Mikena sivilizasiyasının tənəzzülü Yunanıstan üçün böyük fəlakət idi. Bu hadisə tarixçilərin “qaranlıq əsrlər” adlandırdığı dövrü başlatmışdı. Qaranlıq əsrlər e.ə. 1150-ci ildən 800-cü ilə qədər davam etmişdi. Mədəniyyət bəsitləşmiş, yazılı qeydlər məhv olmuş, yalnız bəziləri təsadüfən qorunub saxlanmışdı. Bu dövrün sonlarına doğru ornamentli saxsı qablar və metal əşyalar Egey dənizi adalarında peyda olmağa başlamışdı. Lakin ümumilikdə Qaranlıq əsirlər sanki uzun bir gecə idi. Dövrün sonlarında yazı sisteminin inkişafı istisna olmaqla, intellektual nailiyyətlər kəndəbəkənd dolaşan səyyar müğənnilərin oxuduğu balladalar və kiçik dastanlarla məhdudlaşmışdı. E.ə. 8-ci əsrdə bir neçə şair bu materialların çox hissəsini böyük şeir külliyatına qatmışdı. Lakin külliyata daxil olan şeirlərin hamısı günümüzə qədər gəlib çatmamışdı, yalnız ən əhəmiyyətli iki dastan, İliada və Odisseya Qaranlıq əsrlərin adət-ənənəsi haqqında bizə zəngin informasiya verir.
Dövlət və siyasi quruluş
Qaranlıq əsrlərin siyasi quruluşu çox primitiv idi. Hər bir kiçik kənd icması daxili idarədə müstəqil idi, siyasi hakimiyyət o qədər zəif idi ki, dövlətin mövcud olduğunu demək çətindir. “Basileus” yaxud hökmdar tayfa başçısının xüsusiyyətlərini daşıyırdı. O, qanun hazırlaya və qəbul edə bilmir, ədalət tətbiq etməkdə çətinlik çəkirdi. O, vergi toplamır və digər vətəndaşlar kimi kənd təsərrüfatı ilə özü məşğul olurdu. Hərbi və dini başçı olmaq onun yeganə vəzifəsi idi. O, müharibə vaxtı orduya başçılıq edir və tanrıları məmnun etmək üçün qurbanlar verirdi. Hər bir kiçik icmanın zadəganlar şurası və döyüşçülər yığıncağı var idi, lakin bu orqanların heç biri dövlət orqanı statusuna malik deyildi. Adət-ənənələr qanunları əvəz edirdi və ədalətin tətbiqi şəxsi idi. Qəsdən törədilmiş qətl yalnız qurbanın ailəsi tərəfindən cəzalandırılırdı. Lakin bəzən münaqişələri başçı həll etməli olurdu, hətta belə hallarda da o, hakim deyil, münsif rolunu oynayırdı. Bu dövrdə yunanların siyasət anlayışı çox zəif inkişaf etmişdi, onlarda sosial strukturu qorumaq üçün zəruri hesab edilən dövlət anlayışı yox idi. İtakanın hökmdarı Odissey iyirmi il olmadığı müddətdə onu heç kim əvəz etməmiş, heç bir yığıncaq sessiyası keçirilməmişdi.
Dövlət anlayışı uzun müddət ciddi əhəmiyyət kəsb etməmişdi. Sosial və iqtisadi həyatın strukturu sadə idi. Dastanlarda təsvir edilmiş cəmiyyətin ümumi mənzərəsi aristokratikdir, lakin siniflərin möhkəm stratifikasiyası mövcud olmamışdı. Əl əməyinə yuxarıdan aşağı baxılmırdı, avara zəngin yox idi. Zadəganların torpaqlarında işləyən və onlara sədaqətli döyüşçülər kimi xidmət edən asılı işçilər var idi. Qullar, əsasən, qadınlar idi, onlar qulluqçu, yun əyirən və məşuqə kimi xidmət edirdilər. Bir çoxu müharibə əsiri idi, lakin onlarla pis rəftar edilmirdi. Əkinçilik və maldarlıq azad insanların əsas məşğuliyyəti idi. Furqon istehsalı, qılıncqayırma, zərgərlik və dulusçuluq kimi bəzi ixtisaslaşmış sənət sahələri istisna olmaqla əmək bölgüsü mövcud deyildi. Hər bir ailə öz əmək alətlərini özü istehsal edir, parçaları özü toxuyur və ərzağı özü becərirdi. Bu dövrdə yunanlar ticarətlə məşğul olan xalqlardan uzaq olduqlarına görə onların dilində “tacir” sözü yox idi, ticarət sadəcə mübadilə üsulu idi.
Din
Qaranlıq əsrlərdə yunanların dini aşağıdakı məqsədlərdən ibarət sistem idi; (1) qeyri-adi möcüzələri rədd etməklə fiziki dünyanı izah etmək və insanlara dünya ilə yaxın əlaqə duyğusunu aşılamaq; (2) insan təbiətini ələ keçirən qızğın ehtirasları izah etmək; (3) var-dövlət, uzun həyat, sənatkarlıq qabiliyyəti və bol məhsul kimi maddi nemətlərdən faydalanmaq. Yunanlar dinin onları günahdan qoruyacağını, yaxud onlara mənəvi rahatlıq bəxş edəcəyini gözləmirdilər. Onlar dindarlığı nə əxlaq, nə də ki, sədaqət məsələsi hesab edirdilər. Onların dinində heç bir öhdəlik, qanunlar sistemi yaxud dini ayin yox idi. Hər kəs istədiyinə inanmaqda və həyatını özünün seçdiyi kimi, ilahi qəzəb qorxusu olmadan yaşamaqda azad idi.
Erkən yunanların dinində tanrılar sadəcə böyük qüdrətə malik insanlar idilər. Buna görə də yunanlar hökmranlıq etdikləri dünyada özlərini rahat hiss edirdilər. Bundan fərqli olaraq, əksər şərq dinlərindəki qüdrətli tanrılar təhlükəsizlik hissi əvəzinə qorxu təlqin edirdilər. Yunanlar qüdrətli tanrılar deyil, bərabər şərtlərlə sövdələşə biləcəkləri ilahi varlıqlar istəyirdilər. Nəticə etibarı ilə, tanrılar insan xüsusiyyətləri ilə - insan bədəni, insanın zəiflikləri və istəkləri - təsvir edilirdi. Erkən yunanlar tanrıları bir-birilə mübahisə edən vəziyyətdə təsvir edirdilər, onlar hesab edirdilər ki, tanrılar ölümlü insanlar arasında sərbəst dolaşır və hətta bəzən ölümlü qadınlardan uşaq sahibi olurdular. Tanrılar insanlardan yalnız ölümsüz olmaları fərqlənirdilər. Onlar səmada, yaxud ulduzlarda deyil, Yunanıstanın şimalındakı Olimp dağının zirvəsində yaşayırdılar.
Onlar politeist idilər, bir tanrı digərindən üstün tutulmurdu. Hətta səma tanrısı və ildırımın sahibi, tanrıların və insanların atası adlandırılan Zevsə dəniz tanrısı Poseydon, sevgi ilahəsi Afrodita, müdriklik və müharibə ilahəsi və sənatkarların himayəçisi Afinadan daha az diqqət yetirilirdi. Şər məsələsinə gəldikdə isə, bütün tanrılar həm xeyir, həm də ki, şər əməllər törətməyə qadir idilər. Qaranlıq əsrlərdə yunanlar ölümdən sonrakı həyat ilə maraqlanmırdılar. Lakin onlar hesab edirdilər ki, kölgələr yaxud ruhlar bədənlər öldükdən sonra bir müddət yaşayırlar. Bir neçə nəfər istisna olmaqla, hər kəs eyni yerə - Aidin yerin altında yerləşən qaranlıq padışahlığına gedirdi. Bu yer nə cənnət idi, nə də ki, cəhənnəm; heç kim yaxşı əməllərə görə mükafatlandırılmır və heç kim günahlara görə cəzalandırılmırdı. Bütün kölgələr yer üzərində yaşadığı həyatın eynisini yaşamağa davam edirdi. Homerin poemalarında digər iki padışahlığın adı çəkilir – Eliziya (yunan mifologiyasında cənnət) və Tartarın padışahlığı. Bunlar, ilk baxışda, ölümdən sonra mükafatlandırma və cəzanın olmaması ideyasına ziddir. Lakin Eliziyada rahatlıq və sərbəstlikdən zövq alan insanlar bu cür mükafata layiq olmaq üçün heç nə etməmişdilər, onlar sadəcə tanrıların mükafatlandırmaq üçün seçdiyi insanlar idilər. Əslində, Tartarın padışahlığı ölülərin məkanı deyil, üsyan etmiş tanrıların həbs edildiyi yer idi.
Erkən yunanlarda tanrılara ibadət, əsasən, qurban verməkdən ibarət idi. Lakin qurbanlar günahın əvəzi olaraq deyil, tanrıları məmnun etmək və onları insanları mükafatlandırmağa inandırmaq üçün verilirdi. Başqa sözlə, dini ayinlər zahiri və mexaniki idi. Bu işdə hörmət, itaət və qəlbin paklığı önəmli deyildi. edən şəxs sadəcə qurban kəsir və ən yaxşı mükafata ümid edirdi. Bu cür din üçün mürəkkəb qanunlar tələb olunmurdu. Hətta profisional kahinliyə də ehtiyac yox idi. Möcüzələr və dini ayinlər olmadığına görə hər kəs sadə rituallar hayata keçirə bilərdi. Yunan məbədi kilsə yaxud dini yığıncaq məkanı deyildi və onun içində heç bir mərasim keçirilmirdi. O, sadəcə tanrıların bəzən ziyarət etdiyi və müvəqqəti ev kimi istifadə etdiyi yer idi.
Mənəvi dəyərlər
Qaranlıq əsrlərdə yunanların əxlaq anlayışının din ilə çox zəif əlaqəsi vardı. Doğrudur, tanrılar, əsasən, həqiqəti müdafiə edirdilər, lakin onlar şərlə mübarizə aparmağı və xeyirin qələbə çalmasını öz vəzifələri hesab etmirdilər. İnsanları mükafatlandırarkən mənəvi keyfiyyətləri nəzərə almaqdan daha çox öz şıltaqlıqları ilə hərəkə edir və verilən qurbanlara görə təşəkkür edirdilər. Onların cəzalandırdıqları yeganə cinayət yalançı şahidlik idi. Dastanlarda təriflənən, demək olar ki, bütün məziyyətlər insanı daha yaxşı əsgərə çevirən keyfiyyətlər idi – cəsarət, özünü-idarə bacarığı, vətənpərvərlik, müdriklik (hiyləgərlik mənasında), dosta sevgi və düşmənə nifrət. Günah anlayışı (xristianlıqda insanın törətdiyi yanlış əməllərə görə peşmançılıq çəkməli və tövbə etməli olduğu hiss) yox idi.
Qaranlıq dövrün sonlarında yunanlar növbəti əsrlərdə davam etdirdikləri sosial ideallar yolunu artıq başlatmışdılar. Onlar optimist idilər, düşünürdülər ki, həyatın öz xatirinə yaşamağa dəyər və ölümü azadlıq hesab etmirdilər. Onlar “mən” üçün mübarizə aparan eqotist idilər. Belə ki onlar özünü cəzalandırmanı və təkzibin bütün formalarını rədd edirdilər. Onlar itaətkarlığı və yamanlığa yaxşılığı məziyyət hesab etmirdilər. Nəhayət, onlar fövqəltəbii və aliyə deyil, məhdud və təbiiyə ibadət edən humanist idilər. Buna görə onlar qorxuducu keyfiyyətlərə malik tanrılara sitayiş etməyi, yaxud əxlaqsız və günahkar insan anlayışını yaratmağı rədd edirdilər.
Həmçinin bax
Mənbə
Western Civilizations, Robert E. Lerner, Standish Meacham, Edward McNall Burns
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mikena sivilizasiyasinin tenezzulu Yunanistan ucun boyuk felaket idi Bu hadise tarixcilerin qaranliq esrler adlandirdigi dovru baslatmisdi Qaranliq esrler e e 1150 ci ilden 800 cu ile qeder davam etmisdi Medeniyyet besitlesmis yazili qeydler mehv olmus yalniz bezileri tesadufen qorunub saxlanmisdi Bu dovrun sonlarina dogru ornamentli saxsi qablar ve metal esyalar Egey denizi adalarinda peyda olmaga baslamisdi Lakin umumilikde Qaranliq esirler sanki uzun bir gece idi Dovrun sonlarinda yazi sisteminin inkisafi istisna olmaqla intellektual nailiyyetler kendebekend dolasan seyyar mugennilerin oxudugu balladalar ve kicik dastanlarla mehdudlasmisdi E e 8 ci esrde bir nece sair bu materiallarin cox hissesini boyuk seir kulliyatina qatmisdi Lakin kulliyata daxil olan seirlerin hamisi gunumuze qeder gelib catmamisdi yalniz en ehemiyyetli iki dastan Iliada ve Odisseya Qaranliq esrlerin adet enenesi haqqinda bize zengin informasiya verir Dovlet ve siyasi qurulusQaranliq esrlerin siyasi qurulusu cox primitiv idi Her bir kicik kend icmasi daxili idarede musteqil idi siyasi hakimiyyet o qeder zeif idi ki dovletin movcud oldugunu demek cetindir Basileus yaxud hokmdar tayfa bascisinin xususiyyetlerini dasiyirdi O qanun hazirlaya ve qebul ede bilmir edalet tetbiq etmekde cetinlik cekirdi O vergi toplamir ve diger vetendaslar kimi kend teserrufati ile ozu mesgul olurdu Herbi ve dini basci olmaq onun yegane vezifesi idi O muharibe vaxti orduya basciliq edir ve tanrilari memnun etmek ucun qurbanlar verirdi Her bir kicik icmanin zadeganlar surasi ve doyusculer yigincagi var idi lakin bu orqanlarin hec biri dovlet orqani statusuna malik deyildi Adet eneneler qanunlari evez edirdi ve edaletin tetbiqi sexsi idi Qesden toredilmis qetl yalniz qurbanin ailesi terefinden cezalandirilirdi Lakin bezen munaqiseleri basci hell etmeli olurdu hetta bele hallarda da o hakim deyil munsif rolunu oynayirdi Bu dovrde yunanlarin siyaset anlayisi cox zeif inkisaf etmisdi onlarda sosial strukturu qorumaq ucun zeruri hesab edilen dovlet anlayisi yox idi Itakanin hokmdari Odissey iyirmi il olmadigi muddetde onu hec kim evez etmemis hec bir yigincaq sessiyasi kecirilmemisdi Dovlet anlayisi uzun muddet ciddi ehemiyyet kesb etmemisdi Sosial ve iqtisadi heyatin strukturu sade idi Dastanlarda tesvir edilmis cemiyyetin umumi menzeresi aristokratikdir lakin siniflerin mohkem stratifikasiyasi movcud olmamisdi El emeyine yuxaridan asagi baxilmirdi avara zengin yox idi Zadeganlarin torpaqlarinda isleyen ve onlara sedaqetli doyusculer kimi xidmet eden asili isciler var idi Qullar esasen qadinlar idi onlar qulluqcu yun eyiren ve mesuqe kimi xidmet edirdiler Bir coxu muharibe esiri idi lakin onlarla pis reftar edilmirdi Ekincilik ve maldarliq azad insanlarin esas mesguliyyeti idi Furqon istehsali qilincqayirma zergerlik ve dulusculuq kimi bezi ixtisaslasmis senet saheleri istisna olmaqla emek bolgusu movcud deyildi Her bir aile oz emek aletlerini ozu istehsal edir parcalari ozu toxuyur ve erzagi ozu becerirdi Bu dovrde yunanlar ticaretle mesgul olan xalqlardan uzaq olduqlarina gore onlarin dilinde tacir sozu yox idi ticaret sadece mubadile usulu idi DinQaranliq esrlerde yunanlarin dini asagidaki meqsedlerden ibaret sistem idi 1 qeyri adi mocuzeleri redd etmekle fiziki dunyani izah etmek ve insanlara dunya ile yaxin elaqe duygusunu asilamaq 2 insan tebietini ele keciren qizgin ehtiraslari izah etmek 3 var dovlet uzun heyat senatkarliq qabiliyyeti ve bol mehsul kimi maddi nemetlerden faydalanmaq Yunanlar dinin onlari gunahdan qoruyacagini yaxud onlara menevi rahatliq bexs edeceyini gozlemirdiler Onlar dindarligi ne exlaq ne de ki sedaqet meselesi hesab edirdiler Onlarin dininde hec bir ohdelik qanunlar sistemi yaxud dini ayin yox idi Her kes istediyine inanmaqda ve heyatini ozunun secdiyi kimi ilahi qezeb qorxusu olmadan yasamaqda azad idi Erken yunanlarin dininde tanrilar sadece boyuk qudrete malik insanlar idiler Buna gore de yunanlar hokmranliq etdikleri dunyada ozlerini rahat hiss edirdiler Bundan ferqli olaraq ekser serq dinlerindeki qudretli tanrilar tehlukesizlik hissi evezine qorxu telqin edirdiler Yunanlar qudretli tanrilar deyil beraber sertlerle sovdelese bilecekleri ilahi varliqlar isteyirdiler Netice etibari ile tanrilar insan xususiyyetleri ile insan bedeni insanin zeiflikleri ve istekleri tesvir edilirdi Erken yunanlar tanrilari bir birile mubahise eden veziyyetde tesvir edirdiler onlar hesab edirdiler ki tanrilar olumlu insanlar arasinda serbest dolasir ve hetta bezen olumlu qadinlardan usaq sahibi olurdular Tanrilar insanlardan yalniz olumsuz olmalari ferqlenirdiler Onlar semada yaxud ulduzlarda deyil Yunanistanin simalindaki Olimp daginin zirvesinde yasayirdilar Onlar politeist idiler bir tanri digerinden ustun tutulmurdu Hetta sema tanrisi ve ildirimin sahibi tanrilarin ve insanlarin atasi adlandirilan Zevse deniz tanrisi Poseydon sevgi ilahesi Afrodita mudriklik ve muharibe ilahesi ve senatkarlarin himayecisi Afinadan daha az diqqet yetirilirdi Ser meselesine geldikde ise butun tanrilar hem xeyir hem de ki ser emeller toretmeye qadir idiler Qaranliq esrlerde yunanlar olumden sonraki heyat ile maraqlanmirdilar Lakin onlar hesab edirdiler ki kolgeler yaxud ruhlar bedenler oldukden sonra bir muddet yasayirlar Bir nece nefer istisna olmaqla her kes eyni yere Aidin yerin altinda yerlesen qaranliq padisahligina gedirdi Bu yer ne cennet idi ne de ki cehennem hec kim yaxsi emellere gore mukafatlandirilmir ve hec kim gunahlara gore cezalandirilmirdi Butun kolgeler yer uzerinde yasadigi heyatin eynisini yasamaga davam edirdi Homerin poemalarinda diger iki padisahligin adi cekilir Eliziya yunan mifologiyasinda cennet ve Tartarin padisahligi Bunlar ilk baxisda olumden sonra mukafatlandirma ve cezanin olmamasi ideyasina ziddir Lakin Eliziyada rahatliq ve serbestlikden zovq alan insanlar bu cur mukafata layiq olmaq ucun hec ne etmemisdiler onlar sadece tanrilarin mukafatlandirmaq ucun secdiyi insanlar idiler Eslinde Tartarin padisahligi olulerin mekani deyil usyan etmis tanrilarin hebs edildiyi yer idi Erken yunanlarda tanrilara ibadet esasen qurban vermekden ibaret idi Lakin qurbanlar gunahin evezi olaraq deyil tanrilari memnun etmek ve onlari insanlari mukafatlandirmaga inandirmaq ucun verilirdi Basqa sozle dini ayinler zahiri ve mexaniki idi Bu isde hormet itaet ve qelbin pakligi onemli deyildi eden sexs sadece qurban kesir ve en yaxsi mukafata umid edirdi Bu cur din ucun murekkeb qanunlar teleb olunmurdu Hetta profisional kahinliye de ehtiyac yox idi Mocuzeler ve dini ayinler olmadigina gore her kes sade rituallar hayata kecire bilerdi Yunan mebedi kilse yaxud dini yigincaq mekani deyildi ve onun icinde hec bir merasim kecirilmirdi O sadece tanrilarin bezen ziyaret etdiyi ve muveqqeti ev kimi istifade etdiyi yer idi Menevi deyerlerQaranliq esrlerde yunanlarin exlaq anlayisinin din ile cox zeif elaqesi vardi Dogrudur tanrilar esasen heqiqeti mudafie edirdiler lakin onlar serle mubarize aparmagi ve xeyirin qelebe calmasini oz vezifeleri hesab etmirdiler Insanlari mukafatlandirarken menevi keyfiyyetleri nezere almaqdan daha cox oz siltaqliqlari ile hereke edir ve verilen qurbanlara gore tesekkur edirdiler Onlarin cezalandirdiqlari yegane cinayet yalanci sahidlik idi Dastanlarda teriflenen demek olar ki butun meziyyetler insani daha yaxsi esgere ceviren keyfiyyetler idi cesaret ozunu idare bacarigi vetenperverlik mudriklik hiylegerlik menasinda dosta sevgi ve dusmene nifret Gunah anlayisi xristianliqda insanin toretdiyi yanlis emellere gore pesmanciliq cekmeli ve tovbe etmeli oldugu hiss yox idi Qaranliq dovrun sonlarinda yunanlar novbeti esrlerde davam etdirdikleri sosial ideallar yolunu artiq baslatmisdilar Onlar optimist idiler dusunurduler ki heyatin oz xatirine yasamaga deyer ve olumu azadliq hesab etmirdiler Onlar men ucun mubarize aparan eqotist idiler Bele ki onlar ozunu cezalandirmani ve tekzibin butun formalarini redd edirdiler Onlar itaetkarligi ve yamanliga yaxsiligi meziyyet hesab etmirdiler Nehayet onlar fovqeltebii ve aliye deyil mehdud ve tebiiye ibadet eden humanist idiler Buna gore onlar qorxuducu keyfiyyetlere malik tanrilara sitayis etmeyi yaxud exlaqsiz ve gunahkar insan anlayisini yaratmagi redd edirdiler Hemcinin baxSparta DorilerMenbeWestern Civilizations Robert E Lerner Standish Meacham Edward McNall Burns