Afina (yun. Ἀθηνᾶ), Afina Pallada (yun. Παλλὰς Ἀθηνᾶ) - qədim yunan mifologiyasında hərb və zəfər ilahəsi, eləcə də müdriklik, bilik, incəsənət və sənətkarlıq ilahəsi idi. Afina şəhərinin himayədarı hesab edilirdi. Atributları bayquş (Minerva), dəbilqə, nizə və ilan idi.
Afina | |
---|---|
q.yun. Ἀθηνᾶ | |
| |
Mifologiya | Yunan |
Yer | Attika |
Təsir sahəsi | hikmət[d], müharibə, Dulusçuluq, kənd təsərrüfatı |
Adının izahı | Afina şəhərinin sahibi, himayədarı və mühafizəçisi |
Yunanca adı | Ἀθηνᾶ |
Latınca adı | Minerva |
Cinsi | qadın[d] |
Atası | Zevs |
Anası | |
Uşaqları | |
Əlaqəli personajlar | Odissey, , Nika |
Xarakterik cəhətləri | Müdriklik |
Atributlar | Bayquş, dəbilqə, nizə, ilan, egida |
Digər mədəniyyətlərdə | Minerva |
Vikianbarda əlaqəli mediafayllar |
Yunanıstanın Paytaxtı
Yunanıstanın paytaxtı Afina yunan ilahələrindən biri olan Afinanın şərəfinə adlandırılmışdır. Əfsanəyə görə, bu şəhərə dəniz ilahı Poseydon da öz adını vermək istəyirdi. Belə olduqda ilahların hakimliyi ilə yarış təşkil olundu. Afina və Poseydon şəhərə sahiblik etmək üçün öz qüdrətlərini göstərməli idilər.
Əvvəlcə Poseydon gəldi və akropola – şəhərin ən yüksək yerinə öz üç dişli nizəsini sancdı. Həmin yerdən dəniz suyu fışqırdı. Sonra Afina gəlib nizəsini yerə vurdu və həmin yerdən o dəqiqə bir zeytun ağacı çıxdı. Hakimlər məsləhətləşib Afinanı qalib elan etdilər. O vaxtdan bu şəhər Afina adlanır.
Afina Və Araxna
Yunanıstanın qonşuluğunda yerləşən Lidiyada Araxna adlı bir qız yaşayırdı. O, toxuculuqda ustalığı ilə ad çıxarmışdı. Lidiyadan və Yunanıstandan qızlar, hətta ilahələr gəlib onun əl işlərinə heyranlıqla tamaşa edirdilər. Araxna duman kimi yüngül, hava kimi şəffaf saplardan gözəl parçalar toxuyur və öyünürdü ki, toxuculuqda onun tayı-bərabəri yoxdur.
Bir dəfə Araxna dedi:
– Qoy Afina özü mənimlə yarışa gəlsin. Mən ona qalib gələrəm.
Afina həm də sənət və peşə ilahəsi sayılırdı. O, Araxnanın çağırışını eşitdi. Ağsaçlı, əli çəlikli qarı qiyafəsində onun qarşısına çıxdı:
– Araxna, gəl sən mənim məsləhətimə qulaq as, öz sənətində ancaq insanlarla bəhsə gir, ilahəni yarışa çağırma.
Araxna toxuduğu zərif parçanı əlindən yerə qoydu. Onun gözləri qəzəblə parladı. Qız acıqla qarıya cavab verdi:
– Sən nə danışırsan, qarı?! Qocalıq ağlını əlindən alıb. Belə nəsihətləri, get, öz gəlinlərinə və qızlarına ver. Mən isə nə etdiyimi bilirəm.
– Qocalıq təkcə gücsüzlük demək deyil, Araxna. Qocalıq həm də böyük təcrübə, müdriklik deməkdir. Təvazökar ol, itaət göstər, ilahəyə yalvar ki, təkəbbürlü sözlərinə görə günahından keçsin. O, səhvini anlayıb üzr istəyənləri bağışlayır.
– Yox, qarı, mən dediyimdən dönmərəm. Görürsən, Afina qorxusundan gəlmir. Deməli, mənimlə yarışa girməkdən çəkinir.
Afina gördü ki, sözləri lovğa qıza təsir etmir. O öz görkəmini aldı və qəzəblə dilləndi:
– Mən buradayam, Araxna.
Araxnanın işlərinə tamaşa edən qızlar, qadınlar gözəl Afinanın qarşısında təzim etdilər, onu alqışladılar. Təkcə Araxna halını pozmadı. Hər səhər günəş üfüqdə görünəndə göyün üzü necə al rəngə boyanırsa, Afinanın da üzü qəzəbdən o rəngə düşdü.
İnsanla ilahə arasında yarış başlandı. Afina ağ parça üzərində möhtəşəm Afina akropolunu və şəhərə hökmranlıq üstündə özünün Poseydonla yarışını təsvir edən səhnələrdən ibarət parça toxudu. Parçanın künclərində isə itaətkarlıqdan boyun qaçıran insanların ilahlar tərəfindən cəzalandırılması təsvir olunmuşdu. Sənət və müdriklik ilahəsi Afina bütün bunları zeytun yarpaqlarından hörülmüş çələnglə çərçivəyə aldı.
Araxna isə öz parçasında ilahların adi insan ehtiraslarına uyduğunu əks etdirən həyat səhnələri təsvir etdi. Parçanın kənarlarını sarmaşıq və çiçək dəstələri ilə haşiyələdi. Araxnanın əl işi çox mükəmməl alınmışdı, gözəlliyinə görə Afinanın işindən geri qalmırdı, amma onun toxuduğu səhnələrdə ilahlara ehtiram yox idi, əksinə, istehza hiss olunurdu. Bu, Afinanı dəhşətli dərəcədə qəzəbləndirdi. O, Araxnanın parçasını əlindən alıb cırdı və üzünə çırpdı.
Araxna bu biabırçılığa tab gətirmədi, iplərdən kəndir toxuyub özünü asdı. Afinanın qıza rəhmi gəldi, onu ölümdən qurtardı və dedi:
– Yaşa, itaət göstərmək istəməyən təkəbbürlü qız! Amma sən ömrün boyu ipdən asılı qalacaqsan və ömrün boyu toxuyacaqsan. Bu cəzanı sənin bütün nəslin də çəkəcək.
Afina sehrli bitkinin şirəsini Araxnanın üstünə çilədi. Həmin anda Araxna kiçildi, saçları töküldü və o, hörümçəyə çevrildi. O vaxtdan hörümçək – Araxna ipdən asılı qalıb və dinclik bilmədən toxuyur.
Afinanın doğulması:
Afina Zevsin başından doğulmuşdur. Onun anası müdriklik ilahəsi hələ hamilə olarkən Zevs Urandan öyrənir ki, onun qızı sonra oğlu dünyaya gələndən sonra səltənətinə hakim olacaq. Bundan ehtiyatlanan Zevs udaraq yeyir. Afinanın doğum gününə çatanda Zevs Prometeyə onun başını yararaq Afinanı azad etmək üçün göstəriş verir. Beləliklə döyüş libasında Afina dünyaya gəlmiş olur.
Yunanıstanın paytaxtının sahibi və adı:
Rəvayətə görə Poseydonla ilahə Afina arasında Afina şəhərinin hakimliyi üstündə mübahisə düşür. Hər ikisi kimin şəhərə daha qiymətli töhfə verə biləcəyi üstündə şərt kəsir. Poseydon üçdişli əsasını yerə vurur. Yerdən su çıxmağa başlayır. Afina nizəsini yerə vurduqda isə ilk dəfə olaraq həmin yerdən zeytun ağacı göyərir. Digər tanrılar götür-qoy etdikdən sonra mübahisədən Afinanın qalib çıxdığını elan edirlər. Zeytun sudan daha qiymətli olduğu üçün Afina şəhərin himayədarı və ona öz adını vermiş olur.
Müdrik Afina:
Afina müharibə ilahəsi olsa da o, öz rəqiblərini ağılla, müdrikliklə məğlub etməyə üstünlük verirdi. O, qardaşı Aresdən fərqli olaraq öz qəhrəmanlarına artıq qan tökmədən, müdrikliklə öz məqsədlərinə çatmaqda yardımçı olmuş, onları və ailələrini mühafizə etdiyi üçün ona Soteyra (mühafizəçi) epiteti verilmişdir.
Xarrat, toxucu kimi sənətkarlıq qabiliyyəti ona daha bir - Erqana (zəhmətkeş, əməksevən, çalışqan) epitetini qazandırmışdır. İlk parçanı Afina toxuyaraq, qadınlara bu sənəti sevdirmişdir. Afina ilə Lidiyadan olan toxucu qız Araxna arasında olan mübahisə də maraqlıdır. Araxna öz toxuduğu parçalarda tanrıların məhəbbət macəralarını əks etdirdiyi üçün, Afina Araxnanı bu dikbaşlığına görə cəzalandırır və hörümçəyə çevirir. (yun. arachne hörümçək deməkdir.)
Afinanı çox vaxt Pallada adlandırırmışlar ki, buda onun gənc bakirə qız olması ilə əlaqələndirirlər. (qədim yun. pallex yeni yun. palikari cəsur mənasını verir.) Afinada onu sadəcə "Qız" (Parfenos) cağırırmışlar. Buna görə də onun Akropolisdəki məbədi Parfenon adlanır..
Erixtoniya:
Rəvayətə görə bir dəfə Afina silah sifariş etmək üçün Hefestin emalatxanasına gəlir. İlahəni görcək ehtirasa gələn Hefest onun üzərinə atılır lakin, bakirəliyini itirməməyə görə ondan yaxa qurtarmaq üçün qaçır. Hefest onu təqib etsə də Afinanın müqaviməti nəticəsində istəyinə nail ola bilmir. Afina onun ailəsinin ayaqlarına düşüb yalvarmasına baxmayaraq Hefesin dərisini çıxardıb torpağa atır. Nəticədə Gaia (torpaq ilahəsi) bundan mayalanaraq Afinanın ən qədim avtoxton çarını - (yun. erion - dəri, yun. chthon - torpaq deməkdir .) doğmuş olur.
İstinadlar:
- http://www.theoi.com/Olympios/Athena.html.
- Греческая Мифология, Катерина Серви, səhifə 32
- Греческая Мифология, Катерина Серви, səhifə 32-33
- Греческая Мифология, Катерина Серви, səhifə 33
Mənbə
- Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ,
- Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995
- Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008
- Менелаос Стефанидис, Яннис Стефанидис, ГРЕЧЕСКАЯ МИФОЛОГИЯ, БОГИ ОЛИМПА, Издательство "СИГМА", 2009, Lekanidi St.30, GR-173 43 Athens, Greece
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Afina yun Ἀ8hnᾶ Afina Pallada yun Pallὰs Ἀ8hnᾶ qedim yunan mifologiyasinda herb ve zefer ilahesi elece de mudriklik bilik incesenet ve senetkarliq ilahesi idi Afina seherinin himayedari hesab edilirdi Atributlari bayqus Minerva debilqe nize ve ilan idi Afinaq yun Ἀ8hnᾶMattei Afina Luvr muzeyi E e IV esrde ve ya terefinden hazirlanmis orijinal Qedim Yunan heykellerinin e e I esre aid Qedim Roma kopyasi Mifologiya YunanYer AttikaTesir sahesi hikmet d muharibe Dulusculuq kend teserrufatiAdinin izahi Afina seherinin sahibi himayedari ve muhafizecisiYunanca adi Ἀ8hnᾶLatinca adi MinervaCinsi qadin d Atasi ZevsAnasiUsaqlari HigeyaElaqeli personajlar Odissey NikaXarakterik cehetleri MudriklikAtributlar Bayqus debilqe nize ilan egidaDiger medeniyyetlerde Minerva Vikianbarda elaqeli mediafayllarAfinanin dogulmasiPoseydon ve Afinanin mubahisesiAfinanin Hefestin ona etdiyi esqibazliq teklifinden imtina etmesiYunanistanin PaytaxtiYunanistanin paytaxti Afina yunan ilahelerinden biri olan Afinanin serefine adlandirilmisdir Efsaneye gore bu sehere deniz ilahi Poseydon da oz adini vermek isteyirdi Bele olduqda ilahlarin hakimliyi ile yaris teskil olundu Afina ve Poseydon sehere sahiblik etmek ucun oz qudretlerini gostermeli idiler Evvelce Poseydon geldi ve akropola seherin en yuksek yerine oz uc disli nizesini sancdi Hemin yerden deniz suyu fisqirdi Sonra Afina gelib nizesini yere vurdu ve hemin yerden o deqiqe bir zeytun agaci cixdi Hakimler meslehetlesib Afinani qalib elan etdiler O vaxtdan bu seher Afina adlanir Afina Ve AraxnaYunanistanin qonsulugunda yerlesen Lidiyada Araxna adli bir qiz yasayirdi O toxuculuqda ustaligi ile ad cixarmisdi Lidiyadan ve Yunanistandan qizlar hetta ilaheler gelib onun el islerine heyranliqla tamasa edirdiler Araxna duman kimi yungul hava kimi seffaf saplardan gozel parcalar toxuyur ve oyunurdu ki toxuculuqda onun tayi beraberi yoxdur Bir defe Araxna dedi Qoy Afina ozu menimle yarisa gelsin Men ona qalib gelerem Afina hem de senet ve pese ilahesi sayilirdi O Araxnanin cagirisini esitdi Agsacli eli celikli qari qiyafesinde onun qarsisina cixdi Araxna gel sen menim meslehetime qulaq as oz senetinde ancaq insanlarla behse gir ilaheni yarisa cagirma Araxna toxudugu zerif parcani elinden yere qoydu Onun gozleri qezeble parladi Qiz aciqla qariya cavab verdi Sen ne danisirsan qari Qocaliq aglini elinden alib Bele nesihetleri get oz gelinlerine ve qizlarina ver Men ise ne etdiyimi bilirem Qocaliq tekce gucsuzluk demek deyil Araxna Qocaliq hem de boyuk tecrube mudriklik demekdir Tevazokar ol itaet goster ilaheye yalvar ki tekebburlu sozlerine gore gunahindan kecsin O sehvini anlayib uzr isteyenleri bagislayir Yox qari men dediyimden donmerem Gorursen Afina qorxusundan gelmir Demeli menimle yarisa girmekden cekinir Afina gordu ki sozleri lovga qiza tesir etmir O oz gorkemini aldi ve qezeble dillendi Men buradayam Araxna Araxnanin islerine tamasa eden qizlar qadinlar gozel Afinanin qarsisinda tezim etdiler onu alqisladilar Tekce Araxna halini pozmadi Her seher gunes ufuqde gorunende goyun uzu nece al renge boyanirsa Afinanin da uzu qezebden o renge dusdu Insanla ilahe arasinda yaris baslandi Afina ag parca uzerinde mohtesem Afina akropolunu ve sehere hokmranliq ustunde ozunun Poseydonla yarisini tesvir eden sehnelerden ibaret parca toxudu Parcanin kunclerinde ise itaetkarliqdan boyun qaciran insanlarin ilahlar terefinden cezalandirilmasi tesvir olunmusdu Senet ve mudriklik ilahesi Afina butun bunlari zeytun yarpaqlarindan horulmus celengle cerciveye aldi Araxna ise oz parcasinda ilahlarin adi insan ehtiraslarina uydugunu eks etdiren heyat sehneleri tesvir etdi Parcanin kenarlarini sarmasiq ve cicek desteleri ile hasiyeledi Araxnanin el isi cox mukemmel alinmisdi gozelliyine gore Afinanin isinden geri qalmirdi amma onun toxudugu sehnelerde ilahlara ehtiram yox idi eksine istehza hiss olunurdu Bu Afinani dehsetli derecede qezeblendirdi O Araxnanin parcasini elinden alib cirdi ve uzune cirpdi Araxna bu biabirciliga tab getirmedi iplerden kendir toxuyub ozunu asdi Afinanin qiza rehmi geldi onu olumden qurtardi ve dedi Yasa itaet gostermek istemeyen tekebburlu qiz Amma sen omrun boyu ipden asili qalacaqsan ve omrun boyu toxuyacaqsan Bu cezani senin butun neslin de cekecek Afina sehrli bitkinin siresini Araxnanin ustune ciledi Hemin anda Araxna kicildi saclari tokuldu ve o horumceye cevrildi O vaxtdan horumcek Araxna ipden asili qalib ve dinclik bilmeden toxuyur Afinanin dogulmasi Afina Zevsin basindan dogulmusdur Onun anasi mudriklik ilahesi hele hamile olarken Zevs Urandan oyrenir ki onun qizi sonra oglu dunyaya gelenden sonra seltenetine hakim olacaq Bundan ehtiyatlanan Zevs udaraq yeyir Afinanin dogum gunune catanda Zevs Prometeye onun basini yararaq Afinani azad etmek ucun gosteris verir Belelikle doyus libasinda Afina dunyaya gelmis olur Yunanistanin paytaxtinin sahibi ve adi Revayete gore Poseydonla ilahe Afina arasinda Afina seherinin hakimliyi ustunde mubahise dusur Her ikisi kimin sehere daha qiymetli tohfe vere bileceyi ustunde sert kesir Poseydon ucdisli esasini yere vurur Yerden su cixmaga baslayir Afina nizesini yere vurduqda ise ilk defe olaraq hemin yerden zeytun agaci goyerir Diger tanrilar gotur qoy etdikden sonra mubahiseden Afinanin qalib cixdigini elan edirler Zeytun sudan daha qiymetli oldugu ucun Afina seherin himayedari ve ona oz adini vermis olur Mudrik Afina Afina muharibe ilahesi olsa da o oz reqiblerini agilla mudriklikle meglub etmeye ustunluk verirdi O qardasi Aresden ferqli olaraq oz qehremanlarina artiq qan tokmeden mudriklikle oz meqsedlerine catmaqda yardimci olmus onlari ve ailelerini muhafize etdiyi ucun ona Soteyra muhafizeci epiteti verilmisdir Xarrat toxucu kimi senetkarliq qabiliyyeti ona daha bir Erqana zehmetkes emekseven calisqan epitetini qazandirmisdir Ilk parcani Afina toxuyaraq qadinlara bu seneti sevdirmisdir Afina ile Lidiyadan olan toxucu qiz Araxna arasinda olan mubahise de maraqlidir Araxna oz toxudugu parcalarda tanrilarin mehebbet maceralarini eks etdirdiyi ucun Afina Araxnani bu dikbasligina gore cezalandirir ve horumceye cevirir yun arachne horumcek demekdir Afinani cox vaxt Pallada adlandirirmislar ki buda onun genc bakire qiz olmasi ile elaqelendirirler qedim yun pallex yeni yun palikari cesur menasini verir Afinada onu sadece Qiz Parfenos cagirirmislar Buna gore de onun Akropolisdeki mebedi Parfenon adlanir Erixtoniya Revayete gore bir defe Afina silah sifaris etmek ucun Hefestin emalatxanasina gelir Ilaheni gorcek ehtirasa gelen Hefest onun uzerine atilir lakin bakireliyini itirmemeye gore ondan yaxa qurtarmaq ucun qacir Hefest onu teqib etse de Afinanin muqavimeti neticesinde isteyine nail ola bilmir Afina onun ailesinin ayaqlarina dusub yalvarmasina baxmayaraq Hefesin derisini cixardib torpaga atir Neticede Gaia torpaq ilahesi bundan mayalanaraq Afinanin en qedim avtoxton carini yun erion deri yun chthon torpaq demekdir dogmus olur Istinadlar http www theoi com Olympios Athena html Grecheskaya Mifologiya Katerina Servi sehife 32 Grecheskaya Mifologiya Katerina Servi sehife 32 33 Grecheskaya Mifologiya Katerina Servi sehife 33MenbeGrecheskaya Mifologiya Katerina Servi EKDOTIKE ATHENON Afiny 2007 ISBN 960 213 378 3 ISBN 978 960 213 378 1 Sofia Suli Grecheskaya Mifologiya Izdatelstvo Mihalis Tubis A O 1995 ISBN 960 540 118 5 Panaghiotis Christou Katharini Papastamatis Griechische Mythologie 2008 ISBN 978 88 476 2283 8 Menelaos Stefanidis Yannis Stefanidis GREChESKAYa MIFOLOGIYa BOGI OLIMPA Izdatelstvo SIGMA 2009 Lekanidi St 30 GR 173 43 Athens Greece ISBN 978 960 425 078 3Hemcinin bax