II Murad ya da Qoca Murad (Osmanlı türkcəsi: مراد ثاني — Murād-ı sānī; iyun 1404, Amasya – 3 fevral 1451, Ədirnə) — 6. Osmanlı padşahıdır. Atası Sultan I Mehmed, anası isə Dulqədiroğlu Nəsrəddin bəyin qızı Əminə Xatundur.
II Murad | |
---|---|
مراد ثاني | |
25 iyun 1421 – avqust 1444 | |
Əvvəlki | I Mehmed |
Sonrakı | II Mehmed |
avqust 1446 – 3 fevral 1451 | |
Əvvəlki | II Mehmed |
Sonrakı | II Mehmed |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Amasiya, Osmanlı imperiyası |
Vəfat tarixi | (46 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | rəhbər[d] |
Atası | I Mehmed |
Anası | Əminə Xatun |
Həyat yoldaşları | |
Uşaqları | |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Şahzadəliyi
Şahzadə Murad bəzi qaynaqlara görə 1402-ci ildə, bəzi qaynaqlara görə isə 1404-cü ildə Amasiyada dünyaya gəldi. Uşaqlıq illəri Amasiyada keçmişdir. 1410-cu ildə atası ilə birlikdə Bursaya gəldi və burda saray təhsilinə başladı. 1415-ci ildə lələsi Yörgüc Paşanın nəzarəti altında Amasiya sancaqbəyi təyin olundu. Bir il sonra İzmir və Manisa bölgəsində çıxan Börklücə Mustafa üsyanını yatırmış, 1418-ci ildə gələcəkdə lələsi olacaq Həmzə bəylə Candaroğullarına hücum etdi və Samsunu aldı. Atası I Mehmed Ədirnədə çıxdığı ovda ağır yaralanmış, ölüm yatağında ikən oğlu Şahzadə Muradı vəliəhd elan etmişdir. Bu səbəbdən dövlət adamları atasının vəfatı xəbərini gizlədərək Şahzadə Muradı dərhal Bursaya çağırdılar. Şahzadə Murad 25 iyun 1421 tarixində Bursaya çatdı və cülus mərasimi burada baş tutdu.
Səltənət illəri
Şahzadə Böyük Mustafa hadisəsi
I Mehmedin vəfatından sonra taxt mübarizəsinə başlayan şahzadələr səbəbilə II Murad səltənətinin ilk 3 ili qarışıqlıqlarla keçdi. İldırım Bəyazidin oğlu və II Muradın əmisi olan Mustafa Çələbi Bizanslılar tərəfindən Limni qalasında həbsə salınmışdı. Atası I Mehmed isə ölüm yatağında ikən hələ kiçik yaşlarda olan övladları Mustafa, Yusif və Mahmudun böyük qardaşları tərəfindən öldürülməməsi üçün Bizans imperatoru II Manuil ilə razılaşmışdı.
Ancaq I Mehmedin vəfatından sonra bu razılaşma pozulmuş, II Manuil Limnidə həbs olunan Mustafa Çələbini Gəlibolu bölgəsi qarşılığında azad etdi. Mustafa Çələbi Osmanlı sultanı elan olundu və böyük bir Bizans donanması ilə Rumeliyə keçdi. Mustafa Çələbi xüsusilə köməyilə digər Rumeli bəylərinin də dəstəyini aldı. II Muradın sədrəzəmi Amasyalı Bəyazid Paşa Ədirnədə topladığı orduyla Sazlıdərədə Mustafa Çələbi ilə qarşı-qarşıya gəldi. Döyüşün kritik anında sədrəzəm ordusunun bir qisminin Mustafa Çələbinin tərəfinə keçməsilə II Muradın ordusu məğlub oldu və Sədrəzəm Amasyalı Bəyazid Paşa təslim oldu. təkidilə əsir tutulan Bəyazid Paşa edam edildi və Mustafa Çələbi Ədirnəyə yola çıxdı. Osmanlının ikinci paytaxtı hesab olunan Ədirnədə böyük təntənə ilə qarşılanan Mustafa Çələbi burada öz adına xütbə oxudub pul kəsdirdi.
Ancaq Ədirnənin işğalından sonra ard-arda böyük səhvlər edən Mustafa Çələbi Bizansa vəd etdiyi Gəlibolu bölgəsini verməyərək ilk və əsas müttəfiqini itirdi. Daha sonra 12 min sipahi və 5 min piyadalıq orduyla Gəliboludan Anadoluya keçdi və Bursanın mühasirəsinə hazırlaşdı. Ancaq hələ yeni formalaşan bu ordu paytaxtın mühasirəyə alınmasında könüllü olmadı. Digər tərəfdən orduda müxtəlif şayələrin gəzməsi də bu mühasirənin qaldırılmasına səbəb oldu. Şayələrə görə Mustafa Çələbi İldırım Bəyazidin öz oğlu deyil, Bizans cəsusu idi. II Murad İzmir və Aydın bəyliklərini vəd etməsilə də öz tərəfdaşları ilə Mustafa Çələbini tərk etdi. Geridə qalan dəstəylə geri çəkilən Mustafa Çələbi Ulubat ətrafında Hacı İvaz Paşa ilə toqquşdu və ağır itkilər verdi.
Daha sonra Mustafa Çələbi Gəliboluya qaçmağa məcbur oldu. Bizanslılardan gələcək yardımı gözləyən Mustafa Çələbi burada qalaraq çox vaxt itirdi. Bu vaxt ərzində II Murad artıq Gəliboluya gəlmiş və 2 min zirehli gəmiylə mühasirəyə hazırlaşırdı. Mühasirədən son anda qaçan Mustafa Çələbi Ədirnəyə getdi və buradakı xəzinəni alıb qaçdı. Ədirnəlilərin də dəstəyilə ələ keçirilən Mustafa Çələbi II Murada təslim edildi. Mustafa Çələbinin Ədirnə qalasının bürclərindən asılaraq edam edilməsilə illərdir davam edən Mustafa Çələbi problemi aradan qaldırıldı.
Şahzadə Kiçik Mustafa hadisəsi
Bu hadisədən sonra Bizans imperatoru II Manuillə münasibətlər kəskinləşmiş, Sədrəzəm Çandarlı İbrahim Paşa, Vəzir Hacı İvaz Paşa və Lələ Yörgüc Paşanın da təşviqi ilə böyük bir qoşun topladı və 2 iyun 1422 tarixində Konstantinopolu mühasirəyə aldı. Bu mühasirə Bizans üçün böyük dağıntı və itkilərə səbəb oldu. Mühasirənin qısa zamanda qaldırılması üçün Bizans imperatoru II Manuil bu dəfə də II Muradın kiçik qardaşı Şahzadə Kiçik Mustafanı istifadə etdi.
Karaman və bəyləri ilə birlikdə Həmid elindən hərəkətə keçən Şahzadə Kiçik Mustafa Bursanı mühasirəyə aldı. Bursa şəhərinin ağsaqqalları Şahzadə Kiçik Mustafanın lələsi Şərabdar İlyasa heyət göndərərək geri çəkilməyini məsləhət gördü. Məsləhətə riayət edən Şahzadə Kiçik Mustafa bu dəfə də İznikə yönəldi və 40 günlük mühasirədən sonra şəhəri ələ keçirdi. Şahzadə Kiçik Mustafa burada İbrahim Paşa sarayına çəkildi və özünü sultan elan etdi. Bütün bu özbaşınalıqdan sonra II Murad 6 sentyabrda Konstantinopol mühasirəsini qaldırdı və Anadoluya keçdi. Şahzadənin lələsi Şərabdar İlyas bəy ələ alındı və 1423-cü ilin fevral ayında qoşunlar İznikə daxil oldu. Bu vaxt hamamda olan Şahzadə Kiçik Mustafa lələsi tərəfindən saraydan gizlicə qaçırıldı və II Murada təhvil verildi. Şahzadə Kiçik Mustafa boğularaq edam edildi. Cəsədi İznikdən kənarda bir əncir ağacından asıldı, daha sonra Bursaya aparıldı və burda Yaşıl Türbəyə dəfn olundu. Digər kiçik qardaşları Şahzadə Mahmud və Şahzadə Yusif isə gözlərinə mil çəkilərək həbsə salındı.
Elə həmin il II Murad Şahzadə Kiçik Mustafa hadisəsini dəstəkləyən Candaroğlu üzərinə hücum etdi. Torpaqların böyük bir qismi, xüsusilə də Safranbolu ələ keçirildi. Daha sonra Qaraman elinə yönəldi. Qaramanoğlu Mehmed bəyin vəfatından sonra çıxan taxt mübarizəsini yatırdı.
Bununla yanaşı, Osmanlı torpaqlarına hücum edən Valaxiya çarı axıncı dəstələri tərəfindən geri püskürdüldü. Nəticədə Valaxiya çarlığı yenə Osmanlılara tabe edildi.
Venesiya ilə müharibə və Selanikin fəthi
Konstantinopolun mühasirəsi əsnasında Bizans-Venesiya arasında əlaqələr sıxlaşdı. Hətta Selanikin Venesiyaya qeyd-şərtsiz təhvil verilməsi müzakirə olunmaqda idi. Bu məsələyə kökündən son qoymaq üçün 1424-cü ildə Osmanlılar Genuya ilə danışıqlara başladı. Genuyanın vasitəçiliyi ilə Bizans imperiyası ilə sülh müqaviləsi bağlandı. Müqavilənin şərtlərinə görə, Bizans hər il 30 000 düka qızıl vergi, Egey və Qara dəniz sahillərindəki torpaqları Osmanlılara verməyi qəbul etdi.
1424-cü ildə Ədirnə Sarayında böyük bir toy mərasimi keçirildi. Belə ki, II Murad nəvəsi Tacünisə Xədicə Həlimə Xatunla evləndi. Bu mərasimlə eyni zamanda II Muradın 3 bacısı da evləndirildi. Sultan Xatun Candaroğlu Qasım bəylə, Ayşə Xatun Osmanlı komandirlərindən Qaraca bəylə və Hafsa Xatun isə Çandarlı Xəlil Paşanın nəvəsi Mahmud bəylə evləndirildi.
Anadolu səfəri
II Murad 1425-ci ildə Anadoluda birlik yaratmaq məqsədilə böyük bir ordu topladı. Əvvəlcə Böyük Mustafa Çələbi üsyanına kömək edən üzərinə yürüdü. Genuyalıların köməyilə dəniz yolunu bağladı. Daha sonra 1426-cı ildə , ailəsi və bütün xanədan üzvləri ələ keçirilərək edam edildi.
1426-cı ildə II Murad macarların təşviqilə Balkan yarımadasında çıxan ayaqlanmanı yatırmaq məqsədilə böyük bir səfərə çıxdı. II Murad şəxsən özü Sofiyadan Vidinə qədər irəlilədi. Osmanlı axıncıları isə Bosniyaya hücum edib Xorvatiyaya qədər irəlilədi. Ardından və Təkə bəylikləri də Osmanlıya birləşdirildi. Ancaq şərqdə Qaraman və Candarlı bəylikləri hələ də müstəqil siyasət yürüdürdü. Bu bəyliklər üzərində Əmir Teymurun oğlu Şahruxun da haqq iddia etməsi nəticəsində Şərqi Anadoluda gərgin vəziyyət yarandı.
1428–1429-cu illərdə Osmanlıda böyük vəba epidemiyası yayıldı. İslam dünyasının tanınmış simalarından Əmir Sultan, dövlət adamı və memar Hacı İvaz Paşa, Sədrəzəm Çandarlı İbrahim Paşa və II Muradın gözlərinə mil çəkdirdiyi qardaşları Mahmud və Yusif də bu epidemiyaya yoluxaraq vəfat etmişdir.
1429-cu ildə oğlan övladı olmayan II Yaqub bəyin vəfatının ardından öz vəsiyətinə görə Osmanlılara birləşdirildi.
II Murad Anadoluda sülhü təmin etdikdən və vəba epidemiyasını önlədikdən sonra bütün gücünü Venesiyaya yönəltdi. Venesiya Respublikası hələ də Selaniki əlində saxlamış, Çanaqqala boğazına tez-tez hücumlar etməkdə idi. Osmanlılar 29 mart 1430 tarixində Selaniki, ardından isə Yuvan-ili və sonra Yanya qalasını ələ keçirdilər. Müharibəni dayandırmaq məqsədilə Osmanlı-Venesiya sülhü imzalandı.
Serbiyanın ilhaq edilməsi
Osmanlının Balkan regionunda macarların hakimiyyəti artmışdı. 1427-ci ildə serb hakimi Stefan Lazareviçin vəfatının ardından boş qalan Serbiya taxtı uğrunda Osmanlı və Macarıstan arasında elan olunmamış müharibə gücləndi.
1428-ci ildə Serbiyanın şimal-şərqində, Dunay çayı sahilində yerləşən Güvərcinlik qalası Osmanlıların əlinə keçdi. Həmin il macarlarla bağlanan 3 illik sülh müqaviləsinə görə, keçmiş hakimin oğlu Corc Brankoviç Serbiya hakimi təyin olundu. Bütün bunlar baş verərkən Anadoluda vəziyyət gərginləşmiş, Qaramanoğulları bəyliyi Həmidoğullarını özünə tabe etmişdi.
Serbiya ilə bağlanan müqavilənin müddəti bitdikdən sonra 1434-cü ildə macar kralı Sigismund II Murada elçi göndərərək Bosniya, Serbiya və Bolqarıstan üzərindəki suverenliyinin tanınmasını istədi. Rədd cavabı alan Macarıstanla vəziyyət yenidən gərginləşdi. Osmanlı dövlətinə qarşı olan hər kəs macar kralının ətrafında toplanmağa başladı. Bunlar arasında Bosniya kralı II Tvrtko, II Muradın hərəmlərindən Mara Xatunun atası Serb hakimi Corc Brankoviç, Valaxiya çarlığını ələ keçirən I Vlad Drakula, Şahzadə Savcı bəyin oğlu Şahzadə Davud, taxt uğrunda mübarizəyə hazır olan bir çox Balkan aristokratı yer alırdı. Ancaq bütün bu insanların bir araya gəlməsi çox vaxt apardı.
Həmin illərdə Anadoluda Teymuri-Qaraqoyunlu ittifaqı davam edirdi. Ancaq 1437-ci ildə Teymuri Şahrux Xorasana geri dönmüş, bundan istifadə edən II Murad həmin il Anadoluya böyük bir səfər tərtib etmişdir. Vaxtilə Qaramanoğulları bəyliyinin işğal etdiyi Konya, Beyşehir və Həmideli bölgələri enidən Osmanlı torpaqlarına birləşdirildi.
9 dekabr 1437 tarixində Macar kralı Sigismund oğlan övladı olmadan vəfat etdi və Macarıstanda taxt mübarizəsi başladı. Bununla da, Sigismundun Osmanlı əleyhinə qurmaq istədiyi cəbhə də dağıldı. Nəhayət, 1434-cü ildən etibarən Lehistan kralı olan III Vladislav macar kralı seçildi və Macarıstanın I Vladislavı adını aldı. Hakimiyyətə gələr-gəlməz Transilvaniya çarlığının başına Yanoş Hünyadi adlı yerli əsilzadəni gətirdi. Beləliklə, gələcək 20 il boyunca Osmanlılarla dayanmadan mübarizə aparan Yanoş Hünyadi hakimiyyəti ələ aldı. 1441-ci ildə Yanoş Hünyadi Səməndirəni ələ keçirdi və bura göndərilən bir neçə Osmanlı qoşununu məğlub etdi.
II Murad bu fürsəti dəyərləndirdi və 3 il Rumelidə qaldı, Serbiya və Valaxiya knyazlığı qeyd-şərtsiz Osmanlıya birləşdirildi. 1438-ci ildə ilk Macarıstan səfərinə çıxıldı. Dunay çayını keçərək Severin, Dəmirqapı, Orsova və Sebeş qalaları topla dağıdıldı və Transilvaniyanın mərkəzi sayılan Sibiu qalasını mühasirəyə aldı. Qala ələ keçirildi və II Murad Ədirnəyə geri döndü. Bu səfər bir Osmanlı sultanının qatıldığı ilk böyük miqyaslı səfər idi.
1438-ci ildə II Murad Serbiyaya yönəldi və Səməndirəni işğal edərək Serbiya knyazlığını ələ keçirdi. Serbiya artıq Osmanlı dövləti daxilində əyalətə çevrildi. Skopye sancaq bəyi Evrenesoğlu İshaq bəy idarəsindəki axıncılar Bosniya krallığının mərkəzi sayılan Yaytse önlərinə qədər irəlilədi. Bu əsnada Bosniya kralı II Tvrtko vəfat etmiş, ölkə iki varis arasında bölüşdürülmüş, ölkənin cənubunda yerləşən Herseq vilayəti isə muxtariyyət qazanmaq istəyirdi. II Murad bütün bunlardan istifadə edərək hər 3 idarəçiliyi də özünə tabe etdi və vergiyə bağladı.
Yanoş Hünyadinin Balkanlara səfəri
Stefan Lazareviçin vəfatından sonra macar işğalında olan Belqrad 1440-cı ildə Osmanlı qüvvələri tərəfindən mühasirəyə alındı ancaq 6 ay davam edən bu mühasirə nəticəsiz qaldı. Bu hadisədən sonra macarlar Osmanlı qüvvələrini Bosniya bölgəsindən sıxışdırıb çıxartdı. Yeni macar kralı I Vladislav iki komandirini (Yanoş Hünyadi və Nikolas Uylaki) Osmanlı təhlükəsi ilə üz-üzə qalan bölgələrə təyin etdi.
1441-ci ildə Transilvaniyanı işğal edən və Sibiu qalasını mühasirəyə alan axıncı bəyi Məzid bəy ələ keçirildi və öldürüldü. Növbəti ilin sentyabr ayında Məzid bəyin intiqamını almaq istəyən Şəhabəddin Paşa da Vazaq müharibəsində məğlub oldu və geri çəkildi.
Eyni dönəmlərdə macarlarla müttəfiq olan Qaramanoğlu İbrahim bəy 1443 yazında Konyaya hücum etdi ancaq II Murad böyük oğlu Şahzadə Ələddinlə birlikdə bu hücumun qarşısını aldı. Həmin ilin payızında Yanoş Hünyadi macar kralı I Vladislav və Serbiya hakimi Corc Brankoviçlə birlikdə əks hücuma keçdi. Bu ordu Dunay çayını keçərək sürətlə irəlilədi və Niş döyüşündə qalib gələrək Niş və Sofiya şəhərlərini ələ keçirdi.
Yanoş Hünyadi liderliyindəki bu ordunun Osmanlı torpaqlarına hücumunu Qaraman səfəri əsnasında öyrənən II Murad dərhal əks istiqamətə irəlilədi və Balkan yarımadasına geri döndü. Bu əsnada Yanoş Hünyadi macar, serb və bolqar birliklərdən ibarət ordusuyla irəliləyərək Slatiskaya qədər gəldi.
Hücumlar əsnasında darmadağın edilən Osmanlı qüvvələrini qısa zamanda toplayan II Murad 24 noyabr 1443 tarixində İzladi keçidində Yanoş Hünyadi ilə qarşı-qarşıya gəldi. Müharibənin nəticəsilə bağlı müxtəlif fikirlər var. Belə ki, döyüşün sonunda qələbə qazanan Osmanlı qüvvələri o qədər ağır itkilər vermişdi ki, sülh bağlamaq fikrinə belə düşmüşdü. Bu ağır müharibədən sonra II Murad daha ağır bir itki verdi. Belə ki, ən sevimli oğlu Amasiya hakimi olan Şahzadə Ələddin ani şəkildə vəfat etmişdi. Bir çox tarixçilərə görə, müttəfiq qoşunları ilə sülh bağlamağın əsas səbəbləri aşağıdakılardır:
- Balkan əhalisinin II Murada qarşı qadırdığı üsyan;
- Ard-arda gələn məğlubiyyətlər;
- Böyük itkilərlə əldə olunan qalibiyyət;
- Övlad itkisi;
- Hərəmi Mara Xatun və Sədrəzəm Çandarlı Xəlil Paşanın təkidləri.
Segedin müqaviləsi və Yenişehir andlaşması
1444-cü ilin iyun ayında tarixdə Ədirnə-Segedin olaraq bilinən 10 illik sülh müqaviləsi üzrə tərəflər razılığa gəldi. Bu andlaşmanın qalıcı olması üçün II Murad Ədirnədə Quran üzərinə, Macar kralı I Vladislav isə Segedində İncil üzərinə and içərək müqaviləni imzaladı. Bu müqavilənin şərtlərinə görə, Osmanlılar vaxtilə ləğv etdikləri Serbiya knyazlığını yenidən qurmalı və idarəni 1427 tarixindəki sərhədlər daxilində Corc Brankoviçə təhvil verməli idi. Macarlar isə Osmanlıların Bolqarıstan üzərindəki suveren hakimiyyətini tanımalı idi. Hər iki dövlət arasındakı sərhəd isə Dunay çayı olaraq təyin edildi.
Bu müqavilənin ardından II Murad oğlu Şahzadə Mehmedi Ədirnəyə çağırdı və onu paytaxtda taxt naibi təyin edərək Qaramanlıların üzərinə səfərə çıxdı. Səbəb isə Qaramanoğlu İbrahim bəyin Ankaraya qədər irəliləməsi idi. II Murad İbrahim bəylə görüşərək sülh danışıqlarına başladı və 1444-cü ilin iyul ayında tərəflər razılığa gəldi. Yenə and içməylə bağlanan sülh müqaviləsinə görə, Akşehir və Beyşehir bölgələri Qaramanoğulları bəyliyinə geri qaytarıldı.
Taxtdan çəkilməsi
Ədirnə-Segedin müqaviləsi və Yenişehir andlaşması ilə o vaxta qədər işğal olunan bütün torpaqların bir qismini geri qaytaran II Murad bu yolla şərqdə və qərbdə sülhü təmin etdi. Yaşlı, yorğun və depresiyada olduğu güman edilən II Murad bu andlaşmaların sonunda Osmanlı tarixində görünməyən bir qərar verdi. 1444-cü ilin avqust ayında Bursa yaxınlığında yerləşən "Hanedan çifliği"ndə dövlətin nüfuzlu şəxsləri, əsgər və üləma sinifinin ən böyük nümayəndələri və qapıqulu əsgərləri (yeniçəri və sipahi) çağırıldı. Bu məclisdə artıq oğlu Şahzadə Mehmedin lehinə taxtdan çəkildiyini, bundan sonrakı həyatını dinə bağlı şəkildə Manisada keçirəcəyini bildirdi.
Həmin il Papa və yaxın köməkçisi radikal dindar Gialiano Cesarininin təşkilatçılığı ilə yeni bir Səlib yürüşü hazırlığı başladı. Bilavasitə Gialiano Cesarininin də təkidilə Macar kralı I Vladislav Papanın da razılığı ilə and içərək imzaladığı müqavilənin şərtlərini pozdu. Aralarında atasından miras qalan torpaqlar uğrunda mübarizəyə qalxan Skanderberqin də olduğu bir çox yerli ailələr Osmanlıya qarşı silahlandı. 1443-cü ilin yay aylarından başlayaraq əsasını macar və serblərin təşkil etdiyi 25 minlik səlib ordusu Macar kralı I Vladislav və Transilvaniya hakimi Yanoş Hünyadinin başçılığı ilə Balkan yarımadasının cənubuna doğru irəlilədi. Eyni dönəmdə Bizansın dəstəyini alan də üsyana qalxdı ancaq Rumeli bəylərbəyi Şəhabəddin Paşa tərəfindən bu üsyan yatırıldı. Ancaq Şəhabəddin Paşa Niş yaxınlığında Səlib ordusu ilə döyüşə girdi və məğlub oldu. Bu döyüş yalnızca qurudan yox, eyni zamanda dənizdən də davam edirdi. Belə ki, Burqundi krallığı və Papanın da maliyyə dəstəyilə böyük bir Səlib donanması yaradılmışdı. Bütün bunlar baş verərkən daxildə də çaxnaşmalar baş verirdi. Belə ki, sentyabr ayının ortalarından başlayaraq paytaxt Ədirnədə dini qarşıdurmalar güclənmişdi. Hürufilərin sayı artmış, bu isə əksəriyyəti sünni olan Ədirnə üləmasını narahat edirdi. Bu səbəbdən hürufilərə qarşı qəti və qanlı mübarizə başladı. Bəzi mənbələrə görə, Ədirnədə çıxan böyük yanğının da səbəbi məhz bu qanlı siyasət idi. Bu yanğın zamanı 7 min ev külə dönmüş və minlərlə hürufi həlak olmuşdur.
Macar ordusunun Dunay çayını keçməsi xəbəri Manisada yaşamağa davam edən II Murada belə gəlib çatmışdı. Ədirnədən məktubla çağırılan II Murad isə taxta yenidən dönmək istəmirdi. Bəzi tarixçilərə görə, II Mehmed atasına aşağıdakı kimi bir fərman göndərmişdir:
Əgər atam Murad sultandırsa, gəlib taxtın başına keçsin. Yox əgər sultan mənəmsə, əmr edirəm gəlib mənim ordularımın başına komandir olsun. |
Ancaq bir qrup tarixçi isə bu razılıq məktubunun Çandarlı Xəlil Paşa tərəfindən gənc sultandan gizlicə yazıldığını iddia edir. II Murad isə bu iki seçim arasında ikincini seçdi və rəsmən sultan titulu olmadan Anadolu birliklərinin başına keçdi və Varnaya doğru irəlilədi. 10 noyabr 1444 tarixində II Muradın idarəsindəki Osmanlı ordusu Səlib ordusu ilə Varnada qarşılaşdı. Döyüş əsnasında Macar kralı I Vladislav öldürülmüş, kəsik başı və andını pozduğu Ədirnə-Segedin andlaşması eyni nizəyə taxılaraq döyüş meydanını gəzdi. Bu isə düşmən ordusunda ruh düşkünlüyünə səbəb oldu. Eyni döyüşdə Papanın yaxın adamı və bu döyüşün tərtibatçılarından olan Gialiano Cesarini də həlak oldu. Bu döyüşdən salamat qurtulan tək insan isə Transilvaniya hakimi Yanoş Hünyadi oldu. Döyüşün sonunda II Murad bir müddət Ədirnədə qaldı və daha sonra yenidən Manisaya çəkildi. Qələbə haqqında qonşu dövlətlərə göndərilən bütün fəthnamələr isə II Mehmedin adından yollanıldı.
Taxta geri dönüşü
- Sədrəzəm Xəlil Paşanın çağırışıyla bir daha Ədirnəyə taxtına döndü. Bunun səbəbi Mehmedin Konstantinopola hücum planları etməsi idi. Xəlil Paşa öz gücünü zəiflədəcəyi düşüncəsiylə bu hücuma qarşı gələrkən Mehmedin yandaşı olan Zağanos və Şəhabəddin bu planı dəstəkləyirdi. Sonunda Xəlil Paşa "Buçuktepe" adlanan yeniçəri üsyanı təşkil edərək Mehmed və yandaşlarını iqtidardan uzaqlaşdırdı. II. Muradın yenidən taxta keçməsinin ardından Mehmed Manisaya çəkildi, Zağanos Paşa isə Balıkəsirə sürgünə göndərildi. II. Murad 1446-cı ilin may ayında
Mora səfəri. Kosova döyüşü
1446-cı ilin payızında Osmanlı himayəsində olan Afina knyazının da şikayəti üzrə II Murad səfərinə çıxdı. Mora yarımadasına gedən yolda ən böyük hədəf sayılan Heksimilian divarı Osmanlı qüvvələri tərəfindən darmadağın edildi. Ancaq dəyişən hava şəraiti səfərin davam edilməsinə mane olurdu. Bu səbəbdən səfər axıncı hücumlarına çevrildi. Osmanlı ordusu iki qrupa ayrılaraq axıncı bəylərinin idarəsinə verildi. Bu qüvvələr Patrasa qədər irəlilədi. Böyük qənimət əldə edildi, Mora hakimi vergiyə bağlandı və Ədirnəyə 6 min əsirlə geri dönüldü. 1447-ci ildə II Murada tabe olmaq istədiyi üçün Yanoş Hünyadinin də təşviqilə Transilvaniya hakimi II Vlad Drakula Balteni bataqlığında öldürüldü.
1448-ci ildə II Murad Skanderberqə qarşı ilk səfərinə çıxdı. Ancaq həmin ilin yayında II Murad Yanoş Hünyadinin rəhbərlik etdiyi macar ordusunun hərəkətə keçdiyini öyrəndi. Dərhal səfəri yarıda qoyub Sofiyaya geri döndü. Yanoş Hünyadi ilk olaraq Ədirnə-Segedin müqaviləsi ilə yenidən qurulan Serbiya knyazlığının paytaxtı Səməndirəyə hücum etdi. Ancaq Serbiya knyazı Corc Brankoviç Osmanlıyla yenidən düşmən olmaq istəmədi.
Serbiyanın dəstəyini almayan Yanoş Hünyadi macar ordusu ilə Serbiya torpaqlarını darmadağın edərək cənuba doğru — Kosova çölünə irəlilədi. Burada II Muradın rəhbərlik etdiyi Osmanlı qüvvələri ilə qarşılaşdılar. 17 oktyabr 1448 tarixində Kosova çölündə başlayan döyüş 3 gün davam etdi. Döyüş meydanından qaçan macar əsilzadələri yerli serbiyalılar tərəfindən ələ keçirildi. Bunlar arasında Yanoş Hünyadi də var idi. Ələ keçirilən Macar kralı aşağıdakı şərtlər daxilində sərbəst buraxıldı:
- 100 min qızıl florin pul;
- İşğal edilmiş Serbiya torpaqlarının geri qaytarılması;
- Yanoş Hünyadinin varis oğlunun Brankoviçin qızıyla evləndirilməsi.
1449-cu ildə Osmanlı axıncı qüvvələri Transilvaniyaya hücuma keçdi. Bir il sonra oğlu Şahzadə Mehmedlə Skanderberqə qarşı ikinci dəfə Kosovaya yürüş təşkil etdi. Səfər dönüşü Ədirnə Sarayında oğlu Şahzadə Mehmedlə Dulqədiroğlu Süleyman bəyin qızı Sitti Xanımı evləndirdi. Böyük və təntənəli toy mərasimi keçirildi və cütlük Manisaya göndərildi.
Vəfatı
Toy mərasimindən bir müddət sonra dincəlmək üçün Ədirnəyə yola düşdü. Burada iflic keçirdi və 3 fevral 1451 tarixində vəfat etdi. Cənazəsi Bursaya aparıldı və vəsiyətinə uyğun olaraq gənc yaşda vəfat edən oğlu Şahzadə Ələddinin türbəsinə dəfn edildi. Yenə vəsiyətinə uyğun olaraq üstü açıq türbədə dəfn olundu. Səbəb isə Allahın rəhməti və bərəkətinin üstünə yağması idi.
Ailəsi
Hərəmxanası
- Alimə Xatun — Dulqədiroğulları bəyliyindəndir.
- Yeni Xatun - Amasyalı Mahmud bəyin qızı.
- Hüma Xatun
- Tacünisə Xədicə Həlimə Xatun
- Mara Brankoviç
Oğlan uşaqları
- Şahzadə Böyük Əhməd
- Şahzadə Ələddin Əli
- II Mehmed
- Şahzadə Orxan
- Şahzadə Həsən
- Şahzadə Kiçik Əhməd
Qız uşaqları
- Xədicə Sultan (d. 1425) — 1440-cı ildə Candaroğlu İsmayıl bəylə evləndi və 3 oğlu dünyaya gəldi.
- Hafsa Sultan (d. 1426) — 1440-cı ildə lə bibisi Sultan Xatunun oğlu Qaya bəylə (ö. 1472) evləndi.
- Fatma Sultan
- Ərhondu Sultan — 1445-ci ildə Yaqub Paşayla (ö. 1483) evləndi.
- Səlcuq Sultan (d. 1430 - ö. 1480) — 1444-cü ildə Qaraca Paşayla nigahlansa da, paşa həmin il vəfat etdi. Daha sonra Yusif Sinan Paşayla (ö. 1486) evləndi.
İstinadlar
- https://snl.no/Murat_2.
- https://www.britannica.com/biography/Murad-II.
- Uzunçarşılı, İsmail Hakkı (1995). Büyük Osmanlı Tarihi I. Cilt: Anadolu Selçukluları ve Anadolu Beylikleri Hakkında bir Mukaddime ile Osmanlı Devleti'nin Kuruluşundan İstanbul'un Fethine Kadar. Ankara: Türk Tarih Kurumu Yayınları.ISBN 975-16-0011-1.
- Sakaoğlu, Necdet "Murad II", (1999) Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, C.2 s.235–238 İstanbul:Yapı Kredi Kültür Sanat Yayıncılık, ISBN 975-08-0073-7.
- Babinger a.g.e. s.38
- "Arxivlənmiş surət". 2019-06-05 tarixində . İstifadə tarixi: 2016-08-18.
- "Arxivlənmiş surət". 2013-01-01 tarixində . İstifadə tarixi: 2016-08-18.
- Uluçay, M. Çağatay. Padişahların Kadınları ve Kızları. Ötüken Yayınları. s. 37.
Xarici keçidlər
II Murad Doğum: 1404 Vəfat: 1451 | ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri I Mehmed | Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı 1421-1444 | Xələfləri II Mehmed |
Sələfləri II Mehmed | Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı 1446- 1451 | Xələfləri II Mehmed |
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
II Murad ya da Qoca Murad Osmanli turkcesi مراد ثاني Murad i sani iyun 1404 Amasya 3 fevral 1451 Edirne 6 Osmanli padsahidir Atasi Sultan I Mehmed anasi ise Dulqediroglu Nesreddin beyin qizi Emine Xatundur II Muradمراد ثاني6 ci Osmanli Sultani25 iyun 1421 avqust 1444EvvelkiI MehmedSonrakiII Mehmedavqust 1446 3 fevral 1451EvvelkiII MehmedSonrakiII MehmedSexsi melumatlarDogum tarixi iyun 1404Dogum yeri Amasiya Osmanli imperiyasiVefat tarixi 3 fevral 1451 46 yasinda Vefat yeri Edirne Osmanli imperiyasiDefn yeri Muradiye KulliyesiFealiyyeti rehber d Atasi I MehmedAnasi Emine XatunHeyat yoldaslari Mara Xatun Huma Xatun Xedice Helime XatunUsaqlari II Mehmed Fatma SultanAilesi Osmanli xanedaniDini Sunni Islam Vikianbarda elaqeli mediafayllarSahzadeliyiSahzade Murad bezi qaynaqlara gore 1402 ci ilde bezi qaynaqlara gore ise 1404 cu ilde Amasiyada dunyaya geldi Usaqliq illeri Amasiyada kecmisdir 1410 cu ilde atasi ile birlikde Bursaya geldi ve burda saray tehsiline basladi 1415 ci ilde lelesi Yorguc Pasanin nezareti altinda Amasiya sancaqbeyi teyin olundu Bir il sonra Izmir ve Manisa bolgesinde cixan Borkluce Mustafa usyanini yatirmis 1418 ci ilde gelecekde lelesi olacaq Hemze beyle Candarogullarina hucum etdi ve Samsunu aldi Atasi I Mehmed Edirnede cixdigi ovda agir yaralanmis olum yataginda iken oglu Sahzade Muradi veliehd elan etmisdir Bu sebebden dovlet adamlari atasinin vefati xeberini gizlederek Sahzade Muradi derhal Bursaya cagirdilar Sahzade Murad 25 iyun 1421 tarixinde Bursaya catdi ve culus merasimi burada bas tutdu Seltenet illeriSahzade Boyuk Mustafa hadisesi I Mehmedin vefatindan sonra taxt mubarizesine baslayan sahzadeler sebebile II Murad seltenetinin ilk 3 ili qarisiqliqlarla kecdi Ildirim Beyazidin oglu ve II Muradin emisi olan Mustafa Celebi Bizanslilar terefinden Limni qalasinda hebse salinmisdi Atasi I Mehmed ise olum yataginda iken hele kicik yaslarda olan ovladlari Mustafa Yusif ve Mahmudun boyuk qardaslari terefinden oldurulmemesi ucun Bizans imperatoru II Manuil ile razilasmisdi Ancaq I Mehmedin vefatindan sonra bu razilasma pozulmus II Manuil Limnide hebs olunan Mustafa Celebini Gelibolu bolgesi qarsiliginda azad etdi Mustafa Celebi Osmanli sultani elan olundu ve boyuk bir Bizans donanmasi ile Rumeliye kecdi Mustafa Celebi xususile komeyile diger Rumeli beylerinin de desteyini aldi II Muradin sedrezemi Amasyali Beyazid Pasa Edirnede topladigi orduyla Sazliderede Mustafa Celebi ile qarsi qarsiya geldi Doyusun kritik aninda sedrezem ordusunun bir qisminin Mustafa Celebinin terefine kecmesile II Muradin ordusu meglub oldu ve Sedrezem Amasyali Beyazid Pasa teslim oldu tekidile esir tutulan Beyazid Pasa edam edildi ve Mustafa Celebi Edirneye yola cixdi Osmanlinin ikinci paytaxti hesab olunan Edirnede boyuk tentene ile qarsilanan Mustafa Celebi burada oz adina xutbe oxudub pul kesdirdi II Murad Hunernameden Ancaq Edirnenin isgalindan sonra ard arda boyuk sehvler eden Mustafa Celebi Bizansa ved etdiyi Gelibolu bolgesini vermeyerek ilk ve esas muttefiqini itirdi Daha sonra 12 min sipahi ve 5 min piyadaliq orduyla Geliboludan Anadoluya kecdi ve Bursanin muhasiresine hazirlasdi Ancaq hele yeni formalasan bu ordu paytaxtin muhasireye alinmasinda konullu olmadi Diger terefden orduda muxtelif sayelerin gezmesi de bu muhasirenin qaldirilmasina sebeb oldu Sayelere gore Mustafa Celebi Ildirim Beyazidin oz oglu deyil Bizans cesusu idi II Murad Izmir ve Aydin beyliklerini ved etmesile de oz terefdaslari ile Mustafa Celebini terk etdi Geride qalan desteyle geri cekilen Mustafa Celebi Ulubat etrafinda Haci Ivaz Pasa ile toqqusdu ve agir itkiler verdi Daha sonra Mustafa Celebi Geliboluya qacmaga mecbur oldu Bizanslilardan gelecek yardimi gozleyen Mustafa Celebi burada qalaraq cox vaxt itirdi Bu vaxt erzinde II Murad artiq Geliboluya gelmis ve 2 min zirehli gemiyle muhasireye hazirlasirdi Muhasireden son anda qacan Mustafa Celebi Edirneye getdi ve buradaki xezineni alib qacdi Edirnelilerin de desteyile ele kecirilen Mustafa Celebi II Murada teslim edildi Mustafa Celebinin Edirne qalasinin burclerinden asilaraq edam edilmesile illerdir davam eden Mustafa Celebi problemi aradan qaldirildi Sahzade Kicik Mustafa hadisesi Bu hadiseden sonra Bizans imperatoru II Manuille munasibetler keskinlesmis Sedrezem Candarli Ibrahim Pasa Vezir Haci Ivaz Pasa ve Lele Yorguc Pasanin da tesviqi ile boyuk bir qosun topladi ve 2 iyun 1422 tarixinde Konstantinopolu muhasireye aldi Bu muhasire Bizans ucun boyuk daginti ve itkilere sebeb oldu Muhasirenin qisa zamanda qaldirilmasi ucun Bizans imperatoru II Manuil bu defe de II Muradin kicik qardasi Sahzade Kicik Mustafani istifade etdi Karaman ve beyleri ile birlikde Hemid elinden herekete kecen Sahzade Kicik Mustafa Bursani muhasireye aldi Bursa seherinin agsaqqallari Sahzade Kicik Mustafanin lelesi Serabdar Ilyasa heyet gondererek geri cekilmeyini meslehet gordu Meslehete riayet eden Sahzade Kicik Mustafa bu defe de Iznike yoneldi ve 40 gunluk muhasireden sonra seheri ele kecirdi Sahzade Kicik Mustafa burada Ibrahim Pasa sarayina cekildi ve ozunu sultan elan etdi Butun bu ozbasinaliqdan sonra II Murad 6 sentyabrda Konstantinopol muhasiresini qaldirdi ve Anadoluya kecdi Sahzadenin lelesi Serabdar Ilyas bey ele alindi ve 1423 cu ilin fevral ayinda qosunlar Iznike daxil oldu Bu vaxt hamamda olan Sahzade Kicik Mustafa lelesi terefinden saraydan gizlice qacirildi ve II Murada tehvil verildi Sahzade Kicik Mustafa bogularaq edam edildi Cesedi Iznikden kenarda bir encir agacindan asildi daha sonra Bursaya aparildi ve burda Yasil Turbeye defn olundu Diger kicik qardaslari Sahzade Mahmud ve Sahzade Yusif ise gozlerine mil cekilerek hebse salindi Ele hemin il II Murad Sahzade Kicik Mustafa hadisesini destekleyen Candaroglu uzerine hucum etdi Torpaqlarin boyuk bir qismi xususile de Safranbolu ele kecirildi Daha sonra Qaraman eline yoneldi Qaramanoglu Mehmed beyin vefatindan sonra cixan taxt mubarizesini yatirdi Bununla yanasi Osmanli torpaqlarina hucum eden Valaxiya cari axinci desteleri terefinden geri puskurduldu Neticede Valaxiya carligi yene Osmanlilara tabe edildi Venesiya ile muharibe ve Selanikin fethi Konstantinopolun muhasiresi esnasinda Bizans Venesiya arasinda elaqeler sixlasdi Hetta Selanikin Venesiyaya qeyd sertsiz tehvil verilmesi muzakire olunmaqda idi Bu meseleye kokunden son qoymaq ucun 1424 cu ilde Osmanlilar Genuya ile danisiqlara basladi Genuyanin vasiteciliyi ile Bizans imperiyasi ile sulh muqavilesi baglandi Muqavilenin sertlerine gore Bizans her il 30 000 duka qizil vergi Egey ve Qara deniz sahillerindeki torpaqlari Osmanlilara vermeyi qebul etdi 1424 cu ilde Edirne Sarayinda boyuk bir toy merasimi kecirildi Bele ki II Murad nevesi Tacunise Xedice Helime Xatunla evlendi Bu merasimle eyni zamanda II Muradin 3 bacisi da evlendirildi Sultan Xatun Candaroglu Qasim beyle Ayse Xatun Osmanli komandirlerinden Qaraca beyle ve Hafsa Xatun ise Candarli Xelil Pasanin nevesi Mahmud beyle evlendirildi Anadolu seferi II Murad 1425 ci ilde Anadoluda birlik yaratmaq meqsedile boyuk bir ordu topladi Evvelce Boyuk Mustafa Celebi usyanina komek eden uzerine yurudu Genuyalilarin komeyile deniz yolunu bagladi Daha sonra 1426 ci ilde ailesi ve butun xanedan uzvleri ele kecirilerek edam edildi 1426 ci ilde II Murad macarlarin tesviqile Balkan yarimadasinda cixan ayaqlanmani yatirmaq meqsedile boyuk bir sefere cixdi II Murad sexsen ozu Sofiyadan Vidine qeder ireliledi Osmanli axincilari ise Bosniyaya hucum edib Xorvatiyaya qeder ireliledi Ardindan ve Teke beylikleri de Osmanliya birlesdirildi Ancaq serqde Qaraman ve Candarli beylikleri hele de musteqil siyaset yurudurdu Bu beylikler uzerinde Emir Teymurun oglu Sahruxun da haqq iddia etmesi neticesinde Serqi Anadoluda gergin veziyyet yarandi 1428 1429 cu illerde Osmanlida boyuk veba epidemiyasi yayildi Islam dunyasinin taninmis simalarindan Emir Sultan dovlet adami ve memar Haci Ivaz Pasa Sedrezem Candarli Ibrahim Pasa ve II Muradin gozlerine mil cekdirdiyi qardaslari Mahmud ve Yusif de bu epidemiyaya yoluxaraq vefat etmisdir 1429 cu ilde oglan ovladi olmayan II Yaqub beyin vefatinin ardindan oz vesiyetine gore Osmanlilara birlesdirildi II Murad Anadoluda sulhu temin etdikden ve veba epidemiyasini onledikden sonra butun gucunu Venesiyaya yoneltdi Venesiya Respublikasi hele de Selaniki elinde saxlamis Canaqqala bogazina tez tez hucumlar etmekde idi Osmanlilar 29 mart 1430 tarixinde Selaniki ardindan ise Yuvan ili ve sonra Yanya qalasini ele kecirdiler Muharibeni dayandirmaq meqsedile Osmanli Venesiya sulhu imzalandi Serbiyanin ilhaq edilmesi Osmanlinin Balkan regionunda macarlarin hakimiyyeti artmisdi 1427 ci ilde serb hakimi Stefan Lazarevicin vefatinin ardindan bos qalan Serbiya taxti ugrunda Osmanli ve Macaristan arasinda elan olunmamis muharibe guclendi 1428 ci ilde Serbiyanin simal serqinde Dunay cayi sahilinde yerlesen Guvercinlik qalasi Osmanlilarin eline kecdi Hemin il macarlarla baglanan 3 illik sulh muqavilesine gore kecmis hakimin oglu Corc Brankovic Serbiya hakimi teyin olundu Butun bunlar bas vererken Anadoluda veziyyet gerginlesmis Qaramanogullari beyliyi Hemidogullarini ozune tabe etmisdi Serbiya ile baglanan muqavilenin muddeti bitdikden sonra 1434 cu ilde macar krali Sigismund II Murada elci gondererek Bosniya Serbiya ve Bolqaristan uzerindeki suverenliyinin taninmasini istedi Redd cavabi alan Macaristanla veziyyet yeniden gerginlesdi Osmanli dovletine qarsi olan her kes macar kralinin etrafinda toplanmaga basladi Bunlar arasinda Bosniya krali II Tvrtko II Muradin heremlerinden Mara Xatunun atasi Serb hakimi Corc Brankovic Valaxiya carligini ele keciren I Vlad Drakula Sahzade Savci beyin oglu Sahzade Davud taxt ugrunda mubarizeye hazir olan bir cox Balkan aristokrati yer alirdi Ancaq butun bu insanlarin bir araya gelmesi cox vaxt apardi Hemin illerde Anadoluda Teymuri Qaraqoyunlu ittifaqi davam edirdi Ancaq 1437 ci ilde Teymuri Sahrux Xorasana geri donmus bundan istifade eden II Murad hemin il Anadoluya boyuk bir sefer tertib etmisdir Vaxtile Qaramanogullari beyliyinin isgal etdiyi Konya Beysehir ve Hemideli bolgeleri eniden Osmanli torpaqlarina birlesdirildi 9 dekabr 1437 tarixinde Macar krali Sigismund oglan ovladi olmadan vefat etdi ve Macaristanda taxt mubarizesi basladi Bununla da Sigismundun Osmanli eleyhine qurmaq istediyi cebhe de dagildi Nehayet 1434 cu ilden etibaren Lehistan krali olan III Vladislav macar krali secildi ve Macaristanin I Vladislavi adini aldi Hakimiyyete geler gelmez Transilvaniya carliginin basina Yanos Hunyadi adli yerli esilzadeni getirdi Belelikle gelecek 20 il boyunca Osmanlilarla dayanmadan mubarize aparan Yanos Hunyadi hakimiyyeti ele aldi 1441 ci ilde Yanos Hunyadi Semendireni ele kecirdi ve bura gonderilen bir nece Osmanli qosununu meglub etdi II Murad bu furseti deyerlendirdi ve 3 il Rumelide qaldi Serbiya ve Valaxiya knyazligi qeyd sertsiz Osmanliya birlesdirildi 1438 ci ilde ilk Macaristan seferine cixildi Dunay cayini kecerek Severin Demirqapi Orsova ve Sebes qalalari topla dagidildi ve Transilvaniyanin merkezi sayilan Sibiu qalasini muhasireye aldi Qala ele kecirildi ve II Murad Edirneye geri dondu Bu sefer bir Osmanli sultaninin qatildigi ilk boyuk miqyasli sefer idi 1438 ci ilde II Murad Serbiyaya yoneldi ve Semendireni isgal ederek Serbiya knyazligini ele kecirdi Serbiya artiq Osmanli dovleti daxilinde eyalete cevrildi Skopye sancaq beyi Evrenesoglu Ishaq bey idaresindeki axincilar Bosniya kralliginin merkezi sayilan Yaytse onlerine qeder ireliledi Bu esnada Bosniya krali II Tvrtko vefat etmis olke iki varis arasinda bolusdurulmus olkenin cenubunda yerlesen Herseq vilayeti ise muxtariyyet qazanmaq isteyirdi II Murad butun bunlardan istifade ederek her 3 idareciliyi de ozune tabe etdi ve vergiye bagladi Yanos Hunyadinin Balkanlara seferi Stefan Lazarevicin vefatindan sonra macar isgalinda olan Belqrad 1440 ci ilde Osmanli quvveleri terefinden muhasireye alindi ancaq 6 ay davam eden bu muhasire neticesiz qaldi Bu hadiseden sonra macarlar Osmanli quvvelerini Bosniya bolgesinden sixisdirib cixartdi Yeni macar krali I Vladislav iki komandirini Yanos Hunyadi ve Nikolas Uylaki Osmanli tehlukesi ile uz uze qalan bolgelere teyin etdi 1441 ci ilde Transilvaniyani isgal eden ve Sibiu qalasini muhasireye alan axinci beyi Mezid bey ele kecirildi ve olduruldu Novbeti ilin sentyabr ayinda Mezid beyin intiqamini almaq isteyen Sehabeddin Pasa da Vazaq muharibesinde meglub oldu ve geri cekildi Eyni donemlerde macarlarla muttefiq olan Qaramanoglu Ibrahim bey 1443 yazinda Konyaya hucum etdi ancaq II Murad boyuk oglu Sahzade Eleddinle birlikde bu hucumun qarsisini aldi Hemin ilin payizinda Yanos Hunyadi macar krali I Vladislav ve Serbiya hakimi Corc Brankovicle birlikde eks hucuma kecdi Bu ordu Dunay cayini kecerek suretle ireliledi ve Nis doyusunde qalib gelerek Nis ve Sofiya seherlerini ele kecirdi Yanos Hunyadi liderliyindeki bu ordunun Osmanli torpaqlarina hucumunu Qaraman seferi esnasinda oyrenen II Murad derhal eks istiqamete ireliledi ve Balkan yarimadasina geri dondu Bu esnada Yanos Hunyadi macar serb ve bolqar birliklerden ibaret ordusuyla irelileyerek Slatiskaya qeder geldi Hucumlar esnasinda darmadagin edilen Osmanli quvvelerini qisa zamanda toplayan II Murad 24 noyabr 1443 tarixinde Izladi kecidinde Yanos Hunyadi ile qarsi qarsiya geldi Muharibenin neticesile bagli muxtelif fikirler var Bele ki doyusun sonunda qelebe qazanan Osmanli quvveleri o qeder agir itkiler vermisdi ki sulh baglamaq fikrine bele dusmusdu Bu agir muharibeden sonra II Murad daha agir bir itki verdi Bele ki en sevimli oglu Amasiya hakimi olan Sahzade Eleddin ani sekilde vefat etmisdi Bir cox tarixcilere gore muttefiq qosunlari ile sulh baglamagin esas sebebleri asagidakilardir Balkan ehalisinin II Murada qarsi qadirdigi usyan Ard arda gelen meglubiyyetler Boyuk itkilerle elde olunan qalibiyyet Ovlad itkisi Heremi Mara Xatun ve Sedrezem Candarli Xelil Pasanin tekidleri Segedin muqavilesi ve Yenisehir andlasmasi 1444 cu ilin iyun ayinda tarixde Edirne Segedin olaraq bilinen 10 illik sulh muqavilesi uzre terefler raziliga geldi Bu andlasmanin qalici olmasi ucun II Murad Edirnede Quran uzerine Macar krali I Vladislav ise Segedinde Incil uzerine and icerek muqavileni imzaladi Bu muqavilenin sertlerine gore Osmanlilar vaxtile legv etdikleri Serbiya knyazligini yeniden qurmali ve idareni 1427 tarixindeki serhedler daxilinde Corc Brankovice tehvil vermeli idi Macarlar ise Osmanlilarin Bolqaristan uzerindeki suveren hakimiyyetini tanimali idi Her iki dovlet arasindaki serhed ise Dunay cayi olaraq teyin edildi Bu muqavilenin ardindan II Murad oglu Sahzade Mehmedi Edirneye cagirdi ve onu paytaxtda taxt naibi teyin ederek Qaramanlilarin uzerine sefere cixdi Sebeb ise Qaramanoglu Ibrahim beyin Ankaraya qeder irelilemesi idi II Murad Ibrahim beyle goruserek sulh danisiqlarina basladi ve 1444 cu ilin iyul ayinda terefler raziliga geldi Yene and icmeyle baglanan sulh muqavilesine gore Aksehir ve Beysehir bolgeleri Qaramanogullari beyliyine geri qaytarildi Taxtdan cekilmesi Edirne Segedin muqavilesi ve Yenisehir andlasmasi ile o vaxta qeder isgal olunan butun torpaqlarin bir qismini geri qaytaran II Murad bu yolla serqde ve qerbde sulhu temin etdi Yasli yorgun ve depresiyada oldugu guman edilen II Murad bu andlasmalarin sonunda Osmanli tarixinde gorunmeyen bir qerar verdi 1444 cu ilin avqust ayinda Bursa yaxinliginda yerlesen Hanedan cifligi nde dovletin nufuzlu sexsleri esger ve ulema sinifinin en boyuk numayendeleri ve qapiqulu esgerleri yeniceri ve sipahi cagirildi Bu meclisde artiq oglu Sahzade Mehmedin lehine taxtdan cekildiyini bundan sonraki heyatini dine bagli sekilde Manisada kecireceyini bildirdi Hemin il Papa ve yaxin komekcisi radikal dindar Gialiano Cesarininin teskilatciligi ile yeni bir Selib yurusu hazirligi basladi Bilavasite Gialiano Cesarininin de tekidile Macar krali I Vladislav Papanin da raziligi ile and icerek imzaladigi muqavilenin sertlerini pozdu Aralarinda atasindan miras qalan torpaqlar ugrunda mubarizeye qalxan Skanderberqin de oldugu bir cox yerli aileler Osmanliya qarsi silahlandi 1443 cu ilin yay aylarindan baslayaraq esasini macar ve serblerin teskil etdiyi 25 minlik selib ordusu Macar krali I Vladislav ve Transilvaniya hakimi Yanos Hunyadinin basciligi ile Balkan yarimadasinin cenubuna dogru ireliledi Eyni donemde Bizansin desteyini alan de usyana qalxdi ancaq Rumeli beylerbeyi Sehabeddin Pasa terefinden bu usyan yatirildi Ancaq Sehabeddin Pasa Nis yaxinliginda Selib ordusu ile doyuse girdi ve meglub oldu Bu doyus yalnizca qurudan yox eyni zamanda denizden de davam edirdi Bele ki Burqundi kralligi ve Papanin da maliyye desteyile boyuk bir Selib donanmasi yaradilmisdi Butun bunlar bas vererken daxilde de caxnasmalar bas verirdi Bele ki sentyabr ayinin ortalarindan baslayaraq paytaxt Edirnede dini qarsidurmalar guclenmisdi Hurufilerin sayi artmis bu ise ekseriyyeti sunni olan Edirne ulemasini narahat edirdi Bu sebebden hurufilere qarsi qeti ve qanli mubarize basladi Bezi menbelere gore Edirnede cixan boyuk yanginin da sebebi mehz bu qanli siyaset idi Bu yangin zamani 7 min ev kule donmus ve minlerle hurufi helak olmusdur Macar ordusunun Dunay cayini kecmesi xeberi Manisada yasamaga davam eden II Murada bele gelib catmisdi Edirneden mektubla cagirilan II Murad ise taxta yeniden donmek istemirdi Bezi tarixcilere gore II Mehmed atasina asagidaki kimi bir ferman gondermisdir Eger atam Murad sultandirsa gelib taxtin basina kecsin Yox eger sultan menemse emr edirem gelib menim ordularimin basina komandir olsun Ancaq bir qrup tarixci ise bu raziliq mektubunun Candarli Xelil Pasa terefinden genc sultandan gizlice yazildigini iddia edir II Murad ise bu iki secim arasinda ikincini secdi ve resmen sultan titulu olmadan Anadolu birliklerinin basina kecdi ve Varnaya dogru ireliledi 10 noyabr 1444 tarixinde II Muradin idaresindeki Osmanli ordusu Selib ordusu ile Varnada qarsilasdi Doyus esnasinda Macar krali I Vladislav oldurulmus kesik basi ve andini pozdugu Edirne Segedin andlasmasi eyni nizeye taxilaraq doyus meydanini gezdi Bu ise dusmen ordusunda ruh duskunluyune sebeb oldu Eyni doyusde Papanin yaxin adami ve bu doyusun tertibatcilarindan olan Gialiano Cesarini de helak oldu Bu doyusden salamat qurtulan tek insan ise Transilvaniya hakimi Yanos Hunyadi oldu Doyusun sonunda II Murad bir muddet Edirnede qaldi ve daha sonra yeniden Manisaya cekildi Qelebe haqqinda qonsu dovletlere gonderilen butun fethnameler ise II Mehmedin adindan yollanildi Taxta geri donusu Esas meqale Bucuktepe hadisesiII Murad 1446 ci ilin may ayinda Sedrezem Xelil Pasanin cagirisiyla bir daha Edirneye taxtina dondu Bunun sebebi Mehmedin Konstantinopola hucum planlari etmesi idi Xelil Pasa oz gucunu zeifledeceyi dusuncesiyle bu hucuma qarsi gelerken Mehmedin yandasi olan Zaganos ve Sehabeddin bu plani destekleyirdi Sonunda Xelil Pasa Bucuktepe adlanan yeniceri usyani teskil ederek Mehmed ve yandaslarini iqtidardan uzaqlasdirdi II Muradin yeniden taxta kecmesinin ardindan Mehmed Manisaya cekildi Zaganos Pasa ise Balikesire surgune gonderildi Mora seferi Kosova doyusu 1446 ci ilin payizinda Osmanli himayesinde olan Afina knyazinin da sikayeti uzre II Murad seferine cixdi Mora yarimadasina geden yolda en boyuk hedef sayilan Heksimilian divari Osmanli quvveleri terefinden darmadagin edildi Ancaq deyisen hava seraiti seferin davam edilmesine mane olurdu Bu sebebden sefer axinci hucumlarina cevrildi Osmanli ordusu iki qrupa ayrilaraq axinci beylerinin idaresine verildi Bu quvveler Patrasa qeder ireliledi Boyuk qenimet elde edildi Mora hakimi vergiye baglandi ve Edirneye 6 min esirle geri donuldu 1447 ci ilde II Murada tabe olmaq istediyi ucun Yanos Hunyadinin de tesviqile Transilvaniya hakimi II Vlad Drakula Balteni bataqliginda olduruldu 1448 ci ilde II Murad Skanderberqe qarsi ilk seferine cixdi Ancaq hemin ilin yayinda II Murad Yanos Hunyadinin rehberlik etdiyi macar ordusunun herekete kecdiyini oyrendi Derhal seferi yarida qoyub Sofiyaya geri dondu Yanos Hunyadi ilk olaraq Edirne Segedin muqavilesi ile yeniden qurulan Serbiya knyazliginin paytaxti Semendireye hucum etdi Ancaq Serbiya knyazi Corc Brankovic Osmanliyla yeniden dusmen olmaq istemedi Serbiyanin desteyini almayan Yanos Hunyadi macar ordusu ile Serbiya torpaqlarini darmadagin ederek cenuba dogru Kosova colune ireliledi Burada II Muradin rehberlik etdiyi Osmanli quvveleri ile qarsilasdilar 17 oktyabr 1448 tarixinde Kosova colunde baslayan doyus 3 gun davam etdi Doyus meydanindan qacan macar esilzadeleri yerli serbiyalilar terefinden ele kecirildi Bunlar arasinda Yanos Hunyadi de var idi Ele kecirilen Macar krali asagidaki sertler daxilinde serbest buraxildi 100 min qizil florin pul Isgal edilmis Serbiya torpaqlarinin geri qaytarilmasi Yanos Hunyadinin varis oglunun Brankovicin qiziyla evlendirilmesi Sultan Murad turbesi 1449 cu ilde Osmanli axinci quvveleri Transilvaniyaya hucuma kecdi Bir il sonra oglu Sahzade Mehmedle Skanderberqe qarsi ikinci defe Kosovaya yurus teskil etdi Sefer donusu Edirne Sarayinda oglu Sahzade Mehmedle Dulqediroglu Suleyman beyin qizi Sitti Xanimi evlendirdi Boyuk ve tenteneli toy merasimi kecirildi ve cutluk Manisaya gonderildi VefatiToy merasiminden bir muddet sonra dincelmek ucun Edirneye yola dusdu Burada iflic kecirdi ve 3 fevral 1451 tarixinde vefat etdi Cenazesi Bursaya aparildi ve vesiyetine uygun olaraq genc yasda vefat eden oglu Sahzade Eleddinin turbesine defn edildi Yene vesiyetine uygun olaraq ustu aciq turbede defn olundu Sebeb ise Allahin rehmeti ve bereketinin ustune yagmasi idi AilesiHeremxanasi Alime Xatun Dulqedirogullari beyliyindendir Yeni Xatun Amasyali Mahmud beyin qizi Huma Xatun Tacunise Xedice Helime Xatun Mara BrankovicOglan usaqlari Sahzade Boyuk Ehmed Sahzade Eleddin Eli II Mehmed Sahzade Orxan Sahzade Hesen Sahzade Kicik EhmedQiz usaqlari Xedice Sultan d 1425 1440 ci ilde Candaroglu Ismayil beyle evlendi ve 3 oglu dunyaya geldi Hafsa Sultan d 1426 1440 ci ilde le bibisi Sultan Xatunun oglu Qaya beyle o 1472 evlendi Fatma Sultan Erhondu Sultan 1445 ci ilde Yaqub Pasayla o 1483 evlendi Selcuq Sultan d 1430 o 1480 1444 cu ilde Qaraca Pasayla nigahlansa da pasa hemin il vefat etdi Daha sonra Yusif Sinan Pasayla o 1486 evlendi Istinadlarhttps snl no Murat 2 https www britannica com biography Murad II Uzuncarsili Ismail Hakki 1995 Buyuk Osmanli Tarihi I Cilt Anadolu Selcuklulari ve Anadolu Beylikleri Hakkinda bir Mukaddime ile Osmanli Devleti nin Kurulusundan Istanbul un Fethine Kadar Ankara Turk Tarih Kurumu Yayinlari ISBN 975 16 0011 1 Sakaoglu Necdet Murad II 1999 Yasamlari ve Yapitlariyla Osmanlilar Ansiklopedisi C 2 s 235 238 Istanbul Yapi Kredi Kultur Sanat Yayincilik ISBN 975 08 0073 7 Babinger a g e s 38 Arxivlenmis suret 2019 06 05 tarixinde Istifade tarixi 2016 08 18 Arxivlenmis suret 2013 01 01 tarixinde Istifade tarixi 2016 08 18 Ulucay M Cagatay Padisahlarin Kadinlari ve Kizlari Otuken Yayinlari s 37 Xarici kecidlerII MuradOsmanli sulalesiDogum 1404 Vefat 1451Hakimiyyet titullariSelefleri I Mehmed Osmanli Imperiyasi دولت عالیه عثمانی Sultani 1421 1444 Xelefleri II MehmedSelefleri II Mehmed Osmanli Imperiyasi دولت عالیه عثمانی Sultani 1446 1451 Xelefleri II Mehmed