Əxlaq (ər. — xasiyyət, təbiət sözünün cəmi) — İnsanın mənəvi keyfiyyətini, əhvali-ruhiyyəsini müəyyən edən etik normalar; mənəviyyat. İctimai şura formalarından biri; ictimai həyatın bütün sahələrində (məişət, ailə, əmək prosesi, elm və siyasət) insanların davranışını tənzim edən sosial institut. Əxlaq insanların öz davranışlarında rəhbər tutduqları prinsip, norma və qaydaların məcmusu, onların həyatda bir-birinə, ailəyə, işlədiyi kollektivə, millətə, bütövlükdə cəmiyyətə olan münasibətinin ifadəsidir.
Ümumi məlumat
Əxlaqın strukturu insanın şüur fəaliyyətinin bir-birinə əks qütblərini ifadə edən xeyir və şərin ziddiyyətinə əsaslanır: onun bilərəkdən can atdığı xeyir, bilərəkdən uzaq durduğu isə şərdir. İnsan hərəkətlərini idarə edən müxtəlif məqsədlər arasında bütün digər məqsədləri müəyyənləşdirən və ali xeyir kimi çıxış edən ən ümumi və mühüm bir məqsəd fərqləndirilir. Davranışın şüurlu olaraq ali xeyirə tərəf istiqamətlənməsi ona xeyir qütbünü aşılayır və insanın mənəvi enerjisini müəyyənləşdirir. Bütün insanlar xeyirə can atırlar, lakin onu müxtəlif cür başa düşürlər. Bu zaman eyni predmetə müxtəlif baxışların qarşılaşdırılması, mənəvi prioritetlərin həqiqilikləri baxımından nəzərdən keçirilməsi problemi yaranır.
Hələ qədim filosoflar ali xeyir haqqında konkret təsəvvürlərin müxtəlifliyini üç əsas variantla ifadə etmişlər: həzzə canatma, vətəndaş fəallığı vasitəsilə özünütəsdiq və əbədiliyə qovuşma (bunları sonrakı dövrlərin ifadələri ilə insanın özü üçün, cəmiyyət üçün və Allah üçün yaşaması kimi mənalandırmaq mümkündür). Necə başa düşülməsindən asılı olmayaraq, xeyirə canatma qismində mənəvi canatma insan üçün özdəyərlilik mənası daşıyır, onun şəxsi məhrəm başlanğıcının və daxili ləyaqətinin ifadəsi kimi çıxış edir. Şüurlu iradi səylərin əsas dəyər özəyi kimi xeyirin və şərin əksliyi insanın bilavasitə davranış məhdudluğunu onun ideal vəziyyəti ilə birləşdirir və mövcudluğunu vəzifə, tale, missiya səviyyəsinə qaldırır. Əxlaq insanın öz qərarlarını və hərəkətlərini necə görmək istəməsi, bütünlükdə onun iradəsindən asılı olacağı və ideal təsəvvürlərə uyğun gələ biləcəyi təqdirdə, o hərəkətlərin necə olması nöqteyi-nəzərindən irəli gələn baxışdan ibarətdir.
Əxlaqın fərdi-şəxsiliyi
Əxlaq fərdi və ümuminin vəhdətindən yaranır, həyat fəaliyyətinin məqsədli şəkildə reallaşdırılan fərdi mənasını ifadə edir və bununla yanaşı, ümumi əhəmiyyət daşıyan universal təbiətə malikdir. Müvafiq olaraq, o, fərdi-şəxsi və obyektivləşdirilmiş-şəxssiz formalara ayrılır.
Əxlaqın fərdi-şəxsi formalarını insanın xasiyyəti (xarakteri, daxili nizamı) anlayışında ümumiləşdirmək olar. Onlar aşağıdakılardan ibarətdir:
1) ümumi dəyər mənası (buna görə insanı mehriban, mülayim, təmkinli, ciddi, ədalətli, yaxud zalım, pozğun və s. adlandırırlar);
2) daxili qiymətləndirmə mexanizmləri (vicdan, həya, peşmanlıq, günah, yaxud vicdansızlıq, həyasızlıq, özündənrazılıq və s.);
3) həyat fəaliyyətinin konkret sahələrində ləyaqətli və ləyaqətsiz hərəkətlərin icrasına yönəlmiş və müvafiq olaraq, fərdi Əxlaqın yekun göstəricisi kimi xeyir və şər əməllər adını almış sabit davranış vərdişləri. Bunlar insanın fəaliyyəti prosesində formalaşan qazanılmış insani keyfiyyətlərdir və yalnız fəaliyyətdə olan şəxsiyyətə uyğunluğu ilə (onun bilərəkdən etdiyi seçiminin nəticəsi kimi) səciyyələndirilir. Müsbət keyfiyyətlərin əsrlərlə toplanmış siyahısı çox böyükdür və tam şəkildə ehtiva olunması mümkün deyil, çünki o hər bir kollektiv və fərdi təcrübədə inkişaf edən canlı prosesdir. Platonun təsvir etdiyi dörd əsas antik məziyyətə (mötədillik, cəsarətlilik, müdriklik və ədalətlilik) dünya dinləri ilə birlikdə dünya praktikasına daxil olmuş mərhəmətlilik, Yeni dövrdə isə demokratik həyat quruluşu ilə bağlı olan tolerantlıq əlavə edilmişdir.
Əxlaqın obyektivləşdirilmiş-şəxssiz formaları cəmiyyət əxlaqı anlayışında cəmlənir və aşağıdakılara bölünür:
a) adətlər — bu və ya digər cəmiyyətdə həyata keçirilən sabit kütləvi davranış formaları;
b) ictimai rəylə və hamının qəbul etdiyi davranış nümunələri (təqdir, yaxud məzəmmət olunan) ilə dəstəklənən qiymətləndirmə kanonları;
c) davranış meyarlarını yaradan normalar (universal prinsiplərdən etiket qaydalarına qədər). Çıxış nöqtəsi və bazis əsası kimi əxlaq normaları, aralarındakı istənilən fərqlərdən asılı olmayaraq, bütün insanlar üçün vacib, istisna tanımayan mütləq qanun statusuna iddia Onlar iradənin muxtariyyətinə əsaslanır, buna görə də obyektə və subyektə bölünmür: belə güman edilir ki, insanın danışıqsız tabe olduğu əxlaq normalarını o, öz-özü üçün irəli sürür, çünki özünü öz şüurlu və ictimai varlıq mahiyyətinə adekvat aparır.
Qeyd-şərtsizlik, universallıq və muxtarlıq Əxlaqın real səciyyələridir, onlar məhz bu şəkildə ictimai şüurda təmsil olunur və öz təsirliliyini üzə çıxarır. Onlar Musanın Dekaloqu (On qüsurlu hərəkət), İsa Məsihin dağdakı vəzi, Quran və Məhəmməd peyğəmbərin hədisləri, yeni Avropa insan hüquqları bəyannamələri kimi hamının qəbul etdiyi toplularda məhz bu cür məcəllələşdirilmişdir; ilk iki halda onlar Allahın əmrləri, üçüncüdə isə aşkar təbii həqiqətlər kimi ifadə olunmuşdur. Əxlaqın bu cür qeyd-şərtsiz və bir qayda olaraq, sakral şəkildə mədəniyyətə daxil edilməsinin özü o deməkdir ki, hansısa məziyyətinə görə mənəviyyat adından danışmaq və onun keşiyində durmaq imtiyazına malik insanlar olmadığı kimi, öz çatışmazlıqları və alçaqlıqları səbəbindən Əxlaqın onlar üzərinə qoyduğu vəzifələrdən kənarlaşdırılmış insanlar da yoxdur. İstisnasız olaraq bütün insanlar onların davranışlarına insani legitimlik verən ali instansiya kimi Əxlaqa eyni dərəcədə müraciət etmək hüququna malikdirlər. Əxlaqın ilkinliyi və mütləqliyi ictimai təcrübədə onun qeyri-məhdud sayda rəngarəng interpretasiyalarını və konkretləşdirmələrini nəzərdə tutur.
İctimai praktikada ayrı-ayrı fərdlərin və institutların öz Əxlaq anlayışlarını yeganə həqiqət kimi qələmə vermələri və bunun əsasında cəmiyyətdə mənəvi məhkəmə keçirmək hüququnu qəsb etmələri ilə əxlaqi qiymətləndirmədən və meyarlardan sui-istifadə hallarına çox rast gəlinmişdir. Öyüd-nəsihət verən fərd (məs., Tartüf) bədii ədəbiyyatın ən sevimli satirik tiplərindəndir.
Əxlaqın fərdi-şəxsi və obyektivləşdirilmişşəxssiz formaları onun iki müxtəlif tarixi konfiqurasiyası — aristokrat və bürger etosları üçün çıxış nöqtəsi olmuşdur.
Burada şəxsi formalar şübhəsiz üstünlüyə malikdir və bu üstünlük yalnız fərdi Əxlaqa deyil, həm də öz fəaliyyətini əsasən şəxsi iştirak zonalarında (gedişinə və nəticəsinə əvvəlcədən nəzarət edilməsi mümkün olmayan, buna görə də prosesə cəlb edilmiş insanların mənəvi keyfiyyətlərindən bilavasitə asılı olan hadisələrdə, insanlardan peşəkar bilik və vərdişlərdən başqa, aydın ifadə olunmuş şəxsi mövqe, qətiyyət, məsuliyyəti öz üzərinə götürə bilmək bacarığı tələb olunan zamanlarda) aşkarlayan ictimai Əxlaqa aiddir.
Müsbət keyfiyyətlər və normalar öz-özlüyündə davranışın əxlaqi keyfiyyətliliyinə zəmanət verə bilməz. Birincisi, insanın hərəkətində mənəvi motivlər bir çox digər motivlərlə qaynayıb-qarışır, əxlaq normaları adətlərlə, hüquqi müddəalarla, peşəkar və digər qaydalarla vəhdətdə üzə çıxır. Mənəvi motivlər predmetə əsaslanan motivlərə münasibətdə muxtar vəziyyətdə olub, yekun sanksiya kimi onları üstələyir, buna görə də elə situasiyalar olur ki, fərd üçün sərfəli olan hərəkət onun özü tərəfindən ləyaqətsiz sayılır. Eyni zamanda mənəvi motivlər müstəqillikdən məhrumdur, onların fəaliyyəti empirik təmayüllü digər motivlərdən asılıdır. İkincisi, əməlləri əxlaqi meyarlarla təsnif etməyə imkan verən mənəvi motivlər bu və ya digər fərdin düşdüyü konkret vəziyyətdə nəyi və necə edəcəyi haqqında heç nə demir. Əxlaq üçün dünyanı qavramanın əsas və spesifik üsulu olan əməldə onun məzmununu və həyata keçirilmə faktının özünü fərqləndirmək mühümdür. Əməlin məzmunu onun əsaslandırılmış və məqsədəuyğun olmasını müəyyənləşdirən biliklər (o cümlədən etik tövsiyələr və xəbərdarlıqlarla), vərdişlər, təcrübə və digər cəhətlərlə müəyyənləşən xüsusi məsuliyyətin predmetidir. Lakin əməlin həyata keçirilmə imkanından, şərtlərindən və üsullarından xəbər verən xüsusi məsuliyyətdən heç də belə nəticəyə gəlmək olmaz ki, həmin fərd o əməli həyata keçirməlidir. Bu, mənəvi məsuliyyətin predmetidir və əməli həyata keçirməyin yeganə əsası konkret şəxsin onu həyata keçirmək qərarıdır. Xüsusi məsuliyyətdən fərqli olaraq, mənəvi məsuliyyətin özünəməxsusluğu da bundadır. Əməli həyata keçirmək qərarı və konkret şəxsin ona görə bütün məsuliyyəti öz üzərinə götürməsi, o əməlin məzmunu ilə bağlı bütün mülahizələrdən muxtar vəziyyətdədir, lakin bu qərar qəbul edildikdən sonra həmin mülahizələr müəyyənləşdirici olur: mənəvi məsuliyyət birbaşa xüsusi məsuliyyətdən irəli gəlməsə də, öz davamını onda tapır (heç bir elm fərdə deyə bilməz ki, o, hansı əməli nə zaman törətməlidir ki, həmin əməl şübhəsiz əxlaqi olsun).
Beləliklə, hər zaman insanın və cəmiyyətin mənəvi yetkinliyinin qüsursuz meyarları sayıla biləcək xüsusi əməllər və fəaliyyət növləri mövcud deyil (çünki, hətta mərhəmət və yardım işləri də bəzi hallarda görüntü, riyakarlıq səciyyəsi daşıya bilir). Bu halda Əxlaq təkcə niyyətlər sferasına daxil olmur; xüsusi əxlaqi əməllər sinfinin yoxluğu o deməkdir ki, bütün əməllər şəxsiyyətə öz mənbəyi kimi əsaslanma dərəcəsinə görə mənəvi məsuliyyətlə yaşama sferası daxilindədir.
Fərdi və ictimai həyat təcrübəsi, eləcə də fəlsəfi-etik nəzəriyyə üçün ən çətin sual odur ki, şəxsiyyətin iştirakı ilə baş vermiş, lakin ondan asılı olmayan obyektiv səbəblərlə şərtlənmiş hərəkətlər üçün həmin şəxsiyyətin fərdi mənəvi məsuliyyəti nə qədər əsaslandırılmışdır? Bu məsuliyyətin ölçüsü necə olmalıdır? Fərdin öz şəxsi məsuliyyət daşıdığı və məzəmmət oluna biləcəyi obyektiv şərtlənmiş hərəkətini daxilən azad seçilmiş hərəkət kimi qavraması, belə bir sərt faktla əsaslandırılır ki, o, həmin hərəkəti etməyə də bilərdi. Məhz ləyaqətsiz hesab etdiyi hərəkəti etməmək iradəsi insanın öz hərəkətlərinə şəxsi, mənəvi anlaqlı münasibətinin ölçüsünü müəyyənləşdirir. Bu, Əxlaqın təsirini anlamaq üçün mərkəzi məqamdır.
Əxlaqi tələblər əsasən qadağa formasında olur. Bu, daha çox normalara (səmavi dinlərdə qətl, oğurluq, zina, yalan şahidlik və s. əməllərə qoyulan qadağalar), həm də müsbət keyfiyyətlərə (çılğınlığın, acgözlüyün, şəhvətpərəstliyin qadağası kimi mötədillik; qorxaqlığın qadağası kimi cəsurluq; nadanlıq və mövhumatın qadağası kimi müdriklik; haqsızlığın qadağası kimi ədalət; zorakılığın qadağası kimi mərhəmət; insanlar arasında irqi, dini, siyasi və s. cəhətlərə görə ayrı-seçkiliyə qadağa kimi tolerantlıq) aiddir. Qadağalar bilavasitə insani mövcudiyyət sferası ilə onları əhatələyən vəhşilik sferası arasında sərhədi müəyyənləşdirir (heyvanlarla ümumi olan təbii ehtiyaclarımızı insan kimi ödəmək onları heyvanlar kimi ödəməmək deməkdir). Yalnız qadağalar bəşəriyyət miqyasında universal işlək mexanizm ola bilər, onların hamı üçün əhəmiyyətliliyinin zəmanəti isə insanların onları bu cür qəbul etmək bacarığıdır. Fərdlər öz empirik fərqlilikləri səbəbindən eyni hərəkətləri edə bilməzlər, lakin onlar etməmək haqqında ümumi razılığa gəldikləri eyni hərəkətləri etməyə bilərlər. Qadağalarda insanlar ağıllı varlıqlar kimi çıxış edirlər: şüurlu iradənin mövcudluğu onların fəaliyyət qabiliyyətliliyi üçün kifayətedici əsasdır. Bu mənada geniş tətbiq olunan qida qadağalarını əxlaqi tələblərə nümunə göstərmək mümkündür: Pifaqor ittifaqında paxlalı qidaları yeməmək öhdəliyi vardı; donuz əti qadağası müsəlman və yəhudi icmasının əsas qadağalarından biridir; vegeterianları ətli qidalardan imtina etmək birləşdirir və s.
Əxlaqi qadağaların və neqativ hərəkətlərin yayılmasında insanın mənəvi-ruhani başlanğıcı birbaşa onun fəaliyyət varlığı ilə üst-üstə düşür. İnsan günaha batma və nəfsə uyma vəziyyətində, onu qadağan olunmuşu həyata keçirməyə təhrik edən meyillərlə və şəraitlərlə ziddiyyətdə olduqda qadağalara riayət edir və neqativ hərəkətlər formasında özünü fəal təsdiqləməyə çalışır. Neqativ hərəkət ruhi cəhətdən gərgin aktdır. O, mübarizədə yaranır və qadağanın əxlaqi cəhətdən qətiliyini dərk etmək onun yeganə motividir. İnsan öldürmək qadağasını öldürmək tələbatı, istəyi və imkanı olduğu təqdirdə düşməninə yardım əli uzatdığı, yaxud özündə intiqam hissini önlədiyi zamanlarda həyata keçirir. Əxlaq qadağalarda və qadağalar vasitəsilə insan varlığında dərin kök salır. Fərd təbii və sosial instinktlərin dağıdıcı stixiyasını məhdudlaşdırmaq, cismani istəklərini, hakimiyyət hərisliyini, varlanmaq şövqünü azaltmaq və ehtiraslarını şüurun səsinə tabe etməklə özünü bir şəxsiyyət olaraq mükəmməlləşdirir.
Əxlaqi cəhətdən təsdiqlənmiş təcrübə özünün bütün formalarında qadağalarla çərçivələnmişdir (məs., ailə zina ilə, ədalət mühakiməsi yalan şahidliklə, Vətən təəssübü xəyanət qadağası ilə və s.). Bunlarla yanaşı, heç bir məhdudiyyəti olmayan, mütləq kimi düşünülən universal qadağalar da vardır. Belə qadağalardan iki ən mühümü zorakılığa və yalana qoyulan qadağadır. Onlar insana fiziki məcburiyyət (zorakılıq), yaxud aldatma yolu ilə digər insanın iradəsini özünə tabe etməyə qadağa qoymaqla, fərdlərin mənəvi cəhətdən yetkinləşmiş şəxsiyyətlər və fərdi məsuliyyətli davranış subyektləri qismində varlıqlarını hüdudlandırırlar.
İnsanın bədəni həzzə canatması, ağrıya və əzablara nifrət etməsi ilə özündə spesifik həyat memorandumu daşıdığı kimi, onun xeyirə istiqamətlənən və şərə qarşı duran şüurlu iradəsi də Əxlaqı spesifik insanlıq öhdəliyi kimi özündə ehtiva edir; memorandumun ilk iki maddəsi insanların öz aralarındakı bütün problemləri şüurlu şəkildə danışıqlar vasitəsilə həll etmək və bütün aidiyyətli tərəflərin razılığı ilə qərarlar almaq borcundan ibarət köklü qadağalardır.
Əxlaqi zəruriliklər yalnız qadağalarla məhdudlaşmasa da, məhz onlarda özünün qətiliyini və mütləqliyini aşkarlayır. Əxlaqa uyğun gəlməyən əməlləri istisna etməklə, qadağalar bütün digər əməllərə üstüörtülü mənəvi icazə verir. Bu icazə yaxın adamına sevgi, düzgünlük, ədalət, vicdan, mərhəmət və s. kimi pozitiv tələblərdə aşkar üzə çıxır. Sonuncular Əxlaqın müxtəlif aspektlərinin ifadəsidir, mahiyyətcə onunla eyni olub, fəaliyyətin ümumi dəyər əsasları kimi çıxış edir. Əxlaqi təlimatlar prinsipcə abstraktdır və ona görə də nisbidir: onlardan əməllərə birbaşa keçid yoxdur (onların qadağalardan fərqi də bundadır). Eyni təlimat birbirinə əks olan davranış xətləri üçün bəhanə ola bilər (məs., vətən sevgisi hərbçi üçün də, pasifist üçün də arqumentdir; valideynlik borcunu bəziləri uşaqları ciddi himayə etməkdə, digərləri onlara güzəştə getməkdə görürlər). Əxlaqa hərəkətlərin legitimlik mənbəyi kimi müraciət etmək ondan sui-istifadə forması ola, demaqoji məna daşıya bilər. Ümumi əxlaqi təlimatların məzmunca dolğunlaşdırılması haqqında məsələ konkret (bu və ya digər zamana, cəmiyyətə, fəaliyyət sahəsinə, iştirakçı şəxslərə və s. tətbiqdən asılı olaraq) həll edilir, kütləvi etik diskursun predmeti və daimi mənbəyi olur.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Exlaq er xasiyyet tebiet sozunun cemi Insanin menevi keyfiyyetini ehvali ruhiyyesini mueyyen eden etik normalar meneviyyat Ictimai sura formalarindan biri ictimai heyatin butun sahelerinde meiset aile emek prosesi elm ve siyaset insanlarin davranisini tenzim eden sosial institut Exlaq insanlarin oz davranislarinda rehber tutduqlari prinsip norma ve qaydalarin mecmusu onlarin heyatda bir birine aileye islediyi kollektive millete butovlukde cemiyyete olan munasibetinin ifadesidir Umumi melumatExlaqin strukturu insanin suur fealiyyetinin bir birine eks qutblerini ifade eden xeyir ve serin ziddiyyetine esaslanir onun bilerekden can atdigi xeyir bilerekden uzaq durdugu ise serdir Insan hereketlerini idare eden muxtelif meqsedler arasinda butun diger meqsedleri mueyyenlesdiren ve ali xeyir kimi cixis eden en umumi ve muhum bir meqsed ferqlendirilir Davranisin suurlu olaraq ali xeyire teref istiqametlenmesi ona xeyir qutbunu asilayir ve insanin menevi enerjisini mueyyenlesdirir Butun insanlar xeyire can atirlar lakin onu muxtelif cur basa dusurler Bu zaman eyni predmete muxtelif baxislarin qarsilasdirilmasi menevi prioritetlerin heqiqilikleri baximindan nezerden kecirilmesi problemi yaranir Hele qedim filosoflar ali xeyir haqqinda konkret tesevvurlerin muxtelifliyini uc esas variantla ifade etmisler hezze canatma vetendas fealligi vasitesile ozunutesdiq ve ebediliye qovusma bunlari sonraki dovrlerin ifadeleri ile insanin ozu ucun cemiyyet ucun ve Allah ucun yasamasi kimi menalandirmaq mumkundur Nece basa dusulmesinden asili olmayaraq xeyire canatma qisminde menevi canatma insan ucun ozdeyerlilik menasi dasiyir onun sexsi mehrem baslangicinin ve daxili leyaqetinin ifadesi kimi cixis edir Suurlu iradi seylerin esas deyer ozeyi kimi xeyirin ve serin eksliyi insanin bilavasite davranis mehdudlugunu onun ideal veziyyeti ile birlesdirir ve movcudlugunu vezife tale missiya seviyyesine qaldirir Exlaq insanin oz qerarlarini ve hereketlerini nece gormek istemesi butunlukde onun iradesinden asili olacagi ve ideal tesevvurlere uygun gele bileceyi teqdirde o hereketlerin nece olmasi noqteyi nezerinden ireli gelen baxisdan ibaretdir Exlaqin ferdi sexsiliyiExlaq ferdi ve umuminin vehdetinden yaranir heyat fealiyyetinin meqsedli sekilde reallasdirilan ferdi menasini ifade edir ve bununla yanasi umumi ehemiyyet dasiyan universal tebiete malikdir Muvafiq olaraq o ferdi sexsi ve obyektivlesdirilmis sexssiz formalara ayrilir Exlaqin ferdi sexsi formalarini insanin xasiyyeti xarakteri daxili nizami anlayisinda umumilesdirmek olar Onlar asagidakilardan ibaretdir 1 umumi deyer menasi buna gore insani mehriban mulayim temkinli ciddi edaletli yaxud zalim pozgun ve s adlandirirlar 2 daxili qiymetlendirme mexanizmleri vicdan heya pesmanliq gunah yaxud vicdansizliq heyasizliq ozundenraziliq ve s 3 heyat fealiyyetinin konkret sahelerinde leyaqetli ve leyaqetsiz hereketlerin icrasina yonelmis ve muvafiq olaraq ferdi Exlaqin yekun gostericisi kimi xeyir ve ser emeller adini almis sabit davranis verdisleri Bunlar insanin fealiyyeti prosesinde formalasan qazanilmis insani keyfiyyetlerdir ve yalniz fealiyyetde olan sexsiyyete uygunlugu ile onun bilerekden etdiyi seciminin neticesi kimi seciyyelendirilir Musbet keyfiyyetlerin esrlerle toplanmis siyahisi cox boyukdur ve tam sekilde ehtiva olunmasi mumkun deyil cunki o her bir kollektiv ve ferdi tecrubede inkisaf eden canli prosesdir Platonun tesvir etdiyi dord esas antik meziyyete motedillik cesaretlilik mudriklik ve edaletlilik dunya dinleri ile birlikde dunya praktikasina daxil olmus merhemetlilik Yeni dovrde ise demokratik heyat qurulusu ile bagli olan tolerantliq elave edilmisdir Exlaqin obyektivlesdirilmis sexssiz formalari cemiyyet exlaqi anlayisinda cemlenir ve asagidakilara bolunur a adetler bu ve ya diger cemiyyetde heyata kecirilen sabit kutlevi davranis formalari b ictimai reyle ve haminin qebul etdiyi davranis numuneleri teqdir yaxud mezemmet olunan ile desteklenen qiymetlendirme kanonlari c davranis meyarlarini yaradan normalar universal prinsiplerden etiket qaydalarina qeder Cixis noqtesi ve bazis esasi kimi exlaq normalari aralarindaki istenilen ferqlerden asili olmayaraq butun insanlar ucun vacib istisna tanimayan mutleq qanun statusuna iddia Onlar iradenin muxtariyyetine esaslanir buna gore de obyekte ve subyekte bolunmur bele guman edilir ki insanin danisiqsiz tabe oldugu exlaq normalarini o oz ozu ucun ireli surur cunki ozunu oz suurlu ve ictimai varliq mahiyyetine adekvat aparir Qeyd sertsizlik universalliq ve muxtarliq Exlaqin real seciyyeleridir onlar mehz bu sekilde ictimai suurda temsil olunur ve oz tesirliliyini uze cixarir Onlar Musanin Dekaloqu On qusurlu hereket Isa Mesihin dagdaki vezi Quran ve Mehemmed peygemberin hedisleri yeni Avropa insan huquqlari beyannameleri kimi haminin qebul etdiyi toplularda mehz bu cur mecellelesdirilmisdir ilk iki halda onlar Allahin emrleri ucuncude ise askar tebii heqiqetler kimi ifade olunmusdur Exlaqin bu cur qeyd sertsiz ve bir qayda olaraq sakral sekilde medeniyyete daxil edilmesinin ozu o demekdir ki hansisa meziyyetine gore meneviyyat adindan danismaq ve onun kesiyinde durmaq imtiyazina malik insanlar olmadigi kimi oz catismazliqlari ve alcaqliqlari sebebinden Exlaqin onlar uzerine qoydugu vezifelerden kenarlasdirilmis insanlar da yoxdur Istisnasiz olaraq butun insanlar onlarin davranislarina insani legitimlik veren ali instansiya kimi Exlaqa eyni derecede muraciet etmek huququna malikdirler Exlaqin ilkinliyi ve mutleqliyi ictimai tecrubede onun qeyri mehdud sayda rengareng interpretasiyalarini ve konkretlesdirmelerini nezerde tutur Ictimai praktikada ayri ayri ferdlerin ve institutlarin oz Exlaq anlayislarini yegane heqiqet kimi qeleme vermeleri ve bunun esasinda cemiyyetde menevi mehkeme kecirmek huququnu qesb etmeleri ile exlaqi qiymetlendirmeden ve meyarlardan sui istifade hallarina cox rast gelinmisdir Oyud nesihet veren ferd mes Tartuf bedii edebiyyatin en sevimli satirik tiplerindendir Exlaqin ferdi sexsi ve obyektivlesdirilmissexssiz formalari onun iki muxtelif tarixi konfiqurasiyasi aristokrat ve burger etoslari ucun cixis noqtesi olmusdur Burada sexsi formalar subhesiz ustunluye malikdir ve bu ustunluk yalniz ferdi Exlaqa deyil hem de oz fealiyyetini esasen sexsi istirak zonalarinda gedisine ve neticesine evvelceden nezaret edilmesi mumkun olmayan buna gore de prosese celb edilmis insanlarin menevi keyfiyyetlerinden bilavasite asili olan hadiselerde insanlardan pesekar bilik ve verdislerden basqa aydin ifade olunmus sexsi movqe qetiyyet mesuliyyeti oz uzerine goture bilmek bacarigi teleb olunan zamanlarda askarlayan ictimai Exlaqa aiddir Musbet keyfiyyetler ve normalar oz ozluyunde davranisin exlaqi keyfiyyetliliyine zemanet vere bilmez Birincisi insanin hereketinde menevi motivler bir cox diger motivlerle qaynayib qarisir exlaq normalari adetlerle huquqi muddealarla pesekar ve diger qaydalarla vehdetde uze cixir Menevi motivler predmete esaslanan motivlere munasibetde muxtar veziyyetde olub yekun sanksiya kimi onlari usteleyir buna gore de ele situasiyalar olur ki ferd ucun serfeli olan hereket onun ozu terefinden leyaqetsiz sayilir Eyni zamanda menevi motivler musteqillikden mehrumdur onlarin fealiyyeti empirik temayullu diger motivlerden asilidir Ikincisi emelleri exlaqi meyarlarla tesnif etmeye imkan veren menevi motivler bu ve ya diger ferdin dusduyu konkret veziyyetde neyi ve nece edeceyi haqqinda hec ne demir Exlaq ucun dunyani qavramanin esas ve spesifik usulu olan emelde onun mezmununu ve heyata kecirilme faktinin ozunu ferqlendirmek muhumdur Emelin mezmunu onun esaslandirilmis ve meqsedeuygun olmasini mueyyenlesdiren bilikler o cumleden etik tovsiyeler ve xeberdarliqlarla verdisler tecrube ve diger cehetlerle mueyyenlesen xususi mesuliyyetin predmetidir Lakin emelin heyata kecirilme imkanindan sertlerinden ve usullarindan xeber veren xususi mesuliyyetden hec de bele neticeye gelmek olmaz ki hemin ferd o emeli heyata kecirmelidir Bu menevi mesuliyyetin predmetidir ve emeli heyata kecirmeyin yegane esasi konkret sexsin onu heyata kecirmek qeraridir Xususi mesuliyyetden ferqli olaraq menevi mesuliyyetin ozunemexsuslugu da bundadir Emeli heyata kecirmek qerari ve konkret sexsin ona gore butun mesuliyyeti oz uzerine goturmesi o emelin mezmunu ile bagli butun mulahizelerden muxtar veziyyetdedir lakin bu qerar qebul edildikden sonra hemin mulahizeler mueyyenlesdirici olur menevi mesuliyyet birbasa xususi mesuliyyetden ireli gelmese de oz davamini onda tapir hec bir elm ferde deye bilmez ki o hansi emeli ne zaman toretmelidir ki hemin emel subhesiz exlaqi olsun Belelikle her zaman insanin ve cemiyyetin menevi yetkinliyinin qusursuz meyarlari sayila bilecek xususi emeller ve fealiyyet novleri movcud deyil cunki hetta merhemet ve yardim isleri de bezi hallarda goruntu riyakarliq seciyyesi dasiya bilir Bu halda Exlaq tekce niyyetler sferasina daxil olmur xususi exlaqi emeller sinfinin yoxlugu o demekdir ki butun emeller sexsiyyete oz menbeyi kimi esaslanma derecesine gore menevi mesuliyyetle yasama sferasi daxilindedir Ferdi ve ictimai heyat tecrubesi elece de felsefi etik nezeriyye ucun en cetin sual odur ki sexsiyyetin istiraki ile bas vermis lakin ondan asili olmayan obyektiv sebeblerle sertlenmis hereketler ucun hemin sexsiyyetin ferdi menevi mesuliyyeti ne qeder esaslandirilmisdir Bu mesuliyyetin olcusu nece olmalidir Ferdin oz sexsi mesuliyyet dasidigi ve mezemmet oluna bileceyi obyektiv sertlenmis hereketini daxilen azad secilmis hereket kimi qavramasi bele bir sert faktla esaslandirilir ki o hemin hereketi etmeye de bilerdi Mehz leyaqetsiz hesab etdiyi hereketi etmemek iradesi insanin oz hereketlerine sexsi menevi anlaqli munasibetinin olcusunu mueyyenlesdirir Bu Exlaqin tesirini anlamaq ucun merkezi meqamdir Exlaqi telebler esasen qadaga formasinda olur Bu daha cox normalara semavi dinlerde qetl ogurluq zina yalan sahidlik ve s emellere qoyulan qadagalar hem de musbet keyfiyyetlere cilginligin acgozluyun sehvetperestliyin qadagasi kimi motedillik qorxaqligin qadagasi kimi cesurluq nadanliq ve movhumatin qadagasi kimi mudriklik haqsizligin qadagasi kimi edalet zorakiligin qadagasi kimi merhemet insanlar arasinda irqi dini siyasi ve s cehetlere gore ayri seckiliye qadaga kimi tolerantliq aiddir Qadagalar bilavasite insani movcudiyyet sferasi ile onlari ehateleyen vehsilik sferasi arasinda serhedi mueyyenlesdirir heyvanlarla umumi olan tebii ehtiyaclarimizi insan kimi odemek onlari heyvanlar kimi odememek demekdir Yalniz qadagalar beseriyyet miqyasinda universal islek mexanizm ola biler onlarin hami ucun ehemiyyetliliyinin zemaneti ise insanlarin onlari bu cur qebul etmek bacarigidir Ferdler oz empirik ferqlilikleri sebebinden eyni hereketleri ede bilmezler lakin onlar etmemek haqqinda umumi raziliga geldikleri eyni hereketleri etmeye bilerler Qadagalarda insanlar agilli varliqlar kimi cixis edirler suurlu iradenin movcudlugu onlarin fealiyyet qabiliyyetliliyi ucun kifayetedici esasdir Bu menada genis tetbiq olunan qida qadagalarini exlaqi teleblere numune gostermek mumkundur Pifaqor ittifaqinda paxlali qidalari yememek ohdeliyi vardi donuz eti qadagasi muselman ve yehudi icmasinin esas qadagalarindan biridir vegeterianlari etli qidalardan imtina etmek birlesdirir ve s Exlaqi qadagalarin ve neqativ hereketlerin yayilmasinda insanin menevi ruhani baslangici birbasa onun fealiyyet varligi ile ust uste dusur Insan gunaha batma ve nefse uyma veziyyetinde onu qadagan olunmusu heyata kecirmeye tehrik eden meyillerle ve seraitlerle ziddiyyetde olduqda qadagalara riayet edir ve neqativ hereketler formasinda ozunu feal tesdiqlemeye calisir Neqativ hereket ruhi cehetden gergin aktdir O mubarizede yaranir ve qadaganin exlaqi cehetden qetiliyini derk etmek onun yegane motividir Insan oldurmek qadagasini oldurmek telebati isteyi ve imkani oldugu teqdirde dusmenine yardim eli uzatdigi yaxud ozunde intiqam hissini onlediyi zamanlarda heyata kecirir Exlaq qadagalarda ve qadagalar vasitesile insan varliginda derin kok salir Ferd tebii ve sosial instinktlerin dagidici stixiyasini mehdudlasdirmaq cismani isteklerini hakimiyyet herisliyini varlanmaq sovqunu azaltmaq ve ehtiraslarini suurun sesine tabe etmekle ozunu bir sexsiyyet olaraq mukemmellesdirir Exlaqi cehetden tesdiqlenmis tecrube ozunun butun formalarinda qadagalarla cercivelenmisdir mes aile zina ile edalet muhakimesi yalan sahidlikle Veten teessubu xeyanet qadagasi ile ve s Bunlarla yanasi hec bir mehdudiyyeti olmayan mutleq kimi dusunulen universal qadagalar da vardir Bele qadagalardan iki en muhumu zorakiliga ve yalana qoyulan qadagadir Onlar insana fiziki mecburiyyet zorakiliq yaxud aldatma yolu ile diger insanin iradesini ozune tabe etmeye qadaga qoymaqla ferdlerin menevi cehetden yetkinlesmis sexsiyyetler ve ferdi mesuliyyetli davranis subyektleri qisminde varliqlarini hududlandirirlar Insanin bedeni hezze canatmasi agriya ve ezablara nifret etmesi ile ozunde spesifik heyat memorandumu dasidigi kimi onun xeyire istiqametlenen ve sere qarsi duran suurlu iradesi de Exlaqi spesifik insanliq ohdeliyi kimi ozunde ehtiva edir memorandumun ilk iki maddesi insanlarin oz aralarindaki butun problemleri suurlu sekilde danisiqlar vasitesile hell etmek ve butun aidiyyetli tereflerin raziligi ile qerarlar almaq borcundan ibaret koklu qadagalardir Exlaqi zerurilikler yalniz qadagalarla mehdudlasmasa da mehz onlarda ozunun qetiliyini ve mutleqliyini askarlayir Exlaqa uygun gelmeyen emelleri istisna etmekle qadagalar butun diger emellere ustuortulu menevi icaze verir Bu icaze yaxin adamina sevgi duzgunluk edalet vicdan merhemet ve s kimi pozitiv teleblerde askar uze cixir Sonuncular Exlaqin muxtelif aspektlerinin ifadesidir mahiyyetce onunla eyni olub fealiyyetin umumi deyer esaslari kimi cixis edir Exlaqi telimatlar prinsipce abstraktdir ve ona gore de nisbidir onlardan emellere birbasa kecid yoxdur onlarin qadagalardan ferqi de bundadir Eyni telimat birbirine eks olan davranis xetleri ucun behane ola biler mes veten sevgisi herbci ucun de pasifist ucun de arqumentdir valideynlik borcunu bezileri usaqlari ciddi himaye etmekde digerleri onlara guzeste getmekde gorurler Exlaqa hereketlerin legitimlik menbeyi kimi muraciet etmek ondan sui istifade formasi ola demaqoji mena dasiya biler Umumi exlaqi telimatlarin mezmunca dolgunlasdirilmasi haqqinda mesele konkret bu ve ya diger zamana cemiyyete fealiyyet sahesine istirakci sexslere ve s tetbiqden asili olaraq hell edilir kutlevi etik diskursun predmeti ve daimi menbeyi olur Diger layihelerdeVikisitatda elaqeli sitatlarVikianbarda elaqeli media fayllar