Candaroğulları bəyliyi — 1291-1461-ci illərdə mövcud olmuş bir Anadolu bəyliyi. Ən məşhur bəyi İsfəndiyar bəy olduğundan digər adı da İsfəndiyaroğulları bəyliyidir.
Tarixi dövlət | |||
Candaroğulları bəyliyi | |||
---|---|---|---|
| |||
| |||
Paytaxt | Kastamonu, Sinop | ||
Dilləri | Qədim Anadolu türkçəsi | ||
Dövlət dini | sünni islam | ||
İdarəetmə forması | Monarxiya | ||
Bəy | |||
• 1291-1309 | Şəmsəddin Yaman Candar bəy | ||
• 1461 | Qızıl Əhməd bəy |
Tarixi
Bəyliyin qurulması
Çobanoğulları bəyliyinin yerini alan Candaroğullarının tarix səhnəsinə çıxışı, o dövrə aid tarixi mənbələrin yetərsizliyi səbəbilə tam olaraq bilinmir.Anadolu Səlcuqluları arasındakı taxt mübarizəsinə qatılan Şəmsəddin Yaman Candar bəyə 1291-ci ildə Hülaki hökmdarı Keyxatu xan tərəfindən Əflani və ətraf bölgələri iqta olaraq verilmiş, bu tarix Candaroğlu bəyliyinin əsasının qoyulması olaraq qəbul edilmişdir. Bəyliyin qurucusu olan və ona adını verən Yaman Candar bəyin hansı türkmən boyuna mənsub olduğu bilinmir. Daşıdığı Candar ünvanı səbəbilə Səlcuqlu sarayında xidmət etdiyi anlaşılan Şəmsəddin Yaman Candar bəy, hakimiyyəti boyunca Hülakilərin tabeliyində qalmış, ancaq bəyliyin hüdudlarını genişləndirmədən 1309-cu ildə vəfat etmişdir. Yerinə isə oğlu Süleyman bəy keçmişdir.
I Süleyman bəy
Bir müddət Əflanidə qalan Süleyman bəy, Kastamonu və Safranbolu bölgələrini ələ keçirərək bəyliyi genişləndirdi və bəyliyin mərkəzini Kastamonuya daşıdı. Daha sonra Sinopu da ələ keçirərək bu bölgənin idarəsini oğlu İbrahim bəyə, Safranbolunun idarəsini isə digər oğlu Əli bəyə verdi. Bəyliyin hüdudlarını genişləndirməsinə baxmayaraq, Süleyman bəy ilk illərində Hülakilərin tabeliyində qalmış, onlara illik vergi verməyə davam etmişdir. Ancaq 1327-ci ildə Əmir Dəmirdaşın Anadolu canişinliyindən alınması və 1335-ci ildə Hülaki xanı Əbu Səid Bahadurın ölümü ilə yaranan siyasi boşluqdan istifadə edərək, Süleyman bəy öz müstəqilliyini elan etdi. Səltənətinin son 5 ilində kəsilən qızıl sikkələrdə istifadə edilən “əs-sultan-ül-əzəm” ünvanı bunun açıq isbatıdır.
Bu səbəblə Candaroğlu bəyliyinin əsas qurucusu olaraq qəbul edilən Süleyman bəy, qonşusu olan Bizans, Osmanlı və Tacəddinoğullarıyla sabit siyasi əlaqələr saxladı. Buna baxmayaraq onunla eyni dövrdə yaşayan Osmanlı bəyi Orxan Qaziylə bəzi vaxtlar anlaşmazlıq yaşadığı bilinir. Davam edən Osmanlı hücumlarına qarşı Bizansdan gələn sülh təklifini geri çevirən Süleyman bəy, Bizansa aid bəzi qalaları mühasirədə saxlamağa davam etdi. Onun səltənətində baş tutan ən mühüm məsələ isə Sinop qalasının ilhaq edilməsi və beləcə ələ keçirilən Qara dəniz ticarət yolu vasitəsilə Genuyanın şəhər-dövlətləriylə əlaqələrin qurulması oldu. Belə ki, Süleyman bəyin oğlu İbrahim bəyin Sinopdakı valiliyi dönəmində Sinop limanında Genuyaya məxsus təxminən 10 ticarət gəmisi ələ keçirilmişdi.
1331-1332-ci illərdə Safranbolu və Kastamonuya gələn səyyah İbn Bətutə, Süleyman bəyin güclü və heybətli bir hökmdar olduğunu, ətrafında mühüm din adamlarının olduğunu yazır. Bu ziyarət əsnasında Süleyman bəy tərəfindən də qəbul edilən İbn Bətutəyə cins at və yeni geyimlər hədiyyə edilmişdir. Yenə İbn Bətutənin yazdıqlarına görə, Süleyman bəy hər gün ikindi namazından sonra əhalinin dərdlərini dinləyir, hər cümə günü cümə salamlığına çıxarmış.Məmlük tarixçisi Əl-Öməriyə görə, bu dönəmdə Kastamonuda 25 min atlı əsgər saxlanılırdı.Süleyman bəyin 1341-ci ildə vəfatının ardından taxta oğlu İbrahim bəy keçdi.
I İbrahim bəy, Yaqub bəy, Adil bəy
Qiyasəddin ünvanıyla anılan İbrahim bəy, atasının səltənətində Sinop valisi idi. Taxtı ələ keçirmək üçün atasına qarşı mübarizə aparmışdır. Onun səltənətində baş tutan ən mühüm hadisə isə 1341-ci ildə Venesiya və Genuya ilə aparılan dəniz döyüşlərində qələbə qazanılması oldu. 1344-cü ildə Sinopda qeydə alınan bir vəqf sənədində “Əmir-ül-müəzzəm sahib-ül elm vəl-kələm vəs-seyf”ünvanlarıyla anılan İbrahim bəyin ölüm tarixi bilinməsə də, 1345-ci ildə bəyliyin başında əmisi Yaqub bəyin olduğu məlumdur.
İbrahim bəyin yerinə səltənəti ələ alan əmisi Yaqub bəyin qısa dövrünə aid hər hansı bir məlumat yoxdur. Ancaq cəmi 1 il sonra - 1346-cı ildə Yaqub bəyin oğlu Adil bəyin hakimiyyəti ələ aldığı bilinir. Ədalətli bir hökmdar kimi tanınan Adil bəyin səltənətinə dair məlumat az olsa da, Sinopdakı ilk Genuya və Venesiya ticarət koloniyalarının qurulmasına məhz onun dönəmində icazə verildiyi bilinir. Adil bəyin də ölüm tarixi dəqiq bilinmir.
Bəyazid bəy
Adil bəyin yerinə, Osmanlı mənbələrində “Kötürüm” (“Şikəst”) ləqəbiylə anılan oğlu Bəyazid bəy Qiyasəddin ünvanıyla səltənəti ələ aldı. Onun səltənəti dönəmində Qara dəniz ticarəti uğrunda Genuya və Venesiya ilə mübarizə aparılmış, Osmanlı dövlətiylə dost münasibətlər saxlanmışdır. Osmanlı sultanı I Muradın Balkanlardakı hərbi uğurları, eləcə də Gərmiyanoğullarına aid bəzi torpaqları ələ keçirməsi Bəyazid bəyi narahat etməkdə idi. Ancaq sülh tərəfdarı olan Sultan Muradın təbəəliyini qəbul etməkdən çəkinməmişdir. Bundan başqa, kürəkəni olan Amasya əmiri Əhmədlə birlikdə Osmanlılara qarşı bəzi vaxtlarda ittifaq qurmuş, Sivas hakimi Qazı Burhanəddinə qarşı kürəkəninə hərbi dəstək vermişdir.
Bəyazid bəyin səltənəti oğulları arasındakı taxt mübarizələrinə də şahidlik etmişdir. Belə ki, atasının, taxtı qardaşı İsgəndər bəyə təslim edəcəyini anlayan Süleyman bəy qardaşını öldürmüş, Bəyazid bəy isə buna cavab olaraq oğlunun övladlarını və bu işdə iştirak edən öz qızını edam etdirmişdir. Bütün ailəsi qətlə yetirilən Süleyman bəy Osmanlılara sığınmış, beləcə Candaroğulları ilə Osmanlılar arasındakı sülh dönəmi başa çatmışdır. Osmanlılara qarşı müttəfiq axtarışına başlayan Bəyazid bəy Qazi Burhanəddinlə münasibətlərini yaxşılaşdırdı. Sultan Murad isə Süleyman bəyi hərbi birliklə atasının üzərinə göndərdi. Kastamonu yaxınlığında baş tutan döyüşdə Bəyazid bəy məğlub oldu və Sinopa çəkildi. Kastamonunu ələ keçirən Süleyman bəy isə bəyliyini elan etdi və beləcə, Candaroğulları bəyliyi ikiyə ayrıldı. Ancaq Süleyman bəyin Kastamonudakı səltənəti qısa oldu. Belə ki, Sultan Murad çox keçmədən bölgəni ələ keçirdi və Süleyman bəy həbs edildi. Bəyliyin onun hakimiyyətində olan hissəsi Osmanlıların hakimiyyətinə keçdi. Ancaq yerli əhalinin Süleyman bəyin lehinə üsyan etməsinin ardından, Sultan Murad bu torpaqları Süleyman bəyin idarəsinə geri qaytardı. Bəyazid bəyin o əsnada Amasyada olan digər oğlu İsfəndiyar bəy isə dərhal atasının yanına gəldi və onunla birlikdə Kastamonuya hücum etdi. Osmanlıların dəstəyi ilə Kastamonudakı hakimiyyətini qoruyan Süleyman bəy bu əsnada Sultan Muradın qardaşı qızı Sultan Xatunla evləndirildi.
II Süleyman bəy
Bəyazid bəyin 1385-ci ildə ölməsinin ardından Sinop bəyliyinə oğlu İsfəndiyar bəy keçdi. Qardaşı Süleyman bəy isə Osmanlıların təbəəliyində Kastamonudakı hakimiyyətini davam etdirdi. Belə ki, Sultan Muradın 1386-cı ildə baş tutan Qaraman səfərində və I Kosova döyüşündə Osmanlılara hərbi dəstək verdi. Bu dost münasibətləri İldırım Bəyazid dönəminin ilk illərinə qədər davam etdi. Belə ki, Süleyman bəy İldırım Bəyazidə qarşı Anadolu bəyliklərinin ittifaqına qoşulmamış, əksinə, müttəfiq birliklərə qarşı Osmanlı sultanına kömək etmişdir. Ancaq İldırım Bəyazidin Anadolu bəyliklərini aradan qaldırmaq istəyini anlamış, çox keçmədən Osmanlıların əleyhində fəaliyyətə başlamışdır. İlk iş olaraq Qazı Burhanəddinlə sülh bağlayaraq 1391-ci ildə Osmanlılara qarşı Qaramanoğlu Ələddin bəyə hərbi dəstək yolladı. Buna baxmayaraq İldırım Bəyazid Qaramanoğullarını və ona dəstək verən birlikləri məğlub etdi. Ardından Kastamonuya hücum etmək istəsə də, Qazı Burhanəddinin müdaxiləsiylə bu fikrindən daşınmışdır. Ancaq ertəsi il bölgəyə gələn İldırım Bəyazid Süleyman bəyi məğlub etdi. Döyüş meydanında həlak olan Süleyman bəyin ölümüylə, Candaroğullarının Kastamonu qolu Osmanlıların hakimiyyəti altına girmiş oldu (1392).
İsfəndiyar bəy
Bəyliyin Sinop qoluna rəhbərlik edən İsfəndiyar bəy isə, bir tərəfdən hakimiyyətləri əlindən alınan Aydın, Sarıxan və ni Sinopda himayə edir, digər tərəfdən də Valaxiya knyazı nı Osmanlılara qarşı ayaqlandırmağa çalışırdı. Ancaq qardaşı Süleymanın başına gələnlərdən sonra, Osmanlı sultanına məktub yazaraq bağışlanmasını sitədi və Sinopun hakimiyyəti altında qalması şərtilə Osmanlı tabeliyini qəbul edəcəyini bildirdi. O əsnada əsl hədəfi Sivas hökmdarı Qazı Burhanəddin olan İldırım Bəyazid isə bu təklifi qəbul etdi. Ancaq Osmanlı sultanının Qazı Burhanəddinə məğlub olması və İsfəndiyar bəyin Osmanlılara yenidən üz çevirməsinin ardından, İldırım Bəyazid Sinopu mühasirəyə aldı. Uzun müddət davam edən mühasirənin ardından, bəzi bölgələrin təslimi şərtilə sülh bağlayaraq geri çəkildi.
Əmir Teymurun Anadoluya gəlişindən sonra Osmanlılara üz çevirən bəylər arasında İsfəndiyar bəy də vardı. Ankara döyüşündə (1402) İldırım Bəyazidin məğlub olmasının ardından Kastamonu da daxil olmaqla, bəyliyin keçmiş torpaqlarını ələ keçirən İsfəndiyar bəy, Əmir Teymurla birlikdə Anadolu səfərinə davam etmiş, bu səbəblə Çanqırı və Kalecik qalaları da ona təslim edilmişdir. Beləcə Əmir Teymurun tabeliyində öz hakimiyyətini bərpa edən İsfəndiyar bəy, onun Səmərqəndə dönməsinin ardından şahzadələr arasında başlayan taxt mübarizəsində mühüm rol oynadı. Güclü şahzadəyə qarşı zəif olanı dəstəkləyərək taxt mübarizəsinin uzanmasına səbəb olan İsfəndiyar bəy, Osmanlı mərkəzi hakimiyyətinə qarşı çıxan Düzməcə Mustafa və Şeyx Bədrəddin üsyanlarına dəstək verdi. Ancaq oğlu in ayaqlanaraq Osmanlı sultanına sığınması və Kastamonu-Çanqırı bölgələrini tələb etməsi, Osmanlı sultanının isə onu dəstəkləməsi iki dövlət arasındakı münasibətləri daha da gərginləşdirdi. İsfəndiyar bəyin buna qarşı çıxmasının ardından Çələbi Mehmed Kastamonuya ordu yeritdi və Sinop qalasını mühasirəyə aldı. Qalada çarəsiz qalan İsfəndiyar bəy Osmanlı təbəəliyini qəbul etdi. Ilqaz dağı sərhəd qəbul edilərək in Osmanlı tabeliyindəki hakimiyyəti qəbul edildi. Beləcə, Candaroğlu bəyliyi yenidən ikiyə bölündü. Ancaq Çələbi Mehmedin ölümündən sonra İsfəndiyar bəy dərhal oğlu in hakimiyyətinə son qoydu və Çanqırı, Kalecik, Tosya bölgələrini ələ keçirdi. Yeni sultan II Muradın İsfəndiyar bəyə qarşı hərbi birlik göndərməsinin ardından isə Osmanlılarla sülh bağladı. Ancaq bağlanan sülhə baxmayaraq, Sultan Muradın üsyan edən kiçik qardaşı Şahzadə Mustafanı dəstəklədi və idarəsindəki hərbi birlikləri şahzadəyə yardıma yolladı. Buna baxmayaraq Şahzadə Mustafa ələ keçirilərək edam olundu və məğlub olan İsfəndiyar bəy Sinopa çəkilərək yenidən Osmanlı təbəəliyini qəbul etdi.
Ancaq onun budəfəki üzrxahlığı qəbul olunmadı və onları təqib edən Osmanlı birlikləri Kastamonu və ətrafını ələ keçirdi. İsfəndiyar bəy kiçik oğlu Murad bəyin rəhbərliyində bir heyət göndərərək sülh təklif etdi. Digər tərəfdən dövlət adamlarına yazdığı məktublar və göndərdiyi hədiyyələrlə sülh tərəfdarı olduğunu bildirdi. Bundan başqa sülhün təminatı olaraq nəvəsi Xədicə Sultanın da Osmanlı padşahıyla evlənməsini təklif etdi. Nəhayət, dövlət adamlarının da rəyi alınaraq Sultan Murad bu sülh təklifini qəbul etdi və Xədicə Sultanla evləndi. 1423-cü ildə bağlanan sülhə əsasən ə istədiyi yerlər geri veriləcək, Osmanlıların işğal etdiyi Kastamonu və ətraf bölgələri geri qaytarılacaqdı. Candaroğlu bəyi tələb olunduğu halda Osmanlılara hərbi dsətək yollayacaq, bundan başqa Kastamonu və ətraf bölgələrinin illik gəlirlərindən Osmanlı sultanına pay göndərəcəkdi.
İsfəndiyar bəy 1412-1429-cu illərdə Məmlüklərlə də dost münasibətlər saxlamış, vaxtaşırı Osmanlıar əleyhinə ittifaq qurmaqdan da çəkinməmişdir. Candaroğulları bəyliyinin bəzi mənbələrdə İsfəndiyaroğulları adıyla anılmasına, bu bəyin yarım əsrə yaxın davam edən hakimiyyəti səbəb olmuşdur.
II İbrahim bəy, İsmayıl bəy
İsfəndiyar bəyin vəfatının ardından (1439) yerinə oğlu İbrahim bəy keçdi. Tacəddin ünvanıyla taxta çıxan İbrahim bəyin səltənətində hər hansı mühüm hadisə baş verməmişdir. Sultan Muradın həm qaynı, həm də qaynatası olan İbrahim bəy 1443-cü ildə Sinopda vəfat etdi və yerinə böyük oğlu İsmayıl bəy keçdi. Kəmaləddin ünvanıyla anılan İsmayıl bəy dönəmində yenidən taxt mübarizəsi başladı. Belə ki, kiçik qardaşı Qızıl Əhməd bəy Osmanlılara sığınaraq dəstək istəmiş, buna baxmayaraq yalnız Bolu sancağını ala bilmişdir. Bu səbəblə İsmayıl bəy 1444-cü ildə Sultan Murada elçi və hədiyyələr göndərərək Osmanlılarla ittifaqını yenilədi. Ancaq II Mehmedin, həmin il baş tutan ilk cülusunun ardından bu sülh siyasətini dəstəkləmədiyi görüldü. Cəmi 2 il sonra Sultan Muradın hakimiyyəti ələ almasıyla Osmanlı-Candaroğlu münasibətləri yenidən yaxşılaşdı. 1450-ci ildə Dulqədiroğlu Süleyman bəyin qızıyla evlənən Mehmed Çələbinin toy mərasiminə qatılan İsmayıl bəy, beləcə gələcək sultanla münasibətləri yaxşılaşdırdı. Belə ki, onun ertəsi il taxta çıxmasının ardından bu dostluq münasibəti davam etdi. Hətta 1453-cü ildə baş tutan Konstantinopol mühasirəsinə hərbi dəstək göndərmiş, bəzi mənbələrə görə, döyüşdə şəxsən iştirak etmişdir.
Bəyliyin işğalı
Ancaq Konstantinopolun fəthindən sonra Fateh Sultan Mehmedin Anadolu birliyini təmin etmə siyasətindən Candaroğulları da öz payını aldı. İsmayıl bəy müttəfiq axtarışına başladı və Trabzon imperatorunun vasitəçiliyi ilə Avropadakı xristian dövlətlərdən yardım tələb etdi. Belə ki, 1460-cı ildə Romaya göndərilən elçilər arasında İsmayıl bəyin də elçiləri yer alırdı. Digər tərəfdən Trabzon imperatoru, Ağqoyunlu sultanı Uzun Həsən və Qaramanoğullarıyla Osmanlılar əleyhinə yeni bir ittifaq qurmaq istəsə də, Fateh Sultan Mehmedin ertəsi il Kastamonunu, ardından Sinopu ələ keçirməsiylə bu ittifaq baş tutmadı. Ələ keçirilən İsmyaıl bəy bağışlandı və Bursa yaxınlığındakı Yeniş.əhər və Yarhisar mülklərini iqta olaraq aldı. Bundan başqa oğlu Həsən bəy də Bolu sancaqbəyliyinə təyin edildi. Qardaşı Qızıl Əhməd bəy isə Moreya sancaqbəyi təyin edildi. Ancaq qardaşının buna etiraz edərək Uzun Həsənə sığınması səbəbilə 2 qardaşın Anadoluda qalması münasib görülməmiş, bu bəhanə edilərək İsmayıl bəy Plovdivə göndərilmişdir. 1479-cu ildə burada vəfat edən İsmayıl bəydönəmində elm və incəsənət sahələrində mühüm irəliləyiş müşahidə olunmuşdur.
Qızıl Əhməd bəyin Uzun Həsənə sığınması Ağqoyunlu-Osmanlı münasibətlərinin kəskinləşməsinə səbəb oldu. Otluqbeli müharibəsinin əsas səbəbkarlarından olan Qızıl Əhməd bəy Sultan Bəyazid dönəmində bağışlanaraq Osmanlıların xidmətinə alınmışdır. Oğullarından Mirzə Mehmed Paşa Sultan Bəyazidin qızlarından Fatma Sultanla evlənmişdir.
Candaroğlu bəyləri
Bəy | Hökmranlıq dövrü | |
---|---|---|
1 | Şəmsəddin Yaman Candar bəy | 1291-1309 |
2 | I Süleyman bəy | 1309-1341 |
3 | I İbrahim bəy | 1341-1345 |
4 | Yaqub bəy | 1345-1346 |
5 | Adil bəy | 1346-1362 |
6 | Bəyazid bəy | 1362-1385 |
7 | II Süleyman bəy | 1385-1392 |
8 | İsfəndiyar bəy | 1385-1440 |
9 | II İbrahim bəy | 1440-1443 |
10 | İsmayıl bəy | 1443-1461 |
11 | Qızıl Əhməd bəy | 1461 |
Ailənin soyağacı
CANDAROĞLU BƏYİ |
(1) ŞƏMSƏDDİN YAMAN CANDAR BƏY (1291-1309) | |||||||||||||||||||||||||||||||||||||||
(4) YAQUB BƏY (1345-1346) | (2) I SÜLEYMAN BƏY (1309-1341) | ||||||||||||||||||||||||||||||||||||||
(5) ADİL BƏY (1346-1362) | (3) I İBRAHİM BƏY (1341-1345) | CANDAROĞLU ƏLİ BƏY | CANDAROĞLU ÇOBAN BƏY | ||||||||||||||||||||||||||||||||||||
(6) BƏYAZİD BƏY (1362-1385) | CANDAROĞLU MAHMUD BƏY | ||||||||||||||||||||||||||||||||||||||
... XATUN | CANDAROĞLU İSGƏNDƏR BƏY | (8) İSFƏNDİYAR BƏY (1385-1440) | (7) II SÜLEYMAN BƏY (1385-1392) | ||||||||||||||||||||||||||||||||||||
QARA YƏHYA BƏY | TURƏ XATUN | ||||||||||||||||||||||||||||||||||||||
CANDAROĞLU XIZIR BƏY | SEYDBƏXT XATUN | (9) II İBRAHİM BƏY (1440-1443) | CANDAROĞLU MURAD BƏY | (-) (1417-1464) | |||||||||||||||||||||||||||||||||||
CANDAROĞLU SULTANZADƏ QAYA BƏY | CANDAROĞLU İSKƏNDƏR BƏY | ||||||||||||||||||||||||||||||||||||||
XƏDİCƏ HƏLİMƏ XATUN | CANDAROĞLU YUSİF BƏY | (10) İSMAYIL BƏY (1443-1461) | (11) QIZIL ƏHMƏD BƏY (1461) | ||||||||||||||||||||||||||||||||||||
CANDAROĞLU ƏBDÜLCƏLİL BƏY | CANDAROĞLU YƏHYA BƏY | CANDAROĞLU HƏSƏN BƏY | MİRZƏ MEHMED PAŞA | MUSA PAŞA | |||||||||||||||||||||||||||||||||||
CANDAROĞLU SULTANZADƏ MEHMED PAŞA | CANDAROĞLU SULTANZADƏ MUSTAFA PAŞA | CANDAROĞLU SULTANZADƏ ƏHMƏD PAŞA | |||||||||||||||||||||||||||||||||||||
Osmanlı-Candaroğlu qohumluq əlaqəsi
CANDAROĞLU BƏYİ | |
OSMANLI SULTANI |
ŞƏMSƏDDİN YAMAN CANDAR BƏY (1291-1309) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
I SÜLEYMAN BƏY (1309-1341) | YAQUB BƏY (1345-1346) | OSMAN QAZİ (1299-1326) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
I İBRAHİM BƏY (1341-1345) | ADİL BƏY (1346-1362) | ORXAN QAZİ (1326-1362) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
BƏYAZİD BƏY (1362-1385) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
... XATUN | I MURAD HÜDAVƏNDİGAR (1362-1389) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||
II SÜLEYMAN BƏY (1385-1392) | SULTAN XATUN | I İLDIRIM BƏYAZİD (1389-1402) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
İSFƏNDİYAR BƏY (1385-1440) | I MEHMED ÇƏLƏBİ (1413-1421) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||
II İBRAHİM BƏY (1440-1443) | SƏLCUQ XATUN | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||
(1417-1464) | SULTAN XATUN | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||
XƏDİCƏ HƏLİMƏ XATUN | II MURAD (1421-1444) (1446-1451) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||
CANDAROĞLU SULTANZADƏ QAYA BƏY | HAFSA SULTAN | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İSMAYIL BƏY (1443-1461) | XƏDİCƏ SULTAN | FATEH SULTAN MEHMED (1444-1446) (1451-1481) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
QIZIL ƏHMƏD BƏY (1461) | CANDAROĞLU SULTANZADƏ HƏSƏN BƏY | AYŞƏ SULTAN | II BƏYAZİD (1481-1512) | ŞAHZADƏ MUSTAFA | |||||||||||||||||||||||||||||||||||||||||||||||
MİRZƏ MEHMED PAŞA | FATMA SULTAN | YAVUZ SULTAN SƏLİM (1512-1520) | FƏRAHŞAD SULTAN | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
ŞAHNİSƏ SULTAN | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
CANDAROĞLU SULTANZADƏ MEHMED BƏY | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mənbə
- Kānunnâme, Âtıf Efendi Ktp., nr. 1970, s. 75.
- Aksarâyî, Müsâmeretü’l-aḫbâr, s. 311.
- Eflâkî, Menâḳıbü’l-ʿârifîn, I, 463; II, 934.
- Nizâmeddîn-i Şâmî, Zafernâme (trc. Necati Lugal), Ankara 1957, s. 315 vd.
- Makrîzî, es-Sülûk, IV/1, s. 369.
- Yazıcızâde Ali, Târîh-i Âl-i Selçûk, TSMK, Revan Köşkü, nr. 1390, vr. 279a vd.
- Esterâbâdî, Bezm ü Rezm (nşr. Kilisli Muallim Rıfat), İstanbul 1928, s. 296, 302, 387.
- Şerefeddin, Zafernâme, Calcutta 1888, s. 85, 377-378, 467 vd.
- İbn Tağrîberdî, en-Nücûmü’z-zâhire (Popper), tür.yer.
- G. Pachymeres, Georgii Pachymeris de Michaele et Andronico Palaeologis libri tredecim (ed. I. Bekker), Bonnae 1835, II, 316, 345, 389.
- Laonikos Chalkokondyles, Laonici Chalcocondylae Athenieusis Historiarum Libri X (ed. I. Becker), Bonnae 1843, I, 37, 74, 390-391.
- İstanbul’un Fethinden Önce Yazılmış Tarihî Takvimler (nşr. Osman Turan), Ankara 1954, s. 20 vd., 68.
- Dukas, Bizans Tarihi (trc. Vl. Mirmiroğlu), İstanbul 1956, s. 148-149.
- Âşıkpaşazâde, Târih, s. 72, 77, 80, 157.
- İbn Kemal, Tevârîh-i Âl-i Osmân, I, 61-63; VII, tür.yer.
- Tursun Bey, Târîh-i Ebü’l-Feth (nşr. Mehmed Ârif), İstanbul 1330, s. 42 vd., 97-100.
- Oruç b. Âdil, Tevârîh-i Âl-i Osmân, s. 24 vd.
- Neşrî, Cihannümâ (Unat), I, 204-209, 294, 316-317; II, 527-529, 536, 740, 746, 754.
- Feridun Bey, Münşeât, I, 220.
- Mecdî, Şekāik Tercümesi, s. 291.
- Hoca Sâdeddin, Tâcü’t-tevârîh, I, 63, 94-115, 128, 284, 301-305, 315, 474-475.
- Müneccimbaşı, Sahâifü’l-ahbâr, III, 29 vd.; 307, 377, 399-402.
- a.mlf., Osmanlı Tarihi, I, 393-394.
- W. Heyd, Histoire du commerce du Levant au moyen-âge (trc. F. Raynaud), Leipzig 1936, I, 551-553.
- Gökbilgin, Edirne ve Paşa Livâsı, s. 328-330, vakfiyeler kısmı, s. 268-277.
- Ali, “Candaroğlu Hükümeti”, TOEM, XIV/1 (1340), s. 1-24.
İstinadlar
- Uzunçarşılı, Anadolu Beylikleri, s. 121-147, 230.
- Zeki Velidi Togan, Umumi Türk Tarihine Giriş, İstanbul 1946, s. 68, 315 vd., 325.
- Yaşar Yücel, Çoban-oğulları Candar-oğulları Beylikleri, Ankara 1980, s. 53-181.
- İbn Battûta, The Travels of Ibn Battuta (trc. H. Gibb), London 1962, II, 460-468, 532.
- İbn Fazlullah el-Ömerî, Mesâlik (Taeschner), s. 31-32, 39 vd., 40, 42.
- P. Wittek, Menteşe Beyliği (trc. O. Şaik Gökyay), Ankara 1986, s. 84-85, 89.
- Clavijo, Timur Devrinde Kadis’ten Semerkand’a Seyahat (trc. Ömer Rıza Doğrul), İstanbul 1933, I, 74-77, 90-91.
- Abdulkerim Abdulkadiroğlu, “Candaroğlu İsmail Bey ve Hulviyyât-ı Sultânî Adlı Eseri Üzerine Notlar”, Türk Tarih ve Kültüründe Kastamonu, Tebliğler, 19-21 Ekim 1988, Ankara 1989, s. 43-54.
- Kritovulos, Târîh-i Sultân Mehmed Hân-ı Sânî (trc. Karolidi), İstanbul 1328, s. 146.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Candarogullari beyliyi 1291 1461 ci illerde movcud olmus bir Anadolu beyliyi En meshur beyi Isfendiyar bey oldugundan diger adi da Isfendiyarogullari beyliyidir Tarixi dovletCandarogullari beyliyiBayraq 1291 1461Paytaxt Kastamonu SinopDilleri Qedim Anadolu turkcesiDovlet dini sunni islamIdareetme formasi MonarxiyaBey 1291 1309 Semseddin Yaman Candar bey 1461 Qizil Ehmed beyTarixiBeyliyin qurulmasi Cobanogullari beyliyinin yerini alan Candarogullarinin tarix sehnesine cixisi o dovre aid tarixi menbelerin yetersizliyi sebebile tam olaraq bilinmir Anadolu Selcuqlulari arasindaki taxt mubarizesine qatilan Semseddin Yaman Candar beye 1291 ci ilde Hulaki hokmdari Keyxatu xan terefinden Eflani ve etraf bolgeleri iqta olaraq verilmis bu tarix Candaroglu beyliyinin esasinin qoyulmasi olaraq qebul edilmisdir Beyliyin qurucusu olan ve ona adini veren Yaman Candar beyin hansi turkmen boyuna mensub oldugu bilinmir Dasidigi Candar unvani sebebile Selcuqlu sarayinda xidmet etdiyi anlasilan Semseddin Yaman Candar bey hakimiyyeti boyunca Hulakilerin tabeliyinde qalmis ancaq beyliyin hududlarini genislendirmeden 1309 cu ilde vefat etmisdir Yerine ise oglu Suleyman bey kecmisdir I Suleyman bey Bir muddet Eflanide qalan Suleyman bey Kastamonu ve Safranbolu bolgelerini ele kecirerek beyliyi genislendirdi ve beyliyin merkezini Kastamonuya dasidi Daha sonra Sinopu da ele kecirerek bu bolgenin idaresini oglu Ibrahim beye Safranbolunun idaresini ise diger oglu Eli beye verdi Beyliyin hududlarini genislendirmesine baxmayaraq Suleyman bey ilk illerinde Hulakilerin tabeliyinde qalmis onlara illik vergi vermeye davam etmisdir Ancaq 1327 ci ilde Emir Demirdasin Anadolu canisinliyinden alinmasi ve 1335 ci ilde Hulaki xani Ebu Seid Bahadurin olumu ile yaranan siyasi bosluqdan istifade ederek Suleyman bey oz musteqilliyini elan etdi Seltenetinin son 5 ilinde kesilen qizil sikkelerde istifade edilen es sultan ul ezem unvani bunun aciq isbatidir Bu sebeble Candaroglu beyliyinin esas qurucusu olaraq qebul edilen Suleyman bey qonsusu olan Bizans Osmanli ve Taceddinogullariyla sabit siyasi elaqeler saxladi Buna baxmayaraq onunla eyni dovrde yasayan Osmanli beyi Orxan Qaziyle bezi vaxtlar anlasmazliq yasadigi bilinir Davam eden Osmanli hucumlarina qarsi Bizansdan gelen sulh teklifini geri ceviren Suleyman bey Bizansa aid bezi qalalari muhasirede saxlamaga davam etdi Onun seltenetinde bas tutan en muhum mesele ise Sinop qalasinin ilhaq edilmesi ve belece ele kecirilen Qara deniz ticaret yolu vasitesile Genuyanin seher dovletleriyle elaqelerin qurulmasi oldu Bele ki Suleyman beyin oglu Ibrahim beyin Sinopdaki valiliyi doneminde Sinop limaninda Genuyaya mexsus texminen 10 ticaret gemisi ele kecirilmisdi 1331 1332 ci illerde Safranbolu ve Kastamonuya gelen seyyah Ibn Betute Suleyman beyin guclu ve heybetli bir hokmdar oldugunu etrafinda muhum din adamlarinin oldugunu yazir Bu ziyaret esnasinda Suleyman bey terefinden de qebul edilen Ibn Betuteye cins at ve yeni geyimler hediyye edilmisdir Yene Ibn Betutenin yazdiqlarina gore Suleyman bey her gun ikindi namazindan sonra ehalinin derdlerini dinleyir her cume gunu cume salamligina cixarmis Memluk tarixcisi El Omeriye gore bu donemde Kastamonuda 25 min atli esger saxlanilirdi Suleyman beyin 1341 ci ilde vefatinin ardindan taxta oglu Ibrahim bey kecdi I Ibrahim bey Yaqub bey Adil bey Qiyaseddin unvaniyla anilan Ibrahim bey atasinin seltenetinde Sinop valisi idi Taxti ele kecirmek ucun atasina qarsi mubarize aparmisdir Onun seltenetinde bas tutan en muhum hadise ise 1341 ci ilde Venesiya ve Genuya ile aparilan deniz doyuslerinde qelebe qazanilmasi oldu 1344 cu ilde Sinopda qeyde alinan bir veqf senedinde Emir ul muezzem sahib ul elm vel kelem ves seyf unvanlariyla anilan Ibrahim beyin olum tarixi bilinmese de 1345 ci ilde beyliyin basinda emisi Yaqub beyin oldugu melumdur Ibrahim beyin yerine selteneti ele alan emisi Yaqub beyin qisa dovrune aid her hansi bir melumat yoxdur Ancaq cemi 1 il sonra 1346 ci ilde Yaqub beyin oglu Adil beyin hakimiyyeti ele aldigi bilinir Edaletli bir hokmdar kimi taninan Adil beyin seltenetine dair melumat az olsa da Sinopdaki ilk Genuya ve Venesiya ticaret koloniyalarinin qurulmasina mehz onun doneminde icaze verildiyi bilinir Adil beyin de olum tarixi deqiq bilinmir Beyazid bey Adil beyin yerine Osmanli menbelerinde Koturum Sikest leqebiyle anilan oglu Beyazid bey Qiyaseddin unvaniyla selteneti ele aldi Onun selteneti doneminde Qara deniz ticareti ugrunda Genuya ve Venesiya ile mubarize aparilmis Osmanli dovletiyle dost munasibetler saxlanmisdir Osmanli sultani I Muradin Balkanlardaki herbi ugurlari elece de Germiyanogullarina aid bezi torpaqlari ele kecirmesi Beyazid beyi narahat etmekde idi Ancaq sulh terefdari olan Sultan Muradin tebeeliyini qebul etmekden cekinmemisdir Bundan basqa kurekeni olan Amasya emiri Ehmedle birlikde Osmanlilara qarsi bezi vaxtlarda ittifaq qurmus Sivas hakimi Qazi Burhaneddine qarsi kurekenine herbi destek vermisdir Beyazid beyin selteneti ogullari arasindaki taxt mubarizelerine de sahidlik etmisdir Bele ki atasinin taxti qardasi Isgender beye teslim edeceyini anlayan Suleyman bey qardasini oldurmus Beyazid bey ise buna cavab olaraq oglunun ovladlarini ve bu isde istirak eden oz qizini edam etdirmisdir Butun ailesi qetle yetirilen Suleyman bey Osmanlilara siginmis belece Candarogullari ile Osmanlilar arasindaki sulh donemi basa catmisdir Osmanlilara qarsi muttefiq axtarisina baslayan Beyazid bey Qazi Burhaneddinle munasibetlerini yaxsilasdirdi Sultan Murad ise Suleyman beyi herbi birlikle atasinin uzerine gonderdi Kastamonu yaxinliginda bas tutan doyusde Beyazid bey meglub oldu ve Sinopa cekildi Kastamonunu ele keciren Suleyman bey ise beyliyini elan etdi ve belece Candarogullari beyliyi ikiye ayrildi Ancaq Suleyman beyin Kastamonudaki selteneti qisa oldu Bele ki Sultan Murad cox kecmeden bolgeni ele kecirdi ve Suleyman bey hebs edildi Beyliyin onun hakimiyyetinde olan hissesi Osmanlilarin hakimiyyetine kecdi Ancaq yerli ehalinin Suleyman beyin lehine usyan etmesinin ardindan Sultan Murad bu torpaqlari Suleyman beyin idaresine geri qaytardi Beyazid beyin o esnada Amasyada olan diger oglu Isfendiyar bey ise derhal atasinin yanina geldi ve onunla birlikde Kastamonuya hucum etdi Osmanlilarin desteyi ile Kastamonudaki hakimiyyetini qoruyan Suleyman bey bu esnada Sultan Muradin qardasi qizi Sultan Xatunla evlendirildi II Suleyman bey Beyazid beyin 1385 ci ilde olmesinin ardindan Sinop beyliyine oglu Isfendiyar bey kecdi Qardasi Suleyman bey ise Osmanlilarin tebeeliyinde Kastamonudaki hakimiyyetini davam etdirdi Bele ki Sultan Muradin 1386 ci ilde bas tutan Qaraman seferinde ve I Kosova doyusunde Osmanlilara herbi destek verdi Bu dost munasibetleri Ildirim Beyazid doneminin ilk illerine qeder davam etdi Bele ki Suleyman bey Ildirim Beyazide qarsi Anadolu beyliklerinin ittifaqina qosulmamis eksine muttefiq birliklere qarsi Osmanli sultanina komek etmisdir Ancaq Ildirim Beyazidin Anadolu beyliklerini aradan qaldirmaq isteyini anlamis cox kecmeden Osmanlilarin eleyhinde fealiyyete baslamisdir Ilk is olaraq Qazi Burhaneddinle sulh baglayaraq 1391 ci ilde Osmanlilara qarsi Qaramanoglu Eleddin beye herbi destek yolladi Buna baxmayaraq Ildirim Beyazid Qaramanogullarini ve ona destek veren birlikleri meglub etdi Ardindan Kastamonuya hucum etmek istese de Qazi Burhaneddinin mudaxilesiyle bu fikrinden dasinmisdir Ancaq ertesi il bolgeye gelen Ildirim Beyazid Suleyman beyi meglub etdi Doyus meydaninda helak olan Suleyman beyin olumuyle Candarogullarinin Kastamonu qolu Osmanlilarin hakimiyyeti altina girmis oldu 1392 Isfendiyar bey Beyliyin Sinop qoluna rehberlik eden Isfendiyar bey ise bir terefden hakimiyyetleri elinden alinan Aydin Sarixan ve ni Sinopda himaye edir diger terefden de Valaxiya knyazi ni Osmanlilara qarsi ayaqlandirmaga calisirdi Ancaq qardasi Suleymanin basina gelenlerden sonra Osmanli sultanina mektub yazaraq bagislanmasini sitedi ve Sinopun hakimiyyeti altinda qalmasi sertile Osmanli tabeliyini qebul edeceyini bildirdi O esnada esl hedefi Sivas hokmdari Qazi Burhaneddin olan Ildirim Beyazid ise bu teklifi qebul etdi Ancaq Osmanli sultaninin Qazi Burhaneddine meglub olmasi ve Isfendiyar beyin Osmanlilara yeniden uz cevirmesinin ardindan Ildirim Beyazid Sinopu muhasireye aldi Uzun muddet davam eden muhasirenin ardindan bezi bolgelerin teslimi sertile sulh baglayaraq geri cekildi Emir Teymurun Anadoluya gelisinden sonra Osmanlilara uz ceviren beyler arasinda Isfendiyar bey de vardi Ankara doyusunde 1402 Ildirim Beyazidin meglub olmasinin ardindan Kastamonu da daxil olmaqla beyliyin kecmis torpaqlarini ele keciren Isfendiyar bey Emir Teymurla birlikde Anadolu seferine davam etmis bu sebeble Canqiri ve Kalecik qalalari da ona teslim edilmisdir Belece Emir Teymurun tabeliyinde oz hakimiyyetini berpa eden Isfendiyar bey onun Semerqende donmesinin ardindan sahzadeler arasinda baslayan taxt mubarizesinde muhum rol oynadi Guclu sahzadeye qarsi zeif olani destekleyerek taxt mubarizesinin uzanmasina sebeb olan Isfendiyar bey Osmanli merkezi hakimiyyetine qarsi cixan Duzmece Mustafa ve Seyx Bedreddin usyanlarina destek verdi Ancaq oglu in ayaqlanaraq Osmanli sultanina siginmasi ve Kastamonu Canqiri bolgelerini teleb etmesi Osmanli sultaninin ise onu desteklemesi iki dovlet arasindaki munasibetleri daha da gerginlesdirdi Isfendiyar beyin buna qarsi cixmasinin ardindan Celebi Mehmed Kastamonuya ordu yeritdi ve Sinop qalasini muhasireye aldi Qalada caresiz qalan Isfendiyar bey Osmanli tebeeliyini qebul etdi Ilqaz dagi serhed qebul edilerek in Osmanli tabeliyindeki hakimiyyeti qebul edildi Belece Candaroglu beyliyi yeniden ikiye bolundu Ancaq Celebi Mehmedin olumunden sonra Isfendiyar bey derhal oglu in hakimiyyetine son qoydu ve Canqiri Kalecik Tosya bolgelerini ele kecirdi Yeni sultan II Muradin Isfendiyar beye qarsi herbi birlik gondermesinin ardindan ise Osmanlilarla sulh bagladi Ancaq baglanan sulhe baxmayaraq Sultan Muradin usyan eden kicik qardasi Sahzade Mustafani destekledi ve idaresindeki herbi birlikleri sahzadeye yardima yolladi Buna baxmayaraq Sahzade Mustafa ele kecirilerek edam olundu ve meglub olan Isfendiyar bey Sinopa cekilerek yeniden Osmanli tebeeliyini qebul etdi Ancaq onun budefeki uzrxahligi qebul olunmadi ve onlari teqib eden Osmanli birlikleri Kastamonu ve etrafini ele kecirdi Isfendiyar bey kicik oglu Murad beyin rehberliyinde bir heyet gondererek sulh teklif etdi Diger terefden dovlet adamlarina yazdigi mektublar ve gonderdiyi hediyyelerle sulh terefdari oldugunu bildirdi Bundan basqa sulhun teminati olaraq nevesi Xedice Sultanin da Osmanli padsahiyla evlenmesini teklif etdi Nehayet dovlet adamlarinin da reyi alinaraq Sultan Murad bu sulh teklifini qebul etdi ve Xedice Sultanla evlendi 1423 cu ilde baglanan sulhe esasen e istediyi yerler geri verilecek Osmanlilarin isgal etdiyi Kastamonu ve etraf bolgeleri geri qaytarilacaqdi Candaroglu beyi teleb olundugu halda Osmanlilara herbi dsetek yollayacaq bundan basqa Kastamonu ve etraf bolgelerinin illik gelirlerinden Osmanli sultanina pay gonderecekdi Isfendiyar bey 1412 1429 cu illerde Memluklerle de dost munasibetler saxlamis vaxtasiri Osmanliar eleyhine ittifaq qurmaqdan da cekinmemisdir Candarogullari beyliyinin bezi menbelerde Isfendiyarogullari adiyla anilmasina bu beyin yarim esre yaxin davam eden hakimiyyeti sebeb olmusdur II Ibrahim bey Ismayil bey Isfendiyar beyin vefatinin ardindan 1439 yerine oglu Ibrahim bey kecdi Taceddin unvaniyla taxta cixan Ibrahim beyin seltenetinde her hansi muhum hadise bas vermemisdir Sultan Muradin hem qayni hem de qaynatasi olan Ibrahim bey 1443 cu ilde Sinopda vefat etdi ve yerine boyuk oglu Ismayil bey kecdi Kemaleddin unvaniyla anilan Ismayil bey doneminde yeniden taxt mubarizesi basladi Bele ki kicik qardasi Qizil Ehmed bey Osmanlilara siginaraq destek istemis buna baxmayaraq yalniz Bolu sancagini ala bilmisdir Bu sebeble Ismayil bey 1444 cu ilde Sultan Murada elci ve hediyyeler gondererek Osmanlilarla ittifaqini yeniledi Ancaq II Mehmedin hemin il bas tutan ilk culusunun ardindan bu sulh siyasetini desteklemediyi goruldu Cemi 2 il sonra Sultan Muradin hakimiyyeti ele almasiyla Osmanli Candaroglu munasibetleri yeniden yaxsilasdi 1450 ci ilde Dulqediroglu Suleyman beyin qiziyla evlenen Mehmed Celebinin toy merasimine qatilan Ismayil bey belece gelecek sultanla munasibetleri yaxsilasdirdi Bele ki onun ertesi il taxta cixmasinin ardindan bu dostluq munasibeti davam etdi Hetta 1453 cu ilde bas tutan Konstantinopol muhasiresine herbi destek gondermis bezi menbelere gore doyusde sexsen istirak etmisdir Beyliyin isgali Ancaq Konstantinopolun fethinden sonra Fateh Sultan Mehmedin Anadolu birliyini temin etme siyasetinden Candarogullari da oz payini aldi Ismayil bey muttefiq axtarisina basladi ve Trabzon imperatorunun vasiteciliyi ile Avropadaki xristian dovletlerden yardim teleb etdi Bele ki 1460 ci ilde Romaya gonderilen elciler arasinda Ismayil beyin de elcileri yer alirdi Diger terefden Trabzon imperatoru Agqoyunlu sultani Uzun Hesen ve Qaramanogullariyla Osmanlilar eleyhine yeni bir ittifaq qurmaq istese de Fateh Sultan Mehmedin ertesi il Kastamonunu ardindan Sinopu ele kecirmesiyle bu ittifaq bas tutmadi Ele kecirilen Ismyail bey bagislandi ve Bursa yaxinligindaki Yenis eher ve Yarhisar mulklerini iqta olaraq aldi Bundan basqa oglu Hesen bey de Bolu sancaqbeyliyine teyin edildi Qardasi Qizil Ehmed bey ise Moreya sancaqbeyi teyin edildi Ancaq qardasinin buna etiraz ederek Uzun Hesene siginmasi sebebile 2 qardasin Anadoluda qalmasi munasib gorulmemis bu behane edilerek Ismayil bey Plovdive gonderilmisdir 1479 cu ilde burada vefat eden Ismayil beydoneminde elm ve incesenet sahelerinde muhum irelileyis musahide olunmusdur Qizil Ehmed beyin Uzun Hesene siginmasi Agqoyunlu Osmanli munasibetlerinin keskinlesmesine sebeb oldu Otluqbeli muharibesinin esas sebebkarlarindan olan Qizil Ehmed bey Sultan Beyazid doneminde bagislanaraq Osmanlilarin xidmetine alinmisdir Ogullarindan Mirze Mehmed Pasa Sultan Beyazidin qizlarindan Fatma Sultanla evlenmisdir Candaroglu beyleriBey Hokmranliq dovru1 Semseddin Yaman Candar bey 1291 13092 I Suleyman bey 1309 13413 I Ibrahim bey 1341 13454 Yaqub bey 1345 13465 Adil bey 1346 13626 Beyazid bey 1362 13857 II Suleyman bey 1385 13928 Isfendiyar bey 1385 14409 II Ibrahim bey 1440 144310 Ismayil bey 1443 146111 Qizil Ehmed bey 1461Ailenin soyagaciCANDAROGLU BEYI 1 SEMSEDDIN YAMAN CANDAR BEY 1291 1309 4 YAQUB BEY 1345 1346 2 I SULEYMAN BEY 1309 1341 5 ADIL BEY 1346 1362 3 I IBRAHIM BEY 1341 1345 CANDAROGLU ELI BEY CANDAROGLU COBAN BEY 6 BEYAZID BEY 1362 1385 CANDAROGLU MAHMUD BEY XATUN CANDAROGLU ISGENDER BEY 8 ISFENDIYAR BEY 1385 1440 7 II SULEYMAN BEY 1385 1392 QARA YEHYA BEY TURE XATUN CANDAROGLU XIZIR BEY SEYDBEXT XATUN 9 II IBRAHIM BEY 1440 1443 CANDAROGLU MURAD BEY 1417 1464 CANDAROGLU SULTANZADE QAYA BEY CANDAROGLU ISKENDER BEY XEDICE HELIME XATUN CANDAROGLU YUSIF BEY 10 ISMAYIL BEY 1443 1461 11 QIZIL EHMED BEY 1461 CANDAROGLU EBDULCELIL BEY CANDAROGLU YEHYA BEY CANDAROGLU HESEN BEY MIRZE MEHMED PASA MUSA PASA CANDAROGLU SULTANZADE MEHMED PASA CANDAROGLU SULTANZADE MUSTAFA PASA CANDAROGLU SULTANZADE EHMED PASAOsmanli Candaroglu qohumluq elaqesiCANDAROGLU BEYIOSMANLI SULTANI SEMSEDDIN YAMAN CANDAR BEY 1291 1309 I SULEYMAN BEY 1309 1341 YAQUB BEY 1345 1346 OSMAN QAZI 1299 1326 I IBRAHIM BEY 1341 1345 ADIL BEY 1346 1362 ORXAN QAZI 1326 1362 BEYAZID BEY 1362 1385 XATUN I MURAD HUDAVENDIGAR 1362 1389 II SULEYMAN BEY 1385 1392 SULTAN XATUN I ILDIRIM BEYAZID 1389 1402 ISFENDIYAR BEY 1385 1440 I MEHMED CELEBI 1413 1421 II IBRAHIM BEY 1440 1443 SELCUQ XATUN 1417 1464 SULTAN XATUN XEDICE HELIME XATUN II MURAD 1421 1444 1446 1451 CANDAROGLU SULTANZADE QAYA BEY HAFSA SULTAN ISMAYIL BEY 1443 1461 XEDICE SULTAN FATEH SULTAN MEHMED 1444 1446 1451 1481 QIZIL EHMED BEY 1461 CANDAROGLU SULTANZADE HESEN BEY AYSE SULTAN II BEYAZID 1481 1512 SAHZADE MUSTAFA MIRZE MEHMED PASA FATMA SULTAN YAVUZ SULTAN SELIM 1512 1520 FERAHSAD SULTAN SAHNISE SULTAN CANDAROGLU SULTANZADE MEHMED BEY MenbeKanunname Atif Efendi Ktp nr 1970 s 75 Aksarayi Musameretu l aḫbar s 311 Eflaki Menaḳibu l ʿarifin I 463 II 934 Nizameddin i Sami Zafername trc Necati Lugal Ankara 1957 s 315 vd Makrizi es Suluk IV 1 s 369 Yazicizade Ali Tarih i Al i Selcuk TSMK Revan Kosku nr 1390 vr 279a vd Esterabadi Bezm u Rezm nsr Kilisli Muallim Rifat Istanbul 1928 s 296 302 387 Serefeddin Zafername Calcutta 1888 s 85 377 378 467 vd Ibn Tagriberdi en Nucumu z zahire Popper tur yer G Pachymeres Georgii Pachymeris de Michaele et Andronico Palaeologis libri tredecim ed I Bekker Bonnae 1835 II 316 345 389 Laonikos Chalkokondyles Laonici Chalcocondylae Athenieusis Historiarum Libri X ed I Becker Bonnae 1843 I 37 74 390 391 Istanbul un Fethinden Once Yazilmis Tarihi Takvimler nsr Osman Turan Ankara 1954 s 20 vd 68 Dukas Bizans Tarihi trc Vl Mirmiroglu Istanbul 1956 s 148 149 Asikpasazade Tarih s 72 77 80 157 Ibn Kemal Tevarih i Al i Osman I 61 63 VII tur yer Tursun Bey Tarih i Ebu l Feth nsr Mehmed Arif Istanbul 1330 s 42 vd 97 100 Oruc b Adil Tevarih i Al i Osman s 24 vd Nesri Cihannuma Unat I 204 209 294 316 317 II 527 529 536 740 746 754 Feridun Bey Munseat I 220 Mecdi Sekaik Tercumesi s 291 Hoca Sadeddin Tacu t tevarih I 63 94 115 128 284 301 305 315 474 475 Muneccimbasi Sahaifu l ahbar III 29 vd 307 377 399 402 a mlf Osmanli Tarihi I 393 394 W Heyd Histoire du commerce du Levant au moyen age trc F Raynaud Leipzig 1936 I 551 553 Gokbilgin Edirne ve Pasa Livasi s 328 330 vakfiyeler kismi s 268 277 Ali Candaroglu Hukumeti TOEM XIV 1 1340 s 1 24 IstinadlarUzuncarsili Anadolu Beylikleri s 121 147 230 Zeki Velidi Togan Umumi Turk Tarihine Giris Istanbul 1946 s 68 315 vd 325 Yasar Yucel Coban ogullari Candar ogullari Beylikleri Ankara 1980 s 53 181 Ibn Battuta The Travels of Ibn Battuta trc H Gibb London 1962 II 460 468 532 Ibn Fazlullah el Omeri Mesalik Taeschner s 31 32 39 vd 40 42 P Wittek Mentese Beyligi trc O Saik Gokyay Ankara 1986 s 84 85 89 Clavijo Timur Devrinde Kadis ten Semerkand a Seyahat trc Omer Riza Dogrul Istanbul 1933 I 74 77 90 91 Abdulkerim Abdulkadiroglu Candaroglu Ismail Bey ve Hulviyyat i Sultani Adli Eseri Uzerine Notlar Turk Tarih ve Kulturunde Kastamonu Tebligler 19 21 Ekim 1988 Ankara 1989 s 43 54 Kritovulos Tarih i Sultan Mehmed Han i Sani trc Karolidi Istanbul 1328 s 146