Mirzə Muxtar Ağa Mirzə Əli Əsgər oğlu Məmmədov (ən tezi 1841 və ən geci 1859, Şuşa, Şuşa qəzası – təq. 16 yanvar 1929, Bakı) — Azərbaycanın ilk peşəkar aktyorlarından və Şuşada Azərbaycan teatrının yaradıcılarından biri, xanəndə, pedaqoq, musiqişünas. Mirzə Muxtar 1870–1883-cü illərdə Şuşada bir sıra tamaşaları səhnələşdirmiş, Gəncə və Tiflisdə müəllimlik etmiş, 1899-cu ildən isə Bakıda fərqli teatr truppalarında çıxış etmişdir. O, "Leyli və Məcnun", "Şah Abbas və Xurşid banu", "Əsli və Kərəm" operalarında müxtəlif rolların ilk ifaçısı olmuşdur.
Mirzə Muxtar | |
---|---|
Doğum tarixi | ən tezi 1841 və ən geci 1859 |
Doğum yeri | |
Vəfat tarixi | təq. 16 yanvar 1929 |
Vəfat yeri | |
Atası | Mirzə Əli Əsgər Qarabaği |
Fəaliyyəti | teatr aktyoru, xanəndə, musiqişünas, müəllim |
Fəaliyyət illəri | 1870–1929 |
Həyat və yaradıcılığı
Şuşa dövrü
Mirzə Muxtar Mirzə Ələsgər oğlu Şuşa şəhərində musiqiçi ailəsində anadan olmuşdur. Atası Mirzə Əli Əsgər Qarabaği xanəndə, tarzən və kamança ifaçısı olmuş, Xurşidbanu Natəvanın atası Mehdiqulu xanın sarayında saray musiqiçisi vəzifəsinə layiq görülmüşdür. Mirzə Muxtar ilk təhsilini elə atasının yanında almış, muğamları ondan öyrənmişdir. Onun doğum ili müxtəlif mənbələrdə 1841, 1842, 1852 və 1859 kimi verilmişdir.
Mirzə Muxtar əvvəlcə mədrəsədə, iki il sonra isə türk-rus (rus-tatar) mütərəqqi məktəbində təhsil almış, fars və rus dillərini mənimsəmişdir. Yeniyetmə yaşlarından Azərbaycan və fars dillərində lirik şeirlər, qəzəllər müəllifi kimi tanınmışdır. Bundan əlavə, Xarrat Qulunun muğam məclislərində yaxından iştirak etmiş, "Segah", "Mahur-Hindi", "Qatar bayatısı" muğamlarını ifa etmişdir. Bununla yanaşı erkən yaşlarından Şuşada müəllimliklə məşğul olmuşdur. Qarabağ ziyalıları ona hörmət əlaməti olaraq "Mirzə" deyə müraciət etmişdir.
Mirzə Muxtar rus və erməni dillərini bildiyi üçün 1860–1870-ci illərində Şuşada "Qış klubu"nda səhnələşdirilən rus və erməni teatr tamaşalarında mütəmadi olaraq izləmiş, tamaşa hazırlamaq ideyası da bu dövrdə yaranmışdı. 1870-ci ildə Novruz bayramı münasibətilə hazırladığı "Qaravəlli" tamaşası yerli əhali tərəfindən müsbət qarşılanmışdı. Elə həmin il ziyalıları (əsasən müəllimləri) bir araya gətirərək "Hacı Quluların zalı"nda Mirzə Fətəli Axundovun "Hacı Qara" komediyasını tamaşaya qoymuş, lakin müəyyən səbəblərə görə tamaşa uğursuz keçmişdi. Buna baxmayaraq o, 1874-cü ildə bu komediyanı yenidən səhnəyə hazırlamışdır. Sonrakı illərdə də "Hacı Qara" komediyası Mirzə Muxtarın iştirakı ilə oynanılmışdır. Hətta 1880-ci ildə o, həmin tamaşanı Şuşada yerləşən kazarmada oynamışdır.
Mirzə Muxtar Məmmədovun aktyorluğunun 1883-cü ilə qədərki ilkin mərhələsi Şuşa ilə bağlı olmuşdur. 1883-cü ildə Mirzə Muxtar Gəncəyə köçərək burada müəllimlik etmiş, sonra isə Tiflisə gedərək xüsusi gimnaziyada təhsil almaqla yanaşı, türk-rus ilkin məktəbində dərs demişdir. Burada o, həvəskərlar dəstəsində aktyorluğuna davam etdirmiş, Sultanməcid Qənizadənin, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin kiçik məsxərələrini tamaşaya hazırlamışdır. 1897-ci ildə göstərilmiş "Məcnun Leylinin məzarı üstündə" birpərdəli musiqili tamaşasında iştirak etmişdir.
Bakı dövrü
1899-cu ildə Mirzə Muxtar Bakıya köçərək burada məktəblərin birinə müəllim düzəlmiş, şəhərin teatr həvəskarları ilə tanış olmuşdur. Xüsusilə Cahangir Zeynalov, Məhəmməd Əlvəndi, Əbülfət Vəli ilə əlaqələri onun Bakının teatr mühitində tanınmasına səbəb olmuşdur. 1905-ci ildə Mirzə Muxtar müəllimliyi dayandırmış, bütünlüklə teatr fəaliyyətinə başlamışdır. Bununla o, "İkinci müsəlmən dram cəmiyyəti"nin, "Həmiyyət", "Nicat", "Səfa" mədəni-maarif cəmiyyətlərinin, Hüseynqulu Sarabskinin "Opera artistləri dəstəsi", "Zülfüqar bəy və Üzeyir Hacıbəyov qardaşlarının müdiriyyəti", Abbasmirzə Şərifzadənin "Müəlman artistləri ittifaqı" teatr truppalarında aktyorluq etmişdir.
Əbdürrəhim bəy Haqverdiyev və Üzeyir Hacıbəyov Mirzə Muxtarı Şuşadan aktyor, teatr təşkilatçısı və xanəndə kimi tanıyırdılar. Buna görə də 1907-ci ilin sonlarında Bakıda maarifpərvər İmran Qasımovun (Kəngərli) evində və "İslamiyyə" mehmanxanasında məşqləri aparılan və ilk Azərbaycan operası olan "Leyli və Məcnun"un hazırlanmasına ilkin dəvət alanlardan da biri məhz Mirzə Muxtar olmuşdur. O, operanın 12 (25) yanvar 1908-ci ildə göstərilən ilk tamaşasında Əbdül Qeys (Məcnunun atası) rolunu ifa etmişdir. Üzeyir Hacıbəyovun növbəti opera premyeralarında — "Şah Abbas və Xurşid banu"da Vəzir rolunu, "Əsli və Kərəm"də İsfahan şahı obrazını canlandırmışdır.
Mirzə Muxtar yaşlı vaxtlarında aktisa çatışmazlığından Üzeyir Hacıbəyovun "Arşın mal alan"da Cahan xala, "Məşədi İbad"da Həsənqulu bəy və Gülnaz, "Ər və arvad"da Yetər, Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" komediyasında Yetər, "Müsibəti-Fəxrəddin" faciəsində Hürü, Nəriman Nərimanovun "Şamdan bəy"nda Pərizad, Sultanməcid Qənizadənin "Axşam səbri xeyir olar" vedovilində Gülcamal kimi qadın rollarını oynamışdır. Sonra müxtəlif janrlı tamaşalarda Səfər bəy, Arakel və Sərkis ("Hacı Qara", Mirzə Fətəli Axundov), Zabit, Şiruyə və baş möbid ("Dəmirçi Gavə", Şəmsəddin Sami), İbrahim ("Qəzavat", S. Lanskoy), keşiş ("Qaçaqlar", Fridrix Şiller), könüllü əsgər, Əkbər şah Hindu ("Vətən" və "Qara bəla", Namiq Kamal), Kaysarov ("Napoleon müharibəsi və yaxud Moskva yanğını", Baxmetov), Zabit ("Tariq ibn Ziyad", Əbdülhəq Hamid), müəllim ("Xan-xan", Haşım bəy Vəzirov), möbid ("Ənuşirəvani adil", Əbdürrəsul Şərifzadə), Şeyx Əhməd ("Ölülər", Cəlil Məmmədquluzadə), Mirzə Qoşunəli və Mirzə Bayram ("Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), Əhməd Rza ("Sultan Əbdülhəmidin xəli", Mehdi bəy Hacınski), Molla Sübhan ("Ədirnə fəthi", Cəfər Cabbarlı), Yusif, Cəfər xan ("Şamdan bəy" və "Nadir şah", Nəriman Nərimanov) obrazlarında səhnəyə səhnəyə çıxmışdır. Bu rolların əksəriyyətini bir neçə quruluşda oynamışdır.
1913-cü ildə Mirzə Muxtarın səhnə fəaliyyətinin 40 illiyi münasibətilə yubiley gecəsi keçirilmiş, yubilyarın da iştirakı ilə Üzeyir Hacıbəyovun "Rüstəm və Söhrab", "Leyli və "Məcnun" operalarından səhnələr göstərilmişdir.
1918-ci ilin martında Bakıda erməni birləşmələri tərəfindən törədilmiş kütləvi qırğınlar zamanı Mirzə Muxtarın evi dağıdılmış, varidatı əlindən çıxmışdır. "Bəsirət" qəzetinin 17 noyabr 1918-ci il tarixli sayında bu barədə "Dilənçi artist" adlı məqalə də dərc edilmişdi. Teatr xadiminin ağır həyat şəraitindən xəbər tutan Hacıbəyov qardaşları ona ayda 500 manat təqaüd təyin etmişdilər. Mirzə Muxtar həyatının son 10 ilində (1919–1929) musiqişünaslıqla məşğul olmuş, xanəndə və musiqiçilərdən ibarət "muğamat komissiyonu" adlanan elmi şuranın yığıncaqlarında iştirak etmişdir.
Mirzə Muxtar Məmmədov 1929-cu ilin təqribən yanvar ayının 16-da Bakıda vəfat etmişdir.
İstinadlar
- Мамедов Мирза Мухтар Ага Мирза Али Аскер оглу // Енциклопедия азербайджанского мугама (rus). Баку: Шарг-Гарб. 2012. С. 151.
- Фиридун Шушински. Мирзә Мухтар // Азәрбајҹан халг мусигичиләри. Бакы: Јазычы. 1985. С. 57–67.
- Flora Xəlilzadə. Milli teatrımızın qaranquşu // "Azərbaycan" qəzeti. 7 oktyabr 2013. S. 14.
- İlham Rəhimli. Mirzə Muxtar Məmmədov // Səhnə fədailəri : [3 cilddə]. 1-ci cild. Bakı: Şərq-Qərb. 2018. S. 9–15.
- İlham Rəhimli. Mirzə Muxtar Məmmədov // Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. səh. 358–359. ISBN .
- İnqilab Kərimov. Şuşa-Ağdam teatrı. Bakı: Elm. 2001. S. 16.
- Məmmədov Mirzə Muxtar Ağa Mirzə Əli Əsgər oğlu // Muğam ensiklopediyası. Bakı. 2008. S. 131.
- Sarabski, Hüseynqulu. Köhnə Bakı (az.). Bakı: Qanun nəşriyyatı. 2019. 57.
- Mirzə Muxtar // Üzeyir Hacıbəyov ensiklopediyası. Bakı: Şərq-Qərb. 2007. səh. 150. ISBN .
- Firidun Şuşinski. Mirzə Muxtar // Azərbaycanın musiqi xəzinəsi. Bakı: Vətənoğlu. 2015. S. 289–302. ISBN .
- Mirzə Myxtar // Kommynist. № 15 (2521). 18 janvar 1929. S. 4.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mirze Muxtar Aga Mirze Eli Esger oglu Memmedov en tezi 1841 ve en geci 1859 Susa Susa qezasi teq 16 yanvar 1929 Baki Azerbaycanin ilk pesekar aktyorlarindan ve Susada Azerbaycan teatrinin yaradicilarindan biri xanende pedaqoq musiqisunas Mirze Muxtar 1870 1883 cu illerde Susada bir sira tamasalari sehnelesdirmis Gence ve Tiflisde muellimlik etmis 1899 cu ilden ise Bakida ferqli teatr truppalarinda cixis etmisdir O Leyli ve Mecnun Sah Abbas ve Xursid banu Esli ve Kerem operalarinda muxtelif rollarin ilk ifacisi olmusdur Mirze MuxtarDogum tarixi en tezi 1841 ve en geci 1859Dogum yeri Susa Susa qezasiVefat tarixi teq 16 yanvar 1929 1929 01 16 Vefat yeri Baki Baki qezasi Azerbaycan SSR ZSFSR SSRIAtasi Mirze Eli Esger QarabagiFealiyyeti teatr aktyoru xanende musiqisunas muellimFealiyyet illeri 1870 1929Heyat ve yaradiciligiSusa dovru Mirze Muxtar Mirze Elesger oglu Susa seherinde musiqici ailesinde anadan olmusdur Atasi Mirze Eli Esger Qarabagi xanende tarzen ve kamanca ifacisi olmus Xursidbanu Natevanin atasi Mehdiqulu xanin sarayinda saray musiqicisi vezifesine layiq gorulmusdur Mirze Muxtar ilk tehsilini ele atasinin yaninda almis mugamlari ondan oyrenmisdir Onun dogum ili muxtelif menbelerde 1841 1842 1852 ve 1859 kimi verilmisdir Mirze Muxtar evvelce medresede iki il sonra ise turk rus rus tatar mutereqqi mektebinde tehsil almis fars ve rus dillerini menimsemisdir Yeniyetme yaslarindan Azerbaycan ve fars dillerinde lirik seirler qezeller muellifi kimi taninmisdir Bundan elave Xarrat Qulunun mugam meclislerinde yaxindan istirak etmis Segah Mahur Hindi Qatar bayatisi mugamlarini ifa etmisdir Bununla yanasi erken yaslarindan Susada muellimlikle mesgul olmusdur Qarabag ziyalilari ona hormet elameti olaraq Mirze deye muraciet etmisdir Mirze Muxtar rus ve ermeni dillerini bildiyi ucun 1860 1870 ci illerinde Susada Qis klubu nda sehnelesdirilen rus ve ermeni teatr tamasalarinda mutemadi olaraq izlemis tamasa hazirlamaq ideyasi da bu dovrde yaranmisdi 1870 ci ilde Novruz bayrami munasibetile hazirladigi Qaravelli tamasasi yerli ehali terefinden musbet qarsilanmisdi Ele hemin il ziyalilari esasen muellimleri bir araya getirerek Haci Qulularin zali nda Mirze Feteli Axundovun Haci Qara komediyasini tamasaya qoymus lakin mueyyen sebeblere gore tamasa ugursuz kecmisdi Buna baxmayaraq o 1874 cu ilde bu komediyani yeniden sehneye hazirlamisdir Sonraki illerde de Haci Qara komediyasi Mirze Muxtarin istiraki ile oynanilmisdir Hetta 1880 ci ilde o hemin tamasani Susada yerlesen kazarmada oynamisdir Mirze Muxtar Memmedovun aktyorlugunun 1883 cu ile qederki ilkin merhelesi Susa ile bagli olmusdur 1883 cu ilde Mirze Muxtar Genceye kocerek burada muellimlik etmis sonra ise Tiflise gederek xususi gimnaziyada tehsil almaqla yanasi turk rus ilkin mektebinde ders demisdir Burada o heveskerlar destesinde aktyorluguna davam etdirmis Sultanmecid Qenizadenin Necef bey Vezirovun Ebdurrehim bey Haqverdiyevin kicik mesxerelerini tamasaya hazirlamisdir 1897 ci ilde gosterilmis Mecnun Leylinin mezari ustunde birperdeli musiqili tamasasinda istirak etmisdir Baki dovru 1899 cu ilde Mirze Muxtar Bakiya kocerek burada mekteblerin birine muellim duzelmis seherin teatr heveskarlari ile tanis olmusdur Xususile Cahangir Zeynalov Mehemmed Elvendi Ebulfet Veli ile elaqeleri onun Bakinin teatr muhitinde taninmasina sebeb olmusdur 1905 ci ilde Mirze Muxtar muellimliyi dayandirmis butunlukle teatr fealiyyetine baslamisdir Bununla o Ikinci muselmen dram cemiyyeti nin Hemiyyet Nicat Sefa medeni maarif cemiyyetlerinin Huseynqulu Sarabskinin Opera artistleri destesi Zulfuqar bey ve Uzeyir Hacibeyov qardaslarinin mudiriyyeti Abbasmirze Serifzadenin Muelman artistleri ittifaqi teatr truppalarinda aktyorluq etmisdir Ebdurrehim bey Haqverdiyev ve Uzeyir Hacibeyov Mirze Muxtari Susadan aktyor teatr teskilatcisi ve xanende kimi taniyirdilar Buna gore de 1907 ci ilin sonlarinda Bakida maarifperver Imran Qasimovun Kengerli evinde ve Islamiyye mehmanxanasinda mesqleri aparilan ve ilk Azerbaycan operasi olan Leyli ve Mecnun un hazirlanmasina ilkin devet alanlardan da biri mehz Mirze Muxtar olmusdur O operanin 12 25 yanvar 1908 ci ilde gosterilen ilk tamasasinda Ebdul Qeys Mecnunun atasi rolunu ifa etmisdir Uzeyir Hacibeyovun novbeti opera premyeralarinda Sah Abbas ve Xursid banu da Vezir rolunu Esli ve Kerem de Isfahan sahi obrazini canlandirmisdir Mirze Maxtur ayaq uste soldan 4 cu Hacibeyov qardaslarinin teatr truppasinda Baki 1918 1919 cu iller Mirze Muxtar yasli vaxtlarinda aktisa catismazligindan Uzeyir Hacibeyovun Arsin mal alan da Cahan xala Mesedi Ibad da Hesenqulu bey ve Gulnaz Er ve arvad da Yeter Necef bey Vezirovun Haci Qember komediyasinda Yeter Musibeti Fexreddin faciesinde Huru Neriman Nerimanovun Samdan bey nda Perizad Sultanmecid Qenizadenin Axsam sebri xeyir olar vedovilinde Gulcamal kimi qadin rollarini oynamisdir Sonra muxtelif janrli tamasalarda Sefer bey Arakel ve Serkis Haci Qara Mirze Feteli Axundov Zabit Siruye ve bas mobid Demirci Gave Semseddin Sami Ibrahim Qezavat S Lanskoy kesis Qacaqlar Fridrix Siller konullu esger Ekber sah Hindu Veten ve Qara bela Namiq Kamal Kaysarov Napoleon muharibesi ve yaxud Moskva yangini Baxmetov Zabit Tariq ibn Ziyad Ebdulheq Hamid muellim Xan xan Hasim bey Vezirov mobid Enusirevani adil Ebdurresul Serifzade Seyx Ehmed Oluler Celil Memmedquluzade Mirze Qosuneli ve Mirze Bayram Dagilan tifaq Ebdurrehim bey Haqverdiyev Ehmed Rza Sultan Ebdulhemidin xeli Mehdi bey Hacinski Molla Subhan Edirne fethi Cefer Cabbarli Yusif Cefer xan Samdan bey ve Nadir sah Neriman Nerimanov obrazlarinda sehneye sehneye cixmisdir Bu rollarin ekseriyyetini bir nece qurulusda oynamisdir 1913 cu ilde Mirze Muxtarin sehne fealiyyetinin 40 illiyi munasibetile yubiley gecesi kecirilmis yubilyarin da istiraki ile Uzeyir Hacibeyovun Rustem ve Sohrab Leyli ve Mecnun operalarindan sehneler gosterilmisdir 1918 ci ilin martinda Bakida ermeni birlesmeleri terefinden toredilmis kutlevi qirginlar zamani Mirze Muxtarin evi dagidilmis varidati elinden cixmisdir Besiret qezetinin 17 noyabr 1918 ci il tarixli sayinda bu barede Dilenci artist adli meqale de derc edilmisdi Teatr xadiminin agir heyat seraitinden xeber tutan Hacibeyov qardaslari ona ayda 500 manat teqaud teyin etmisdiler Mirze Muxtar heyatinin son 10 ilinde 1919 1929 musiqisunasliqla mesgul olmus xanende ve musiqicilerden ibaret mugamat komissiyonu adlanan elmi suranin yigincaqlarinda istirak etmisdir Mirze Muxtar Memmedov 1929 cu ilin teqriben yanvar ayinin 16 da Bakida vefat etmisdir IstinadlarMamedov Mirza Muhtar Aga Mirza Ali Asker oglu Enciklopediya azerbajdzhanskogo mugama rus Baku Sharg Garb 2012 S 151 Firidun Shushinski Mirzә Muhtar Azәrbaјҹan halg musigichilәri Baky Јazychy 1985 S 57 67 Flora Xelilzade Milli teatrimizin qaranqusu Azerbaycan qezeti 7 oktyabr 2013 S 14 Ilham Rehimli Mirze Muxtar Memmedov Sehne fedaileri 3 cildde 1 ci cild Baki Serq Qerb 2018 S 9 15 Ilham Rehimli Mirze Muxtar Memmedov Azerbaycan Teatr Ensiklopediyasi 3 cildde 2 ci cild Baki Azernesr 2017 seh 358 359 ISBN 978 9952 8021 9 1 Inqilab Kerimov Susa Agdam teatri Baki Elm 2001 S 16 Memmedov Mirze Muxtar Aga Mirze Eli Esger oglu Mugam ensiklopediyasi Baki 2008 S 131 Sarabski Huseynqulu Kohne Baki az Baki Qanun nesriyyati 2019 57 Mirze Muxtar Uzeyir Hacibeyov ensiklopediyasi Baki Serq Qerb 2007 seh 150 ISBN 978 9952 34 075 4 Firidun Susinski Mirze Muxtar Azerbaycanin musiqi xezinesi Baki Vetenoglu 2015 S 289 302 ISBN 978 9952 8283 8 2 Mirze Myxtar Kommynist 15 2521 18 janvar 1929 S 4