Həmidoğulları bəyliyi (osman. حميد اوغللری, türk. Hamidoğulları) — Paytaxtı Eğirdir olan Kiçik Asiyada türk bəyliyi (əmirliyi, bəyliyi). Təxminən 1300-1423-cü illər arasında onu idarə edən eyniadlı sülalənin adı ilə adlandırılmışdır. Bəylik və sülalə öz adını banisi Həmid bəydən almışdır. Sülalə həmidilər, bəylik – Həmid də adlanırdı. Bəyliyin mərkəzi Antalya olan cənub hissəsi Təkəogulları vilayəti adlanırdı.
Tarixi dövlət | |
Həmidoğulları bəyliyi | |
---|---|
türk. Hamidoğulları, Hamid | |
| |
| |
Rəsmi dilləri | Türk dili |
Dövlət dini | Sünni İslam |
Konyadan Antalyaya gedən yollara nəzarət edən Həmidlər əhəmiyyətli bir qüvvə idi. Bəyliyin banisinin nəvəsi Dündar Antalyanı, Dündarın oğlu İsxak isə Qaramanoğulların da iddia etdiyi keçmiş Əşrəfoğulları bəyliyinin ərazisini bəyliyə birləşdirdi. Bu torpaqlar uğrunda mübarizə ona gətirib çıxardı ki, 1381-ci ildə Hüseyn bəy mübahisəli torpaqlarla birlikdə bəyliyin bir hissəsini Osmanlı Sultanı I Murada satdı. Əlaəddin bəy Karamanlı artıq Murad və I Bəyazidlə torpaq uğrunda mübarizəni davam etdirdi. Həticədə 1390-1398-ci illər arasında Qaramanoğulları və Həmidilər kimi bəyliklər Osmanlılar tərəfindən tutuldu.
1402-ci ildə Ankara döyüşündən sonra bəyliyin cənub hissəsi müstəqilliyini bərpa etdi. Təkəoğulları bəyliyi adı altında 1423-cü ilə qədər mövcudluğunu qorumağı bacardı. Bundan sonra bəylik torpaqları nəhayət Osmanlıların nəzarətinə keçdi.
Tarixi
Həmid bəyliyinin yaradılması
XIII əsrin ikinci yarısına qədər Kiçik Asiya ərazisində iki böyük dövlət var idi ki, onların hər birinin çiçəklənmə dövrü arxada qalmışdı. 1204-cü ildə Konstantinopolun Latın imperiyası, Nikeya imperiyası və Trabzon imperiyası tərəfindən tutulmasından sonra artıq dağılmış Bizans imperiyası 1261-ci ildə daralmış ərazidə müvəqqəti olaraq dirçəldi. Bir vaxtlar Bizansdan əraziləri fəth edən Səlcuq imperatorluğunun bir parçası olan Konya sultanlığı monqolların basqınlarına məruz qalaraq, tədricən mövqelərini itirirdi. Monqolların təzyiqi ilə türk boyları Orta Asiyadan Anadoluya və Suriyaya köç edirdilər.
Həmid bəy oğuzların Yomud və ya Salır tayfasına mənsub idi. Anadoluya gəlib I Əlaəddin Keyqubadın xidmətinə girdi.II Qiyasəddin Keyxosrovun etimadını qazanan Həmid 1240-cı ildə İsparta və Burdura uc bəyi təyin edilir. Məhz Həmid 1250-ci ildə Qiyasəddin Keyxosrovun üç oğlu II İzzəddin Keykavus, Rüknəddin və Əlaəddini qarşılamaq və onların qüvvələri ilə birləşdirmək üçün Tokatı ikiyə bölən Yaşılırmaq çayı üzərində Xıdırlıq körpüsünü tikdirdi. 1291-ci ildə Səlcuqların qüdrəti zəiflədikdə Həmid nəzarət etdiyi torpaqlarda müstəqil bəylik (əmirlik) yaratmağa çalışır. Həmid Əlaəddin adına sikkələr zərb edib, onların üzərindəki kitabədə isə təkcə Sultanın adının standart formulunu deyil, həm də əvvəllər İslam sikkələrində rast gəlinməyən qeyri-adi bir ifadə vurdurur: “Allah göstərməsin” (türk. humiyet ani’l-âfât). Ola bilsin ki, bu ifadə monqolların yaratdığı təhlükəyə işarə edirdi. Ola bilsin ki, bu ifadə monqolların yaratdığı təhlükəyə işarə edirdi. II Məsud sürətlə ayrılan ucun öhdəsindən gələ bilməyəndə Elxandan kömək istədi. Keyxatu xan böyük bir ordu ilə Anadoluya gəldi. Karaman, Əşref, daha sonra Həmid qarət və qırğına məruz qaldı. Eğirdir, İsparta və Burdur da hücumlardan əziyyət çəkdi.
Keyxatu xanın bu basqını zamanı Həmid bəy müvəqqəti olaraq dağlara çəkilməli oldu. 1299/1300-cü ildə Həmid bəy müstəqilliyini elan etdi və Uluborlunu özünə paytaxt seçdi. Lakin buna baxmayaraq o, Qazan xanının adından sikkələr zərb etdirdi. İsparta, Burdur, Eğridir, Aqros, Gönen, Barle, Keçiborlu, Yalvaç, Çarkarykaşaç, Avşar, Sütçüler, İnçirli, Ağlasun Həmidin nəzarətində idi. Həmid “ulubəy” (böyük bəy) kimi hökmdarlıq edərək, Səlcuq sultanlarının bütün titullarından istifadə edib özünü sultan və padşah adlandırırdı. Buna baxmayaraq, Anadolu bəylərinin sikkələrində hələ də Səlcuq sultanının adı qeyd olunurdu. 700-cü ildə (1300-1301) Uluborluda II Məsudun adından sikkə zərb edilmişdir.
Dündar bəyin hakimiyyəti
Həmid bəyin ölümündən sonra onun yerinə mərkəzi Gönən olan Pisidiyada Səlcuqların Ucbəyi olan oğlu İlyas keçdi və İlyas bəydən sonra bəyliyin idarəsi böyük oğlu Fələkəddin Dündar bəyə keçdi. Dündar bəyin hakimiyyətə gəlməsinin dəqiq tarixi məlum deyil, lakin bunun 1314/15-dən gec olmayaraq baş verdiyinə şübhə yoxdur. Həmidin oğlu və Dündarın atası İlyas bəy haqqında mənbələrdə başqa heç bir məlumat qalmamışdır.
Dündarın babası Həmid bəyin sağlığında geniş səlahiyyətlərə malik olan Eğdir və Burdura hökmranlıq etməsi Dündarın 700-cü ildə (1300-1301) tikdirdiyi məqbərə ilə də təsdiqlənir. Ulucəmi Dündar məscidinin üzərindəki kitabə “məliku-üməra” – Səlcuqlar dövründə baş sərkərdə rütbəsi adlanır.
Konya ilə Antalya arasındakı yollar Eğdirdən idarə oluna bildiyi üçün Dündar 1307-ci ildə paytaxtı əvvəllər Səlcuqlu sultanlarının yay istirahət yeri kimi istifadə edilən Eğrdirə köçürdü. Dündar şəhəri öz şərəfinə Fələkabad adlandırdı.
Dündar bəy qısa müddətdə Aşıkaraağaç, Yeşilova və Tefənni ələ keçirərək hakimiyyət ərazisini bir tərəfdən Dənizli və Germiyanoğullara, digər tərəfdən Antalyaya qədər genişləndirdi. 1312-ci ildə Gölhisar və Qorkutelini tutdu və Antalya divarları önündə dayandı. Lakin o, 1314-cü ilin iyulunda Elxani Məhəmməd Olcaytu Əmir Çobanı Anadoluya göndərəndə Hülakülər dövlətinə sədaqət andı verən türk bəyləri arasında idi.
Antalya hakimliyi
1316-cı ilin sonunda Əmir Çoban Anadoludan getdi. Məhəmməd Olcaytu vəfat etdikdən sonra Dündar Hülakuilər dövlətindəki hakimiyyət mübarizəsindən istifadə edərək yenidən fəthlərinə başladı. Bu zaman o, Antalyanı tutdu (1316-1318) və türk ənənəsinə görə qohumu, qardaşı Yunusu şəhər hakimi təyin etdi. Bu, Həmidoğlulların Antalya qolunun - Təkənin başlanğıcı oldu. Uzunçarşıla görə, bəyliyin bu hissəsini Mübarizəddin Mehmed bəyin zamanında, digər adıyla Təkə bəy dövründə ayrıca bəylik Təkəoğulları adlandırmağa başladılar.
Son illər
Antalyanın ələ keçirilməsindən sonra Dündar bəyin nüfuzu artdı, o, Elxanilərin hakimiyyətini tanımaqdan əl çəkdi, müstəqilliyini bildirdi və özünü sultan elan etdi. 1321-ci ildə Elxani Əbu Səid Bahadur xanın adını çəkmədən sikkələr zərb etməyə başladı. Dündarın qohumları Dündara tabe olan şəhərlərdə hökmdarlıq edirdilər: Antalyada Yunus, Dündarın digər qardaşı, keçmiş paytaxt Uluborluda Fərhad, Dündarın oğlu Mehmed Gölhisarda, Yunusun oğullarından biri Xızır bəy Korkuteli.
Çobanın oğlu Timurtaş Anadolu bəylərbəyi təyin edildi. O, bəylərin itaətinə nail olmaq üçün bəyliklərə basqın etdi. Qaramanlılara və Əşrəfoğullarına hücumdan sonra Timurtaş Fələkabadı mühasirəyə aldı. Dündar müqavimət göstərə bilməyib Alaniyaya qaçıb. Dündarın qardaşı oğlu və Yunusun böyük oğlu Mahmud xəyanət etdi, dayısı Dündarı onu edam edən Timurtaşa satdı.
1327-ci ilin əvvəlində Dündar artıq həyatda deyildi. Ola bilsin ki, bəyin məzarı Eğridirdəki Qalanın qapısındadır.
Timurtaş Elxanilərə qarşı üsyan qaldırıb Misirə qaçanda Mahmud da onunla bərabər məmlüklərə sığınmalı oldu.
Bəyliyin dirçəlişi. İsaq, Xızır İsaqoğlu, Xızır Yunusoğlu
Timurtaş və Mahmudun qaçışından sonra Xızır bəy Antalyada hökmranlıq etməyə başladı. Eğridirdə nəzarət müvəqqəti olaraq atası İsaqın adından idarə edən Dündarın nəvəsi - Xızıra keçdi. İsaq özü Timurtaşdan şikayət etmək üçün Qahirəyə getdi. 1328-ci ilin avqustunda Dündarın qatili edam edildi. İsaq 1328-ci ildə Eğirdirə qayıtdıqdan sonra oğlu Xızırın müvəqqəti hakimiyyəti başa çatdı. Tarixçilər hesab edirlər ki, İsaq atasının bütün ərazisini idarə edirdi.
İsaq Ağşəhər, Bəyşəhər, Seydişəyəri ilhaq etdi, o da atası Dündar kimi sultan titulundan istifadə etdi və böyük bəy kimi Eğdirdə hökmdarlıq etdi. İsaqın əmisi Mehmed Gəlhisarda, İsaqın oğlu Xızır Uluborluda, İsaqın əmisi oğlu və Yunusun (həmçinin Xızır) oğlu Antalyada, İsaqın digər oğlu Zəkəriyyə isə Təkə-Karahisarda hökmranlıq edirdi.
İsaqın ölümündən sonra 1335-ci ilə qədər Xızır bəy ikinci dəfə Eğdirdə hökmranlıq etməyə başladı. 756-cı ildə (1364/65) Xızır bəy Həcc ziyarətinə getdi. Xızırın ziyarəti zamanı bəyliyi Uluborluda hökmdar olan oğlu İbrahim bəy idarə edirdi. 770-ci ildə (1368/69) ucaldılmış Kubbeli məscidi kitabəsindən belə məlum olur ki, Xızır bəy bu məscidin tikintisindən bir müddət əvvəl vəfat etmişdir. O, bəylik idarəsini qardaşı oğlu Mustafanın oğlu Hüsaməddin İlyas bəyə həvalə etdi.
Kiprlə mübarizə. Hüsaməddin İlyas və Mübarizəddin Mehmed
Mənbələr Antalyada Xızır Yunusoğludan sonra kimin hakimiyyətdə olması ilə bağlı ziddiyyətli məlumatlar verir. Əl-Kəlkəşəndinin yazdığına görə, Xızır bəydən sonra Dadi bəy bəyliyin cənub hissəsinin yeni əmiri oldu, Əli isə Xızırın qardaşı Mahmudu onun varisi adlandırdı. İ.Uzunçarşılı Mahmudun Dadi bəydən sonra və ya ondan əvvəl hökmdar olduğunu, 1373-cü ildən əvvəl isə Antalyada Kuçuk (“Kiçik”) ləqəbi ilə tanınan Mahmud bəyin oğlu Mehmed bəyin hakimiyyətə gəldiyini qeyd etmişdir. Son məlumatlara görə, Xızırdan sonra Dadi bəy, ondan sonra isə Mahmud bəyin oğlu Mübarizəddin Mehmed və ya “Kiçik” Mehmed hökmdarlıq etmişdir.
1361-ci ildə Kipr krallığı kralı Antalyanı tutdu. Bu zaman Mehmed İstanosda idi. Səlibçi ordusu Anadolu sahillərini tərk etdikdən sonra Mehmed bəy şəhəri geri almağa qərar verdi. Mehmedin İlyas bəy və Qaraman bəyliyinin köməyi ilə 1373-cü ilə qədər şəhəri geri qaytarmaq cəhdləri uğursuzluqla nəticələndi. Mehmed hətta şəhəri satın almağı təklif etdi, lakin istəyi rədd edildi.
Məmlük sultanı Anadolu bəylərinə, o cümlədən İlyas bəy və Mehmed bəy (Antaliyanın süqutundan sonra paytaxtı Qorquda köçürən) anti-Kipr ittifaqına qoşulmaq təklifi ilə məktublar göndərdi. Bəylər ittifaq qurdular və 1367-ci ilin fevralında Qaramanoğlu Ələddin Əli bəyin yanına gəldilər. İlyas bəy və İsa bəy Aydınidin komandanlığı altında 40 min nəfərlik ordu ilə Kipr kralının hakimiyyəti altında olan Korikusa yaxınlaşdı. Kipr kralı Pyer de Lüzinyan qardaşı Janı köməyə göndərdi. 28 fevral 1367-ci ildə o, İlyas bəyin oxatanlarının məharətli və sərrast atışlarına baxmayaraq, altı qalerada olan ordusu ilə birlikdə sahilə çıxdı. Ağır itki verən səlibçilər qalaya sığınmaq məcburiyyətində qaldılar. Lakin 1367-ci il martın 7-də bəylər düşərgələrini dağıtdılar, mühasirəni qaldırdılar və Korikosu tərk etdilər. Buna səbəb Qahirədə iğtişaşlar barədə xəbərlər oldu.
Korikosdakı kampaniyadan sonra İlyas bəylə Ələddin Əli bəyin münasibətləri pisləşdi. Onların arasında mübarizə başladı, bu zaman Ələddin Əli bəy Fələkabada hücum edərək şəhəri yerlə-yeksan etdi və İlyas bəy Süleyman Germianoğlunun yanına qaçdı. İlyas Süleymanın və Osmanlı sultanı I Muradın köməyi ilə yalnız iki ildən sonra bəyliyi bərpa edə bildi.
1373-cü ilin aprelində Kipr-Genuya müharibəsi başladı. Kipr üçün Antalyada qarnizon saxlamaq çox baha başa gəlirdi. 14 may 1373-cü ildə Mehmed bəy Antalyanı işğal etdi. Müxtəlif mənbələrə görə, bu ya hücum nəticəsində baş verib, ya da Kipr kralı ilə razılaşmanın nəticəsi olub. Mehmedin ölüm tarixi bilinmir, lakin o, 1377-ci ilin dekabrından sonra vəfat etmişdir.
Hüseyn bəy. Bəyliyin bir hissəsini Osmanlılara satılması
İlyas bəyin ölüm tarixi məlum deyil, lakin ehtimal ki, 1375-ci ildən əvvəl baş verib. Onun ölümündən sonra oğlu Kəmaləddin Hüseyn bəy bəy olur. 1381/82-ci ildə I Murad Kütahyaya gələndə Qaramanoğlu Əlaəddin bəyin Həmidoğulları bəyliyini ələ keçirmək istəyindən narahat olan Hüseyni yanına çağırdı. Hüseyn Sultanla görüşdə Əşrəfoğullarının keçmiş torpaqlarını Murada 80 min qızıla satmağa razı oldu. Hüseyn bəy özünü Osmanlının vassalı kimi tanıdı və İsparta, Uluborlu, Keçiborlu, Burdur və Gölhisar bölgələrində hökmranlıq etməyə icazə aldı. Hüseynin Osmanlı ordusuna göndərdiyi 2000 oxatan 1389-cu ildə Kosovo döyüşündə iştirak etmiş və Osmanlıların qələbəsində mühüm rol oynamışdır. I Murad döyüşdə öldükdən sonra Osmanlı taxtını onun oğlu I Bəyazid tutdu. Anadolu bəylərinin bir hissəsi hakimiyyət dəyişikliyindən istifadə etmək qərarına gəldi və Sultana tabe olmaqdan imtina edərək müqavilələri pozdular. Bəyazid ordu ilə Anadoluya gedib bəyləri itaətə gətirməli oldu. Nəticədə Aydınoğulları bəyliyi, Sarıxanoğulları bəyliyi, Menteşeoğulları bəyliyi və Germiyanoğulları bəyliyi bəyləri əsir götürüldü. 1392-ci ildə Bayezid Candaroğulları bəyliyi ərazilərini də ilhaq etdi.
Qaramanoğlu Əlaəddin bəy Həmidoğulları bəyliyinin bir hissəsini Osmanlılara satmasından narazı idi. 1390/91-ci illərdə o, Həmidoğulların keçmiş ərazilərinə hücum etdi. Osmanlı qaynaqları Əlaəddinə basqı kampaniyası nəticəsində şimal Həmidoğulları bəyliyinə aid olan bütün torpaqların Osmanlılar tərəfindən tutularaq sancağa çevrildiyini və buranı I Bəyazidin oğlu İsa Çələbinin idarə etdiyi qeyd edilir. Ola bilsin ki, Həmidoğlu Hüseyn bəy 1391-ci ildə vəfat etdi və oğlu Mustafa Bəyazid xidmətinə girdi. Bəyliyin şimal hissəsi öz mövcudluğunu dayandırdı.
Osman bəy. Bəyliyin cənub hissəsinin ləğvi
Antalyada Mübarizəddin Mehmed bəyin vəfatından sonra onun yerinə oğlu Osman keçdi. Osmanın dövründə Antalya əvvəlki əhəmiyyətini itirdi. 1387-ci ildə I Murad Əlaəddin bəy Qaramani üzərində qələbə çalıb Bəyşehiri tutanda Təkə bölgəsinə getmədi. Ona xəbər verildi ki, Bəy Təkə düşməndir, ancaq iki şəhəri olan bir kasıbdır, ona güc sərf etməyə dəyməz.
Təxminən 793-cü ildə (1391) İldırım Bayəzid Təkə-elini tutdu və orada nəzarəti Firuz bəyə verdi.
Ankara döyüşündə I Bəyazidin oğlu Mustafa Çələbinin komandanlığı ilə keçmiş Həmid bəyliyindən (Təkə də daxil olmaqla) bir dəstə iştirak etdi. Döyüş zamanı Aydından olan əsgərlər Əmir Teymurun ordusunda öz bəylərini görüb tərəflərini dəyişdilər. Onların ardınca başqa bəyliklərdən, o cümlədən Həmidoğulları bəyliyindən olan dəstələr də Əmir Teymurun tərəfinə keçdi. 1402-ci ildə bu döyüşdə Bayezid məğlub olub əsir alındıqdan sonra cənub əmirliyi bərpa olundu, Osman yenidən bəy oldu. 1423-cü ildə Osman Qaramanlılarla ittifaqda Antalyanı ələ keçirmək cəhdi zamanı öldürüldü. Nəticədə Həmidoğulları bəyliyinin son torpaqları Osmanlılar tərəfindən tutuldu.
Məmlük Sultanı Barsbayin Kiprə göndərdiyi qüvvələr arasında 7 iyul 1426-cı ildə öldürülən Təkəoğlu bəyi də var idi. Böyük ehtimalla bu Osmanın oğlu Mustafa olub.
Nəzarət sistemi və ordu
Bəyliyin idarə olunması və təşkili bölgədəki digər türkmən bəylikləri ilə eyni idi. Fəth edilmiş torpaqlar ağsaqqal bəyin qohumları arasında bölüşdürülür, lakin bütün bəylik ərazisində sikkələr zərb edilir və xütbə yalnız onun adına oxunurdu.
Bəylikdə çoxlu dərviş lojaları var idi. İbn Bətutə onun Burdur, İsparta, Eğridir və Gölhisardakı şeyxlərin məskənlərində necə qarşıladıqlarını təsvir etmişdir.
Dündar bəyin dövründə bəylik ordusunda 15 min atlı və piyada var idi. Dündar müxtəlif hərbi taktikalardan istifadə edir, sülh dövründə hərbi manevrlər və rəsmi paradlar təşkil edir, orduya diqqət yetirir və döyüşə hazır vəziyyətdə saxlayırdı. Hüseyn bəyin Kosovo döyüşünə göndərdiyi 2000 oxatan bəyliyin hərbi hazırlığını göstərir. Həmidoğulları timar kimi torpaq ayırırdılar. Səlcuqlar və Osmanlılar kimi Həmidoğulları da vəqflər qurmuşdular.
Sülalə üzvlərinin yeganə məlum sikkəsi Hüsaməddin İlyas bəyin Fələkabadda (Eğridir) zərb etdiyi gümüş sikkədir.
İnşaat
Osmanlı xəzinə kitablarında bəyliyin demək olar ki, hər bir yaşayış məntəqəsində bəylər tərəfindən tikilmiş məscidlərin olması qeyd olunurdu. Uluborluda yalnız Həmid bəyin tikdirdiyi məscidin minarəsi günümüzə gəlib çatmışdır. Dündar bəy məsciddən kənarda Mühiddin bulağı tikdirib, indi yalnız onun xarabalıqları qalıb. Burdurda 1300-cü ildə Dündar bəy Ulucəmi (Ulu Cami) inşa etdirib.İspartada, Keçəçi bölgəsində Bedrəddin Xızır bəy məscid tikdirib, hansı ki, hələ də ibadət üçün açıqdır. Xızır bəy həmin ərazidə hamam tda inşa etdirib. Lakin hamam tamamilə məhv edilib. Həmin ərazidə Xızır bəyin tikdirdiyi hamam da tamamilə dağıdılıb. 1302-ci ildə Eğridirdə Dündar bəy Daşmədrəsəni tikdirib. Xızır bəy 1327/28-ci ildə şəhərdə mədrəsə tikdirib, indi orada onun xarabalıqları qalır. Eğridirdə tikdirdiyi Xızır bəy məscidi Dündar bəy mədrəsəsi ilə tağlı divarla birləşir və vəqf qeydlərində Böyük Məscidi və "Cami-e-Edidir məscid"i kimi qeyd olunur. O, bu günə qədər gəlib çatmışdır. Eğirdirdəki Baba Sultan Təkkəsi 1357/58-ci ildə Hüsaməddin İlyas bəy tərəfindən inşa edilmişdir. Burdurda 1344/45-ci ildə Müzəffərəddin Mustafa bəy Müzəffəriyyə mədrəsəsini tikdirmiş, lakin bu günə qədər onun yalnız kitabəsi gəlib çatıb. 1319-cu ildə Korkutelidə Sinanəddin Xızır bəy Sinanəddin mədrəsəsini tikdirir. Mədrəsənin dörd divarı, sütunların və tağların bir hissəsi qalıb.
Mədəniyyət
Sülalənin nümayəndələri, xüsusən Həmid bəy arif insanlara himayədarlıq edir, onların xeyrinə vəqflər yaradırdılar. Həmid bəy Köyunqyocu-Babaya Gəncəli kəndində böyük bir torpaq sahəsini dini mədrəsə yaratmaq üçün bağışlayıb. Həmidin oğlu İlyas bəy Keçiborluda torpaq və bir çox başqa mülkləri Şeyx Şikənə verib. Dündarın Səlcuqlu üslubunda tikdirdiyi Daşmədrəsə mədəniyyət və elm mərkəzinə çevrilib. İbn Bətutə mədrəsənin Müderrisi (müəllim) və musiqiçi Müslihəddin Mustafa ibn Məhəmməd haqda yazırdı. İbn Batuta görə, Mustafa Misirdə və Dəməşqdə məşhur idi. Müslihəddin “Mulk”, “Yasin” və “İxlas” surələrinə türkcə təfsirlər yazır, onları Xızır bəyə ithaf edirdi. Nəcməddin-i-Dai əsərinin fars dilindən tərcüməsi 1351-ci ildə tamamlanaraq Korkutelidə hökmdarlıq edən Yunus bəyin oğlu Qiyasəddin Əbdürrəhim bəyə həsr edilmişdir.
İqtisadiyyat
Burdur, Uluborlu, Gönen və Barlada sabun hazırlanırdı. Uluborlu, Keçiborlu və Burdurda sabun-yağ müəssisələri var idi. Egridir, Yalvaç, Gönen ve İspartada boyalar istehsal olunurdu. İsparta, Burdur, Edirid, Uluborlu, Genen və Ağlasunda incə pambıq parça istehsalı qurulmuşdu.
Bəylik ərazisində buğda və yulaf becərilir, qoyun-keçi yetişdirilirdi. Bölgədə toxunan türkmən xalçaları məşhur idi. Adraqan saqqızı İsparta və ona bitişik ərazilərdəki ağaclardan alınır, daha sonra Misir və Avropa bazarlarına çıxarılırdı. Ondan göy rəngdə boya, zərləmə, həmçinin dərman kimi istifadə edilirdi.
Sülalənin təmsilçiləri
Həmidoğulları bəyləri | Təkəoğluları bəyləri | ||||||
---|---|---|---|---|---|---|---|
Adı | Hökmranlığının başlanması | Hökmranlığının sonu | Nömrəsi | Adı | Hökmranlığının başlanması | Hökmranlığının sonu | Nömrəsi |
Seyfəddin Həmidbəy | 1291 1300 | 1314/15-ci illərə qədər | 1 | ||||
İlyas | ? | ? | 2 | ||||
Dündar bəy Həmid | 1314/15-ci illərə qədər/1301 | 1326/27 1324 | 3 | Yunus | 1316/1318 1321 | 1326-cı ilə qədər | 1 |
Xızır bəy Həmid (İsaqın adından | 1326/27 | 1328 | 4 | Mahmud | ? 1326-cı ilə qədər | 1324 1327 | 2 |
İsaq bəy Həmid | 1328 | 1335-ci ilə qədər | 5 | Sinanəddin Xızır bəy | 1327 | 1332/33-cü illər arası və 1361 | 3 |
Xızır | 1335-ci ilə qədər | 1358/59-cu illərə qədər | 4 | Dadi | ? | ? | 4 |
Hüsaməddin | ? 1358/59-cu ilə qədər | ? 1370 | 5 | Mübarizəddin Mahmud bəy (Küçük Mehmet, Təkkə bəy, Zindcirqıran | 1332/33-cü illər arası və 1361 1372 | 1377 və 1381-ci illər arası | 5 |
Qaramanilər işğalı | 1370 | 1372 | |||||
Hüsaməddin İlyas | 1372 | Hicri 776-cı ilə qədər (1374/75) | 5 | ||||
Kəmaləddin Hüseyn bəy Həmid | Hicri 776-cı ilə qədər (1374/75) 1374 | 1391 | 6 | Osman bəy Təkkəoğlu | ? 1377-ci və 1381-ci illər | ? 1391-1400 | 6 |
Mustafa (?) | ? | ? | 7 | ||||
Osmanlı işğalı | 1391 | 1391-1400 | 1402 | ||||
Osman | 1402 | 1423 | 6 | ||||
Osmanlı işğalı | 1423 |
İstinadlar
- Uzunçarşılı, 1969. səh. 39
- Uzunçarşılı, 40
- Kofoğlu, 2018
- Kofoğlu, 1997
- Turgut, 2016. səh. 405
- Bosworth, 2014
- Üçok, 1955. səh. 75
- Kofoğlu, 2019
- Uzunçarşılı, 1933. səh. 95
- Uzunçarşılı, 1969
- Kofoğlu, 1995
- Kayhan, 2018
- Kofoğlu, 2019. səh. 30
- Kofoğlu, 2019. səh. 29
- Kofoğlu, 2011
- Kofoğlu, 2019. səh. 30—31
- Üçok, 1955. səh. 77
- Kofoğlu, 2019. səh. 34
- Solak, 2014. səh. 68—69
- Kofoğlu, 2019. səh. 33
- Kofoğlu, 2019. səh. 35
- Tekindağ, 1977. səh. 64
- Kofoğlu, 2019. səh. 35—36
- Tekindağ, 1977. səh. 65
- Kofoğlu, 2019. səh. 36
- Леонтий Махера, 1999
- Hill, 2010. səh. 322
- Hill, 2010. səh. 323
- Planhol, 1997
- Hill, 2010. səh. 389
- Bustron, 1884. səh. 296
- d'Amadi, 1893. səh. 441
- Strambaldi, 1893. səh. 148—149
- Kofoğlu, 2019. səh. 39
- Emecen, 2009
- Üçok, 1955. səh. 79
- Kofoğlu, 2019. səh. 41
- Нешри, 1984
- Cezar, Sertoğlu, 2010. səh. 24
- Emecen, Tanman, 2009
- Жуков, 1988
- Eryavuz, 1994
- Еремеев, Мейер, 1992
Ədəbiyyat
- Леонтий Махера. Повесть о сладкой земле Кипр // Крестоносцы позднего средневековья. М.: Изд-во МГУ. 1999.
- Мехмед Нешри. Огледало на света: История на османския двор. София: Отечествения фронт. Ред. Мария Калицин. 1984.
- Strambaldi D. Chronique de Chypre. publ. R. Mas Latrie [Collection de documents inédits sur l’histoire de France. Histoire politique]. Paris. 1893.
- d'Amadi. Chronique de Chypre. publ. R. Mas Latrie [Collection de documents inédits sur l’histoire de France. Histoire politique]. Paris. 1893.
- Bustron Florio. Chronique de l'Île de Chypre. Publiée par René de Mas Latrie. [Paris Impr. national]. René Marie Louis Mas Latrie. 1884.
- Еремеев Д. Е., Мейер М. С. История Турции в средние века и новое время. М.: Изд-во Московского университета. 1992. ISBN .
- Жуков К. А. Эгейские эмираты в XIV-XV вв. Изд-во «Наука», Главная редакция восточной литературы. 1988.
- Bosworth C. E. 118. The Hamid oghullari and the Tekke oghullari // New Islamic Dynasties. Edinburgh University Press. 2014. ISBN . (ing.)
- Cezar M., Sertoğlu M. Mufassal Osmanlı tarihi: resimli-haritalı. 1. Türk Tarih Kurumu. 2010. ISBN . (türk.)
- Coşan E. XV. Asır Türk Yazarlarından Muslihu'd-din, Hamid-Oğulları ve Hızır Bey // Vakıflar Dergisi (13). 1981. (türk.)
- Emecen F., Tanman M.B. Saruhanoğulları // Islam Ansiklopedisi . 36(türk). 2009. (türk.)
- Emecen F. Encyclopedia of the Ottoman Empire (PDF). 2009. ISSN 0-8160-6259-5 (#bad_issn). (ing.)
- Eryavuz S. Dündar Bey Medresesi // Islam Ansiklopedisi . 10. 1994. (türk.)
- Hill George. A History of Cyprus. 2. Cambridge University Press. 2010. ISBN .
- Kayhan H. Hamidoğulları Beyliği Ekonomisi // Uluslararası Orta Anadolu ve Akdeniz Beylikleri Tarihi, Kültürü ve Medeniyeti Sempozyumu - V. 2018. (türk.)
- Kofoğlu S. Hamidoğulları Beyliği. İslam Tarihi ve Medeniyeti. 11: Anadolu Beylikleri. Siyer Basim Yayin Dagitim San. Ve Tic. Ltd. Sti. 2018. 227–242. ISBN . (türk.)
- Kofoğlu S. Hamidoğulları // Islam Ansiklopedisi . 15. 1997. (türk.)
- Kofoğlu S. Tekeoğulları // Islam Ansiklopedisi . 40. 2011. (türk.)
- Kofoğlu S. Principality of Tekeoğulları // Selçuklu Medeniyeti Araştırmaları Dergisi . 4. 2019.
- Kofoğlu S. Feleküddin Dündar Bey // Islam Ansiklopedisi . 12. 1995. (türk.)
- Planhol X. de. Ḥamīd, or Ḥamīd Og̲h̲ullari̊. E.J. Brill's first encyclopaedia of Islam, 1913–1936. 9. Leiden: BRILL. In Houtsma, Martijn Theodoor. 1997. 132–133.
- Solak K. Moğol Sülemiş ve Timurtaş İsyanları Karşısında Anadolu'da Türkmenlerin Tutumu (PDF) // Cappadocıa Journal Of Hıstory And Socıal Scıences, Kapadokya Tarih ve Sosyal Bilimler Dergisi . 3. 2014. (türk.)
- Tekindağ Ş. Teke-Eli ve Teke-Oğulları (PDF) // Tarih Enstitüsü Dergisi (7—8). 1977. (türk.)
- Turgut V. Hamidoğulları ve Tekeoğulları'nın Menşei ve Vakıflarına. Dair // Journal of Turkish Studies . 46. 2016. (türk.)
- Üçok Bahriye. Hamitoğulları Beyliği // Ankara Üniversitesi İlahiyat Fakültesi Dergisi . 4 (1—2). 1955. (türk.)
- Uzunçarşılı İ. H. Hamid oğulları // Anadolu beylikleri ve Akkoyunlu, Karakoyunlu devletleri. Türk Tarih Kurumu Basımevi. 1969. 62–69. (türk.)
- Узунчаршили, Исмаил Хакки. .|заглавие=Osmanlı Tarihi|ссылка=http://docs.neu.edu.tr/library/nadir_eserler_el_yazmalari/TAR%C4%B0H/UZUNCARSILI/Uzuncarsili_Isma%C4%B1l_Hakk%C4%B1_Osmanli_Tarihi_c_I.pdf%7Cместо=Ankara%7Cиздательство=Türk[ölü keçid] Tarih Kurumu|год=|ref=Uzunçarşılı|seite=|часть=Hamid oğulları Beyliği|pages=49—54, cild 1|isbn=9756945125|isbn2=}} (türk.)
- Узунчаршили, Исмаил Хакки. .|заглавие=Teke Oğulları|место=Ankara|год=1933|ref=Uzunçarşılı|seite=95—98|издание=Türk Tarih, Arkeologya ve Etnografya Dergisi|}} (türk.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Hemidogullari beyliyi osman حميد اوغللری turk Hamidogullari Paytaxti Egirdir olan Kicik Asiyada turk beyliyi emirliyi beyliyi Texminen 1300 1423 cu iller arasinda onu idare eden eyniadli sulalenin adi ile adlandirilmisdir Beylik ve sulale oz adini banisi Hemid beyden almisdir Sulale hemidiler beylik Hemid de adlanirdi Beyliyin merkezi Antalya olan cenub hissesi Tekeogullari vilayeti adlanirdi Tarixi dovletHemidogullari beyliyiturk Hamidogullari Hamid1321 ci ilde beyliyin erazisi 1280 1391Resmi dilleri Turk diliDovlet dini Sunni Islam Konyadan Antalyaya geden yollara nezaret eden Hemidler ehemiyyetli bir quvve idi Beyliyin banisinin nevesi Dundar Antalyani Dundarin oglu Isxak ise Qaramanogullarin da iddia etdiyi kecmis Esrefogullari beyliyinin erazisini beyliye birlesdirdi Bu torpaqlar ugrunda mubarize ona getirib cixardi ki 1381 ci ilde Huseyn bey mubahiseli torpaqlarla birlikde beyliyin bir hissesini Osmanli Sultani I Murada satdi Elaeddin bey Karamanli artiq Murad ve I Beyazidle torpaq ugrunda mubarizeni davam etdirdi Heticede 1390 1398 ci iller arasinda Qaramanogullari ve Hemidiler kimi beylikler Osmanlilar terefinden tutuldu 1402 ci ilde Ankara doyusunden sonra beyliyin cenub hissesi musteqilliyini berpa etdi Tekeogullari beyliyi adi altinda 1423 cu ile qeder movcudlugunu qorumagi bacardi Bundan sonra beylik torpaqlari nehayet Osmanlilarin nezaretine kecdi TarixiHemid beyliyinin yaradilmasi Kicik Asiyada olan dovletler 1301 ci il A Trabzon imperiyasi B Bizans imperiyasi D Kilikiya Ermeni Carligi E Selcuqlu Dovleti 1 Cobanogullari 2 Qaramanogullari 3 Inancoqullari Ladik 4 Sahibataogullari 5 Pervaneogullari 6 Menteseogullari 10 Esrefogullari Candarogullari Karesiogullari Osmanogullari Germiyanogullari Hemidogullar XIII esrin ikinci yarisina qeder Kicik Asiya erazisinde iki boyuk dovlet var idi ki onlarin her birinin ciceklenme dovru arxada qalmisdi 1204 cu ilde Konstantinopolun Latin imperiyasi Nikeya imperiyasi ve Trabzon imperiyasi terefinden tutulmasindan sonra artiq dagilmis Bizans imperiyasi 1261 ci ilde daralmis erazide muveqqeti olaraq dirceldi Bir vaxtlar Bizansdan erazileri feth eden Selcuq imperatorlugunun bir parcasi olan Konya sultanligi monqollarin basqinlarina meruz qalaraq tedricen movqelerini itirirdi Monqollarin tezyiqi ile turk boylari Orta Asiyadan Anadoluya ve Suriyaya koc edirdiler Hemid bey oguzlarin Yomud ve ya Salir tayfasina mensub idi Anadoluya gelib I Elaeddin Keyqubadin xidmetine girdi II Qiyaseddin Keyxosrovun etimadini qazanan Hemid 1240 ci ilde Isparta ve Burdura uc beyi teyin edilir Mehz Hemid 1250 ci ilde Qiyaseddin Keyxosrovun uc oglu II Izzeddin Keykavus Rukneddin ve Elaeddini qarsilamaq ve onlarin quvveleri ile birlesdirmek ucun Tokati ikiye bolen Yasilirmaq cayi uzerinde Xidirliq korpusunu tikdirdi 1291 ci ilde Selcuqlarin qudreti zeifledikde Hemid nezaret etdiyi torpaqlarda musteqil beylik emirlik yaratmaga calisir Hemid Elaeddin adina sikkeler zerb edib onlarin uzerindeki kitabede ise tekce Sultanin adinin standart formulunu deyil hem de evveller Islam sikkelerinde rast gelinmeyen qeyri adi bir ifade vurdurur Allah gostermesin turk humiyet ani l afat Ola bilsin ki bu ifade monqollarin yaratdigi tehlukeye isare edirdi Ola bilsin ki bu ifade monqollarin yaratdigi tehlukeye isare edirdi II Mesud suretle ayrilan ucun ohdesinden gele bilmeyende Elxandan komek istedi Keyxatu xan boyuk bir ordu ile Anadoluya geldi Karaman Esref daha sonra Hemid qaret ve qirgina meruz qaldi Egirdir Isparta ve Burdur da hucumlardan eziyyet cekdi Keyxatu xanin bu basqini zamani Hemid bey muveqqeti olaraq daglara cekilmeli oldu 1299 1300 cu ilde Hemid bey musteqilliyini elan etdi ve Uluborlunu ozune paytaxt secdi Lakin buna baxmayaraq o Qazan xaninin adindan sikkeler zerb etdirdi Isparta Burdur Egridir Aqros Gonen Barle Keciborlu Yalvac Carkarykasac Avsar Sutculer Incirli Aglasun Hemidin nezaretinde idi Hemid ulubey boyuk bey kimi hokmdarliq ederek Selcuq sultanlarinin butun titullarindan istifade edib ozunu sultan ve padsah adlandirirdi Buna baxmayaraq Anadolu beylerinin sikkelerinde hele de Selcuq sultaninin adi qeyd olunurdu 700 cu ilde 1300 1301 Uluborluda II Mesudun adindan sikke zerb edilmisdir Dundar beyin hakimiyyeti Dasmedrese Hemid beyin olumunden sonra onun yerine merkezi Gonen olan Pisidiyada Selcuqlarin Ucbeyi olan oglu Ilyas kecdi ve Ilyas beyden sonra beyliyin idaresi boyuk oglu Felekeddin Dundar beye kecdi Dundar beyin hakimiyyete gelmesinin deqiq tarixi melum deyil lakin bunun 1314 15 den gec olmayaraq bas verdiyine subhe yoxdur Hemidin oglu ve Dundarin atasi Ilyas bey haqqinda menbelerde basqa hec bir melumat qalmamisdir Dundarin babasi Hemid beyin sagliginda genis selahiyyetlere malik olan Egdir ve Burdura hokmranliq etmesi Dundarin 700 cu ilde 1300 1301 tikdirdiyi meqbere ile de tesdiqlenir Ulucemi Dundar mescidinin uzerindeki kitabe meliku umera Selcuqlar dovrunde bas serkerde rutbesi adlanir Konya ile Antalya arasindaki yollar Egdirden idare oluna bildiyi ucun Dundar 1307 ci ilde paytaxti evveller Selcuqlu sultanlarinin yay istirahet yeri kimi istifade edilen Egrdire kocurdu Dundar seheri oz serefine Felekabad adlandirdi Dundar bey qisa muddetde Asikaraagac Yesilova ve Tefenni ele kecirerek hakimiyyet erazisini bir terefden Denizli ve Germiyanogullara diger terefden Antalyaya qeder genislendirdi 1312 ci ilde Golhisar ve Qorkutelini tutdu ve Antalya divarlari onunde dayandi Lakin o 1314 cu ilin iyulunda Elxani Mehemmed Olcaytu Emir Cobani Anadoluya gonderende Hulakuler dovletine sedaqet andi veren turk beyleri arasinda idi Antalya hakimliyi 1316 ci ilin sonunda Emir Coban Anadoludan getdi Mehemmed Olcaytu vefat etdikden sonra Dundar Hulakuiler dovletindeki hakimiyyet mubarizesinden istifade ederek yeniden fethlerine basladi Bu zaman o Antalyani tutdu 1316 1318 ve turk enenesine gore qohumu qardasi Yunusu seher hakimi teyin etdi Bu Hemidoglullarin Antalya qolunun Tekenin baslangici oldu Uzuncarsila gore beyliyin bu hissesini Mubarizeddin Mehmed beyin zamaninda diger adiyla Teke bey dovrunde ayrica beylik Tekeogullari adlandirmaga basladilar Son iller Antalyanin ele kecirilmesinden sonra Dundar beyin nufuzu artdi o Elxanilerin hakimiyyetini tanimaqdan el cekdi musteqilliyini bildirdi ve ozunu sultan elan etdi 1321 ci ilde Elxani Ebu Seid Bahadur xanin adini cekmeden sikkeler zerb etmeye basladi Dundarin qohumlari Dundara tabe olan seherlerde hokmdarliq edirdiler Antalyada Yunus Dundarin diger qardasi kecmis paytaxt Uluborluda Ferhad Dundarin oglu Mehmed Golhisarda Yunusun ogullarindan biri Xizir bey Korkuteli Cobanin oglu Timurtas Anadolu beylerbeyi teyin edildi O beylerin itaetine nail olmaq ucun beyliklere basqin etdi Qaramanlilara ve Esrefogullarina hucumdan sonra Timurtas Felekabadi muhasireye aldi Dundar muqavimet gostere bilmeyib Alaniyaya qacib Dundarin qardasi oglu ve Yunusun boyuk oglu Mahmud xeyanet etdi dayisi Dundari onu edam eden Timurtasa satdi 1327 ci ilin evvelinde Dundar artiq heyatda deyildi Ola bilsin ki beyin mezari Egridirdeki Qalanin qapisindadir Timurtas Elxanilere qarsi usyan qaldirib Misire qacanda Mahmud da onunla beraber memluklere siginmali oldu Beyliyin dircelisi Isaq Xizir Isaqoglu Xizir Yunusoglu Yivli minare Timurtas ve Mahmudun qacisindan sonra Xizir bey Antalyada hokmranliq etmeye basladi Egridirde nezaret muveqqeti olaraq atasi Isaqin adindan idare eden Dundarin nevesi Xizira kecdi Isaq ozu Timurtasdan sikayet etmek ucun Qahireye getdi 1328 ci ilin avqustunda Dundarin qatili edam edildi Isaq 1328 ci ilde Egirdire qayitdiqdan sonra oglu Xizirin muveqqeti hakimiyyeti basa catdi Tarixciler hesab edirler ki Isaq atasinin butun erazisini idare edirdi Isaq Agseher Beyseher Seydiseyeri ilhaq etdi o da atasi Dundar kimi sultan titulundan istifade etdi ve boyuk bey kimi Egdirde hokmdarliq etdi Isaqin emisi Mehmed Gelhisarda Isaqin oglu Xizir Uluborluda Isaqin emisi oglu ve Yunusun hemcinin Xizir oglu Antalyada Isaqin diger oglu Zekeriyye ise Teke Karahisarda hokmranliq edirdi Isaqin olumunden sonra 1335 ci ile qeder Xizir bey ikinci defe Egdirde hokmranliq etmeye basladi 756 ci ilde 1364 65 Xizir bey Hecc ziyaretine getdi Xizirin ziyareti zamani beyliyi Uluborluda hokmdar olan oglu Ibrahim bey idare edirdi 770 ci ilde 1368 69 ucaldilmis Kubbeli mescidi kitabesinden bele melum olur ki Xizir bey bu mescidin tikintisinden bir muddet evvel vefat etmisdir O beylik idaresini qardasi oglu Mustafanin oglu Husameddin Ilyas beye hevale etdi Kiprle mubarize Husameddin Ilyas ve Mubarizeddin Mehmed Menbeler Antalyada Xizir Yunusogludan sonra kimin hakimiyyetde olmasi ile bagli ziddiyyetli melumatlar verir El Kelkesendinin yazdigina gore Xizir beyden sonra Dadi bey beyliyin cenub hissesinin yeni emiri oldu Eli ise Xizirin qardasi Mahmudu onun varisi adlandirdi I Uzuncarsili Mahmudun Dadi beyden sonra ve ya ondan evvel hokmdar oldugunu 1373 cu ilden evvel ise Antalyada Kucuk Kicik leqebi ile taninan Mahmud beyin oglu Mehmed beyin hakimiyyete geldiyini qeyd etmisdir Son melumatlara gore Xizirdan sonra Dadi bey ondan sonra ise Mahmud beyin oglu Mubarizeddin Mehmed ve ya Kicik Mehmed hokmdarliq etmisdir 1361 ci ilde Kipr kralligi krali Antalyani tutdu Bu zaman Mehmed Istanosda idi Selibci ordusu Anadolu sahillerini terk etdikden sonra Mehmed bey seheri geri almaga qerar verdi Mehmedin Ilyas bey ve Qaraman beyliyinin komeyi ile 1373 cu ile qeder seheri geri qaytarmaq cehdleri ugursuzluqla neticelendi Mehmed hetta seheri satin almagi teklif etdi lakin isteyi redd edildi Memluk sultani Anadolu beylerine o cumleden Ilyas bey ve Mehmed bey Antaliyanin suqutundan sonra paytaxti Qorquda kocuren anti Kipr ittifaqina qosulmaq teklifi ile mektublar gonderdi Beyler ittifaq qurdular ve 1367 ci ilin fevralinda Qaramanoglu Eleddin Eli beyin yanina geldiler Ilyas bey ve Isa bey Aydinidin komandanligi altinda 40 min neferlik ordu ile Kipr kralinin hakimiyyeti altinda olan Korikusa yaxinlasdi Kipr krali Pyer de Luzinyan qardasi Jani komeye gonderdi 28 fevral 1367 ci ilde o Ilyas beyin oxatanlarinin meharetli ve serrast atislarina baxmayaraq alti qalerada olan ordusu ile birlikde sahile cixdi Agir itki veren selibciler qalaya siginmaq mecburiyyetinde qaldilar Lakin 1367 ci il martin 7 de beyler dusergelerini dagitdilar muhasireni qaldirdilar ve Korikosu terk etdiler Buna sebeb Qahirede igtisaslar barede xeberler oldu Korikosdaki kampaniyadan sonra Ilyas beyle Eleddin Eli beyin munasibetleri pislesdi Onlarin arasinda mubarize basladi bu zaman Eleddin Eli bey Felekabada hucum ederek seheri yerle yeksan etdi ve Ilyas bey Suleyman Germianoglunun yanina qacdi Ilyas Suleymanin ve Osmanli sultani I Muradin komeyi ile yalniz iki ilden sonra beyliyi berpa ede bildi 1373 cu ilin aprelinde Kipr Genuya muharibesi basladi Kipr ucun Antalyada qarnizon saxlamaq cox baha basa gelirdi 14 may 1373 cu ilde Mehmed bey Antalyani isgal etdi Muxtelif menbelere gore bu ya hucum neticesinde bas verib ya da Kipr krali ile razilasmanin neticesi olub Mehmedin olum tarixi bilinmir lakin o 1377 ci ilin dekabrindan sonra vefat etmisdir Huseyn bey Beyliyin bir hissesini Osmanlilara satilmasi Ilyas beyin olum tarixi melum deyil lakin ehtimal ki 1375 ci ilden evvel bas verib Onun olumunden sonra oglu Kemaleddin Huseyn bey bey olur 1381 82 ci ilde I Murad Kutahyaya gelende Qaramanoglu Elaeddin beyin Hemidogullari beyliyini ele kecirmek isteyinden narahat olan Huseyni yanina cagirdi Huseyn Sultanla gorusde Esrefogullarinin kecmis torpaqlarini Murada 80 min qizila satmaga razi oldu Huseyn bey ozunu Osmanlinin vassali kimi tanidi ve Isparta Uluborlu Keciborlu Burdur ve Golhisar bolgelerinde hokmranliq etmeye icaze aldi Huseynin Osmanli ordusuna gonderdiyi 2000 oxatan 1389 cu ilde Kosovo doyusunde istirak etmis ve Osmanlilarin qelebesinde muhum rol oynamisdir I Murad doyusde oldukden sonra Osmanli taxtini onun oglu I Beyazid tutdu Anadolu beylerinin bir hissesi hakimiyyet deyisikliyinden istifade etmek qerarina geldi ve Sultana tabe olmaqdan imtina ederek muqavileleri pozdular Beyazid ordu ile Anadoluya gedib beyleri itaete getirmeli oldu Neticede Aydinogullari beyliyi Sarixanogullari beyliyi Menteseogullari beyliyi ve Germiyanogullari beyliyi beyleri esir goturuldu 1392 ci ilde Bayezid Candarogullari beyliyi erazilerini de ilhaq etdi Qaramanoglu Elaeddin bey Hemidogullari beyliyinin bir hissesini Osmanlilara satmasindan narazi idi 1390 91 ci illerde o Hemidogullarin kecmis erazilerine hucum etdi Osmanli qaynaqlari Elaeddine basqi kampaniyasi neticesinde simal Hemidogullari beyliyine aid olan butun torpaqlarin Osmanlilar terefinden tutularaq sancaga cevrildiyini ve burani I Beyazidin oglu Isa Celebinin idare etdiyi qeyd edilir Ola bilsin ki Hemidoglu Huseyn bey 1391 ci ilde vefat etdi ve oglu Mustafa Beyazid xidmetine girdi Beyliyin simal hissesi oz movcudlugunu dayandirdi Osman bey Beyliyin cenub hissesinin legvi Antalyada Mubarizeddin Mehmed beyin vefatindan sonra onun yerine oglu Osman kecdi Osmanin dovrunde Antalya evvelki ehemiyyetini itirdi 1387 ci ilde I Murad Elaeddin bey Qaramani uzerinde qelebe calib Beysehiri tutanda Teke bolgesine getmedi Ona xeber verildi ki Bey Teke dusmendir ancaq iki seheri olan bir kasibdir ona guc serf etmeye deymez Texminen 793 cu ilde 1391 Ildirim Bayezid Teke elini tutdu ve orada nezareti Firuz beye verdi Ankara doyusunde I Beyazidin oglu Mustafa Celebinin komandanligi ile kecmis Hemid beyliyinden Teke de daxil olmaqla bir deste istirak etdi Doyus zamani Aydindan olan esgerler Emir Teymurun ordusunda oz beylerini gorub tereflerini deyisdiler Onlarin ardinca basqa beyliklerden o cumleden Hemidogullari beyliyinden olan desteler de Emir Teymurun terefine kecdi 1402 ci ilde bu doyusde Bayezid meglub olub esir alindiqdan sonra cenub emirliyi berpa olundu Osman yeniden bey oldu 1423 cu ilde Osman Qaramanlilarla ittifaqda Antalyani ele kecirmek cehdi zamani olduruldu Neticede Hemidogullari beyliyinin son torpaqlari Osmanlilar terefinden tutuldu Memluk Sultani Barsbayin Kipre gonderdiyi quvveler arasinda 7 iyul 1426 ci ilde oldurulen Tekeoglu beyi de var idi Boyuk ehtimalla bu Osmanin oglu Mustafa olub Nezaret sistemi ve orduBeyliyin idare olunmasi ve teskili bolgedeki diger turkmen beylikleri ile eyni idi Feth edilmis torpaqlar agsaqqal beyin qohumlari arasinda bolusdurulur lakin butun beylik erazisinde sikkeler zerb edilir ve xutbe yalniz onun adina oxunurdu Beylikde coxlu dervis lojalari var idi Ibn Betute onun Burdur Isparta Egridir ve Golhisardaki seyxlerin meskenlerinde nece qarsiladiqlarini tesvir etmisdir Dundar beyin dovrunde beylik ordusunda 15 min atli ve piyada var idi Dundar muxtelif herbi taktikalardan istifade edir sulh dovrunde herbi manevrler ve resmi paradlar teskil edir orduya diqqet yetirir ve doyuse hazir veziyyetde saxlayirdi Huseyn beyin Kosovo doyusune gonderdiyi 2000 oxatan beyliyin herbi hazirligini gosterir Hemidogullari timar kimi torpaq ayirirdilar Selcuqlar ve Osmanlilar kimi Hemidogullari da veqfler qurmusdular Sulale uzvlerinin yegane melum sikkesi Husameddin Ilyas beyin Felekabadda Egridir zerb etdiyi gumus sikkedir InsaatOsmanli xezine kitablarinda beyliyin demek olar ki her bir yasayis menteqesinde beyler terefinden tikilmis mescidlerin olmasi qeyd olunurdu Uluborluda yalniz Hemid beyin tikdirdiyi mescidin minaresi gunumuze gelib catmisdir Dundar bey mescidden kenarda Muhiddin bulagi tikdirib indi yalniz onun xarabaliqlari qalib Burdurda 1300 cu ilde Dundar bey Ulucemi Ulu Cami insa etdirib Ispartada Kececi bolgesinde Bedreddin Xizir bey mescid tikdirib hansi ki hele de ibadet ucun aciqdir Xizir bey hemin erazide hamam tda insa etdirib Lakin hamam tamamile mehv edilib Hemin erazide Xizir beyin tikdirdiyi hamam da tamamile dagidilib 1302 ci ilde Egridirde Dundar bey Dasmedreseni tikdirib Xizir bey 1327 28 ci ilde seherde medrese tikdirib indi orada onun xarabaliqlari qalir Egridirde tikdirdiyi Xizir bey mescidi Dundar bey medresesi ile tagli divarla birlesir ve veqf qeydlerinde Boyuk Mescidi ve Cami e Edidir mescid i kimi qeyd olunur O bu gune qeder gelib catmisdir Egirdirdeki Baba Sultan Tekkesi 1357 58 ci ilde Husameddin Ilyas bey terefinden insa edilmisdir Burdurda 1344 45 ci ilde Muzeffereddin Mustafa bey Muzefferiyye medresesini tikdirmis lakin bu gune qeder onun yalniz kitabesi gelib catib 1319 cu ilde Korkutelide Sinaneddin Xizir bey Sinaneddin medresesini tikdirir Medresenin dord divari sutunlarin ve taglarin bir hissesi qalib MedeniyyetSulalenin numayendeleri xususen Hemid bey arif insanlara himayedarliq edir onlarin xeyrine veqfler yaradirdilar Hemid bey Koyunqyocu Babaya Genceli kendinde boyuk bir torpaq sahesini dini medrese yaratmaq ucun bagislayib Hemidin oglu Ilyas bey Keciborluda torpaq ve bir cox basqa mulkleri Seyx Sikene verib Dundarin Selcuqlu uslubunda tikdirdiyi Dasmedrese medeniyyet ve elm merkezine cevrilib Ibn Betute medresenin Muderrisi muellim ve musiqici Musliheddin Mustafa ibn Mehemmed haqda yazirdi Ibn Batuta gore Mustafa Misirde ve Demesqde meshur idi Musliheddin Mulk Yasin ve Ixlas surelerine turkce tefsirler yazir onlari Xizir beye ithaf edirdi Necmeddin i Dai eserinin fars dilinden tercumesi 1351 ci ilde tamamlanaraq Korkutelide hokmdarliq eden Yunus beyin oglu Qiyaseddin Ebdurrehim beye hesr edilmisdir IqtisadiyyatBurdur Uluborlu Gonen ve Barlada sabun hazirlanirdi Uluborlu Keciborlu ve Burdurda sabun yag muessiseleri var idi Egridir Yalvac Gonen ve Ispartada boyalar istehsal olunurdu Isparta Burdur Edirid Uluborlu Genen ve Aglasunda ince pambiq parca istehsali qurulmusdu Beylik erazisinde bugda ve yulaf becerilir qoyun keci yetisdirilirdi Bolgede toxunan turkmen xalcalari meshur idi Adraqan saqqizi Isparta ve ona bitisik erazilerdeki agaclardan alinir daha sonra Misir ve Avropa bazarlarina cixarilirdi Ondan goy rengde boya zerleme hemcinin derman kimi istifade edilirdi Sulalenin temsilcileriHemidogullari beyleri Tekeoglulari beyleriAdi Hokmranliginin baslanmasi Hokmranliginin sonu Nomresi Adi Hokmranliginin baslanmasi Hokmranliginin sonu NomresiSeyfeddin Hemidbey 1291 1300 1314 15 ci illere qeder 1Ilyas 2Dundar bey Hemid 1314 15 ci illere qeder 1301 1326 27 1324 3 Yunus 1316 1318 1321 1326 ci ile qeder 1Xizir bey Hemid Isaqin adindan 1326 27 1328 4 Mahmud 1326 ci ile qeder 1324 1327 2Isaq bey Hemid 1328 1335 ci ile qeder 5 Sinaneddin Xizir bey 1327 1332 33 cu iller arasi ve 1361 3Xizir 1335 ci ile qeder 1358 59 cu illere qeder 4 Dadi 4Husameddin 1358 59 cu ile qeder 1370 5 Mubarizeddin Mahmud bey Kucuk Mehmet Tekke bey Zindcirqiran 1332 33 cu iller arasi ve 1361 1372 1377 ve 1381 ci iller arasi 5Qaramaniler isgali 1370 1372Husameddin Ilyas 1372 Hicri 776 ci ile qeder 1374 75 5Kemaleddin Huseyn bey Hemid Hicri 776 ci ile qeder 1374 75 1374 1391 6 Osman bey Tekkeoglu 1377 ci ve 1381 ci iller 1391 1400 6Mustafa 7Osmanli isgali 1391 1391 1400 1402Osman 1402 1423 6Osmanli isgali 1423IstinadlarUzuncarsili 1969 seh 39 Uzuncarsili 40 Kofoglu 2018 Kofoglu 1997 Turgut 2016 seh 405 Bosworth 2014 Ucok 1955 seh 75 Kofoglu 2019 Uzuncarsili 1933 seh 95 Uzuncarsili 1969 Kofoglu 1995 Kayhan 2018 Kofoglu 2019 seh 30 Kofoglu 2019 seh 29 Kofoglu 2011 Kofoglu 2019 seh 30 31 Ucok 1955 seh 77 Kofoglu 2019 seh 34 Solak 2014 seh 68 69 Kofoglu 2019 seh 33 Kofoglu 2019 seh 35 Tekindag 1977 seh 64 Kofoglu 2019 seh 35 36 Tekindag 1977 seh 65 Kofoglu 2019 seh 36 Leontij Mahera 1999 Hill 2010 seh 322 Hill 2010 seh 323 Planhol 1997 Hill 2010 seh 389 Bustron 1884 seh 296 d Amadi 1893 seh 441 Strambaldi 1893 seh 148 149 Kofoglu 2019 seh 39 Emecen 2009 Ucok 1955 seh 79 Kofoglu 2019 seh 41 Neshri 1984 Cezar Sertoglu 2010 seh 24 Emecen Tanman 2009 Zhukov 1988 Eryavuz 1994 Eremeev Mejer 1992EdebiyyatLeontij Mahera Povest o sladkoj zemle Kipr Krestonoscy pozdnego srednevekovya M Izd vo MGU 1999 Mehmed Neshri Ogledalo na sveta Istoriya na osmanskiya dvor Sofiya Otechestveniya front Red Mariya Kalicin 1984 Strambaldi D Chronique de Chypre publ R Mas Latrie Collection de documents inedits sur l histoire de France Histoire politique Paris 1893 d Amadi Chronique de Chypre publ R Mas Latrie Collection de documents inedits sur l histoire de France Histoire politique Paris 1893 Bustron Florio Chronique de l Ile de Chypre Publiee par Rene de Mas Latrie Paris Impr national Rene Marie Louis Mas Latrie 1884 Eremeev D E Mejer M S Istoriya Turcii v srednie veka i novoe vremya M Izd vo Moskovskogo universiteta 1992 ISBN 5211022017 Zhukov K A Egejskie emiraty v XIV XV vv Izd vo Nauka Glavnaya redakciya vostochnoj literatury 1988 Bosworth C E 118 The Hamid oghullari and the Tekke oghullari New Islamic Dynasties Edinburgh University Press 2014 ISBN 978 0 7486 9648 2 ing Cezar M Sertoglu M Mufassal Osmanli tarihi resimli haritali 1 Turk Tarih Kurumu 2010 ISBN 9789751623225 turk Cosan E XV Asir Turk Yazarlarindan Muslihu d din Hamid Ogullari ve Hizir Bey Vakiflar Dergisi 13 1981 turk Emecen F Tanman M B Saruhanogullari Islam Ansiklopedisi 36 turk 2009 turk Emecen F Encyclopedia of the Ottoman Empire PDF 2009 ISSN 0 8160 6259 5 bad issn ing Eryavuz S Dundar Bey Medresesi Islam Ansiklopedisi 10 1994 turk Hill George A History of Cyprus 2 Cambridge University Press 2010 ISBN 978 1 108 02063 3 Kayhan H Hamidogullari Beyligi Ekonomisi Uluslararasi Orta Anadolu ve Akdeniz Beylikleri Tarihi Kulturu ve Medeniyeti Sempozyumu V 2018 turk Kofoglu S Hamidogullari Beyligi Islam Tarihi ve Medeniyeti 11 Anadolu Beylikleri Siyer Basim Yayin Dagitim San Ve Tic Ltd Sti 2018 227 242 ISBN 978 605 7558 41 1 turk Kofoglu S Hamidogullari Islam Ansiklopedisi 15 1997 turk Kofoglu S Tekeogullari Islam Ansiklopedisi 40 2011 turk Kofoglu S Principality of Tekeogullari Selcuklu Medeniyeti Arastirmalari Dergisi 4 2019 Kofoglu S Felekuddin Dundar Bey Islam Ansiklopedisi 12 1995 turk Planhol X de Ḥamid or Ḥamid Og h ullari E J Brill s first encyclopaedia of Islam 1913 1936 9 Leiden BRILL In Houtsma Martijn Theodoor 1997 132 133 Solak K Mogol Sulemis ve Timurtas Isyanlari Karsisinda Anadolu da Turkmenlerin Tutumu PDF Cappadocia Journal Of History And Social Sciences Kapadokya Tarih ve Sosyal Bilimler Dergisi 3 2014 turk Tekindag S Teke Eli ve Teke Ogullari PDF Tarih Enstitusu Dergisi 7 8 1977 turk Turgut V Hamidogullari ve Tekeogullari nin Mensei ve Vakiflarina Dair Journal of Turkish Studies 46 2016 turk Ucok Bahriye Hamitogullari Beyligi Ankara Universitesi Ilahiyat Fakultesi Dergisi 4 1 2 1955 turk Uzuncarsili I H Hamid ogullari Anadolu beylikleri ve Akkoyunlu Karakoyunlu devletleri Turk Tarih Kurumu Basimevi 1969 62 69 turk Uzuncharshili Ismail Hakki zaglavie Osmanli Tarihi ssylka http docs neu edu tr library nadir eserler el yazmalari TAR C4 B0H UZUNCARSILI Uzuncarsili Isma C4 B1l Hakk C4 B1 Osmanli Tarihi c I pdf 7Cmesto Ankara 7Cizdatelstvo Turk olu kecid Tarih Kurumu god ref Uzuncarsili seite chast Hamid ogullari Beyligi pages 49 54 cild 1 isbn 9756945125 isbn2 turk Uzuncharshili Ismail Hakki zaglavie Teke Ogullari mesto Ankara god 1933 ref Uzuncarsili seite 95 98 izdanie Turk Tarih Arkeologya ve Etnografya Dergisi turk