Erkən Dövr Tarix və Ənənələr Məzhəblər və Hərəkatlar Əsas mövzular |
|
Səlib yürüşləri və ya xaç yürüşləri (lat. Expeditio sacra, ərəb. الحملات الصليبية,fr. Croisades,ing. Crusades, isp. Cruzadas) — Qərbi Avropa ölkələrinin Fələstini və başqa əraziləri istila etmək məqsədilə XI–XIIl əsrlərdə Yaxın Şərqə hərbi səfərlərinin ümumiləşdirilmiş adı.
Arxaplan
Daha əvvəlki əsrlərdə Roma İmperiyasını yox edərək, Qərbi Avropanı istila etmiş və burada bir neçə krallıq quraraq, mərkəzi hakimiyyəti tam şəkildə əllərində cəmləşdirmiş barbar krallıqlarının çökmə dövrü başlamışdı. Hakimiyyət artıq mərkəzdənqaçma siyasəti nəticəsində get-gedə parçalanmış, daha əvvəl kralların əlində olan iqtidar indi daha çox yerli feodalların əlində cəmləşmiş, onlar da mərkəzi hökuməti tanımaq istəməyərək, özlərinin arzuları ilə istədiklərini etməyə başlamış, daha əvvəl "Hakimi-Mütləq" olan krallar indi yalnız "bərabərlər arasında birinci" statusuna qədər enməsi prosesi baş vermişdi. Bu hadisələrin nəticəsində də feodalların bir-biri arasında baş verən müharibələrin sayı çoxalmış, insan itkiləri artmışdı.
Həm də Avropanın həmin əsrlərdə texniki cəhətdən xeyli geridə olduğunu nəzərə alsaq, çoxalan əhalini yedizdirmək üçün torpaqların get-gedə azlıq etdiyini, daxili sarsıntılardan əziyyət çəkən xalqın tez-tez aclıq və xəstəlik nəticəsində dəhşətli surətdə, külli miqdarda qırıldığını təbii qəbul etmək lazım gəlir. Bütün bunlardan əzab çəkən sadə xalqın, çarəni Müqəddəs Torpağa "süd dolu çaylar və baldan axan dənizlər" olan yeri ələ keçirməkdə görməsini anlamaq mümkündür.
Burada digər aspekt də adı çəkilən dövrdə, yüksək zümrə arasında qəhrəmanlıq obrazının, döyüş vaxtı göstərilən rəşadətin, yüksək hünərin bir növ "kişilik simvolu" kimi qəbul edildiyinə görə, əsilzadə sinfinə məxsus hər bir şəxsin bu tip arzularla yaşaması, müharibə fikri ilə alışıb-yanması real qarşılanmalıdır. Həm də düşmən burada konkret deyil, ümumi olaraq götürülürdü. Bütün bunların nəticəsində hər bir xırda hərəkət, kiçicik bir səhv tez-tez qan tökülməsinə, hətta müharibələrə də gətirib çıxarırdı. Məhz bunlara görədir ki, da xalqla bərabər tanımadıqları, heç vaxt görmədikləri Müqəddəs Torpağa gedərək "İsanın qəbrini xilas etməyə" böyük şövq və həvəslə hazırlaşmağa başladılar.
Burada bir məqamı da xatırlatmağına dəyər. Avropanın ticarətlə məşğul olan dairələri Yaxın Şərqdəki mühüm strateji məntəqələri əldə etməkdə maraqlı idilər. Çünki, müsəlman hakimləri yolların idarəsini əlində saxlayır və onlardan xeyli gömrük rüsumu alırdılar. Beləliklə onlar da Səlib yürüşü ideyasını dəstəkləməyə başlamışdılar.
Papanın səlib yürüşlərinə çağırmaq qərarı isə başqa amillərlə izah olunmalıdır. Əvvəldə deyildiyi kimi feodal dağınıqlığı dövründə çoxlu böyük və kiçik müharibələr baş verir, cüzi bir səbəbdən kütləvi surətdə qan tökülmələri və fəlakətlər baş verirdi. Bu səbəbdəndir ki, insanların daşan enerjisini boşaltmaq üçün yeni bir hədəf, yeni bir düşmən göstərilməsi son dərəcə təbiidir. Məhz buna görə də, Papa Avropaya kifayət qədər yaxın və uzaq olan bir ərazi göstərmişdi.
Burada başqa bir səbəbi də qabartmaq mümkündür. İri Avropa ölkələrində yürüşə əsasən feodallar çıxır, onların olan krallar isə səfərə son dərəcə həvəssiz gedir və ilk imkan ələ düşən kimi geri qayıdırdılar. Belə bir fərziyyə irəli sürmək mümkündür ki, krallar bu müharibələrdə əsasən iri feodalların zəifləməsini və güclərini tamamilə sərf edərək onunla mübarizə apara bilməyəcək hala gəlməsini qarşıya məqsəd qoymuşdular.
Bu da maraqlı bir fakt olaraq ortaya çıxır ki, səlib yürüşlərində əsas rollardan birini oynamış Fransa, bu dövrdən əvvəl dağılmış və parçalanmış bir dövlət olduğu halda, Şərqə doğru ekspansiya bitdikdən az sonra demək olar ki, tamamilə birləşmiş və bütünləşmiş, nəinki öz vassalları, həm də digər Avropa dövlətləri qarşısında qüdrətli və güclü bir krallıq olaraq çıxmışdı.
Başlanması
1095-ci ildə Fransanın şəhərində papa II Urbanın "müqəddəs torpağın (Qüdsün) kafirlərdən azad edilməsi" çağırışı ilə bütün xristian dövlətlərinin qoşulduğu hərbi kampaniya. Müəyyən fasilələrlə 200 ilə yaxın müddətdə davam etmişdir. Sonradan Şimali Avropa və Fransadakı bütpərəstlərə və katolik kilsəsinə tabe olmayan qüvvələrə (katarlar, qusçular və s.) qarşı həyata keçirilən hərbi yürüşlər də Xaç yürüşləri adlandırılır. Yürüşlərin əsas məqsədi xristianlığı yaymaq və yeni ərazilər işğal etmək idi.
Klermon kilsə məclisində papa II Urbanın çıxışından: "Sizin yaşadığınız torpaq əhali çoxaldıqca darısqallaşdı.Həmin torpaq da məhsuldar deyil və onu becərənləri belə çətinliklə çörəklə təmin edir.Bu səbəbdən də bir-birinizi didib-parçalayır,müharibələr aparır,bir-birinizi ölümcül yaralayırsınız.İndi is sizin qəzəbiniz soyuyacaq,ədavət aradan götürüləcək,müharibələr və toqquşmalar səngiyəcəkdir.Müqəddəs qəbrinyanına yolunuzu tutun,dinsizlərin əlindən o torpağı alın və özünüzə tabe edin.Həmin torpaqda bal və süd çayları axır.Qüds dünyanın ən bərəkətli incisidir.İkinci cənnətdir".
1096–1099-cu illərdə I Xaç yürüşü baş verdi. Səlib yürüşünün başlaması zamanı yaşanan eyforiyanın şahidi olmuş abbat Nojanlı Qvibert vəziyyəti aşağıdakı sözlərlə təsvir edir. "Klermon şurası bitdikdən sonra Fransanın bütün əyalətlərində onun haqqında böyük xəbər yayıldı. Papanın sözləri haqqında eşidən hamı, öz qonşularını və qohumlarını xəbərdar etməyə yollanırdı və onları Allahın yoluna daxil olmağa səfərə çıxmağa çağırırdı ……Artıq qrafların istəkləri aşıb-daşırdı. Cəngavərlər yalnız yürüş haqda düşünürdü. O zaman kasıblar da bütün əmlaklarını qiymətsiz, demək olar ki, havayı satmağa başladılar, dünən heç hara getmək istəməyənlər, artıq bir gündən sonra digərləri ilə bərabər yola düşürdü…. …Müharibə və səfər fikri ilə alışıb yanan qocalar, uşaqlar haqda nə demək olar. Hamı müharibəni salamlayır, hamı müqəddəslik arzusundadır ."
Digər cəhətdən, xaçlıları yürüş zamanı görən Bizans imperatorunun qızı, tarixçi Anna Komnin isə müəllifi olduğu "Aleksiada " kitabında, onların başqa tərəfini təsvir edir ."Adriatikin o tayında, Herakl sütunlarına (Cəbəllütariq boğazı) qədər yaşayan bütün barbarlar, bütün Qərb bir yerdə Asiyaya köçməyə başladılar. Onlar ailələri ilə gəlirlər və bütün Avropanı keçiblər".
İlk Səlib Yürüşü
Səfərə ilk olaraq müntəzəm ordular deyil, əsasən sıravi xalqdan təşkil edilmiş dəstələr çıxmışdı. Fransanın Amyen şəhərindən olan keşiş Pyerin və cəngavər rəhbərlik etdiyi bu ordu təxminən 20000 nəfərdən ibarət idi. 1096-cı il may ayında yürüş başladı. Macarıstan və Bizans sərhədindən keçən səlibçilər oktyabr ayında, indiki Türkiyənin İzmir şəhəri yaxınlığında səlcuqlar tərəfindən tamamilə darmadağın edildi və bu ordudan çox az sayda adam sağ olaraq geri qaça bildi.
I Səlib Yürüşü
Birinci Səlib yürüşü 1096-cı il oktyabr ayında hərəkətə başladı. İlk səfərdən fərqli olaraq, bu dəfə sadə xalq deyil, cəngavərlər və əsilzadələr müharibəyə getmişdilər. Sayları 110 minə yaxın idi. Orduya , və başçılıq edirdilər. Anadoluda səlcuqları məğlub edərək irəliləyən səlibçilər, 10 mart 1098-ci ildə ilk dövlətləri olan Edessa (Urfa) qraflığını qurdular. Belə bir məsələni də qeyd etmək lazımdır ki, xaçlılar bu yürüşdə ermənilərdən böyük bir dəstək alırdılar. Antakyanı mühasirə altına alan səlibçilərin yaxşı müdafiə olunan, mühüm strateji əhəmiyyətə malik bu şəhəri almağa çox cüzi şansları var idi. Lakin, şəhərdə olan Firuz adında bir erməni xəyanətkarlıqla Boemundla danışığa getdi və şəhərina qapılarını xaçlılara açdı.
Səlibçilər Urfa qraflığını yaradarkən də, ermənilərdən böyük bir dəstək almışdılar. Bununla da ermənilər öz mənfur xislətlərini bir daha büruzə vermişdilər. Buradan daha da irəli gedən xaçlılar 15 iyul 1099-cu ildə əsas məqsədləri olan Qüdsü aldılar. Qüdsü alarkən çoxlu sayda dinc sakini öldürən səlibçilər hətta, və məscidlərində gizlənməyə çalışanlara, həmçinin şəhərdə yaşayan yəhudilərə də rəhm etmədilər. Bu hadisələrin şahidi olan tarixçi işğaldan sonrakı gün Qüdsün mərkəzindən keçərkən hər tərəfi örtən cəsədlərin arasından və küçə boyu axan qanın içindən keçmək məcburiyyətində qaldığını yazmışdı. Bütün Fələstin ərazisini ələ keçirən səlibçilər burada aşağıda adı çəkilən bir neçə dövlət qurdular:
Sonrakı yürüş
Birinci səlib yürüşündən sonra 1101-ci ildə, qazanılan uğuru inkişaf etdirmək məqsədilə, iki il əvvəl vəfat etmiş olan II Urbanın yerinə Roma Papası seçilən yeni bir səlib müharibəsi fikrini ortaya atdı. Bu dəfə ayrı-ayrı əsilzadələrin yaratdığı ordular vahid bir komandanlıq altında deyil, təkbaşına üç müxtəlif ordu şəklində, Anadolu üzərindən Qüdsə yürüş etmək istədilər. Ordu fransızlar, almanlar və italyanlardan ibarət idi. Lakin Qüdsə çatmadan yolda, tərəfindən ayrı-ayrı darmadağın edildilər və bu dəfə planlarını yerinə yetirə bilmədilər.
II Səlib Yürüşü
XII əsrdə müsəlman dövlətlər birləşməyə başladılar. Bunun nəticəsində səlibçilər öz mülklərini itirməyə başladılar. 1144-cü ildə Mosul hakimi Edessanı ələ keçirdi. Bu hadisə tezliklə II Səlib yürüşünün (1147–1149) başlanmasına səbəb oldu. 1145-ci ildə Roma Papası Avropa hökmdarlarını yeni bir səlib yürüşünə çağırdı. Bu yürüşün əsas ilhamçısı o zaman katolik dininin ən mürtəce xadimlərindən biri olan abbat Klervoslu Bernar idi. Bu dəfə çağırışa Almaniya kralı və Fransa kralı müsbət cavab verdilər. Hər iki kral şəxsən səfərə çıxdı. İlk olaraq Almaniya kralı III Konrad 1147-ci ildə Anadoluya hücum etdi. Ancaq o da səlcuqlar tərəfindən ağır bir məğlubiyyətə uğradıldı. VII Lüdoviq isə ağır itkilər hesabına özünü Antakyaya yetirə bildi. Bundan sonra qələbə qazanmaq mümkün olmadı və İkinci səlib yürüşü uğursuzluqla tamamlanmışdı.
Qüdsün Səlahəddin tərəfindən geri alınması
İkinci xaçlı səfərinin nəticələri qeyri-qənaətbəxş olduğuna görə, Fələstin torpaqlarında vəziyyət dəyişməyə başlamışdı. Səlibçilər mövqelərini əldən verirdilər və qüvvələr nisbəti onların əleyhinə çevrilirdi. Kiçik xaçlı dövlətləri artıq qüvvətlənməkdə olan müsəlman-türk hökmdarları ilə bacara bilmirdilər və məğlubiyyətlər sıralanırdı. Edessa qraflığının 1144-cü ildə itirilməsindən sonra, Qüdsün də vəziyyəti ağırlaşmışdı. Onlar Atabəy simasında yeni bir qorxulu düşmən tapmışdılar. Onun ölümündən sonra hakimiyyətə gələn Səlahəddin Əyyubi bu siyasəti davam etdirir və səlibçilərin ətrafındakı mühasirə dairəsi get-gedə daralırdı. Bütün bu məğlubiyyətlər son olaraq Qüdsün 2 oktyabr 1187-ci ildə, Səlahəddin Əyyubi tərəfindən fəth edilməsi ilə nəticələnmişdi.
III Səlib Yürüşü
Qüdsün itirilməsi xəbəri bütün Avropada şok təsiri oyatdı. Kilsə dərhal hökmdarları səfərə çağırsa da, onlar müxtəlif səbəblər üzündən bunu gecikdirdilər. Nəhayət, Almaniya imperatoru 1189-cu ildə səfərə çıxdı. Ancaq imperatorun Qüdsə çatmadan, indiki Mərsin şəhərinin yaxınlığında çayda boğulması ilə başsız qalan ordunun qalıqları güclə Fələstinə gəlib çatdı. 1190-cı ildə isə Fransa kralı II Filip Avqust və İngiltərə kralı I (Şir ürəkli) Riçard yola çıxdı. İki kral birlikdə Əkkanı 1191-ci ildə ələ keçirdi. Lakin burada baş verən mübahisəyə görə, II Filipp Fələstini tərk edərək Fransaya qayıtdı. Əkkada, bəzi məlumatlara görə sayları 900–3000 arasında dəyişən müsəlman əsirini öldürən Riçard nə qədər çalışsa da, Qüdsü ələ keçirə bilmədi və 9 oktyabr 1192-ci ildə Fələstini tərk etdi. Beləliklə Üçüncü səlib yürüşü də nəticəsiz bitmişdi.
IV Səlib Yürüşü
IV Xaç yürüşü isə müsəlmanlara qarşı deyil, katoliklərin düşmən və kafir gözü ilə baxdıqları pravoslav Bizans İmperiyasına və onun paytaxtı Konstantinopola qarşı yönəlmişdi. 1204-cü ildə səlibçilər Konstantinopolu tutdular və Bizans İmperiyasının torpaqları üzərində Latın İmperiyasını yaratdılar.
Uşaq Səlib Yürüşü
Roma papası əvvəlki xaç yürüşlərinin uğursuz olmasının səbəbini onunla izah edirdiki bu yürüşlərdə iştirak edənlər günaha batıblar. Uğur qazanmaq üçün heç bir günah iş görməyən uşaqlardan istifadə etmək lazım olduğunu deyirdi.1212-ci ildə Almaniyada uşaqların və yeniyetmələrin qatıldığı yürüşlərdən biri "Uşaqların xaç yürüşü" adlandırılırdı.Bu yürüş zamanı yola çıxanlar yalnız İtaliyanın Aralıq dənizi sahillərinədək gedə bildilər. Bu yürüşə qoşulan uşaqları gəmilərə mindirib qul bazarlarına apardılar.
V Səlib Yürüşü
1217-ci ildə beşinci səlib yürüşü başladı. Bu dəfə Misir hədəf olaraq seçilmişdi. Səlibçilər 1219-cu ildə şəhərini ələ keçirsələr də, uğurun davamı gəlmədi və nəhayət 1221-ci ildə heç nə əldə etmədən geri çəkilmək məcburiyyətində qaldılar.
VI Səlib Yürüşü
1228-ci ildə yeni səfər başladı. Orduya, Almaniya imperatoru II Fridrix başçılıq edirdi. Bu dəfə müharibə deyil, danışıqlara üstünlük verən imperator Misir sultanı ilə razılığa gəldi və 17 mart 1229-cu ildə Qüdsə sahib oldu. Ancaq bu dəfə Qüds cəmi on beş il səlibçilərin əlində qaldı. 1244-cü ildə misirlilər şəhərə yenidən sahib çıxdılar. Beləliklə daha bir səfər uğursuz sona yetdi.
VII Səlib Yürüşü
Yeddinci Səlib Yürüşü 1249-cu ildə Misir üzərinə hücumla başladı. Xaçlılara Fransa kralı IX (Müqəddəs) Lüdoviq başçılıq edirdi. Əsgərlərin demək olar ki, hamısı fransız idi. Dimyatı ələ keçirən səlibçilər, Misir sultanı onları blokadaya alması nəticəsində, acınacaqlı vəziyyətə düşmüş, sonunda isə kral da əsir alınmışdı. IX Lüdoviq ağır girov verərək qurtulsa da, yürüş məğlubiyyətlə başa çatmışdı.
VIII Səlib Yürüşü
1270-ci ildə, dindarlığı ilə seçilən kral IX Lüdoviq yeni bir səlib yürüşünə başladı. Amma bu dəfə marşrut Yaxın Şərq deyil, Tunis seçilmişdi. Gəmilərlə sahilə yan alan kral, şəhəri mühasirəyə aldı. Lakin qəfil baş verən epidemiya nəticəsində kral, onun oğlu və bir çox əsilzadə vəfat etdi. Sağ qalanlar da mühasirəni ataraq Fransaya qayıtdılar. Beləliklə də səlib yürüşləri epopeyası başa çatdı.
Qəti məğlubiyyət
Ard-arda baş verən uğursuzluqlar Fələstindəki səlibçi dövlətlərinin son qalıqları üzərindəki qara buludları daha da sıxlaşdırırdı. Misir sultanı Baybars 1265-ci ildə və almışdı. Daha sonra Antakyanın üzərinə gedən sultan, 18 may 1268-ci ildə bu şəhəri fəth etdi və səlibçi knyazlığına son vermişdi. Ondan sonra hakimiyyətə gələn sultan Kalavun 1287-ci ildə , 1289-cu ildə isə Tripolini tutmuşdu. Səlibçilərin əsas mərkəzi olan Qüds krallığından geriyə qalan son böyük şəhər olan Əkkanı isə, sultanın oğlu iki ildən sonra almışdı. Elə həmin il Sur, Beyrut və Hayfanı fəth edən sultan, beləliklə də xaçlıların hakimiyyətinə tamamilə son vermişdi.
Nəticə
Nəticə olaraq onu demək olar ki, Urban yürüşləri ideyasının uğursuzluqla başa çatmasının bir neçə mühüm səbəbi vardır. Birincisi, hətta Fələstin ərazisində də xaçlılar öz köhnə ədavətlərindən əl çəkməmiş, yenə də tez-tez taxt-tac davalarına çıxmış və daxili müharibələrin də ardı-arası kəsilməmişdir. Həm də, bir çox Avropa hökmdarları Səlib Yürüşü fikrindən yalnız öz şəxsi məqsədləri üçün istifadə edərək daha çox öz maraqlarının yerinə yetirilməsinə diqqət ayırmış, Xaçlı səfərlərinə barmaqarası yanaşmışlar. Buna misal olaraq, birinci yürüşdə heç bir kralın iştirak etməməsi, üçüncü səfərdə Fransa kralı II Filippin Qüdsə çatmadan tezliklə qayıtmasını göstərmək olar. Almaniya imperatoru II Fridrix isə yalnız anafema(dindən çıxarılma) qorxusu altında müharibəyə yollanmağa razılıq vermişdi, lakin bu da onu qurtarmadı və Papa imperatoru katolisizm xaricində elan etdi.
Bundan başqa səlibçilər yerli xalqın dəstəyinə sahib deyildilər. Avropadan kömək üçün tez-tez müxtəlif şəxslər Fələstinə gəlsə də, iqlimin əlverişsiz olması səbəbindən onların bir çoxu tez ölürdü. Həm də avropalılar texniki cəhətdən şərqlilərdən xeyli geri qalırdılar, belə ki, müsəlmanlardan onlara qarşı vahid bir komandanlıq olmadan, tək-tək əmirlər vuruşsa da, səlibçilər yenə də uğur qazanmaqda çətinlik çəkirdilər.
Səlib yürüşü Avropaya bir çox yeniliklər gətirdi. İnsanlar gigiyenaya riayət etməyə, müntəzəm surətdə çimməyə, şəkərdən istifadə etməyə, ipək paltarlar geyməyə, ipək xalılardan istifadəyə, çini qablar, şüşə məmulatları, müxtəlif ədviyyatlar işlətməyə başladılar. Xaçlı səfərləri memarlığı da əhəmiyyətli surətdə dəyişdirdi. Qəsrlərdə gizli yollar, müdafiə qüllələri və başqa yeniliklər Avropada yayılmağa başladı. Adı çəkilən dövrdə Qərbin daxilində də xeyli yeniliklər oldu. Bank sistemi inkişaf etdi, ədəbiyyat yeni mərhələyə trubadurlar sayəsində qədəm qoydu, habelə qeyd etmək lazımdır ki, sonradan Renesans adını alacaq güclü ədəbi hərəkatın məhz həmin dövrdə ilk işartıları görünməyə başlamışdı. İctimai həyatda da mühüm dəyişikliklər yaşandı. Şəhər.lər müstəqillik qazandı, feodal əsarətinə qarşı etiraz səsləri ucalmağa başlamışdı.
Son olaraq onu demək olar ki, Səlib yürüşləri Avropa üçün mühüm ictimai-siyasi həm də mədəni hadisə oldu. Bu, Qərbin yeni ticarət yolları axtarmaqda cəhdlərindən biri idi. Daha sonra onlar bu məqsəd naminə dəniz yollarını inkişaf etdirəcək və başqa qitələrə də gedəcəkdilər. Əgər belə demək mümkündürsə, Xaçlı yürüşləri Qərbin daha sonrakı əsrlərdə aparacağı kolonial müharibələrdən ilki idi. İlk cəhd uğurlu alınmadı, lakin bu proses davam etdirildi və nəticədə, Avropa inkişaf yoluna qədəm qoyaraq başqa regionları geridə qoydu.
Şərqdə isə, Səlib yürüşləri demək olar ki təsirsiz olmuşdu. Bu vaxtlar orada hakim dairələri daha çox daxili problemlər düşündürürdü. Avropadan axıb gələn səlibçilər onlarda heç bir qorxu hissi oyatmamışdı. Xatırlatdığımız kimi, xaçlılarla əsasən yerli əmirlər mübarizə aparırdı. İctimai həyata bu müharibələr heç bir təsir göstərməmişdi.
Xaç yürüşləri nəticəsində yaxın şərqdə bir neçə xristian dövləti yarandı. Bunlar Qüds krallığı (1099–1291), Antioxiya knyazlığı (1098–1268), Tripoli (?-1291) və Edessa qraflıqları (1098–1146) idi.
Adı | Tarix | Nəticə |
---|---|---|
I Xaç Yürüşü | (1096–1099) | Şərqdə xristian dövlətləri yarandı. |
II Xaç Yürüşü | (1147–1149) | Alman səlibçiləri səlcuqlar tərəfindən darmadağın edildi. Fransız cəngavərlərinin Dəməşqi ələ keçirmək istəyi baş tutmadı. |
III Xaç Yürüşü | (1189–1192) | Akra şəhəri işğal olundu və Qüds krallığının paytaxtına çevrildi. |
IV Xaç Yürüşü | (1202–1204) | Konstantinopol işğal olundu və Bizans İmperiyası süqut etdi. Onun yerinə Latın İmperiyası yaradıldı. |
V Xaç Yürüşü | (1217–1221) | Alman, ingilis, holland və macar cəngavərləri Misir sərhəddində olan qalasını tuta bildilər. Lakin sonra daxili çəkişmələr hərbi uğursuzluğa səbəb oldu. |
VI Xaç Yürüşü | (1228–1229) | Alman imperatoru II Fridrix Misir sultanı ilə müqavilə bağladı. Buna görə o Qüdsü və Fələstinin bir sıra şəhərlərini ələ keçirdi. Lakin 1244-cü ildə müsəlmanlar Qüdsü geri qaytardılar. |
VII Xaç Yürüşü | (1248–1254) | Fransa kralı IX Lüdovikin başçılıq etdiyi səfər Misirə yönəldilmişdi lakin tam uğursuzluqla başa çatdı. |
VIII Xaç Yürüşü | (1270) | IX Lüdovikin başçılıq etdiyi səfər bu dəfə Tunisə yönəldilmişdi. Sahilə çıxdıqdan az sonra ordu arasında xəstəlik yayıldı. Kral özü də xəstəlikdən vəfat etdi. |
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xristianliq Isa Bakire Meryemin dogmasi Isanin carmixa cekilmesi Isanin dirilmesi Pasxa Isa Xristianliqda Erken Dovr Hevari Kilse Inanc Incil Allahin Padsahligi Septuaginta Yeni Ehd Bibliya Ehdi Etiq Ehdi Cedid Apokrif Teologiya Bagislanma Veftiz Xristologiya Ata Ogul Muqeddes Ruh Insan Xilas Esxatologiya Uc uqnum Tarix ve Eneneler Meryem Pyotr Pavel Erken I Konstantin Kilse meclisi Xristianliqda bolunme Xac yurusleri Reformasiya Mezhebler ve Herekatlar Anabaptist Anglikan Baptist Kalvinizm Evangelizm Luteran Protestant Ellinci Katolik kilsesiPravoslav Konstantinopol Pravoslav KilsesiHerekatlarYehova sahidleri Esas movzular Veftiz SimvolizmXristianliqbaxmuzakireredakte Selib yurusleri ve ya xac yurusleri lat Expeditio sacra ereb الحملات الصليبية fr Croisades ing Crusades isp Cruzadas Qerbi Avropa olkelerinin Felestini ve basqa erazileri istila etmek meqsedile XI XIIl esrlerde Yaxin Serqe herbi seferlerinin umumilesdirilmis adi Xac yurusleri neticesinde yaranmis dovletlerin xeritesi Quds kralligi Tripoli qrafligi Antakiya knyazligi Edessa qrafligiArxaplanDaha evvelki esrlerde Roma Imperiyasini yox ederek Qerbi Avropani istila etmis ve burada bir nece kralliq quraraq merkezi hakimiyyeti tam sekilde ellerinde cemlesdirmis barbar kralliqlarinin cokme dovru baslamisdi Hakimiyyet artiq merkezdenqacma siyaseti neticesinde get gede parcalanmis daha evvel krallarin elinde olan iqtidar indi daha cox yerli feodallarin elinde cemlesmis onlar da merkezi hokumeti tanimaq istemeyerek ozlerinin arzulari ile istediklerini etmeye baslamis daha evvel Hakimi Mutleq olan krallar indi yalniz beraberler arasinda birinci statusuna qeder enmesi prosesi bas vermisdi Bu hadiselerin neticesinde de feodallarin bir biri arasinda bas veren muharibelerin sayi coxalmis insan itkileri artmisdi Hem de Avropanin hemin esrlerde texniki cehetden xeyli geride oldugunu nezere alsaq coxalan ehalini yedizdirmek ucun torpaqlarin get gede azliq etdiyini daxili sarsintilardan eziyyet ceken xalqin tez tez acliq ve xestelik neticesinde dehsetli suretde kulli miqdarda qirildigini tebii qebul etmek lazim gelir Butun bunlardan ezab ceken sade xalqin careni Muqeddes Torpaga sud dolu caylar ve baldan axan denizler olan yeri ele kecirmekde gormesini anlamaq mumkundur Burada diger aspekt de adi cekilen dovrde yuksek zumre arasinda qehremanliq obrazinin doyus vaxti gosterilen resadetin yuksek hunerin bir nov kisilik simvolu kimi qebul edildiyine gore esilzade sinfine mexsus her bir sexsin bu tip arzularla yasamasi muharibe fikri ile alisib yanmasi real qarsilanmalidir Hem de dusmen burada konkret deyil umumi olaraq goturulurdu Butun bunlarin neticesinde her bir xirda hereket kicicik bir sehv tez tez qan tokulmesine hetta muharibelere de getirib cixarirdi Mehz bunlara goredir ki da xalqla beraber tanimadiqlari hec vaxt gormedikleri Muqeddes Torpaga gederek Isanin qebrini xilas etmeye boyuk sovq ve hevesle hazirlasmaga basladilar Burada bir meqami da xatirlatmagina deyer Avropanin ticaretle mesgul olan daireleri Yaxin Serqdeki muhum strateji menteqeleri elde etmekde maraqli idiler Cunki muselman hakimleri yollarin idaresini elinde saxlayir ve onlardan xeyli gomruk rusumu alirdilar Belelikle onlar da Selib yurusu ideyasini desteklemeye baslamisdilar Papanin selib yuruslerine cagirmaq qerari ise basqa amillerle izah olunmalidir Evvelde deyildiyi kimi feodal daginiqligi dovrunde coxlu boyuk ve kicik muharibeler bas verir cuzi bir sebebden kutlevi suretde qan tokulmeleri ve felaketler bas verirdi Bu sebebdendir ki insanlarin dasan enerjisini bosaltmaq ucun yeni bir hedef yeni bir dusmen gosterilmesi son derece tebiidir Mehz buna gore de Papa Avropaya kifayet qeder yaxin ve uzaq olan bir erazi gostermisdi Burada basqa bir sebebi de qabartmaq mumkundur Iri Avropa olkelerinde yuruse esasen feodallar cixir onlarin olan krallar ise sefere son derece hevessiz gedir ve ilk imkan ele dusen kimi geri qayidirdilar Bele bir ferziyye ireli surmek mumkundur ki krallar bu muharibelerde esasen iri feodallarin zeiflemesini ve guclerini tamamile serf ederek onunla mubarize apara bilmeyecek hala gelmesini qarsiya meqsed qoymusdular Bu da maraqli bir fakt olaraq ortaya cixir ki selib yuruslerinde esas rollardan birini oynamis Fransa bu dovrden evvel dagilmis ve parcalanmis bir dovlet oldugu halda Serqe dogru ekspansiya bitdikden az sonra demek olar ki tamamile birlesmis ve butunlesmis neinki oz vassallari hem de diger Avropa dovletleri qarsisinda qudretli ve guclu bir kralliq olaraq cixmisdi BaslanmasiEsas meqale 1095 ci ilde Fransanin seherinde papa II Urbanin muqeddes torpagin Qudsun kafirlerden azad edilmesi cagirisi ile butun xristian dovletlerinin qosuldugu herbi kampaniya Mueyyen fasilelerle 200 ile yaxin muddetde davam etmisdir Sonradan Simali Avropa ve Fransadaki butperestlere ve katolik kilsesine tabe olmayan quvvelere katarlar quscular ve s qarsi heyata kecirilen herbi yurusler de Xac yurusleri adlandirilir Yuruslerin esas meqsedi xristianligi yaymaq ve yeni eraziler isgal etmek idi Klermon kilse meclisinde papa II Urbanin cixisindan Sizin yasadiginiz torpaq ehali coxaldiqca darisqallasdi Hemin torpaq da mehsuldar deyil ve onu becerenleri bele cetinlikle corekle temin edir Bu sebebden de bir birinizi didib parcalayir muharibeler aparir bir birinizi olumcul yaralayirsiniz Indi is sizin qezebiniz soyuyacaq edavet aradan goturulecek muharibeler ve toqqusmalar sengiyecekdir Muqeddes qebrinyanina yolunuzu tutun dinsizlerin elinden o torpagi alin ve ozunuze tabe edin Hemin torpaqda bal ve sud caylari axir Quds dunyanin en bereketli incisidir Ikinci cennetdir Klermon Kilse Meclisi 1096 1099 cu illerde I Xac yurusu bas verdi Selib yurusunun baslamasi zamani yasanan eyforiyanin sahidi olmus abbat Nojanli Qvibert veziyyeti asagidaki sozlerle tesvir edir Klermon surasi bitdikden sonra Fransanin butun eyaletlerinde onun haqqinda boyuk xeber yayildi Papanin sozleri haqqinda esiden hami oz qonsularini ve qohumlarini xeberdar etmeye yollanirdi ve onlari Allahin yoluna daxil olmaga sefere cixmaga cagirirdi Artiq qraflarin istekleri asib dasirdi Cengaverler yalniz yurus haqda dusunurdu O zaman kasiblar da butun emlaklarini qiymetsiz demek olar ki havayi satmaga basladilar dunen hec hara getmek istemeyenler artiq bir gunden sonra digerleri ile beraber yola dusurdu Muharibe ve sefer fikri ile alisib yanan qocalar usaqlar haqda ne demek olar Hami muharibeni salamlayir hami muqeddeslik arzusundadir Diger cehetden xaclilari yurus zamani goren Bizans imperatorunun qizi tarixci Anna Komnin ise muellifi oldugu Aleksiada kitabinda onlarin basqa terefini tesvir edir Adriatikin o tayinda Herakl sutunlarina Cebellutariq bogazi qeder yasayan butun barbarlar butun Qerb bir yerde Asiyaya kocmeye basladilar Onlar aileleri ile gelirler ve butun Avropani kecibler Ilk Selib YurusuEsas meqale Sefere ilk olaraq muntezem ordular deyil esasen siravi xalqdan teskil edilmis desteler cixmisdi Fransanin Amyen seherinden olan kesis Pyerin ve cengaver rehberlik etdiyi bu ordu texminen 20000 neferden ibaret idi 1096 ci il may ayinda yurus basladi Macaristan ve Bizans serhedinden kecen selibciler oktyabr ayinda indiki Turkiyenin Izmir seheri yaxinliginda selcuqlar terefinden tamamile darmadagin edildi ve bu ordudan cox az sayda adam sag olaraq geri qaca bildi I Selib Yurusu Esas meqale I Selib Yurusu Birinci Selib yurusu 1096 ci il oktyabr ayinda herekete basladi Ilk seferden ferqli olaraq bu defe sade xalq deyil cengaverler ve esilzadeler muharibeye getmisdiler Saylari 110 mine yaxin idi Orduya ve basciliq edirdiler Anadoluda selcuqlari meglub ederek irelileyen selibciler 10 mart 1098 ci ilde ilk dovletleri olan Edessa Urfa qrafligini qurdular Bele bir meseleni de qeyd etmek lazimdir ki xaclilar bu yurusde ermenilerden boyuk bir destek alirdilar Antakyani muhasire altina alan selibcilerin yaxsi mudafie olunan muhum strateji ehemiyyete malik bu seheri almaga cox cuzi sanslari var idi Lakin seherde olan Firuz adinda bir ermeni xeyanetkarliqla Boemundla danisiga getdi ve seherina qapilarini xaclilara acdi I Selib Yurusunun bascilarindan olan Bulonlu Qodfrua Selibciler Urfa qrafligini yaradarken de ermenilerden boyuk bir destek almisdilar Bununla da ermeniler oz menfur xisletlerini bir daha buruze vermisdiler Buradan daha da ireli geden xaclilar 15 iyul 1099 cu ilde esas meqsedleri olan Qudsu aldilar Qudsu alarken coxlu sayda dinc sakini olduren selibciler hetta ve mescidlerinde gizlenmeye calisanlara hemcinin seherde yasayan yehudilere de rehm etmediler Bu hadiselerin sahidi olan tarixci isgaldan sonraki gun Qudsun merkezinden kecerken her terefi orten cesedlerin arasindan ve kuce boyu axan qanin icinden kecmek mecburiyyetinde qaldigini yazmisdi Butun Felestin erazisini ele keciren selibciler burada asagida adi cekilen bir nece dovlet qurdular Quds kralligi Antakya knyazligi Edessa qrafligi Tripoli qrafligiQuds seherinin uzerine hucumu tesvir eden Orta Esr miniaturuSonraki yurusEsas meqale Birinci selib yurusunden sonra 1101 ci ilde qazanilan uguru inkisaf etdirmek meqsedile iki il evvel vefat etmis olan II Urbanin yerine Roma Papasi secilen yeni bir selib muharibesi fikrini ortaya atdi Bu defe ayri ayri esilzadelerin yaratdigi ordular vahid bir komandanliq altinda deyil tekbasina uc muxtelif ordu seklinde Anadolu uzerinden Qudse yurus etmek istediler Ordu fransizlar almanlar ve italyanlardan ibaret idi Lakin Qudse catmadan yolda terefinden ayri ayri darmadagin edildiler ve bu defe planlarini yerine yetire bilmediler II Selib YurusuEsas meqale XII esrde muselman dovletler birlesmeye basladilar Bunun neticesinde selibciler oz mulklerini itirmeye basladilar 1144 cu ilde Mosul hakimi Edessani ele kecirdi Bu hadise tezlikle II Selib yurusunun 1147 1149 baslanmasina sebeb oldu 1145 ci ilde Roma Papasi Avropa hokmdarlarini yeni bir selib yurusune cagirdi Bu yurusun esas ilhamcisi o zaman katolik dininin en murtece xadimlerinden biri olan abbat Klervoslu Bernar idi Bu defe cagirisa Almaniya krali ve Fransa krali musbet cavab verdiler Her iki kral sexsen sefere cixdi Ilk olaraq Almaniya krali III Konrad 1147 ci ilde Anadoluya hucum etdi Ancaq o da selcuqlar terefinden agir bir meglubiyyete ugradildi VII Ludoviq ise agir itkiler hesabina ozunu Antakyaya yetire bildi Bundan sonra qelebe qazanmaq mumkun olmadi ve Ikinci selib yurusu ugursuzluqla tamamlanmisdi Qudsun Selaheddin terefinden geri alinmasiIkinci xacli seferinin neticeleri qeyri qenaetbexs olduguna gore Felestin torpaqlarinda veziyyet deyismeye baslamisdi Selibciler movqelerini elden verirdiler ve quvveler nisbeti onlarin eleyhine cevrilirdi Kicik xacli dovletleri artiq quvvetlenmekde olan muselman turk hokmdarlari ile bacara bilmirdiler ve meglubiyyetler siralanirdi Edessa qrafliginin 1144 cu ilde itirilmesinden sonra Qudsun de veziyyeti agirlasmisdi Onlar Atabey simasinda yeni bir qorxulu dusmen tapmisdilar Onun olumunden sonra hakimiyyete gelen Selaheddin Eyyubi bu siyaseti davam etdirir ve selibcilerin etrafindaki muhasire dairesi get gede daralirdi Butun bu meglubiyyetler son olaraq Qudsun 2 oktyabr 1187 ci ilde Selaheddin Eyyubi terefinden feth edilmesi ile neticelenmisdi III Selib YurusuEsas meqale Ucuncu Selib yurusu Qudsun itirilmesi xeberi butun Avropada sok tesiri oyatdi Kilse derhal hokmdarlari sefere cagirsa da onlar muxtelif sebebler uzunden bunu gecikdirdiler Nehayet Almaniya imperatoru 1189 cu ilde sefere cixdi Ancaq imperatorun Qudse catmadan indiki Mersin seherinin yaxinliginda cayda bogulmasi ile bassiz qalan ordunun qaliqlari gucle Felestine gelib catdi 1190 ci ilde ise Fransa krali II Filip Avqust ve Ingiltere krali I Sir urekli Ricard yola cixdi Iki kral birlikde Ekkani 1191 ci ilde ele kecirdi Lakin burada bas veren mubahiseye gore II Filipp Felestini terk ederek Fransaya qayitdi Ekkada bezi melumatlara gore saylari 900 3000 arasinda deyisen muselman esirini olduren Ricard ne qeder calissa da Qudsu ele kecire bilmedi ve 9 oktyabr 1192 ci ilde Felestini terk etdi Belelikle Ucuncu selib yurusu de neticesiz bitmisdi IV Selib YurusuEsas meqale IV Xac yurusu ise muselmanlara qarsi deyil katoliklerin dusmen ve kafir gozu ile baxdiqlari pravoslav Bizans Imperiyasina ve onun paytaxti Konstantinopola qarsi yonelmisdi 1204 cu ilde selibciler Konstantinopolu tutdular ve Bizans Imperiyasinin torpaqlari uzerinde Latin Imperiyasini yaratdilar Usaq Selib YurusuEsas meqale Roma papasi evvelki xac yuruslerinin ugursuz olmasinin sebebini onunla izah edirdiki bu yuruslerde istirak edenler gunaha batiblar Ugur qazanmaq ucun hec bir gunah is gormeyen usaqlardan istifade etmek lazim oldugunu deyirdi 1212 ci ilde Almaniyada usaqlarin ve yeniyetmelerin qatildigi yuruslerden biri Usaqlarin xac yurusu adlandirilirdi Bu yurus zamani yola cixanlar yalniz Italiyanin Araliq denizi sahillerinedek gede bildiler Bu yuruse qosulan usaqlari gemilere mindirib qul bazarlarina apardilar V Selib YurusuEsas meqale 1217 ci ilde besinci selib yurusu basladi Bu defe Misir hedef olaraq secilmisdi Selibciler 1219 cu ilde seherini ele kecirseler de ugurun davami gelmedi ve nehayet 1221 ci ilde hec ne elde etmeden geri cekilmek mecburiyyetinde qaldilar VI Selib YurusuEsas meqale Xaclilarin deniz yolu ile Dimyata hucumu 1228 ci ilde yeni sefer basladi Orduya Almaniya imperatoru II Fridrix basciliq edirdi Bu defe muharibe deyil danisiqlara ustunluk veren imperator Misir sultani ile raziliga geldi ve 17 mart 1229 cu ilde Qudse sahib oldu Ancaq bu defe Quds cemi on bes il selibcilerin elinde qaldi 1244 cu ilde misirliler sehere yeniden sahib cixdilar Belelikle daha bir sefer ugursuz sona yetdi VII Selib YurusuEsas meqale Yeddinci Selib Yurusu 1249 cu ilde Misir uzerine hucumla basladi Xaclilara Fransa krali IX Muqeddes Ludoviq basciliq edirdi Esgerlerin demek olar ki hamisi fransiz idi Dimyati ele keciren selibciler Misir sultani onlari blokadaya almasi neticesinde acinacaqli veziyyete dusmus sonunda ise kral da esir alinmisdi IX Ludoviq agir girov vererek qurtulsa da yurus meglubiyyetle basa catmisdi VIII Selib YurusuEsas meqale 1270 ci ilde dindarligi ile secilen kral IX Ludoviq yeni bir selib yurusune basladi Amma bu defe marsrut Yaxin Serq deyil Tunis secilmisdi Gemilerle sahile yan alan kral seheri muhasireye aldi Lakin qefil bas veren epidemiya neticesinde kral onun oglu ve bir cox esilzade vefat etdi Sag qalanlar da muhasireni ataraq Fransaya qayitdilar Belelikle de selib yurusleri epopeyasi basa catdi Qeti meglubiyyet Ard arda bas veren ugursuzluqlar Felestindeki selibci dovletlerinin son qaliqlari uzerindeki qara buludlari daha da sixlasdirirdi Misir sultani Baybars 1265 ci ilde ve almisdi Daha sonra Antakyanin uzerine geden sultan 18 may 1268 ci ilde bu seheri feth etdi ve selibci knyazligina son vermisdi Ondan sonra hakimiyyete gelen sultan Kalavun 1287 ci ilde 1289 cu ilde ise Tripolini tutmusdu Selibcilerin esas merkezi olan Quds kralligindan geriye qalan son boyuk seher olan Ekkani ise sultanin oglu iki ilden sonra almisdi Ele hemin il Sur Beyrut ve Hayfani feth eden sultan belelikle de xaclilarin hakimiyyetine tamamile son vermisdi NeticeNetice olaraq onu demek olar ki Urban yurusleri ideyasinin ugursuzluqla basa catmasinin bir nece muhum sebebi vardir Birincisi hetta Felestin erazisinde de xaclilar oz kohne edavetlerinden el cekmemis yene de tez tez taxt tac davalarina cixmis ve daxili muharibelerin de ardi arasi kesilmemisdir Hem de bir cox Avropa hokmdarlari Selib Yurusu fikrinden yalniz oz sexsi meqsedleri ucun istifade ederek daha cox oz maraqlarinin yerine yetirilmesine diqqet ayirmis Xacli seferlerine barmaqarasi yanasmislar Buna misal olaraq birinci yurusde hec bir kralin istirak etmemesi ucuncu seferde Fransa krali II Filippin Qudse catmadan tezlikle qayitmasini gostermek olar Almaniya imperatoru II Fridrix ise yalniz anafema dinden cixarilma qorxusu altinda muharibeye yollanmaga raziliq vermisdi lakin bu da onu qurtarmadi ve Papa imperatoru katolisizm xaricinde elan etdi Bundan basqa selibciler yerli xalqin desteyine sahib deyildiler Avropadan komek ucun tez tez muxtelif sexsler Felestine gelse de iqlimin elverissiz olmasi sebebinden onlarin bir coxu tez olurdu Hem de avropalilar texniki cehetden serqlilerden xeyli geri qalirdilar bele ki muselmanlardan onlara qarsi vahid bir komandanliq olmadan tek tek emirler vurussa da selibciler yene de ugur qazanmaqda cetinlik cekirdiler Selib yurusu Avropaya bir cox yenilikler getirdi Insanlar gigiyenaya riayet etmeye muntezem suretde cimmeye sekerden istifade etmeye ipek paltarlar geymeye ipek xalilardan istifadeye cini qablar suse memulatlari muxtelif edviyyatlar isletmeye basladilar Xacli seferleri memarligi da ehemiyyetli suretde deyisdirdi Qesrlerde gizli yollar mudafie qulleleri ve basqa yenilikler Avropada yayilmaga basladi Adi cekilen dovrde Qerbin daxilinde de xeyli yenilikler oldu Bank sistemi inkisaf etdi edebiyyat yeni merheleye trubadurlar sayesinde qedem qoydu habele qeyd etmek lazimdir ki sonradan Renesans adini alacaq guclu edebi herekatin mehz hemin dovrde ilk isartilari gorunmeye baslamisdi Ictimai heyatda da muhum deyisiklikler yasandi Seher ler musteqillik qazandi feodal esaretine qarsi etiraz sesleri ucalmaga baslamisdi Son olaraq onu demek olar ki Selib yurusleri Avropa ucun muhum ictimai siyasi hem de medeni hadise oldu Bu Qerbin yeni ticaret yollari axtarmaqda cehdlerinden biri idi Daha sonra onlar bu meqsed namine deniz yollarini inkisaf etdirecek ve basqa qitelere de gedecekdiler Eger bele demek mumkundurse Xacli yurusleri Qerbin daha sonraki esrlerde aparacagi kolonial muharibelerden ilki idi Ilk cehd ugurlu alinmadi lakin bu proses davam etdirildi ve neticede Avropa inkisaf yoluna qedem qoyaraq basqa regionlari geride qoydu Serqde ise Selib yurusleri demek olar ki tesirsiz olmusdu Bu vaxtlar orada hakim daireleri daha cox daxili problemler dusundururdu Avropadan axib gelen selibciler onlarda hec bir qorxu hissi oyatmamisdi Xatirlatdigimiz kimi xaclilarla esasen yerli emirler mubarize aparirdi Ictimai heyata bu muharibeler hec bir tesir gostermemisdi Xac yurusleri neticesinde yaxin serqde bir nece xristian dovleti yarandi Bunlar Quds kralligi 1099 1291 Antioxiya knyazligi 1098 1268 Tripoli 1291 ve Edessa qrafliqlari 1098 1146 idi Adi Tarix NeticeI Xac Yurusu 1096 1099 Serqde xristian dovletleri yarandi II Xac Yurusu 1147 1149 Alman selibcileri selcuqlar terefinden darmadagin edildi Fransiz cengaverlerinin Demesqi ele kecirmek isteyi bas tutmadi III Xac Yurusu 1189 1192 Akra seheri isgal olundu ve Quds kralliginin paytaxtina cevrildi IV Xac Yurusu 1202 1204 Konstantinopol isgal olundu ve Bizans Imperiyasi suqut etdi Onun yerine Latin Imperiyasi yaradildi V Xac Yurusu 1217 1221 Alman ingilis holland ve macar cengaverleri Misir serheddinde olan qalasini tuta bildiler Lakin sonra daxili cekismeler herbi ugursuzluga sebeb oldu VI Xac Yurusu 1228 1229 Alman imperatoru II Fridrix Misir sultani ile muqavile bagladi Buna gore o Qudsu ve Felestinin bir sira seherlerini ele kecirdi Lakin 1244 cu ilde muselmanlar Qudsu geri qaytardilar VII Xac Yurusu 1248 1254 Fransa krali IX Ludovikin basciliq etdiyi sefer Misire yoneldilmisdi lakin tam ugursuzluqla basa catdi VIII Xac Yurusu 1270 IX Ludovikin basciliq etdiyi sefer bu defe Tunise yoneldilmisdi Sahile cixdiqdan az sonra ordu arasinda xestelik yayildi Kral ozu de xestelikden vefat etdi Xarici kecidlerSelib yurusu olu kecid http www vostlit info Texts rus3 Raim Aguil frametext1 htm rus http www vostlit info Texts rus Gvibert text1 phtml id 311 rus http krotov info acts 11 komnina aleks 00 html rus http www vostlit info Texts rus3 Kalanisi text3 phtml id 552 rus