Anlayış — predmet və hadisələrin ümumi, mühüm əlamətlərini əks etdirən fikirdir, təfəkkür formasıdır. O, real gerçəkliyin dərkində əsas rol oynayır.
Obyektiv gerçəkliyin özündə anlayış yoxdur, bunlar insan şüurunda meydana gəlir və gerçəklikliyin predmetlərini, hadisə, proseslərini əvəz edir, insan təbii ünsiyyət dilinin və formallaşmış dillərin köməkliyi ilə əldə olunmuş bilikləri sistemləşdirir, nəsildən-nəslə keçirir, inkişaf etdirir.
Məntiq tarixində anlayışlara münasibətdə iki cür ifratçılığa yol verilmişdir. Bir çox məntiqçilər anlayışları gerçəklikdən təcrid edərək ona qarşı qoyurdular, gerçəkliklə anlayışların üzvi əlaqəsini izah edə bilmirdilər. Digər qrup alimlər isə anlayışlarla gerçəkliyi eyniləşdirirdilər, anlayışlarların dərin keyfiyyət fərqini, onun spesifikliyini anlamırdılar.
Anlayışların meydana gəlməsi
Bu proses insan təfəkkürünün təşəkkül tapmasının və inkişafının obyektiv qanunauyğunluğudur. Təfəkkürümüzdə anlayışların meydana gəlməsi və mövcudluğunun obyektiv əsasını bizi əhatə edən gerçəkliyin predmetli xarakter kəsb etməsidir, başqa cür desək, gerçəklikdə keyfiyyət müəyyənliyinə malik olan ayrı-ayrı predmet və hadisələrin olmasıdır. Məsələn, bitki, canlı, Yer, Günəş, planetlər, kosmik səma, çaylar, dağlar və i. a. Əgər belə predmetlər olmasaydı, ona uyğun anlayışlar da yaranmazdı. Bizi əhatə edən gerçəklikdəki predmet və hadisələr rəngarəngdir,bir-biri ilə oxşar və fərqli cəhətləri vardır.
Anlayışların genezisi haqqındakı bilik bizə onların həqiqi təbiətini aşkarlamağa imkan verir. Anlayış — elə təfəkkür formasıdır ki,onun vasitəsiylə predmet və hadisələrin ümumi, mühüm əlamətləri beynimizdə əks olunur.
Anlayışın səciyyəsi əlamətlərdən başlamalıdır. Cismin əlaməti onun digər cisimlərlə oxşaq və fərqli cəhətləridir. Əlamətlər özü də ümumi, fərqləndirici, mühüm, qeyri-mühüm, zəruri, təsadüfi və s. yerlərə bölünür. Bundan başqa anlayışların yaranması prosesi də bəzi əməliyyatların əsasında gedir: müqaisə, analiz, sintez, mücərrədləşdirmə, ümumiləşdirmə.
Ədəbiyyat
- M.M.İsrafilov Məntiq kursu (dərslik). Bakı-2001
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qavram bura istiqametlendirir Qavrayis ve termin ile sehv salmayin Anlayis predmet ve hadiselerin umumi muhum elametlerini eks etdiren fikirdir tefekkur formasidir O real gercekliyin derkinde esas rol oynayir Obyektiv gercekliyin ozunde anlayis yoxdur bunlar insan suurunda meydana gelir ve gerceklikliyin predmetlerini hadise proseslerini evez edir insan tebii unsiyyet dilinin ve formallasmis dillerin komekliyi ile elde olunmus bilikleri sistemlesdirir nesilden nesle kecirir inkisaf etdirir Mentiq tarixinde anlayislara munasibetde iki cur ifratciliga yol verilmisdir Bir cox mentiqciler anlayislari gerceklikden tecrid ederek ona qarsi qoyurdular gerceklikle anlayislarin uzvi elaqesini izah ede bilmirdiler Diger qrup alimler ise anlayislarla gercekliyi eynilesdirirdiler anlayislarlarin derin keyfiyyet ferqini onun spesifikliyini anlamirdilar Anlayislarin meydana gelmesiBu proses insan tefekkurunun tesekkul tapmasinin ve inkisafinin obyektiv qanunauygunlugudur Tefekkurumuzde anlayislarin meydana gelmesi ve movcudlugunun obyektiv esasini bizi ehate eden gercekliyin predmetli xarakter kesb etmesidir basqa cur desek gerceklikde keyfiyyet mueyyenliyine malik olan ayri ayri predmet ve hadiselerin olmasidir Meselen bitki canli Yer Gunes planetler kosmik sema caylar daglar ve i a Eger bele predmetler olmasaydi ona uygun anlayislar da yaranmazdi Bizi ehate eden gerceklikdeki predmet ve hadiseler rengarengdir bir biri ile oxsar ve ferqli cehetleri vardir Anlayislarin genezisi haqqindaki bilik bize onlarin heqiqi tebietini askarlamaga imkan verir Anlayis ele tefekkur formasidir ki onun vasitesiyle predmet ve hadiselerin umumi muhum elametleri beynimizde eks olunur Anlayisin seciyyesi elametlerden baslamalidir Cismin elameti onun diger cisimlerle oxsaq ve ferqli cehetleridir Elametler ozu de umumi ferqlendirici muhum qeyri muhum zeruri tesadufi ve s yerlere bolunur Bundan basqa anlayislarin yaranmasi prosesi de bezi emeliyyatlarin esasinda gedir muqaise analiz sintez mucerredlesdirme umumilesdirme EdebiyyatM M Israfilov Mentiq kursu derslik Baki 2001