Şahzadə Savcı Bəy (1362, Bursa – 1385, Bursa) — 3. Osmanlı padşahı I Muradın Füldanə Xatundan doğulan ən kiçik şahzadəsidir.
Şahzadə Savcı bəy | |
---|---|
türk. Savcı Bey | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bursa, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | |
Atası | I Murad |
Anası | Füldanə Xatun |
Ailəsi | Osmanlı xanədanı |
Həyatı
Osmanlı ənənələrinə uyğun olaraq Bursada hakim təyin edilmişdir. Savcı bəyin dəlisov təbiəti və ətrafının təsirinə məruz qalması atasının gözündən qaçmadı və I Murad böyük oğlu Şahzadə Bəyazidə qardaşları haqqında məlumat toplamağı tapşırdı. Şahzadə Bəyazid verdiyi məlumatda ortancıl qardaşı Şahzadə Yaqubun çox səssiz və sakit olduğunu, kiçik qardaşı Şahzadə Savcı bəyin isə çox çılğın və dəlisov olduğunu qeyd edirdi.
Savcı bəy üsyanı
I Murad 1373-cü ildə Bizans imperatoru VII İohann Paleoloqla birlikdə Candaroğulları bəyliyi üzərinə səfərə çıxdı. İmperatorun böyük oğlu Andronikos kiçik qardaşı Manuellə taxt mübarizəsinə başlamış, atasının Konstantinopolda olmamasından istifadə edərək özünü imperator elan etmişdir. Bu vaxt Ədirnədə taxt vəkili olan Savcı bəy də eyni anda üsyana başladı. Hələ 14 yaşında olan Savcı bəy öz adına xütbə oxudaraq özünü sultan elan etdi. I Murad xəbəri alan kimi böyük bir qoşunla geri döndü və oğlunun Bizans qoşunlarıyla birləşmiş qüvvələrini darmadağın etdi. Savcı bəy dərhal Dimetokaya qaçdı ancaq burada ələ keçirildi. Paytaxta gətirilən Savcı bəyin gözlərinə mil çəkildi və daha sonra edam edildi. Eyni aqibət imperatorun oğlu Andronikos üçün də baş tutdu. Ancaq tarixi mənbələrə görə, imperator oğluna daha mərhəmətli davrandı. Belə ki, Andronikosun gözlərinə qaynar sirkə töküldü və yarı kor vəziyyətə gətirildi.
İstinadlar
- M.Tayyip Gökbilgin "Savcı Bey" , İslam Ansiklopedisi X. ve Erhan Afyoncu, Popüler Tarih, 2003
- Feridun Bey, Münşeattü's Selâtin, İstanbul, Hicri. 1274–1275 (Osmanlıca)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sahzade Savci Bey 1362 Bursa 1385 Bursa 3 Osmanli padsahi I Muradin Fuldane Xatundan dogulan en kicik sahzadesidir Sahzade Savci beyturk Savci BeySexsi melumatlarDogum tarixi 1362Dogum yeri Bursa Osmanli imperiyasiVefat tarixi 1385Vefat yeri Bursa Osmanli imperiyasiAtasi I MuradAnasi Fuldane XatunAilesi Osmanli xanedaniHeyatiOsmanli enenelerine uygun olaraq Bursada hakim teyin edilmisdir Savci beyin delisov tebieti ve etrafinin tesirine meruz qalmasi atasinin gozunden qacmadi ve I Murad boyuk oglu Sahzade Beyazide qardaslari haqqinda melumat toplamagi tapsirdi Sahzade Beyazid verdiyi melumatda ortancil qardasi Sahzade Yaqubun cox sessiz ve sakit oldugunu kicik qardasi Sahzade Savci beyin ise cox cilgin ve delisov oldugunu qeyd edirdi Savci bey usyaniI Murad 1373 cu ilde Bizans imperatoru VII Iohann Paleoloqla birlikde Candarogullari beyliyi uzerine sefere cixdi Imperatorun boyuk oglu Andronikos kicik qardasi Manuelle taxt mubarizesine baslamis atasinin Konstantinopolda olmamasindan istifade ederek ozunu imperator elan etmisdir Bu vaxt Edirnede taxt vekili olan Savci bey de eyni anda usyana basladi Hele 14 yasinda olan Savci bey oz adina xutbe oxudaraq ozunu sultan elan etdi I Murad xeberi alan kimi boyuk bir qosunla geri dondu ve oglunun Bizans qosunlariyla birlesmis quvvelerini darmadagin etdi Savci bey derhal Dimetokaya qacdi ancaq burada ele kecirildi Paytaxta getirilen Savci beyin gozlerine mil cekildi ve daha sonra edam edildi Eyni aqibet imperatorun oglu Andronikos ucun de bas tutdu Ancaq tarixi menbelere gore imperator ogluna daha merhemetli davrandi Bele ki Andronikosun gozlerine qaynar sirke tokuldu ve yari kor veziyyete getirildi IstinadlarM Tayyip Gokbilgin Savci Bey Islam Ansiklopedisi X ve Erhan Afyoncu Populer Tarih 2003 Feridun Bey Munseattu s Selatin Istanbul Hicri 1274 1275 Osmanlica