Muğam üçlüyü — Azərbaycanın milli musiqi alətləri olan tar, kamança və qaval ifaçılarından ibarət klassik muğam triosu; Azərbaycan muğam dəstgahlarını icra edən ənənəvi sazəndələr ansamblı; xanəndə və sazəndə dəstəsi.
Azərbaycan musiqisi | |
---|---|
Ümumi mövzular | |
Janrlar | |
Xüsusi formalar | |
Milli musiqi | |
Alt janrlar |
|
Media və təqdim etmə | |
Musiqi festivalları | |
Musiqi mediası | Mədəniyyət TV |
Millətçilik və vətənpərvərlik mövzusunda mahnılar | |
Milli himn | Azərbaycan himni |
Muğam üçlüyün ifa etdiyi vokal instrumental bütöv muğam dəsgahı adlanır. Dəsgah muğamın küll halında, yəni, onun dəramədinin, bütün şöbə və guşələrinin, eləcə də hər şöbənin təsnif və rəng, yaxud diringələrinin ardıcıl ifa olunması deməkdir. Muğam kompozisiyasına daxil olan şöbələr əsərin musiqi-poetik məzmununu müəyyənləşdirən improvizə reçitavit səpkili vokal melodiyalardan ibarətdir. Bunlar dəqiq ritmə malik mahnı və rəqs epizodları ilə əvəzlənir. Mahnı epizodları təsnif, rəqsinki isə rəng adlanır.
Quruluşu
Muğam üçlüyü adından da göründüyü kimi üç nəfərdən ibarətdir. Bu dəstə yeganə çalğıçı üçlüyüdür ki, muğamlar bütöv, dəstgah şəklində, bütün incəlikləri ilə dinləyiciyə çatdırılır.
İlk dövrlərdə sazəndə dəstəsində tar, kamança və balabandan, təsnif və rəngləri ifa etdikdə isə dairə, qoşanağaradan istifadə olunurdu. Məşhur tarzən Mirzə Sadıq Əsəd oğlunun tar alətində apardığı yenidənqurma işlərindən sonra artıq gur səsli qoşanağaraya ehtiyac qalmır, bu, xanəndənin əlində tutduğu incə səsli qaval ilə əvəz olunur. Beləliklə, bu dəstə yalnız 3 nəfərdən ibarət olur. Bu dəstəyə tarzən, kamançaçı və xanəndə daxildir ki, həmin üçlük XIX əsrin ikinci yarısından başlayaraq ta bu günə qədər fəaliyyət göstərir. Onların Azərbaycan xalq musiqisinin inkişafında, muğam ifaçılıq məktəbinin yaradılmasında rolu misilsizdir.
Üçlüyün başlıca icraçısı qavalda çalan müğənni — xanəndədir. O, öz zövqünə və fərdi imkanlarına görə kompozisiya qurur. Daha doğrusu, dəstgaha hansı şöbələrə hansı guşələrin daxil edilməsi, onların həcmi, rəng və ya təsniflərin yerləşdirilməsini məhz xanəndə həll edir. Xanəndə muğamı oxuyarkən qavalı üzünə yaxınlaşdırır, səsinin dinləyicilərə yönəlməsini, rezonanslanmasının təmin edir. Rəng və təsniflərin ifası zamanı isə xanəndə tərəf müqabillərini və özünü qavalla müşayiət edir.
Üçlüyün ikinci iştirakçısı tarzən, çaldığı alət isə tardır. Tarzən, xanəndənin oxuduğu zaman, orqan punktu ilə müşayiət edər, nəfəsarası solo muğam parçaları çalır, yeni guşələrə modulyasiyalar edir. Dəstgahın icrası bir növ xanəndə ilə tarzənin dialoqundan ibarət olur. Çünki tar hər hansı guşəni əvvəlcə instrumental ifa edib, sonra yerini xanəndəyə verir. Muğam şöbələrilə növbələşən instrumental pyeslərdə isə tarzən yeganə solistdir. Tarzən gözəl ansambl duyumuna malik olmalı xanəndəni müşayiət etməklə yanaşı ona nə zaman nəfəsin dərməyə imkan verməyi, onun fərdi imkanlarını böyük həssaslıqla duymalıdır.
Üçlüyün son iştirakçısı yayla çalınan kamançanın funksiyası bir qədər məhduddur. Eyni zamanda xanəndəni və tarzəni müşayiət edən kamançaçı nəticə etibarilə mürəkkəb muğam ifadə tərzinin əmələ gəlməsinə xidmət edir. Bundan əlavə, tarın xanəndəni, kamançanın tarı təqlid etməsi musiqişünaslıq dilində ikiqat imitasiya deyilən mürəkkəb bir ifadə tərzini yaradır. Lakin kamança təkcə müşayiətçi deyil. Muğamın ən lirik, yanıqlı epizodlarında xanəndənin deklamasiya epizodlarından sonra kamançanın soloları insan səsi qədər ifadəli, təsirli səslənir.
İstifadə olunan musiqi alətləri
Qaval – zərbli musiqi alətidir. Qaval bir üzünə balıq dərisi çəkilmiş dəyirmi ağac halqadan ibarətdir. Dairəşəkilli, eni 60–75 mm və diametri 350–450 mm olan sağanağın içərisinə dairə boyu xırda halqalar bərkidilir və onlar çalğı vaxtı səslənir. Muğam ifaçılığında geniş tətbiq olunur. Bir növ xanəndənin atributudur. Belə ki, xanəndə qavalda çalaraq, üçlüyün dəqiq ritmli musiqi epizodlarının ifasında iştirak edir. Buna görə də qaval aləti, bir növ xanəndənin atributuna çevrilmişdir.
Tar – mizrabla çalınan simli-dartımlı musiqi alətidir. Onun səkkiz rəqəminə bənzər gövdəsi böyük və kiçik çanaqdan ibarətdir. Çanaqların üzü (yəni ön tərəfi) dəri ilə örtülür. Kiçik çanağa bərkidilən "qol"a — "qrif"ə heyvan bağırsaqlarından hazırlanmış iyirmi iki pərdə bağlanır. Tarın qolu üzərindən keçən simlər yuxarıdan "aşıq"lar vasitəsilə "kəllə"yə aşağıdan isə böyük çanağın altındakı xərəyə bağlanır. Muğam üçlüyündə tar aparıcı alətdir.
Muğam üçlüyündə istifadə olunan Azərbaycan tarı özünəməxsus quruluşa, konstruksiyaya və bədii-texniki imkanlara malikdir. Belə ki, 11 simli müasir Azərbaycan tarı, geniş səs diapazonuna və zəngin ifaçılıq imkanlarına malik alətdir. Təkrarsız tembr gözəlliyinə, tükənməz virtuoz imkanlara malik olan Azərbaycan tarı XIX əsrin II yarısında Sadıqcan adı ilə tanınan görkəmli el sənətkarı Mirzə Sadıq tərəfindən İran tarı əsasında təkmilləşdirilmişdir. O, İran tarının simlərinin sayını beşdən on birədək artırmış, gövdəsini yüngülləşdirib, diz üstdən qaldıraraq köksə sıxmış və Azərbaycan tarını yaratmışdır. Nəticədə alətin tembr və texniki imkanları xeyli artmışdır.
Kamança – simli-kamanlı musiqi alətidir. Azərbaycanın ən qədim musiqi alətlərindən biridir. Kamança Azərbaycan xalq çalğı alətləri arasinda yeganə yaylı alətdir. Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında adı çəkilmiş, Təbriz miniatür rəsm əsərlərində (Ağamirək İsfahani, Mir Seyid Əli) təsvir olunmuşdur. Kamança, əsasən, qoz ağacından düzəldilir. Bu alət şarabənzər gövdədən – kürəşəkilli çanaqdan, dairəvi qol, "aşıq"lar yerləşən kəllə hissədən və "şiş" adlanan dəmir mildən ibarətdir. Aşağı tərəfdən gövdəyə birləşdirilən metal dayaq kamançanın diz üstə qoyulub çalınmasına imkan yaradır. Metal dayaq həm də kamançanın qolları və gövdəsi üzərindən keçib gələn dörd simi aşağı tərəfdən saxlayır. Yuxarıdan isə simlər "aşıq"lar vasitəsilə kəlləyə bərkidilir. Kamançanın gövdəsinə ön tərəfdən dəri çəkilir. Çanağın üzü – membranı balıq dərisindən, ya da qaramal ciyərinin pərdəsindən çəkilir, qolu pərdəsizdir. Simləri kaman vasitəsilə səsləndirilir. Kaman — uclarına bir çəngə at tükü bağlanmış yayşəkilli ağac çubuqdur. Alətin ümumi uzunluğu 65–90 sm olur. Əvvəllər 1–3 simdən ibarət idi. Hazırda 4 simi var: kiçik oktavada "lya", birinci oktavada "mi, lya", ikinci oktavada "mi" səslənir. Diapazonu kiçik oktavanın "lya" — üçüncü oktavanın "mi" (bəzən solo) səsləri həcmindədir. İncə, həzin səsi var.
Məşhur üçlüklər
XIX əsrin məşhur tarzəni Mirzə Sadıq əvvəlcə kamançaçalan ilə birlikdə Şərqin böyük müğənnisi Hacı Hüsünü müşayiət edir, sonra isə şuşalı xanəndə Məşədi İsinin üçlüyünə keçir. 1880-ci ildə onu üçlüyün tərkibində Təbrizə – Nasirəddin şah Qacarın oğlu Müzəffərəddin Qacar Mirzənin toy məclisinə dəvət edirlər. Toyda çox sənətkarlar çalıb-oxuyur. Lakin Hacı Hüsü ən yaxşı xanəndə, Sadıqcan isə ən gözəl tarzən sayılaraq, fəxri "Şiri-Xurşid" ordeni ilə təltif olunur.
XX əsrin əvvəllərində Keçəçioğlu Məhəmmədin ansamblı məşhur muğam üçlüklərindən biri idi. Bu ansamblı hətta 1912-ci ildə Polşanın paytaxtı Varşavada çıxış etmişdir. Həmin vaxt onun ansamblı özündən başqa tarzən Qurban Primov və kamançaçı ibarət olmuşdur.
Tarzən Qurban Primovun ustad xanəndə Cabbar Qaryağdıoğlu və kamançaçı ilə birgə yaratdıqları üçlüyün fəaliyyətini də xüsusi qeyd etməliyik. Çünki 1905-ci ildən başlayaraq 20 ilə qədər fəaliyyət göstərən bu muğam üçlüyü onların yaradıcılığında xüsusi bir mərhələ olub. Bu üçlük nəinki Azərbaycanda və Qafqazda, hətta bütün Orta Asiyada tanınmağa başlayır. Onlar həmin fəaliyyəti dövründə məşhurlaşıb, müxtəlif ölkələrdə qastrol səfərlərində olub, ifaları qrammofon vallarına yazılıb. Bu mənada 1906–1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində "Potte", "Sport-Rekord", "Qrammafon" şirkətləri tərəfindən yazılan valları qeyd etmək olar. Onu da qeyd edək ki, Qurban Primov bu nadir lent yazılarında Cabbar Qaryağdıoğlundan başqa Keçəçioğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev, Ələsgər Abdullayev, Seyid Şuşinski kimi xanəndələri müşayiət edib.
1970-ci illərdə muğam üçlüyü yeni bir formatda meydana çıxmışdır. Belə ki, məşhur bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi Vaqif Mustafazadə 1977-ci ildə "Muğam" caz üçlüyünü yaratmışdır. Və ardınca bu üçlüyə rəhbərlik edərək Tallin və Tiflisdə keçirilmiş festivalların laureatı olmuşdur.
1987-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində ilk muğam triosu yaradılmışdır ki, onun adı "Cabbar Qaryağdıoğlu adına muğam üçlüyü" idi. Tərkibi xalq artistləri Möhlət Müslümov (tarzən), Fəxrəddin Dadaşov (kamançaçı) və Zahid Quliyevdən (xanəndə) ibarət idi. Sonrakı illərdə bu muğam üçlüyü bir çox xanəndələrlə işləmiş, dünyanın bir çox ölkələrində qastrol səfərlərində olmuşdur. Müxtəlif xanəndələri müşayiət edən üçlüyün ifasında xarici ölkələrdə bir sıra disklər buraxılmışdır.
1992-ci ildə ildə xanəndə Ağaxan Abdullayev, tarzən Zamiq Əliyev və kamançaçı Ədalət Vəzirov birlikdə "Zülfü Adıgözəlov adına muğam üçlüyü" yaratmışdır. Bu trio İranda, İraqda Məhəmməd Füzulinin 500 illiyi ilə bağlı YUNESKO-nun tədbirlərində çıxış etmişdir. 1997-ci ildən bu trioya Ağaxan Abdullayevin əvəzinə tanınmayan, tələbə qız Simarə İmanova daxil olmuş və onlar "Şərq bülbülü muğam üçlüyü" adı ilə çıxış etmişlər. Üçlük 1997-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş "Şərq təranələri" festivalında iştirak edərək 46 ölkə musiqiçiləri arasında ən ali mükafat olan "Qran-Pri"yə layiq görülmüşdür. Üçlük uğurlu qələbəsiylə dünyaya Azərbaycan musiqisini bir daha tanıtdırır. Üçlüyün uğurlu çıxışı və parlaq qələbəsi münasibətilə o zamanki ölkə rəhbəri – Azərbaycan Prezidenti Heydər Əliyev qalibləri qəbul edir və onların hər üçü "əməkdar artist" fəxri adına layiq görülür. Bundan sonra dövlət tədbirlərini bu muğam üçlüyü bəzəməyə başlayır. Muğam üçlüyü dövlət tədbirlərində öz layiqli yerini tutur və mütəmadi olaraq ölkə rəhbərliyi tərəfindən dəstəklənir.
2005-ci ildə əməkdar incəsənət xadimi, Ümumittifaq mükafatları laureatı tarzən rəhbərlik etdiyi Ağdam rayonunda fəaliyyət göstərən "Xan Şuşinski adına muğam üçlüyü" Fransada qastrol səfərində olmuş və kollektiv 5 gün müddətində Lill və Lion şəhərlərində çıxış etmişdir. Musiqiçilər konsertdən sonra Lill konservatoriyasında tələbələrə ustad dərsləri keçmişlər.Fransa ümumiyyətlə Azərbaycanın gənc muğam üçlüklərinin ən çox çıxış etdikləri ölkələrdən biridir. Misal olaraq, 2010-cu ilin may ayının 13–14-də Fransanın Azərbaycandakı səfirliyinin dəvəti, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə muğam üçlüyü — Beynəlxalq Muğam Festivalının laureatı gənc xanəndə Vəfa Orucova, tarzən Rüfət Həsənov, kamança ifaçısı Elnur Mikayılov Fransanın şəhərinin 1000 illik yubiley tədbirlərində iştirak ediblər.
Muğam sənətinin ən heyrətləndirici ifaçılarından biri olaraq qiymətləndirilən, dünya şöhrətli xanəndə Alim Qasımovun rəhbərlik etdiyi muğam üçlüyü də xüsusi olaraq dəfələrlə Fransada və başqa xarici ölkələrdə muğam sənətini tanıtmışlar. Qeyd edək ki, o, 1989-cu ildən Mənsurov qardaşları – tarzan Camal və kamança çalan Elşən ilə çıxış eləməyə başlamışdır.
2009-cu ilin dekabrından fəaliyyət göstərən "Aypara" muğam üçlüyü respublika və beynəlxalq səviyyəli müsabiqə, festival və tədbirlərdə iştirak edərək Azərbaycan muğamının gənc təmsilçisinə çevrilib. Məşhur "Qarabağ" muğam üçlüyünün gənc davamçıları olan bu üçlüyün ifaçıları – xanəndə Xalq artisti Mənsum İbrahimovun, Əməkdar artist Elçin Həşimovun (tar), Pərviz Fərhadov isə Əməkdar artist Elnur Əhmədovun (kamança) tələbəsidir. Onlar 2011-ci ildə keçirilmiş II Respublika muğam müsabiqəsində uğurlu çıxış edərək birinci yeri tutublar.
Qadınların bu sahəyə marağının artması nəticəsində yalnız qadınlardan ibarət olan bir sıra muğam üçlükləri də yaranmışdır. Səkinə İsmayılova ilk dəfə olaraq 1989-cu ildə qadınlardan ibarət muğam üçlüyü yaradaraq, bu kiçik kollektivlə bir sıra xarici ölkələrdə çıxış etmişdir Üçlüyün ilk səfəri 1992-ci ildə Fransaya olmuş və orada böyük uğur qazanmışlar. Sonra bu üçlük İngiltərə, İtaliya, İran, Türkiyə, Niderland, Hindistan və digər ölkələrdə anşlaqla konsertlər verərək bir sıra diplom və mükafatlara layiq görülmüşlər. Bu konsertlər vaxtilə həmin ölkələrin kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.
Müxtəlif sahələrdə
Mədəniyyətdə
Muğam üçlüyü Azərbaycanın milli toy adətlərində xüsusi rola malikdir. Məsələn, Lənkəran toy mərasimlərinin ən məsuliyyətli mərhələsi, zirvə nöqtəsi olan oğlan toyunda ənənəvi muğamlar da xüsusi yer tutur. Çox vaxt toya dəvət ediləcək musiqiçiləri əvvəlcə kəndin çayxanasına dəvət edib, yaxşı bir dəstgah oxutdururdular. Bundan sonra bütün kənd ağsaqqalları və ziyalıları razılığını bildirsə, həmin musiqiçilərə toyu aparmaq həvalə olunardı. Muğam üçlüyü bəy toyunu, xüsusən bunun ikinci gününü rövnəqləndirən böyük bir "konsert proqramı" ilə çıxış edirdi. Oğlan toyunun ikinci gecəsi muğam ifaçıları üçün məsuliyyətli gecə hesab olunurdu. Çünki bu gecə kəndin ağsaqqalları, hörmətli adamları, ziyalıları muğamlara qulaq asmaq üçün yığışardılar. Bu toylar barədə 1950-ci illərdən başlayaraq Lənkəranda və onun kəndlərində muğam üçlüyü tərkibində toylara tez-tez dəvət olunan, son illərdə isə Lənkərandakı yeni açılmış Muğam teatrının təşəbbüskarı və fəal iştirakçısı, kamançaçalan Tariyel Əliyev belə demişdir:
Bizim muğam üçlüyünə ayrıca bir otaq ayırırdılar. Orada həm istirahət edər, həm də istəyimizdən asılı olaraq məşq edərdik. Bizim məclisə daxil olmağımıza bir saat qalmış qara zurna əvəzinə yastı balaban çalınardı. Bu muğam üçlüyünün incə səslənməsinə imkan yaradardı. |
Vaxtilə toy və digər şənlik məclislərində iştirak edən bu dəstə artıq müasir dövrdə teatr və konsert salonlarında çıxış edir. Əslində isə bu dəyişikliyin tarixi XIX əsrin axırlarındab başlayır. Həmin dövrdə xanəndəlik sənəti məclis, toy, şənlik çərçivəsindən çıxıb teatr və konsert salonlarına yol taparkən musiqili səhnəciklər yaranmağa başlamışdır. Belə bir ideyanı ilk dəfə Şuşada o zaman isə hələ Peterburq Universitetinin tələbəsi olan görkəmli yazıçı Əbdürrəhim bəy Haqverdiyev həyata keçirdi. Onun təşkilatçılığı ilə 1897-ci ildə "Məcnun Leylinin məzarı üstündə" adlı musiqili səhnəcik göstərildi. Bu, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasından sonuncu hissənin teatrallaşdırılmış musiqili ifası idi. Burada, ilk dəfə olaraq, teatr, poeziya və muğam qovuşdurulmuşdu. Tamaşanın iştirakçıları – xanəndələr muğam üstə poemanın mətnindən müəyyən parçaları ifa edirdilər. Rollarda o dövrdə Şuşada böyük şöhrət qazanmış xanəndələr Cabbar Qaryağdıoğlu və Əhməd Ağdamski çıxış etmişdilər. Onların ifası Mirzə Sadıq Əsəd oğlunun başçılıq etdiyi ənənəvi muğam üçlüyü ilə müşayiət olunurdu.
İncəsənətdə
"Muğam üçlüyü" azərbaycanlı rəssam (məsələn, Toğrul Nərimanbəyovun "Muğam" adlı rəsəm əsəri) və heykəltəraşların (məsələn, Zakir Əhmədov) geniş işlədiyi mövzudur. Həmçinin, geyim kolleksiyalarında da qaval, tar və kamançadan ibarət bu üçlüyün əks olunduğu geyimlər nümayiş və təqdim olunmuşdur. Bundan başqa, misal üçün tikmə ustası Mehriban Xəlilzadə iynə ilə "Muğam üçlüyü" əsərini yaratmışdır. Bu mövzuda Səmədağa Cəfərovun saxsı boşqab üzərində çəkdiyi "Muğam üçlüyü" də diqqəti cəlb edir.
Kinoda
Bir sıra filmlərdə muğam üçlüklərinə müraciət olunmuşdur. Məsələn, 1956-cı ilin Azərbaycan filmi olan "O olmasın, bu olsun"da Xan Şuşinski, Bəhram Mansurov və Tələt Bakıxanovdan ibarət üçlük rol almışdır.
Filateliyada
17 fevral 2014-cü ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycanın filateliya məhsulu üzərində muğam üçlüyünün rəsmi verilmişdir. Rəsmin qaval olan hissəsi ayrıca poçt markası kimi buraxılmışdır.
İqtisadiyyatda
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 2005-ci və 2009-cu illərdə buraxılmış Azərbaycanın 1 manatlıq əsginasları üzərində və 2006-cı ildə buraxılmış Azərbaycanın 1 qəpiyi üzərində muğam üçlüyünün musiqi alətləri təsvir olunmuşdur.
Maraqlı faktlar
Parisə səfəri zamanı məşhur azərbaycanlı milyonçu və mesenat Hacı Zeynalabdin Tağıyevi yalnız işgüzar komanda deyil, muğam üçlüyü də müşayiət etmişdir. O, şöhrət naminə, yaxud əcnəbilərdə təsirli imic yaratmaq üçün deyil, məhz mənəvi tələbat baxımından Avropa səfərinə özü ilə musiqiçilər dəstəsi götürmüşdü.
Qalereya
- Muğam üçlüyündən ibarət Məşədi Məmməd Fərzəliyevin ansamblı Gəncə, 1911-ci il.
İstinadlar
- . Azərbaycan muğamı 2021-10-19 at the Wayback Machine. strategiya.az, 30.04.2013 (az.)
- Muğam Üçlüyü 2021-10-17 at the Wayback Machine. mugam.musigi-dunya.az (az.)
- Əhməd, Vüqar. (PDF). Bakı. 2010. 28 October 2019 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 19 January 2016.
- Səadət Abdullayeva. AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRİ ANSAMBLLARI TƏSVİRİ SƏNƏTDƏ 2016-03-04 at the Wayback Machine. azyb.net (az.)
- Nizami Ganjavi, Khamsa, Khosrow and Shirin, 70tn of the XVI century, SPL, Dorn 341. f. 70 b.
- Azərbaycan muğamı 2016-03-05 at the Wayback Machine. 09.05.2013 (az.)
- Kamança 2017-03-15 at the Wayback Machine. mugam.musigi-dunya.az (az.)
- İradə Sarıyeva. Tarı diz üstdən sinəyə qaldıran virtuoz musiqiçi — Sadıqcan… 2022-03-25 at the Wayback Machine "Bakı Xəbər" qəzeti. 26 noyabr 2014, səh. 15. (az.)
- Səadət Təhmirazqızı. Qurbansız qalan tarım 2022-03-31 at the Wayback Machine. "Mədəniyyət" qəzeti, 3 noyabr 2010, səh. 12. (az.)
- Məhərrəmova T. Azərbaycan musiqisinin atası Qurban Pirimov hamı üçün nümunə idi 2021-10-25 at the Wayback Machine. "Kaspi" qəzeti, 28 avqust 2011, səh. 11. (az.)
- Həmidə Nizamiqızı. "Sevil"in dörd gözəli 2022-03-25 at the Wayback Machine. "Mədəniyyət" qəzeti, 9 dekabr 2011, səh. 12. (az.)
- Cabbar Qaryağdı oğlu adına muğam üçlüyü 2022-03-25 at the Wayback Machine. mugam.musigi-dunya.az (az.)
- Əliyev Zamiq Balarza oğlu (25.05.1950, Bakı) 2018-02-23 at the Wayback Machine mugam.musigi-dunya.az (az.)
- Alim Nəbioğlu. Nə tez ötdü illərim, nə tez keçdi günlərim 2022-09-27 at the Wayback Machine. , 21 may 2010, səh. 12. (az.)
- ""Əməkdar artist" fəxri adının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 may 1998-ci il tarixli, 711 nömrəli Fərmanı 25 mart 2022 at the Wayback Machine. e-qanun.az (az.)
- AĞDAMIN XAN ŞUŞİNSKİ ADINA MUĞAM ÜÇLÜYÜ FRANSADA ÇIXIŞ ETMİŞ, USTAD DƏRSLƏRİ KEÇMİŞDİR 2023-08-01 at the Wayback Machine. azertag.az, 19.12.2005 (az.)
- Təranə. Fransızlar Azərbaycan muğamının cazibəsində 2021-10-25 at the Wayback Machine. "Mədəniyyət" qəzeti, 21 may 2010, səh. 5. (az.)
- Tofiq Abdin. ONLAR VƏ MƏMLƏKƏTİMİZ 2021-10-25 at the Wayback Machine. "Ədalət" qəzeti. 23 iyul 2011, səh. 15. (az.)
- Ceyhun Zərbəliyev. "Muğama sevgi bizi bir araya gətirib". "Aypara" muğam üçlüyünün üzvləri ilə söhbət 2021-10-25 at the Wayback Machine. "Mədəniyyət" qəzeti, 24 iyul 2013, səh. 12. (az.)
- Qocayeva A.Muğam və xalq mahnılarımızın mahir ifaçısı 2021-12-03 at the Wayback Machine. "İki sahil" qəzeti, 31 oktyabr 2007, səh. 8. (az.)
- "Musiqi sənəti" fakültəsinin kafedrası 2021-10-21 at the Wayback Machine. admiu.edu.az (az.)
- LƏNKƏRANDA TOY MƏRASİMİ 2020-07-03 at the Wayback Machine. musigi-dunya.az (az.)
- QARABAĞ MUĞAM MƏKTƏBİ 2011-07-06 at the Wayback Machine, səh. 3, e-library.musigi-dunya.az (az.)
- QARABAĞ MUĞAM MƏKTƏBİ 2022-03-03 at the Wayback Machine, səh. 4, e-library.musigi-dunya.az (az.)
- Тогрул Нариманбеков — "Мугам" 2018-06-12 at the Wayback Machine. baku.ru (rus.)
- Закир Ахмедов — Мугам 2018-06-12 at the Wayback Machine. baku.ru (rus.)
- "Muğam və Milli Geyimlər" adli moda nümayişi keçirilib 2020-08-13 at the Wayback Machine. anspress.com, 18.05.2010 (az.)
- Durna Səfərli. İynə ilə "çəkən" rəssam 2016-03-04 at the Wayback Machine. azadliq.org, 16.08.2011 (az.)
- Məhəmməd Nərimanoğlu. Tikmələrin izi ilə 2022-03-25 at the Wayback Machine. "Azərbaycan" qəzeti. 29 iyul 2011, səh. 5.
- Səadət Abdullayeva. AZƏRBAYCAN XALQ MUSİQİSİ VƏ TƏSVİRİ SƏNƏTİ 2016-03-04 at the Wayback Machine. azyb.net (az.)
- Хан Шушинский, Бахрам Мансуров, Талят Бакиханов в фильме "О олмасын, бу олсун" 2018-06-12 at the Wayback Machine. baku.ru (rus.)
- Avropa 2014. Milli musiqi alətləri. 2016-03-04 at the Wayback Machine azermarka.az, 17.02.2014 (az.)
- Hacı Zeynal Abdin Tağıyevin ev muzeyi 2015-02-10 at the Wayback Machine. azhistorymuseum.az (az.)
- Шушински Ф. Азәрбайҹан халг мусигичиләри / Под ред. Т. Ахмедова. — Б.: Јазычы, 1985. — С. 182. — 478 с. (az.)
Xarici keçidlər
- Vüqar Əhməd. "Əfsanəvi tarzən" 2015-10-14 at the Wayback Machine. Bakı, 2010 (az.)
- "Aypara" muğam üçlüyünün TRT Avaz və İctimai TV-nin birgə hazırladığı "Yeni Gün" verilişində ifası: "Mən aşiq gözlərinə", "Yandırar səni", "Gözəldir".
- "YouTube"də Mugam Azerbaycan 2015-10-14 at the Wayback Machine kanalı.
- Zülfü Adıgözəlov adına muğam üçlüyü 2016-03-05 at the Wayback Machine. maisondesculturesdumonde.org (ing.)
- Muğam axşamları 2016-03-04 at the Wayback Machine. icherisheher.gov.az (az.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mugam ucluyu Azerbaycanin milli musiqi aletleri olan tar kamanca ve qaval ifacilarindan ibaret klassik mugam triosu Azerbaycan mugam destgahlarini icra eden enenevi sazendeler ansambli xanende ve sazende destesi Azerbaycan musiqisiUmumi movzularMusiqi aletleri Xanende Mugam ucluyu Tar ifaciliq seneti Reqsler BaletJanrlarCaz Dini Herbi Hip hop Klassik Opera Pop Rok Xalq musiqisi Layla Nanay AgiXususi formalarMilli musiqiAsiq musiqisi Meyxana Mugam TesnifAlt janrlarCaz mugam Mugam operasi Simfonik mugamMedia ve teqdim etmeMusiqi festivallariBaki Caz Festivali Baki payizi Xari bulbul festivali Beynelxalq mugam festivali Hacibeyov musiqi festivali Qebele Musiqi Festivali Qizil payiz 69Musiqi mediasiMedeniyyet TVMilletcilik ve vetenperverlik movzusunda mahnilarMilli himnAzerbaycan himnibr Mugam ucluyun ifa etdiyi vokal instrumental butov mugam desgahi adlanir Desgah mugamin kull halinda yeni onun deramedinin butun sobe ve guselerinin elece de her sobenin tesnif ve reng yaxud diringelerinin ardicil ifa olunmasi demekdir Mugam kompozisiyasina daxil olan sobeler eserin musiqi poetik mezmununu mueyyenlesdiren improvize recitavit sepkili vokal melodiyalardan ibaretdir Bunlar deqiq ritme malik mahni ve reqs epizodlari ile evezlenir Mahni epizodlari tesnif reqsinki ise reng adlanir QurulusuMugam ucluyu adindan da gorunduyu kimi uc neferden ibaretdir Bu deste yegane calgici ucluyudur ki mugamlar butov destgah seklinde butun incelikleri ile dinleyiciye catdirilir Nizami Gencevinin Xosrov ve Sirin poemasina cekilmis XVI esre aid miniaturde tesvir olunmus mugam ucluyuQosanagaranin da oldugu mugam destesi Bulbulcanin ansambli XIX esrin axirlari Qosanagaranin da oldugu mugam destesi Seyid Susinskinin ansambli 1916 ci il Ilk dovrlerde sazende destesinde tar kamanca ve balabandan tesnif ve rengleri ifa etdikde ise daire qosanagaradan istifade olunurdu Meshur tarzen Mirze Sadiq Esed oglunun tar aletinde apardigi yenidenqurma islerinden sonra artiq gur sesli qosanagaraya ehtiyac qalmir bu xanendenin elinde tutdugu ince sesli qaval ile evez olunur Belelikle bu deste yalniz 3 neferden ibaret olur Bu desteye tarzen kamancaci ve xanende daxildir ki hemin ucluk XIX esrin ikinci yarisindan baslayaraq ta bu gune qeder fealiyyet gosterir Onlarin Azerbaycan xalq musiqisinin inkisafinda mugam ifaciliq mektebinin yaradilmasinda rolu misilsizdir Ucluyun baslica icracisi qavalda calan mugenni xanendedir O oz zovqune ve ferdi imkanlarina gore kompozisiya qurur Daha dogrusu destgaha hansi sobelere hansi guselerin daxil edilmesi onlarin hecmi reng ve ya tesniflerin yerlesdirilmesini mehz xanende hell edir Xanende mugami oxuyarken qavali uzune yaxinlasdirir sesinin dinleyicilere yonelmesini rezonanslanmasinin temin edir Reng ve tesniflerin ifasi zamani ise xanende teref muqabillerini ve ozunu qavalla musayiet edir Ucluyun ikinci istirakcisi tarzen caldigi alet ise tardir Tarzen xanendenin oxudugu zaman orqan punktu ile musayiet eder nefesarasi solo mugam parcalari calir yeni guselere modulyasiyalar edir Destgahin icrasi bir nov xanende ile tarzenin dialoqundan ibaret olur Cunki tar her hansi guseni evvelce instrumental ifa edib sonra yerini xanendeye verir Mugam sobelerile novbelesen instrumental pyeslerde ise tarzen yegane solistdir Tarzen gozel ansambl duyumuna malik olmali xanendeni musayiet etmekle yanasi ona ne zaman nefesin dermeye imkan vermeyi onun ferdi imkanlarini boyuk hessasliqla duymalidir Ucluyun son istirakcisi yayla calinan kamancanin funksiyasi bir qeder mehduddur Eyni zamanda xanendeni ve tarzeni musayiet eden kamancaci netice etibarile murekkeb mugam ifade terzinin emele gelmesine xidmet edir Bundan elave tarin xanendeni kamancanin tari teqlid etmesi musiqisunasliq dilinde ikiqat imitasiya deyilen murekkeb bir ifade terzini yaradir Lakin kamanca tekce musayietci deyil Mugamin en lirik yaniqli epizodlarinda xanendenin deklamasiya epizodlarindan sonra kamancanin sololari insan sesi qeder ifadeli tesirli seslenir Istifade olunan musiqi aletleriQaval zerbli musiqi aletidir Qaval bir uzune baliq derisi cekilmis deyirmi agac halqadan ibaretdir Dairesekilli eni 60 75 mm ve diametri 350 450 mm olan saganagin icerisine daire boyu xirda halqalar berkidilir ve onlar calgi vaxti seslenir Mugam ifaciliginda genis tetbiq olunur Bir nov xanendenin atributudur Bele ki xanende qavalda calaraq ucluyun deqiq ritmli musiqi epizodlarinin ifasinda istirak edir Buna gore de qaval aleti bir nov xanendenin atributuna cevrilmisdir Tar mizrabla calinan simli dartimli musiqi aletidir Onun sekkiz reqemine benzer govdesi boyuk ve kicik canaqdan ibaretdir Canaqlarin uzu yeni on terefi deri ile ortulur Kicik canaga berkidilen qol a qrif e heyvan bagirsaqlarindan hazirlanmis iyirmi iki perde baglanir Tarin qolu uzerinden kecen simler yuxaridan asiq lar vasitesile kelle ye asagidan ise boyuk canagin altindaki xereye baglanir Mugam ucluyunde tar aparici aletdir Mugam ucluyunde istifade olunan Azerbaycan tari ozunemexsus qurulusa konstruksiyaya ve bedii texniki imkanlara malikdir Bele ki 11 simli muasir Azerbaycan tari genis ses diapazonuna ve zengin ifaciliq imkanlarina malik aletdir Tekrarsiz tembr gozelliyine tukenmez virtuoz imkanlara malik olan Azerbaycan tari XIX esrin II yarisinda Sadiqcan adi ile taninan gorkemli el senetkari Mirze Sadiq terefinden Iran tari esasinda tekmillesdirilmisdir O Iran tarinin simlerinin sayini besden on biredek artirmis govdesini yungullesdirib diz ustden qaldiraraq kokse sixmis ve Azerbaycan tarini yaratmisdir Neticede aletin tembr ve texniki imkanlari xeyli artmisdir Kamanca simli kamanli musiqi aletidir Azerbaycanin en qedim musiqi aletlerinden biridir Kamanca Azerbaycan xalq calgi aletleri arasinda yegane yayli aletdir Nizami Gencevinin Xosrov ve Sirin poemasinda adi cekilmis Tebriz miniatur resm eserlerinde Agamirek Isfahani Mir Seyid Eli tesvir olunmusdur Kamanca esasen qoz agacindan duzeldilir Bu alet sarabenzer govdeden kuresekilli canaqdan dairevi qol asiq lar yerlesen kelle hisseden ve sis adlanan demir milden ibaretdir Asagi terefden govdeye birlesdirilen metal dayaq kamancanin diz uste qoyulub calinmasina imkan yaradir Metal dayaq hem de kamancanin qollari ve govdesi uzerinden kecib gelen dord simi asagi terefden saxlayir Yuxaridan ise simler asiq lar vasitesile kelleye berkidilir Kamancanin govdesine on terefden deri cekilir Canagin uzu membrani baliq derisinden ya da qaramal ciyerinin perdesinden cekilir qolu perdesizdir Simleri kaman vasitesile seslendirilir Kaman uclarina bir cenge at tuku baglanmis yaysekilli agac cubuqdur Aletin umumi uzunlugu 65 90 sm olur Evveller 1 3 simden ibaret idi Hazirda 4 simi var kicik oktavada lya birinci oktavada mi lya ikinci oktavada mi seslenir Diapazonu kicik oktavanin lya ucuncu oktavanin mi bezen solo sesleri hecmindedir Ince hezin sesi var Mugam ucluyunun musiqi aletleri Qaval Tar KamancaMeshur ucluklerKececioglu Mehemmedin ansambli Varsavada 1912 ci il Mugam ucluyu Segah Islamin ansambli Baki 1912 ci il Soldan saga Islam Abdullayev Sirin Salyanli XIX esrin meshur tarzeni Mirze Sadiq evvelce kamancacalan ile birlikde Serqin boyuk mugennisi Haci Husunu musayiet edir sonra ise susali xanende Mesedi Isinin ucluyune kecir 1880 ci ilde onu ucluyun terkibinde Tebrize Nasireddin sah Qacarin oglu Muzeffereddin Qacar Mirzenin toy meclisine devet edirler Toyda cox senetkarlar calib oxuyur Lakin Haci Husu en yaxsi xanende Sadiqcan ise en gozel tarzen sayilaraq fexri Siri Xursid ordeni ile teltif olunur XX esrin evvellerinde Kececioglu Mehemmedin ansambli meshur mugam ucluklerinden biri idi Bu ansambli hetta 1912 ci ilde Polsanin paytaxti Varsavada cixis etmisdir Hemin vaxt onun ansambli ozunden basqa tarzen Qurban Primov ve kamancaci ibaret olmusdur Tarzen Qurban Primovun ustad xanende Cabbar Qaryagdioglu ve kamancaci ile birge yaratdiqlari ucluk source source source source source 1930 cu illerde Cabbar Qaryagdioglunun Heyrati mugamini oxumasi onu tarda Qurban Primov ve kamancada Qilman Salahov musayet edir Tarzen Qurban Primovun ustad xanende Cabbar Qaryagdioglu ve kamancaci ile birge yaratdiqlari ucluyun fealiyyetini de xususi qeyd etmeliyik Cunki 1905 ci ilden baslayaraq 20 ile qeder fealiyyet gosteren bu mugam ucluyu onlarin yaradiciliginda xususi bir merhele olub Bu ucluk neinki Azerbaycanda ve Qafqazda hetta butun Orta Asiyada taninmaga baslayir Onlar hemin fealiyyeti dovrunde meshurlasib muxtelif olkelerde qastrol seferlerinde olub ifalari qrammofon vallarina yazilib Bu menada 1906 1916 ci iller erzinde Riqa Varsava ve Kiyev seherlerinde Potte Sport Rekord Qrammafon sirketleri terefinden yazilan vallari qeyd etmek olar Onu da qeyd edek ki Qurban Primov bu nadir lent yazilarinda Cabbar Qaryagdioglundan basqa Kececioglu Mehemmed Mesedi Memmed Ferzeliyev Islam Abdullayev Elesger Abdullayev Seyid Susinski kimi xanendeleri musayiet edib 1970 ci illerde mugam ucluyu yeni bir formatda meydana cixmisdir Bele ki meshur bestekar pianocu caz mugam uslubunun banisi Vaqif Mustafazade 1977 ci ilde Mugam caz ucluyunu yaratmisdir Ve ardinca bu ucluye rehberlik ederek Tallin ve Tiflisde kecirilmis festivallarin laureati olmusdur 1987 ci ilde M Maqomayev adina Azerbaycan Dovlet Filarmoniyasinin nezdinde ilk mugam triosu yaradilmisdir ki onun adi Cabbar Qaryagdioglu adina mugam ucluyu idi Terkibi xalq artistleri Mohlet Muslumov tarzen Fexreddin Dadasov kamancaci ve Zahid Quliyevden xanende ibaret idi Sonraki illerde bu mugam ucluyu bir cox xanendelerle islemis dunyanin bir cox olkelerinde qastrol seferlerinde olmusdur Muxtelif xanendeleri musayiet eden ucluyun ifasinda xarici olkelerde bir sira diskler buraxilmisdir 1992 ci ilde ilde xanende Agaxan Abdullayev tarzen Zamiq Eliyev ve kamancaci Edalet Vezirov birlikde Zulfu Adigozelov adina mugam ucluyu yaratmisdir Bu trio Iranda Iraqda Mehemmed Fuzulinin 500 illiyi ile bagli YUNESKO nun tedbirlerinde cixis etmisdir 1997 ci ilden bu trioya Agaxan Abdullayevin evezine taninmayan telebe qiz Simare Imanova daxil olmus ve onlar Serq bulbulu mugam ucluyu adi ile cixis etmisler Ucluk 1997 ci ilde Ozbekistanin Semerqend seherinde kecirilmis Serq teraneleri festivalinda istirak ederek 46 olke musiqicileri arasinda en ali mukafat olan Qran Pri ye layiq gorulmusdur Ucluk ugurlu qelebesiyle dunyaya Azerbaycan musiqisini bir daha tanitdirir Ucluyun ugurlu cixisi ve parlaq qelebesi munasibetile o zamanki olke rehberi Azerbaycan Prezidenti Heyder Eliyev qalibleri qebul edir ve onlarin her ucu emekdar artist fexri adina layiq gorulur Bundan sonra dovlet tedbirlerini bu mugam ucluyu bezemeye baslayir Mugam ucluyu dovlet tedbirlerinde oz layiqli yerini tutur ve mutemadi olaraq olke rehberliyi terefinden desteklenir 2005 ci ilde emekdar incesenet xadimi Umumittifaq mukafatlari laureati tarzen rehberlik etdiyi Agdam rayonunda fealiyyet gosteren Xan Susinski adina mugam ucluyu Fransada qastrol seferinde olmus ve kollektiv 5 gun muddetinde Lill ve Lion seherlerinde cixis etmisdir Musiqiciler konsertden sonra Lill konservatoriyasinda telebelere ustad dersleri kecmisler Fransa umumiyyetle Azerbaycanin genc mugam ucluklerinin en cox cixis etdikleri olkelerden biridir Misal olaraq 2010 cu ilin may ayinin 13 14 de Fransanin Azerbaycandaki sefirliyinin deveti Azerbaycan Respublikasi Medeniyyet ve Turizm Nazirliyinin desteyile mugam ucluyu Beynelxalq Mugam Festivalinin laureati genc xanende Vefa Orucova tarzen Rufet Hesenov kamanca ifacisi Elnur Mikayilov Fransanin seherinin 1000 illik yubiley tedbirlerinde istirak edibler Mugam senetinin en heyretlendirici ifacilarindan biri olaraq qiymetlendirilen dunya sohretli xanende Alim Qasimovun rehberlik etdiyi mugam ucluyu de xususi olaraq defelerle Fransada ve basqa xarici olkelerde mugam senetini tanitmislar Qeyd edek ki o 1989 cu ilden Mensurov qardaslari tarzan Camal ve kamanca calan Elsen ile cixis elemeye baslamisdir 2009 cu ilin dekabrindan fealiyyet gosteren Aypara mugam ucluyu respublika ve beynelxalq seviyyeli musabiqe festival ve tedbirlerde istirak ederek Azerbaycan mugaminin genc temsilcisine cevrilib Meshur Qarabag mugam ucluyunun genc davamcilari olan bu ucluyun ifacilari xanende Xalq artisti Mensum Ibrahimovun Emekdar artist Elcin Hesimovun tar Perviz Ferhadov ise Emekdar artist Elnur Ehmedovun kamanca telebesidir Onlar 2011 ci ilde kecirilmis II Respublika mugam musabiqesinde ugurlu cixis ederek birinci yeri tutublar Qadinlarin bu saheye maraginin artmasi neticesinde yalniz qadinlardan ibaret olan bir sira mugam uclukleri de yaranmisdir Sekine Ismayilova ilk defe olaraq 1989 cu ilde qadinlardan ibaret mugam ucluyu yaradaraq bu kicik kollektivle bir sira xarici olkelerde cixis etmisdir Ucluyun ilk seferi 1992 ci ilde Fransaya olmus ve orada boyuk ugur qazanmislar Sonra bu ucluk Ingiltere Italiya Iran Turkiye Niderland Hindistan ve diger olkelerde anslaqla konsertler vererek bir sira diplom ve mukafatlara layiq gorulmusler Bu konsertler vaxtile hemin olkelerin kutlevi informasiya vasitelerinde genis isiqlandirilmisdir Muxtelif sahelerdeMedeniyyetde Togrul Nerimanbeyovun Mugam adli resminde ucluyun tesviri 1966 Azerbaycan Milli Incesenet Muzeyi Mugam ucluyu Azerbaycanin milli toy adetlerinde xususi rola malikdir Meselen Lenkeran toy merasimlerinin en mesuliyyetli merhelesi zirve noqtesi olan oglan toyunda enenevi mugamlar da xususi yer tutur Cox vaxt toya devet edilecek musiqicileri evvelce kendin cayxanasina devet edib yaxsi bir destgah oxutdururdular Bundan sonra butun kend agsaqqallari ve ziyalilari raziligini bildirse hemin musiqicilere toyu aparmaq hevale olunardi Mugam ucluyu bey toyunu xususen bunun ikinci gununu rovneqlendiren boyuk bir konsert proqrami ile cixis edirdi Oglan toyunun ikinci gecesi mugam ifacilari ucun mesuliyyetli gece hesab olunurdu Cunki bu gece kendin agsaqqallari hormetli adamlari ziyalilari mugamlara qulaq asmaq ucun yigisardilar Bu toylar barede 1950 ci illerden baslayaraq Lenkeranda ve onun kendlerinde mugam ucluyu terkibinde toylara tez tez devet olunan son illerde ise Lenkerandaki yeni acilmis Mugam teatrinin tesebbuskari ve feal istirakcisi kamancacalan Tariyel Eliyev bele demisdir Bizim mugam ucluyune ayrica bir otaq ayirirdilar Orada hem istirahet eder hem de isteyimizden asili olaraq mesq ederdik Bizim meclise daxil olmagimiza bir saat qalmis qara zurna evezine yasti balaban calinardi Bu mugam ucluyunun ince seslenmesine imkan yaradardi Vaxtile toy ve diger senlik meclislerinde istirak eden bu deste artiq muasir dovrde teatr ve konsert salonlarinda cixis edir Eslinde ise bu deyisikliyin tarixi XIX esrin axirlarindab baslayir Hemin dovrde xanendelik seneti meclis toy senlik cercivesinden cixib teatr ve konsert salonlarina yol taparken musiqili sehnecikler yaranmaga baslamisdir Bele bir ideyani ilk defe Susada o zaman ise hele Peterburq Universitetinin telebesi olan gorkemli yazici Ebdurrehim bey Haqverdiyev heyata kecirdi Onun teskilatciligi ile 1897 ci ilde Mecnun Leylinin mezari ustunde adli musiqili sehnecik gosterildi Bu dahi Azerbaycan sairi Mehemmed Fuzulinin Leyli ve Mecnun poemasindan sonuncu hissenin teatrallasdirilmis musiqili ifasi idi Burada ilk defe olaraq teatr poeziya ve mugam qovusdurulmusdu Tamasanin istirakcilari xanendeler mugam uste poemanin metninden mueyyen parcalari ifa edirdiler Rollarda o dovrde Susada boyuk sohret qazanmis xanendeler Cabbar Qaryagdioglu ve Ehmed Agdamski cixis etmisdiler Onlarin ifasi Mirze Sadiq Esed oglunun basciliq etdiyi enenevi mugam ucluyu ile musayiet olunurdu Incesenetde Mugam ucluyu azerbaycanli ressam meselen Togrul Nerimanbeyovun Mugam adli resem eseri ve heykelteraslarin meselen Zakir Ehmedov genis islediyi movzudur Hemcinin geyim kolleksiyalarinda da qaval tar ve kamancadan ibaret bu ucluyun eks olundugu geyimler numayis ve teqdim olunmusdur Bundan basqa misal ucun tikme ustasi Mehriban Xelilzade iyne ile Mugam ucluyu eserini yaratmisdir Bu movzuda Semedaga Ceferovun saxsi bosqab uzerinde cekdiyi Mugam ucluyu de diqqeti celb edir Kinoda Bir sira filmlerde mugam ucluklerine muraciet olunmusdur Meselen 1956 ci ilin Azerbaycan filmi olan O olmasin bu olsun da Xan Susinski Behram Mansurov ve Telet Bakixanovdan ibaret ucluk rol almisdir Filateliyada Mugam ucluyunun eks olundugu Azerbaycanin filateliya mehsulu 2014 17 fevral 2014 cu ilde Azermarka terefinden buraxilmis Azerbaycanin filateliya mehsulu uzerinde mugam ucluyunun resmi verilmisdir Resmin qaval olan hissesi ayrica poct markasi kimi buraxilmisdir Iqtisadiyyatda Azerbaycan Respublikasinin Merkezi Banki terefinden 2005 ci ve 2009 cu illerde buraxilmis Azerbaycanin 1 manatliq esginaslari uzerinde ve 2006 ci ilde buraxilmis Azerbaycanin 1 qepiyi uzerinde mugam ucluyunun musiqi aletleri tesvir olunmusdur Maraqli faktlarParise seferi zamani meshur azerbaycanli milyoncu ve mesenat Haci Zeynalabdin Tagiyevi yalniz isguzar komanda deyil mugam ucluyu de musayiet etmisdir O sohret namine yaxud ecnebilerde tesirli imic yaratmaq ucun deyil mehz menevi telebat baximindan Avropa seferine ozu ile musiqiciler destesi goturmusdu QalereyaMugam ucluyunden ibaret Mesedi Memmed Ferzeliyevin ansambli Gence 1911 ci il Istinadlar Azerbaycan mugami 2021 10 19 at the Wayback Machine strategiya az 30 04 2013 az Mugam Ucluyu 2021 10 17 at the Wayback Machine mugam musigi dunya az az Ehmed Vuqar PDF Baki 2010 28 October 2019 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 19 January 2016 Seadet Abdullayeva AZERBAYCAN CALGI ALETLERI ANSAMBLLARI TESVIRI SENETDE 2016 03 04 at the Wayback Machine azyb net az Nizami Ganjavi Khamsa Khosrow and Shirin 70tn of the XVI century SPL Dorn 341 f 70 b Azerbaycan mugami 2016 03 05 at the Wayback Machine 09 05 2013 az Kamanca 2017 03 15 at the Wayback Machine mugam musigi dunya az az Irade Sariyeva Tari diz ustden sineye qaldiran virtuoz musiqici Sadiqcan 2022 03 25 at the Wayback Machine Baki Xeber qezeti 26 noyabr 2014 seh 15 az Seadet Tehmirazqizi Qurbansiz qalan tarim 2022 03 31 at the Wayback Machine Medeniyyet qezeti 3 noyabr 2010 seh 12 az Meherremova T Azerbaycan musiqisinin atasi Qurban Pirimov hami ucun numune idi 2021 10 25 at the Wayback Machine Kaspi qezeti 28 avqust 2011 seh 11 az Hemide Nizamiqizi Sevil in dord gozeli 2022 03 25 at the Wayback Machine Medeniyyet qezeti 9 dekabr 2011 seh 12 az Cabbar Qaryagdi oglu adina mugam ucluyu 2022 03 25 at the Wayback Machine mugam musigi dunya az az Eliyev Zamiq Balarza oglu 25 05 1950 Baki 2018 02 23 at the Wayback Machine mugam musigi dunya az az Alim Nebioglu Ne tez otdu illerim ne tez kecdi gunlerim 2022 09 27 at the Wayback Machine 21 may 2010 seh 12 az Emekdar artist fexri adinin verilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin 24 may 1998 ci il tarixli 711 nomreli Fermani 25 mart 2022 at the Wayback Machine e qanun az az AGDAMIN XAN SUSINSKI ADINA MUGAM UCLUYU FRANSADA CIXIS ETMIS USTAD DERSLERI KECMISDIR 2023 08 01 at the Wayback Machine azertag az 19 12 2005 az Terane Fransizlar Azerbaycan mugaminin cazibesinde 2021 10 25 at the Wayback Machine Medeniyyet qezeti 21 may 2010 seh 5 az Tofiq Abdin ONLAR VE MEMLEKETIMIZ 2021 10 25 at the Wayback Machine Edalet qezeti 23 iyul 2011 seh 15 az Ceyhun Zerbeliyev Mugama sevgi bizi bir araya getirib Aypara mugam ucluyunun uzvleri ile sohbet 2021 10 25 at the Wayback Machine Medeniyyet qezeti 24 iyul 2013 seh 12 az Qocayeva A Mugam ve xalq mahnilarimizin mahir ifacisi 2021 12 03 at the Wayback Machine Iki sahil qezeti 31 oktyabr 2007 seh 8 az Musiqi seneti fakultesinin kafedrasi 2021 10 21 at the Wayback Machine admiu edu az az LENKERANDA TOY MERASIMI 2020 07 03 at the Wayback Machine musigi dunya az az QARABAG MUGAM MEKTEBI 2011 07 06 at the Wayback Machine seh 3 e library musigi dunya az az QARABAG MUGAM MEKTEBI 2022 03 03 at the Wayback Machine seh 4 e library musigi dunya az az Togrul Narimanbekov Mugam 2018 06 12 at the Wayback Machine baku ru rus Zakir Ahmedov Mugam 2018 06 12 at the Wayback Machine baku ru rus Mugam ve Milli Geyimler adli moda numayisi kecirilib 2020 08 13 at the Wayback Machine anspress com 18 05 2010 az Durna Seferli Iyne ile ceken ressam 2016 03 04 at the Wayback Machine azadliq org 16 08 2011 az Mehemmed Nerimanoglu Tikmelerin izi ile 2022 03 25 at the Wayback Machine Azerbaycan qezeti 29 iyul 2011 seh 5 Seadet Abdullayeva AZERBAYCAN XALQ MUSIQISI VE TESVIRI SENETI 2016 03 04 at the Wayback Machine azyb net az Han Shushinskij Bahram Mansurov Talyat Bakihanov v filme O olmasyn bu olsun 2018 06 12 at the Wayback Machine baku ru rus Avropa 2014 Milli musiqi aletleri 2016 03 04 at the Wayback Machine azermarka az 17 02 2014 az Haci Zeynal Abdin Tagiyevin ev muzeyi 2015 02 10 at the Wayback Machine azhistorymuseum az az Shushinski F Azәrbajҹan halg musigichilәri Pod red T Ahmedova B Јazychy 1985 S 182 478 s az Xarici kecidlerVikianbarda Mugam ucluyu ile elaqeli mediafayllar var Vuqar Ehmed Efsanevi tarzen 2015 10 14 at the Wayback Machine Baki 2010 az Aypara mugam ucluyunun TRT Avaz ve Ictimai TV nin birge hazirladigi Yeni Gun verilisinde ifasi Men asiq gozlerine Yandirar seni Gozeldir YouTube de Mugam Azerbaycan 2015 10 14 at the Wayback Machine kanali Zulfu Adigozelov adina mugam ucluyu 2016 03 05 at the Wayback Machine maisondesculturesdumonde org ing Mugam axsamlari 2016 03 04 at the Wayback Machine icherisheher gov az az