Erkən Dövr Tarix və Ənənələr Məzhəblər və Hərəkatlar Əsas mövzular |
|
Soteriologiya (yunan. σωτηρία, soteriya, "xilas", + yunan. λογος, logos, "elm") yaxud Bibliya soteriologiyası – xristian teologiyasının bir sahəsi, insanların xilası haqqında Bibliya əsasında qurulan təlim.
Qədim dinlərdə və Bibliyada xilasın müqayisəsi
E.ə. I minillikdən öncəki bütpərəst dinlərində xilas ideyasına rast gəlinmir. Bütpərəst şüuru kainatı statik, dəyişməyən, sabit olaraq dərk edirdi. Xilasın ilk əlamətlərini səmavi qüvvələrin insanı bu dünyada xata-baladan qoruması inancında görə bilirik. Misirlilərin dini kimi qədim inanclarda xilas ideyası artıq axirətə şamil olunmağa başladı. Misirlilər saleh adamın axirət məhkəməsində azad edilərək Osirisin padşahlığında bəxtiyar həyat sürəcəyini ümid edirdilər. E.ə. I minillikdə dünyanın pozulmuş vəziyyəti ideyası inkişaf etdiyi zaman, ilk “xilas dinləri” yaranır. Bunların arasında buddizm və zərdüştilik xüsusi yer alır. Buddizmə görə, dünyada keçib-gedən həyat mahiyyətcə şərdir. İnsan özü səy göstərərək “yaşamaq arzusu”ndan azad ola bilər. Dünyadan xilas olmaq üçün xüsusi üsullardan istifadə edən buddistlər hər şeyin ali məqsədi olan Nirvanaya nail ola biləcəklərinə inanmışlar. Nirvananın əsas mənası müvəqqəti həyatın “sönməsi” və insanın dərkedilməz “fövqəlhəyat”da həll olunmasıdır. Zərqüştiliyin xilas ideyası fərqlidir. Zərdüştilik iki əzəli ilahi başlanğıcın (bir yandan Nur və Xeyir qütbü olan Ahura Məzda, digər yandan Zülmət və Şər qütbü olan Əhrimən) arasında gedən mübarizə inancına əsaslanır. İnsan Ahura Məzdanın tərəfində mübarizə etməyə dəvət olunur. Zərdüştilikdə artıq soterioloji esxatologiya (dünyanın sonunda xilas ideyası) mövcuddur. Axırda Ahura Məzdanın Zülmətə qələbə çalacağı və Nurun kainatda əbədi olaraq hökm edəcəyi elan edilir.
Bibliyanın xilas haqqında təlimi buddizminkindən köklü surətdə fərqlənir, çünki Tövrat dünya həyatını şər deyil, Allahın yaratdığı xeyir olaraq səciyyələndirir. Zərdüştiliyin xilas təliminin Bibliyaya daha yaxın olmağına baxmayaraq, zərdüştiliyin dualizmi və şərin əzəldən var olan İlahi mənbə olması fikri Bibliyanın monoteizmi ilə kəskin ziddiyyət təşkil edir. Qədim “xilas dinləri” kimi Bibliya da dünyanın pozulmuş vəziyyətdə olduğunu öyrədir, ancaq eyni zamanda bunlardan fərqli olaraq, Allahın yaratdıqlarının başlanğıcda yaxşı olub xeyir üçün yarandığını təsdiq edir. Bu xeyri pozan şər, yaradılışın özündən meydana gəldi, lakin axırda Yaradanın niyyəti İlahi Səltənətində gerçəkləşəcəkdir. Bibliyada bu cür açıqlanan xilas ideyası Əhdi-Ətiq mərhələsi və Əhdi-Cədid mərhələsi olmaq üzrə iki əsas mərhələdən ibarətdir.
Əhdi-Ətiqdə xilas
Xristian ilahiyyatçıları xilasa aid olan ən qədim şəhadəti Tövratın ilk səhifələrində tapırlar. Yaradılış Kitabının 3-cü fəslində Adəm ilə Həvvanın günaha batması əhvalatında Allah Həvvaya xitab edərək günahının faciəli nəticələrini elan etməklə yanaşı gələcək nəslinin “ilan” üzərində qələbə çalacağını vəd edir: “Mən səninlə qadın arasına, sənin balanla onun övladı arasına düşmənçilik salıram. Bu övlad sənin başından vuracaq, sən də onu dabanından sancacaqsan”.
Allahın İbrahim Peyğəmbərə verdiyi vəddə də Xilaskara aid gizli bir şəhadət görürlər: “Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, sənə lənət edənləri lənətləyəcəyəm. Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq”. Lakin İsrail xalqının əcdadlarının (İbrahim, İshaq, Yaqub) və Musa Peyğəmbərin dövründə xilas hələ xata-baladan qorunma olaraq dərk edilirdi. Allahın Öz seçdiklərini qoruduğu, əsarətdən qurtardığı və “vəd olunmuş torpağa” gətirdiyi qəbul edilirdi. Ondan sonra yəhudilər xilası əksərən İsrailin dünyəvi qələbəsi olaraq anlamışlar. Tövratda xilasın ruhani, esxatoloji (son günlərə aid), Məsihlə əlaqəli olan mənasını yalnız e.ə. VIII əsrdən fəaliyyət göstərməyə başlayan, yazıları Əhdi-Ətiqə düşən peyğəmbərlər görməyə başlamışlar.
Yeşaya Peyğəmbər Məsihin gəlişini, son qələbəsini elan etdi, Məsihin padşahlığında təbiətin ahəngdar vəziyyətə qayıdacağını, cənnətin bərpa olunacağını elan etdi. Əhdi-Ətiqdə xilas nəinki Məsihin, həm də Allahın Özünün dünyaya gəlişi ilə bağlı olaraq təqdim edilir. Xilas bütün yaradılışın qlobal fəlakətlərdən keçərək kamala çatması şəklində təsvir olunur. Yəhudilərin Məsihə (Messiyaya) inancı siyasi və mistik elementlərdən ibarət idi.
Əhdi-Cədiddə xilas
Əhdi-Cədidə görə, İsa Məsihin dünyaya gəlməsi ilə həm Məsihin gələcəyinə, həm də Allahın bəşər olub Öz xalqı arasında yaşayacağına dair peyğəmbərliklər yerinə yetdi. Məsih xilasdan bəhs etdikdə, Allahın Padşahlığı (yaxud: Səmavi Padşahlıq) ifadəsini işlətmişdir. Xilas Allahın insanın ürəyinə hökmran olması, insanın Allahla barışması, birləşməsidir. İsa bunun yalnız Özü vasitəsilə mümkün olduğunu elan etmişdir. İsanın Müjdəsi Allahla insan arasında şəxsi münasibətə əsaslanmağına baxmayaraq, buddizmin fərdi xilas yolundan fərqlənir. Xristian xilas ideyası kilsədən (imanlılar cəmiyyəti) ayrı nəzərdən keçirilə bilməz. Möminlərin xilası imanlılar cəmiyyəti daxilində gerçəkləşir və bu cəmiyyətə şərikliyin rəmzi vəftiz sayılır.
Beləliklə, Əhdi-Cədiddə Allahın İsa Məsih vasitəsilə xilasa çağırışı səslənir, eyni zamanda insandan buna cavabən iman tələb olunur. İman dedikdə, Allah-Taalaya tamamilə güvənmək, özünü həsr etmək nəzərdə tutulur. İmanın xilas olmaq üçün şərt olduğu Əhdi-Cədidin əsas təlimlərindən biridir:
Amma İsa qadına dedi: «İmanın səni xilas etdi. Arxayın get».
Onları bayıra çıxararaq soruşdu: «Ağalar, xilas olmaq üçün nə etməliyəm?» Onlar dedi: «Rəbb İsaya iman et, sən də, ev əhlin də xilas olarsınız».
Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir.
Əhdi-Cədidə görə İsa Məsihə iman Allah ilə insanı birləşdirən körpüdür. İman həm insan ruhunun fəaliyyəti, həm də İlahi ənamdır. İnsan özünü Xilaskara təslim edərək xilas olur. Bununla belə Məsihin dünyaya gəlməsi ilə xilasın ilkin mərhələsi başlandı, son mərhələsində isə Məsihin təkrar yer üzünə dönərək bütün yaradılışın dəyişilməsini tamamlayacağı gözlənilir.
Bibliyada xilasın üç ölçüsü
“Xilas” məfhumu təkcə gələcəyə aid deyildir, lakin keçmiş, indiki və gələcək olmaq üzrə zamanın üç ölçüsündə gerçəkləşir. “Axıracan dözən xilas olacaq” yaxud “Məsih... ikinci dəfə günahın öhdəsindən gəlmək üçün deyil, xilas gətirmək üçün Onu gözləyənlərə zühur edəcək” kimi ayələrdə xilasın gələcək ölçüsünü görürük. Ancaq “Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir” ayəsində xilasdan keçmişdə başa çatdırılmış bir proses kimi bəhs edilir. Xristian möminləri çox vaxt özlərinə “xilas olanlar” deyirlər, buna səbəb günahlarından, eləcə də İlahi qəzəbdən və cəzadan xilas olduqlarına inanmalarıdır. Artıq xilasa nail olmuş, yəni Allahla barışmış olaraq Ona yaxınlaşmaq, Onu sevən Ata kimi tanımaq – bunların hamısı xilas olmuş bir möminin hüquqlarıdır. Bununla belə, Əhdi-Cədiddə xilasın indiki ölçüsü də əks olunmuşdur. Xilas olmuş vəziyyətdə qalmaq üçün mömin xristiana “qorxu və lərzə ilə xilasını əməllərində göstərmək” əmr olunur. Allahı sevən və qayğıkeş Ata kimi tanıyaraq, Onun hər kəsi ədalətlə mühakimə edən Hakim olduğunu də unutmamaq və Ondan qorxmaq lazım olduğu vurğulanır. Möminin xilas olmuş vəziyyətdə qalması və gələcək xilasa nail olması üçün Məsihin Müjdəsinə bütün varlığı ilə iman etməsi vacib bir şərtdir. Həvari Paul bu fikri belə açıqladı: “Əgər sizə bəyan etdiyim sözə bağlanmısınızsa, o Müjdə ilə də xilas olmaqdasınız, yoxsa əbəs yerə iman etmisiniz”.
Bibliya soteriologiyasının şərhləri
Ümumiyyətlə, Əhdi-Cədid “günahdan xilas olmaq”dan bəhs edir. Lakin bu bəhs heç də bütün xristianlar tərəfindən eyni cür başa düşülmür. Xilası bəsit şəkildə cəhənnəm əzablarından canını qurtarmaq mənasında başa düşənlərlə yanaşı, bəşərin İlahi təbiətinə şərik olması olaraq dərk edənlər də vardır. Qərb kilsəsində xilas daha çox günah və cəza kimi hüquq anlayışları ilə nəzərdən keçirilir. Katolik kilsəsində xeyirli işlər son dərəcə önəmli sayılır, insanın şəxsi imanına xüsusi əhəmiyyət verən protestant məzhəblərində isə əksinə “əməllərlə deyil, Allahın lütfü ilə, imanla” xilas olmaq təlimi əsas götürülür, “cəhənnəmdən xilas olub cənnətə getmək” bəsit teologiyasına daha çox rast gəlinir. Katoliklərin xeyriyyə fəaliyyətləri, habelə protestantların şəhadətə və Müjdəni yaymağa üstünlük vermələri bununla izah oluna bilər. Şərq kilsəsində (Pravoslav və b.) “bəşərin ilahiləşməsi” teologiyası mühüm yer tutur. Müqəddəs Afanasiy yazırdı: “Kəlam insanlaşdı ki, biz ilahiləşək”. İlahiləşmə ideyası Əhdi-Cədidin bu sözlərinə əsaslandırılır: “O bizə çox böyük və dəyərli vədlər verdi ki, bunlar vasitəsilə ehtirasın nəticəsi olan dünyadakı pozğunluqdan qaçıb ilahi təbiətə şərik olasınız” sözlərini misal gətirmək olar.
Qeyd etmək lazımdır ki, əksər xristian kilsələrindən fərqli olaraq, kalvinizm xilası tamamilə şərtsiz bir olay olaraq qəbul edir. Xilas olanların Allah tərəfindən əvvəlcədən təyin edilmiş olub, xilas olmuş vəziyyətlərini əsla itirə bilməyəcəkləri fikri yalnız kalvinist cərəyana məxsus olan kilsələr üçün səciyyəvidir.
Xilas haqqında ənənəvi xristian fikrini bu sözlərlə yekunlaşdırmaq olar:
“Xilas olmaq nə deməkdir? Rəbb ilə qalmaq deməkdir; həlak olmaq isə Ondan uzaqlaşmaq deməkdir... Hər dəfə iradəmiz şərə tərəf döndükdə, biz xilası özümüzdən itələyirik, qovuruq, ondan üz döndəririk, Öz qanı ilə bizi Özünə yaxınlaşdıran Allahdan uzaqlaşırıq”.
İstinadlar
- Bax: Tövrat, Yaradılış Kitabı 1:31: “Allah gördü ki, yaratdığı hər şey çox yaxşıdır”.
- Yaradılış 3:15 Bu ayə həmçinin “İlk Müjdə” adlandırılır.
- Yaradılış 12:3
- Bax: Yeşaya 11, 53
- Bax: Yeşaya 64:1 “Ya Rəbb, kaş göyləri yarıb enəydin, dağlar hüzurunda sarsılardı!”; Habaqquq 3:3 “Allah Temandan, Müqəddəs Olan Paran dağından gəldi. Ehtişamı göyü bürüdü, yer üzü Ona edilən həmd-sənalarla doldu”.
- Bax: 1Yəhya 5:1 “İsanın Məsih olduğuna inanan hər kəs Allahdan doğulub”; Yəhya Müjdəsi 1:1, 14 “Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi... Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı”.
- Bax: Matta Müjdəsi 4:17; 13:47-53; 24:14
- Bax: Matta Müjdəsi 11:27-30; Yəhya Müjdəsi 14:6
- Bax: Matta Müjdəsi 28:19; Yəhya Müjdəsi 3:5
- Luka Müjdəsi 7:50
- Həvarilərin İşləri 16:30-31
- Efeslilərə Məktub 2:8
- Bax: Romalılara 8:19-22; Vəhy 21
- Matta Müjdəsi 24:13
- İbranilərə Məktub 9:28
- Efesilərə Məktub 2:8
- 2-ci Korinflilərə 5:18 “Bunların hamısı Allahdandır. O, Məsih vasitəsilə bizi Özü ilə barışdırdı”
- İbranilərə Məktub 10:22 “ürəklərimiz pis vicdandan paklanmış, bədənlərimiz də təmiz su ilə yuyulmuş halda imanın tam etimadı ilə, səmimi qəlblə Allaha yaxınlaşaq”.
- Romalılara Məktub 8:15 “Axı siz köləlik ruhunu almadınız ki, yenə də qorxu içində yaşayasınız; övladlıq Ruhunu aldınız. Elə o Ruhun vasitəsilə Allaha «Abba, Ata» deyə nida edirik”.
- Filipililərə Məktub 2:12
- 1-ci Peter 1:17 “Tərəfkeşlik etmədən öz əməlinə görə hər kəsi mühakimə edən Allahı «Ata» deyə çağırdığınız üçün bu qürbət dünyadakı vaxtınızı Allah qorxusunda keçirin”.
- 1-ci Korinflilərə 15:2
- Bax: Matta Müjdəsi 1:21; Luka Müjdəsi 1:77; 1-ci Korinflilərə 15:3; Qalatiyalılara 1:4; 1-ci Peter 2:24; 1-ci Yəhya 3:5; Vəhy 1:5
- Bax: Слово о воплощении, 54 http://agios.org.ua/wiki/index.php/</Афанасий_Великий._Слово_о_воплощении_Бога_Слова,_и_о_пришествии_Его_к_нам_во_плоти[ölü keçid]
- 2-ci Peter 1:4
- Александр Мень. О спасении. http://krotov.info/library/13_m/myen/00143.html 2022-03-28 at the Wayback Machine
Mənbə
- Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009
- Мень А. протоиерей «Библиологический словарь в 3-х т.». Москва: Фонд имени Александра Меня, 2002. «Сотериология библейская»
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xristianliq Isa Bakire Meryemin dogmasi Isanin carmixa cekilmesi Isanin dirilmesi Pasxa Isa Xristianliqda Erken Dovr Hevari Kilse Inanc Incil Allahin Padsahligi Septuaginta Yeni Ehd Bibliya Ehdi Etiq Ehdi Cedid Apokrif Teologiya Bagislanma Veftiz Xristologiya Ata Ogul Muqeddes Ruh Insan Xilas Esxatologiya Uc uqnum Tarix ve Eneneler Meryem Pyotr Pavel Erken I Konstantin Kilse meclisi Xristianliqda bolunme Xac yurusleri Reformasiya Mezhebler ve Herekatlar Anabaptist Anglikan Baptist Kalvinizm Evangelizm Luteran Protestant Ellinci Katolik kilsesiPravoslav Konstantinopol Pravoslav KilsesiHerekatlarYehova sahidleri Esas movzular Veftiz SimvolizmXristianliqbaxmuzakireredakte Soteriologiya yunan swthria soteriya xilas yunan logos logos elm yaxud Bibliya soteriologiyasi xristian teologiyasinin bir sahesi insanlarin xilasi haqqinda Bibliya esasinda qurulan telim Qedim dinlerde ve Bibliyada xilasin muqayisesiE e I minillikden onceki butperest dinlerinde xilas ideyasina rast gelinmir Butperest suuru kainati statik deyismeyen sabit olaraq derk edirdi Xilasin ilk elametlerini semavi quvvelerin insani bu dunyada xata baladan qorumasi inancinda gore bilirik Misirlilerin dini kimi qedim inanclarda xilas ideyasi artiq axirete samil olunmaga basladi Misirliler saleh adamin axiret mehkemesinde azad edilerek Osirisin padsahliginda bextiyar heyat sureceyini umid edirdiler E e I minillikde dunyanin pozulmus veziyyeti ideyasi inkisaf etdiyi zaman ilk xilas dinleri yaranir Bunlarin arasinda buddizm ve zerdustilik xususi yer alir Buddizme gore dunyada kecib geden heyat mahiyyetce serdir Insan ozu sey gostererek yasamaq arzusu ndan azad ola biler Dunyadan xilas olmaq ucun xususi usullardan istifade eden buddistler her seyin ali meqsedi olan Nirvanaya nail ola bileceklerine inanmislar Nirvananin esas menasi muveqqeti heyatin sonmesi ve insanin derkedilmez fovqelheyat da hell olunmasidir Zerqustiliyin xilas ideyasi ferqlidir Zerdustilik iki ezeli ilahi baslangicin bir yandan Nur ve Xeyir qutbu olan Ahura Mezda diger yandan Zulmet ve Ser qutbu olan Ehrimen arasinda geden mubarize inancina esaslanir Insan Ahura Mezdanin terefinde mubarize etmeye devet olunur Zerdustilikde artiq soterioloji esxatologiya dunyanin sonunda xilas ideyasi movcuddur Axirda Ahura Mezdanin Zulmete qelebe calacagi ve Nurun kainatda ebedi olaraq hokm edeceyi elan edilir Bibliyanin xilas haqqinda telimi buddizminkinden koklu suretde ferqlenir cunki Tovrat dunya heyatini ser deyil Allahin yaratdigi xeyir olaraq seciyyelendirir Zerdustiliyin xilas teliminin Bibliyaya daha yaxin olmagina baxmayaraq zerdustiliyin dualizmi ve serin ezelden var olan Ilahi menbe olmasi fikri Bibliyanin monoteizmi ile keskin ziddiyyet teskil edir Qedim xilas dinleri kimi Bibliya da dunyanin pozulmus veziyyetde oldugunu oyredir ancaq eyni zamanda bunlardan ferqli olaraq Allahin yaratdiqlarinin baslangicda yaxsi olub xeyir ucun yarandigini tesdiq edir Bu xeyri pozan ser yaradilisin ozunden meydana geldi lakin axirda Yaradanin niyyeti Ilahi Seltenetinde gerceklesecekdir Bibliyada bu cur aciqlanan xilas ideyasi Ehdi Etiq merhelesi ve Ehdi Cedid merhelesi olmaq uzre iki esas merheleden ibaretdir Ehdi Etiqde xilasXristian ilahiyyatcilari xilasa aid olan en qedim sehadeti Tovratin ilk sehifelerinde tapirlar Yaradilis Kitabinin 3 cu feslinde Adem ile Hevvanin gunaha batmasi ehvalatinda Allah Hevvaya xitab ederek gunahinin facieli neticelerini elan etmekle yanasi gelecek neslinin ilan uzerinde qelebe calacagini ved edir Men seninle qadin arasina senin balanla onun ovladi arasina dusmencilik saliram Bu ovlad senin basindan vuracaq sen de onu dabanindan sancacaqsan Allahin Ibrahim Peygembere verdiyi vedde de Xilaskara aid gizli bir sehadet gorurler Sene xeyir dua verenlere xeyir dua vereceyem sene lenet edenleri lenetleyeceyem Yer uzunun butun tayfalari senin vasitenle xeyir dua alacaq Lakin Israil xalqinin ecdadlarinin Ibrahim Ishaq Yaqub ve Musa Peygemberin dovrunde xilas hele xata baladan qorunma olaraq derk edilirdi Allahin Oz secdiklerini qorudugu esaretden qurtardigi ve ved olunmus torpaga getirdiyi qebul edilirdi Ondan sonra yehudiler xilasi ekseren Israilin dunyevi qelebesi olaraq anlamislar Tovratda xilasin ruhani esxatoloji son gunlere aid Mesihle elaqeli olan menasini yalniz e e VIII esrden fealiyyet gostermeye baslayan yazilari Ehdi Etiqe dusen peygemberler gormeye baslamislar Yesaya Peygember Mesihin gelisini son qelebesini elan etdi Mesihin padsahliginda tebietin ahengdar veziyyete qayidacagini cennetin berpa olunacagini elan etdi Ehdi Etiqde xilas neinki Mesihin hem de Allahin Ozunun dunyaya gelisi ile bagli olaraq teqdim edilir Xilas butun yaradilisin qlobal felaketlerden kecerek kamala catmasi seklinde tesvir olunur Yehudilerin Mesihe Messiyaya inanci siyasi ve mistik elementlerden ibaret idi Ehdi Cedidde xilasEhdi Cedide gore Isa Mesihin dunyaya gelmesi ile hem Mesihin geleceyine hem de Allahin beser olub Oz xalqi arasinda yasayacagina dair peygemberlikler yerine yetdi Mesih xilasdan behs etdikde Allahin Padsahligi yaxud Semavi Padsahliq ifadesini isletmisdir Xilas Allahin insanin ureyine hokmran olmasi insanin Allahla barismasi birlesmesidir Isa bunun yalniz Ozu vasitesile mumkun oldugunu elan etmisdir Isanin Mujdesi Allahla insan arasinda sexsi munasibete esaslanmagina baxmayaraq buddizmin ferdi xilas yolundan ferqlenir Xristian xilas ideyasi kilseden imanlilar cemiyyeti ayri nezerden kecirile bilmez Mominlerin xilasi imanlilar cemiyyeti daxilinde gerceklesir ve bu cemiyyete serikliyin remzi veftiz sayilir Belelikle Ehdi Cedidde Allahin Isa Mesih vasitesile xilasa cagirisi seslenir eyni zamanda insandan buna cavaben iman teleb olunur Iman dedikde Allah Taalaya tamamile guvenmek ozunu hesr etmek nezerde tutulur Imanin xilas olmaq ucun sert oldugu Ehdi Cedidin esas telimlerinden biridir Amma Isa qadina dedi Imanin seni xilas etdi Arxayin get Onlari bayira cixararaq sorusdu Agalar xilas olmaq ucun ne etmeliyem Onlar dedi Rebb Isaya iman et sen de ev ehlin de xilas olarsiniz Cunki iman vasitesile lutfle xilas oldunuz Bu sizin nailiyyetiniz deyil Allahin hediyyesidir Ehdi Cedide gore Isa Mesihe iman Allah ile insani birlesdiren korpudur Iman hem insan ruhunun fealiyyeti hem de Ilahi enamdir Insan ozunu Xilaskara teslim ederek xilas olur Bununla bele Mesihin dunyaya gelmesi ile xilasin ilkin merhelesi baslandi son merhelesinde ise Mesihin tekrar yer uzune donerek butun yaradilisin deyisilmesini tamamlayacagi gozlenilir Bibliyada xilasin uc olcusu Xilas mefhumu tekce geleceye aid deyildir lakin kecmis indiki ve gelecek olmaq uzre zamanin uc olcusunde gerceklesir Axiracan dozen xilas olacaq yaxud Mesih ikinci defe gunahin ohdesinden gelmek ucun deyil xilas getirmek ucun Onu gozleyenlere zuhur edecek kimi ayelerde xilasin gelecek olcusunu goruruk Ancaq Cunki iman vasitesile lutfle xilas oldunuz Bu sizin nailiyyetiniz deyil Allahin hediyyesidir ayesinde xilasdan kecmisde basa catdirilmis bir proses kimi behs edilir Xristian mominleri cox vaxt ozlerine xilas olanlar deyirler buna sebeb gunahlarindan elece de Ilahi qezebden ve cezadan xilas olduqlarina inanmalaridir Artiq xilasa nail olmus yeni Allahla barismis olaraq Ona yaxinlasmaq Onu seven Ata kimi tanimaq bunlarin hamisi xilas olmus bir mominin huquqlaridir Bununla bele Ehdi Cedidde xilasin indiki olcusu de eks olunmusdur Xilas olmus veziyyetde qalmaq ucun momin xristiana qorxu ve lerze ile xilasini emellerinde gostermek emr olunur Allahi seven ve qaygikes Ata kimi taniyaraq Onun her kesi edaletle muhakime eden Hakim oldugunu de unutmamaq ve Ondan qorxmaq lazim oldugu vurgulanir Mominin xilas olmus veziyyetde qalmasi ve gelecek xilasa nail olmasi ucun Mesihin Mujdesine butun varligi ile iman etmesi vacib bir sertdir Hevari Paul bu fikri bele aciqladi Eger size beyan etdiyim soze baglanmisinizsa o Mujde ile de xilas olmaqdasiniz yoxsa ebes yere iman etmisiniz Bibliya soteriologiyasinin serhleriUmumiyyetle Ehdi Cedid gunahdan xilas olmaq dan behs edir Lakin bu behs hec de butun xristianlar terefinden eyni cur basa dusulmur Xilasi besit sekilde cehennem ezablarindan canini qurtarmaq menasinda basa dusenlerle yanasi beserin Ilahi tebietine serik olmasi olaraq derk edenler de vardir Qerb kilsesinde xilas daha cox gunah ve ceza kimi huquq anlayislari ile nezerden kecirilir Katolik kilsesinde xeyirli isler son derece onemli sayilir insanin sexsi imanina xususi ehemiyyet veren protestant mezheblerinde ise eksine emellerle deyil Allahin lutfu ile imanla xilas olmaq telimi esas goturulur cehennemden xilas olub cennete getmek besit teologiyasina daha cox rast gelinir Katoliklerin xeyriyye fealiyyetleri habele protestantlarin sehadete ve Mujdeni yaymaga ustunluk vermeleri bununla izah oluna biler Serq kilsesinde Pravoslav ve b beserin ilahilesmesi teologiyasi muhum yer tutur Muqeddes Afanasiy yazirdi Kelam insanlasdi ki biz ilahilesek Ilahilesme ideyasi Ehdi Cedidin bu sozlerine esaslandirilir O bize cox boyuk ve deyerli vedler verdi ki bunlar vasitesile ehtirasin neticesi olan dunyadaki pozgunluqdan qacib ilahi tebiete serik olasiniz sozlerini misal getirmek olar Qeyd etmek lazimdir ki ekser xristian kilselerinden ferqli olaraq kalvinizm xilasi tamamile sertsiz bir olay olaraq qebul edir Xilas olanlarin Allah terefinden evvelceden teyin edilmis olub xilas olmus veziyyetlerini esla itire bilmeyecekleri fikri yalniz kalvinist cereyana mexsus olan kilseler ucun seciyyevidir Xilas haqqinda enenevi xristian fikrini bu sozlerle yekunlasdirmaq olar Xilas olmaq ne demekdir Rebb ile qalmaq demekdir helak olmaq ise Ondan uzaqlasmaq demekdir Her defe irademiz sere teref dondukde biz xilasi ozumuzden iteleyirik qovuruq ondan uz donderirik Oz qani ile bizi Ozune yaxinlasdiran Allahdan uzaqlasiriq IstinadlarBax Tovrat Yaradilis Kitabi 1 31 Allah gordu ki yaratdigi her sey cox yaxsidir Yaradilis 3 15 Bu aye hemcinin Ilk Mujde adlandirilir Yaradilis 12 3 Bax Yesaya 11 53 Bax Yesaya 64 1 Ya Rebb kas goyleri yarib eneydin daglar huzurunda sarsilardi Habaqquq 3 3 Allah Temandan Muqeddes Olan Paran dagindan geldi Ehtisami goyu burudu yer uzu Ona edilen hemd senalarla doldu Bax 1Yehya 5 1 Isanin Mesih olduguna inanan her kes Allahdan dogulub Yehya Mujdesi 1 1 14 Baslangicda Kelam var idi Kelam Allahla birlikde idi Kelam Allah idi Kelam beser olub lutf ve heqiqetle dolu olaraq aramizda mesken saldi Bax Matta Mujdesi 4 17 13 47 53 24 14 Bax Matta Mujdesi 11 27 30 Yehya Mujdesi 14 6 Bax Matta Mujdesi 28 19 Yehya Mujdesi 3 5 Luka Mujdesi 7 50 Hevarilerin Isleri 16 30 31 Efeslilere Mektub 2 8 Bax Romalilara 8 19 22 Vehy 21 Matta Mujdesi 24 13 Ibranilere Mektub 9 28 Efesilere Mektub 2 8 2 ci Korinflilere 5 18 Bunlarin hamisi Allahdandir O Mesih vasitesile bizi Ozu ile barisdirdi Ibranilere Mektub 10 22 ureklerimiz pis vicdandan paklanmis bedenlerimiz de temiz su ile yuyulmus halda imanin tam etimadi ile semimi qelble Allaha yaxinlasaq Romalilara Mektub 8 15 Axi siz kolelik ruhunu almadiniz ki yene de qorxu icinde yasayasiniz ovladliq Ruhunu aldiniz Ele o Ruhun vasitesile Allaha Abba Ata deye nida edirik Filipililere Mektub 2 12 1 ci Peter 1 17 Terefkeslik etmeden oz emeline gore her kesi muhakime eden Allahi Ata deye cagirdiginiz ucun bu qurbet dunyadaki vaxtinizi Allah qorxusunda kecirin 1 ci Korinflilere 15 2 Bax Matta Mujdesi 1 21 Luka Mujdesi 1 77 1 ci Korinflilere 15 3 Qalatiyalilara 1 4 1 ci Peter 2 24 1 ci Yehya 3 5 Vehy 1 5 Bax Slovo o voploshenii 54 http agios org ua wiki index php lt Afanasij Velikij Slovo o voploshenii Boga Slova i o prishestvii Ego k nam vo ploti olu kecid 2 ci Peter 1 4 Aleksandr Men O spasenii http krotov info library 13 m myen 00143 html 2022 03 28 at the Wayback MachineMenbeMuqeddes Kitab Ehdi Etiq ve Ehdi Cedid Muqeddes Kitab sirketi Baki 2009 Men A protoierej Bibliologicheskij slovar v 3 h t Moskva Fond imeni Aleksandra Menya 2002 Soteriologiya biblejskaya