüşünün sayı 105 adi misqala çatarsa, onda onun qırxda birini zəkat niyyəti ilə verməlidir."
İkinci: Əgər 105 misqala 21 misqal gümüş əlavə olunarsa onda ilin axırında bütün 126 misqal gümüşün qırxda bir hissəsini zəkat niyyəti ilə ayıracaqdır."
İnəyin zəkatı
Ümumiyyətlə, heyvanların zəkatı onların sayının artması ilədir və hər sayın özünəməxsus zəkat miqdarı vardır. Heyvanların zəkatlarında bir neçə mətləbi qeyd etmək zəruridir. İnək, qoyun və dəvə aşağıdakı iki şərtlə zəkata düşürlər:
- Həmin heyvanlar bütün il boyu işsiz olsunlar. Yə`ni, onlardan iş üçün istifadə olunmasın.
- Bütün il boyu çöl otlarından yesinlər. Əgər ilin arasında biçilmiş otlardan yesələr onlara zəkat düşmür.
Beləliklə, inəyin iki həddə zəkatı vardır:
Birinci: "İnəklərin sayı əvvəlcə deyilmiş şərtlərlə otuza çatarsa, onun zəkatı iki yaşına daxil olmuş bir danadır."
İkinci: "Əgər inəklərin sayı ikinci dəfə qırxa çatarsa, onda onun zəkatı üç yaşına daxil olmuş bir dişi danadır. Otuzla qırx arasında zəkat yoxdur. Lakin hər vaxt otuz inək əlavə oldu, yə`ni, inəklərin sayı altmışa çatdısa, onda əvvəlki hesabla zəkatı verilir. Yə`ni, iki baş iki yaşına daxil olmuş dana verilir. Bu minvalla inəklərin sayı artdıqca, danaların da sayı artır.
Bir şeyi də qeyd etmək lazımdır ki, bu qismətdə camış da inək kimidir.
Qoyunun zəkatı
Qoyunun da başqa heyvanlar kimi özünəməxsus zəkat miqdarı vardır. Ümumi olaraq qoyunun beş zəkat miqdarı vardır:
- 40 baş qoyunun bir qoyun zəkatı vardır;
- 121 baş qoyunun iki baş qoyun zəkatı vardır;
- 201 baş qoyunun üç baş qoyun zəkatı vardır;
- 301 baş qoyunun dörd baş qoyun zəkatı vardır;
- 400 baş qoyun və ondan artıq olanlar yüz-yüz hesab olunacaqdır; yə`ni, hər yüz baş qoyuna bir baş qoyun zəkatı düşür.
Dəvənin zəkatı
Dəvənin 12 mərhələdə zəkatı vacib olur. Onlar aşağıdakılardır:
- 5 dəvə zəkatı bir baş qoyundur;
- 10 dəvə zəkatı iki baş qoyundur;
- 15 dəvə zəkatı üç baş qoyundur;
- 20 dəvə zəkatı dörd baş qoyundur;
- 25 dəvə zəkatı beş baş qoyundur;
- 26 dəvənin zəkatı iki yaşına daxil olmuş bir baş dəvədir;
- 36 dəvənin zəkatı üç yaşına daxil olmuş bir dəvədir;
- 46 dəvənin zəkatı dörd yaşına daxil olmuş bir dəvədir;
- 61 dəvənin zəkatı beş yaşına daxil olmuş bir dəvədir;
- 76 dəvənin zəkatı üç yaşına daxil olmuş iki dəvədi;
- 91 dəvənin zəkatı dörd yaşına daxil olmuş iki dəvədir;
- 121 dəvə və ondan yuxarı dəvələr üçün hər 40 dəvəyə üç yaşına daxil olmuş bir dəvə zəkat verilir;
Zəkat da çıxarılarkən niyyət yalnız Allaha xatir olmalıdar. Həmçinin, diqqət olunmalıdır ki, zəkat öz sahiblərinə yetişsin.
Zəkatın məsrəf olunma yerləri
Xumsdan fərqli olaraq, hər bir müsəlman müstəqil şəkildə zəkatı aşağıdakı yerlərdə sərf edə bilər:
- Fəqirlər. O fəqirlər ki, ailəsinin illik xərcini təmin edə bilmirlər. Məsələn, tələbə və sair…
- Miskinlər;
- Zəkat yığanlar;
- İslama tərəf meyli olan kafirlər və ya zəif imanlı müsəlmanlar;
- Qulların azad edilməsi;
- Allah yolunda. Məsələn, məscid, yol, məktəb və ümumiyyətlə müsəlmanların xeyrinə olan yerlərdə;
- Pulu yolda qurtarıb qalan müsəlman;
- Öz borcunu verə bilməyən borclu müsəlmanlar; (Bu şərtlə ki, borcu günah iş üçün olmasın).
İstinadlar
- Zəkatın şərtləri 2014-04-03 at the Wayback Machine Azerimuslims.com
Mənbə
- Quran və şəriət hökmlərindən xülasə
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Zeka ile sehv salmayin Zekat erebce زكاة coxaltma temizlik muselmanlarin verdiyi Quranda buyurulmus toplanma qaydasi ve hecmi seriet qanunlari ile mueyyenlesdirilmis dini vergi Yeni bir sexse ilde bir defe olan zekatini ver deyildiyinde malini temizle deyilir Zekat vermeyen bir sexs malinin bereketini gormediyi kimi ezaba ducar olar Zekat islamin bes biri hesab olunur xristianliqda buna benzer vergi desyatindir Nezeri cehetden bu vergi icmanin ehtiyaclarina serf olunur ve yoxsul muselmanlar arasinda bolusdurulur Ilde bir defe bezi seyler ucun teyin edilmis zekat mueyyen muddetde hicri teqvimi ile verilir Zekati zekat vacib olan sexs odeyir ailenin her bir uzvunden ramazan ayinda orucluq tamam olan gun verdiyi zekat novudur ve gunlerinde sedeqe kimi paylanir Vergilerin her ikisi ancaq imkanli muselmanlardan tutulur Zekatin adi meblegi illik gelirin 2 5 faizini teskil edir lakin muselman arasinda zekatin meblegi ve vergi tutulmali olan emlakin novleri meselesinde fikir ayriligi var menbe gosterin Zekat vermek vacib olan sexslerZekat 6 serte sahib olan sexse vacibdir 1 Muselman olmali 2 Agilli olmali 3 Balig olmali 4 Azad olmali 5 olmali 6 malik olan yeni bir il ozune catacaq qeder mali oldugunda zekatini vermelidir Zekatin menasi varli muselmanlarin malinin 1 40 ni kasib muselmanlara vermesi demekdir Zekatin adi meblegi illik gelirin 2 5 faizini teskil edir Zekatin hesablanmasiMalin nisab miqdarina catmasi vacibdir Nisab Serietin belli etdiyi miqdar servetdir Insan bu miqdar servete sahib olduqda ona zekat vacib olur Seriet malin zekat verilecek veziyyete catmasi ucun mueyyen miqdar teyin etmisdir Qizilin nisab miqdari 20 misqaldir yeni 72 veya 96 qramm Gumusun nisab miqdari 642 700 qramdir Pulun nisabina geldikde 1 qram qizil misal ucun 20 7 ABS dollari qiymetinde goturulerse 72 qram qizil pula cevrildikde 1490 4 ABS dolari edir Qizilin deyeri deyisdikde o zaman hemin pulun da umumi hecmi ona uygun olaraq deyisir Bu miqdar pula 1490 4 dollar sahib olan kes bu miqdar pula ve ya bu pul deyerinde servete sahib oldugu gunden etibaren hesablamaga baslayir Mal nisab miqdarina catdiqdan sonra hicri teqvimi ile bir ilin kecmesi sertdir Meselen bu gun Sabanin 10 u nisab miqdarina sahib olan kes hesabini baslayir Artiq gelen il Sabanin 10 da eger elindeki mal bu nisab miqdari qeder ve ya cox olarsa borclar cixildiqdan sonra qalan maldan zekatini cixarar Zekat mali hesablanarken dovriyyede olan mal da hesaba alinir anbarlardaki mal da hesaba alinir Amma yasayacaq ev minik temel ehtiyac ucun olan esyalar torpaq erazisi bag bostan anbar ve dukan binalari kimi mulkiyyetin zekati verilmez Amma eger ev masin torpaq erazisi yasayis ucun deyil ticaret ucundurse ve ya pulun yatirildigi bir kapitaldirsa bu halda onun zekati verilir Buna nisab miqdari deyirler Bu ekin mehsullari ve meden ve xezineye aid deyil Ekin mali yigilan kimi zekati verilir Bir il gozlemek lazim deyil Xezine de hemcinin tapilan kimi zekati verilir Zekat verme vaxti yetisdikde borclar umumi maldan cixilir yerde qalan maldan zekat verilir Eger borclar cixildiqda mal nisab miqdarindan eksilerse zekatin verilmesi lazim gelmez Zekatin miqdarina geldikde zekati verilecek umumi malin 2 5 faizi 1 40 ni teskil etmekdedir Zekat bezi seylerde muxtelif faizlerle vacib edilmisdir Ticaret ve neqdi pullarin 2 5 i 1 40 ni Meselen 1 kq qizilin zekati 25 qr olur 1000 Azerbaycan manatinin zekati 25 manat olur Heyvanlara geldikde bu 40 qoyundan 1 qoyun zekata dusur Ve sair say hesabina gore Ekin servetlerin 1 10 ve ya 1 5 i Yerden tapilan xezinenin 1 5 i Meden ve deniz servetlerinin de 1 5 i zekat olaraq cixarilir Elbette esli ehtiyaclari temin etdikden sonra vacib olan zekat miqdarina catarsa ve uzerinden bir ilin kecerse qeyd edildiyi terzde malin zekati cixarilir Sie mezhebinde zekatSie mezhebinde doqquz seye zekat dusur 1 Bugda 2 Arpa 3 Xurma 4 Kismis 5 Qizil 6 Gumus 7 Deve 8 Inek 9 Qoyun Zekatin vacib olmasinin sertleri asagidakilardir Mal sonradan deyilecek miqdar heddine catsin Malik heddi buluga catsin Malik oz malindan istifade ede bilsin Qeyd etmek lazimdir ki her bir malin zekatinin ozunun xususi vaxti vardir Xumsda oldugu kimi eger bir sey mueyyen miqdara catdiqda zekati verilirse ikinci mueyyen olunmus hedde catmayinca o malin zekati yoxdur Yalniz ikinci ve sair deyilmis olacaq miqdarlara catdiqda mallarin yeniden zekatlari vacib olur Indi de her bir malin ozunemexsus zekat hesabini aydinliqla nezerden kecirek Bu hesablarin her birine catdiqda malinin zekatini cixarmaq her bir muselmana vacibdir Lakin malin zekatini ne qeder olmasina gelince her bir malin ozunemexsus zekat miqdari vardir Bugda arpa xurma ve kismisin zekati Bu meseleni arasdirmazdan evvel onu qeyd etmek lazimdir ki her kim bu mehsullardan birinin ekini ile mesgul olsa ona zekat dusur Bundan elave bu mehsullarin zekatlarini cixarmazdan evvel onun butun cekilen xerclerini evvelden axira qeder ele gelen mehsulun eslinden cixirlar ve yerde qalan mehsul eger qeyd edilecek miqdara catarsa onun zekati vacib olur Belelikle butun bu hesablamalardan sonra eger yerde qalan bu dord mehsulun miqdari 850 kq a catsa daha deqiq desek 847 kq onun zekati cixarilmalidir Lakin bir sual qalir O da budur ki cixarilan zekatin miqdari ne qeder olmalidir Bu sualin cavabi bu mehsullarin nece suvarilmasindan asilidir O da asagidaki uc qisim qanundan ibaretdir Birinci yol Eger bu mehsullarin suvarilmasi cay suyu ve ya yagis suyu ile olmussa onda qeyd olunan miqdar mehsuldan ye ni 850 kq dan onda bir hissesi zekat niyyeti ile cixarilmalidir Ye ni mehsulun en az miqdari 850 kq ve ya ondan ne qeder cox olarsa zekati cixararken her 850 kq in onda birini zekat niyyeti ile ayiracaq Ikinci yol Eger adlari cekilen mehsullar vedre ve ya su motorlari ile suvarilarsa onda mehsulun adi cekilen miqdarinin ye ni 850 kq in iyirmide bir hissesi zekat niyyeti ile cixarilacaq Meselen eger xerclerden basqa ele gelen mehsulun cekisi on ton bugdadirsa ve bu mehsul su motoru ile suvarilmissa onun zekatini cixardiqda her 850 kq bugdanin iyirmide biri zekat niyyeti ile mehsuldan ayrilacaqdir Ucuncu yol Eger ele gelen xalis mehsulun suvarilmasi hem su motorlari ve hem de yagis ve cay suyu ile suvarilibsa onda butun zekata dusen mehsul iki yere ayrilacaq Yarisinin onda bir hissesi diger yarisinin da iyirmide bir hissesi zekat niyyeti ile ayrilacaq Meselen ferz olunsa ki menim on ton zekata dusen mehsulum var Bu zaman bu mehsulu iki qisme ayiracagam Ye ni bes tonun zekatini her 850 kq in onda birini o biri bes tonun ise her 850 kq in mehsulun iyirmide bir hissesini zekat niyyeti ile ayiracagam Bu minvalla mehsul ne qeder cox olsa hemin yolla da zekat hesablanilir Qizilin zekati Qizilin da zekati iki merhelede vacib olur Bundan elave qizil ve gumus behsinde bir nece seyi qeyd etmek zeruridir Evvela gumus ve qizil eger mueyyen olanmus miqdara catarsa her ilde zekat dusur Ikincisi o qizil ve gumuse zekat dusur ki uzerinde mohru olsun ve onunla ticaret etmek mumkun olsun Eger qizil ve ya gumusun mohru aradan getse ve ya pozulsa onlara zekat dusmur Indi de onlarin zekatlarinin hesablama yollarini nezerden kecirek Birinci Eger bir neferin qizili iyirmi ser i misqala catarsa her misqal 18 qizil noxuddur onda onun qirxda birini ye ni iyirmi misqal qizilin qirxda birini zekat niyyeti ile ayirmalidir O da doqquz qizil noxud edir Ikinci Ikinci defe eger hemin iyirmi misqal qizila dord ser i misqal qizil elave olarsa onda birlikde qirxda bir hissesi zekat niyyeti ile cixarilmalidir Bu minvalla yalniz her dord misqal artdiqca butovlukde qizilin zekati cixarilir Eks teqdirde yeni meselen uc misqal artsa yene hemin kohne miqdarin zekati cixarilmalidir Gumusun zekati Birinci Eger birinin gumusunun sayi 105 adi misqala catarsa onda onun qirxda birini zekat niyyeti ile vermelidir Ikinci Eger 105 misqala 21 misqal gumus elave olunarsa onda ilin axirinda butun 126 misqal gumusun qirxda bir hissesini zekat niyyeti ile ayiracaqdir Ineyin zekati Umumiyyetle heyvanlarin zekati onlarin sayinin artmasi iledir ve her sayin ozunemexsus zekat miqdari vardir Heyvanlarin zekatlarinda bir nece metlebi qeyd etmek zeruridir Inek qoyun ve deve asagidaki iki sertle zekata dusurler Hemin heyvanlar butun il boyu issiz olsunlar Ye ni onlardan is ucun istifade olunmasin Butun il boyu col otlarindan yesinler Eger ilin arasinda bicilmis otlardan yeseler onlara zekat dusmur Belelikle ineyin iki hedde zekati vardir Birinci Ineklerin sayi evvelce deyilmis sertlerle otuza catarsa onun zekati iki yasina daxil olmus bir danadir Ikinci Eger ineklerin sayi ikinci defe qirxa catarsa onda onun zekati uc yasina daxil olmus bir disi danadir Otuzla qirx arasinda zekat yoxdur Lakin her vaxt otuz inek elave oldu ye ni ineklerin sayi altmisa catdisa onda evvelki hesabla zekati verilir Ye ni iki bas iki yasina daxil olmus dana verilir Bu minvalla ineklerin sayi artdiqca danalarin da sayi artir Bir seyi de qeyd etmek lazimdir ki bu qismetde camis da inek kimidir Qoyunun zekati Qoyunun da basqa heyvanlar kimi ozunemexsus zekat miqdari vardir Umumi olaraq qoyunun bes zekat miqdari vardir 40 bas qoyunun bir qoyun zekati vardir 121 bas qoyunun iki bas qoyun zekati vardir 201 bas qoyunun uc bas qoyun zekati vardir 301 bas qoyunun dord bas qoyun zekati vardir 400 bas qoyun ve ondan artiq olanlar yuz yuz hesab olunacaqdir ye ni her yuz bas qoyuna bir bas qoyun zekati dusur Devenin zekati Devenin 12 merhelede zekati vacib olur Onlar asagidakilardir 5 deve zekati bir bas qoyundur 10 deve zekati iki bas qoyundur 15 deve zekati uc bas qoyundur 20 deve zekati dord bas qoyundur 25 deve zekati bes bas qoyundur 26 devenin zekati iki yasina daxil olmus bir bas devedir 36 devenin zekati uc yasina daxil olmus bir devedir 46 devenin zekati dord yasina daxil olmus bir devedir 61 devenin zekati bes yasina daxil olmus bir devedir 76 devenin zekati uc yasina daxil olmus iki devedi 91 devenin zekati dord yasina daxil olmus iki devedir 121 deve ve ondan yuxari develer ucun her 40 deveye uc yasina daxil olmus bir deve zekat verilir Zekat da cixarilarken niyyet yalniz Allaha xatir olmalidar Hemcinin diqqet olunmalidir ki zekat oz sahiblerine yetissin Zekatin mesref olunma yerleri Xumsdan ferqli olaraq her bir muselman musteqil sekilde zekati asagidaki yerlerde serf ede biler Feqirler O feqirler ki ailesinin illik xercini temin ede bilmirler Meselen telebe ve sair Miskinler Zekat yiganlar Islama teref meyli olan kafirler ve ya zeif imanli muselmanlar Qullarin azad edilmesi Allah yolunda Meselen mescid yol mekteb ve umumiyyetle muselmanlarin xeyrine olan yerlerde Pulu yolda qurtarib qalan muselman Oz borcunu vere bilmeyen borclu muselmanlar Bu sertle ki borcu gunah is ucun olmasin IstinadlarZekatin sertleri 2014 04 03 at the Wayback Machine Azerimuslims comMenbeQuran ve seriet hokmlerinden xulase