Şəmsəddin Sami (1 iyun 1850 – 18 iyun 1904, Konstantinopol və ya Konstantinopol) — Alban əsilli Türk yazarı və tədqiqatçısı, ensiklopedist şəxsiyyət, dilçi və filosof. Avropayönəmli ilk türk romanı nümunəsi hesab olunan "Təəşşüqi-Tələt və Fitnət"in (1872), ilk Türk ensiklopediyası "Qamusul-Elam"ın (1889–1898) və ilk Türk sözlüyü olan "Qamusi-Türki"nin (1901) yazarı; fransızca "Qamusi-Fransavi", ərəbcə isə "Qamusi-Arabi" adlı sözlükləri qələmə almışdır.
Şəmsəddin Sami | |
---|---|
Doğum tarixi | 1 iyun 1850 |
Vəfat tarixi | 18 iyun 1904(54 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Uşağı | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, filosof, dramaturq, jurnalist, leksiqraf, tərcüməçi |
Əsərlərinin dili | Alban dili, türk dili |
Vikianbarda əlaqəli mediafayllar |
1897-ci ildə böyük qardaşı Fraşıri Abdül Beylə birlikdə Latın və Yunan hərflərindən istifadə etməklə ilk Alban əlifbasını inkişaf etdirmiş və Alban dilində qrammatika kitabı yazmışdı. Qardaşı Naim Fraşıri Alban milli şeirinin yaradıcısı hesab olunur.
Həyatı
1850-ci il, 1 iyun tarixində Fraşerdə — Albaniyanın cənubundakı Gjirokastër qəsəbəsindəki bir kənddə anadan olmuşdur. Fraşeri ailəsindən Xalid Bəyin 5 oğlundan 3-cüsü idi. Digər iki oğlu — Naim və Abdülün Alban tarixinin inkişafında böyük rolu olmuşdur. İlk təhsilini Bektaşi təriqətindən olan Fraşıri Nasıbi Tahir Baba Təkkəsində almış. Orta təhsilini İoannina şəhərində məşhur yunan gimnaziyası "Zosimea" liseyində bitirmişdir. Burada o, Qərb fəlsəfəsi ilə tanış olmaqla əvvəlcə yunan, fransız, italyan, daha sonralar isə müəllim köməyi ilə ərəb, fars, eləcədə türk dillərini öyrənmişdi. 1872-ci ildə o, mətbuat bürosunda fəaliyyət göstərdiyi İstanbul şəhərinə köçmüşdü. Digər ölkə iştrakçıları kimi Şəmsəddin Saminində əsas məqsədi Alban mədəniyyətinin inkişafı və müstəqilliyi idi. Şəmsəddin Sami 18 iyun 1904-cü ildə, İstanbul şəhərində ağır xəstəlikdən dünyasını dəyişmişdir.
Yaradıcılığı
XIX əsr Türk ədəbiyyatının ən önəmli simalarından olan Şəmsəddin Sami müxtəlif elm sahələrinə dəyərli əsərlər bəxş etmiş alimdir. Sadə jurnalistik fəaliyyəti ilə başlanan müəllifin yaradıcılığı bədii əsərlər, tərcümələr, ensiklopedik nəşriyyatlar və dilçilik sahələrinə qədər şaxələnmişdir. Ömrünün son 23 ilini alim yalnız ensiklopedik və dilçilik əsərlərinə həsr etmişdir. Onun "Qamusi-Fransavi", "Qamusi-Türki", "Qamusul-Elam", "Qamusul-Arabi" kimi mühüm əsərləri nəinki Türk dünyasının, o cümlədən Qərb mütəxəssislərin və alimlərin diqqətini cəlb etmişdir. Ədəbi əsərlər siyahısında olan "Təəşşüqi-Tələt və Fitnət" o dövr üçün çox aktual bir məqama toxunaraq məcburi izdivaclardan və onların törədəcəyi fəlakətlərdən bəhs edən ilk türk romanıdır. 1873-cü ilin ilk günlərində tamamlanan bu roman Avropayönəmli tərzdə yazılmış ilk türk əsəridir. Daha sonra müəllif qələmini pyes sahəsində sınayaraq ədəbiyyat dünyasına bir sıra dəyərli dram əsərləri bəxş etmişdir. Eşq, əxlaq, adət-ənənələr, Vətənə sevgi kimi mövzuları tərənnüm edən bu əsərlər dəfələrlə səhnədə oynanılaraq Samiyə böyük rəğbət qazandırmışdır. Müəllifin "Besa, yaxud əhdə vəfa" pyesi öz məmləkətindən, Alban adət-ənəsindən bəhs edən əsərdir. "Seydi Yəhya" pyesinin məzmunu Əndəlus tarixidir. "Gavə" əsərinin ideyası isə "Şahnamə" əfsanəsindən qaynaqlanmışdır. Saminin romanı və pyesləri ilə baglı tədqiqat geniş şəkildə dərc olunmuşdur. Onun yaradıcılığının ilk 12 ili tərcümə fəaliyəti ilə bağlıdır. Onun "Tarixi mücmeli Fransa", "İxtiyar onbaşı", "Qalatee", "Şeytanın yadigarları", "Səfillər", "Robinzon" adlı tərcümələrin hamısı fransız dilində olan əsərlərdəndir. O, orijinallığı qorumaq üçün mütərcim kitabı olduğu kimi tərcümə edərək bir çox yerlərdə türk qrammatik qaydalarını pozmuş, fransız cümlə quruluşunu mühafizə etmişdir. Şəmsəddin Sami bunlardan savayı İslamiyyətin təbliğatına xidmət edən "Himmat al-himam finaşr al-İslam" adlı ərəb dilində yazılmış daha kiçik bir kitab qələmə almışdır.
Əsərləri
Dil kitabları :
- "Taaşşuk-ı Talat ve Fitnat" (1872-ci il, Avropayönəmli tərzdə yazılmış ilk türk romanı)
- "Qamusi-Fransavi" (1882–1905-ci il, Fransız dilindən Türk dilinə sözlük)
- "Qamusi-Fransavi" (1885-ci il, Türk dilindən Fransız dilinə sözlük)
- "Qamusi-Türki" (2 cild, 1899–1900-cü il)
- "Qamusul-Elam" (6 cild, 1889–1898-ci il, tarix və coğrafiya ensiklopediyası)
- "Qamusul-Arabi"
Pyesləri :
- "Besa, yaxud əhdə vəfa"
- "Seydi Yəhya"
- "Gavə"
Tərcümə əsərləri
(Fransız dilindən)
- “Tarixi mücmeli Fransa”. İstanbul: Camlı Hanı. 1872. səh. 163.
- “İxtiyar onbaşı”. İstanbul. 1873. səh. 62.
- “Qalatee”. İstanbul. 1873. səh. 40.
- “Şeytanın yadigarları”. İstanbul: Mihran. 1878. səh. 595.
- “Səfillər”. İstanbul: Mihran. 1880. səh. 899.
- “Robinzon”. İstanbul: Mihran. 1885. səh. 136.
Nəşr olunmuş kitabları
- “Mədəniyyət-i İslamiyyə”. 1878-1879; 2-ci dəfə (1884-1885). səh. 126.
- “Əsatir”. 1878-1879; 2-ci dəfə (1893-1894). səh. 117.
- “Qadınlar”. 1878-1879; 2-ci dəfə (1893-1894).
- “Göy”. 1878–1879. səh. 112.
- “Yer”. 1878–1879. səh. 119.
- “İnsan”. 1878–1879. səh. 115.
- “Əmsal”. 1878–1879. səh. 511.
- “Lətaif”. 1882–1883. səh. 224.
- “Yenə İnsan”. 1885–1886. səh. 144.
- “Lisan”. 1885–1886. səh. 128.
- “Üsuli tənqid və tərtib”. 1885–1886. səh. 130.
- “Himmat al-himam finaşr al-İslam”. 1887–1888.
Ədəbiyyat
- Bilgin Azmi. Şemseddin Saminin edebiyatla ilgili eserleri ve görüşleri. Türk Araştırmaları Dergisi.
- Doğramacıoglu Hüseyin. Şemseddin Saminin kaleminden dil ve edebiyat meseleleri. Uluslararası Sosial Araştırmalar Dergisi. 2010.
- “Şərq xalqları ədəbiyyatı: ənənə və müasirlik”. Bakı: Elm. 2014. səh. 722.
- Halid Ziya. Qırx Yıl. İstanbul. 1936.
- Levend Agah Sirri. Şemsettin Sami. Ankara Universiteti Basımevi. 1969.
- İslam Ansiklopedisi. İstanbul: Türkiye Diyanet Vaqfı. 2010.
İstinadlar
- Semseddin Sami Fraseri // Encyclopædia Britannica (ing.).
- Çex Milli Hakimiyyət Məlumat bazası.
Xarici keçidlər
- ŞEMSETTİN SAMİ FRAŞERİ 2011-08-09 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Semseddin Sami 1 iyun 1850 18 iyun 1904 Konstantinopol ve ya Konstantinopol Alban esilli Turk yazari ve tedqiqatcisi ensiklopedist sexsiyyet dilci ve filosof Avropayonemli ilk turk romani numunesi hesab olunan Teessuqi Telet ve Fitnet in 1872 ilk Turk ensiklopediyasi Qamusul Elam in 1889 1898 ve ilk Turk sozluyu olan Qamusi Turki nin 1901 yazari fransizca Qamusi Fransavi erebce ise Qamusi Arabi adli sozlukleri qeleme almisdir Semseddin SamiDogum tarixi 1 iyun 1850 1850 06 01 Vefat tarixi 18 iyun 1904 1904 06 18 54 yasinda Vefat yeri Konstantinopol ve yaKonstantinopol Osmanli imperiyasiDefn yeri Ferikoy mezarligiUsagi Eli Sami YenTehsili Zosimaya MektebiFealiyyeti yazici filosof dramaturq jurnalist leksiqraf tercumeciEserlerinin dili Alban dili turk dili Vikianbarda elaqeli mediafayllar 1897 ci ilde boyuk qardasi Frasiri Abdul Beyle birlikde Latin ve Yunan herflerinden istifade etmekle ilk Alban elifbasini inkisaf etdirmis ve Alban dilinde qrammatika kitabi yazmisdi Qardasi Naim Frasiri Alban milli seirinin yaradicisi hesab olunur Heyati1850 ci il 1 iyun tarixinde Fraserde Albaniyanin cenubundaki Gjirokaster qesebesindeki bir kendde anadan olmusdur Fraseri ailesinden Xalid Beyin 5 oglundan 3 cusu idi Diger iki oglu Naim ve Abdulun Alban tarixinin inkisafinda boyuk rolu olmusdur Ilk tehsilini Bektasi teriqetinden olan Frasiri Nasibi Tahir Baba Tekkesinde almis Orta tehsilini Ioannina seherinde meshur yunan gimnaziyasi Zosimea liseyinde bitirmisdir Burada o Qerb felsefesi ile tanis olmaqla evvelce yunan fransiz italyan daha sonralar ise muellim komeyi ile ereb fars elecede turk dillerini oyrenmisdi 1872 ci ilde o metbuat burosunda fealiyyet gosterdiyi Istanbul seherine kocmusdu Diger olke istrakcilari kimi Semseddin Samininde esas meqsedi Alban medeniyyetinin inkisafi ve musteqilliyi idi Semseddin Sami 18 iyun 1904 cu ilde Istanbul seherinde agir xestelikden dunyasini deyismisdir YaradiciligiXIX esr Turk edebiyyatinin en onemli simalarindan olan Semseddin Sami muxtelif elm sahelerine deyerli eserler bexs etmis alimdir Sade jurnalistik fealiyyeti ile baslanan muellifin yaradiciligi bedii eserler tercumeler ensiklopedik nesriyyatlar ve dilcilik sahelerine qeder saxelenmisdir Omrunun son 23 ilini alim yalniz ensiklopedik ve dilcilik eserlerine hesr etmisdir Onun Qamusi Fransavi Qamusi Turki Qamusul Elam Qamusul Arabi kimi muhum eserleri neinki Turk dunyasinin o cumleden Qerb mutexessislerin ve alimlerin diqqetini celb etmisdir Edebi eserler siyahisinda olan Teessuqi Telet ve Fitnet o dovr ucun cox aktual bir meqama toxunaraq mecburi izdivaclardan ve onlarin toredeceyi felaketlerden behs eden ilk turk romanidir 1873 cu ilin ilk gunlerinde tamamlanan bu roman Avropayonemli terzde yazilmis ilk turk eseridir Daha sonra muellif qelemini pyes sahesinde sinayaraq edebiyyat dunyasina bir sira deyerli dram eserleri bexs etmisdir Esq exlaq adet eneneler Vetene sevgi kimi movzulari terennum eden bu eserler defelerle sehnede oynanilaraq Samiye boyuk regbet qazandirmisdir Muellifin Besa yaxud ehde vefa pyesi oz memleketinden Alban adet enesinden behs eden eserdir Seydi Yehya pyesinin mezmunu Endelus tarixidir Gave eserinin ideyasi ise Sahname efsanesinden qaynaqlanmisdir Saminin romani ve pyesleri ile bagli tedqiqat genis sekilde derc olunmusdur Onun yaradiciliginin ilk 12 ili tercume fealiyeti ile baglidir Onun Tarixi mucmeli Fransa Ixtiyar onbasi Qalatee Seytanin yadigarlari Sefiller Robinzon adli tercumelerin hamisi fransiz dilinde olan eserlerdendir O orijinalligi qorumaq ucun mutercim kitabi oldugu kimi tercume ederek bir cox yerlerde turk qrammatik qaydalarini pozmus fransiz cumle qurulusunu muhafize etmisdir Semseddin Sami bunlardan savayi Islamiyyetin tebligatina xidmet eden Himmat al himam finasr al Islam adli ereb dilinde yazilmis daha kicik bir kitab qeleme almisdir EserleriDil kitablari Taassuk i Talat ve Fitnat 1872 ci il Avropayonemli terzde yazilmis ilk turk romani Qamusi Fransavi 1882 1905 ci il Fransiz dilinden Turk diline sozluk Qamusi Fransavi 1885 ci il Turk dilinden Fransiz diline sozluk Qamusi Turki 2 cild 1899 1900 cu il Qamusul Elam 6 cild 1889 1898 ci il tarix ve cografiya ensiklopediyasi Qamusul Arabi Pyesleri Besa yaxud ehde vefa Seydi Yehya Gave Tercume eserleri Fransiz dilinden Tarixi mucmeli Fransa Istanbul Camli Hani 1872 seh 163 Ixtiyar onbasi Istanbul 1873 seh 62 Qalatee Istanbul 1873 seh 40 Seytanin yadigarlari Istanbul Mihran 1878 seh 595 Sefiller Istanbul Mihran 1880 seh 899 Robinzon Istanbul Mihran 1885 seh 136 Nesr olunmus kitablari Medeniyyet i Islamiyye 1878 1879 2 ci defe 1884 1885 seh 126 Esatir 1878 1879 2 ci defe 1893 1894 seh 117 Qadinlar 1878 1879 2 ci defe 1893 1894 Goy 1878 1879 seh 112 Yer 1878 1879 seh 119 Insan 1878 1879 seh 115 Emsal 1878 1879 seh 511 Letaif 1882 1883 seh 224 Yene Insan 1885 1886 seh 144 Lisan 1885 1886 seh 128 Usuli tenqid ve tertib 1885 1886 seh 130 Himmat al himam finasr al Islam 1887 1888 EdebiyyatBilgin Azmi Semseddin Saminin edebiyatla ilgili eserleri ve gorusleri Turk Arastirmalari Dergisi Dogramacioglu Huseyin Semseddin Saminin kaleminden dil ve edebiyat meseleleri Uluslararasi Sosial Arastirmalar Dergisi 2010 Serq xalqlari edebiyyati enene ve muasirlik Baki Elm 2014 seh 722 Halid Ziya Qirx Yil Istanbul 1936 Levend Agah Sirri Semsettin Sami Ankara Universiteti Basimevi 1969 Islam Ansiklopedisi Istanbul Turkiye Diyanet Vaqfi 2010 IstinadlarSemseddin Sami Fraseri Encyclopaedia Britannica ing Cex Milli Hakimiyyet Melumat bazasi Xarici kecidlerSEMSETTIN SAMI FRASERI 2011 08 09 at the Wayback Machine