Candaroğlu Bəyazid bəy (v. 1385, Sinop) — 6. Candaroğulları bəyi.
Bəyazid bəy | |
---|---|
Əvvəlki | Adil bəy |
Sonrakı | İsfəndiyar bəy (Sinopda) Süleyman bəy (Kastamonuda) |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 1385 |
Vəfat yeri | |
Atası | Adil bəy |
Uşaqları | İsgəndər bəy İsfəndiyar bəy Süleyman bəy ... Xatun |
Həyatı
Atası Candaroğlu Adil bəydir. Osmanlı mənbələrində “Kötürüm” (“Şikəst”) ləqəbiylə anılmışdır. Atasının 1362-ci ildə vəfatının ardından Qiyasəddin ünvanıyla səltənəti ələ aldı. Onun səltənəti dönəmində Qara dəniz ticarəti uğrunda Genuya və Venesiya ilə mübarizə aparılmış, Osmanlı dövlətiylə dost münasibətlər saxlanmışdır. Osmanlı sultanı I Muradın Balkanlardakı hərbi uğurları, eləcə də Gərmiyanoğullarına aid bəzi torpaqları ələ keçirməsi Bəyazid bəyi narahat etməkdə idi. Ancaq sülh tərəfdarı olan Sultan Muradın təbəəliyini qəbul etməkdən çəkinməmişdir. Bundan başqa, kürəkəni olan Amasya əmiri Əhmədlə birlikdə Osmanlılara qarşı bəzi vaxtlarda ittifaq qurmuş, Sivas hakimi Qazı Burhanəddinə qarşı kürəkəninə hərbi dəstək vermişdir.
Bəyazid bəyin səltənəti oğulları arasındakı taxt mübarizələrinə də şahidlik etmişdir. Belə ki, atasının, taxtı qardaşı İsgəndər bəyə təslim edəcəyini anlayan Süleyman bəy qardaşını öldürmüş, Bəyazid bəy isə buna cavab olaraq oğlunun övladlarını və bu işdə iştirak edən öz qızını edam etdirmişdir. Bütün ailəsi qətlə yetirilən Süleyman bəy Osmanlılara sığınmış, beləcə Candaroğulları ilə Osmanlılar arasındakı sülh dönəmi başa çatmışdır. Osmanlılara qarşı müttəfiq axtarışına başlayan Bəyazid bəy Qazi Burhanəddinlə münasibətlərini yaxşılaşdırdı. Sultan Murad isə Süleyman bəyi hərbi birliklə atasının üzərinə göndərdi. Kastamonu yaxınlığında baş tutan döyüşdə Bəyazid bəy məğlub oldu və Sinopa çəkildi. Kastamonunu ələ keçirən Süleyman bəy isə bəyliyini elan etdi və beləcə, Candaroğulları bəyliyi ikiyə ayrıldı. Ancaq Süleyman bəyin Kastamonudakı səltənəti qısa oldu. Belə ki, Sultan Murad çox keçmədən bölgəni ələ keçirdi və Süleyman bəy həbs edildi. Bəyliyin onun hakimiyyətində olan hissəsi Osmanlıların hakimiyyətinə keçdi. Ancaq yerli əhalinin Süleyman bəyin lehinə üsyan etməsinin ardından, Sultan Murad bu torpaqları Süleyman bəyin idarəsinə geri qaytardı. Bəyazid bəyin o əsnada Amasyada olan digər oğlu İsfəndiyar bəy isə dərhal atasının yanına gəldi və onunla birlikdə Kastamonuya hücum etdi. Osmanlıların dəstəyi ilə Kastamonudakı hakimiyyətini qoruyan Süleyman bəy bu əsnada Sultan Muradın qardaşı qızı Sultan Xatunla evləndirildi.
Bəyazid bəyin 1385-ci ildə ölməsinin ardından Sinop bəyliyinə oğlu İsfəndiyar bəy keçdi. Qardaşı Süleyman bəy isə Osmanlıların təbəəliyində Kastamonudakı hakimiyyətini davam etdirdi. Beləcə, Candaroğulları bəyliyi ikiyə ayrıldı.
İstinadlar
- Yücel, Yaşar (1980). Anadolu Beylikleri Hakkında Araştırmalar I: Çoban-Oğulları Beyliği, Çandar-Oğulları Beyliği, Melikü’l-Ebsar’a göre Anadolu beylikleri (1988 bas.). Türk Tarih Kurumu Yayınları.
- Uzunçarşılı, İsmail Hakkı (1937). Anadolu Beylikleri ve Akkoyunlu, Karakoyunlu Devletleri (2019 bas.). Türk Tarih Kurumu Yayınları.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Candaroglu Beyazid bey v 1385 Sinop 6 Candarogullari beyi Beyazid bey6 Candaroglu beyiEvvelkiAdil beySonrakiIsfendiyar bey Sinopda Suleyman bey Kastamonuda Sexsi melumatlarVefat tarixi 1385Vefat yeri Sinop Sinop vilayeti TurkiyeAtasi Adil beyUsaqlari Isgender bey Isfendiyar bey Suleyman bey XatunHeyatiAtasi Candaroglu Adil beydir Osmanli menbelerinde Koturum Sikest leqebiyle anilmisdir Atasinin 1362 ci ilde vefatinin ardindan Qiyaseddin unvaniyla selteneti ele aldi Onun selteneti doneminde Qara deniz ticareti ugrunda Genuya ve Venesiya ile mubarize aparilmis Osmanli dovletiyle dost munasibetler saxlanmisdir Osmanli sultani I Muradin Balkanlardaki herbi ugurlari elece de Germiyanogullarina aid bezi torpaqlari ele kecirmesi Beyazid beyi narahat etmekde idi Ancaq sulh terefdari olan Sultan Muradin tebeeliyini qebul etmekden cekinmemisdir Bundan basqa kurekeni olan Amasya emiri Ehmedle birlikde Osmanlilara qarsi bezi vaxtlarda ittifaq qurmus Sivas hakimi Qazi Burhaneddine qarsi kurekenine herbi destek vermisdir Beyazid beyin selteneti ogullari arasindaki taxt mubarizelerine de sahidlik etmisdir Bele ki atasinin taxti qardasi Isgender beye teslim edeceyini anlayan Suleyman bey qardasini oldurmus Beyazid bey ise buna cavab olaraq oglunun ovladlarini ve bu isde istirak eden oz qizini edam etdirmisdir Butun ailesi qetle yetirilen Suleyman bey Osmanlilara siginmis belece Candarogullari ile Osmanlilar arasindaki sulh donemi basa catmisdir Osmanlilara qarsi muttefiq axtarisina baslayan Beyazid bey Qazi Burhaneddinle munasibetlerini yaxsilasdirdi Sultan Murad ise Suleyman beyi herbi birlikle atasinin uzerine gonderdi Kastamonu yaxinliginda bas tutan doyusde Beyazid bey meglub oldu ve Sinopa cekildi Kastamonunu ele keciren Suleyman bey ise beyliyini elan etdi ve belece Candarogullari beyliyi ikiye ayrildi Ancaq Suleyman beyin Kastamonudaki selteneti qisa oldu Bele ki Sultan Murad cox kecmeden bolgeni ele kecirdi ve Suleyman bey hebs edildi Beyliyin onun hakimiyyetinde olan hissesi Osmanlilarin hakimiyyetine kecdi Ancaq yerli ehalinin Suleyman beyin lehine usyan etmesinin ardindan Sultan Murad bu torpaqlari Suleyman beyin idaresine geri qaytardi Beyazid beyin o esnada Amasyada olan diger oglu Isfendiyar bey ise derhal atasinin yanina geldi ve onunla birlikde Kastamonuya hucum etdi Osmanlilarin desteyi ile Kastamonudaki hakimiyyetini qoruyan Suleyman bey bu esnada Sultan Muradin qardasi qizi Sultan Xatunla evlendirildi Beyazid beyin 1385 ci ilde olmesinin ardindan Sinop beyliyine oglu Isfendiyar bey kecdi Qardasi Suleyman bey ise Osmanlilarin tebeeliyinde Kastamonudaki hakimiyyetini davam etdirdi Belece Candarogullari beyliyi ikiye ayrildi IstinadlarYucel Yasar 1980 Anadolu Beylikleri Hakkinda Arastirmalar I Coban Ogullari Beyligi Candar Ogullari Beyligi Meliku l Ebsar a gore Anadolu beylikleri 1988 bas Turk Tarih Kurumu Yayinlari ISBN 9789751600806 Uzuncarsili Ismail Hakki 1937 Anadolu Beylikleri ve Akkoyunlu Karakoyunlu Devletleri 2019 bas Turk Tarih Kurumu Yayinlari ISBN 9789751624574