Dastan – Mərkəzi Asiya, İran, Türkiyə və Azərbaycan şifahi xalq ədəbiyyatının növlərindən biri.
Başqa janrlardan fərqli olaraq, dastanda həm nəsr, həm də nəzm hissələri olur. Dastandakı hər hansı bir əhvalat, hadisə nəsrlə söylənilir və yeri gəldikcə mövzu ilə bağlı şeir parçaları da verilir. Bu xüsusiyyətinə görə dastan bəzən epik-lirik adlanan xüsusi bir ədəbi növə aid edilir. Dastanın nəzm hissəsi, adətən, qoşma və gəraylılardan ibarət olur və saz havası üstündə oxunur. Dastanlar mövzu və məzmunlarına görə iki növə bölünür: qəhrəmanlıq dastanları, məhəbbət dastanları.
Azərbaycan dastanları
Azərbaycan şifahi xalq ədəbiyyatının özünəməxsus xüsusiyyətləri ilə seçilən və geniş yayılmış janrlarından biri olan dastanlar xalqımızın qəhrəmanlıq mübarizəsini, vətənə, torpağa bağlılığını, azadlıq arzusunu, saf məhəbbət uğrunda dönməzliyini, ülvi duyğularını əks etdirir. Folklorşünas Məmmədhüseyn Təhmasibin verdiyi məlumata görə, 150-yə yaxın əsərə malik bu janrın çoxəsrlik inkişaf tarixi vardır. X-XI əsr hadisələri ilə səsləşən qədim nümunələrin elmə məlum olması əslində bu janrın tarixinin qədimliyindən xəbər verir. Dastan termini bolşevik inqilabından sonra bu janra verilmiş addır. Əslində xalq arasında bu janr “nağıl” adı ilə tanınır, hətta aşıqların özləri də dastanı bu adla adlandırmış, adi nağıllara isə “qara nağıl” deyərək ondan fərqləndirmişlər. Azərbaycanda dastanlar şeirlə nəsrin növbələşməsi prinsipi əsasında qurulur. Dastanın “yurd” adlanan nəsr hissəsində hadisə və ya əhvalatdan söhbət açılır, qəhrəmanın müraciəti, münasibəti, iztirab və həyəcanı, kədər və sevinci isə qoşmalarla verilir. Qoşma ilə yurd hissəsində bəhs olunan hadisə bir-biri ilə o dərəcədə bağlı olur ki, tək bir qoşmanın ixtisarı dastanın məzmununa xələl gətirir. Dastanda istifadə olunan qoşmalar müəyyən aşıqlar tərəfindən yaradılsa da, personajın adına bağlanır. Ona görə də bəzən həmin dastanın kimin tərəfindən yaradıldığını təyin etmək çətin olur. Dastanlar geniş süjet xəttinə malik olmaqla şifahi ədəbiyyatın digər janrlarından həcminin böyüklüyü ilə də seçilir. Burada qəhrəmanın həyat bioqrafiyası təqdim olunur. Dastan qəhrəmanı şəxsi özəlliklərdən, istək və arzulardan azad olmuş, millətin simvolu olmuş bir personajdır. O, müəyyən tarixi dövrdə yaşamış, mübarizə aparmış və ya yaşadığına inanılan şəxs də ola bilər. Dastanlar üç hissədən ibarətdir: ustadnamə, dastanın mətni, duvaqqapma. Nağılda pişrov dinləyicini xəyal, fantaziya aləminə aparmaq məqsədi daşıyırsa, aşığın dastana başlamazdan əvvəl dediyi ustadnamə bir tərəfdən qədim ustadların sözünü nəsildən-nəslə ötürüb yaşatmaq, digər tərəfdən ustadnamədə deyilmiş hikmətamiz aforizmləri, ağıllı məsləhətləri dinləyiciyə çatdırmaq, pisi-yaxşını onlara tanıtmaq kimi nəcib məqsədlərə xidmət edir. Xoşbəxt sonluqla bitən dastanlar, bir qayda olaraq, duvaqqapma ilə tamamlanır. Müxəmməs və müsəddəslərdən ibarət olan duvaqqapmalarda dastanı qoşan aşıq öz adını, təxəllüsünü verir, digər tərəfdən qəhrəmanların toyunu təbrik edərək onları muradlarına çatdırmış olur. Faciəli sonluqla bitən dastanlarda isə aşıq dastanı cahannamə ilə tamamlayır. Dastan tarixin bəlli bir dönəmində, millətin passionarlığının artdığı, milli şüurun, dövlətçilik ideyasının yarandığı zamanda formalaşmağa başlayır. Dövrün hadisələri burada mifoloji təsəvvürlərlə çulğlaşmış şəklidə təzahür etdiyi üçün dastanlar həm də millətin sözlü tarixidir, onun keçmişinin, tarixinin öyrənilməsində əvəzsiz rol oynayır. Dastan yaradıcılığı tarixində XVI-XVIII əsrlərin xüsusi yeri vardır. Qurbani, Tufarqanlı Abbas, Sarı Aşıq, Xəstə Qasım kimi qüdrətli sənətkarlar məhz bu dövrdə yetişmiş, əsasən irfanla bağlı olan “Qurbani, “Aşıq Qərib-Şahsənəm”, “Əsli-Kərəm”, “ Abbas-Gülgəz”, “Şah İsmayıl-Gülzar”, “Tahir-Zöhrə”, “Alıxan-Pəri”, “Arzu-Qəmbər” kimi orta əsr məhəbbət dastanları və “Koroğlu” qəhrəmanlıq dastanı həmin dövrün məhsuludur. Azərbaycan dastanları iki qrupa ayrılır: 1. Qəhrəmanlıq dastanları. 2. Məhəbbət dastanları. Qəhrəmanlıq dastanlarında ayrı-ayrı şəxslərin yadelli işğalçılara, yaxud zülmə, istismara qarşı apardığı mübarizə tərənnüm olunur. Alplıq, qəhrəmanlıq keyfiyyətlərinin qabardıldığı bu qrupa “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Qara Məlik”, “Şah İsmayıl-Taclı”, “Kamal” dastanları daxildir. Məhəbbət dastanlarında isə buta verilmiş iki gəncin bir-birinə olan sevgisindən, bir-birinə qovuşmaq üçün apardıqları mübarizədən bəhs olunur. Bu qrupa “Abbas və Gülgəz”, “Əsli və Kərəm”, “Qurbani”, “Tahir və Zöhrə”, “Aşıq Qərib”, “Yaxşı və Yaman” və sair dastanlar daxildir. == İstinadlar ==
- Təhmasib M.H. , Əfzələddin Əsgər, Bayat F. Azərbaycan xalq dastanları, Oğuznamə yaradıcılığı, Folklor dərsləri. Bakı: Elm və təhsil. 1972, 2012,2013. səh. 424, 340.
Növləri
Qəhrəmanlıq dastanları
Qəhrəmanlıq dastanlarında xalqın həyatı ilə bağlı tarixi hadisələrdən, onun haqq-ədalət və azadlıq uğrunda apardığı mübarizədən bəhs edilir. Belə dastanların qəhrəmanları xalq içərisindən çıxmış mərd və igid insanlar olur. Ən məşhur qəhrəmanlıq dastanları Kitabi-Dədə Qorqud, Koroğlu və Qaçaq Nəbi, Qaçaq Kərəmdir. Qəhrəmanlıq dastanları əsasən, xalq qəhrəmanları haqqında olan rəvayət və nəğmələr əsasında yaranır.
Məhəbbət dastanları
Məhəbbət dastanları sayca qəhrəmanlıq dastanlarından çoxdur. Bu dastanlarda əsas mövzu sevən gənclərin saf və təmiz məhəbbəti, düz ilqarı, vəfa və sədaqətdir. Məhəbbət dastanları bir-birini sevən gənclərin həyatlarında baş verən hadisələrdən bəhs edir. Çox zaman onlara yuxuda ikən buta verilir və bundan sonra qəhrəman haqq aşiqinə çevrilərək sevdiyi qızın dalınca yola düşür. Müxtəlif maneələrlə rastlaşan qəhrəman bəzən sevgilisinə qovuşsa da, bəzən buna nail ola bilmir. Dastan qəhrəmanları daha çox sazın və sözün gücü ilə qalib gəlirlər.
"Qurbani", "Abbas və Gülgəz", "Aşıq Qərib", "Tahir və Zöhrə", "Şah İsmayıl", "Leyli və Məcnun" dastanları ən məşhur məhəbbət dastanlarıdır. Məhəbbət dastanları ənənəvi olaraq ustadnamə ilə başlayır və duvaqqapma ilə bitir. Ustadnamə hikmətli məzmunlu qoşmaya deyilir. Duvaqqapmada isə sevgililərin bir-birinə qovuşması təriflənir. Duvaqqapmalar könülaçan, şən məzmun daşıyır və müxəmməs şəklində olur. Sonu faciə ilə qurtaran dastanlarda duvaqqapma olmur. Çünki burada sevgililərin vüsalı mümkün olmadığı üçün duvaqqapma mərasimi də keçirilmir. "Şah İsmayıl", "Novruz və Qəndab", "Şahzadə Əbülfəz" dastanlarında qəhrəman igidliyi və cəsarətiylə qalib gəlir. "Aşıq Qərib" dastanında isə qəhrəman oxuduğu şeirlərlə qələbə çalır.
Dastanlar yaranma yollarına görə fərqlənir. Bəzi dastanlar naməlum ozan-aşıqlar tərəfindən yaradılır. "Koroğlu","Qaçaq Nəbi" dastanları belə yaranmışdır.
"Qurbani", "Abbas və Gülgəz", "Aşıq Qərib", "Vaqif" dastanları isə həmin aşıqların (şairlərin) məhəbbət mövzusunda yazdıqları şeirlər və onlar barəsində xalq rəvayətlərinə əsasən yaranmışdır. Məhəbbət dastanlarına həmçinin, ’’Əsli və Kərəm’’; ’’Şah İsmayıl’’ ’’Alıxan və Pəri xanım’’dastanları da daxildir.
Bir sıra xalq dastanları əsasında operalar yazılmışdır; Ü.Hacıbəyov "Koroğlu", Z.Hacıbəyov "Aşıq Qərib", M.Maqomayev "Şah İsmayıl" və s.
Dastanlar və İslam
Dövrlərə görə dastanlar iki yerə bölünür: İslamdan qabaqkı dastanlar, İslamdan sonrakı dastanlar:
- İslamdan qabaqkı dastanlar: ’’Alpərtonqa’’, ’’’’, ’’’’, ’’Ərgənəqon’’, ’’Oğuz’’, ’’Uyğurdur’’.
- İslamdan sonrakı dastanlar: ’’Satuq Buğra xan’’ , ’’Manas’’; ’’’’, ’’Kitab-i Dədə Qorqud’’, ’’Koroğlu’’; ’’Qaçaq Nəbi’’ , ’’Qaçaq Kərəm’’ və.s.
İstinadlar
- "Şifaqi xalq ədəbiyyatı (Folklor)". 2022-03-31 tarixində . İstifadə tarixi: 2010-06-21.
Xarici keçidlər
- Bədii ədəbiyyat, ədəbiyyatşünaslıq və onun sahələri 2008-01-23 at the Wayback Machine
- Şifahi xalq ədəbiyyatı 2011-08-07 at the Wayback Machine
- Azərbaycan türklərinin xalq yaradıcılığı
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Dastan Merkezi Asiya Iran Turkiye ve Azerbaycan sifahi xalq edebiyyatinin novlerinden biri Basqa janrlardan ferqli olaraq dastanda hem nesr hem de nezm hisseleri olur Dastandaki her hansi bir ehvalat hadise nesrle soylenilir ve yeri geldikce movzu ile bagli seir parcalari da verilir Bu xususiyyetine gore dastan bezen epik lirik adlanan xususi bir edebi nove aid edilir Dastanin nezm hissesi adeten qosma ve geraylilardan ibaret olur ve saz havasi ustunde oxunur Dastanlar movzu ve mezmunlarina gore iki nove bolunur qehremanliq dastanlari mehebbet dastanlari Azerbaycan dastanlariAzerbaycan sifahi xalq edebiyyatinin ozunemexsus xususiyyetleri ile secilen ve genis yayilmis janrlarindan biri olan dastanlar xalqimizin qehremanliq mubarizesini vetene torpaga bagliligini azadliq arzusunu saf mehebbet ugrunda donmezliyini ulvi duygularini eks etdirir Folklorsunas Memmedhuseyn Tehmasibin verdiyi melumata gore 150 ye yaxin esere malik bu janrin coxesrlik inkisaf tarixi vardir X XI esr hadiseleri ile seslesen qedim numunelerin elme melum olmasi eslinde bu janrin tarixinin qedimliyinden xeber verir Dastan termini bolsevik inqilabindan sonra bu janra verilmis addir Eslinde xalq arasinda bu janr nagil adi ile taninir hetta asiqlarin ozleri de dastani bu adla adlandirmis adi nagillara ise qara nagil deyerek ondan ferqlendirmisler Azerbaycanda dastanlar seirle nesrin novbelesmesi prinsipi esasinda qurulur Dastanin yurd adlanan nesr hissesinde hadise ve ya ehvalatdan sohbet acilir qehremanin muracieti munasibeti iztirab ve heyecani keder ve sevinci ise qosmalarla verilir Qosma ile yurd hissesinde behs olunan hadise bir biri ile o derecede bagli olur ki tek bir qosmanin ixtisari dastanin mezmununa xelel getirir Dastanda istifade olunan qosmalar mueyyen asiqlar terefinden yaradilsa da personajin adina baglanir Ona gore de bezen hemin dastanin kimin terefinden yaradildigini teyin etmek cetin olur Dastanlar genis sujet xettine malik olmaqla sifahi edebiyyatin diger janrlarindan hecminin boyukluyu ile de secilir Burada qehremanin heyat bioqrafiyasi teqdim olunur Dastan qehremani sexsi ozelliklerden istek ve arzulardan azad olmus milletin simvolu olmus bir personajdir O mueyyen tarixi dovrde yasamis mubarize aparmis ve ya yasadigina inanilan sexs de ola biler Dastanlar uc hisseden ibaretdir ustadname dastanin metni duvaqqapma Nagilda pisrov dinleyicini xeyal fantaziya alemine aparmaq meqsedi dasiyirsa asigin dastana baslamazdan evvel dediyi ustadname bir terefden qedim ustadlarin sozunu nesilden nesle oturub yasatmaq diger terefden ustadnamede deyilmis hikmetamiz aforizmleri agilli meslehetleri dinleyiciye catdirmaq pisi yaxsini onlara tanitmaq kimi necib meqsedlere xidmet edir Xosbext sonluqla biten dastanlar bir qayda olaraq duvaqqapma ile tamamlanir Muxemmes ve museddeslerden ibaret olan duvaqqapmalarda dastani qosan asiq oz adini texellusunu verir diger terefden qehremanlarin toyunu tebrik ederek onlari muradlarina catdirmis olur Facieli sonluqla biten dastanlarda ise asiq dastani cahanname ile tamamlayir Dastan tarixin belli bir doneminde milletin passionarliginin artdigi milli suurun dovletcilik ideyasinin yarandigi zamanda formalasmaga baslayir Dovrun hadiseleri burada mifoloji tesevvurlerle culglasmis seklide tezahur etdiyi ucun dastanlar hem de milletin sozlu tarixidir onun kecmisinin tarixinin oyrenilmesinde evezsiz rol oynayir Dastan yaradiciligi tarixinde XVI XVIII esrlerin xususi yeri vardir Qurbani Tufarqanli Abbas Sari Asiq Xeste Qasim kimi qudretli senetkarlar mehz bu dovrde yetismis esasen irfanla bagli olan Qurbani Asiq Qerib Sahsenem Esli Kerem Abbas Gulgez Sah Ismayil Gulzar Tahir Zohre Alixan Peri Arzu Qember kimi orta esr mehebbet dastanlari ve Koroglu qehremanliq dastani hemin dovrun mehsuludur Azerbaycan dastanlari iki qrupa ayrilir 1 Qehremanliq dastanlari 2 Mehebbet dastanlari Qehremanliq dastanlarinda ayri ayri sexslerin yadelli isgalcilara yaxud zulme istismara qarsi apardigi mubarize terennum olunur Alpliq qehremanliq keyfiyyetlerinin qabardildigi bu qrupa Kitabi Dede Qorqud Koroglu Qara Melik Sah Ismayil Tacli Kamal dastanlari daxildir Mehebbet dastanlarinda ise buta verilmis iki gencin bir birine olan sevgisinden bir birine qovusmaq ucun apardiqlari mubarizeden behs olunur Bu qrupa Abbas ve Gulgez Esli ve Kerem Qurbani Tahir ve Zohre Asiq Qerib Yaxsi ve Yaman ve sair dastanlar daxildir Istinadlar Tehmasib M H Efzeleddin Esger Bayat F Azerbaycan xalq dastanlari Oguzname yaradiciligi Folklor dersleri Baki Elm ve tehsil 1972 2012 2013 seh 424 340 NovleriQehremanliq dastanlari Qehremanliq dastanlarinda xalqin heyati ile bagli tarixi hadiselerden onun haqq edalet ve azadliq ugrunda apardigi mubarizeden behs edilir Bele dastanlarin qehremanlari xalq icerisinden cixmis merd ve igid insanlar olur En meshur qehremanliq dastanlari Kitabi Dede Qorqud Koroglu ve Qacaq Nebi Qacaq Keremdir Qehremanliq dastanlari esasen xalq qehremanlari haqqinda olan revayet ve negmeler esasinda yaranir Mehebbet dastanlari Mehebbet dastanlari sayca qehremanliq dastanlarindan coxdur Bu dastanlarda esas movzu seven genclerin saf ve temiz mehebbeti duz ilqari vefa ve sedaqetdir Mehebbet dastanlari bir birini seven genclerin heyatlarinda bas veren hadiselerden behs edir Cox zaman onlara yuxuda iken buta verilir ve bundan sonra qehreman haqq asiqine cevrilerek sevdiyi qizin dalinca yola dusur Muxtelif maneelerle rastlasan qehreman bezen sevgilisine qovussa da bezen buna nail ola bilmir Dastan qehremanlari daha cox sazin ve sozun gucu ile qalib gelirler Qurbani Abbas ve Gulgez Asiq Qerib Tahir ve Zohre Sah Ismayil Leyli ve Mecnun dastanlari en meshur mehebbet dastanlaridir Mehebbet dastanlari enenevi olaraq ustadname ile baslayir ve duvaqqapma ile bitir Ustadname hikmetli mezmunlu qosmaya deyilir Duvaqqapmada ise sevgililerin bir birine qovusmasi teriflenir Duvaqqapmalar konulacan sen mezmun dasiyir ve muxemmes seklinde olur Sonu facie ile qurtaran dastanlarda duvaqqapma olmur Cunki burada sevgililerin vusali mumkun olmadigi ucun duvaqqapma merasimi de kecirilmir Sah Ismayil Novruz ve Qendab Sahzade Ebulfez dastanlarinda qehreman igidliyi ve cesaretiyle qalib gelir Asiq Qerib dastaninda ise qehreman oxudugu seirlerle qelebe calir Dastanlar yaranma yollarina gore ferqlenir Bezi dastanlar namelum ozan asiqlar terefinden yaradilir Koroglu Qacaq Nebi dastanlari bele yaranmisdir Qurbani Abbas ve Gulgez Asiq Qerib Vaqif dastanlari ise hemin asiqlarin sairlerin mehebbet movzusunda yazdiqlari seirler ve onlar baresinde xalq revayetlerine esasen yaranmisdir Mehebbet dastanlarina hemcinin Esli ve Kerem Sah Ismayil Alixan ve Peri xanim dastanlari da daxildir Bir sira xalq dastanlari esasinda operalar yazilmisdir U Hacibeyov Koroglu Z Hacibeyov Asiq Qerib M Maqomayev Sah Ismayil ve s Dastanlar ve IslamDovrlere gore dastanlar iki yere bolunur Islamdan qabaqki dastanlar Islamdan sonraki dastanlar Islamdan qabaqki dastanlar Alpertonqa Ergeneqon Oguz Uygurdur Islamdan sonraki dastanlar Satuq Bugra xan Manas Kitab i Dede Qorqud Koroglu Qacaq Nebi Qacaq Kerem ve s Istinadlar Sifaqi xalq edebiyyati Folklor 2022 03 31 tarixinde Istifade tarixi 2010 06 21 Xarici kecidlerBedii edebiyyat edebiyyatsunasliq ve onun saheleri 2008 01 23 at the Wayback Machine Sifahi xalq edebiyyati 2011 08 07 at the Wayback Machine Azerbaycan turklerinin xalq yaradiciligiHemcinin baxAsiq yaradiciligi Azerbaycan edebiyyati Dunya dastanlarinin siyahisi Azerbaycan dastanlari Sehriyar dastani XVIII esr