Erkən Dövr Tarix və Ənənələr Məzhəblər və Hərəkatlar Əsas mövzular |
|
Müqəddəs Ruh və ya Rəbbin Ruhu, Allahın Ruhu — xristianlıqda Üç üqnumun üçüncü sifəti.
Bibliyanın ilk sətirlərində Allahın Ruhu ifadəsinə rast gəlinir. Tövratın birinci hissəsi olan Yaradılış Kitabı belə başlanır:
"Başlanğıcda Allah göyləri və yeri yaratdı. Yer quruluşsuz və boş idi. Dərin sular üzərində qaranlıq var idi. Allahın Ruhu suların üzərində dolaşırdı. Allah dedi: "Qoy işıq olsun". İşıq oldu".
Xristian inancına görə, Ata Allah hər şeyin mənbəyi, Oğul Allah İlahi Kəlam olaraq hər şeyi var edən Şəxsdir, Allahın Ruhu isə Kainatın mövcudluğunu davam etdirir, həyatla təmin edir. Buna görə də Müqəddəs Ruh şəxssiz qüvvə deyil, İlahi Şəxs kimi qəbul olunur.
Müqəddəs Ruh və xristian kilsəsinin tarixi
Xristianlıqda Müqəddəs Ruh bəşəriyyətin tarixinə birbaşa təsir göstərən Şəxs olaraq çıxış edir. Xristianlar inanırlar ki, İsa Məsih ölüb dirildi, göyə qalxdı, qısa bir müddət sonra, Əllinci Gün bayramında Onun şagirdləri üzərinə Müqəddəs Ruh endi və xristian kilsəsinin tarixi bununla başlandı. Əhdi-Cədidə daxil olan Həvarilərin İşləri Kitabında o gün baş verənlər belə təsvir olunur:
"Əllinci Gün bayramı zamanı onların hamısı bir yerə yığılmışdı. Birdən güclü külək uğultusu kimi göydən bir səs gəlib onlar oturan evin hər tərəfini bürüdü. Onlara göründü ki, nə isə alov kimi dillərə parçalanaraq hər birinin üstünə düşür. Onların hamısı Müqəddəs Ruhla doldu və Ruhun danışdırdığına görə başqa dillərdə danışmağa başladılar".
Həvari Peter bu səs-küyə gələn yəhudilərə bu hadisəni izah etmək üçün Əhdi-Ətiq peyğəmbərlərindən sitat gətirdi:
"Bu gördükləriniz Yoel peyğəmbər vasitəsilə əvvəlcədən deyilən hadisədir. Allah dedi ki, axır zamanda "Bütün bəşər üzərinə Ruhumdan tökəcəyəm. Oğullarınız və qızlarınız peyğəmbərlik edəcək, cavanlarınız görüntülər, ağsaqqallarınızsa röyalar görəcək. O günlərdə qul və qarabaşların üzərinə də Ruhumdan tökəcəyəm, Onlar da peyğəmbərlik edəcək. Yuxarıda – göylərdə xariqələr, aşağıda – yerdə əlamətlər göstərəcəyəm: qan, alov və tüstü buxarları görünəcək. Rəbbin möhtəşəm və əzəmətli günü gəlməzdən əvvəl günəş qaranlığa və ay qan rənginə dönəcək. Rəbbin adını çağıran hər kəs xilas olacaq"".
Beləliklə, Müqəddəs Ruhla dolu həvarilər və digər ilk xristianlar Məsihin Müjdəsini Qüdsdən başqa bölgələrə yaymağa və cəmiyyətlər (icmalar, kilsələr) yaratmağa başladılar.
İsa Məsihin Müqəddəs Ruh haqqında dediyi sözlər
İsa Məsihin Müqəddəs Ruhun gəlməsi haqqında dedikləri Əhdi-Cədidin Yəhya Müjdəsi hissəsində yer alır. Məsih Müqəddəs Ruhu "Təsəlliverici" yaxud "Vəsatətçi" və "Həqiqət Ruhu" adlandırmışdır.
"Mən də Atadan xahiş edəcəyəm və O sizə başqa bir Vəsatətçi göndərəcək ki, daim sizinlə olsun. O, həqiqət Ruhudur. Onu dünya qəbul edə bilməz, çünki Onu nə görür, nə də tanıyır. Sizsə Onu tanıyırsınız, çünki sizinlə qalır və daxilinizdə olacaq".
"Lakin Vəsatətçi – Atanın Mənim adımla göndərəcəyi Müqəddəs Ruh hər şeyi sizə öyrədəcək və söylədiyim bütün sözləri yadınıza salacaq".
"Atadan sizə göndərəcəyim Vəsatətçi – Atanın yanından çıxan həqiqət Ruhu gəldiyi zaman Mənim barəmdə şəhadət edəcək".
"Mənim getməyim sizin xeyrinizədir. Çünki getməsəm, Vəsatətçi yanınıza gəlməz, amma getsəm, Onu sizə göndərəcəyəm. O gələndə günah, salehlik və mühakimə barədə dünyanı ifşa edəcək: günah barədə, çünki Mənə iman etmirlər; salehlik barədə, çünki Atanın yanına gedirəm və daha Məni görməyəcəksiniz; mühakimə barədə, çünki bu dünyanın hökmdarı mühakimə olunub. Hələ sizə söylənəcək çoxlu sözüm var, amma indi bunlar ağlınıza sığmaz. Lakin O – həqiqət Ruhu gələndə sizə hər həqiqətə yol göstərəcək. Çünki heç nəyi Özündən söyləməyəcək, nə eşidirsə, onu söyləyəcək və gələcəyi sizə bildirəcək. O Məni izzətləndirəcək, çünki Mənim olandan götürüb sizə bildirəcək".
Əhdi-Cədid Məktublarında Müqəddəs Ruh haqqında yazılanlar
Əhdi-Cədid Məktublarının müəllifləri Müqəddəs Ruhun möminlərə İlahi sirləri açdığını, müxtəlif ənamlar payladığını, möminləri qüvvəsi ilə möhkəmləndirdiyini, "möhürlədiyini", möminlərə "girov" olaraq verildiyini, möminləri Allahın övladları etdiyini öyrətmişlər.
"Allah sirri mənə vəhy vasitəsilə bildirdi. Bu sirr… Məsihin müqəddəs həvarilərinə və peyğəmbərlərinə Ruh vasitəsilə açılmışdır".
"Çünki heç vaxt peyğəmbərlik insan iradəsi ilə qaynaqlanmamışdır, lakin Müqəddəs Ruh tərəfindən yönəldilən insanlar Allahdan gələn sözləri söylədi".
"Onların daxilində olan Məsihin Ruhu Məsihin əzabları və onlardan sonrakı izzəti barədə əvvəlcədən şəhadət edirdi. Bunların necə və nə vaxt gələcəyi barədə Ruhun nə göstərdiyini araşdırdılar".
"O (Ata), izzətinin zənginliyinə görə Öz Ruhu vasitəsilə sizi daxili varlığınızda qüvvə ilə möhkəmləndirsin".
"Müxtəlif ənamlar var, amma Ruh eynidir. Müxtəlif növlü xidmətlər var, amma Rəbb eynidir. Müxtəlif fəaliyyətlər də var, amma hamısını hər adamda göstərən Allah eynidir. Lakin Ruh hər kəsə xeyri üçün aşkar olunur. Birinə Ruh vasitəsilə hikmət sözü, başqasına isə eyni Ruhla bilik sözü verilir. Digərinə isə eyni Ruh imanı, o birisinə həmin Ruh şəfa ənamlarını verir. Birinə möcüzə yaratmaq, başqasına peyğəmbərlik, digərinə ruhları ayırd etmək qabiliyyəti, bir başqasına müxtəlif dillərdə danışmaq, o birisinə bu dilləri izah etmək ənamı verilir. Bunların hamısı tək və eyni Ruhun fəaliyyətidir. Ruh bu ənamları hər kəsə Öz istədiyi tərzdə paylayır".
"Həqiqət kəlamını, xilasınızın Müjdəsini eşidib Məsihə iman edən zaman siz də vəd olunmuş Müqəddəs Ruhla Onda möhürləndiniz".
"Allahın Müqəddəs Ruhunu kədərləndirməyin. Çünki satınalınma günü üçün o Ruhla möhürləndiniz".
"O (Allah) bizi möhürlədi və Ruhunu qəlbimizdə girov qoydu".
"O (Allah), Ruhunu bizə girov verdi".
"Lakin vaxt tamam olanda Allah qadından, Qanun altında doğulan Öz Oğlunu göndərdi ki, Qanun altında olanları satın alsın və biz övladlığa götürülək. Övladlar olduğunuz üçün Allah Öz Oğlunun "Abba, Ata!" deyərək nida edən Ruhunu ürəklərimizə göndərdi. Buna görə də sən artıq kölə deyil, övladsan. Əgər övladsansa, həmçinin Allahın təyin etdiyi varissən".
"Allahın Ruhu ilə yönəldilənlərin hamısı Allahın oğullarıdır. Axı siz köləlik ruhunu almadınız ki, yenə də qorxu içində yaşayasınız; övladlıq Ruhunu aldınız. Elə o Ruhun vasitəsilə Allaha "Abba, Ata" deyə nida edirik. Elə Ruh Özü bizim ruhumuzla birgə şəhadət edir ki, biz Allahın övladlarıyıq".
Müqəddəs Ruhun səmərəsi
Əhdi-Cədiddə Müqəddəs Ruhun möminin həyatında əmələ gətirdiyi keyfiyyətlər "Ruhun səmərəsi" olaraq vəsf olunur. Müqəddəs Ruhun səmərəsi 9 keyfiyyətdən – məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət, həlimlik və nəfsə hakim olmaqdan ibarət olan müqəddəs xasiyyətdir. Möminlərin Müqəddəs Ruhla dolu olaraq tədricən dəyişilmələri və bu cür xasiyyəti əks etdirmələri gözlənilir.
“Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət, həlimlik, nəfsə hakim olmaq”.
Müqəddəs Ruh kilsənin iman simvollarında
Xristian kilsələrinin böyük əksəriyyəti üç böyük iman simvoluna etiqad edir. Bu simvollarda Müqəddəs Ruh haqqında belə yazılmışdır: Apostol inam rəmzi
"Müqəddəs Ruha, müqəddəs Ümumdünya Kilsəsinə, Müqəddəslərin Ünsiyyətinə, günahların bağışlanmasına, bədənin dirilməsinə, əbədi həyata inanıram. Amin".
Nikeya iman simvolu
"Həyat verən Rəbb, Atadan çıxan, Ata və Oğul ilə bərabər səcdə edilməyə və izzətləndirilməyə layiq olan, peyğəmbərlərin dili ilə danışan Müqəddəs Ruha da inanıram".
Afanasi iman simvolu
"Allahın birinci Sifəti Ata, ikinci Sifəti Oğul və üçüncü Sifəti Müqəddəs Ruhdur.
Lakin Ata, Oğul və Müqəddəs Ruh izzətdə bərabər, əzəmətdə əbədi yeganə bir Allahdır. Ata necədirsə, Oğul da belədir, Müqəddəs Ruh da belədir. Ata yaradılmamış, Oğul yaradılmamış və Müqəddəs Ruh yaradılmamışdır. Ata qeyri-məhdud, Oğul qeyri-məhdud və Müqəddəs Ruh qeyri-məhduddur. Ata əbədi, Oğul əbədi və Müqəddəs Ruh əbədidir. Lakin üç əbədi Varlıq deyil, bir əbədi Varlıqdır… Ata Allah, Oğul Allah və Müqəddəs Ruh Allahdır, lakin üç Allah deyil, bir Allahdır.
Ata Rəbb, Oğul Rəbb və Müqəddəs Ruh Rəbdir, lakin üç Rəbb deyil, bir Rəbdir".
Müqəddəs Ruhun rəmzləri
Su
Su insanın həyatı üçün zəruri bir maddə kimi Müqəddəs Ruhun rəmzi olmuşdur.
"Bayramın sonuncu, təntənəli günündə İsa qalxıb nida edərək dedi: "Kim susayıbsa, yanıma gəlib içsin. Müqəddəs Yazılarda deyildiyi kimi, Mənə iman edənin daxilindən həyat suyu axan çaylar çıxacaq". Bunu Ona iman edənlərin alacaqları Ruh barədə söylədi. Ruh isə hələ yox idi, çünki İsa hələ izzətlənməmişdi".
Od yaxud alov
Allah Musaya yanıb-qurtarmayan kolda görünüb alov içindən xitab etmişdir. Əllinci Gündə İsa Məsihin şagirdləri Müqəddəs Ruhla dolanda, Ruh güclü külək və alov kimi onların üzərinə gəlmişdir. Allah Bibliyada "yandırıb-yaxan alov" kimi vəsf olunur. Od rəmzi həmçinin insanı isidən, köhnə və gərəksiz şeyləri yandıran, enerji verən mənasında şərh oluna bilər.
Vəftizçi Yəhya İsa Məsih barəsində demişdir ki, "O sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək".
Külək
Həm ibranicə (רוּח Ruax), həm də yunanca (πνεῦμα Pneuma) kəlməsi eyni zamanda "Ruh", "külək", "yel", "fırtına", "nəfəs" mənalarını verir. Buna görə də, İsa Məsih "Yel istədiyi yerdə əsir, onun səsini eşidirsən, amma haradan gəlib haraya getdiyini bilmirsən. Ruhdan doğulmuş adam da belədir" demişdir. Külək hər yeri əhatə edir, sirli, görünməz şəkildə dünyaya təsir göstərir.
Yağ
İsrail xalqında qədimdən padşahları müqəddəs yağla məhz etmək adəti var idi. Başına yağ tökülən padşahlar (peyğəmbərlər) "məsh olunmuş" (ibranicə משׁיח maşiyax; ərəbcə مسيح məsih) sayılırdı; padşahın başına yağ tökülən zaman onun üzərinə İlahi Ruhun gəldiyinə inanılırdı.
"Şamuel yağ buynuzunu götürüb qardaşları arasında onu məsh etdi və o gündən başlayaraq Davudun üzərinə Rəbbin Ruhu qüvvə ilə endi".
Yağ tökülmək yolu ilə insanın üzərinə gələn İlahi Ruh insanı lazım olan qüvvə, qabiliyyətlər, biliklər ilə təmin edirdi.
"Xudavənd Rəbbin Ruhu üzərimdədir, çünki fəqirlərə müjdəni bildirmək üçün O məni məsh etdi".
Göyərçin
"Yəhya şəhadət edib dedi: "Gördüm ki, Ruh göydən göyərçin kimi endi və Onun (İsanın) üzərində qaldı"".
Məlum olduğu kimi, göyərçin sülh rəmzidir. Bundan əlavə, göyərçin şəfqət və həlimlik, paklıq və dinclik mücəssiməsi sayılır. Beləliklə, Müqəddəs Ruhu qəbul edən insan da bu sifətləri nümayiş etdirir. Bu rəmz Allahın həm qüdrətli, həm də rəhmli olaraq vəsf olunması baxımından xristian simvolikasında xüsusi əhəmiyyət kəsb edir.
İstinadlar
- Yaradılış Kitabı 1:1–3
- Həvarilərin İşləri 2:1–4
- Həvarilərin İşləri 2:16–21; Bax: Yoel Kitabı 2:28–32
- Yəhya Müjdəsi 14:16–17
- Yəhya Müjdəsi 14:26
- Yəhya Müjdəsi 15:26
- Yəhya Müjdəsi 16:7–14
- Efeslilərə 3:3–5
- 2 Peter 1:21
- 1 Peter 1:11
- Efeslilərə 3:16
- 1 Korinflilərə 12:4–11
- Efeslilərə 1:13
- Efeslilərə 4:30
- 2 Korinflilərə 1:22
- 2 Korinflilərə 5:6
- Qalatiyalılara 4:4–7
- Romalılara 8:14–16
- Qalatiyalılara 5:22-23
- Yəhya 7:37–39
- Çıxış 3:15
- İbranilərə 12:29
- Matta 3:11
- Мень А. протоиерей "Библиологический словарь в 3-х т.". Москва: Фонд имени Александра Меня, 2002. "Пневматология"
- Yəhya 3:8
- 1 Şamuel 16:13
- Yeşaya 61:1
- Yəhya 1:32
Mənbə
- Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009.
- Александр Мень. Мировая духовная культура. Христианство. Церковь. Лекции и беседы. — М.: Фонд имени Александра Меня, 1995. Никео-Цареградский символ веры. Беседа пятая. http://krotov.info/library/13_m/myen/00043.html
- Мень А. протоиерей "Библиологический словарь в 3-х т.". Москва: Фонд имени Александра Меня, 2002. "Пневматология" http://krotov.info/spravki/temy/d/duh_sv.html 2011-12-19 at the Wayback Machine
- Книга согласия. Три Вселенских символа веры. http://bohm.narod.ru/confess/concordia_ru/simwol.html
- Йонги Чо. "Дух Святой". ГЛАВА 3. Имена и символы Духа Святого. http://www.imbf.org/books/holy_spirit_cho/03.htm 2011-12-09 at the Wayback Machine
Xarici keçidlər
- Müqəddəs Ruh kimdir?
- Müqəddəs Kitab onlayn 2013-09-18 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xristianliq Isa Bakire Meryemin dogmasi Isanin carmixa cekilmesi Isanin dirilmesi Pasxa Isa Xristianliqda Erken Dovr Hevari Kilse Inanc Incil Allahin Padsahligi Septuaginta Yeni Ehd Bibliya Ehdi Etiq Ehdi Cedid Apokrif Teologiya Bagislanma Veftiz Xristologiya Ata Ogul Muqeddes Ruh Insan Xilas Esxatologiya Uc uqnum Tarix ve Eneneler Meryem Pyotr Pavel Erken I Konstantin Kilse meclisi Xristianliqda bolunme Xac yurusleri Reformasiya Mezhebler ve Herekatlar Anabaptist Anglikan Baptist Kalvinizm Evangelizm Luteran Protestant Ellinci Katolik kilsesiPravoslav Konstantinopol Pravoslav KilsesiHerekatlarYehova sahidleri Esas movzular Veftiz SimvolizmXristianliqbaxmuzakireredakte Muqeddes Ruh ve ya Rebbin Ruhu Allahin Ruhu xristianliqda Uc uqnumun ucuncu sifeti Muqeddes Ruhun zuhuru Bibliyanin ilk setirlerinde Allahin Ruhu ifadesine rast gelinir Tovratin birinci hissesi olan Yaradilis Kitabi bele baslanir Baslangicda Allah goyleri ve yeri yaratdi Yer qurulussuz ve bos idi Derin sular uzerinde qaranliq var idi Allahin Ruhu sularin uzerinde dolasirdi Allah dedi Qoy isiq olsun Isiq oldu Xristian inancina gore Ata Allah her seyin menbeyi Ogul Allah Ilahi Kelam olaraq her seyi var eden Sexsdir Allahin Ruhu ise Kainatin movcudlugunu davam etdirir heyatla temin edir Buna gore de Muqeddes Ruh sexssiz quvve deyil Ilahi Sexs kimi qebul olunur Muqeddes Ruh ve xristian kilsesinin tarixiXristianliqda Muqeddes Ruh beseriyyetin tarixine birbasa tesir gosteren Sexs olaraq cixis edir Xristianlar inanirlar ki Isa Mesih olub dirildi goye qalxdi qisa bir muddet sonra Ellinci Gun bayraminda Onun sagirdleri uzerine Muqeddes Ruh endi ve xristian kilsesinin tarixi bununla baslandi Ehdi Cedide daxil olan Hevarilerin Isleri Kitabinda o gun bas verenler bele tesvir olunur Ellinci Gun bayrami zamani onlarin hamisi bir yere yigilmisdi Birden guclu kulek ugultusu kimi goyden bir ses gelib onlar oturan evin her terefini burudu Onlara gorundu ki ne ise alov kimi dillere parcalanaraq her birinin ustune dusur Onlarin hamisi Muqeddes Ruhla doldu ve Ruhun danisdirdigina gore basqa dillerde danismaga basladilar Hevari Peter bu ses kuye gelen yehudilere bu hadiseni izah etmek ucun Ehdi Etiq peygemberlerinden sitat getirdi Bu gordukleriniz Yoel peygember vasitesile evvelceden deyilen hadisedir Allah dedi ki axir zamanda Butun beser uzerine Ruhumdan tokeceyem Ogullariniz ve qizlariniz peygemberlik edecek cavanlariniz goruntuler agsaqqallarinizsa royalar gorecek O gunlerde qul ve qarabaslarin uzerine de Ruhumdan tokeceyem Onlar da peygemberlik edecek Yuxarida goylerde xariqeler asagida yerde elametler gostereceyem qan alov ve tustu buxarlari gorunecek Rebbin mohtesem ve ezemetli gunu gelmezden evvel gunes qaranliga ve ay qan rengine donecek Rebbin adini cagiran her kes xilas olacaq Belelikle Muqeddes Ruhla dolu hevariler ve diger ilk xristianlar Mesihin Mujdesini Qudsden basqa bolgelere yaymaga ve cemiyyetler icmalar kilseler yaratmaga basladilar Isa Mesihin Muqeddes Ruh haqqinda dediyi sozlerIsa Mesihin Muqeddes Ruhun gelmesi haqqinda dedikleri Ehdi Cedidin Yehya Mujdesi hissesinde yer alir Mesih Muqeddes Ruhu Teselliverici yaxud Vesatetci ve Heqiqet Ruhu adlandirmisdir Men de Atadan xahis edeceyem ve O size basqa bir Vesatetci gonderecek ki daim sizinle olsun O heqiqet Ruhudur Onu dunya qebul ede bilmez cunki Onu ne gorur ne de taniyir Sizse Onu taniyirsiniz cunki sizinle qalir ve daxilinizde olacaq Lakin Vesatetci Atanin Menim adimla gondereceyi Muqeddes Ruh her seyi size oyredecek ve soylediyim butun sozleri yadiniza salacaq Atadan size gondereceyim Vesatetci Atanin yanindan cixan heqiqet Ruhu geldiyi zaman Menim baremde sehadet edecek Menim getmeyim sizin xeyrinizedir Cunki getmesem Vesatetci yaniniza gelmez amma getsem Onu size gondereceyem O gelende gunah salehlik ve muhakime barede dunyani ifsa edecek gunah barede cunki Mene iman etmirler salehlik barede cunki Atanin yanina gedirem ve daha Meni gormeyeceksiniz muhakime barede cunki bu dunyanin hokmdari muhakime olunub Hele size soylenecek coxlu sozum var amma indi bunlar agliniza sigmaz Lakin O heqiqet Ruhu gelende size her heqiqete yol gosterecek Cunki hec neyi Ozunden soylemeyecek ne esidirse onu soyleyecek ve geleceyi size bildirecek O Meni izzetlendirecek cunki Menim olandan goturub size bildirecek Ehdi Cedid Mektublarinda Muqeddes Ruh haqqinda yazilanlarEhdi Cedid Mektublarinin muellifleri Muqeddes Ruhun mominlere Ilahi sirleri acdigini muxtelif enamlar payladigini mominleri quvvesi ile mohkemlendirdiyini mohurlediyini mominlere girov olaraq verildiyini mominleri Allahin ovladlari etdiyini oyretmisler Allah sirri mene vehy vasitesile bildirdi Bu sirr Mesihin muqeddes hevarilerine ve peygemberlerine Ruh vasitesile acilmisdir Cunki hec vaxt peygemberlik insan iradesi ile qaynaqlanmamisdir lakin Muqeddes Ruh terefinden yoneldilen insanlar Allahdan gelen sozleri soyledi Onlarin daxilinde olan Mesihin Ruhu Mesihin ezablari ve onlardan sonraki izzeti barede evvelceden sehadet edirdi Bunlarin nece ve ne vaxt geleceyi barede Ruhun ne gosterdiyini arasdirdilar O Ata izzetinin zenginliyine gore Oz Ruhu vasitesile sizi daxili varliginizda quvve ile mohkemlendirsin Muxtelif enamlar var amma Ruh eynidir Muxtelif novlu xidmetler var amma Rebb eynidir Muxtelif fealiyyetler de var amma hamisini her adamda gosteren Allah eynidir Lakin Ruh her kese xeyri ucun askar olunur Birine Ruh vasitesile hikmet sozu basqasina ise eyni Ruhla bilik sozu verilir Digerine ise eyni Ruh imani o birisine hemin Ruh sefa enamlarini verir Birine mocuze yaratmaq basqasina peygemberlik digerine ruhlari ayird etmek qabiliyyeti bir basqasina muxtelif dillerde danismaq o birisine bu dilleri izah etmek enami verilir Bunlarin hamisi tek ve eyni Ruhun fealiyyetidir Ruh bu enamlari her kese Oz istediyi terzde paylayir Heqiqet kelamini xilasinizin Mujdesini esidib Mesihe iman eden zaman siz de ved olunmus Muqeddes Ruhla Onda mohurlendiniz Allahin Muqeddes Ruhunu kederlendirmeyin Cunki satinalinma gunu ucun o Ruhla mohurlendiniz O Allah bizi mohurledi ve Ruhunu qelbimizde girov qoydu O Allah Ruhunu bize girov verdi Lakin vaxt tamam olanda Allah qadindan Qanun altinda dogulan Oz Oglunu gonderdi ki Qanun altinda olanlari satin alsin ve biz ovladliga goturulek Ovladlar oldugunuz ucun Allah Oz Oglunun Abba Ata deyerek nida eden Ruhunu ureklerimize gonderdi Buna gore de sen artiq kole deyil ovladsan Eger ovladsansa hemcinin Allahin teyin etdiyi varissen Allahin Ruhu ile yoneldilenlerin hamisi Allahin ogullaridir Axi siz kolelik ruhunu almadiniz ki yene de qorxu icinde yasayasiniz ovladliq Ruhunu aldiniz Ele o Ruhun vasitesile Allaha Abba Ata deye nida edirik Ele Ruh Ozu bizim ruhumuzla birge sehadet edir ki biz Allahin ovladlariyiq Muqeddes Ruhun semeresiEhdi Cedidde Muqeddes Ruhun mominin heyatinda emele getirdiyi keyfiyyetler Ruhun semeresi olaraq vesf olunur Muqeddes Ruhun semeresi 9 keyfiyyetden mehebbet sevinc sulh sebir xeyirxahliq yaxsiliq sedaqet helimlik ve nefse hakim olmaqdan ibaret olan muqeddes xasiyyetdir Mominlerin Muqeddes Ruhla dolu olaraq tedricen deyisilmeleri ve bu cur xasiyyeti eks etdirmeleri gozlenilir Muqeddes Ruhun semeresi ise budur mehebbet sevinc sulh sebir xeyirxahliq yaxsiliq sedaqet helimlik nefse hakim olmaq Muqeddes Ruh kilsenin iman simvollarindaXristian kilselerinin boyuk ekseriyyeti uc boyuk iman simvoluna etiqad edir Bu simvollarda Muqeddes Ruh haqqinda bele yazilmisdir Apostol inam remzi Muqeddes Ruha muqeddes Umumdunya Kilsesine Muqeddeslerin Unsiyyetine gunahlarin bagislanmasina bedenin dirilmesine ebedi heyata inaniram Amin Nikeya iman simvolu Heyat veren Rebb Atadan cixan Ata ve Ogul ile beraber secde edilmeye ve izzetlendirilmeye layiq olan peygemberlerin dili ile danisan Muqeddes Ruha da inaniram Afanasi iman simvolu Allahin birinci Sifeti Ata ikinci Sifeti Ogul ve ucuncu Sifeti Muqeddes Ruhdur Lakin Ata Ogul ve Muqeddes Ruh izzetde beraber ezemetde ebedi yegane bir Allahdir Ata necedirse Ogul da beledir Muqeddes Ruh da beledir Ata yaradilmamis Ogul yaradilmamis ve Muqeddes Ruh yaradilmamisdir Ata qeyri mehdud Ogul qeyri mehdud ve Muqeddes Ruh qeyri mehduddur Ata ebedi Ogul ebedi ve Muqeddes Ruh ebedidir Lakin uc ebedi Varliq deyil bir ebedi Varliqdir Ata Allah Ogul Allah ve Muqeddes Ruh Allahdir lakin uc Allah deyil bir Allahdir Ata Rebb Ogul Rebb ve Muqeddes Ruh Rebdir lakin uc Rebb deyil bir Rebdir Muqeddes Ruhun remzleriSu Su insanin heyati ucun zeruri bir madde kimi Muqeddes Ruhun remzi olmusdur Bayramin sonuncu tenteneli gununde Isa qalxib nida ederek dedi Kim susayibsa yanima gelib icsin Muqeddes Yazilarda deyildiyi kimi Mene iman edenin daxilinden heyat suyu axan caylar cixacaq Bunu Ona iman edenlerin alacaqlari Ruh barede soyledi Ruh ise hele yox idi cunki Isa hele izzetlenmemisdi Od yaxud alov Allah Musaya yanib qurtarmayan kolda gorunub alov icinden xitab etmisdir Ellinci Gunde Isa Mesihin sagirdleri Muqeddes Ruhla dolanda Ruh guclu kulek ve alov kimi onlarin uzerine gelmisdir Allah Bibliyada yandirib yaxan alov kimi vesf olunur Od remzi hemcinin insani isiden kohne ve gereksiz seyleri yandiran enerji veren menasinda serh oluna biler Veftizci Yehya Isa Mesih baresinde demisdir ki O sizi Muqeddes Ruhla ve odla veftiz edecek Kulek Hem ibranice רו ח Ruax hem de yunanca pneῦma Pneuma kelmesi eyni zamanda Ruh kulek yel firtina nefes menalarini verir Buna gore de Isa Mesih Yel istediyi yerde esir onun sesini esidirsen amma haradan gelib haraya getdiyini bilmirsen Ruhdan dogulmus adam da beledir demisdir Kulek her yeri ehate edir sirli gorunmez sekilde dunyaya tesir gosterir Yag Israil xalqinda qedimden padsahlari muqeddes yagla mehz etmek adeti var idi Basina yag tokulen padsahlar peygemberler mesh olunmus ibranice מש יח masiyax erebce مسيح mesih sayilirdi padsahin basina yag tokulen zaman onun uzerine Ilahi Ruhun geldiyine inanilirdi Samuel yag buynuzunu goturub qardaslari arasinda onu mesh etdi ve o gunden baslayaraq Davudun uzerine Rebbin Ruhu quvve ile endi Yag tokulmek yolu ile insanin uzerine gelen Ilahi Ruh insani lazim olan quvve qabiliyyetler bilikler ile temin edirdi Xudavend Rebbin Ruhu uzerimdedir cunki feqirlere mujdeni bildirmek ucun O meni mesh etdi Goyercin Yehya sehadet edib dedi Gordum ki Ruh goyden goyercin kimi endi ve Onun Isanin uzerinde qaldi Melum oldugu kimi goyercin sulh remzidir Bundan elave goyercin sefqet ve helimlik pakliq ve dinclik mucessimesi sayilir Belelikle Muqeddes Ruhu qebul eden insan da bu sifetleri numayis etdirir Bu remz Allahin hem qudretli hem de rehmli olaraq vesf olunmasi baximindan xristian simvolikasinda xususi ehemiyyet kesb edir IstinadlarYaradilis Kitabi 1 1 3 Hevarilerin Isleri 2 1 4 Hevarilerin Isleri 2 16 21 Bax Yoel Kitabi 2 28 32 Yehya Mujdesi 14 16 17 Yehya Mujdesi 14 26 Yehya Mujdesi 15 26 Yehya Mujdesi 16 7 14 Efeslilere 3 3 5 2 Peter 1 21 1 Peter 1 11 Efeslilere 3 16 1 Korinflilere 12 4 11 Efeslilere 1 13 Efeslilere 4 30 2 Korinflilere 1 22 2 Korinflilere 5 6 Qalatiyalilara 4 4 7 Romalilara 8 14 16 Qalatiyalilara 5 22 23 Yehya 7 37 39 Cixis 3 15 Ibranilere 12 29 Matta 3 11 Men A protoierej Bibliologicheskij slovar v 3 h t Moskva Fond imeni Aleksandra Menya 2002 Pnevmatologiya Yehya 3 8 1 Samuel 16 13 Yesaya 61 1 Yehya 1 32MenbeMuqeddes Kitab Ehdi Etiq ve Ehdi Cedid Muqeddes Kitab sirketi Baki 2009 Aleksandr Men Mirovaya duhovnaya kultura Hristianstvo Cerkov Lekcii i besedy M Fond imeni Aleksandra Menya 1995 Nikeo Caregradskij simvol very Beseda pyataya http krotov info library 13 m myen 00043 html Men A protoierej Bibliologicheskij slovar v 3 h t Moskva Fond imeni Aleksandra Menya 2002 Pnevmatologiya http krotov info spravki temy d duh sv html 2011 12 19 at the Wayback Machine Kniga soglasiya Tri Vselenskih simvola very http bohm narod ru confess concordia ru simwol html Jongi Cho Duh Svyatoj GLAVA 3 Imena i simvoly Duha Svyatogo http www imbf org books holy spirit cho 03 htm 2011 12 09 at the Wayback MachineXarici kecidlerMuqeddes Ruh kimdir Muqeddes Kitab onlayn 2013 09 18 at the Wayback Machine